[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xarici diplomatlar Əhmədbəyli-Füzuli-Şuşa yolu üzərindəki tunellə tanış oldular


Avqustun 26-da Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi yekunlaşmaqda olan tunellə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov xarici diplomatlara Zəfər yolunun qısa müddət ərzində tikilməsi, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 kilometrlik hissəsi 6, 48-81,6 kilometr arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edir.

Yol boyu 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Tunellər şərti olaraq T1A (3 303m), T1 (351,5 m), T2 (550m), T3 (681,5 m), T4 (570m), T5 (478,5m) və T6 (526m) adlandırılıb.

Diqqətə çatdırılıb ki, artıq T4, T5 və T6 tunelləri üzrə tikinti işləri son mərhələdə icra edilir. Belə ki, qeyd olunan tunellərdə qazıntı, püskürtmə beton, kəmər betonu, drenaj və kabel boruların inşası işləri tamamlanıb. Hazırda tuneldaxili, həmçinin tunellərin giriş və çıxış yollarında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Həmçinin diqqətə çatdırılıb ki, hazırda işğaldan azad olunan ərazilərdə 18 avtomobil yolu layihəsi həyata keçirilməkdədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İddialı qrupa düşdük" - Qurban Qurbanov


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının püşkü barədə fikirlərini bölüşüb.

Mütəxəssis G qrupundakı rəqibləri "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"ın (Fransa) güclü komandalar olduqlarını bildirib:

"İddialı bir qrupa düşdük. Görünür ki, hər bir komandanı çox böyük şansı olacaq. "Frayburq", "Nant" "Böyük 5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə bütün illər boyu həmişə iddialı olub. Rəqiblərlə qısa müddət ərzində yaxından tanış olacağıq. Çalışacağıq ki, onları maksimum yaxından tanıyaq. Rəqiblərə qarşı düzgün hazırlaşmağa çalışacağıq. Həmişə dediyim kimi, əgər yaxşı nəticə qazanmaq şansımız varsa, bundan maksimum yararlanacağıq. Bizi maraqlı oyunlar gözləyir. Çünki hər bir rəqibin öz oyun üslubu var. Futbolçularımla birlikdə onlara qarşı yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət qulluğuna qəbul imtahanının nəticələrinə dəyişiklik EDİLDİ


21 avqust tarixində keçirilən inzibati icraçı vəzifələrə (B növü) aid olan qruplar üzrə test imtahanı ilə əlaqədar Dövlət İmtahan Mərkəzində yaradılan Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, Komissiya tərəfindən imtahanda istifadə olunan tapşırıqlar təkrar ekspertiza olunub. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan iki test tapşırığının birində redaktə, digərində isə texniki xarakterli xətaya yol verildiyi müəyyən edilib.
Belə ki, bir qapalı tipli test tapşırığının şərt hissəsində redaktə səhvi (inkarın silinməsi) nəticəsində hər üç yanlış cavab variantı doğru cavab variantlarına çevrilib. Digər bir açıq tipli seçim formalı tapşırığın etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) isə dörd doğru cavab variantı (2,3,4,5) əvəzinə texniki səhv nəticəsində üç doğru cavab variantı (2,3,5) qeyd olunub.


İmtahanda istifadə olunan başqa test tapşırıqlarının məzmununda heç bir elmi-metodik qüsur və texniki xarakterli xəta aşkar edilməyib .

Apellyasiya Komissiyasının qərarına əsasən, qanunvericilik proqramına aid yuxarıda qeyd olunan iki test tapşırığında yol verilmiş xəta nəzərə alınaraq ekspertizada iştirak edən əməkdaş barəsində intizam xarakterli tədbir görülüb və namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilib:

- BA vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 21 saylı və BB vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 50 saylı eyni məzmunlu bir qapalı tipli test tapşırığı bütün namizədlər üçün düzgün cavablandırılmış hesab edilib;

- BA vəzifə qrupu A variantı üzrə 50 saylı, B variantı üzrə 54 saylı açıq tipli seçim formalı test tapşırığı yalnız “2345” cavab variantını seçən namizədlər üçün düzgün, “235” və digər cavab variantını seçən namizədlər üçün səhv cavablandırılmış hesab edilib.

Namizədlər artıq müvafiq dəyişikliklərlə DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Heydər Əliyev Fondu tərəfindən uşaqlar üçün təşkil olunan şənliklərdən fotolar paylaşıb.

Birinci vitse-prezident paylaşımında qeyd edib: “Hər birinizi çox sevirəm!”.
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)
“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Finlandiya və İsveç Türkiyə ilə razılaşdı - Terrorla mübarizə aparacaqlar


NATO Madrid Zirvə toplantısında imzalanan razılaşmadan sonra Türkiyə, Finlandiya və İsveç nümayəndə heyətləri ilk iclasını keçirib.

Finlandiyanın paytaxtı Helsinkidə keçirilən görüşdə Finlandiya və İsveç başda PKK terror təşkilatı olmaqla milli təhlükəsizliyə yönəlmiş bütün təhdidlərə qarşı Türkiyəyə tam dəstək verəcək; O, PYD/YPG və FETÖ-yə dəstək verməyəcəyinə dair öhdəliklərini bir daha təkrarlayıb.

28 iyun 2022-ci ildə NATO-nun Madrid Zirvə toplantısında Türkiyə , Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası Finlandiyanın paytaxtı Helsinkidə keçirilib. Görüşlərdə Daimi Birgə Mexanizmin iş prinsipləri müəyyən edilib, Üçtərəfli Memorandumda qeyd olunan öhdəliklərin icrası ilə bağlı inkişaflar nəzərdən keçirilib və qarşıdakı dövrdə atılacaq konkret addımlar vurğulanıb.

Mexanizm çərçivəsində qarşıya qoyulan məsələlərlə bağlı konkret irəliləyişə nail olmaq üçün müvafiq qurumlar arasında texniki səviyyədə əməkdaşlığın intensivləşdirilməsi razılaşdırılıb.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda 43 ildən sonra ilk dəfə qadınlara bu icazə verildi


İranlı qadınlar 43 ildən sonra ilk dəfə ölkə futbol çempionatının oyununa qatılıblar.

Xeberekspress.az İSNA agentliyinə istinadən xəbər verir ki, "Azadi Stadium" arenasında Tehranın "Esteghlal" və Kirmanın "Mesa" komandaları arasında keçirilən oyuna 500-ə yaxın qadın gəlib. Onlar könüllü qadınların əhatə etdiyi ayrıca sektorda məskunlaşıblar.

Məlumata görə, İranda qadınların idman tədbirlərinə qatılmasına rəsmi qadağa yoxdur, lakin kişilər oynayan zaman onları adətən stadiona buraxmırlar.

İslam təbliğçiləri idman tədbirlərinə qatılmağın "aqressiv kişi atmosferi" səbəbindən qadınlar üçün zərərli olduğuna inanırlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR


Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 334 saylı tam orta məktəbin yeni inşa edilmiş binasının açılışında iştirak edib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktəbin yeni binasında yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Binə qəsəbəsindəki Hövsan tərəvəzçilik-südçülük sovxozunun ərazisi əhalinin sıx məskunlaşdığı yerlərdən biridir. Şagirdlər Binə qəsəbəsindəki mövcud təhsil müəssisəsinə qədər 5 kilometrdən çox məsafə qət etməli olurdular. Mövcud vəziyyət nəzərə alınaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən Binə qəsəbəsində 800 yerlik yeni məktəb binası inşa olunub, yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin istifadəsinə verilib.

Məktəbin üçmərtəbəli binasında sinif, laboratoriya, əmək təlimi otaqları, yeni texnologiyalar və robototexnika üzrə kabinet, informatika sinfi, hərbi hazırlıq otağı, məktəbəqədər hazırlıq sinfi, kitabxana, idman və akt zalları, arxiv otaqları, yeməkxana yaradılıb.

Eyni zamanda, açıq havada futbol meydançası salınıb, istirahət köşkləri quraşdırılıb. Məktəbin ərazisi abadlaşdırılıb və yaşıllıq salınıb.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva avqustun 26-da Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 277 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulan binasının açılışında iştirak edib.

Birinci vitse-prezident körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Körpələr evi-uşaq bağçasının müdiri Aygün Allahverdiyeva məlumat verdi ki, 277 saylı körpələr evi-uşaq bağçasının binası 1993-cü ildə inşa edilib. Binada təmir işlərinə ehtiyac yarandığından Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılıb və körpələr evi-uşaq bağçası müasir tələblərə uyğun yenidən qurulub, zəruri mebel, invertar və avadanlıqla təchiz olunub.

Diqqətə çatdırıldı ki, 220 yerlik körpələr evi-uşaq bağçası iki korpusdan ibarətdir. Uşaq bağçasının həyətyanı sahəsi abadlaşdırılıb, burada əyləncə qurğuları quraşdırılıb.
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR
Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib - FOTOLAR

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bulvardakı kafelərin ÖZBAŞINALIĞI - İdarə istehlakçıların hüququnun pozulmasını qulaqardına vurur


Yay mövsümü ilə əlaqədar Dənizkənarı Bulvara üz tutanların sayında artım müşahidə olunur. İstirahətə gələnlərin əksəriyyəti isə Dənizkənarı Bulvar ərazisində xidmət göstərən restoran və kafelərin fəaliyyətindən şikayətçidir. Belə ki, məlum obyektlər çay içmək istəyən müştəridən çayı dəstgah şəklində sifariş verməyi tələb edir. Kafe və restoranların bu tələbi ilə yanaşı, qiymətlərin süni şəkildə artırılması da başqa problemdir.

DİA.AZ-ın məlunmatına görə, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında bildirib ki, restoran və kafelərdə müştəriyə hər hansısa tələbin qoyulması qanunaziddir və istehlakçı hüququnun pozulmasıdır, ona görə də müvafiq qurumlar bu cür neqativ halın qarşısını almalıdır:

“Həftədə iki və ya üç dəfə sözügedən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə şikayət daxil olur. Təxminən 7 ilə yaxındır ölkəmizdə bu vəziyyət hökm sürür. Həmin kafe və restoranların 50 manat məbləğində verdiyi çay dəstgahını istəməsən, çay vermirlər. Dənizkənarı Bulvar ərazisi ilə yanaşı, digər yerlərdə də müştəridən məcburi şəkildə çayı dəstgah şəklində sifariş verməsi tələb olunur. Belə bir hadisə mənim də başıma gəlib. Yanımda olan Amerika vətəndaşları ilə çayxanaya getdim. Ofisiant məndən üç dəfə hesab aldı. Sonuncu hesabı çayxanadan 20 metr uzaqlaşandan sonra gəlib aldılar ki, düzgün hesablanmayıb.

Bu, istehlakçı hüququnun pozulmasıdır. Qanunvericilikdə zəifliyin olması müştərilərin haqqının kobud şəkildə pozulmasına yol açır. İstehlakçı hüquqlarını qoruyan qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri qəbul olunan qərarlar istehlakçıların zərərinədir. Sanki biznes klublar üçün toxunulmazlıq obrazı yaradılıb. Heç bir dövlət qurumu istehlakçıların aldadılmasını və hüququnun pozulmasını müdafiə etmir. Ona görə də Nazirlər Kabineti çayxanaların, restoranların və kafelərin fəaliyyətinə nəzarət edən mexanizm tətbiq etməlidir.

Sözügedən problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdikdə bildirirlər ki, öz əraziləridir, özləri bilər. Halbuki bu cür yanaşma olduqca səhvdir. Restoran və çayxanalarda baş alıb gedən bu vəziyyətə son qoyulmalıdır. Azərbaycan çay içən ölkə kimi tanınır. Ölkəmizə gələn turistlərin yerli çayxanalarda məlum xoşagəlməz halla rastlaşması onlarda ikrah hissi doğurur. Bu, Azərbaycanda turizmin inkişafına zərbə vuran ciddi amillərdən biridir”.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə dəfələrlə əlaqə qurmağa cəhd etsək də, zənglərimizə cavab verən tapılmadı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycan xüsusi xidmət orqanları ermənilərin SIM kartlarını ələ keçirib" - “Joqovurd”


Ermənistanın “Joqovurd” (“Xalq”) qəzeti ölkənin ən böyük mobil rabitə operatoru “Viva MTS”-ə məxsus SIM (Subscriber Identity Module - Abunəçinin Kimlik Modulu) kartların 2020-ci ildə Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyini iddia edib.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu gün “Viva MTS” “Joqovurd” qəzetində yer alan “Viva MTS” kartları Azərbaycan xüsusi xidmət orqanlarının əlinə necə keçdi?” başlıqlı yazıya münasibət bildirib.

Bildirilir ki, “Viva MTS”-ə məxsus SIM kartlar Azərbaycan vətəndaşlarına satılmayıb.

Məlumat üçün bildirək ki, “Joqovurd” qəzetinin yazdığına görə 2020-ci ilin iyul ayında “Viva MTS”-ə məxsus nömrələrdən Ermənistan vətəndaşlarına sosial sorğular aparılaması bəhanəsilə zənglər edilib. Xüsusilə silahlı qüvvələrdəki vəziyyətlə bağlı kəşfiyyat xarakterli məlumatlar alıblar.

Məlumatda bildirilir ki, Azərbaycan xüsusi xidmət orqanları “Viva MTS”-ə məxsus “+37494-39-75-95” və “+37493-52-72-08” mobil nömrələrindən istifadə edərək Ermənistan vətəndaşlarına zənglər ediblər.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən “Joqovurd” qəzetinə bildiriblər ki, “Viva-MTS” və Ermənistanda fəaliyyət göstərən digər mobil operatorlar Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarına, Azərbaycan vətəndaşlarına, Azərbaycan pasportu olan şəxslərə telefon nömrələri satmayıblar.
“Joqovurd” qəzeti isə yazır ki, bəs onda azərbaycanlılar “Viva MTS” kartlarını necə əldə ediblər?

Onu da qeyd edək ki, keçmiş adı “K-Telecom” olan “Viva-MTS”-in səhimlərinin 80%-ni 2007-ci ildə Rusiyanın MTS şirkəti satın alıb. Hazırda Ermənistanda ölkə əhalisinin 70%-dən çoxu “Viva-MTS” abunəçisidir.

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar