[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Dedilər, 15 günə cavab gəlir, 2 aydan sonra imtina cavabı gəldi" - GİLEY


Lənkəran rayon Şürük kənd sakini Bağırzadə Davud 4 oktyabr 2020-ci ildə könüllü olaraq 44 günlük müharibədə iştirak edib. İndi o, müharibədə ağır yaralandığı halda əlillik dərəcəsi ala bilmədiyini deyir.

“Füzuli və Xocavənddə gedən döyüşlərdə ağır yaralandım. Qarın boşluğundan yaralanmışam. Ciyər, bağırsaq, mədəm, ayağım və qolum zədələnib".

DİA.AZ Toplum.tv-yə istinadən xəbər verir ki, qazinin sözlərinə görə, onu ağır yaralı vəziyyətdə ön cəbhədən Füzuli Mərkəzi Rayon Xəstəxanasına təxliyə edərək əməliyyat ediblər.

Daha sonra Mingəçevir xəstəxanasına göndərilib. Burada bağırsaq və qaraciyərindən əməliyyat olunub. Daha sonra Bakıda hərbi hospitalda müayinələrdən keçib.
Şikayətçinin sözlərinə görə, ağrıları ona rahat işləməyə imkan vermir. Veteranlar üçün nəzərdə tutulan aylıq 80 manat isə dərmanlarına belə yetmir. Həm maddi, həm də sağlamlıq cəhətdən çətin vəziyyətdə olan qazi əlillik dərəcəsinin təyin edilməsini tələb edir:
“Mən sağlamlığımı müharibədə itirmişəm. Lənkəranda əlilliyin bərpa mərkəzinə gedib komissiyadan keçdim. Cavablarım Bakıya göndərildi. Dedilər, 15 günə cavab gəlir. 2 aydan sonra imtina cavabı gəldi”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov bildirib ki, müharibə iştirakçısının orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı üçün əlillik dərəcəsi müəyyən edilməyib:
“Vətən müharibəsi iştirakçısı Bağırzadə Davud Rasim oğlu 01.03.2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Müəyyən edilib ki, aidiyyatı qurum tərəfindən təqdim edilən sənəddə D.Bağırzadə barəsində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, nazik bağırsağın zədələnməsi ilə müşayət olunan kor qəlpə yaralanması” diaqnozu qeyd edilib. Müayinə zamanı D.Bağırzadənin orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı müəyyən edilib və bu səbəbdən əlillik təyin edilməsindən imtina qərarı verilib”.
Qeyd edək ki, Müharibə iştirakçısı Davud Bağırzadə Xocavənd və Füzulinin azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Əlillik dərəcəsinin verilməməsini qazi ona qarşı edilmiş haqsızlıq hesab edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Vətən müharibəsi qazisi Davud Bağırzadənin anası deputatla görüşündəki çıxışı sosial şəbəkələrdə geniş yayılmışdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN-də büdcə necə talan olunur? - İLGİNC İDDİALAR...


Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun ölkəmizdə mövcüd olan oliqarx siyahısına başçılıq edə bilməsə də, bu siyahıda ön sıralarda olması heç kəsə sirr deyil. Mövzuya insafən yanaşsaq Kəmaləddin Heydərov digər oliqarxlara nisbətən dövlətimizin və millətimizin mənafeyini üstün tutur. Daha dəqiq desək, FHN-nın şefi dövlət və cəmiyyət üçün təhlükəli şəxs hesab olunmur.
Dəyərli oxucular, sizi yormadan dərhal mətləbə keçirik.

Yazının əvvəli BURADA: Heydərovun kadrları Qəbələdə GÜL VURUR - KORRUPSİYA İTTİHAMI...My Webpage

Ötən yazımızda oxuculara söz vermişdik ki, Qəbələ rayon Yanğından Mühafizə İdarəsində "işləyən"ölü canların və idarə rəisi Arzu Umuyevin daşınmaz əmlakının siyahısını təqdim edəcəyik.
Buyurun, həmin siyahı ilə tanış olun:
1. Bakı şəhərində 3 otaqlı 2 mənzil.
2. Qəbələ rayonunda 3 ev, 5 həyətyanı sahə.
3. Şəki şəhərində 3 mərtəbəli villa.

Ölü canların syahısının davamı:
Taryel,
Şahin,
Elyar,
Fəqan,
Nicat.

İdarəyə ayrılan yanacaq harada satılır? Əldə olan maliyyə gəliri kimlərin arasında və necə bölünür? FHN-da Arzu Umuyevə daydaylıq edən Füzuli adlı şəxs kimdir? İdarənin fəaliyyəti üçün ayrılan büdcə vəsaiti necə və hansı yolla talanır, daha doğrusu İdarə müdiri üçün daşınmaz əmlaka çevrilmə prosesi hansı mərhələlərdən keçir?
Bu və digər suallara etibarlı mənbənin köməyi ilə aydınlıq gətirəcəyik.
P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Dağlar.tv
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mehdiyev gülləkeçirməz maşınları necə alıb? - İLGİNC


Bir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin zirehli BMV markalı avtomobildə gəzdiyi ilə bağlı məlumatlar dərc olundu. Hətta Mehdiyevin ailəsinin də zirehli avtomobildən istifadə etməsi yayılan məlumatlar arasında yer alıb.

DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Axar.az-a açıqlamasında qanunla qadağan olunmayan hər bir şeyin icazəli sayıldığını deyib.

Onun sözlərinə görə, əgər məmur dövlət büdcəsinin hesabına özünə xüsusi zirehli avtomobil alarsa, o zaman onu sorğulamaq olar:

“Ona görə də dövlət qulluqçuları, həmçinin Səfər Mehdiyev bu gün zirehli avtomobildən rahat istifadə edə bilirlər. Amma bu gün nəinki dövlət qulluqçuları, hətta hər kəs zirehli avtomobil alıb sürə bilər. Buna heç bir qadağa yoxdur”, - hüquqşünas deyib.

Professor onu da bildirib ki, zirehli maşınlar çox bahalıdır, bu maşınlardan istifadə edən şəxslər onu hardan və necə aldığı haqda bəyannamə təqdim etməlidirlər:

“Gömrük Komitəsinin sabiq sədri hansı qazancla özü və ailəsinin bu avtomobillərdən istifadə etdiyini açıqlayarsa, heç bir problem olmaz. Sadəcə, məmurların bizneslə məşğul olması qadağandır. Yəni S.Mehdiyevin o maşınları halal qazancı ilə aldığını sübut etməsi olduqca çətin məsələdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət büdcəsinin daha bir ŞƏRİKİ: Rafiq Aslanov... - Hüquq-mühafizə orqanları `HALALLIQ VERƏCƏKMİ`?


Zaman-zaman Azərbaycanda adı korrupsiyada hallanan məmurların dövlətin və xalqın malını talan edib daşıdıqları xarici ölkələrdə övladlarının adına şirkətlərinin üzə çıxması cəmiyyətimizdə hiddətlə qarşılanır. Az öncə deputat Cavanşir Feyziyevin İngiltərədəki kapitalına həbs qoyulması xəbəri paylaşılandan sonra onunla təhqir etdiyi jurnalistlar arasında çıxan dava hələ də gündəmdədir.

Bu “şanlı” siyahıda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini Rafiq Aslanovun da adı vardır. Yayılan informasiyaya görə, Vətən müharibəsinin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir dönəmdə Rafiq Aslanov Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil alıb.

Efirdəki çıxışlarından birində suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir. Adamın Türkiyədə də otel biznesinin mövcudluğu barədə xəbərlər dolaşır.

İndiyədək Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamam siyahı ilə KİV-də sərgilənib. Belə ki, həmin avtomobillərin nömrə nişanlarındakı hərflər də ASLANOV soyadına uyğun (Asl) seçilib. Sədr müavininin oğlunun kolleksiyasında “Bentley”, “Range Rover”, “Mercedes” (S Class, C Class, E Class) markalılar da daxil olmaqla onlarla avtomobil var.

Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC — nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. Məlumatlarda bildirilir ki, dayısına güvənən bacıoğlu dövlət vəsaiti hesabına özünə təzə kabinet, 40 min manat dəyərində mebel, istirahət otağı, hətta işdə hamam düzəltdirib. Adam idarəyə öz şəxsi təsərrüfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir. O da qeyd olunur ki, İlqar Əliyev dəyəri 1 milyon olan qülləli kranı yararsız kimi sənədləşdirib və 150 min manata satıb. Respublikanın bütün rayonlarında fəaliyyət göstərən meliorasiya təşkilatlarına texniki təchizatın bölünməsini həyata keçirən Komplektləşdirmə İdarəsi üzrə hər ay avtokran və avtoyükləyicilərə silinən yanacağın böyük hissəsi təyinatı üzrə göndərilmir, mənimsənilir. Barəsində yazılmış və internet üzərindən açıq şəkildə ictimailəşdirilmiş bir şikayət ərizəsində bildirilir ki, rayon təşkilatlarının rəhbərləri İlqar Əliyevdən və dayısı Rafiq Aslanovdan qorxduqlarına görə səslərini çıxarmırlar.

Rafiq Aslanovun himayəsi altında olan «Hidro-Kaskad» MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyalardan da cinayət təqibi orqanlarının müdaxiləsinə kifayət edəcək qədər yazılıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, çox hörmətli cənab Zaur Mikayılovun birinci işi sələfi Əhməd Əhmədzadədən problem kimi miras qalan köhnə kadrları, o cümlədən 1984-cü ildən sistemdə destruktiv fəaliyyət göstərən Rafiq Zeynalovu vəzifədən kənarlaşdırmaq olmalıydı. Amma olmadı. Və nə qədər ki, korrupsiyaya bulaşmış köhnə kadrlar iş başındadır, suyun yarısı “itkiyəı” gedəcək, həmin vəzifəli şəxslərin xaricə daşıdıqları sərvətlərin dəyərini ifadə edən kəmiyyətlər də artacaq.

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənc başçının qarşısında QOCAMAN MANEƏ... - TƏFƏRRÜAT


Lerik rayonunda baş verən özbaşınalıqlar, dövlət əmlakının talanması və prezident İlham Əliyevin rayona ayırdığı milyonlarla vəsaitin mənimsənilməsi barədə ölkə mətbuatında silsilə məlumatlar verilib. Həmin məlumatlardan ən çox diqqətçəkəni isə Azərbaycan prezidentinin sərəncamı ilə 50 yaşayış məqtəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah yolunun tikintisi və yenidən qurulması üçün Lerik Rayon İcra Hakimiyyətinə ayrılan 10 milyon manatın "yoxa çıxması"dır.

DİA.AZ-ın reyting.az-a istinadən məlumatına görə, rayon sakinləri iddia edirlər ki, Lerik Rayon İcra Hakimiyyətinə ayrılan 10 milyon manat mənimsənildiyindən hələ 2016-cı ilə qədər çəkilib-başa çatdırılması planlaşdırılan yolun tikintisi yarımçıq qalıb. Yolun çəkilən hissəsi isə 1 ili tamamlanmamış dağılıb, qəzalı vəziyyətdədir.

Leriklilər bununla bağlı dəfələrlə yuxarı instansiyalara müraciət etdiklərini bildirirlər. Onların sözlərinə görə, rayon faktiki olaraq, icra başçısının I müavini Cəlil Baxşıyevin nəzarətindədir. Baxşıyevi isə yaxın qohumu, Leriki Milli Məclisdə təmsil edən deputat İqbal Məmmədov himayə edir.

Sakinlərin iddiasına görə, vəziyyət o həddə çatıb ki, Cəlil Baxşıyev rayonda quruculuq və abadlıq işləri üçün ayrılan vəsaitləri də yaxın adamları arasında bölüşdürür. Onun hazırda rayonun Kələxan kəndində qardaşına dəbdəbəli villa tikdirdiyi bildirilir. Sakinlər güman edirlər ki, ola bilsin, bu villanın tikintisinə sərf olunan material və avadanlıqların müəyyən hissəsi rayonun abadlığı üçün nəzərdə tutulan büdcə vəsaitləri hesabınadır. Qeyd olunur ki, bu barədə ayrı-ayrı KİV-lərdə və sosial şəbəkələrdə yazılmasına baxmayaraq, C. Baxşıyev belə əməllərindən çəkinmir.

"İcra başçısının birinci müavini və deputat İqbal Məmmədovun şəxsi mülkə çevirdikləri rayonda korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı baş alıb gedir, əhalinin problemlərinin həlli yolunda heç bir addım atılmır. Üstəlik, prezidentin ayırdığı vəsaitlər də havaya sovrulur", - bunu sakinlər iddia edir.

İddiaya görə, C. Baxşıyev bütün idarələrdən pul toplamaqla yanaşı, həm də seçki prosesinə müdaxilə edib, bu prosesdən də qazanc məqsədilə yararlanıb:

"İcra başçısının birinci müavini YAP-ın rayon təşkilatının keçmiş sədri ilə əlbir olaraq, 78 saylı DSK üzrə bütün məntəqə sədrləri və üzvlərindən hər seçki zamanı 100 manatdan toplayıblar. Yəni hər üzvdən 1 ayın əməkhaqqısı tələb olunub. Baxşıyev göstəriş verib ki, pul verməyən şəxslər üzvlükdən üzaqlaşdırılıb yeniləri ilə əvəzlənsin. Ümumilikdə, seçki məntəqələrindən 40 000 manat pul tələb ediblər. Lerik rayonunda 100-ə qədər seçki məntəqəsi, hər məntəqənin 4 üzvü var. Ümumi məntəqələrdə 400 üzvün olduğunu nəzərə alsaq, bu da 40 000 min manat edir".

Məntəqə seçki komissiyasının üzvü olan rayon sakinləri də belə halların dəfələrlə müşahidə edildiyini iddia edirlər. Belə ki, ötən parlament seçkilərində də Baxşıyevin özbaşınalığı diqqət çəkib:

"Qohumu və himayədarı İqbal Məmmədovun xeyrinə qanunsuz addımlar atan Baxşıyev hətta rayonda ciddi nüfuzu olan, sözügedən 50 yaşayış məntəqəsində seçicilərin etimadını qazanan namizədlərdən biri - İlham İbadovu da saxta yollarla seçkidən kənarlaşdıra bilib. O, İbadovun xeyrinə imza verən şəxslərdən izahat aldırmaqla onun namizədliyinin DSK tərəfindən ləğv edilməsinə nail olub. Bu tapşırığı isə ona İqbal Məmmədov verib. Nəticədə İqbal Məmmədovun "alternativsiz namizəd" olmasını təmin edib. Bu gün də əvəz olaraq, İqbal Məmmədov onun bu "xidmət"lərini qiymətlədirir".

Sakinlər yazır ki, bu və yuxarıda sadalanan digər problemlər sosial şəbəkələrdə və saytlarda işıqlandırılsa da, nəticəsiz qalıb, lazımi tədbirlər görülməyib.

Qeyd olunur ki, Əkbər Abbasov Lerik rayonuna icra başçısı təyin edilsə də, hazırda Cəlil Baxşıyevin nəzarətində olan Lerikdə vətəndaş narazılığı hökm sürür. Rayonun Orand kəndinin 250-dən çox sakini isə ölkə başçısına müraciət edərək I müavinin qanunsuz əməllərinə, ayrı-seçkiliyə əsaslanan fəaliyyətinə son verməyi tələb ediblər. Orand kənd sakinlərinin ölkə mediasına ünvanladığı müraciətdə Baxşıyevin rayonda xaotik vəziyyət yaratdığına diqqət çəkilir. Sakinlər müraciətlərində ölkə başçısından kömək istəyirlər.

Cəlil Baxşiyev rayona yeni təyin olunan icra başçısı Əkbər Abbasova güc nümayiş etdirmək üçün vaxtilə vəzifəyə təyin etdirdiyi idarə və müəsissə rəhbərlərinə, eləcə də kənd icra nümayəndələri və bələdiyyə sədrlərinə tapşırıqlar verərək, hər həftə icra başçısının qəbuluna 300-500 nəfər kənd sakininin müxtəlif məsələlərlə qəbula yazılmalarını tələb edir. Məqsəd “mən olmasam, bu camaatın qabağını ala bilməzsən, Əkbər Abbasov”,- mesajını yeni icra başçısına çatdırmaqdır. Qəbula gələnlərin əksəriyyəti də Əkbər Abbasova müavinlərini tərifləyərək məsləhət verirlər ki, onlarla işlə. Müavinlər düşünürlər ki, bununla da icra başçısının fəaliyyətini kadr islahatlarından yayındırmağa nail ola biləcəklər.

Əkbər Abbasovun Lerikə icra başçısı təyinatı sosial mediada da geniş müzakirə olunub. Sosial şəbəkədə yazanların bir çoxu düşünürdü ki, London təhsilli icra başçısı Lerikdə ciddi islahatlar aparacaq. Onlar iddia edirdilər ki, Abbasov Leriki anarxiya və özbaşınalığa sürükləyən Rövşən Bağırovdan qalma köhnə komandadan təmziləyəcək. Bununla da, ağır güzəran və maddi şərtlər altında yaşayan, dözülməz həyatın çətinliklərinə tab gətirməyib rayonu tərk edən əhaliyə dəstək olacaq. Deyəsən, artıq təsir əks təsirə çevrilir və “köhnə komanda” daha tez qabağa düşüb Abbasovu “zərərsizləşdirməyə”, onu əhali ilə üz-üzə qoymağa çalışır.

Redaksiyamıza daxil olan digər bir müraciətdə Lerikdə Əkbər Abbasovun təcrübəsiz kadr olması barədə təbliğat aparıldığı, deputat İqbal Məmmədovun ölkə başçısının qərarlarına əhəmiyyət vermədiyi də bildirilir. Yaxın günlərdə təqdim edəcəyimiz həmin müraciətdə deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovun hər ay Cəlil Baxşıyevdən haqq aldığı da iddia edilir. Bununla yanaşı toy gecəsi baş verən qətl hadisəsindən də bəhs olunur.

P.S. Redaksiya adıçəkilən şəxslərlə əlaqə saxlayıb rayon sakinlərinin ölkə KİV-lərinə müraciəti ilə bağlı mövqelərini öyrənə bilməyib. Reyting.az İqbal Məmmədovun, Çingiz Məmmədovun və Cəlil Baxşıyevin də mövqeyinə hörmətlə yanaşır və onların da fikirlərinə yer ayırmağa hazırdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"ASAN xidmət"də ÇƏTİN GÜNLƏR... - Vətəndaş deyir ki...


Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Əliağa Vahid 4. Ünvanda yaşayan Əsədov Abı Əsəd oğlu tərəfindən Prezident İlham Əliyevə, Energetika naziri cənab P,Şahbazova, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Balababa Rzayevə, Ombudsman Aparatı rəhbərinə kütləvi informasiya vasitəsi ilə “Azərişıq” ASC- tərəfindən oğlunun evinə elektrik sayğacının qoyulması üçün qanunsuz tələb edilən 300 manatı ödəmədiyinə görə sayğacla təchiz edilməməsi barədə müraciət ünvanlayıb.
Aktualinfo.org vətəndaş Abı Əsədovun müraciətini olduğu kimi təqdim edir.O, yazır:
Mən, 1990-cı ildən Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayır və həmişə təsərrüfatla məşğul olub ailəmi dolandırıram. Həmişə də kommunal xidmətlər istifadə etdiyimə görə vaxtı-vaxtında ödəmələrimi qanuna müvafiq formada həyata keçirmişəm. Qaz və elektrik sayğaclarında istehlak etdiyim qədər ödəmələri yerinə yetirmişəm. Budur, oğlum üçün də qonşuluqda 10 sot torpaq sahəsində tikdiyim evə çıxarış almışam. Elektrik sayğacının qoyulması üçün Sumqayıt ASAN xidmətə müraciət etdim. Bildirdilər ki, 166 manat rüsum keçirmək lazımdır. Əgər “Azərenerji” mənsubları icazə versələr. Təqdim etdiyim sənədlərə isə “Azerenerji” yetkililəri bildirmişlər ki, sənin çıxarışında döngə nöqtələri qeyd edilən yerə uyğun gəlmir. Təzədən Xırdalan şəhərinə gedib çıxarış verilən idarəyə müraciət etdim. İki əlavə sənəd verdilər. Dedilər ki, yalan deyirlər hər şey öz qaydasındadır. Sənin çıxarışında ərazı döngə nöqtələrinə uyğun verilib. Bu bir bəhanədir. Mən yenidən ASAN xidmətə gəldim. Orada da dedilər ki, gərək sən “Azərenerji” nümayəndələri ilə hesablaşasan. İcazə verslər biz də sənədləşdirərik. Mənimlə ASAN xidmətdə operatorun vasitəsilə telefon əlaqəsi saxlayan nümayəndə bildirdi ki, bəli 166 manat bu dövlət büdcəsinə keçir bir sayğaca görə , qalan pulu da ( yəni , 134 manatı) Azərenerjiyə keçməsi üçün bizə verməlisən. Mən razılaşmadım. Odur ki, işim yarımçıq qaldı. Mənə sayğac qoymaq istəmirlər. Elə başa düşürəm ki, Sumqayıt “ASAN xidmət”lə “Azərenerji” ASC əməkdaşları birlikdə vətəndaşlara qarşı belə bir qurama maxinasiya qurub pul qazanmaq istəyirlər Bunun başqa adı yoxdur. Mən adi TIR sürücüsüyəm. Tez tez xarici ölkələrə səfər edirəm. Vaxtım olmur. Amma bu bürokratlar məni incidirlər.
Odur ki, yalnız Prezidentdən köməklik gözləyirəm. Yoxsa başqa heç kim məni bu süründürməçilkdən qurtarmaz. Bu dövlət qurumları hamısı bir birilə əlbir işləyib mənim kimi sadə və kasıb vətəndaşın hesabına pul qazanmaq istəyirlər. Və əldə etdikləri qanusuz gəlirləri manat manat öz aralarında bölüşürlər. Bu bir korrupsiya mexanizmidir . Xahiş edirəm mənim evimə elektrik sayğacının qoyulması üçün təqdim etdiyim sənədlər üzrə iş icra etsinlər.
“Azərişıq” ASC-nin əməkdaşlarının özbaşnalığına son qoyularaq mənim evimə olan elektrik sayğacı quraşdırılsın.Sağ olun.
Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO