[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yəqin ki, səhiyyə nazirliyi, ya da TƏBİB bu işə əncam çəkər... - KİMİN GÜCÜ ÇATIRSA...


Ötən gün Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanası ilə bağlı məlumatımızda qeyd etmişdik ki, tibb müəsissəsi ilə bağlı uzun müddətdir ölkə mətbuatında müxtəlif şikayətlər, problemlər dərc olunmasına baxmayaraq hələdə problemlər yerində qalmaqda davam edir.

DİA.AZ_ın məlumatına görə, MilliYol.az-a daxil olan məlumatada bildirilirdi ki, Sabirabad Mərkəzi Xəstəxanasının baş direktoru Ənvər Lumanov tibb müəssisininin idarəsini xəstəxananın baş tibb bacısı Lalə Dadoşaya həvalə edib. Məhz baş direktorun Lalə Dadaşovaya verdiyi külli-ixtiyarı səlahiyyətlər o qədər genişdir ki, xəstəxananın baş həkimi İkram Allahverdiyev belə baş tibb bacısı ilə hesablaşmaq məcburiyyətində qalıb.

Sabirabad Mərkəzi Xəstəxanası ilə bağlı MilliYol-a daxil olan bəzi ilginc məlumatları oxuculara təqdim edirik.

Yeni məlumatlara əsaslanarsaq, deyə bilərik ki, baş direktor Ənvər Lumanovla, baş tibb bacısı Lalə Dadaşovanın və mühasib Rasim Vəliyevin iş birliyinin təməli COVİD-19 pandemiyasının başlanğıc dönəmində qoyulub. Xatıqladaq ki, 2020-ci ilin martından başlayaraq ölkənin bütün xəstəxanalarında, o cümlədən Sabirabad Xəstəxanasında da ciddi iş rejimi tətbiq edilmişdi. Koronvirus infeksiyasının qarşısının alinması məqsədilə vətəndaşlara vaksin dozalarının vurulması, həmçinin virusa yoluxan vətəndaşlara tibb yardımın göstərilməsi üçün çalışan tibb işçilərinə Nazirlər Kabineti yüksək məbləğdə əmək haqqının verilməsi haqqında qərar qəbul eləmişdi.

Məlumata görə 2020-ci ildən 2021-ci ilin yarsına kimi Sabirabad Mərkəzi Xəstəxanasında koronavirus infeksiyasının qarşısının alınmasında iştirak edən tibb işçilərinin 80-ə yaxının əmək haqqısını Ənvər Lumanovla Lalə Dadaşova və Rasım Vəliyev mənimsəyib. Belə ki, xəstəxanadakı mənbə bildirir ki, Xəstəxanada çalışan 140 tibb işçisindən 60-70-i işə gəlib, qalanın isə adı olub özləri olmayıb. Yəni Ənvər Lumanov, baş tibb bacısı Lalə Dadaşova və mühasib Rasim Vəliyev 70-dən artıq "ölü can"ın pulunu mənimsəyib. Daha doğrusu o ağır zamanlarda bu üçlü büdcəni talan etməklə məşğul olublar.

Qeyd edək ki,pandemiyanın kəskin dönəmində tibb işçilərinə koronavirus infeksiyasının qarşısının alınmasında iştirak etdikləri üçün bir il dörd ay ayda 1200-1400 manat əmək haqqı verilib. İddiaya görə Ənvər Lumanov, Lalə Dadaşova və Rasim Vəliyev pandemiya zamanı 1,5 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.

Bundan başqa baş tibb bacısı Lalə Dadaşova koronavirus infeksiyası ilə bağlı vaksin vurulması zamanı vətəndaşlara saxta vaksin vurulması arayışının satışına nəzarət edirmiş. Hətta həmin vaxt Sabirabadda saxta arayış satan tibb işçilərindən biri hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilmişdi. Ancaq Lumanovun çoxsaylı xahişindən sonra məsələ bağlanıb.

Saytımıza verilən digər məlumatda isə qeyd olunur ki, hazırda Sabirabad Xəstəxanasında icbari tibb sığortdan əsər əlamət qalmayıb. Xəstəxanada fəaliyyət göstərən şöbələr hər ay baş direktora aylıq "hesab" verirlər. Bu hesabların yığılmasına və çatdırılmasına nəzarəti birbaşa baş tibb bacısı Lalə Dadaşova edir.

Məlumatda qeyd edilir ki, hər ay doğum şöbəsindən 1500-2000 min manat, digər şöbələrdən isə xəstələrin sayına görə müxtəlif rəqəmli "hesab" alınır. Bundan başqa xəstəxanada fəaliyyət göstərən UZİ, Tomoqrafia və Rentgen aparatlarını işlədən həkimlərin hər ay ödəyəcəyi məbləğlər var. Həmçinin bir çox həkimlərdən üç aydan bir min manat hesab alındığı deyilir.

Xəstəxanaya dövlət tərəfindən verilən bir çox dərman pereparatlarının satılmasını isə Sabirabad rayonunda bilməyən yoxdur. Şəkər iynəsi insulindən tutmuş hətta doğuş zaman bəzi qadınlara vurulmasına ehtiyyac olan "Antirezus" (roqonda deyilir) iynəsinə qədər pulsuz verilən dərmanlar müxtəlif apteklərdə satılır. Bildirilir ki, "Antirezus" iynəsini Lalə Dadaşova Saatlı rayonundakı apteklərdə satdırır. Qeyd edək ki, Lalə Dadaşova uzun müddət Saatlı rayonunda dərman satışı ilə məşğul olub.

Bundan başqa Sabirabad Xəstəxanasının kənd xəstəxana və məntəqələrində adları olub özləri olmayan xadimələrin əmək haqqılarının bir hissəsidə Ənvər Lumanova çatır. Bu işə nəzarəti isə baş direktorun sağ əli olan Lalə Dadoşva ilə sol əli sayılan mühasib Rasim Vəliyev edir.

İddia edilir ki, bir müddət öncə baş tibb bacısı Lalə Dadaşovanın Sabirabad xəstəxanasına gələn xəstələrlə açıq şəkildə rüşvət söhbəti eləməsi ilə bağlı auido səs yazısı yayılıb. Həmin səs yazısını Sabirabad rayonundakı oxucularımız bizə göndərəcəklərini deyirlər.

Onu da qeyd edək ki, hər həftə Sabirabad Mərkəzi Xəstəxanasında baş tibb bacısı Lalə Dadoşa ilə müxtəlif işçilər arasında davalar olur. Bu dava-dalaşın səbəbi isə Lalə Dadaşovaya rüşvət verərək işə girən işçilərin pullarını geri istəməsi ilə bağlı olduğu deyilir. Misal olaraq bir neçə gün bundan öncə Gülsənəm adlı tibb işçisinin və İlahə adlı xadimənin Lalə Dadaşova ilə davaya çıxaraq pullarını gerı qaytarmalarını göstərmək olar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tarif Şurasının bu səlahiyyəti ləğv edilib


Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsinə dair yeni prosedur müəyyənləşdirilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Telekommunikasiya xidmətləri üzrə tariflər Tarif (qiymət) Şurası, radiotezliklərdən istifadə üzrə tariflər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən ediləcək.

Bundan əvvəl Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Tarif Şurası tərəfindən müəyyənləşdirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN dəyişikliklərə GEDİR... - TƏFTİŞ BAŞLADI...


Fövqəladə Hallar Nazirliyinin ətrafında yaranmış ajiotaj nisbətən səngisə də, bu qurumda baş verən hadisələrin necə nəticələnəcəyi böyük maraq doğurur. FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin intim videoları ictimaiyyətin diqqəti bu quruma yönəldi. Zaur Mirzəyevin məhkəmə qərarı ilə həbsi ictimai qınağı nisbətən yumşaltsa da, FHN-nin başçısı Kəmaləddin Heydərov və yaxın ətrafı ilə bağlı tənqidlər davam edir.

DİA.AZ Yenisabah.az-a istinadla xatırladır ki, sözügedən video görüntülərinin yayılmasında sonra Zaur Mirzəyevlə əlaqədə olan Xidmət əməkdaşlarının hamısı vəzifədən uzaqlaşdırılıb. Bununla yanaşı həmin əməkdaşların fəaliyyətinə cavabdeh olan bir neçə vəzifəli şəxs barəsində də ölçü götürülüb.

Aldığımız məlumata görə Kəmaləddin Heydərovun göstərişi ilə bu həftənin əvvəlindən etibarən FHN-nin mərkəzi aparatında və nazirliyə tabe olan bütün strukturlarda yoxlamalar başlanılıb. Xüsusi komissiya təkcə biabırçı hadisənin baş verdiyi Dövlət Yanğından Mühafizə Xidmətində deyil FHN-nin tabeliyində olan bütün idarələrin fəaliyyətini ciddi təftiş edir.

Xəbərə görə, komissiya cəmi 4-5 gün ərzində təkcə Dövlət Yanğından Mühafizə Xidmətində deyil, nazirliyə tabe olan digər qurumlarda da pozuntular aşkarlanıb. Bu qanunsuzluqlara daha çox vəzifə təyinatlarında və rütbələrin paylanılmasında yol verilib.

Komissiya Dövlət Yanğından Mühafizə Xidmətində leytenant rütbəsi ilə fəaliyyətə başlayan şəxsin cəmi beş il ərzində mayor rütbəsinə qədər yüksəldiyini aşkarlayıb. Bununla paralel olaraq büdcə vəsaitlərinin xərclənməsi zamanı israfçılığa yol verilib, xərclər smetası bir neçə dəfə şişirdilib. Komissiyanın apardığı araşdırmanın ilkin nəticələri FHN başçısı Kəmaləddin Heydərovu həm məyus, həm də narahat edib. "Fözvqəlnazir"in tezliklə sərt qərarlar qəbul edəcəyi gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Müəllim adını yaza bilmirsə, günahkar o deyil” - Deputatdan TƏNQİD


“Müəllim savadsız ola bilməz. Əgər müəllim savadsızdırsa, bunun məsuliyyətini təkcə özü daşımır. Müəllimin savadsız olması onun ali məktəbdə aldığı təhsillə, artıq neçə ildir ki, keçirilən MİQ imtahanlarında onun işə götürülməsi ilə bağlıdır. Belə bir sual yaranır ki, təlimlərə, müəllimlərin təkmilləşdirilməsinə 100 minlərlə manat vəsait ayrılır. Bəs bu vəsait müəllimin savadlı olmağına niyə təsir göstərmir? Görünür, burada imitasiyalar çoxdur”.

DİA.AZ xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev deyib. Orta təhsil müəssisələrində bəzi müəllimlərin savadsız olması barədə ittihamlara münasibət bildirən deputat problemlərin haradan qaynaqlanmasından danışıb:

“İbtidai təhsil üzrə dərs deyən müəllim işlədiyi təhsil pilləsinin adını düz yaza bilmirsə, bu, 21-ci əsr üçün faciədir. Bütün bunlarla yanaşı, nə qədər məktəb nəzarəti var. Nə qədər təlimlər, imtahanlar olur, indi də sertifikasiyaya hazırlaşırlar. Bütün bunlar göstərir ki, məsələ təkcə müəllimin problemi deyil. Heç kim savadsızlığını etiraf etmir. Hansı peşənin sahibi olsa da, hər kəs özünü çox bilmiş aparır. Ancaq bu müəllim peşəsidir. Əgər müəllim öz tədris etdiyi təhsil pilləsinin adını səhv yazırsa, o dərhal işdən çıxarılmalıdır”.

E.Əliyev, həmçinin təhsilin keyfiyyətinin yoxlanılması prosesindən bəhs edib:

“Müəllimin keçdiyi dərsin keyfiyyətini kim qiymətləndirir? Müəllimin 45 dəqiqəsini kim qiymətləndirir? Həmin 45 dəqiqə ərzində müəllim həm dərsi izah etməli, həm sual verməli, həm də cavab almalıdır. Hansı baş verir, bunun monitorniqi varmı? Konkret olaraq pilot kimi 50 məktəb götürüb, yoxlasınlar, görsünlər müəllimin keçdiyi dərsin keyfiyyəti var? Əgər müəllimin keçdiyi dərsin keyfiyyəti yoxdursa, o dərhal işdən kənarlaşdırılmalıdır. Məktəbdə savadsız müəllim ola bilməz. Buradan belə bir nəticə çıxır ki, müəllimlərin işə qəbulunda, təlimlərdə ciddi problemlər var”.

Parlament üzvü hesab edir ki, savadsız müəllimlər universitetə təsadüfən qəbul olunub:

“Bu, o deməkdir ki, müəllim ali məktəbdə keçdiyi dərsləri mənimsəməyib. Hansısa formada qəbul olub və oranı bitirb. Lakin sonrakı mərhələdə də təkmilləşməyib. Savadını artıra bilməyib. Ancaq orta məktəbdə tədrisini davam etdirir. Burada filtir olmalıdır ki, məktəbə savadsız müəllimlər ayaq açmasın”.

Deputat bisavad müəllimlərin kollec təhsili alması barədə fikirlərə də münasibət bildirib:

“İndi kollec təhsili pillə və müddət baxımından ali məktəbdən fərqlidir. Fənlərdə müxtəlif fərqlər var. Ancaq lap kollecdən də məzun olubsa, müəllim öz üzərində çalışmalıdır. Müəllim səhv etməməlidir. Elə bil ki, bir kitabı oxuyursan, xeyli korrektə səhvləri görürsən. Kitab gözdən düşür. Anlayırsan ki, kitaba ürəklə yanaşılmayıb. Müəllim də elədir. Səhv edirsə, valideynin, şagirdin gözündən düşür. Müəllim adına xələl gətirir. Artıq neçə illərdir ki, kolleclərdən universitetlərə inteqrasiya var. Kollec balları nəzərə alınır və ali məktəbə keçid mümkün olur. Bütün hallarda kimin haranı bitirməsindən asılı olmayaraq hansısa peşəyə yiyələnibsə, o biliklərini dondurmamalı, daim üzərində çalışmalıdır. İndi elə hesab edirlər ki, Pedaqoji Universitet keyfiyyətli müəllimlər hazırlayır. Əlbəttə, yox. Mən həmin proqramla tanışam. Pedoqogika və psixologiyanın tədrisi ilə tanışam. Ən böyük faciə odur ki, fəlsəfəni ali məktəblərdən yığışdırıblar. Düşüncə elmini yığışdırıblar. Tədris olunan psixologiya sovet psixologiyasıdır. Müəllim həm yaxşı pedaqoq, həm də psixoloq olmalıdır. Əgər bunları yaxşı əxz edə bilmirsə, müəllim tərbiyəçi funksiyasını da itirir. Bütün dünyada artıq öyrətmə pradiqmasından çox tərbiyə pradiqması ön plandadır. Son olaraq müəllim statusunun mahiyyətinə varmaq lazımdır. İnsanlar dövlətdən sənəd alıblarsa da, müəllim statusunun fəqinə varmırlar”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə keçirdiyi mətbuat konfransında müəllimlərlə bağlı şikayətlərini dilə gətirib. Nazir bildirib ki, bəzi müəllimlər ibtidai sözünü “ipdidai” olaraq yazıb. Belə müəllimlərin şagirdlərin qarşısına çıxarılması günahdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
«Ərazi Tikinti-Planlaşdırma Mərkəzi» TENDER DEVİNƏ `YEM ATDI` - BUNUN BAŞQA ADI YOXDUR...


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən «Ərazi Tikinti-Planlaşdırma Mərkəzi» Ermənistan qoşunlarının Gəncə şəhərinə zərbələri nəticəsində dağıdılmış evlərin və obyektlərin təmiri üzrə növbəti tenderi yekunlaşdırıb.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə tenderin qalibi "PARLAQ-N" MMC (VÖEN: 1002432951) olub. Satınalan təşkilat bu şirkətlə 2 milyon 501,6 min manat məbləğində müqavilə bağlayıb.

Qeyd edək ki, bu, "PARLAQ-N" MMC-nin bu mövzuda keçirilən tenderlər üzrə «ixtisaslaşıb» və qazandığı ilk tenderi deyil.

Bu ilin aprelində "PARLAQ-N" MMC yenə də «Ərazi Tikinti-Planlaşdırma Mərkəzi»nin elan etdiyi demək olar ki, analoji - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə və Naftalan şəhərləri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satın alınması tenderinin də qalibi olub və 4 milyon manatlıq müqavilə qazanıb.

Ümumiyyətlə "PARLAQ-N" dövlət tenderlərində 4 dəfə qalib gəlib.

Yuxarıda göstərilən iki müqavilədən əlavə olaraq şirkət 2020-ci ildə Təhsil Nazirliyinin «Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi»nin «Qazanxana və istilik sistemləri» tenderini – 2 milyon 25 min manat, 2021-ci ildə isə eyni qurumun «Bir sıra təhsil müəssisələrində qazanxana və istilik sistemləri üçün avadanlıqların alınıb-quraşdırılması işlərinin satınalınması» tenderinin (244 min manat) qalibi olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil Nazirliyinin TENDER HOQQABAZLIĞI... - Sanki büdcə dədələrindən qalıb...


Azərbaycanda büdcə maliyyəli təşkilatların sifarişçi olduqları dövlət satınalmalarında baş verən neqativ hallar barədə yerli və xarici mediada çox yazılıb.

“Dövlət satınalmaları haqqında” Qanuna edilən dəyişikliklər satınalmalar sahəsində korrupsiya hallarının qarşısının alınması istiqamətində mühüm addım kimi təqdim olunsa da, təəssüflər olsun ki, bu sahədə hələ də neqativ hallar qalır.

Bəzi dövlət qurumları fəaliyyət profili qaranlıq olan təşkilatlarla əməkdaşlığa üstünlük verir, bəzi hallarda görülən işlərin, alınan malların smetası real dəyərindən qat-qat artıq qiymətə rəsmiləşdirilir.

Bəzi hallarda isə görülən işlər üçün yeni satınalmalar keçirilir, büdcədən külli miqdarda vəsaitlər xərclənir.

Gundem.media Qlobal.az-a istinadla xəbər verir ki, görülən işlərə yeni satınalmalar həyata keçirən dövlət qurumlarından biri də Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsidir.

Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi cari ilin avqust ayının 15-də “Abşeron rayonu, Mehdiabad qəsəbəsi 2 nömrəli tam orta məktəbinin əsaslı təmiri işlərinin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 309.067 manat, qalibi isə “Meqaplus” Firmasıdır.

Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi ilə “Meqaplus” Firmasının arasında bağlanana müqavilənin predmetlərindən biri Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbin 373 kvadrat metr fasadının emulsiya ilə rənglənməsi və 871 kvadrat metr dam sahəsinin profnastillə vurulması yer alır.

İlginc məqam budur ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi ilə Meqaplus Firması arasında cari ilin avqust ayının 22-də imzalanan tender müqaviləsində göstərilən işlər 2021-ci ildə həyata keçirilib.

Yəni hazırda Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbin 373 kvadrat metr fasad emulsiya ilə rənglənmiş, 871 kvadrat metrlik dam hissəsi yeni profnastil örtüyü ilə montaj olunmuşdur.

Belə olan təqdirdə Təhsil nazirliyinin İdarəsinin sifarişçi olduğu satınalmalar bəzi suallar yaradır.

Məsələ ilə bağlı Elm və Nazirliyindən və Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsindən münasibət almaq mümkün olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
General Laçından Ali Baş Komandana məruzə etdi - VİDEO


Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb.

Laçın şəhərinin mərkəzindən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.

“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı dalğalanır. Yaşasın Azəırbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır”, - deyə general-mayor Kənan Seyidov məruzəsində bildirib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının şirkəti kəndi yer üzündən silir - Lənkəranda ekoloji terror davam edir


Lənkəran rayonunun Təngivan kəndi yer üzündən silinməkdədir. Kəndin ortasından keçən Lənkərançay çayının yatağı Lənkəran icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi “PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, təxminən 10 il əvvəl fəaliyyətə başlayan daş-çınqıl karxanasi artıq kənd sakinlərinin əkin yerlərinə keçib.

Kəndin bələdiyyə sədri, icra nümayəndəliyindən tutmuş bütün yerli orqanlar tərəfindən himayə olunan şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir. İcra başçısı Taleh Qaraşovun da Kəmaləddin Heydərovun adamı olduğu şübhə doğurmur. Sakinlərin sözlərinə görə, qanunlara tüpürən adıçəkilən MMC o qədər yüksək yerlərdən himayə olunur ki, onların yazdığı məktublar da ünvana çatmır.

Təngivan kəndindən acınacaqlı görüntüləri təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir qardaşı çörəyimizi haram edir, digəri də belə... - Jurnalistin BAŞINA OYUN AÇDILAR...


Çin istehsalı olan “Changan”, “Baic” və “GAC” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan “Sirena Motors” MMC-nin tənəzzül edərək tam müflis elan edilmə ərəfəsindədir. Bunun səbəbi şirkətin müştərilərlə hesablaşmalarında ilkin ödənişi edilmiş, hətta qiymətinin yarıdan çoxu ödənilmiş maşınları belə cüzi borc, gecikmə bəhanələriylə ədalətlilik prinsiplərini pozaraq müştərilərin əlindən almağa çalışması, təmirə qəbul etdiyi hallarda girov saxlayıb geri qaytarmaq istəməməsi, hətta hüquq müstəvisində müştərilərə qarşı iddialarının təmin edilmədiyi, avtomobilin cavabdehdən alınmasının qanunamüvafiq və ədalətli hesab edilmədiyi hallarda belə məhkəmə qərarlarını icra etməyə tələsməməsi və ən əsası da idarəetmə işinin savadsız kadrlara həvalə edilməsi kimi faktorlar olmuşdur.
Hamıya bəlli idi ki, şirkətin məqsədi avtomobili öz adına keçirəcəyi, ona yiyələnəcəyi günün uzaqda olmadığını düşünən müştəridən mümkün olacaq qədər çox para qoparmaq, üzərinə əlavə faizlər yükləyərək borc altından çıxmasını mümkünsüz edib avtomobili əlindən almaqdı ki, bu halın da tendensiya xarakteri alması cəmiyyətimizdə narazıçılıq doğururdu.
Məhkəmə müstəvisində nümayəndəlik institutunun ləğv edilməsi və bunun nəticəsi olaraq vəkillik xidmətinin qiymətinin artması vətəndaşları adı çəkilən şirkətlə mübarizədə aciz duruma saldı və müflis olan insanların çoxu daha dərin bataqlığa düşməmək üçün ziyanın yarısından da geri qayıtmağa üstünlük verərək, mübarizələrini dayandırırdılar.
Amma “Sirena Motors” MMC kimi nəhəng ilə çəkişməyə gücü çatan az sayda şəxslər olurdu ki, onların əzmi, qətiyyəti başqalarına da nümunə olmalı, ümumiyyətlə, bu tipli çəkişmələrin məhkəmə təcrübəsində presendent kimi qəbul edilməlidir. Həmin şəxslərdən biri də jurnalist Ramin Məhəmmədoğludur. Şirkətlə onun arasındakı mübahisə de-yure bitib. Amma ətalət qüvvəsi ilə de-fakto davam edir.
Xatırladaq ki, jurnalist 2014-cü ildə adı çəkilən şirkətdən 25768 manata götürdüyü minik avtomobilinin qiymətinin 2017-ci ilin iyul ayına kimi 23070 manatını ödəmiş və az mbləğdə borclu qalmışdı. Amma şirkət ona qarşı 8700 manat borc iddiası qaldıraraq məhkəmə davası açmışdı. İşin məhkəmə masasına çıxarılmasına baxmayaraq, şirkət cavabdehin borcunun üzərinə hər gecikdirilən gün üçün əlavə 6 manat pul tələbi ortaya qoymuşdu. Nəsimi rayon məhkəməsi 02.07.2018-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmişdi. Birinci instansiya məhkəməsi avtomobilin qiymətinin çox hissəsinin ödənilməsini nəzərə almamışdı. Qətnamə ilə razılaşmayan cavabdehin müraciət etdiyi Bakı Apellyasiya Məhkəməsi iddianın cavabdehdən artıq tələb olunan pulla bağlı hissəsini təmin etməmişdi. Şirkətin hüquqşünası məhkəmədə cavabdehin daha əvvəl ödəmiş olduğu pulları da danmağa cəhd etmiş və şirkətin avtomobilin geri qaytarılması tələbini müdafiə etmişdi. Lakin, R.Məhəmmədoğlunun əlində ödəniş qəbzləri vardı, müraciət etdiyi növbəti instansiya – Ali Məhkəmənin Mülki Kollegiyası işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmışdı və yekun nəticədə avtomobilin cavabdehdən alınması qanunamüvafiq və ədalətli hesab edilməmişdi.
Bundan sonra, şirkət əlində öz xeyrinə məhkəmə qərarı olan az borclu müştərisi Ramin Qurbanova yol vərəqəsi vermədiyi üçün idarə etdiyi avtomobil yol polisi tərəfindən saxlanılaraq, duracağa götürülmüşdü. Sonra da “xəbəri duyan” şirkət əməkdaşları mülkiyyət hüququndan istifadə edərək avtomobili götürüb aparmışdılar.
Bunun ardından R.Qurbanovun müraciəti əsasında məhkəmə 8 iyul 2019-cu il tarixdə avtomobilin şirkətə məxsus xüsusi dayanacaqdan götürülməsi və R.Qurbanova qaytarılması və “Sirena Motors” MMC-nin avtomobillə bağlı mülkiyyətçi kimi hərəkətinə qadağan olunması haqda qərar çıxarır. 11 iyul 2019-cu il tarixdə R.Qurbanov Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ilə birgə “Sirena Motors” MMC-nin xüsusi dayanacağına, avtomobili götürməyə gedirlər. Avtomobilə baxış keçirərkən aşkarlanır ki, duracağa aparılarkən işlək vəziyyətdə olmuş avtomobilin üstündən mühərriki, sürət qutusu və başqa ehtiyat hissələr çıxarılıb. Avtomobilin vəziyyəti aktlaşdırılır, R.Qurbanov maşını götürməkdən imtina edir. Məlum olur ki, “Sirena Motors” MMC məhkəmədə son nəticədə qalib gələcəyinə o qədər inanırmış ki, mübahisə predmeti olan əmlakla istədiyi kimi rəftar etmişdir. Bununla da soyğunçu şirkətlə bağlı daha müdhiş bir həqiqət də ortaya çıxmışdı: “Sirena Motors” məhkəmə müstəvisində uduzduğu avtomobili “çolaq” edir, dəyərinin 90 faizini təşkil edən mühərrik və sürət qutusu kimi vacib hissələrini oğurlayırmış…
Jurnalist Ramin Məhəmmədoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edərək, “Sirena Motors”un işlər müdiri Mehmet Coşkuna Azərbaycan Respublikası qanunlarına və vətəndaşlarına sayğı ilə yanaşmanın vacibliyinin xatırladılmasını xahiş etmişdi.
Söhbətimizin bu yerində yada salmağa dəyər ki, “Sirena Motors” MMC məşhur iş adamı, taxıl biznesmeni, sabiq deputat Əsabil Qasımovun qardaşı oğlu Vüqar Qasımovun adına qeydiyyatdadır. Qasımovlar Mehmet Coşqunu işlər müdiri vəzifəsindən kənarlaşdırandan sonra həmin vəzifəyə Mehmetin daha əvvəl işdən qovduğu Nail adlı cavan adamı gətiriblər. Əvvəllər şirkətdə işi kağız-kuğuz daşımaq, kuryerlik etmək olan Nail də savadsızlığı ucbatından vətəndaşları incitməklə məşğuldur. Zatən personalı buraxılmış “Sirena Motors”un fəaliyyəti daha əvvəlki kimi avtomobil gətirib satmaq deyil, yalnız məhkəmə qətnamələri ilə təsdiqlənmiş köhnə borcların yığılmasından, borcluların təqib edilməsindən ibarətdir ki, bundan da ötrü cəmi iki-üç kabinet məşğuldur. Jurnalist R.Məhəmmədoğlu deyir ki, Nail iş başına keçəndən sonra ilk növbədə məhkəmə qətnamələrini əlinin altında saxlamalı idi ki, borclu vətəndaşlarla danışanda borcun məbləği barədə məlumatı olsun. Jurnalist bildirir ki, xeyli sürən məhkəmə çəkişmələrindən sonra onun borcu ortaq məxrəc olaraq 1500 manat kəmiyyətində məhkəmə qətnaməsi ilə təsdiqlənib. Təəccüblüdür ki, Nail bəy jurnalistdən 3000 manat tələb etməkdədir. Ona xatırladılmalıdır ki, heç nədən başı çıxmasa da, ən azı bilməlidir ki, məhkəmə qətnamələri müzakirə olunmur və bunun üstündən lüzumsuz danışıqlarla vətəndaşları incitməyə gərək yoxdur. //realmedia.az//

XƏBƏR LENTİ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...