[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmrullayev pullu məktəblərdə niyə maraqlıdır? - “Keyfiyyət bərbad vəziyyətdədir”

"Azərbaycan cəmiyyəti hələ də özəl təhsil sektoruna alışmayıb".

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış tədbirində çıxışı zamanı deyib. O qeyd edib ki, nazirliyə təhsil sistemində özəl sektorun payının çox olması vacibdir:

“Bu, həm də rəqabətlilik deməkdir. Bu gün hələ də Azərbaycanda özəl təhsil cəmi 1 %-in altındadır".

Qeyd edək ki, ölkədə dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, özəl məktəblər də fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil pulsuz olsa da, ödəniş müqabilində təhsil verən lisey və özəl məktəblərdə illik təhsil haqqı müəssisəsinin reytiqinə görə dəyişir. Özəl məktəblərdə ibtidai siniflərdə illik təhsil haqqı 3500-16 min manat, yuxarı siniflərdə isə bu məbləğ 5000-16 min manat arasındadır. Hətta bu gün paytaxtda fəaliyyət göstərən elə məktəb var ki, illik təhsil haqqı 50 min manatdan yuxarıdır ki, burada təhsil ingilis dilində aparılır. Bu gün övladlarının məhz yaxşı təhsil alması məqsədilə deyil, “Uşağı ödənişli məktəbdə oxuyur” düşüncəsi ilə bu məktəbə üz tutanlar da var. Nəticədə isə ödənişli məktəblərə də minlərlə manat vəsait ödənilməsinə baxmayaraq, bir çoxlarında elə təhsil səviyyəsi dövlət təhsil müəssisələrindən heç də fərqlənmir.

Doğrudanmı, bu gün özəl ümumtəhsil məktəbləri keyfiyyətlidir və daha da genişlənməlidir? DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, ölkədə 61 özəl ümumtəhsil məktəbi var və burada qiymətlər 5 min manatdan başlayaraq 40 manat arasında dəyişir:

“İstər dövlət, istərsə də özəl ümumtəhsil məktəblərində keyfiyyət bərbad vəziyyətdədir. Özəl ümumtəhsil müəssisələrinə bu qədər pulu nəyə qoyurlar? Burada iki səbəb var. Bunlardan biri odur ki, özəl təhsil müəssisələrinin bir hissəsi beynəxalq kuriklumlarla təhsil verir. O beynəlxalq kuriklumlarda xarici ali təhsil müəssisələrinə qəbul olunmaq şansı böyük olur. İkincisi isə sadəcə bunun biliyi var, bir qədər fərqlənmək adı ilə o məktəbə üstünlük verilir.

Çox təəssüflər olsun ki, dünyanın əksər ölkələri təhsili ödənişsiz etməyi qarşılarına məqsəd qoyublar. Bizdə isə bu müəssisələrlə bağlı axının əksinə hərəkət edirik. Mən xatırlamıram, nazirlik özü açıqlama versin ki, sonuncu dəfə nə vaxt özəl təhsil müəssisələrində akkreditasiya aparılıb və bunun nəticələri nə olub. Halbuki özəl təhsil müəssisələri hər 5 ildən bir akkreditasiya olunmalıdır. Mən arzu edərdim ki, ölkədə ümumiyyətlə, özəl təhsil olmasın”.

Eksert bildirib ki, bu sahədə ali təhsildə müəyyən addımlar atılır:

“Əgər 3 il bundan öncə ali təhsil alanlarda ödənişli təhsil sayı hər 100 nəfərdən 70-75 nəfəri təşkil edirdisə, indi bu rəqəm 45-ə düşüb. Ümumiyyətlə, istər dövlət, istərsə də özəl təhsil müəssisələrində keyfiyyət problemi var. Arzulayardım ki, nazirlik ölkənin özəl, istərsə də dövlət təhsil müəssisələrində təhsilin yükəldilməsi ilə bağlı işlər görsün”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ermənilər yalnız Cümə məscidini bu məqsədlə tam dağıtmayıblar”

“Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər”.

Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: “Ermənilər işğaldan azad olunmuş ərazilərdə məscidləri dağıdıblar. Yalnız Şuşa, Laçın və Kəlbəcərin bir hissəsində dağıntılar törədilməyib. Bunun səbəbi Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq köçürmə siyasəti aparması və bu ərazilərə erməniləri qeyri-qanuni köçürməsi olub”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Millətin yox... biznesinin vəkili... - İLGİNC İDDİALAR...

Növbədənkənar parlament seçkilərinin zərurətindən danışarkən ilk ağla gələn bir çox deputatların çıxışlarında yol verdikləri səhvlərlə xalqın qınağına tuş gəlmələri olur. Mərhum YAP-çı deputat Astan Şahverdiyevin Rusiyada çalışan həmyerlilərimizi “otxod” adlandırması, ardınca Hadi Rəcəblinin şəhid ailələri və müharibə əlillərinə güzəştlərin əleyhinə çıxış etməsi, həmçinin Hüseynbala Mirələmovun əhaliyə “az yeyin” deməsi ciddi ictimai qınağa tuş gəldi. Təbii ki, bu məqamda bir il öncə Məhəmməd Əmin Rəsulzadəni təhqir edən YAP-çı deputat Naqif Həmzəyevi də unutmaq olmaz… Necə deyərlər, bu cür deputatları olan iqtidara heç müxalifət lazım deyildi. Onlar mütəmadi olaraq çıxışlarında yol verdikləri bu səhvlərlə həm özlərinin, həm də hakim partiyanın imicinə ciddi şəkildə zərbə vururlardular. Təəssüf ki, bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr də, mətbuata ümumiyyətlə çıxışı olmayan, haqqında barmaqla sayılacaq qədər az yazı çıxan millət vəkilləri də var. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aldığı mandatı layiqincə dəyərləndirməyib hakim komandanın passivinə xal yazan deputatlar siyahısında 97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsindən mandatla mükafatlanmış və yenidən bu dairədən namizədliyini irəli sürmüş Ağalar Vəliyev də var.
Qalmaqallı deputat
A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:
“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).
Ağalar Vəliyev susmaq üçün mandat alıb?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 7 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…
Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.
Millətin, yoxsa biznesin vəkili?
Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.

DAVAMI VAR... // cumhuriyyet.az//

Yuxarıda sadalanan faktlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adil müəllimin rəhbəri olduğu rayondan XƏBƏRİ VARMI? - GİLEY

Sabunçu rayon Yeni Ramana qəsəbəsi Dmitrov küçəsində antisanitariya hökm sürür.

DİA.AZ bakuplus.az-a istinadla xəbər verir ki, adıçəkilən ərazidə kanalizasiya sistemi olsa da, həm küçə, həm də kanalizasiya xəttləri baxımsız vəziyyətdədir.

Mərkəzi boruların qəzalı olması səbəbindən çirkab su küçələrə axır. Yağış yağan zaman kanalizasiya xəttinin gücü çatmır deyə su daşmağa başlayır.

Sakinlər bildirirlər ki, pis qoxu vəziyyəti daha da qəlizləşdirir. Bu küçədə yaşayanlar pəncərələrini açıq saxlaya bilmirlər. Çünki qoxu ilə yanaşı, evlərə milçəklər də dolur. Nəticədə hal-hazırda küçədə antisanitar vəziyyət yaranıb, bu da öz növbəsində insanların sağlamlığı üçün təhlükəyə çevrilib.

Sakinlərin sözlərinə görə, dəfələrlə Bakı Sukanal İdarəsinə, Sabunçu Rayon İcra Hakimiyyətinə, “Azərsu” ASC-yə yazılı müraciət olunub, lakin bu problem bu günə kimi həll olunmayıb.

Bundan əvvəl, 23 iyul tarixində də, eyni problem işıqlandırılmışdı. Bunun üstündən 3 ay keçsə də, aidiyyatı qurumlar tərəfindən hələ də heç bir iş görülməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BŞİH-nin sabiq aparat rəhbəri Ali Məhkəməyə müraciət edib

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev kassasiya şikayəti verib.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq aparat rəhbəri yüksək instansiya məhkəməsindən barəsində bəraət qərarı çıxarılmasını istəyir.
Şikayət ərizəsi baxılması üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsi isə Rasim Quliyevin cəzasını şərti cəza ilə əvəzləyərək azadlğa buraxılmasına qərar verib.

APA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"UNEC primitiv üsullarla idarə edilir" - ETİRAZ

Səmimi etiraf edim ki, bir Azərbaycanlı ziyalısı, iqtisadçı professor, ekspert olaraq məni Azərbaycanın ali iqtisadi təhsil sistemində, iqtisad elmində baş verən proseslər çox narahat edir! Ədalət naminə bir məqamı da qeyd etməliyəm.

DİA.AZ Faktinfo.az-a istinadla xəbər verir ki,bu fikirlər iqtisad üzrə elmlər doktoru,professor Elşad Məmmədovun növbəti məqaləsindəndir.Professor Azərbaycan Dövlət İqtisad Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmasına rəğmən, orada aparılan islahatların mahiyyətdən uzaq olduğunu,məzmunca məntiqsizliyini,UNEC rəhbərliyinin qərar qəbul edərkən kollegiallıqdan çox-çox uzaq olduğunu çılpaqlığı ilə ortaya qoyur.

İqtisad üzrə elmlər doktoru,professor Elşad Məmmədovun növbəti məqaləsini olduğu kimi təqdim edirik:

Mənim bu yazını yazmağıma təkanverici amillərdən biri ötən tədris ilinin sonunda oldu. Məni UNEC-ə ölkədə tanınmış ekspert-analitik olaraq tədrisdə “yüksək göstəriciləri” olan yuxarı kurs tələbələri ilə görüşə dəvət etdilər. Mən uzun illər ali məktəbdə dərs deyirəm. Hansı inzibati vəzifədə olmağımdan asılı olmayaraq, auditoriyadan dərs prosesindən 1 il belə kənarda qalmamışam və tələbələrin gözlərindən onların biliyə, tədrisə, elmə maraqlarının hansı səviyyədə olduğunu hiss edirəm. Həmin görüşdən çox ağır hisslərlə çıxdım!

Tədrisdə “yüksək göstəriciləri” olan həmin tələbələr dövlət büdcəsinin xərcləri və gəlirlərinin necə formalaşması və bu kimi sadə suallara belə cavab verə bilmirdilər. Eyni zamanda onların əksəriyyətinin baxışlarından bilik əldə etmək istəyi hiss olunurdu. Həmin gün mən özüm üçün qərar verdim ki, bu kompromisslərin ola bilməyəcəyi məsələlərdəndir və mən bu məsələ ilə bağlı əlimdən gələni edəcəyəm! Gənc tələbələrə, min bir əziyyətlə övladlarına təhsil verməyə çalışan valideynlərə, ölkəmizin təhsil sisteminə belə münasibət cavabsız qalmamalıdır!

Dünyada baş verən iqtisadi və geosiyasi proseslər kontekstində ölkəmizin ali iqtisadi təhsilindəki problemlərə bu gün göstərə biləcəyimiz biganəlik, qeyri-peşəkarlıq, sabah ölkədə böyük sosial, iqtisadi və siyasi problemlərə səbəb ola bilər.

Ölkəmizin ali təhsil sistemində uzun illər ərzində müxtəlif vəzifələrdə çalışmışam (baş laborant, baş müəllim, dosent, professor, dekan müavini, dekan əvəzi, prorektor, kafedra müdiri) və çalışmaqda davam edirəm. Professor zirvəsinə kimi ucalmışam və bu gün ölkə prezidentinin və ölkənin 1-ci vitse-prezidentinin rəhbərlikləri ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin dövlət telekanallarında, digər media resurslarında işıqlandırılmasında, təhlilində, zənnimcə, ən çox iştirak edən analitiklərdən, iqtisadçı alimlərdənəm.

Dövlətçiliyin nə olduğunu, prezidentimizin ölkəmizi hansı bəlalardan xilas etdiyini yaxşı bilirəm, çünki gəncliyimdən ictimai həyatdayam. 15 yaşımda qızıl medalla orta, 20 yaşımda fərqlənmə diplomu ilə ali məktəbi bitirmişəm, 38 yaşımda isə elmlər doktoru(!), professor olmuşam. Heç bir xarici universitetdə təhsil almamışam, özümü kifayət qədər hazırlıqlı makroiqtisadçı-analitik hesab edirəm və bunu düşünürəm ki, reytinqlərlə deyil, çünki bu apriori reytinqlərlə ölçülə bilməz, öz gündəlik ekspert-analitik fəaliyyətimlə sübut etmişəm (misal üçün aktual iqtisad mövzular üzrə efirdən 2 dəqiqə əvvəl efirə dəvət alaraq canlı efirlərə qoşulmaqla).

25 ilə yaxındır ki, Azərbaycan Dövlət İqtisad Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğulam. Ondan öncə 5 il həmin universitetdə təhsil almışam. Bunları qeyd etməyimin səbəbi odur ki, zənnimcə, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş verən proseslər barədə fikirlər bildirməyə haqqım var. Və həmin universitetin durumu məni incitməyə bilməz. Çox təəssüf ki, ölkəmizin ali iqtisadi təhsil sisteminin flaqmanı olmalı olan UNEC, fikrimcə, bu günki reallıqlara cavab verməyən, olduqca primitiv üsullarla idarə edilir!

Hesab edirəm ki, Azərbaycanın ali iqtisadi təhsil sisteminin dünyada baş verən proseslərə nəinki effektiv reaksiyasını, qeyd etdiyimiz proseslərin təhlilinə belə yaxın düşməsinin şahidi ola bilmirik. Dünya iqtisadiyyatı son onilliklərin ən çətin və hələ çıxış nöqtəsi üzərində aparıcı "beyin mərkəzlərinin" baş sındırdığı struktur böhranını yaşadığı zaman UNEC-də dərslərin əvvəlində və sonunda zəngin çalınmaması qərarı verilir və geniş müzakirə edilir. 21-ci əsrdə... Bu acınacaqlıdır.

Hesab edirəm ki, monetarizmin və ultraliberalizmin ən bəsit, primitiv, artıq heç bir mütərəqqi ali iqtisadi təhsil sistemlərində ciddi qəbul edilməyən tədris materialları ilə tədris vəsaitlərinin doldurulması, abstrakt, reallıqda müasir iqtisadiyyatla əlaqəsi olmayan Fişer düsturu ilə, dəfələrlə effektsiz olması sübut edilmiş Fillips əyrisi, real iqtisadiyyatda lazım olunan tətbiqi effekti olmayan abstrakt ekonometrik modellərlə 21-ci əsrdə iqtisadçı hazırlamaq primitivizm, qeyri-peşəkarlıq olmaqla yanaşı, çox zərərlidir! Zənnimcə, UNEC-də məsələni qəlizləşdirən həm də rəhbərliyin təkəbbürlü olması amilidir!

Təkəbbür istənilən halda zərərlidir, amma tələb olunan peşəkarlıq olmayan da, onun zərəri dəfələrlə artır və onu nümayiş etdirən insanın özü xoşagəlməz vəziyyətə düşür. Etiraf edirəm ki, son günlər UNEC rəhbərliyində təmsil olunan bir çox insan mənimlə əlaqə saxlayaraq mənə bildirmişlər ki, UNEC-dəki vəziyyətlə bağlı fikirlərimi, təhlillərimi tam dəstəkləyirlər. Yeri gəlmişkən, komanda daxili dərin fikir ayrılıqları menecment üçün pis haldı. Amma istənilən halda məni UNEC-in rəhbər işçiləri arasındakı münasibətlər deyil, ölkəmizin ali iqtisadi təhsil sistemində, iqtisad elmindəki vəziyyət maraqlandırır. O vəziyyət isə, zənnimcə, heç də ürəkaçan deyil! Və əminəm ki, UNEC rəhbərliyi buna görə müvafiq qaydada məsuliyyət daşımalıdır!

Azərbaycan iqtisadiyyatı fənninin tədrisinin xeyli dərəcədə azalması (bu məqalənin müəllifinin israrlı təkidlərindən sonra bir sıra ixtisaslarda bərpa olundu, amma heç də bütün ixtisaslarda yox), bakalavriat səviyyəsində dünya iqtisadiyyatı ixtisasının ləğv edilməsi barədə yazmışdım.

UNEC-də ən böyük problemlərdən biri bundadır ki, tətbiq edilən tədris prosesi çərçivəsində iqtisadiyyatın bir çox istiqamətləri, ümumiyyətlə, fikrimcə, tədris prosesindən kənarda qalmaqdadır. Bəhs edilən problemin bir qədər də dərinləşdirici məqamı odur ki, doktorantura, magistratura, bakalavriat arasında tarazlılıq, zənnimcə, yoxdur. Doktoranturada və yaxud magistraturada, yaxud MBA proqramında qəbulu olan ixtisas üzrə bakalavriatda uyğun ixtisasın olmaması tədris prosesini, fikrimcə, darmadağın edir.

Dünya iqtisadiyyatı ixtisası bu məsələdə bir misaldır. Sanki binanın üst mərtəbələri tikilir, alt mərtəbələri isə sökülür… Bu yaxınlarda UNEC rektorunun sosial şəbəkədə paylaşdığı "Çevrilmiş təhsil" budur bəlkə?

Digər tərəfdən, “Beynəlxalq ticarət və loqistika” ixtisası tədris prosesinə daxil edilib, amma “Ticarət” ixtisası ləğv olunub. Sual edilir: Ticarət olmadan beynəlxalq ticarət mövcud ola bilərmi? Əgər belə qərarlar qəbul edənlər düşünürlərsə ki, dünya iqtisadiyyatı elə beynəlxalq ticarətdən ibarətdir və müvafiq qaydada ixtisasın əvəz edilməsini reallaşdırmaq olar, bu onların, peşəkarlığı barədə, fikrimcə, böyük suallar qoyur, çünki dünya iqtisadiyyatında transsərhəd kapital hərəkətinin hansı rola malik olduğunu necə diqqətdən kənarda qoymaq olar? Tədiyə balansının strukturundan o adamların xəbərləri var?

Eyni zamanda, xarici ticarətin istər idxal, istər ixrac seqmentlərində olsun, məntiqi nəticəsi, məntiqi yekunu daxili ticarət olmurmu? Təkrar istehsalın istehlak mərhələsi barədə UNEC rəhbərliyində məlumat yoxdur? Məncə, bilmədiyinin göstəricisini həm də aydın şəkildə onda görə bilərik ki, “İstehlak bazarının idarə edilməsi” fənni ümumiyyətlə müvafiq tədris planına salınmayıb(!). Bəlkə o səbəbdən ki, həmin fənn üzrə dərsliyin müəllifi Professor Elşad Məmmədovdur?

Növbəti misalı da qeyd edim: “Maliyyə” ixtisasında tələbələrə əvvəl vergi uçotu və auditi, sonra isə vergi və vergitutmalar fənninin tədrisi nəzərdə tutulur ki, bu da, düşünürəm ki, tələbələrin öncədəngörmə qabiliyyətinə malik olmalarına dəlalət edir. Çünki verginin nə olduğunu bilmədən vergi uçotunu və auditini bilmək, başqa cür mümkün deyil.

“Biznesin idarə edilməsi” ixtisasında “Biznesin əsasları” fənni tədris planına əsas yox, seçmə fənn kimi daxil edilib. Yəni belə çıxır ki, tələbə biznesin idarə edilməsi üzrə "mütəxəssis" olacaq, amma “Biznesin əsasları” fənnini keçməyə də bilər?! Bununla biznesin idarə edilməsi ixtisasının "UNEC əhvalatları" bitmir!

Eyniadlı kafedra olduğu halda bu ixtisas tamamilə başqa kafedrada, “Biznes və loqistika” kafedrasında tədris edilir. “Beynəlxalq ticarət”in tədrisi isə hansısa, zənnimcə, "akrobatik" sayıla biləcək sıçrayışla "Beynəlxalq iqtisadiyyat" adlanan kafedrada deyil, “Biznes ve logistika” kafedrasında tədris edilir. UNEC-də bir kafedra da var, adı "İqtisadiyyat"dır. Bu adda kafedra olduğu halda başqa iqtisadi kafedraya ehtiyac varmı? UNEC-də eyniadlı fakultə də var. Bəs o biri fakultələrdən iqtisadiyyatla bağlı olanları yoxdur?

Əlbəttə var! Amma düşünürəm ki, UNEC-in hazırkı halında buna təəcüblənməyə dəyməz. UNEC-də bir kafedra da var, adı “İqtisadiyyat və texnoloji elmlər”dir. Yeri gəlmişkən, məncə, belə adı kütləvi oxucular üçün nəzərdə tutulan kitablara və yaxud sənədli filmlərə qoymaq olar, amma kafedraya deyil! Fikrimcə, kafedranın belə adlandırılması sadəcə diletantlıqdır. Çünki, tutaq ki, bu kafedradan bir alim iqtisadiyyat üzrə dissertasiya yazır. İqtisadiyyat üzrə dissertasiyanın, digər elmi işin müzakirəsində texnoloji elmlərin nümayəndələri necə rəy bildirə bilərlər? Fikrimcə, acınacaqlı olmasa komik adlanmalı olan "müdrik" idarəetmə qərarları bununla qətiyyən bitmir.

UNEC-də rus bölməsində eyni fənnləri, misal üçün, “Mikroiqtisadiyyat”ı götürək və yaxud “Makroiqtusadiyyat”ı, eyni ixtisasları, misal üçün “İqtisadiyyat” ixtisasını, bir adda kafedra tədris edir, konkret olaraq, “Tətbiqi iqtisadiyyat”. Amma azərbaycan bölməsində həmin fənnləri başqa adda kafedra, konkret olaraq “İqtisadiyyat” kafedrası. Belə çıxır ki, rus dilində “Makroiqtisadiyyat və “Mikroiqtusadiyyat” fənnləri iqtisadiyyatda tətbiqi effektə malik olur, azərbaycan dilinə tərcümə olunanda fənn tətbiqi effektini itirir?

Digər misal: Rus dilində “Menecment” ixtisasını tədris edən kafedra “Tətbiqi iqtisadiyyat” adlanır, azərbaycan dilində “Biznes və loqistika”. Rus dilində “Mühasibat uçotu”nun tədrisini yenə də “Tətbiqi İqtisadiyyat” kafedrası aparır, azərbaycan dilində “Maliyyə və mühasibatlıq kafedrası”.

UNEC-də, beləliklə, rus dili, fikrimcə, öz yeni üstünlüyünü əldə edib. Bir sıra ixtisaslar UNEC-də rus dilinə tərcümə ediləndə, qəflətən, tətbiqi effektə malik olur! Məndə və eləcədə, zənnimcə, bir çox oxucularda belə sual yaranmaya bilməz: UNEC rəhbərliyi bilmir ki, rus dili çox zəngindir və rus dilində mühasibat və çoxlu sayda digər sözlərin tərcüməsi var?!

Hələ mən UNEC-də türk və ingilis dilindəki tədrisdən yazmıram. Onu də nəzərə alaq ki, kafedranın işi yalnız tədris prosesi ilə bağlı deyil. Bəs kafedraların elmi fəaliyyəti? Elə çıxır ki, rus dilində tədris edən müəllim marketinq üzrə dissertasiya yazarsa, həmin müəllimin dissertasiyasının müzakirəsində mühasibat ixtisasından olan müəllimlər iştirak edəcək və müvafiq qaydada qərarların qəbul edilməsində iştirak edəcək. Bu məntiqlə Tibb universitetində rus bölməsində tədris aparan kardiocərrahiyə üzrə alimin dissertasiyasının müzakirəsində rusdilli stomatoloqlar iştirak etməlidilər və dissertasiya barədə qərarın qəbul edilməsində iştirak etməlidirlər? Bu, zənnimcə, fəlakətdir!

UNEC rəhbərliyi universiteti, ölkənin iqtisad elmini zarafat və lağ mövzularına çevirməməlidir. Bu uçurum deyilmi? UNEC rəhbərliyi bunun adını islahat qoyub? Bu ölkənin ali iqtisadi təhsilinin məhvi deyilmi? Bu cinayət deyilmi? Mən və digər iqtisadçı alimlər bunu dəstəkləməliyik? Bu qədər sadə suallara cavab tapmaq mümkün olmadığı halda hansısa beynəlxalq reytinqlərin arxasınca qaçmaq, hansısa xarici jurnallarda məqalələri reklam etmək, həmin məqalələri müəllimlik üçün vacib şərt etmək, ümumiyyətlə, ali iqtisadi təhsil sistemi üzərində çox təhlükəli eksperimentlər aparılması demək deyilmi?

Həm də xarici jurnallarda məqalələri nəşr edilən bütün insanları "böyük alim" adlandırıb irəli çəkənlərə məsləhətim odur ki, çox pafoslu bəyanatlar verməsinlər. Həmin məqalə "müəlliflərinin" həmin məqalələrdən nə dərəcədə məlumatlı olduqlarını dəqiqləşdirmək pis olmazdı. Sosial şəbəkələrdə gedən "məqalə ticarəti" barədə yəqin ki, iqtisadi təhsildə rəhbər vəzifələrdə olanlar xəbərsiz deyillər. Bir də unutmayaq ki, iqtisadiyyat ictimai elmdir və iqtisad elmində yazılan məqalələr, konfrans tezisləri ictimai inkişafa, ölkəmizin sosial-iqtisadi rifahına xidmət etməlidir, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətə müvafiq ekspert dəstəyi, elmi-nəzəri, metodoloji baza təqdim etməlidir!

Amma, bunun biz şahidi olmuruq! O məqalələrin, konfrans tezislərinin hansıları ölkə iqtisadiyyatının idarə edilməsində müsbət tətbiqi effekt verib? Xatıraldığım qədər, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "gənc professor" layihəsi var idi. Həmin layihədə iştirak edən insanların heç olmasa biri doktorluq dissertasiyasını müdafiə etdimi? Bildiyim qədər yox! Bəs layihəyə sərf edilən resurslara görə məsuliyyət daşıyan oldumu?

Ümumiyyətlə, UNEC-də son "8-9 islahat illləri" ərzində işlənilməsinə başlanan heç olmasa 1 elmlər doktorluğu dissertasiyası yerinə yetirilib, müəllif elmlər doktoru diplomunu alıbmı? Söhbət ölkədə iqtisadii təhsilin, iqtisad elminin flaqmanı olmalı olan UNEC-dən gedir. Tədbirlər keçirib, şəkillər çəkdirib, sosial şəbəkələrdə yaymaqla, statuslarda optimist fikirlər bildirməklə iqtisad elmini, iqtisadi təhsili inkişaf etdirmək olar? Neft qiymətləri ilə bağlı xatırlayıram ki, UNEC neft proqnozları verilmişdir. Hanı o proqnozlar indi? Düşünürəm ki, onların reallıqdan çox uzaq olması səbəbindən o proqnozlardan "səs çıxmır!”

Daha bir ciddi boşluğu diqqətə çatdırmamaq olmur: Azərbaycanda Mərkəzi Bank və 26 kommersiya bankı fəaliyyət göstərir və ölkəmizin bank sektorunun inkişafı, onun investisiya generasiyası, ölkədə çoxşaxəli pul konturu sisteminin qurulması bu gün, hesab edirəm ki, iqtisadi siyasət nöqteyi-nəzərdən ən həssas və ağrılı istiqamətlərdən biridir. Ölkədə “Bank işi” ixtisası bakalavr səviyyəsində ləğv edilmişdir! Amma eşitdiyimə görə kriptovalyutalarla bağlı ixtisas(!) MBA prorqramında tədris edilir. Zooloqlar, filoloqlar, kriptovalyuta üzrə mütəxəssis olacaq? “Bank işi” ixtisasını bakalavriatda saxlamaqla magistraturada kriptovalyuta üzrə mütəxəssis hazırlamaq olmazdırmı? “Maliyyə” ixtisasının bakalavr səviyyəsində qalmasına gəldikdə, məncə, UNEC rəhbərliyi dövlət maliyyəsi ilə korporativ maliyyə arasında fərqin olmasını belə bilmir.

İxtisasın adını maliyyə qoymaqla, şaxələndirmə aparmamaqla maliyyə sektoru üçün, xüsusi ilə dövlət maliyyə sektoru üçün hansı problemin yaradılmasından iqtisadi təhsilin rəhbərlərinin məlumatları varmı? Dõvlət maliyyəsinin prioritetləri investisiya siyasəti, büdcə, fiskal siyasətdir, korporativ maliyyə bu məsələləri görmür axı.

Düşünürəm ki, UNEC rəhbərliyi sosial işlə sosial siyasəti bir birindən fərqləndirə bilmir! Sosial siyasəti, makro səviyyədə dövlət tərəfindən əhalinin geniş təbəqələrinin sosial rifahının yüksəldilməsinə istiqamətlənən makroprioriteti sosial cəhətdən həssas, fiziki imkanları məhdud insanlara göstərilən xidmətlərdə fokuslaşan sosial xidmətlərlə məhdudlaşdırmağa nə ad vermək olar? Bax belə, dərin, bir tərəfdən gülməli, digər tərəfdən isə kədərlənməli olan problemlər var ki, onların mövcudluğu ali iqtisadi təhsil sistemimizin milli iqtisadiyyatımızın inkişaf göstəricilərinə açıq-aşkar uyğun olmamasının, fikrimcə, bilavasitə göstəricisidir!

Eyni zamanda, əgər ölkə başçısı ölkədə sənayeni, kənd təsərrüfatını prioritet inkişaf istiqamətləri görərək, ölkədə sənaye ili, kənd təsərrüfatı ili elan edirsə, UNEC-də həmin kafedralar ləğv edilir. Kafedralarla bağlı məsələ UNEC-də xüsusən ağrılı mövzudur. İqtisadiyyat günü gündən mürəkkəbləşir, UNEC-də kafedralar birləşir... Misal üçün, xarici ticarət üzrə elmi iş yazılarsa, seminar keçirilərsə, mühasibat üzrə alim müzakirəyə təqdim olan işin, məsələnin xarici ticarətə uyğun olub olmamasını müəyyən etmək kompetensiyasına necə malik ola bilər?

Bəs görək UNEC-də kafedraların formalaşması, professorların, dosentlərin işdə qalıb qalmaması harada, kimin tərəfindən və necə müəyyən edilir? Bu tip əksər qərarlar UNEC-in elmi şurasında müzakirəyə çıxarılır. O elmi şurada ki, onun 41 üzvündən cəmi 3-ü elmlər doktorudur! O şurada ki, universitetdə mövcudluğu belə fikrimcə, məntiqsiz olan bölmələrin rəhbərləri təmsil olunur, amma əksər professorlara yer tapılmadı...Həmin elmi şurada ki, kafedraların formalaşdırılması, professorların, dosentlərin UNEC-də işləyib, işləməməsi məsələlərinə baxılır, UNEC-in elmi istiqamətdə, tədrisin inkişafı istiqamətində fəaliyyəti müzakirə edilir!

Hesab edirəm ki, sadalanan problemlər ölkədə ali iqtisadi təhsillə, iqtisad elmi ilə bağlı olan problemlərin yalnız bir hissəsidir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, son günlər bu problemlərlə bağlı bildirdiyim fikirlər cəmiyyətdə müsbət qarşılanıb. Mənə edilən çoxsaylı təşəkkürlər bunun konkret göstəricisidir. Öz tərəfimdən bu missiyanı yerinə yetirməyimə davam edəcəyimi bildirirəm. Zənnimcə, həm ictimai müstəvidə, həm də dövlət qurumları səviyyəsində belə məsələlər qaldırılmalıdır, müvafiq müzakirələr təşkil edilməli, qərarlar qəbul edilməlidir. Mən bir mütəxəssis kimi bu problemlərin ciddiliyini nəzərə alaraq onların müxtəlif müstəvilərdə müzakirələrinin təşkilində bilavasitə iştirak erməyə hazıram. Çünki ali iqtisadi təhsil sistemindəki problemlər olduqca dərinləşib və düşünürəm ki, həmin məsələlərlə bağlı məsuliyyət daşımalı olan insanlar mütləq məsuliyyətlərini daşımalıdılar və daşıyacaqlar! Amma, bir reallıqda, hesab edirəm, mövcuddur ki, ölkənin ali iqtisadi təhsil sisteminin, iqtisad elminin hazırkı vəziyyətdən çıxarılması mürəkkəb, çətin və uzunmüddətli proses olacaq...

KTN-də kadrları Anar Hüseynov müəyyən edir... - 30-dan artıq Fətullah Gülən tərəfdarı...

- Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynovla bağlı DİA.AZ-ın təqdim etdiyi araşdırma materialları kifayət qədər ictimai diqqətə səbəb olsa da, nədənsə əlaqədar diarələr bu faktlarla bağlı hüquqi təftişi yubadır. Hər halda görünəni və ortalıqda olan mənzərə bundan ibarətdir.

Qeyd edək ki. keçən günlərdə Anar Hüseynovun "faizə oturdulduğu" faktını ictimaailəşdirmişdik: İnam Kərimov Anar Hüseynovdan FAİZ ALIR... - İTTİHAM VAR!

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalarada qeyd olunur ki, adı Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ ilə birgə hallanan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynov əslində həm də KTN-dəki kadr islahatlarına kifayət qədər təsir imkanları olan şəxsdir.

Məlumatlı mənbə iddia edir ki, Anar Hüseynovun əli ilə KTN-dəki tenderlərdən pay qoparmağa müvəffəq olmaq FETÖ üçün nə qədər asandırsa, eyni zamanda KTN-də vəzifə tutmaq da bir o qədər rahatdır. Mənbənin dia.az-a söylədikləri:

"Bu gün KTN-nin ayır-ayrı strukturlarında məhz Anar Hsüeynovun xətti ilə FETÖ ilə birbaşa və yaxud da dolayısı ilə əlaqədə olan 30-dan artıq kadr mühüm vəzifə tutmaqdadır. Burada maraqlı olanı həm də odur ki, Anar Hüseynov öz əqidəıdaşlarını vəzifəyə gətirərkən də "şirinılik" alıb. Yəni "slujba, slujba... drujba, drujba..." misalı..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Olmayan maşınıma görə sosial yardım təyin edilmirdi..." - NƏHAYƏT...

“Yanvar ayından bugünə kimi ünvanlı sosial yardım almaq üçün müraciət edirik. Hər dəfə də imtina cavabı alırıq. Səbəb isə olmayan maşınımdır”.

Bunu Toplum TV-nin qaynar xəttinə Goranboy rayonu Ağamalıoğlu kənd sakini Hüseyn Hüseynov yazıb. Şikayətçinin sözlərinə görə, ünvanlı sosial yardım almaq üçün həyat yoldaşı Elnurə Hüseynovanın adından müraciət ediblər. Ancaq maşını olmadığı halda adına maşın olduğu göstərilərək imtina cavabı gəlib.

“Ünvanlı sosial yardımdan nümayəndələr gəlib evimizə, yaşayış şəraitimizə baxış keçirdi. Bir müddətdən sonra isə imtina cavabı gəldi. Səbəb isə adıma maşının olması göstərildi. Maşınımın olmadığını bildirdikdə isə “get qeydiyyatında maşın olmaması ilə bağlı sənəd al, yenidən müraciət et” dedilər. Sənədləri düzəldib yenidən müraciət etdik. Ancaq yenə də eyni səbəblə imtina gəldi. Bu dəfə isə dedilər, istifadəndə və qeydiyyatında maşının olmaması ilə bağlı sənəd al”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə müraciət etdik.

Bizim müraciətimizdən sonra Hüseynovlar ailəsinin evinə ünvanlı sosial yardımdan nümayəndə gələrək baxış keçirib və ünvanlı sosial yardım təyin edilib. Bu haqda şikayətçi H. Hüseynov özü Toplum TV-yə bildirib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili isə bu haqda Toplum TV-nin sorğusuna yazılı olaraq ailəyə 1 il müddətinə 498.10 manat məbləğində ünvanlı sosial yardım təyin edildiyini qeyd edib: “Goranboy rayon sakini Hüseynova Elnurə İlqar qızının ünvanlı dövlət sosial yardımla bağlı 27.09.2022-ci il tarixli müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinə zamanı hər hansı bir uyğunsuzluq aşkarlanmayıb. Ailəyə 1 il müddətinə 498.10 manat məbləğində ünvanlı sosial yardım təyin olunub”. //Toplum TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şübhəli tenderlərin daha bir ifşası - saxta şirkətlər yaradıb, dövləti belə soyurlar

Tenderlər Azərbaycanda dövlət vəsaitlərinin əsas yağmalanma vasitəsi olaraq qalmaqdadır. Ölkəyə neft gəlirlərinin axının başlanması ilə başlayan və pik həddə çatan tender soyğunçuluğu hələ də davam edir. Həbs olunan bütün məmurların cinayət işinin ana xəttini məhz tenderlər - dövlət satınalmaları təşkil edir. Onların hamısı dövlət vəsaitlərini talamaq üçün satınalamlardan istifadə ediblər. Bugünlərdə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə son məhkəmə prosesində tender yolu ilə pulların mənimsənilməsi mexanizminə dair maraqlı faktlar açıqlanıb. Bununla bağlı ifadələrdən birini şahid Eldar Əliyev verib. Məhkəmədə məlum olub ki, o, ümumiyyətlə, hərfləri tanımır və gözləri yaxşı görmür. Lakin onun adına şirkət rəsmiləşdirilib və qanunsuz yolla şirkət tenderlərin qalibi edilib. Nazirlik tərəfindən şirkətə köçürülən pullar nəğdləşdirilərək götürülüb: “Mən Maştağada bağda işləyirəm. Əncir qurudub satıram. Evimdə çörək və yumurtadan başqa heç nə yoxdur. Qonşu Məlikhəsən bir dəfə gəldi ki, kasıb adamsan, gəl səni işə düzəldim. O özü də quş, toyuq saxlayırdı. Dedi ayda 200 manat verəcəm. Dediyi kimi də oldu. Şəxsiyyət vəsiqəmi istədi, verdim. Arada sənəd gətirirdi, qol çəkirdim. Təxminən 2 il hər ay 200 manat verdi”.

Bu ifadə son 20 ilə yaxın dövrdə Azərbaycanın dövlət qurumlarında adiləşmiş, hamının xəbərdar olduğu, mövcudluğu dəfələrlə faktlar əsasında sübuta yetirilən cinayət əməlinin icra mexanizmidir. Bu illər ərzində bu və ya başqa mexanizmlər vasitəsilə tender prosedurlarının qanunsuz qazanc yoluna çevrilməsinə dair yüzlərlə fakt ortaya qoyulub, lakin onun birdəfəlik aradan qaldırılması hələ də baş verməyib. Açıqlanan hər fakt üzrə ayrıca götürülmüş halda hansısa hüquqi addımlar atılıb, kimlərsə həbs olunub, az keçməmiş azadlığa çıxıb. Bəziləri də Səlim Müslümov kimi, mənimsədiklərinin yüzdə birini dövlətə qaytarmaqla canını qurtarıb...

Artıq qəbul olunmuş faktdır ki, dövlət satınalmalarındakı korrupsiya mexanizmlərinin saxlanmasında ən yüksək vəzifələri tutan şəxslər - məsələn, S.Müslümovun timsalında, nazirlər, - maraqlıdılar. Buna görə də ölkədə satınalmalarda real şəffaflıq yaranmasına gətirib çıxaracaq hər hansı addımın qarşısı rahatlıqla alınır. Nəticə isə budur ki, yalnız hansısa tenderlərdə qalib edilmək üçün şirkətlərin yaradılması praktikası geniş yayılmış olaraq qalır. Onlar bu gün yaradılır, 1-2 aydan sonradan başlayaraq 6-7 ay, bəzən hətta 1-2 il tenderlərə “qatılıb” qalib çıxır, sonra isə ləğv edilir. Bu şirkətlər bir çox hallarda biznesdən xəbəri olmayan, ucqar kəndlərdə yaşayan şəxslərin adlarına, əksər vaxt özlərinin xəbəri belə olmadan yaradılır. Azərbaycanda dövlət satınalmaları “Dövlət satınalmaları haqqında” Qanunla tənzimlənir. Həmin qanunda şirkətin yaranma tarixinə görə tenderdə iştirak etmək üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Bundan əlavə, qanun tenderdə dövlət büdcəsinə borcu olan şirkətlərin də qalib çıxmasını əngəlləmir. Əsas tələb qalib şirkətin “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinə əsasən, Azərbaycanda vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmamasıdır. Yəni cari borcların olması tenderdə iştirak və qalib elan olunmaq üçün məhdudiyyət yaratmır...

Azərbaycanda dövlət satınalmaları prosesinə audit nəzarətini Hesablama Palatası həyata keçirir. Palatanın 2021-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydən də aydın olur ki, dövlət satınalmaları sahəsində problemlər hələ də davam edir. Müxtəlif qurumlarda aparılan auditin nəticələri göstərib ki, dövlət satınalmaları sahəsində aşkar edilmiş nöqsanlar arasında büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı yüksək olub. Bundan başqa, palata aşkar edib ki, bəzi qurumlar müxtəlif növ tədbirlər üzrə qüvvədə olan normativlərə əməl etmədikləri üçün artıq xərclər yaranır. Bəzi hallarda qeyri-büdcə gəlirlərinin əldə edilməsi üçün zəruri tədbirlər görülmədiyinə görə dövlət büdcəsindən əlavə vəsaitlərə tələbat və istifadəyə yol açılır. Palatanın diqqət çəkdiyi digər maraqlı məqam odur ki, bəzi hallarda qurumun vəzifə və funksiyalarına aid olduğu halda, həmin işlərin yerinə yetirilməsi üçün kənar təşkilatlarla satınalma müqavilələri bağlanılır və icra edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təqdim edilən məlumatlara əsasən, 2021-ci ildə ölkə üzrə ümumilikdə 12 129 sayda satınalma tətbiq edilməklə 6 milyard 11,7 milyon manat məbləğində satınalma müqavilələri bağlanıb. Bu, 2020-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğdən 555,5 milyon manat və ya 8,5 faiz az, sayda isə 2926 və ya 31,8 faiz çoxdur. Palata bildirir ki, hesabat ilində ÜDM-in, həmçinin dövlət büdcəsinin xərclərinin artımı fonunda, satınalmaya cəlb edilmiş vəsaitin həcmində azalma müşahidə edilib: əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 2,6 faiz bəndi, xərclərə nisbəti isə 2,9 faiz bəndi azalmaqla müvafiq olaraq 6,5 faiz və 21,9 faiz bəndi təşkil edib: “Qeyd edək ki, bu göstəricilər son illərdə ən aşağı göstərici olub. Təqdim edilmiş məlumatların təhlili göstərir ki, 2021-ci ildə keçirilmiş 8635 müsabiqə əsaslı satınalma üzrə 2 milyard 646 milyon manat məbləğində müqavilə bağlanılıb ki, bu da ötən illə müqayisədə sayda 859 satınalma (11,0 faiz) çox və məbləğdə isə 854,5 milyon manat (24,4 faiz) azdır”.

Hesablama Palatasının rəyindən aydın olur ki, ötən il 2970 elektron açıq tenderlər keçirilib, bu tenderlərdə cəmi 804,5 milyon manat vəsait xərclənib. Beləliklə də ümumi satınalmaların sayında bu metodun payı 24,5 faiz, məbləğdə isə cəmi 13,4 faiz olub. Bu o deməkdir ki, dövlət qurumları az məbləğdə çoxsaylı tenderləri elektron keçirməklə iri məbləğli satınalmaları ənənəvi qeyri-şəffaflıq imkanı yüksək olan üsullarla reallaşdırırlar. Nəticədə ötənilki dövlət xərcləmələrində əvvəlki illərdə olduğu kimi say baxımından kotirovka sorğusu, məbləğ baxımından bir mənbədən satınalma əhəmiyyətli çəkiyə malik olub. Müsabiqə əsaslı satınalma metodlarına cəlb edilmiş məbləğdə əvvəlki illə müqayisədə azalma, bir mənbədən satınalma üzrə isə əksinə, artım müşahidə edilib: “Say baxımından 2021-ci ildə satınalmalar arasında kotirovka sorğusu 41,5 faiz, açıq tender (elektron daxil olmaqla) 25,3 faiz, təkliflər sorğusu 4,3 faiz, bir mənbədən satınalma metodu 28,8 faiz paya malik olsa da, məbləğ baxımından satınalmada açıq tender (elektron daxil olmaqla) ümumi məbləğdə 30,3 faiz, təkliflər sorğusu 12,1 faiz, kotirovka sorğusu 1,7 faiz, bir mənbədən satınalma metodu isə 56 faiz təşkil edib”.

Azərbaycanda büdcə xərcləmələrinin mühüm hissəsi adətən 4-cü rübdə, ən çox da dekabr ayında reallaşır. Bu tendensiya satınalmalarda da özünü göstərir. Belə ki, 2021-ci ildə bütün satınalma metodları üzrə məbləğ və say ifadəsində daha çox satınalma IV rübdə həyata keçirilib. Hesablama Palatası bu qənaətdədir ki, dövlət satınalmaları üzrə müqavilələrin ilin sonunda bağlanılması bank və akkreditiv hesablar üzrə qalıqların, eyni zamanda qabaqcadan ödəniş məbləğlərinin artımına şərait yarada bilər: “Təqdim edilmiş məlumatlara görə, il ərzində satınalma metodlarının 40,7 faizi ilin birinci yarısında, 59,3 faizi isə ikinci yarısında tətbiq edilib. Məbləğ ifadəsində bu göstəricilər 36,8 faiz və 63,2 faiz olub. Açıq tender üzrə satınalmaların 37,2 faizi və ya 676,3 milyon manatı, kotirovka sorğusu üzrə satınalmaların 36,4 faizi və ya 37,1 milyon manatı, təkliflər sorğusu üzrə satınalmaların 49,8 faizi və ya 361,5 milyon manatı, bir mənbədən keçirilən satınalmaların 39,2 faizi və ya 1 milyard 321,5 milyon manatı dördüncü rübdə reallaşdırılıb. Satınalmaların ilin sonunda həyata keçirilməsi dövlət maliyyəsi üçün bir sıra risklər yarada bilər. Belə ki, bu hal ilin sonunda istifadə edilməyən vəsaitin bank hesablarına, akkreditiv hesablara yönəldilməsinə yol açır, eyni zamanda ilkin ödəniş (avans) üçün əhəmiyyətli məbləğin podratçılara köçürülməsinə, bununla da ilin sonunda qabaqcadan ödəniş məbləğlərinin artımına səbəb ola bilər. Eyni zamanda, ilin sonuna bağlanılmış müqavilələr növbəti büdcə ili üçün də vəsaitlərin düzgün planlaşdırılmasına mənfi təsirlərini ötürmüş olur”.

Palatanın sədri Vüqar Gülməmmədov deyir ki, rəhbərlik etdiyi qurum apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət edir: “Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm”.

Palata sədrinin sözlərinə görə, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir: “Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır”.
“Yeni Müsavat”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO