[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblərə şagird qəbulunda “MİDA OYUNU” - RƏSMİ HOQQABAZLIQ...


Məlum olduğu kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilmişdi. Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanıldı və kibercinayət törətmiş şəxslər saxlanıldı. Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edildilər.

İndi cəmiyyətdə heç kəsi inandıra bilməzsən ki, xakerlər MİDA-nın rəhbərliyində yüksək vəzifəli şəxslərlə əlbir olmadan belə bir cinayəti törətməyə cəsarət etmiş olsunlar. Amma bu məqaləmizin qayəsi heç də MİDA olayı deyil. Diqqətləri o məqama çəkmək istəyirik ki, DTX növbəti belə bir əməliyyatı məktəbləır elktron qəbul prosesindəki qanunsuzluqlara rəvac verənləri ifşa eləmək üçün keçirməlidir.

Məlumdur ki, 4 may saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır və elektron qeydiyyat 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

Qaydaya görə, Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri ümumi təhsil müəssisəsinə təqdim etməlidir: Azərbaycan Respublikasının vətəndaşları üçün — valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti; Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi; Xarici ölkə vətəndaşları üçün — valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti; Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün BirləşmişMillətlərTəşkilatınınQaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U); 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil; Valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az elektron sistemində yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

Lakin bütün tələb olunan sənədləri toplayıb təhvil verən öz vətəndaşlarımız sözügedən prosesdə kifayət qədər haqsızlıqla üzləşdiklərini deyirlər.

Məsələn, Sabunçu rayonunun Zabrat – 1 qəsəbəsindəki 192 saylı tam orta məktəbin birinci sinfinə qəbul olunmaq istəyən, faktiki həmin ərazidə yaşayan Cənnətova Rəqsanə Alim qızının valideynləri nə billah eləyiblər qeydiyyata tez düşmək üçün barmaqlarının həssaslığı çatmayıb. Fikirləşiblər ki, yəqin bu xoşbəxtliyə nail olan başqa uşaqların valideynləri xakerlərin xidmətindən istifadə ediblər. Məktəbin direktoru Təhmasib Məmiyev və təlim –tərbiyə işləri üzrə direktor müavini Raziyyə Ağayeva yaxalarını qırağa çəkirlər.

Redaksiyamıza müraciət edən Rəqsanənin valideynlərinə köməklik göstərmək, həm də məsələyə aydınlıq gətirmək məqsədiulə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini və İctimaiyyətlə əlaqlələr sektorunun müdiri Cəsarət Valehova müraciət etdik. O, məsələ ilə bağlı fikir mübadiləsi aparmağımız üçün bizi rəhbərlik etdiyi sektorun bir xanım əməkdaşına yönəltdi. Həmin xanım bizi dinlədikdən sonra köməklik etməyin onun imkanı xaricində olduğunu dedi və yenidən Cəsarət müəllimə müraciət etməyimizi tövsiyə etdi. Yenidən əlaqə saxladığımız sektor müdiri uşaq üçün toplanmış olan sənədlərin surətləri ilə tanış olmaq istədi. Həmin sənədlərin şəkilləri vatsap vasitəsilə ona göndərildi. Lakin bundan sonra Cəsarət Valehovla artıq tanıdığı nömrə ilə əlaqə saxlamağımız müşkülə çevrildi, xeyli müddət telefon zəngimizə cavab vermədi. Nəhayət, başqa nömrə ilə bağlantı qura bildik. Son sözü bu oldu ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin sərəncamında olan bu məsələyə nəinki o özü, hətta heç nazir də müdaxilə edə bilməz.

Başqa sözlə, qəbul məsələsi BŞTİ-dəki “kor-mehriban xəlifənin” külli-ixtiyarındadır və onun işinə heç kim qarışa bilməz. “Qarışmaq” dedikdə, Rəqsanə və onun kimi uşaqların valideynləri hansısa haqq etmədikləri üstünlüyü, imtiyazı qazanmaq niyyətində deyillər, öz haqlarını və şəffalığın təmin olunmasını tələb edirlər.

Maraqlıdır, əgər söhbət təhsildən gedirsə, gələcəyimiz olan uşaqların taleyindən, elmi biliklərin əsaslarına yiyələnmələrindən gedirsə, bu barədə kim düşünməlidir? Əgər adı Cəsarət olanın, vəzifəsi nazir olanın, əli qələm tutan yazarın bu problemi çözməyə gücləri çatmırsa, belə çıxır ki, meydan qara maskalı qardaşlara verilməlidir.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu klinikalar kartla ödənişi qəbul etmir - SİYAHI


“Buta” və “Ege” hospitalları pasiyentlərdən kartla ödəniş qəbul etmir. Klinikalara üz tutan hər kəsdən ödənişləri nağd şəkildə həyata keçirmələri tələb olunur.

DİA.AZ xəbər verir ki, bu barədə Axar.az-a daxil olan şikayətdə bildirilib.

Şikayətçi qeyd edib ki, hər iki klinikaya müraciət etsə də, əməliyyat üçün ondan kartla ödəniş qəbul edilməyib.

Məsələ ilə bağlı “Ege” hospitalından saytımıza kartla ödənişin hər zaman mümkün olduğunu bildirdilər.

“Buta” klinikasından isə qeyd edildi ki, yalnız saat 17:30-a qədər kartla ödəniş qəbul edilir:

“Axşam saatlarında yalnız nağd ödəniş qəbul olunur. Onsuz da müayinə üçün həkim axşam saatlarında işləmir. Ona görə də həkimlər getdikdən sonra digər xidmətlər üçün ödənişi nağd qəbul edirik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abdulla Tağıyev külli-ixtiyarı verib qohumlarına... - İLGİNC GƏLİŞMƏ


SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu, “SOCAR Methanol”, “SOCAR Karbamide”, “SOCAR Polymer” Qaz Emalı Zavodu və “Azərkimya” kimi istehsal müəssisələri “SOCAR Downstream Management” MMC şirkətinin idarəçiliyi altında birləşir. Bu barədə neft üzrə ekspert İlham Şaban yazıb.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, SOCAR-da ixtisarlar başlanıla bilər. Bir neçə müəssisənin bir idarəçilik altında birləşdirilməsi ixtisarlara səbəb olur:

“Qərar imzalanıb, amma onun SOCAR Müşahidə Şürası tərəfindən təsdiqi sentyabrda olmalıdır”.

Hüquq müdafiəçisi deyib ki, SOCAR-ın yanacaq satan şirkətində də dəyişikliklər var. Şirkətin 100 faizlik törəmə müəssisəsi olan “SOCAR Petroleum” QSC-də bu ilin iyunun 1-də işçi ştatının optimallaşması ilə əlaqədar əməkdaşlara bildirişlər paylanılıb. Bu bildirişlər vasitəsilə işçilərə xüsusi imtahan olunduqdan sonra onların vəzifələrində qalıb-qalmayacağı haqqında qərarın verilməsinə dair məlumat çatdırılıb.

“Bildiriş təqdim edilən tarixə qədər, QSC-də 2 min 250 nəfər çalışıb. İşçilərə eyni zamanda bildirilib ki, onlara 1 ay müddətinə öz istəkləri ilə tutduqları vəzifəni tərk etmə imkanı verilir. Maraqlı odur ki, heç bir xüsusi imtahan aparılmadan kənardan işçilər cəlb edilir. Belə görünür ki, köhnə işçilərə imtahan keçirilməsi adı ilə təzyiq olunur”,- Qəhrəmanlı əlavə edib.

Onun sözlərinə görə, QSC-yə rəhbərlik 3 aydan çoxdur ki, SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri vəzifəsində çalışan Abdulla Tağıyevə tapşırılıb. Cəmiyyətin gündəlik işlərini Tağıyevin qohumları və yaxınları aparırlar. Belə ki, işçilərə bildirişlər verən Abdulla Tağıyevin bacanağıdır. ASC-nin digər rəhbəri İmran İmranov cəmiyyətdə ümumiyyətlə heç bir vəzifə tutmur və Bakı Neft Emalı Zavodunda vəzifədədir:

“Təşkilatımıza daxil olan məlumatda deyilir ki, yeni işə cəlb edilənlərin bu sahədə təcrübələri yoxdur. Amma nədənsə təcrübəli işçilər işdən uzaqlaşdırılır”.

Qəhrəmanlı qeyd edib ki, məsələni daha bir tərəfi odur ki, QSC-nin rəsmi baş direktorunun bütün səlahiyyətləri əlindən alınıb:

“4 aydır işdən çıxma ərizəsi təsdiqlənmir, çünki baş verənləri yeni rəhbərliyin adına yazmaq istəmirlər. Bu cür kadr siyasəti nəticəsində QSC-nin yüzlərlə aparıcı mühəndis, mütəxəssisləri, o cümlədən rəhbər işçiləri iş yerlərini itiriblər”.

“SOCAR Petrolium” şirkəti 2008-ci ilin yanvar ayında yaradılıb. Azərbaycanda neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Hazırda şirkətin 42 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət həmçinin 11 neft doldurma bazasına malikdir. Şirkətin Bakıda 1 ÇNG (sıxılmış qaz) terminalı var. Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində yanacaqdoldurma məntəqəsi isə ötən ilin dekabrında açılıb. Həmin il Şuşa və Ağdamda da səyyar yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.

“SOCAR PETROLEUM” QSC məsələyə münasibət bildirib. Açıqlamada deyilir ki,

“SOCAR PETROLEUM” QSC-nin İdarə Heyəti Cəmiyyətin strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması prosesini həyata keçirilməsi ilə bağlı qərar qəbul edib. Cəmiyyətin idarə heyətinin bu qərarı verməsinə səbəb ayrı-ayrı bölmələrdə çoxsaylı pozuntular, maliyyə intizamsızlığı, işin effektivliyinin aşağı səviyyədə olması əsas olub.

“Yoxlamalar zamanı məlum olub ki, Cəmiyyətin bir sıra struktur bölmələrində çalışmış bəzi əməkdaşların təhsilləri peşələri ilə uzlaşmır. Bundan əlavə, Cəmiyyətin ayrı-ayrı bölmələrində çalışan bir sıra şəxslərin fəaliyyətləri audit yoxlamalardan keçirilib və bu yoxlamalar nəticəsində ciddi maliyyə və inzibati nöqsənlar aşkara çıxarılıb”.

“Cəmiyyət rəhbərliyinin qərarına uyğun olaraq, aparılan işlər çərçivəsində struktur və bölmələrin əməkdaşları qiymətləndirilmə prosesinə cəlb olunub. Qiymətləndirilmə ilk əvvəl elektron formada- test sualları vasitəsiylə həyata keçirilir və prosesin şəffaflığı tam təmin edilir.

Qiymətləndirmə üzrə imtahandan iştirakdan imtina edən “SOCAR PETROLEUM”-un bəzi əməkdaşları öz xahişləri ilə işdən azad edilib və həmin şəxslərə orta əməkhaqqının beş misli dəyərində kompensasiya ödənilib”, – açıqlamada vurğulanır.

Daha sonra qeyd olunur ki, “SOCAR rəhbərliyinin humanist addımı” nəticəsində sərbəstləşən bütün işçilərə qeyd edilən ödənişlər həyata keçirilir. Bundan əlavə, qiymətləndirilmədən keçməyən işçilərin də bəziləri gələcəkdə Cəmiyyətin strukturlarında boş vakansiya yerlərində yerləşdirilməsi nəzərdə tutulur.

Məlumatda qeyd olunan kadrlar şöbəsinin rəis müavini bundan öncə də eyni şöbədə, eyni vazifədə uzun müddətdir çalışır və hazırda da yeni strukturda həmin vəzifədə işini davam etdirir. Maliyyə bölməsinə isə SOCAR -ın müxtəlif strukturlarında 32 illik iş təcrübəsi olan şəxs rəhbərlik edir:

“Təəssüf hissi ilə bildiririk ki, bəzi sosial şəbəkələrdə “SOCAR PETROLEUM”-un strukturunda aparılan optimallaşdırma işləri və işin effektivliyini artırılması fonunda həqiqətə uyğun olmayan məlumatlar yayılıb”. //Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə yetimə ƏL TUTAN YOXDUR... - “Kimsəsizəm deyə müraciətimə baxan yoxdur”


“2016-cı ildə kənddə baş verən sürüşmə nəticəsində evim qəzalı vəziyyətə düşdü. Sürüşmədən zərər çəkən digər evlər təmir olunsa da, illərdir mənim müraciətimə baxan yoxdur. Çünki kimsəsiz və kasıbam”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Lerik rayonunun Züvüç kənd sakini Əzəbəyim Əliyeva deyib.

Züvüç Lerikin ucqar kəndlərindən biridir. Rayon mərkəzindən 32 kilometr uzaqda yerləşir. Kənd Yardımlının bir sıra kəndlərilə qonşudur. Sakinlərin dediyinə görə, Züvüç kəndi sürüşmə ərazisidir.

Əzəbəyim Əliyeva deyir ki, sürüşmədən sonra kənddə 4 ev yenidən tikilib:

“Sürüşmənin baş verdiyi əraziylə bizim ev 7-8 metr məsafədə yerləşir. İlk zərər çəkən bizim ev olub. Bizim evi qoyub, bizdən sonraki evləri təmir ediblər”.
Lerikdə yetimə ƏL TUTAN YOXDUR... - “Kimsəsizəm deyə müraciətimə baxan yoxdur”

Foto: Meydan TV

Şikayətçi bildirib ki, 2017-ci ildən bəri Lerik Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə 15 dəfədən artıq rəsmi müraciət edib, hər dəfə də onlara ərazidə sürüşmə təhlükəsinin olmadığına dair məktub göndərilib:

“Yazıblar ki, ev yaşayışa yararlıdır, halbuki evimiz kərpicdən tikilib, birmərtəbəlidir.

Kənddə təxminən 150-160 ev var. Mən oğlumla birgə yaşayıram. Gündəlik çörəkpulunu güclə çıxarırıq. Evi nəinki təmir etmək, hətta çatların üstünə suvaq vurmağa imkanım yoxdur. Hər dəfə məktubda yazırlar ki, gəlib yerində baxmışıq, təhlükə yoxdur, ancaq bir dəfə də gəlib yerində baxmayıblar”.

Lerik Rayon İcra Hakimiyyətindən bildiriblər ki, məsələni araşdırandan sonra münasibət bildirəcəklər.

Züvüç kənd ərazi icra nümayəndəsi Qabil Hüseynov Meydan TV-yə deyib ki, evə baxış keçirilib və rəy icra hakimiyyətinə təqdim olunub. Həmin rəy əsasında qərar verilir: “Mütəxəssis rəydə necə göstəribsə, eləcə də tədbir görülür. Yəni, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən qərar qəbul edilir. Buna icra hakimiyyəti və ya kənd icra nümayəndəliyi qarışa bilmir. Rəylə bağlı ailə məlumatlandırılıb. Əgər evin qəzalı vəziyyətdə olmadığı göstərilibsə, deməli, təmir olunmalıdır, göstərilməyibsə, təhlükə yoxdur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Smart Online" necə narazılıq yaradır... - GİLEY


"Şikayətim "Smart Online" internet provaydərindəndir. Deməli mənim dayılarımın yaşadığı Qazax rayon 1-ci Şıxlı kəndində yaşadıqları evə internet çəkilməsi üçün Aztelekom-a müraciət etdikdə telefon xəttində boş yer yoxdur deyirdilər və mən illərdir bununla bağlı Rabitə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlak Bazarına nəzarət palatasına, Aztelekom-un özünə şikayət edirdim həmçinin dəfələrlə bu məsələni mediada içtimailəşdirmişdim". DİA.AZ bildirir ki, bu barədə İlkin Məmmədkərimovun müraciətində deyilir.

Daha sonra narazı vətəndaş dia.az-a yazır: "Çünki Aztelekom nə özü xidmət göstərir nədə bir dənədə olsun özəl provayderin fəaliyyət göstərməsinə imkan verirdi. İllərdi etdiyim şikayətlər və sizlər dəyərli media nümayəndələrinin problemi ictimailəşdirməsindən sonra problem həllini tapdı və Aztelekom 1 özəl provayder Smart Online şirkətinin kənddə fəaliyyət göstərməsinə imkan verdi. 2021-ci ilin iyul ayında Smart Online provayderinin Qazax rayonu üzrə işçisi Orxan adlı şəxs dayımgil daxil bütün kənd sakinlərindən internetə qoşulmaq üçün hər bir ailədən özü üçün kənd sakinlərinin saflığından istifadə edib 35 manat pul tələb edib və kənd sakinlərinin hər biri dedikləri pulu veriblər. Bu qanunsuzdur çünki ADSL internet xidmətinə qoşulma bütün provayderlərdə pulsuzdur. Oğurluq bununlada bitmir beləki Orxan bəy kənd sakinlərini aldadaraq guya hər biri sakini 3 Mb/s= 12 manatlıq tarifə qoşacağını bildirib lakin bütün sakinləri 2 Mb/s=10 manatlıq tarifə qoşub yüzlərlə kənd sakinindən hər birindən aylardır 2 manat əlavə özü üçün pul alıb. Üstəlik fırıldağının üstü açılmasın deyə heç bir istifadəçi ilə müqavilə bağlamayıb. Hər bir abonentin özünün şəxsi kodu olduğu halda ödənişi ödəniş terminallarına etməli olduqları halda Orxan bəy kənd sakinlərinin məlumatsızlıqlarından istifadə edib hər bir istifadəçidən ödənişi özü alıb hər ay vaxtlı vaxtında ödəniş terminalına ödəmədiyi üçün istifadəçilər ödənişi əldən birbaşa Orxan bəyə ödədikləri üçün günlərlə pulu verdikləri halda internetsiz qalırlarmış. Kənd sakinləri hər dəfə Orxan bəyə dəfələrlə zəng etdikdən sonra Orxan bəy hər ay günlər sonra ödənişi edirmiş bu görünməmiş oğurluq və fırıldaq halı 2021-ci ilin iyul ayından dekabr ayınadək davam edib. Orxan bəyin oğurluğunun və fırıldağının üstü 2021-ci ilin dekabr ayında dayım oğlu Turalın bu hal ilə bağlı internetdən Smart Online internet provayderinin 012952 telefon mərkəzinə şikayətindən sonra açılıb. Call center-dən dayım oğluna 12 manatlıq yox 10 manatlıq tarifdə olduqları deyilib. Bu hadisə ilə bağlı isə mənim özümə Yeni il günü dayım özü məlumat verdi və mən bütün bunları eşidib dəhşətə gəldim çünki indiyədək bir internet provayderi tərəfindən belə bir rəzillik və oğurluq görməmişdim bu birbaşa dələduzluqdur. Mən dərhal məsələ ilə bağlı Smart Online internet provayderinin 012952 telefon mərkəzinə, Rabitə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına şikayət etdim. Şikayətimdən sonra Smart Online internet provayderindən əlaqə saxlayıb Orxan adlı şəxsi işdən qovduqlarını bu ilin yanvar ayında bildirdilər lakin mənə bildirdilər ki, dəymiş ziyan Orxan adlı əməkdaşlarının özü mənimsədiyi üçün geri qaytarılmayacaq. Aylardır provayder 2 dayımın ailəsi daxil yüzlərlə istifadəçinin etibarından istifadə edib oğurladıqları hər istifadəçidən 45 manat dəymiş ziyanı aylardır ödəməkdən imtina edir. Kənd sakinlərinə sadəcə bundan sonra ödənişi ödəniş terminallarına etmələri haqqında məlumat verilib. Smart Online kənd sakinlərinə minnətdar olsun ki, Orxan adlı əməkdaşdan Hüquq Mühafizə orqanlarına yüzlərlə kənd sakininə dələduzluq etməsi barədə şikayət etməyib və provayderi dəymiş zərərə görə məhkəməyə verməyiblər. Üstəlik son vaxtlar dayımgil daxil bütün sakinlər internetin sürətindən şikayət edirlər adı bir sayt belə açılmır ödədikləri pulun qarşılığında almalı olduğu 2 Mb/s sürətin heç yarısını belə ala bilmirlər. Lakin 2 dayımın ailəsi daxil yüzlərlə sakinə dəymiş zərər ödənilədək bu məsələnin sonuna qədər gedəcəm".

Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO