[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbov KASIBLAYIB? - ailə üzvlərinə məxsus şirkət kapitalını azaldır


Ölkənin aparıcı şirkətlərindən “Gəmiqaya Holdinqə” bağlı olan “Gəmiqaya Satış Mərkəzi” MMC (VÖEN - 0201208491) nizamnamə kapitalını azaldır.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, nizamnamə kapitalının azaldılması barədə qərar sentyabr ayının 19-da elan olunub. MMC-nin nizamnamə kapitalı 100 manat olub.

Məlumat üçün bildirək ki, “Gəmiqaya Satış Mərkəzi” MMC 12.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri, N. Tusi, ev 1, m. 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Babayev Nizami Novruzəli oğludur.
Vasif Talıbov KASIBLAYIB? - ailə üzvlərinə məxsus şirkət kapitalını azaldır

Onu da qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuata bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərtinə məxsus olması barədə məlumatlar yayılır və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü Gəmiqaya Holdinqin rəhbəri kimi qeyd edib.
Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
“Gəmiqaya” adı ilə fəaliyyt göstərən şirkətlərdən birinə - “Gəmiqaya-XXI” firmasına (VÖEN-0200013971) isə AMEA-nın vitse-prezidenti, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilən İsa Həbibəylinin qardaşı Yaqub Həbibbəyli rəhbərlik edir.
Hazırda Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsi 21 ünvanında yerləşən və özünü Gəmiqaya Holdinq kimi təqdim edən şirkətə Emin Uçar adlı şəxsin rəhbərlik etdiyi bildirilir. Rəsmi sənədlərdə isə Əliqulu Qəmküsar küçəsi 21 ünvanında “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Mərkəzi” MMC (VÖEN- 0200736551) adlı şirkətin qeydiyyatda olduğu və qanuni təmsilçisinin isə Emrah Uçar olduğu bildirilir. Digər şirkətlər kimi bu şirkət də 200 manat nizamnamə kapitalına sahibdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil naziri və onun kadrı İTTİHAM OLUNUR - Əməkdar müəllim Prezidentdən KÖMƏK İSTƏDİ


Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Surəti:
Azərbaycan Respublikasının Baş Prokuroru cənab
Kamran Əliyevə

Surəti:
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
cənab Əli Nağıyevə

Çox hörmətli Prezident!
Bununla yazıb sizə bildirirəm ki, artıq mən şokdayam, dəhşətə gəlirəm. Onu bilirəm ki,adamda abır-həya, mərifət, qanacaq ən vacib məsələlərdən biridir. Bu gün Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevin Dövlət və Dövlətçilik baxımından onun mövqeyini başa düşə bilmirəm. Bu adam kimə və nəyə xidmət edir. Bir onu bilirəm ki, bu adam öz danışıqlarına və hərəkətlərinə cavabdeh deyil. Bu minvalla mən 2 ildir yazıram ki, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri SOROS-a xidmət edən, qatı SOROS-çu, kənd təsərrüfatı mütəxəssisi, əsgəri xidmətdə olmayan, təhsili, məktəbi ümumiyyətlə dərk etməyən Anar Qədiməliyevin sifarişi əsasında 2 əməkdar müəllimi məni və Valeh müəllimi 65 yaşı bəhanə edib, heç bir əsas olmadan işimizə qərəzçiliklə xitam verdilər. Lakin 3-cü məktəb direktoru 68 yaşında bu günə qədər 7 dəfə müqavilə bağlayıb saxlayırlar, üstəlik ölkədə 500-ə yaxın 75,80,85 yaşlı adi məktəb direktorlarını rüşvət alıb saxlayırlar. Maraqlıdır ki, mən nazirlə görüşəndə o, Anar Qədiməliyevə kişi kimi göstəriş verdi ki, “Anar bu dəfə Bəhram İmranovu da işdən çıxardırsan.” Amma yenə də onu işdə saxlayıb müqavilə bağladı. İndi belə nazirə nə ad vermək olar, öz verdiyi sözə əməl etmədi. Bəhram İmranov isə məktəbin müəllimi Gülzalə Şükürovanın şikayəti bütün Azərbaycanı başına götürüb. Ancaq onun da haqlı tələbinə baxan yoxdur. Bir nazir ki, jurnalistə müsahibəsində deyə ki, 13 yaşlı qız uşağı 6-cı sinif şagirdi 9 ay məktəbə gəlmədiyi təqdirdə hamilə-hamilə dərsə gələ bilərdi. Burada nə var ki? Məktəb direktoru buna nə etsin? Bu iş hüquq-mühafizə orqanlarının işidir. Bu nazirdən Azərbaycan xalqı, təhsil işçiləri necə nümunə götürsün? Bu nazir elementar pedaqoji prinsipləri, pedaqoji qaydaları bilmir. Hələ utanmaz-utanmaz özü bilmədiyi halda müəllimləri sertfikasiya elətdirib, imtahan götürdür. Bu yaxınlarda bilmişəm ki, bu özüdə SOROS-un adamıdır. Az.politika.info saytında qeyd edilir ki, bunun da xaricdə kurs keçməsini SOROS təşkil edib. Elə ona görə də, öz yaxın dostu qatı SOROS-çu təhsildən bixəbər Anar Qədiməliyevin də cinayətlərinə göz yumur. Artıq 3 aydır ki, Anar Qədiməliyev Gəncədə 2 tanınmış, qabaqcıl məktəb direktorları 1 və 44 nömrəli məktəbin alicənab rəhbərlərini Mətanət və Knyaz müəllimi özünü öldürmə dərəcəsinə çatdırıb. Bu barədə Göygöl və Gəncə şəhər Prokurorluğunda ciddi araşdırmalar aparılır. Amma buna baxmayaraq Anar Qədiməliyev özünə o qədər arxayındır ki, özü və özünə yaxın işçiləri, Ayşə Kazımova və Sadiq Babayev idarədə çəkinmədən hamıya deyirlər ki, “boş şeydir Prokurorluq biz deyəni deyəcək, əksinə bu il 1 və 44 nömrəli məktəblər üçün ağır olacaq.” Bu qaydada hamıya hədə-qorxu gəlirlər. Necə ki, Emin Əmrullayev mənə dedi ki, “mən heçkimdən, hətta Prezidentdən də qorxmuram.” Eyni sözləri Anar Qədiməliyev Gəncədə hamıya deyir. Ona görə də Anar Qədimliyev Gəncə və Gəncəbasar təhsilini öz qanunları ilə idarə edir. Demək olar ki, təhsili özəlləşdirib. O cümlədən, bir sinif yoldaşını hansı ki, şəhərdə məişət pozğunu kimi tanınan Elnur Qasımovu əvvəlcə direktor, indi isə Göygöl rayonuna sektor müdiri qoydurub. Digər sinif yoldaşı, bank işçisi Elnuru təhsildə təchizata müdir qoydurub. Başqa bir dostu ixtisasca mexanizator Elmir Cəfərovu Daşkəsən rayonuna sektor müdiri qoydurub. Bir başqa Xəyal adlı dostunu rayonda maşın alverçisi kimi tanınan bu şəxsi Goranboy rayonuna sektor müdiri qoydurub. Bir başqa dostu yenə bank işçisi Rövşən adında birini özünə müavin təyin edib. Bir sözlə Gəncə Regional Təhsil İdarəsi əslində Gəncə Bank İdarəsidir. Indi bu adamlar necə təhsil düzəldə bilər? Bunlar əsl müəllimlərin mən və Valeh müəllim kimi ömrünü, gününü, canını təhsilə qoyan işçilərin işlərini dəyərləndirə bilərmi? Ona görə biz bunlara maneəçilik törətməyək deyə bizi dərhal vəzifəmizdən uzaqlaşdırdılar. Amma Bəhram İmranov başda olmaqla 3 nəfər direktorla da 2-ci dəfədir ki, müqavilə bağlayırlar.
Cənab Prezident, yazıqdır bu millət! Yazıqdır bu xalq! Yazıqdır bu təhsil! Təhsili bilə-bilə bu günə salmaq olmaz. Dövlətə və dövlərçiliyə Emin Əmrullayev kimi və onun əlaltısı Anar Qədiməliyev kimi xəyanət etmək olmaz. Mənə təəccüb gələn odur ki, bu 2 ildə 1 nəfər ağıllı məmur nə Prezident Aparatında, nə Nazirlər Kabinetində, nə Milli Təhlükəsizlik Xidmətində yoxdur ki, məni dəvət edə, bir ağsaqqal,Heydər Əliyevə bir sədaqətli oğul kimi, məni ürəkdən dinləyə və yazdığım həqiqətlər barədə tədbir görələr. Mən açıq etiraf edirəm. Anar Qədiməliyev psixoloji durumu yerində olmayan adamdır, bu adam özünü dərk etmir, işlərini ancaq rüşvətlə görürlər. Odur ki, özü təyin etdirdiyi məktəb direktorlarını, o cümlədən 13,30,31 nömrəli məktəblərin qanunsuzluqlarına göz yumurlar. Bu çox ciddi məsələdir. Bu məsələ Kamran Əliyevi də düşündürməlidir. Çünki, Anar Qədiməliyev deyir ki, “mən Kamran Əliyevdən də qorxmuram. Mənim nazirimə heç kimin gücü çatmaz.” Bax bu sözlər və hərəkətlər bizi gələcəkdə ağır faciələrə apara bilər! Tezliklə sizdən müsbət cavab gözləyirəm.
.

Hörmətlə: Həsənov İlham Musa oğlu

Azərbaycan Respublikasının Əməkdar müəllimi,
1995-ci ildən YAP-ın üzvü,
8 şeir kitabının müəllifi, Prezident mükafatçısı,
“Qızıl Qələm” mükafatı laureatı,
Gəncə şəhər Veteranlar Şurasının üzvü,
Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü
Heydər Əliyevin yaxın dostu və silahdaşı

Əlaqə nömrəsi: 050-333-40-27
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
«Cənnət Park» MTK-nın 7 ildir davam edən davası BELƏ BİTDİ - TƏFƏRRÜAT


«Biləcəritəmirquraşdrma» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi tərəfindən «Təzadlar»a daxil olan məktubu olduğu kimi təqdim edirik:

«Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova

Hörmətli Mübariz müəllim!

19 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə iddiaçı «Cənnət Park» MTK-nın «Biləcəritəmirquraşdrma» Qapalı Səhmdar Cəmiyyətinə qarşı apellyasiya şikayətinə baxılmışdır. Kollegiya iş materiallarını araşdıraraq Azərbaycan Konstitusiya Məhkəməsinin iki dəfə «Biləcəritəmirquraşdrma» QSC-nin mülkiyyət hüquqlarının tanınmasına dair qərarlarını, Azərbaycan Ali Məhkəməsinin Plenum Qərarını rəhbər tutaraq yekun qərar qəbul etmişdir. Qərara görə, iddiaçı «Cənnət Park» MTK-nın şikayəti rədd edilmiş, nəticədə «Biləcəritəmirquraşdrma» QSC-nin mülki hüquqları tam təmin edilmişdir. Beləliklə, «Cənnət Park» MTK-nın 7 ildir Azərbaycanın məhkəmə instansiyalarında əsassız olaraq davam edən məhkəmə çəkişmələrinə Bakı Apellyasiya Məhkəməsində son verilmişdir.

«Biləcəritəmirquraşdırma» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından Bakı Apellyasiya Məhkəməsinin sədri olaraq Sizə və eləcə də ədalətli qərar qəbul edən məhkəmə kollegiyasının heyətinə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu ədalətli qərar bir daha «Cənnət Park» MTK-nın rəhbərliyinin 7 ildir əsassız olaraq məhkəmə mübahisələrinə yol açmış məhkəmə iddialarına nöqtə qoyacaq və bu məhkəmə prosesi Azərbaycanın məhkəmə sisteminə ictimai rəğbətin təntətənsi kimi yadda qalacaq.

Dərin hörmətlə:

«Biləcəritəmirquraşdrma» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından: sədr Nazim Tahirov».

Redaksiyadan: xatırladırıq ki, “Biləcəri Təmir Quraşdırma” QTSC ilə “Cənnət-Park” MTK adlı şirkət arasında artıq 7 ilə yaxın bir müddət ərzində məhkəmə mübahisələri davam edir. «Cənnət-Park” MTK hüquqi əsası olmayan saxta sənədləri məhkəməyə təqdim etməklə, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin 2 milyonluq əmlakını ələ keçirməyə çalışır. Çünki MTK-nın rəhbərlərindən biri keçmiş nazirlərdən birinin qudasıdır, sənəd saxtalaşdıran notarius isə həmin sabiq nazirin kürəkənidir.

Ən maraqlısı, təqdim olunan sənədlərin saxta olması təsdiq olunsa da, işə baxan məhkəmələr qanunsuz olaraq 2 milyonluq əmlakın “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınması barədə qərarlar qəbul ediblər. QSC-nin sədri Nazim Tahirov məhkəmə qərarlarını ona görə qanunsuz hesab edib ki, işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi özünün 30.06.2017-ci il tarixli qərarı ilə mübahisə predmeti olan dəmir borularun “Biləcəri Təmir Quraşdırma” QTSC-nin mülkiyyətində olmasını təsdiq etdiyi halda, yenidən Ali Məhkəmə işə baxaraq qəbul etdiyi 30.01.2019-cu il tarixli qərarında əvvəlki mövqeyinin ziddinə getmiş və dəmir boruların “Cənnər-Park” MTK-ya verilməsi barədə qərar qəbul etmişdi. Bununla da Ali Məhkəmə özünün nüfuzuna kölgə salaraq, dünya praktikasında görünməmiş bir qərar qəbul etməklə, eyni tərəflər arasında, eyni mübahisə predmeti ilə bağlı fərqli qərarlar qəbul etmişdir… Özünün pozulmuş hüquqlarını müdafiə etmək üçün Nazim Tahirov bundan sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmiş, Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 30.012019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə həmin Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılması qərarı verilmişdir. Bundan sonra, Ali Məhkəmənin Plenumunda işə baxılmış və bütün məhkəmə qərarları ləğv edilməklə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təəssüflər olsun ki, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov qəbul etmiş olduğu 25.02.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozmuş, iş üzrə Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş hüquqi mövqenin ziddinə qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsi boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmasının Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət hüququnun kobud pozuntusu ilə nəticələnəcəyini müəyyən etdiyi halda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov öz qərarı ilə hesab etmişdir ki, Konstitusiya Məhkəməsi səhv edib və borular “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmalıdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Faciə ondadır ki, aşağı instansiya məhkəmələri məcburi qüvvəyə malik olan Konstitusiya Məhkməsinin qərarını saya almadığından Nazim Tahirov Ədliyyə Naziriliyinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına və bir çox dövlət qurumlarına şikayətlər etsə də, onun haqq səsinə səs verən olmamışdı… Nazim Tahirovun şikayətinə əsasən işə nəhayət, 23.07.2021-ci il tarixdə Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə baxılmışdır. Həmin gün Ali Məhkəmənin ədalətliyinə olan son ümidlər də torpağa gömülmüşdü. Amma şükür ki, Bakı Apellyasiya Məhkəməsinin yeni rəhbərliyi haqq və ədalətin yanında olmaqla Azərbaycanın məhkəmə sisteminə hörmət gətirmək yolunu tutmuşdur. Və yuxarıda deyildiyi kimi, Bakı Apellyasiya Məhkəməsində, nəhayət, ədalət zəfər çalmışdır… //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sehirli Naftalan” müalicə müəssisəsində `SEHRBAZLIQ` DAVAM EDİR - İLGİNC İDDİALAR...


Ölkəmizin müxtəlif ərazilərində, daha çox dağlıq rayonlarda, bəzi şəhərlərin ərazilərində fəaliyyət göstərən sanatoriyaların, ayrı-ayrı müalicə müəssisələrinin və s. olduqca böyük əhəmiyyətə malik olmaları hər kəsə bəlli olan həqiqətlərdir.

Bu sırada respublikamızın qərb bölgəsində yerləşən və dünya əhəmiyyətli unikal müalicəvi kurortlarının, yeganə müalicəvi naftalan neftinin varlığı ilə adı dillər əzbəri olan Naftalan şəhəri, bu gün də nəinki ölkəmizin hüdudlarında, hətta onun hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. Düzdür, bu şəhərin əhatə etdiyi ərazilərdə bir neçə sanatoriyalar fəaliyyət göstərir və onlardan biri də “Sehrli Naftalan” sanatoriyasıdır. Unutmaq olmaz ki, bu sanatoriyanın fəaliyyəti ilə bağlı gecə-gündüz geninə-boluna təbliğat işləri aparılsa da, reklam lövhələrində “bəy tərifləri” yazılsa da, əslində bu burada ab-hava tamam fərqli formadadır. Çünki, belə bir atalar məsəli var: “Yüz eşitməkdən bir görmək yaxşıdır”. Bəli, bu sanatoriyada gözlərimizlə gördüklərimizə, qulaqlarımızla eşitdiklərimizə mat-məəttəl qaldıqdan sonra o halda dərk etdik ki, səndemə “Sehrli Naftalan” müalicə müəssisəsi “sehrli əməllərə” qol qoyulan bir ünvandır. Məsələn, bu sanatoriyada heç bir mühafizə xidməti yoxdur, sanatoriyaya hansı şəxsin gəldiyini, hansı şəxsin getdiyini və s. dəqiqləşdirmək üçün heç bir kamera quraşdırılmayıb. Belə bir səbəbdən də, bu müalicə müəssisəsində əxlaqsızlıq əməlləri baş alıb gedir. Yəni, bu cür çirkin işlərə həvəsi olan kişilər sanatoriyanın həyət-bacasında “yallı gedib” dövrə vuran, “məxməri baxışlar”ı ilə hər kəsi özünə cəlb etməyi bacaran qadınları istədikləri vaxt qaldıqları otaqlara aparır və həmin qadınlarla minbir hoqqalardan çıxırlar. Söz yox ki, belə bir hoqqalar müəyyən məbləğ pul vəsaitlərinin qarşılığında həllini tapır. Yəni, bu sanatoriyada bir nəfər bir kimsədən soruşmur ki, bu qadın kim idi, hardan gəlib, hara gedir? Bir sözlə, “Sehrli Naftalan” müalicə müəssisəsi, əslində müalicə müəssisəsi deyil, ən böyük əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir.
Bundan əlavə, “Sehrli Naftalan”da yaşanan biabırçılıqlardan biri də, burada çalışan qadın işçilərdən tam əksəriyyətinin heç bir tibbi təhsilə malik olmamalarıdır. Məsələn, redaksiyamıza daxil olan məlumatlara görə sanatoriyaya rəhbərlik edən şəxsin yaxın qohumu (Fərqanə xanım, ad şərtidir) bu ünvanda xəstələrə fizioterapiya xidməti göstərir və həmin xanım Gəncə şəhərindəki təhsil müəssisələrindən birində müəllimə də işləyir. Sual oluna bilər ki, axı dövlət və ya qeyri-dövlət qurumlarında çalışan şəxslər bu sanatoriyaya müayinə və müalicə olunmaq məqsədilə üz tuturlar və bu ünvanda çalışanlardan tam əksəriyyətinin heç bir tibbi təhsilləri yoxdursa, o halda onlar xəstələri necə müalicə edə bilərlər? Diqqəti cəlb edən hallardan biri də, “Sehrli Naftalan”da ödənilən ödənişlərə görə bir kimsəyə heç bir ödəniş qəbzinin verilməməsidir. Daha bir biabırçılıq isə, bu ünvanda xəstələr xüsusi vannalarda naftalan neftini qəbul edərkən, bir xəstənin qəbul etdiyi nefti digər xəstənin də qəbul etməsi olur. Belə bir addımın atılması, bu sanatoriyada müayinə və müalicə olunan xəstələr arasında daha çox dəri və keçici xəstəliklərin yayılmasına yollar açır. Elə ki, “Sehrli Naftalan”a müayinə və müalicə olunmaq məqsədilə xəstələr üz tuturlar və onlar rəhbərlikdən normal şəraiti olan otaq istəyirlər, o halda “Heç də darıxmayın, sizə bir-iki günə lazımi şəraiti olan otaq verəcəyik” deyə vəd versələr də, son anda rəhbərlikdə olanlar verdikləri vədlərinə “fıs çıxırlar”. Yaşlı insanların əllərində “padnos” ayaqüstə durub yemək götürmələri, işçilərlə rəhbərlik arasında əmək müqaviləsi sənədinin olmaması, sanatoriyanın otaqlarında antisanitariyanın tüğyan etməsi və s. kimi problemlərin varlığı da başqa bir söhbətin mövzusudur.
Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, isti yay günlərində ölkəmizin ərazisində fəaliyyət göstərən bir çox sanatoriyalara, o cümlədən “Sehrli Naftalan” sanatoriyasına da həm yerli, həm də əcnəbi vətəndaşlar üz tuturlar və onlar bu ünvanda yaşanan hər cür biabırçılığı, məhz öz gözləri ilə görürlər. O halda sual oluna bilər ki, görəsən həmin şəxslər bu ünvanda baş verənləri görüb eşitdikcə bizim ölkəmiz haqda nə düşünürlər? Deməli “Sehrli Naftalan” sanatoriyasında vəziyyətin belə iyrənc, dözülməz həddə gəlib çatmasında bir çox vəzifə sahiblərinin, ələlxüsus yerli hüquq-mühafizə orqanları əməkdaşlarının da üzərinə böyük məsuliyyət yükü düşür. Odur ki, bu müalicə müəssisəsində baş verən “sehrli əməllər”i təhlil edib belə qənaətə də gəlmək olar ki, bu cür çirkin işlərə, qanunsuzluqlara cavabdehlik daşıyanlar ya üzərinə düşən vəzifələrini yerinə yetirmək istəmirlər, ya da ki, yerinə yetirə bilmirlər. Deməli, ...
Mövzuya qayıdacağıq. Bizi izləyin.

araz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərşəkər” MMC şefi dövləti SABOTAJ EDİR? - QALMAQAL


Xəbər verildiyi kimi, Rusiya-Ukrayna müharibəsi təkcə dünyanın energetika və iqtisadiyyatına ciddi zərbə vurmayıb, həm də dünyada ərzaq buğdasının istehsalı və istehlakında dolaşıqlıq yaradıb. Bu problemlər həm də Azərbaycanda ərzaq buğdasının istehsalında qarşıya yeni və ciddi vəzifələr qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyev problemlərdən ən az zərərlə çıxmaq üçün 19 iyul 2022-ci il tarixdə “Əzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzaladı. Bu artıq məsələnin nə qədər ciddi və məsuliyyətli olduğuna bir işarədir.

***

Gəlirik mətləbə: yaxşı, Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsini başa düşdük, bəs Ağcabədi rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsi niyə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanını saya salmır, sabotajla məşğuldur? Və polis şöbəsinin mayoru Gülmalı Orucov qanunsuz hərəkəti ilə uzun illərdir buğda və digər kənd təsərrüfatı məhsullarının peşəkar səviyyədə istehsalı ilə məşğul olan fermer Abdullayev Teyyub Əli oğluna əməllicə problem yaradıb. Əslində, aşağıda bəhs ediləcək problem fermerə deyil, hələ də Ermənistanla bitib-tükənməyən müharibənin ağrılarını yaşayan Azərbaycan xalqına yaradılıb.

Beləliklə, Ali təhsilli sahibkar-fermer, Azərbaycanda hər il təkcə 8 min ton soğan istehsalçısı, eləcə də kartof, taxıl, qarğıdalı və s. vacib kənd təsərrüfatı məhsulları istehsal edən T.Abdullayevin Prezident İlham Əliyevə müraciətini təqdim edirik:

Çox hörmətli cənab Prezident!

Mən ali təhsilli fermer olaraq, uzun illərdir xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənərək Azərbaycanda tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğulam. Dövlətimizdən indiyədək bir manat da olsun kredit, yaxud hansısa yardım almadan bütün bu işləri öz şəxsi vəsaitim hesabına həyata keçirmişəm.

Azərbaycanın Ağdam, Ağcabədi və İsmayıllı rayonlarında torpaq sahələrini icarəyə götürərək hər il buğda, arpa, qarğıdalı, soğan və s. kənd təsərrüfatı məhsullarını istehsal edirəm, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəhbər işçiləri də bu fəaliyyətimlə yaxından tanışdırlar. Mənim Ağcabədi rayonu ərazisində uzun illərdir icarəyə götürdüyüm torpaq sahəmdə taxıl və soğan əkinim vardır.

Ötən il “Azərşəkər” MMC-nin icraçı direktoru Nail Mövsümov əraziyə gələrək qonşuluğumdakı əkin fəaliyyəti ilə məşğul olan vətəndaşlara kompensasiya təklif edərək onların icarəsində olan torpaq sahələrini almaq qərarına gəlmişdir. Mənim icarəmdə olan torpaq sahəsini isə 2008-ci ildə Ağcabədi rayon sakinləri- Həsən və Faiq Kazımov qardaşlarına 30 min dollar pul verərək torpaq üzərində olan əmlaklarla, o cümlədən iki ədəd subartezian quyusunu almışam. İndiyədək həmin torpaq sahəsində yuxarıda qeyd etdiyim kimi, ərzaq buğdası və soğan əkirəm. Adı çəkilən sahədə əkin sahəsi olan rayon sakini M.Cəfərov isə “Azərşəkər” MMC-nin rəsmi nümayəndəsini aldadaraq təklif edilən kompensasiyanı mənim istifadəmdə olan torpaq sahəsinə görə də məndən xəbərsiz almışdır. Mən bununlda bağlı xəbər tutanda Ağcabədi rayon Polis Şöbəsinə şikayət verdim, rayon PŞ-nin İstintaq Bölməsinin müstəntiqi Yusif Məhərrəmov fakt üzrə Ağcabədi rayon Prokurorluğundan daxil olmuş ərizəm əsasında HK-1/-200 saylı materialı araşdırdı. Müstəntiq mənim və şahidlərin izahatlarını araşdıraraq bu qənaətə gəlmişdir ki, məsələ mülki xaraxterli olduğundan məhkəməyə müraciət edilməlidir. Halbuki ortada birbaşa dələduzluq cinayəti var idi. Çünki mənim xəbərim və icazəm, razılığım olmadan icarəmdə olan torpaq sahəsinə görə Mürşüd Cəfərov 100 min manatdan çox kompensasiya almışdır. O, Ağcabədi rayon Polis Şöməsinin müstəntiqinə verdiyi izahatında bunları təsdiq etmişdir. Həmin etiraflar müstəntiqin qərarında da vardır.

Beləliklə, mən 23 iyun 2022-ci ildə “Azərşəkər” MMC-nə, Ağcabədi rayon İcra Hakimiyyətinə və vətəndaş Cəfərov Mürşüd Muradxan oğluna qarşı mülki iddia qaldırdım. Bakı şəhəri Nizami Rayon Məhkəməsində icraata qəbul olunmuş iddia üzrə artıq 3 dəfə məhkəmə prosesi baş tutub və sonuncu dəfə iş baxılması üçün müvafiq qaydada hazırda Ali Məhkəmənin icraatındadır (Hakimlər kollegiyası:Abidin Hüseynov, Zaur Əliyev və Əhməd Nurməmmədov).

Çox hörmətli cənab Prezident!

Neçə gün əvvəl Ağcabədidəki əkin altında olan torpaq sahəmdə buğda səpininə başlayan mexanizator mənə məlumat verdi ki, sahənin suvarılmasında istifadə olunan subartezian quyularının sökülməsi üçün əraziyə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Dərhal sahəyə gəldim. Ağcabədi rayon Enerji Satışı İdarəsinin əməkdaşları ilə bərabər söküntü işinə rəhbərlik edən isə Ağcabədi RPŞ-nin mayoru Gülmalı Orucov idi (ad və soyadını sonradan öyrəndim, özünün kimliyini soruşanda rədd cavabı verdi). Mən ərazini hər il olduğu kimi bu il də şumladığımı, Prezidentin çağırışına sahibkar kimi səs verərək bu il də buğda səpmək üçün hazırluq işlərini gördüyümü, sahəyə gübrə verildiyini və s. onların diqqətinə çatdırdım. Onu da bildirdim ki, məsələ məhkəmə baxışındadır və mənə hər hansı bir qurumdan torpaq üzərində fəaliyyətimi müvəqəti də olsa, dayandırmağı bildirən olmayıb. Hətta sonradan adını öyrəndiyim Ağcabədi RPŞ-nin mayoru Gülmalı Orucova cənab Prezidentin ərzaq buğdası ilə bağlı Fərmanını xatırlatdım, dedim ki, mən Türkiyədən baha qiymətə toxum gətirmişəm, sahə gübrələnib, əkin yeri də göz qabağındadır, xahiş edirəm, artezianlara dəyməyin. Lakin mayor Orucov “Mənə dəxli yoxdur, sökülməlidir!” deyib dirəniş göstərdi. Mən ondan hansı sənəd, məhkəmə qərarı, yaxud tapşırıq olduğunu sübut edən bir rəsmi sənəd göstərməsini xahiş edəndə Ağcabədi Enerji Satışı İdarəsinin rəsmi şəxsləri də ona bildirdilər ki, yaxşı, gəlin artezianları gərginlikdən ayıraq, sonra lazım gələrsə sökülər. Mayor Orucov kobud surətdə “Get məhkəmə sənədini və Ağcabədi RPŞ-nin müstəntiqinin qərarını gətir, sonra qaytarıb yerinə qoyarıq, indi isə sökülməlidir!”, -deyərək özbaşınalıq etdi. Halbuki o, Ağcabədi RPŞ-dən gəlirdi və mübahisəli torpaqla bağlı (hansı ki, mübahisələndirən başqaları yox, mən özüməm) həmin sənədə baxa bilərdi.

Cənab Prezident!

Beləliklə, hazırda payızlıq əkin mövsümüdür. Əraizi şumlanıb, gübrələnib və səpinə hazırlanıb. Belə bir məqamda Ağcabədi RPŞ-nin mayoru (özünü təqdim etmədiyi üçün vəzifəsini də dəqiq bilmirəm) vəzifə səlahiyyətlərini aşaraq mən sahibkarın bütün işini problemə çevirdi. O, bircə gün gözləyə bilərdi ki, mən məhkəmə qərardadlarını və Ağcabədi RPŞ-nin məlum qərarını ona təqdim edim. Axı onu bu əraziyə kim və hansı tapşırıqla göndərmişdi, hələ də müəmmalı olaraq qalır. O, əvvəlcədən mənə məlumat verərdi və mən vəkilimdəki lazımi sənədləri ona təqdim edə bilərdim. Mayor Orucov isə artezianları sökdürüb sonra məndən sənəd istəyir. Bu nə dərəcədə qanuni və ədalətlidir?

Cənab Prezident! Sonradan məlum oldu ki, Ağcabədi rayon İcra Hakimiyyətindən sahənin boşaldılması, əkinin dayandırılması barədə göstəriş verilib. Axı mən həmin torpaqda uzun illərdir ərzaq buğdası əkirəm. Halbuki yuxarıda qeyd etdim, “Azərşəkər”in icraçı direktoru Nail Mövsümov Ağcabədi ərazisində ayrı-ayrı vətəndaşların istifadəsində olan torpaq sahələrini heç bir rəsmi sənəd vermədən, qeydiyyat aparılmadan pul verib alır, sonra həmin torpaq sahəsini kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlara ikiqat qiymətə satır. Məsələn, ötən il şəxsən mən Nail Səfixanova 24 min manat pul verərək 20 hektar torpaq sahəsini 1 il müddətinə icarəyə götürüb taxıl əkmişəm. Pulun verilməsi isə qeydiyyatsız aparılıb. Belə çıxır ki, biz fermerlər dövlət başçımızın tapşırığına uyğun olaraq buğda əkmək üçün ikiqat qiymətə “Azərşəkər” MMC-nin torpaq satmaqla məşğul olan rəsmilərindən torpaq almalıyıq???

Cənab Prezident, xahiş edirəm, təcrübəli fermer kimi, komissiya göndərilsin və mənim sahələrimlə digərlərinin əkin sahələrini və məhsul çıxımını müqayisə etsinlər. Mən təkcə bu il Hollandiyadan gətirilmiş toxum və qabaqcıl becərmə təcrübəsini tətbiq etməklə hər hektardan 200 sentner dənlik qarğıdalı götürmüşəm. Bu məhsuldarlıq inanmıram ki, başqa sahələrdə olsun. Sadəcə, bəzi məmurlar bunu da əlimizdən almaq istəyirlər. Bu hərəkət ölkəmizin ərzaq təhlükəsizliyinə qarşı açıq sabotajdır.

Xahiş edirəm, tədbir görülməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz və Ağcabədi rayonnun İcra başçısı ilə “Azərşəkər” MMC-nin məsul şəxslərinin qanunsuz əməllərinin qarşısı alınsın.

Redaksiyadan: Məsələ ilə bağlı Ağcabədi RİH başçısı Rafil Hüseynovla əlaqə saxlamaq cəhdimiz hələki baş tutmur. Eləcə də yaranmış problemlə əlaqədar olaraq “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyevlə də əlaqə saxlamaq mümkünsüz kimidir. Redaksiya tərəfindən A.Mehdiyevə rəsmi müraciət göndəriləcək. Necə ola bilir ki, tanınmış fermerin buğda əkininə imkan verilmir, amma o məcbur edilir ki, “Azərşəkər” MMC-nin icraçı direktoru Nail Səfixanovdan ikiqat qiymətə (qanunsuz əsaslarla satılır, verilən pul qeydə alınmır, təyinatı müəmmalıdır və s.) torpaq alıb buğda əksin.

“Təzadlar”ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda dövlət adına RƏSMİ TALAN... - BUNUN BAŞQA ADI YOXDUR...


Dəfələrlə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi, digər Regional Mərkəzlərdə və ekologiyanın digər sahələrində olan cinayətləri çəkib işıqlandırmışıq, amma çox təəssüflər olsun ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyatı qurumlar bununla bağlı hər hansı bir tədbir görmür.

Görünür, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və onun "cinayətkar dəstə"si meşə və ekologiyanın digər sahələrini dədə-baba malı kimi özəlləşdiriblər.

Azinfo.tv saytı xəbər verir ki, Meşələrin İnkişafı Departamentinin (MİX) sabiq rəisi Ağaqardaş Qaraşov çox çalışır ki, cənubdakı meşələrə nəzarəti öz əlində saxlasın, əsasda (sexləri olduğu Masallını) Masallı Regional Meşə Təsərrüfatı Mərkəzin.
Aydındır ki, Ağaqardaş Qaraşov bunları dostu Ekologoya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun əli ilə həyata keçirdir.

Ağaqardaş dəfələrlə dostu Vüqar Kərimovdan ötrü xəbər saytı rəhbərlərinə zəng vurur, xahiş etdirir ki, Vüqar Kərimovla bağlı mətbuatda yazılar getməsin.

Ağaqardaş Qaraşov özü ən böyük cinayətkarlardandır, çünki Masallı şəhərində (Masallı meşəbəyliyində) dövlət meşə fondun zəbt edərək özü və iki qardaşı-Mubariz və Dima ev tikiblər.

Masallı Regional Meşə Təsərrüfatında olan etibarlı mənbəmiz xəbər verir ki, Ağaqardaş pensiyaya çıxmış meşəçiləri və əvvəllər meşə sahəsində çalışmış digər dostların hazırkı Mərkəzin direktoru Nəsimi Nəsirovun yanına yollayır və ona məsləhət (yoxlamaları necə saxtalaşdırmağın yolların və s) verməyi tapşırır.
Çünki Nəsimi özü qeyri-meşəçi və meşə sahəsində naşı bir kadrdır.
Mənbəmiz onu da qeyd edir ki, ümumiyyətlə Nəsimi Nəsibov meşə və əkinlərin mühafizəsi ilə maraqlanmır, ancaq işi-sənəti Ağaqardaşın dost-tanış və müqavilə bağlamaq (artırmaq) üçün gələn istirahət-rekreasiya sahiblərini qəbul etməkdir. Çün ki, sözügedən müqavilə biznesində onlar üçün yaxşı qazanc var.

P.S. Xahiş edirik Baş Prokurorluq bizim mətbuatda işığlandırdığımız şikayətləri, ən əsasda Ağaqardaş Qaraşovun sex və dövlət meşə fondunda tikdirdiyi evləri araşdırıb qanuna müvafiq şəkildə tədbir görüb, bu barədə bizə də məlumat versin.
Artıq yaxın günlərdə redaksiyamız tərəfindən sözügedən şikayətlər barədə lazım olan orqanlara rəsmi sorğular göndəriləcək

Qarşı tərəfin mövqeyini işığlandırmağa hazırıq. //Azinfo.tv//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Niyə Elm və Təsil Naziri bunu DİM rəhbərindən soruşmur?" - deputat


"Tədris ili başlayıb, lakin Dövlət İmtahan Mərkəzi (DİM) hələ də tələbələrin əmrlərini Ali məktəblərə göndərməyib. Görəsən səbəb nədir? Bəlkə elmi-statistik təhlil aparırlar? Niyə Elm və Təsil Naziri bunu DİM rəhbərindən soruşmur?" DİA.AZ bildirir ki, bu xitabı Elm Və Təhsil Nazirliyinə deputat Etibar Əliyev ünvanlayıb.
Daha sonra millət vəkili qeyd edir: "Daha bir vacib məqam. Ali məktəblərə Xarici tələbələrin qəbulunu Elm və Təhsil nazirliyi aparır. Bu absurddur! Sonra deyirik ki, Universitetlərimizə oxumağa gələn xarici tələbələrin sayı ilbəil azalır...
Tələbə adını qazanan 2395 nəfər təhsil almaqdan imtina edib. Səbəb nədir? Elm və Təhsil Nazirlyi və DİM hələlik susur.
Özəl Ali məktəblərə niyə etimad azalıb?
Bəlkə bu tip Ali məktəblər Kolleclərə çevrilsinlər? Bunu eşidən bizim Özəl Ali məktəb rəhbərləri yəqin ki inciyəcəklər. Kolleclər Qərb və Amerika təhsil sistemlərinin özəyi sayılır. İnanın ki, bizimkilər o ölkələrin Kollec proqramları əsasında da təhsil qura bilməzlər.
Bəli, paradiqma dəyişib hər şeyi pul həll edir, ancaq yüksək məbləğli təhsil haqlarının müqabilində keyfiyyətsiz təhsil vermək vicdansızlıqdır, cəmiyyəti aldatmaqdır. Sui- istifadədir, kasıbların götürdükləri Bank kreditlərinin hesabına varlanmaqdır. Milyonçu olmaqdır...Dünyanın hansı ölkəsində Özəl Ali məktəblər Ailə Universitetidir? Ax, mentalitet, mentalitet!"

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO