[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Şəhid olan əkiz qardaşımla birgə döyüşmüşəm, amma heç bir medal verilməyib” - Daha bir qazi HARAYI


“Vətən müharibəsində əkiz qardaşım Teymur Abdullazadə ilə çiyin-çiyinə döyüşmüşəm. Mən 22 gün döyüşdüm və yaralandım, qardaşım isə şəhid oldu. Lakin indiyə kimi xidmətlərimə görə heç bir medal ala bilməmişəm”.

DİA.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Biləsuvar rayonundan olan qazi Seymur Abdullazadə müraciət edib.

O bildirib ki, müharibə başlayanda əkiz qardaşı Teymur Abdullazadə ilə birgə 16 ayın əsgəri olublar və döyüşə qatılıblar: “Əkiz qardaşımla birgə Suqovuşan, Talışkənd, Ağdərə uğrunda döyüşlərdə iştirak eləmişəm. Qardaşım da yanımda döyüşüb və şəhid olub. Ona da cəmi 3 medal verilib.

Mən oktyabrın 16-da başımdan və ayağımdan yaralandım, qardaşım isə şəhid oldu. Ondan sonra məni cəbhə xəttindən çıxararaq xəstəxanaya yerləşdirdilər. Bir müddət Bakıda hərbi hospitalda müalicə aldım. Ciddi psixoloji problemlərim yaranmışdı. Elə indi də müalicə alıram. Ona görə də heç maraqlana bilməmişəm, gözlədim ki, yəqin medal verilər. Amma iki il keçib, mənimlə eyni xidmətdə olanlar alsa da, mənə heç bir medal verilməyib. Necə lazımdırsa, döyüşmüşəm, bunu hamı bilir...”

T. Abdullazadə həmçinin veteranlıq statusu ala bilmədiyini deyir. Qaziyə döyüşlərən sonra üçüncü qrup əlillik dərəcəsi təyin olunub və buna görə pensiya alır.

Şikayətlə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Vətəndaş Abdullazadə Seymur Faiq oğlu ilə bağlı bildiririk ki, Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən onun sənədlərinə baxılıb, zəruri dəqiqləşdirmələr aparılıb".

Nazirlikdən həmçinin qeyd edilib ki, S.Abdullazadəyə "Müharibə veteranı" adının verilməsi və adının "Zəfər" altsisteminə daxil edilməsi üçün sənədləri müvafiq komissiyaya təqdim edilib.

Qeyd edək ki, Seymur və Teymur Abdullazadələr 2001-ci il iyunun 24-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olublar. T. Abdullazadə oktyabrın 8-də Ağdərədə şəhid olub, doğulduğu Biləsuvar rayonunda dəfn edilib. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidentin sərəncamları ilə “Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
“Şəhid olan əkiz qardaşımla birgə döyüşmüşəm, amma heç bir medal verilməyib” - Daha bir qazi HARAYI
“Şəhid olan əkiz qardaşımla birgə döyüşmüşəm, amma heç bir medal verilməyib” - Daha bir qazi HARAYI
“Şəhid olan əkiz qardaşımla birgə döyüşmüşəm, amma heç bir medal verilməyib” - Daha bir qazi HARAYI

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişli Şəkər Zavodunda İŞÇİ HAQQI YEYİLİR... - GİLEY

"2007-ci ildən İmişlidə "Azərsun" şirkətinə məxsus Şəkər Zavodunda işləyirəm". DİA.AZ bildirir ki, İmişli şəhər sakini Elnur Uluxanov əlil olmasına rəğmən "Azərsun" Holdinq tərəfindən başına açılan oyunlardan danışır.

Şikayətçi deyir ki, 8 illik sığorta haqqı ödənilsə, o, əmək pensiyası ala bilər, amma buna baxmayaraq İmişli Şəkər Zavodu bu ödənişi etməkdən imtina edir və dövlətin qanunlarını pozur.

DİA.AZ bildirir ki, "Azərsun Holdinq"in prezidenti Abdolbari Goozala mürciət edən Elnur Uluxanov eyni zamanda dövlətin müvafiq qurumlarından da kömək istəyir.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Azərbaycan neft təsərrüfatı` jurnalı İŞİ... - MÜZAKİRƏ DAVAM EDİR...


SOCAR Prezidenti Rövşən Nəcəfin şirkətin idarəetmə və rəhbər vəzifəli şəxslərinin əmək haqlarına əlavələrin verilməsi və s. barədə imzaladığı 19 avqust 2022-ci il tarixli əmrinin ictimai müzakirəsi davam edir.

«Təzadlar» dünən Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlının eksklüziv müsahibəsini təqdim etmişdi. Həmin müsahibədə də ayrıca vurğulanmışdı ki, axı necə ola bilər ağır əmək və iş şəraitli sıravi neftçi ayda 1000-1400 manat əmək haqqı alır (onun da xeyli hissəsi vergilərə tutulur), amma kabinetdə əyləşən rəhbər işçilər isə ayda bundan 10-12 dəfə çox əmək haqqı alır, imtiyaz, səlahiyyətlərə malik olurlar?! Yəni, bu dəfəcədə ədalətsizlik olarmı???

Beləliklə, dünəndən qeyd olunan müsahibə ətrafında və müsahibəyə səbəb olmuş məlum ƏMR ətrafında müzakirələr gedir. Hətta aldığımız məlumata görə, maraqlı tərəflər guya bu əmrin sistemdən xaker vasitəsilə ələ keçirildiyini bildiriblər. Halbuki bu tip sənədlər və aktlar ictimai maraq kəsb etdiyindən (kommersiya sirri deyil) ictimaiyyət üçün əlçatan olmalıdır. Bunu «İnformasiya əldə etmək haqqında» Qanun da tələb edir və s.

Bəs «Azərbaycan neft təsərrüfatı» jurnalındakı fantastik əmək haqqı tətbiqi necə meydana çıxıb???

Adı çəkilən jurnalın mövcudluğunu biz də ilk dəfə idi eşidib bilirdik. Amma neft sahəsi üzrə tanınmış ekspert İlham Şabanın fb statusunda belə bir fikri var idi: ««Azərbaycan neft təsərrüfatı» jurnalındakı redaktor, müavin, məsul katib, lap belə mürəttib ştatı... Bunları başa düşdük... Bəs baş mühasib, baş mühasibin müavini neynir orda, yəqin hələ mühasib və kassir ştatları da var...».

Təsəvvür edirsinizmi, ayda bir dəfə nəşr olunan bu jurnaldakı ştatlarda əyləşənlərin maaşı indi nə qədərdir???

Sosial platforma istifadəçisi Seymur Kazımov isə bu ətrafda maraqlı araşdırma təqdim edib. O, yazır: ««Azərbaycan neft təsərrüfatı jurnalının baş redaktoru, müavinləri və baş mühasibinin astronomik əmək haqqı ilə bağlı maaş cədvəlini yəqin ki, görmüsünüz. Sizcə kimdir bu bəxtəvərlər? Yüngülvari bir araşdırma apardım və sizi bəxtəvərlərlə tanış edirəm:

1.Jurnalın baş - 75 yaşlı İbrahim Quliyev AMEA-nın vitse-prezidentidir. Yaxın qohumu da jurnalda məsul vəzifədədir.

2.Baş redaktorun müavini- 70 yaşlı Mədət Şixiyevin də ailə üzvü jurnalda onun rəhbərliyi altında çalışır.

3.Baş redaktorun müavini- 74 yaşlı Eldar Şahbazov eyni zamanda AMEA-nın laboratoriya rəhbəridir… Və maraqlıdır ki, artım niyə məhz rəhbərlərə şamil olunub? Bəs işçilər nə ilə məşğuldur?

Jurnal ayda 1 dəfə dərc olunur. Bu şəxsləri isə yəqin ki, tanıyırsınız.

SOCAR strukturuna daxil olan, neft gəlirləri hesabına maliyyələşən «Azərbaycan Neft Təsərrüfatı» Jurnalı işçilərinin də əmək haqqına əlavələr olunub. Buyurun:

Mövcud əmək haqqı Əlavədən sonra

Redaktor- 4526 8147

Redaktor müavini- 4209 7155

Baş mühasib- 4209 7155

Baş mühasibin müavini- 3914 6262».

Əlavə şərhə ehtiyac varmı???

«Təzadlar»ın Araşdırma Qrupu

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Şəhər Su İdarəsinin rəisi Şöhrəddin Verdiyevin saxta Diplom oyunu...


Belə ki, “Gəncə Sukanal” TSC-nin direktoru Şöhrəddin Verdiyevin diplomunun saxta olması barəsin də, redaksiyamıza məlumat daxil olubdur.
Adı çəkilən "Gəncə Sukanalı" TSC-nin direktoru Şöhrəddin Verdiyevin son zamanlar Gəncə Şəhər əhalisinin narazılığına səbəb olan yazılar sosial şəbəkələrdə gündəmi zəbt edibdir.
Gəncə Sukanalının maliyyə pozuntusundan tutmuş, işində buraxdığı digər nöksanlar pik həddə çatıbdır.
Ölkənin ikinci böyük şəhəri olan Gəncə Şəhərinin bəzi küçələri və yeni salınmış yaşayış massiləri yağan güclü yağışdan sonra sel sularına qərq olur.
Mətbuatda bir çox mütəxəsislər bunu Gəncə şəhərinin kanalizasiya sisteminin köhnəlməsi ilə əlaqələndirilər.
2011-ci ildən bu yana Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına hər il 32 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulubdur.
Amma görülən işlər göz qabağındadır, "Gəncə Sukanalı"-nın direktoru Şöhrəddin Verdiyev gördüyü heç bir iş yoxdur, şəhərin kanalizasiya sistemləri yararsız haldadır. Böyük prospektlər də, piyadaların kecid yerlərində yağış yağanda gölməçələr əmələ gəlir, Şəhər əhalisin gediş-gəlişinə maneələr törənir.
Budan əlavə yuxarıda qeyd etdiyimiz kimi, "Sukanalının" Direktoru Şöhrəddin Verdiyivin saxta diplomunun olmasını iddia edən şəxs var ki, bunun araşdırılmasını tələb edir.
Bu şəxs şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun kadrıdır. Sözügedən vəzifəyə Şöhrəddin Verdiyev 2019-cu ilin noyabr ayında təyin edilib.
Gəncə şəhərində yeni salınan yaşayış massivlərindəki abonentlərə su və kanalizasıya sistemlərinə qoşulması üçün texniki şərtləri özünün müəyyən etdiyi rüsumla verir. Şöhrəddin Verdiyevin işçiləri Gəncə şəhərində bütün avtoyuma məntəqələrindən də aylıq haqq alırlar. Onun işçiləri Gəncədəki restoran və digər iaşə obyektlərindən də suyun sərfiyyatını az göstərmək müqabilində aylıq haqq alırlar.
Yazıda qeyd olunan faktlar, bütün bu qanunsuzluqların başında isə “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyev durur.
Bu halların araşdırılması üçün, Baş Prokurorluğa, Dövlət Təhlükasizlik Xidmətinə, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə, Maliyyə Nazirliyinə sorğu göndərilir.
Gəncə "Sukanalı" -nın direktoru Şöhrəddin Verdiyevin iş fəaliyyəti araşdırılsın.
Qanunpress.com olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mövqeyini dinləməyə hazırıq...
Mövzuya qayıdacayıq....
--
Gəncə müxbir….Emilya Qarishqa

Qanunpress.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yardımlı RİH-də qara maskalı İNTİZARI... - İDDİA


Yardımlı rayon icra hakimiyyətində xüsusi təlaş var. Sanki hansısa prosesi gözləyirlər. Bu barədə DİA.AZ-a rayondakı mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, rayon icra başçısı Ayaz Əsgərov kifayət qədər `etibarlı mənbə`dən əldə etdiyi informasiyaya söykənərək EHTİYAT TƏDBİRLƏRİ görməkdədir:

"Sanki onlara kimsə deyib ki, qara maskalılar Yardımlıda əməliyyat keçirəcək. Bütün rayon məmurları bu hadisə ilə bağlı ehtiyatını görür".

Xatırladaq ki, Yardımlının icrab başçısı Ayaz Əsgərovun bir qardaşı - Arif Əsgərov Nəqliyyat Naziri olmuş Ziya Məmmədova müavinlik edərkən də bir çox korrupsiya faktları ilə diqqətə gəlmişdi. Hətta onların adları yerli KİV-də bu gün də müəyyən ittihamlarda hallandırılmaqdadır. Amma buna rəğmən Arif Əsgərov toxunulmazlığını qoruya bilib. Dia.az-a danışan mənbə iddia edir ki, Ayaz Əsgərovu da Arif Əsgərovu həbsdən yayındıran dairələr qorumaqdadır. Və xəbərdarlıq da həmin ünvandan edilib...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

***

Qeyd edək ki, Əsgərov Ayaz Nəriman oğlu, 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuşdur.
Ali təhsillidir. 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı vardır.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehriban Əliyevanın doğum günüdür


Bu gün Azərbaycan dövlətinin, xalqımızın rifahı və inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm və bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür...

Bu əlamətdar gündə Mehriban xanımı xalqımızın sevimlisinə çevirən məqamlarla bağlı hər bir azərbaycanlının səmimi düşüncələrinin səsi olmağı özümüzə borc bildik...

Çünki təkcə bir xalqın mənəvi dəyərlərini, onun varlığının əsaslarını, təmsil etdiyi yüksək keyfiyyətləri özündə birləşdirə bilən şəxslər həmin xalqın ən dəyərli nümayəndələrinə çevrilə bilər. Xalqın arasından çıxıb onun mədəniyyət və tarixinə sahib çıxan, bu dəyərləri layiqincə təmsil edən və onları öz fəaliyyətində rəhbər tutanlar məhz bir gün xalqı təmsil etmək hüququ qazanır. Xalq bu hüququ yalnız ona xidmət yolunda yorulmadan çalışan, atdığı hər addımı, hər şəxsi uğuru xalqın sevgisinə, uğuruna çevrilən insanlara verir.

Belə olan halda Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycan xalqının layiqli təmsilçisi, onun milli-mənəvi dəyərlərinin, tarixinin təbliğatçısı, gələcək nəsillərə qüdrətli Azərbaycan ideallarının ötürülməsində müstəsna xidmətləri olan tamhüquqlu bir fərdi adlandırmaq olar.

Bir xalqın qəlbində özünə yer tapmaq, onun həm qürur duyduğu bir fərdi, həm gələcəyini təmin edəcək siyasi fikirlərin tətbiqində yer alan siyasətçisi, həm də keçmişinə və gələcəyinə işıq tutan ziyalısı olmaq artıq tarixin şanlı səhifələrində o xalqla birgə yer almaq deməkdir.
Mehriban Əliyevanın doğum günüdür

Bəli, tarixdə yer ala bilmək, bəlkə də bəzi hallarda çox asandır, ancaq həmin tarixdə öz xalqını layiqincə təmsil etmək, varlığını xalqın tarixinə çevirmək, xalqla birgə tarix yazanlardan olmaq çox çətindir.

Ancaq bu gün Mehriban Əliyevanın şəxsində biz xalqla birgə tarix yazmağın nə qədər çətin olsa da, mümkün olduğunu görə bilirik. Məhz bu səbəbdəndir ki, Mehriban Əliyevanın heç vaxt xüsusi təqdimata ehtiyacı olmayıb. Uzun illərdir davam edən çoxşaxəli fəaliyyətinə nəzər salsaq, Mehriban Əliyevanı bir çox titullarla, bir çox fəxri və elmi adlarla, rəhbərlik etdiyi layihələrlə, təmsil etdiyi təşkilatlarla, Azərbaycan, onun gələcəyi, varlığı və beynəlxalq arenada təqdimatı üçün çiyinlərinə götürdüyü öhdəliklərlə tanımaq olar. Ancaq Azərbaycan xalqının bütün nəcib xüsusiyyətlərini daşıyan, sadəliyini xalqın sevgisindən alan biri kimi o, məhz başqa bir təqdimatı özü üçün məqbul sayıb, böyük təvazökarlıqla “sizin Mehriban” olaraq təqdim edilməyi seçib.
Mehriban Əliyevanın doğum günüdür

Təkcə bu təqdimat belə Azərbaycanın əxlaqi dəyərlərində böyük önəmə sahib təvazökarlığın əyani mənzərəsi kimi önə çıxır, qazanılmış, əldə olunmuş istənilən titulun xalqdan biri olmaqdan, onun fərdi kimi qürur duymaqdan üstün olmadığını göstərir. Azərbaycan ziyalısı, siyasətçisi, onun görkəmli nümayəndəsi üçün ən ideal tanıtım məhz onun xalqın – sizin, bizim, hər birimizin ailəsinin – müqəddəs birliyinin bir üzvü olması, bizlərin arasından çıxaraq bizləri təmsil etdiyi üçün yaşadığı böyük fəxarət hissinin vurğulanması ola bilərdi.

Bir fərdin şəxsiyyət kimi formalaşması və cəmiyyətin, dövlətin, xalqın həyatında, təfəkküründə özünə layiq yer tutması üçün ilk növbədə böyüyüb, formalaşdığı mühit, ailə və ona aşılanan keyfiyyətlər ön plana çıxır. Bu baxımdan çox şanslı olan Mehriban xanım Azərbaycan ziyalısının formalaşması üçün ideal mühitdə dünyaya göz açıb.

O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, anası Aida İmamquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva həmçinin Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.
Mehriban Əliyevanın doğum günüdür

Göründüyü kimi Mehriban xanımın böyüdüyü mühitdə ziyalı kimi formalaşması, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, Azərbaycan xalqının daşıdığı bütün nəcib xüsusiyyətləri mənimsəməsi qaçılmaz hal idi. Təkcə babaları - məşhur yazıçımız Mir Cəlal Paşayev və görkəmli jurnalistimiz Nəsir İmamquliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyat və publisistikasının inkişafı üçün gördüyü işləri yada salsaq, Mehriban xanımın hansı mühitdə tərbiyə alması barədə aydın təsəvvürlər formalaşar. Üstəlik valideynlərin də övladın həyatında, onun gələcək uğurlarının bünövrəsi üçün sağlam zəmin hazırlanmasında, ona həyatın məqsəd və məramlarının dərk etdirilməsindəki yeri və önəmi danılmazdır.

Azərbaycanın gələcəyinə işıq saçan, xalqın maariflənməsində, ölkədə mədəni mühitin, dəyərlərin formalaşmasında rol oynayan, hətta öndərlik edən bu cür ziyalıların ocağında yetişmək hər insana qismət olmayacaq bir xoşbəxtlik idi. Bu xoşbəxtlik isə sözün əsl mənasında gələcək şəxsiyyətin formalaşmasında əvəzsiz bir məktəbə çevrilmişdi.

Həmin məktəbin təlqin etdiyi böyük dəyərlər, müqəddəs ideallar və fikirlər sonradan həyatın bütün mərhələlərində rəhbər tutularaq, Mehriban Əliyevanın şəxsiyyət kimi tarix səhnəsində özünəməxsus yer almasını təmin edib.

Heç şübhəsiz gələcək həyatın uğurlu təməli həm də təhsildən asılıdır. Bu təməlin sarsılmaz dayaqlar üzərində inşası üçün var gücü ilə çalışan Mehriban Əliyeva ali təhsil üçün N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini seçib. 1988-ci ildə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyevanın müsahibələrində dediyi kimi onun ixtisas seçimində həm anasının xəyalları, həm də 1983-cü ildə ailə həyatı qurduğu İlham Əliyevin anası Zərifə Əliyevanın məsləhəti önəmli rol oynamışdı. Çünki büründüyü və layiqincə təmsil etdiyi Azərbaycan xanımı obrazı, şübhəsiz ki, böyüklərin təcrübə və dəyərli məsləhətlərinə dərin hörmət və ehtiram tələb edirdi.

Azərbaycan naminə bir çox sahələrdə uğurla çalışan Mehriban xanımın fəaliyyətində böyük önəm kəsb edən qurumlardan biri 1995-ci ildə öz təşəbbüsü ilə təsis etdiyi, hazırda da rəhbəri olduğu Azərbaycan Mədəniyyət Fondudur. Bir il sonra Azərbaycan mədəniyyətinin geniş auditoriyaya təbliğ olunması, bu misilsiz mədəniyyətin layiqincə təqdimatının həyata keçirilməsi məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalı təsis edilir. Xarici aləmin Azərbaycan mədəniyyətindən demək olar ki, bixəbər olduğu bir vaxtda, fond və jurnal, onların hər ikisinə rəhbərlik edən Mehriban Əliyeva öz çiyinlərinə kifayət qədər mürəkkəb bir missiyanı götürmüşdü. Bu missiyanı layiqincə yerinə yetirə bilməyin yeganə şərti – Azərbaycan sevgisi, uğura aparan yolun açarı xalqın tarix və mədəniyyətinə vurğunluq idi.

Mehriban Əliyevanın fəaliyyətində mühüm yerlərdən birini Heydər Əliyev Fondu təşkil edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Fond ümummilli liderin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin dövlətçiliyimizin formalaşmasında zəmin rolunu oynayan ideyalarının təbliği, gələcək nəsillərə öyrədilməsi və yaşadılması kimi önəmli vəzifələrin icrasını öhdəsinə götürüb.
Mehriban Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyində həm də uzun illərdir Azərbaycanın qəhrəman övladlarının himayədarı kimi çıxış edir. İstər 90-cı illərin Qarabağ döyüşlərində, istərsə də Vətən müharibəsində iştirak edən və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qayğısına qalmaq deyəndə ilk olaraq onun adı ağıllara gəlir. Şəhid ailələri ilə mütəmadi görüşlər, onların sosial-məişət problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması, qazilərimizin səhhəti ilə bağlı problemlərin həlli, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və s. görülən işlərin sadəcə kiçik bir qismidir.
Mehriban Əliyevanın doğum günüdür

Fond həm də Azərbaycan ədəbiyyatı və musiqisi üçün misilsiz işlər görür. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. O, həm də 2006-cı ilin 24 noyabrından etibarən ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi təmsil edir.

2005-ci ilin noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak edən Mehriban Əliyeva seçicilərin böyük etimadı fonunda (92,12 faiz) parlamentdə Azərbaycan xalqını təmsil etmək hüququ qazanıb. Fəaliyyəti boyu xalqa xidməti qarşısına daim prioritet məsələ kimi qoyan Mehriban Əliyeva 2010 (94,49 faiz) və 2015-ci (96,7 faiz) illərdəki parlament seçkilərində də xalqın ona olan sevgisinin günü-gündən artdığını hər kəsə sübut edib.
Mehriban Əliyevanın doğum günüdür

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub. Bütün hallarda olduğu kimi bu çətin və məsuliyyəti tapşırığın da öhdəsindən layiqincə gəlinib, Azərbaycan Mehriban Əliyevanın səyləri nəticəsində bu nüfuzlu və bir o qədər də əhəmiyyətli işi uğurla yerinə yetirib.

Elə məhz bu xalq sevgisi, dövlətçiliyin inkişafında oynadığı əvəzsiz rol və aparılan gərgin mübarizənin məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu tarixi hadisə onun dövlətçilik tariximizdə daşıdığı vəzifələrin önəmini ön plana çıxarmaqla bərabər, xalqın iradəsinin təcəssümü kimi yadda qalıb.
Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyeva hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsinin getdiyi şərəfli və eyni zamanda çətin dövrdə xalqın qayğısına qalmaqla milli qələbəmizə böyük töhfə verdi. İşğaldan azad edilən torpaqlarımıza ilk səfərlərdə heç bir təhlükədən çəkinməyərək, hər zaman dövlət başçısı, Müzəffər ordunun Ali Baş komandanı İlham Əliyevin yanında yer alan Mehriban Əliyeva bir daha Azərbaycan xalqının Vətən sevgisinin, Vətən həsrətinin böyüklüyünü göstərdi, uzun illər öz doğma yurd-yuvalarından didərgin düşən, öz doğma torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidin, Qarabağı görmədən onun xəyalı ilə böyümüş hər bir gəncin simasında orada öz xalqını təmsil etdi.
Mehriban Əliyevanın doğum günüdür

Hər zaman öz sadəliyi ilə seçilən ölkənin Birinci vitse-prezidenti şəxsən çəkdiyi kadrlarla azərbaycanlıların Vətən həsrəti ilə alovlanan qəlblərinə su səpdi. Səfərin çətinliyi, bölgənin işğaldan yenicə azad olunmasından heç zaman çəkinməyən Mehriban Əliyeva öz xalqı naminə üzərinə götürdüyü bu missiyanı da layiqincə yerinə yetirdi.
Mehriban Əliyevanın doğum günüdür

2022-ci il də Mehriban Əliyevanın fəaliyyətində hər zaman olduğu kimi gərgin qrafiklə keçdi. Birinci vitse-prezident dövlət başçısı İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərdəki quruculuq-bərpa işlərinin gedişi ilə tanış oldu. Xüsusi ilə Qarabağ və Şərqi Zəngəzurda vandalizmin qurbanı olmuş mədəniyyət abidələrimizin bərpası, həmin mədəniyyət nümunələrinə tarixi kimliyinin qaytarılması istiqamətində görülən və nəzərdə tutulan işlərə diqqət ayrıldı.

Bundan əlavə ölkənin digər regionları da bu qayğı və diqqətdən kənarda qalmadı.

Son olaraq Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarını canlı izləmək üçün qardaş Türkiyəyə yollanan Mehriban Əliyeva Azərbaycan idmanının da gələcəyinin daim dövlət qayğısı ilə əhatələndiyini bir daha göstərdi. Dövlət başçısının və Birinci vitse-prezidentin Konya səfəri Azərbaycan idmançılarının da mübarizə əzmini artırdı və yekunda böyük uğur qazanılmasına öz töhfəsini verdi.
Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan qadınının bütün milli xüsusiyyətlərini özündə daşımaqla bərabər, çağdaş mədəniyyətin də çağırışlarını da cavabsız qoymayan Mehriban Əliyeva göstərdiyi əzm, iradə, qərarlılıq və həssaslıqla gənc nəsillər üçün örnək təşkil edir. Həyatı boyu sahib olduğu dəyərləri özünə rəhbər tutaraq, bu gün özünü xalq qarşısında böyük təvazökarlıqla “sizin Mehriban” adlandıran birinci vitse-prezident, heç şübhəsiz ki, bundan sonra həmin dəyərlərin təcəssümü kimi Azərbaycan qadınına, onun cəmiyyətdə, dövlət idarəetməsində, mədəniyyət, idman və bütün digər sahələrdə layiqli yer tutmasına da nümunə olacaq, öz təcrübələri ilə bu yola işıq tutacaq.

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...