[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna Müdafiə Nazirliyi çağırış etdi - "Krıma deyil, Antalyaya gedin"


Ukrayna Müdafiə Nazirliyi turistlərə çağırış edib.

Ukrayna Müdafiə Nazirliyi Krımda baş verən partlayışdan sonra paylaşılan videoda “Bu yay tətil üçün başqa seçimləriniz var idi, ancaq Krımı seçdiniz. Böyük səhv”, - deyə o bildirib.

Nazirlikdən o da bildirilib ki, Antalya çimərlikləri təklif etdiyi tətil variantları arasında idi. Ukrayna Müdafiə Nazirliyinin istehzalı dildə yazdığı və Bananaramanın “Cruel Summer” mahnısına üstünlük verdiyi yazıda aşağıdakı ifadələr yer alıb:

“Xoşagəlməz isti yay tətili istəmirlərsə Ukrayna Krıma baş çəkməməyi məsləhət görürük. Çünki heç bir günəş kremi onları icazəsiz ərazilərin zərərli təsirindən qoruya bilməz".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çavuşoğlu Kadırovu Türkiyəyə dəvət etdi


Çeçenistan hökumətinin başçısı Ramzan Kadırov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla görüşdüyünü deyib.

Ramazan Kadırov Ərdoğanla Putin Soçidə görüşərkən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla görüşdüyünü iddia edib

Kadırovun açıqlamalarından 24 saat keçməsinə baxmayaraq , türklər tərəfindən təkzib xəbəri yoxdur .

Ramazan Kadırov Telegram hesabında da açıqlama verib:

“Mən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla şəxsən görüşdüm. Məhsuldar qeyri-rəsmi görüş oldu. Çavuşoğlu bu görüşün əlaqələrin inkişafı üçün başlanğıc olmasını arzuladı. Görüşün sonunda qonaqlar müxtəlif məsələlərdə əməkdaşlıq etmək üçün məni Türkiyəyə dəvət etdilər. Təbii ki, mən bunu qəbul etdim”-bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşadakı abidələrlə bağlı qaydalar TƏSDİQLƏNDİ


“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti” təsdiqlənib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AFFA erməni təxribatı ilə bağlı UEFA-ya müraciət ETDİ


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistanda "Pünik" və Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu zamanı yerli azarkeşlərin təxribatı ilə əlaqədar UEFA-ya müraciət edib.

AFFA-nın Mətbuat xidmətindən verilən məlumata görə, Avropa futbol qurumunun Etika və Tənzimləmə üzrə icraçı-direktoru Ancelo Riqopulosa ünvanlanan məktubda Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.

Bildirilib ki, təxribat xarakterli mesajlar olan bannerlərin nümayişi UEFA qaydalarının pozulmasıdır və qurumun nizamnaməsinin 16.2.e bəndinə əsasən, bütün assosiasiyalar və klublar bir və ya bir neçə tərəfdarın jestlərdən, sözlərdən, əşyalardan və ya hər hansı digər vasitələrdən istifadə edərək təxribat xarakterli mesaj ötürməsinə görə məsuliyyət daşıyırlar. Məktubda idmanda siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribatlara yer olmadığı qeyd olunub.

AFFA sonda UEFA-dan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib.

Qeyd edək ki, "Pünik"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatan oyunda erməni millətçiləri tribuna üzərində ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankart asıblar. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart açıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyindən polkovnikin müraciəti ilə bağlı - Açıqlama


"Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib".

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Əvvəllər də xidməti karyerasında onunla bağlı bəzi qərarlar qəbul edilərkən o “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd addımlar atmağa cəhd göstərib.

Bundan başqa, artıq ehtiyata buraxılan polkovnik əvvəlki illərdə dəfələrlə səhhəti ilə əlaqədar olaraq ordu rəhbərliyinə müraciət edib və indiyədək Müdafiə Nazirliyinin xətti ilə 8 dəfə ümumilikdə 1 ildən çox müddətə Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. Müalicə dövründə bütün xərclər nazirlik tərəfindən qarşılanıb.

E.Məmmədovun barəsində qəbul edilən qərarla razılaşmaması, Nizamnamə qaydalarına uyğun olaraq müdafiə nazirinə rəsmi müraciət etmədən, etiraz əlaməti olaraq hərbçi etikasına və yüksək rütbəli zabitə yaraşmayan hərəkətə yol verməsi əvvəlki illərdə etdiyi hərəkətlərin təkrarıdır.

Bildiririk ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddini keçən E.Məmmədov “hoçkin limfoması, xroniki gedişli, remisiya mərhələsində” diaqnozlu xəstəliklə hərbi xidmətə yararsız hesab olunaraq ehtiyata buraxılıb. Onun Vətən müharibəsində heç bir yaralanması olmayıb.

E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur", - deyə məlumatda qeyd olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər" - Meyxanaçı FAKT QARŞISINDA


Meyxanaçıların din haqqında qəzəllər, meyxanalar deməsi aktiv müzakirə predmetinə çevrilib. Müşahidələrə əsasən deyə bilərik ki, ən çox dini meyxanalar səsləndirən meyxanaçılardan bir də məhz Elşən Xəzərdir. Onun dediyi son dini qəzəl isə birmənalı qarşılanmayıb. Belə ki, meyxanaçının dini məclisdə söylədiyi qəzəldən

“Sinə vuranlar idi səngərdə duranlar,
Azad etdi torpağı qüdrətli hüseynçilər”

beyti bir neçə gündür ki, aktualdır. Bəzi sosial və siyasi fəallar Elşən Xəzərin bu ifadələri orduda parçalanma yaratmaq niyyəti ilə işlətdiyini iddia edir. Onun bu sözləri cəmiyyətdə tənqid olunmaqla yanaşı, parlamentari səviyyəsində də qınanılıb. Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu, səviyəsizcəsinə başqa ölkənin təbliğatını aparmaq üçün irəli atılan addımdır.

Deputatın sözlərinə görə, Qarabağı Azərbaycan xalqı – xristianı, müsəlmanı, yəhudisi ilə din ayrı-seçkiliyi etmədən, türkü, talışı, tatı ilə isə xalq ayrı-seçkiliyi etmədən azad etdi:

“Əgər hansısa məzhəb duyğusu ilə bu döyüşə girsəydik, gərək gedib ermənilərə dəstək verərdik. Çünki ermənilərə kimin dəstək verdiyi bəllidir. Qarabağda hər bir kəs Azərbaycanı qorumaq duyğusu ilə savaşdı.
Onların etdiyi bu hərəkət hayassızcasına hər bir Azərbaycan vətəndaşının öz vətənini azad etmə savaşına kölgə düşürməkdir. Heç bir şəkildə Azərbaycan vətəndaşı hansısa məzhəbə görə, hansısa dini düşüncəyə görə Qarabağı azad etməyib. Azərbaycan vətəndaşı olmağı ilə qürur və şərəf hiss duyduğuna görə bu döyüşdə iştirak edib”. Meyxanaçıların dini qəzəllər deməsinə və deputatın cavabına münasibət bildirən ilahiyyatçı Elşad Miri “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu cür məsələlərdə hansısa meyxanaçı nəsə deyə bilər, lakin onun fikir və iddiaları gündəmi müəyyənləşdirməməlidir:

“Amma cəmiyyətimizdə gündəm baş qarışdırmaq üçün bu kimi ifadələrlə formalaşırsa, biz də bunlara cavab vermək məcburiyyətində qalırıq. Fazil bəyin cavabının arxasındayam. Onun fikirləri ilə razıyam. Bəs digərlərinin səsi niyə çıxmır? Kaş Fazil bəyin apardığı bu təbliğat və maarifləndirməyə digər 124 deputat da qoşula. Bu həqiqətən alqışlanmalı məsələdir”.

İlahiyyatçı müharibədə iştirak edənləri hüseynçi hesab edənlərə öz suallarını ünvanlayıb:

“Biz hər zaman Azərbaycanın multikultural cəmiyyəti olduğunu, burada insanların bərabər yaşadığını deyirik. Bu şəxslər konkret olaraq bu döyüşçüləri hüseynçilərlə əlaqələndirirlər. O zaman belə bir sual verim: Bəs bu döyüşçülərin arasında əliçilər, həsənçilər, muhammadilər və yaxud Quran tərəfdarları yoxdurmu? Bəs Vətən müharibəsində iştirak edən yəhudi əsilli vətəndaşlarımız, şəhid olan xristian əqidədə olan döyüşçülərimiz, dinləri qəbul etməyən, özünün deist kimi təqdim edən şəhidlərimiz barədə nə deməliyik ? Bu, tipik dar düşüncənin məhsuludur. Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər. Təəssüflər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran Zəngəzura konsul təyin etdi – “Artıq İrəvandadır”


“Artıq İranın Qafana baş konsulu təyin edilib. Həmin şəxs Abedin Varamindir”.

DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İran parlamentinin erməni deputatı Robert Beqlaryan məlumat verib.

Onun sözlərinə görə, konsul İrəvandadır və artıq görüşlər keçirib.

Beqlaryan təəssüflə qeyd edib ki, bürokratik problemlərə görə konsulun dərhal işə başlaması prosesi bir qədər yubanır:

“Bildiyimə görə, baş konsulluğun yerləşəcəyi ərazi və ya bina hələ hazır deyil".

Ötən aylarda İranın Qafandakı (Zəngəzur) baş konsulluğunun il ərzində açılacağı məlumat yayılmışdı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfər Mehdiyevin futbol komandası da LƏĞV OLUNUR... - Bundan əlavə...


“Gömrükçü Bakı Peşəkar Futbol Klubu” MMC (VÖEN- 1307491991) və “Kinoloji Xidmət” MMC (VÖEN- 1805663961) ləğv olunduqlarını elan ediblər.

DİA.AZ yeniavaz.com-a istinadən xəbər verir ki, hər iki elanda kreditorlardan tələblərini 2 ay ərzində Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A ünvanına bildirmələri istənilir.

Məlumat üçün bildirək ki, “Gömrükçü Bakı Peşəkar Futbol Klubu” MMC 19.03.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. 4 000 manat nizamnamə kapitalı olan “Gömrükçü Bakı Peşəkar Futbol Klubu”nun qanuni təmsilçisi Neymətova Yeganə Əsədulla qızıdır. MMC-nin hüuqi ünvanı Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 93-də yerləşir.

“Kinoloji Xidmət” MMC 22.12.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. 8 000 manat nizamnamə kapitalı olan “Kinoloji Xidmət”in qanuni təmsilçisi İmanova Zeynəb Namiq qızıdır. MMC-nin hüquqi ünvanı Sabunçu rayonu, Maştağa-Zabrat Yolunun sağ tərəfində yerləşir.
Onu da bildirək ki, qeyd olunan ünvanda Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi fəaliyyət göstərir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Beynəlxalq Bankı hansı “dövlət “qoçusu”nundur? - ETİRAZ


Bank sektorunda istehlakçıların hüquqlarının pozulması elə həddədir ki, müştərilər hesablarından istədiyi kimi yararlana bilmir. Banklar inhisarçı mövqeyindən yararlanaraq komissiya haqqı tutulmayan vəsaitlərə faiz tətbiq edir , hətta Prezident təqaüdünə, pensiya və müavinətlərə çeşidli bəhanələrlə “əl uzadırlar”. Bank sektorunda istehlakçıların hüquqlarının qorunmasına cavabdeh olan Azərbaycan Respublikasının Mərkəzi Bankı isə hüquq qorumaqdan daha çox qanunsuz cavablarla baş aparmaq yolunu tutub. Yeddi baş direktoru olan Mərkəzi Bankın Ziya Əliyev adlı baş direktoru iki ilə yaxındır “komissiya haqqı nəzərdə tutulmayan vəsaitlərə 0.5 faiz komissiya haqqı tutulması” anlaşılmazlığını sırımaqla “baş aparır”. İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti , Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) də ən yaxşı halda bu anlaşılmaz cavabı sırımaqla hüquq müdafiəçiliyini dırnaq işarəsi altına alırlar. Məhkəməyə gəldikdə isə. ..
Ortalıq 6 il öncənin söhbətidir, o çağlar “Kapitalbank”ın araçılığı ilə ödənilən Prezident təqaüdünə (bir il olar bu xidmət Beynəlxalq Banka verilib ) “blok” qoyulması ilə üzləşdim. Ha “blok”un səbəbini öyrənməyə çalışdım, çabam boşa getdi. Sən demə, kartın şifrəsi düzgün daxil edilməyibmiş; banka zəng edib “blok”un açılmasını dilədim, ödəniş tələb edildi və beləcə 6 ay təqaüddən məhrum edildiyimdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9 maddəsinə əsasən Bakı şəhəri, Nizami rayon məhkəməsinə istehlakçı hüquqlarının müdafiəsi haqqında iddia ilə üz tutdum. Bu arada bank toxunulmaz təqaüdümdən 2 faizə (?) yaxın vəsait tutmaqla kartımı “blok”dan açdı , amma Sabunçu məhkəməsindəki özbaşınalıqları ilə hakim adına gətirdiyi ləkəni Nizami məhkəməsində sürdürən qoca rüşvət hakimi Fikrət Mirzəyev iddianı necə it-bata saldısa, hələ də - 6 ildir nə Məhkəmə Hüquq Şurası tapa bilir, nə Ombudsman , nə də baş prokuror. Heç gənc Ülkər Yusifovanın Bakı Apellyasiya Məhkəməsinin ləğv etdiyi işinə yenidən hakim təyin edilərək yoxa çıxardığı iddiamın da yaşı az deyil – il yarıma çatmaq üzrədir. Belə görünür ki, Nizami rayon məhkəməsinin şəxsi heyəti hakimlik əvəzinə cavabdeh “Kapitalbank”ın Nizami filialına vəkilliklə məşğuldur. Heç demə, bu vəkillik təkcə “Kapitalbank”la yetərlənmirmiş, Beynəlxalq Bankın məhkəmə müdafiəsi daha yüksək qeyri-prosessuallıqla təmin olunur.
2 ilə yaxındır Beynəlxalq Bankın Nizami filialı Qarabağ əlili müştərisinə xidmətdən imtina edir. Özbaşınalıq o həddədir ki, hesabıma avro ilə daxil olan vəsaiti on manat qarşılığında verilən bank kartına köçürməkdən imtina edib , bank filialından limitlə verirlər. Özü də hesaba vəsait köçürülən kimi ümumi məbləğdən 0.5 faiz komissiya haqqı tutulub, indi də hər götürəndə əlavə 0.5 faiz tutulur.(?) Bu açıq-aşkar inhisarçılığa, istehlakçı hüquqlarının pozulmasına nə Mərkəzi Bankın idarə heyəti , nə də 7 baş direktoru hüquqi qiymət verilməsini təmin edir . İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Ombudsman, baş prokurorluq da eləcə. Beləcə 2 ildir bank dələduzluğu ilə üz-üzəyəm, puluma-əmlakıma sərəncam vermək hüququndan məhrum edilmişəm. Nizami məhkəməsi isə banka vəkilliyin yeni üsulunu köhnə qaydada sürdürür . 3 ay qabaq məhkəməyə təqdim etdiyim iddianın gənc hakim Həqiqət Əhmədovanın icraatına verildiyini e-məhkəmə portalından müəyyən etdim. Heç bir akt verilmədiyindən, yeni iddia ilə məhkəməyə müraciət etdim. Portaldan bu iddianın da Həqiqət Əhmədovaya verildiyini bildim. Bu hakim əsl partizan kimi susur, nə qərardad verilir, nə də iclas təyin edilir. Özbaşınalığı təsəvvür edə bilirsiniz? Belə məhkəmə təminatı hüququ olar, belə əlil, istehlakçı, insan hüquqları qorunar?
Hələ də pulum Beynəlxalq Bankın, iddiam Nizami məhkəməsinin girovluğundadır. Ritorikdir, ya deyil, sual mənə rahatlıq vermir :
GÖRƏSƏN, AZƏRBAYCAN BEYNƏLXALQ BANKI HANSI “DÖVLƏT “QOÇUSU”NA XİDMƏT EDİR?

Məğrur Bədəlsoy //gundemxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Necə ola bilər ki, müstəqil olan THY AZAL ilə müştərək uçuş həyata keçirir? - İcazə verin, şübhələnək...


“Ötən gün Bakı hava limanında elektrik enerjisinin verilişində uzun müddət fasilə yaranması xoşagələn hal deyil. Hesab edirəm ki, hava limanının fors-major hallar üçün mütləq ehtiyat variantı olmalı idi”.

DİA.AZ xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakupost.az -a açıqlamasında deyib.

Ç. Qənizadə AZAL-ın fəaliyyətilə bağlı məsələyə də diqqət çəkib:

“AZAL-ın təyyarələri çox gözəl xidmət göstərir. Lakin məsələnin başqa bir tərəfi var. Bir neçə saatlıq uçuş zamanı yüksək xidmət göstərib qiymətləri həddindən çox baha etmək qəbulolunan deyil. Quru sərhədlərimizin bağlı olduğu bir vaxtda insanlar məcburən, büdcələrinə qənaət edərək, ölkə xaricinə getmək üçün biletləri çox baha qiymətə alırlar. Bu gün AZAL-ın biletləri digər hava yollarının biletlərindən qat-qat yüksəkdir. Hətta Türk Hava Yollarında uçuş qiymətinin AZAL ilə bərabər olması, eyni zamanda THY-nın AZAL ilə müştərək reysləri şübhə yaradır. Necə ola bilər ki, müstəqil olan THY AZAL ilə müştərək uçuş həyata keçirir? Burada qiymətlərin diqtə olunmasından söhbət gedir”.

Komitə sədri hesab edir ki, AZAL monopolist təşkilatdır:

“Digər hava yollarının Azərbaycanda xidmət təklif etməsi ilə bağlı çətinliklər AZAL-ın monopoliyası ilə bağlıdır. Bu baxımdan hesab edirəm ki, AZAL-da islahatlar getməlidir. Ölkədə bütün sahələrdə islahatlar gedir, amma növbə AZAL-a çatmayıb. Əminəm ki, AZAL-da islahatlar başlasa, bu qurumda baş verən çatışmazlıqlar aradan qaldırılsa, insanların AZAL-a münasibəti dəyişəcək. AZAL yüksək xidmət göstərməyə borcludur. Eyni zamanda qiymətlərin yüksək olması da yolverilməzdir. Qonşu ölkələrin hava yolları şirkətlərinə baxanda bu, utancvericidir”.

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...