[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BNA rəhbərliyi etiraf etsin ki, ayrılan pulları YEYİBLƏR... - ÇÜNKİ...


BNA paytaxtda sürət limitini 30km/saata endirməklə bağlı gözlənilməz, həm də absurd qərar verib.

Bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“İlk öncə qeyd edim ki, bu qərarla bağlı BNA-nın irəli sürdüyü arqumentlər, təhlükəsizlik, qəzaların minumuma endirilməsi baxımından indiki anda anlaşılan və məqbuldur. Amma belə olmalı deyildi axı. Çünki, dövlətin nəqliyyatı intellektual idarə etmək, ağıllı işıqforlar, ağıllı rəqəmsal həllər tətbiq etmək və bununla şəhər daxilində mövcud orta sürət həddini artırmaq, bununla tıxacları minimuma endirmək kimi innovativ nəqliyyat siyasəti vardı. Yəni, 130 milyon dəyəri olan nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqində məqsəd həm də şəhərdəkı mövcud orta sürəti artırmaq olub. Həmçinin, BNA dayanacaq məsələsinə sərt yanaşma tətbiq etməklə, qanunsuz parklamanı tənzimləməklə də dolayısıyla həmin orta sürətin artırılması məqsədini qarşıya qoymuşdu. Ümumiyyətlə, nəqliyyat sahəsində, piyada keçidləri sahəsində, yol nişanları və tənzimləmə sahəsində indiyədək atılan bütün rəqəmsal və qeyri-innovativ addımlar paytaxtda orta sürəti artırmağa, tıxacda iməkləyən avtomobillərin orta sürət vahidini yüksəltməyə yönəlik addımlar olub və son məqsəd də həm də məhz bundan ibarət idi. Bunun qarşılığında isə əksinə, paytaxtda nəqliyyatı tənzimləməyə səlahiyyətli olan dövlət qurumu birdən-birə sürət həddini endirdi. Buradan belə qənaətə gəlmək olar ki, hökumət özü də fərqindədir ki, sektorda atılan innovativ, intellektual və administrativ addımlar özünü doğrultmayıb. Ümid edirəm, qərar qəbul edənlər bunun fərqindədir”, - deyə o qeyd edib.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
““Uşaq oyunu” adı altında əsl qumar oyunları satılır, o cümlədən “Poz, qazan” lotereyeları…” - Sosioloqdan həyəcan SİQNALI


“Son vaxtlar ölkəmizdə uşaqlara qarşı müəyyən qüvvələr tərəfindən iki istiqamətdə iş aparılır. Birincisi, mənəvi-psixoloji terrordur. Bu, adətən internet şəbəkələrində baş verir. Hazırda uşaqların, demək olar, hamısında bahalı smartfonlar var. Azad internetdə milyardlarla psxiologiyaya çox mənfi təsir göstərən materiallar doludur. Mənəvi məsələlərdən biri də məktəblərin yaxınlığında uşaqlar üçün şirnikləşdirici məhsulların satılmasıdır. Qidalar, içkilər və s. Hətta mən şahid olmuşam, orta sinif uşaqları məktəbin düz qabağındakı mağazadan enerji içkiləri alıb içirlər. Eyni zamanda qumar oyunları, müxtəlif formalarda, hətta bəzən guya “uşaq oyunu” adı altında əsl qumar oyunları satılır. “Poz, qazan” və s. Narkotikaya uşaqları həvəsləndirmə faktlarına da rast gəlinir”.

DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a sosioloq Elçin Bayramlı “Araz” supermarketlər şəbəkəsindəki uşaq bölmələrində qumar oyunları, kartların satılması ilə bağlı danışarkən deyib.

E.Bayramlı bildirib ki, uşaqlara qarşı aparılan ikinci terror fiziki-bioloji tərəfdəndir: “Bu, qidalarla bağlıdır. Uşaqların dərs yükünün ağırlığı, çətinliyi bir növ psixodrom terrordur. Məktəb çantalarının ağır olması da fiziki cəza növüdür. Sanki uşaqlarımıza düşmən kəsilmişik, bütün istiqamətlərdə onların fiziki-mənəvi sağlamlıqlarını məhv etmək üçün əlimizdən gələn hər şeyi edirik. Ötən gün Səbail rayonu 20-ci sahədə yerləşən “Araz” marketdə idim. Eyni vəziyyətdir, uşaq bölmələrində qumar oyunları, kartlar satılır. Heç bir əhəmiyyət də vermirlər. Tək orda deyil, bütün böyük marketlərdə, mağazalarda bu, uşaqlar üçün əlçatandır. Hətta böyüklərimizdə mənəvi dəyərlərimiz o qədər “korşalıb” ki, hər hansı uşaq dükandan qumar oyunu alanda satıcı onu uşağa böyük məmnuniyyətlə təqdim edir. Eləcə də siqaret, enerji içkiləri, pivə alanda, baxmayaraq ki, qadağandır, məktəb uşaqlarına çox rahatlıqla verirlər. Çünki bazar iqtisadiyyatında yeganə dəyər puldur. Biznesin heç vaxt şərəfi olmur. Cəmiyyəti məhv etsin, uşaqlara zərər vursun, bütün bunlar veclərinə deyil. Belə yanaşma ilə bir cəmiyyət olaraq gələcəyimizi öz əlimizlə məhv etməyə çalışırıq. Təəssüf ki, bu kimi hallar ictimailəşəndə də media çox da reaksiya vermir”.

Sosioloq deyib ki, sosial şəbəkədə “Araz” marketdə uşaqlar üçün qumar oyunlarının satılması ilə bağlı paylaşımına biganə yanaşılıb: “Şərh yazmaqla kifayətləndilər. Bu cür məsələlər ictimailəşməyəndə belə əməlləri törədənlər kölgədə qalır, cəzalandırılmırlar, heç bir ictimai qınaq olmur, heç dövlət orqanlarına da bu məsələ çatmır. Deməli, bütün problemlər əslində bizim özümüzlə - cəmiyyətlə bağlıdır. Cəmiyyət heç nəyə reaksiya vermirsə, ölü canlar formasında yaşayırsa, heç bir sağlam gələcəkdən söhbət gedə bilməz. İlk növbədə özümüz düzəlməliyik ki, uşaqlarımız da yaxşı olsun. Bizsə düzəlmək əvəzinə, təəssüf ki, daha da korlanırıq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərov polkovniki rəis müavini TƏYİN ETDİ - ƏMR


Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə nazir, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən Nazirliyin N saylı hərbi hissəsinin komandiri polkovnik Teymur Qabulov vəzifəsindən azad edilib.

O nazirin digər əmri ilə FHN-nın Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“BURDA PUL BÖYÜK GÜCƏ SAHİBDİR” - Gəncədə 18 saylı orta məktəbdə özbaşınalıq hökm sürür


“Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun. 2019- cu ildə 18 saylı məktəb üçün boyük bir tarix yazıldı. Heydər Əliyev fondunun vitse-prizdenti Mehriban Əliyeva və Leyla Əliyeva bu məktəbə təşəbbüsü ilə məktəb yenidən əsaslı təmir olundu”.

Bu barədə Hurriyyet.az-a göndərilən şikayət məktubunda qeyd edilir. İddia olunur ki, Gəncədə yerləşən 18 saylı Nizami Aydın adına orta məktəbdə özbaşınalıq, vəzifədən sui-istifadə halları çoxalıb. Adlarının gizli qalmasını istəyən valideynlərin sözlərinə görə, məktəb "bazarı" xatırladır: “Bu məktəbdə pul böyük gücə sahibdir. Dərslər keçirilmir, uşaqlar savadsızlaşıb. Yaxşı ki, hazırlıqlar var, uşaqlar nəsə öyrənirlər”.

Şikayətçilər deyir ki, 18 saylı məktəbdə müəllim uşaqları, yaxud rəhbərliyin tanışları məktəbə gəlmirlər: “Beləliklə, güc düşür bizim kimi valideynlərin boynuna. Övladını hazırlığa qoyan valideynlərdən 300-400 AZN pul istəyirlər. Deyirlər ki, pulunu ver, övladın məktəbə gəlməsin, gedub rahat hazırlaşsın.

Şəxsən mənim imkanım ancaq uşağımın hazırlığına yetir. Müəllimlərə əlavə pul vermeyə imkanım çatmır. Məktəbdə dərslər keçirilmədiyi üçün, uşağı məcbur olub hazırlığa qoymuşuq ki, nəsə öyrənsin. Sübut olaraq, keçən il məktəbdə sınaq imtahanı keçirildi, bir uşaq tapılmadı ki, riyaziyyat fənnindən 5 düz cavabı olsun. Görün, bu məktəb necə bir vəziyyətdədir".

Şikayətçilər qeyd edir ki, sözügedən məktəbdə direktor və müavinlər arasında qalmaqal bitmir: “Bunun da sübutları var. 4 müavin məktəbdə rüşvətxorluq üstündə vəzifəsindən azad edilib. Hazırda 1 müavinlə bağlı məhkəmə gedir. Bu məktəbin axırı hara gedir, görəsən?”.

Valideynlərin sözlərinə görə, məktəbdə ət, paltar, hətta adlarını qeyd edə bilmədiyimiz bəzi vasitələr satılır: “Uşaqlar 1-ci mərtəbədə çəkiliş edib gülürlər. Müəllimələrin hələ məktəbə uyğun olmayan gödək geyimlərini demirik. Bir təhsil nümayəndəsi yoxdur ki, gəlib bu məktəbi yoxlasın”.

Şikayətçilər deyir ki, 2005-ci ildən direktor vəzifəsinə təyin olunan Mətanət müəllimə bu müddət ərzində heç bir yenilik etməyib, əksinə vəziyyət günbəgün pisləşir.

Qeyd edək ki, məsələ ilə bağlı Mətanət müəllimənin mövqeyini dərc edə bilmədik. Gəncə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Ramilə Məmmədova isə 18 saylı məktəbdə deyildiyi qədər problemlərin olmadığını dedi. Amma onu da təsdiq etdi ki, məktəbdə direktor və müavin arasında məhkəmə çəkişmələri olub. “Zülfiyyə adlı müavin vəzifəsindən azad edilib. Sadəcə müəllimə kimi fəaliyyət göstərir. Bütün məktəb bilir ki, Zülfiyyə müəllimənin müavin işlədiyi vaxtlar məktəbdə çox özbaşınalıqlar olub”, - deyə R.Məmmədova bildirib.

Hurriyyet.az

Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyı hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
26 saylı poliklinika DİN hospitalına göndəriş verməkdən imtina edir - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


2022-ci ilin sentyabrın 21-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb Xidmətinin rəisi Mahmud Yusifovun DİN rəhbərliyinə müalicəmin təşkil edilməsi haqqında müraciətimə cavabını aldım. Rəis bildirib: “A.N. Heydərov adına Respublika Hospitalı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlandığından , təcili tibbi yardıma ehtiyacı olan kontingent istisna olmaqla, digər şəxslərin, o cümlədən DİN -in təqaüdçülərinin müalicəyə SIĞORTALI ƏSASLARLA qəbul edilməsi nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə almaqla, TƏBİB -in yaşadığınız ərazi üzrə poliklinikasına müraciət edərək, Hospitala və ya xəstəliyinizin profilinə uyğun digər klinikaya sığortalı əsasla ödənişsiz müayinə və müalicəyə GÖNDƏRİŞ ala bilərsiniz”.

Göründüyü kimi, DİN-in Tibb xidməti ərazi poliklinikasının Hospitala göndəriş verməsini bildirir, ərazi poliklinikası (26 saylı poliklinika) isə göndəriş verməkdən imtina edir ki, TƏBİB icazə vermir. Bu isə müalicə hüququna qadağa deməkdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 çağrı mərkəzindən istənilən dövlət xəstəxanasına getməyi məsləhət bildilər (?). Dövlətin Daxili İşlər Nazirliyinin tibbi uçotunda olan 1-ci dərəcəli Qarabağ qazisinə adi bir göndəriş verilməsindən imtina edilir, istənilən dövlət xəstəxanasına getməyi məsləhət görürlər? !

Fikrimizcə, əlilliyi olmayan təqaüdçülərlə əlil- təqaüdçüləri də sığortalı əsaslarla müalicə məsələsində ayırmaq gərəkir. Onsuz da əlillər dövlət hesabına sığorta olunurlar və onların tibbi uçotunda olduqları tibb müəssisələrində müayinə və müalicə hüquqları saxlanılır. Eyni zamanda, hərbi qulluqçu əlillər hərbi – güc poliklinikalarında da qeydiyyatda olduqlarından, onlardan ərazi poliklinikalarının göndərişini tələb etmək məntiqə sığmır. Belə ötür – ötür oyunu ilə müalicə yox, əsəb gərginliyi gerçəkləşir.

Məğrur Bədəlsoy
Qarabağ Qazisi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Generalın səhhəti pisləşdi, nitqi tutuldu: Vəzifədən azad olunur? - NƏ BAŞ VERİR?


Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin səhhətində ciddi problemlər yaranıb.

DİA.AZ xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ötən ilin aprel ayında FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsindən sonra nazir müavinin səhhətində ciddi problemlər yaranmağa başlayıb. General-leytenant hazırda nitq pozulması, beyin təzyiqi diaqnozları ilə müalicə olunur.

Məlumata görə, Faiq Tağı-zadə büllutenə çıxaraq, nazirlikdəki əmək fəaliyyətini dayandırıb. Bu ilin noyabr ayında 71 yaşı tamam olacaq nazir müavinin vəzifəsindən azad olunacağı gözlənilir.

Qeyd edək ki, Faiq Tağı-zadə 17 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. 3 may 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib. Ailəlidir. 3 övladı var.

2021-ci ilin aprelində həbs olunan FHN-nin Zığdakı Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev Faiq Tağı-zadənin bacısı oğludur. İmran Ağayev və xəstəxananın bir neçə əməkdaşı xəstələrdən pul almaqda ittiham edilib. Generalın bacısı oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay azadlıqdan məhrum edilsə də, Bakı Apellyasiya Məhkəməsi cəzanı 4 ilə endirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Regional Mədəniyyət İdarəsindən TENDER DƏLƏDUZLUĞU - BUNUN BAŞQA ADI YOXDUR...


Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
DİA.AZ açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Era Layıhələndırmə və İnşaat” MMC (VÖEN- 2305458161) olub.
Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi “Era Layıhələndırmə və İnşaat” MMC -yə 800 kub metr odun yanacağı üçün 37 min 300 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, Gəncə Regional Mədəniyyət İdarəsi tender elanını 31.08.2022-ci il tarixində edib. Tenderin qalibi olan “Era Layıhələndırmə və İnşaat” MMC isə bundan cəmi 29 gün əvvəl – 02.08.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təsis olunduqdan cəmi bir ay sonra 37 min mantalıq tenderin qalibi olan MMC “Gəncə şəhəri, Əziz Əliyev, ev 227” ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Rafatov Ələkbər Elburus oğludur.
Onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, Mədəniyət Nazirliyi daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan edib.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”


Qazaxıstan buğda ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazir Yerbol Karaşukeyev ölkədən buğda və unun ixracına dair mövcud kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması haqqında fərman imzalayıb.

Qeyd edək ki, iyulun 5-dən Qazaxıstanda sentyabrın 30-dək nəzərdə tutulan ixrac məhdudiyyətləri ilə bağlı sərəncam qüvvədə idi. “Məhdudiyyətlər qüvvəyə minəndən bəri Qazaxıstan ixracatçıları buğda ixracat kvotalarının 83 %-ni və buğda unu ixracat kvotalarının 66 %-ni istifadə ediblər”, - FAS USDA hesabatında deyilir.

Nazirlik bildirir ki, sentyabrın 13-nə Qazaxıstanda taxıl bitkilərinin təqribən 70 %-i biçilib. Orta məhsuldarlıq keçən illə müqayisədə 30 % çoxdur. Beləliklə, yararlı taxıl məhsulu ilə bağlı bəyanatlar ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb olub.

Avqustun 31-də Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Xarici ticarət siyasəti üzrə qurumlararası komissiyası sentyabrın 10-dan taxıl və unun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edib. Xatırladaq ki, Qazaxıstan Azərbaycana buğda idxal edən ölkələr sırasında ikinci yerdədir. Son dövrlərdə ərzaq buğdası ilə bağlı dünya bazarlarında problem yaranmışdı. Əsas taxıl ixracatçılarından olan Rusiya hökuməti cari ilin iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına qadağa qoymuşdu.

Eyni zamanda, Qazaxıstan da ixraca məhdudiyyət tətbiq etmişdi. Digər ixracatçı ölkə olan Ukraynanın isə ixrac imkanları məhdud olduğundan ərzaq buğdası anbarlarda qalmışdı. Son günlər isə bu istiqamətdə atılan addımlar nəticəsində Ukraynadan ixrac imkanları yarandı.

Ümumilikdə isə ixracın məhdud olması dünya bazarlarında ərzaq buğdasının qiymətinin artmasına ciddi təsir etmişdi. Hazırda isə ərzaq buğdası ixracı istiqamətində irəliləyişin olması, o cümlədən

Qazaxıstanın məhdudiyyəti aradan qaldırması dünya bazarlarında, o cümlədən ölkəmizdə qiymətlərə təsir edəcəkmi? İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Qazaxıstanın bu addımı yaxşı göstəricidir və dünya bazarlarında hansısa ölkənin kvotanı ləğv etməsi ilə “vulkanik panika”nın aradan qaldırılması deməkdir:

“Əslində bu gün tələblə təklif arasında buğda dünyasında elə də ciddi disbalans yoxdur. Sadəcə olaraq Rusiya ilə Ukrayna arasında olan müharibə, yəni birinci ixracatçı ilə birinci yeddiliyə daxil olan ixracatçı arasında belə bir münaqişənin olması dünya bazarlarında buğdanın kəskin bahalaşmasına gətirib çıxarmışdı. Hətta bir çox ölkələr, məsələn, Hindistan daxili tələbatı yüksək olmasına baxmayaraq, cari ilin I rübündə özünü ixracatçı elan etmişdi, ancaq münaqişədən sonra ixracı dərhal dayandırıb ixrac potensialını geri çəkmişdi. Bunlar hamısı dünya bazarlarında panika yaratmışdı və buğda qiymətləri idarəolunmaz səviyyədə yüksəlmişdi. Ancaq bu gün mövcud vəziyyət tənzimlənir, mövsüm gəlir, görürlər ki, tələbat təklifi üstələmir. Bu gün adekvat bazar normallaşır və görürük ki, Qazaxıstan kvotasını götürür”.

Ekspert bildirib ki, bu, Azərbaycan üçün çox əlverişlidir:

“Nəzərə almaq lazımdır ki, üç ölkə Azərbaycana buğda idxalı üçün əlverişli hesab edilir. Bunlar Rusiya, Ukrayna və Qazaxıstandır. Bu gün Qazaxıstandan məhsulun gəlməsi ilə risklərimizi diversifikasiya etmiş oluruq”.

Qiymətlərə gəldikdə isə ekspert deyir ki, qiymət əsasən dünya birjalarınna bağlıdır:

“Ancaq bu artım növbəti mərhələdə buğdanın qiymətinin öz dayanıqlılığında qalması, daha da bahalaşmamasına şərait yarada biləcək bir amildir. Əgər belə olsa, biz də yəqin ki, ucuz məhsul alacağıq. Qiymətlərdə kəskin ucuzlaşma baş verərsə, Azərbaycan hökuməti də çörək məhsullarının ucuzlaşması istiqamətində addım atacaq. Əgər birjalarada ucuzlaşma müşahidə edilərsə, ən azından dövlət nəzarəti baxımından bu strateji məsələni müsbətə doğru həll edəcək”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil Nazirliyi `xanlıq`lara bölünüb: Qorxusuz direktorlar min oyundan çıxır... - BU NƏDİ BELƏ?


Hər yeni kadr təyinatından sonra qaysaq bağlayıb, sağalacağını düşündüyümüz təhsil sektoru korrupsioner direktor və “müəllim”lərin ucbatından irəliləməkdən, daha da geriyə düşür. Son bir neçə ay ərzində təhsil sektorunda baş verən müəllim-şagird münasibətlərini, həmçinin bir qism direktorlar tərəfindən yeni məktəbli forması almağa məcbur edilən valideynlərin, eyni zamanda “məktəb təmiri” adı ilə müəllimlərin, şagirdlərin cibinə girib, əlli, yüz manat qoparmağa çalışan “təhsil işçiləri”nin varlığı Təhsil Nazirliyinin bu məsələlərə qarşı hələ də tutarlı bir addım atmadığını göstərir.
Sanki orta məktəblər Təhsil Nazirliyindən bağımsız, heç hara və heç kimə hesabat verməyən “kiçik xanlıqlar”a çevrilib. Hər məktəb xanlıqdır və onu xan kimi idarə edən direktoru var. Bu direktorlara bəzən elə firon da demək olar. Təbii ki bu, məktəbin harada yerləşməsinə və ölçüsünə görə dəyişir. Hər ay bir neçə “müəllim”in rüşvət qalmaqalına görə işindən qovulduğu, ciddi ictimai tənqidə məruz qaldığı bir vaxtda özlərini xan, firon kimi aparan bəzi məktəb direktorları heç kimdən, heç nədən çəkinmədən, qorxmadan vatsap vasitəsilə ümumi qrupa səs göndərir və bildirir ki, filan gün hər kəs əlli manat pul gətirsin, məktəb təmir olunacaq. Yaxşı, bu direktor belə açıq-aşkar, rahatlıqla, qorxusuzca necə belə bir tələb ortaya qoya bilir? O, dəfələrlə belə səs yazılarına görə bədbəxt olan, abrı-həyası ətəyinə bükülüb, təhsildən rədd edilənləri görmürmü? Elə isə nədir bu rahatlıq, sərbəstlik?!

Sərbəstliklə səs yazısı göndərərək məktəb təmiri adı ilə işçilərdən pul tələb etmək, hələ bir bunu amiranə şəkildə ifadə etmək bu “balaca fironlar”ın nəyəsə, kiməsə güvəndiyini göstərir. Bu qədər acgözlüklə pul qoparmaq, yığmaq, özü də bunu açıq-aşkar edə bilmək cürəti nədən qaynaqlanır? Bəlkə həmin direktorlar elə “verdiyini yığmağa” çalışır? Bu, ehtimal ola bilərmi? Məncə, reallıqdır. Rüşvətin, korrupsiyanın baş alıb getdiyi qurumlarda verdiyini yığmaq, yazılmamış qanunlardan biridir və bunu demək olar, hər kəs çox gözəl bilir.

Təhsil Nazirliyi isə bu kimi hadisələrdə çox zaman ağzına su alıb oturur, problemləri əsasən Təhsil İdarəsinə yönləndirir və bildirir ki, məktəblərə Təhsil İdarəsi cavabdehdir. Təhsil Nazirliyinin birbaşa nəzarəti altında olmalı olan bu “balaca tiranlıq”ların indinin özündə də bəzi müəllimlərin, hətta valideynlərin üzərində göstərişvermə, pul tələbetmə “haqqı” var. Yalnız səs yazıları yayımlanandan sonra Təhsil Nazirliyi əl-ayağa düşüb, tədbir görməyə çalışır.

Ölkədə ən çox rüşvət, pul yeyintisi “tikinti, təmir” adı ilə alınır, mənimsənilir. Məktəb Təhsil Nazirliyinin nəzdində olan dövlət müəsisəsidirsə, nəyə görə orda çalışan müəllimlər, şagirdlər, hətta valideynlər həmin binanın tikintisi üçün əlli, yüz manat pul verməlidirlər? O məktəbi təmir etmək kimin vəzifəsidir? Hər il təhsilə ayrılan milyonlarla manat vəsait hara “buxarlanır”? Hər halda bu suallara cavab yaxın perspektivdə mümkün olmayacaq, ancaq bu, bir həqiqətdir ki, Azərbaycanda bir məktəb, bir də kazarma “təmiri” heç bir zaman bitmir. Nə deyək, işiniz avand olmasın...
Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrükdə yeni HƏBS DALĞASI başlayır - Milyonlarla dollarlıq pirotexnika fırıldağı


Dövlət Gömrük Komitəsində baş verən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi çərçivəsində müxtəlif qurumlar tərəfindən aparılan yoxlamalar zamanı yeni-yeni ciddi faktlar üzə çıxır.

DİA.AZ xəbər verir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu günlərdə Gömrük Komitəsində yüksək çinli məmurların pirotexniki vasitələrin ölkəyə gətirilməsi üçün istifadə etdikləri üsulların üstü açılıb.

Məlum olub ki, Yeni il şənliyi və Novruz bayramından bir həftə öncə "Qırmızı körpü" keçid məntəqəsində ölkəyə daxil olan malların yoxlanılmasında istifadə edilən əsas Rentgen qurğusu (Skan aparatı) bir həftəlik söndürülürmüş. Rəsmi sənədlərdə bu əməliyyat “texniki nasazlıq” kimi qələmə verilir və beləliklə, ölkəyə on milyonlarla dollar dəyərində tonlarla qadağan olunmuş pirotexniki vasitələr keçirilirmiş. Araşdırmalar zamanı o da bəlli olub ki, bu əməliyyatlar zamanı ölkəyə qeyri-qanunu olaraq mobil telefonlar, qızıl-zinət əşyaları, dərman preparatları da keçirilirmiş.
Beləliklə, gömrük postunda ildə bir neçə dəfə "pirotexnika əməliyyatı"nın həyata keçirildiyini və bir həftə boyunca ölkəyə idxal olunan məhsulların yoxlanılmadığını göz önünə gətirsək, əminliklə demək olar ki, söhbət on, hətta bəlkə də yüz milyon dollarla ölçüləcək qanunsuz dövriyyədən gedir. Təbii ki, bütün bu qanunsuz gəlirlər Gömrük Komitəsinin yüksək çinli məmurları arasında bölüşdürülürmüş...

Bütün bu əməliyyatlara hazırda həbsdə olan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun rəhbərlik etdiyi bildirilir. "Pirotexnika əməliyyatı"nın üstü açıldıqdan sonra Gömrük Komitəsi Əməliyyat İdarəsinin rəisi Rafiq Fətullayevin istintaqa cəlb olunacaqları gözlənilir.
Qeyd edək ki, hər il Yeni il və Novruz bayramı zamanı pirotexniki vasitələrin qanunsuz satışı ilə bağlı əməliyyatlar keçilir, xeyli adam həbs olunur. Lakin bir sual həmişə açıq qalırdı: Ölkəyə gətirilməsi qadağan olunan bu mallar gömrükdən necə keçirilir?
Bununla bağlı Gömrük Komitəsinə yönələn suallara isə belə cavab verilirdi: “Qaçaqmalçılıq yolu ilə”.
İndi isə məlum olur ki, bu malların ölkəyə gətirilməsinə gömrük rəhbərliyi şəxsən nəzarət edibmiş. Daha doğrusu, Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin ən yaxın adamı - müavini Məsum Rəsulov.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən hər hansı münasibət öyrənmək mümkün olmayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO