[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - FOTO, VİDEO


Bakının sabiq meri Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov mətbuatın həmişə maraqla izlədiyi şəxs olub.
Zaman-zaman onun biznesi, ümumiyyətlə, fəaliyyəti, dini inancı barədə sensasion, hətta bəzən inanılması çətin olan informasiyalar yayılıb, iddialar səsləndirilib. H. Abutalıbov vəzifəsindən uzaqlaşdırılandan sonra belə yazılar səngiyib.
Bu isə heç də İ.Abutalıbovun fəaliyyət sürətinin enməsi anlamına gəlməməlidir. Əksinə, o, Türkiyədəki biznesini inanılmaz dərəcədə genişləndirir. Əgər Əbu Bəkr ləqəbli İsrafil Abutalıbov İstanbulda 2017-ci ildə ilk hotelini - beşulduzlu "Ajwa Sultanahmet Hotel"i açmışdısa, indi onun biznes obyektlərinin sayı-hesabı bilinmir.

Yeri gəlmişkən, İsrafilin necə Əbu Bəkr olduğu yəqin ki, yadınızdadır. Bakının sabiq merinin oğlunun bir zamanlar vəhabilərə qoşulduğu, onlar kimi uzun saqqal saxladığı, qısa şalvar geyindiyi haqda söhbətlər hamının yadındadır. O vaxtdan hamının onu vəhabilərin verdiyi Əbu Bəkr adı ilə çağırdığı söylənilir. Hətta Türkiyənin “Hürriyyət” qəzetinin"Ajwa Sultanahmet Hotel"i barədə hazırladığı reportajda da İsrafil Abutalıbovun adı Əbu Bəkr kimi keçir.
Bakupost.az -ın İstanbulda səfərdə olan əməkdaşı, maraqlı, həm də qalmaqallı personanın - İsrafil Abutalıbovun Türkiyədəki biznesi barədə kiçik araşdırma aparıb, onun İstanbuldakı ilk hotelinə - beşulduzlu "Ajwa Sultanahmet Hotel"inə baş çəkib.

"Ajwa Sultanahmet Hotel"i məşhur Sultanahmet camisinə yaxın ərazidə yerləşir; Fatih bələdiyyəsinin ərazisi, Çemberlitaş deyilən küçədə. Buranı "kiçik otellər şəhərciyi" də adlandırmaq olar. Turistlərin ən çox üz tutduğu məkan: şəhərin ən görməli yerlərinə, sahilə yaxın, amma nisbətən ucuz otellərin yerləşdiyi ərazi. Bu ərazinin isə bir “göz muncuğu” var. Ən bahalı, fantastik qiyməti ilə hər kəsin diqqətini çəkən, hamıda qəribə bir şübhə yaradan otel. Hamı bu qədim, çox da möhtəşəm görünməyən otelin fantastik qiymətinin altında “xəzinə” yatdığının fərqindədir.

Otel 2017-ci ildə öz qapılarını qonaqların üzünə açıb. "Ajwa" Osmanlı memarlığı üslubunda bəzədilib. Hoteldə musiqi əvəzinə su və quş səsləri kimi təbii effektlərdən istifadə olunur: Səlcuqlu, Osmanlı və bu torpaqlarda yaşamış bir çox mədəniyyətlərdən ilham alan hotel son texnologiya ilə təchiz olunub. Topqapı bərpaçılarının əl işləri, taxta və sədəflə bəzədilmiş kreslolar... Hotel ənənəvi hamam mədəniyyətini texnologiya ilə birləşdirən buxar otağı, masaj və üzgüçülük hovuzundan ibarət müasir SPA mərkəzinə malikdir, qapalı hovuz və Osmanlı üslubunda otaqlar təklif edir. "Ajwa"nın hər mərtəbəsi Azərbaycanın görkəmli rəssamlarının birinin rəsm əsərləri ilə bəzənib - Səttar Bəhlulzadə, Mahmud Mahmudzadə, İslam İsrafilzadə, Cəmilə Həşimova, Salam Salamzadə, Mikayıl Abdullayev, Nadir Axundov, Maral Rəhmanzadə və s. Döşəmələrə isə Təbriz xalçaları, Azərbaycandan gətirilmiş əllə toxunmuş ipək xalçalar sərilib.

Hotelin son mərtəbəsində dənizə mənzərəsi olan "Zəfəran" restoranı fəaliyyət göstərir və burada ənənəvi Azərbaycan yeməkləri təqdim edilir. “Zəfəran” İstanbulun ən bahalı restoranlarından biri hesab olunur. Burada müştərilərə Beluqa kürüsü, Azərbaycan mantısı, gürzə, qutab növləri, şah plov, toyuq ləvəngisi, müxtəlif kabab növləri, bir sözlə, Azərbaycan mətbəxinin demək olar ki, bütün təamları təqdim edirlir. Restoranda yeməklərlə yanaşı Azərbaycan şirniyyatları - paxlava, şəkərbura, şor qoğal, şərbətlər, təzə şirələr və kokteyllər də verilir. O da qeyd olunur ki, "Zəfəran" alkoqolsuz restorandır. Restoranda yeməkləri Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş 60-a qədər aşpaz hazırlayır. Yeri gəlmişkən, Abutalıbovların İstanbulda “Zəfəran” adı ilə fəaliyyət göstərən başqa restoranlarının və apteklərin olduğu da bildirilir.

Otelin qiymətlərinə gəlincə isə, burada ən ucuz nömrə 800 avrodan başlayır. Düzdür, bəzən burada endirim kamnpaniyalarından da yararlanmaq mümkündür, amma bu, şans məsələsidir. Oteldə ən bahalı nömrə isə 35 min avrodur. İşin ilginc tərəfi odur ki, çox vaxt oteldə turist olmasa da, otaqlar müştərilərə verilmir.
Qonşuluqda fəaliyyət göstərən otel əməkdaşlarının sözlərinə görə, ayda azı bir dəfə otel İ. Abutalıbovun dostları üçün bağlanır. Bütün otel onlara xidmət edir. İ. Abutalıbovun dostları isə adi adamlar deyil. Onun Türkiyə dövlətini idarə edən, ən yüksək postlarda olan adamların övladları ilə yaxın dostluq münasibətlərinin olduğu deyilir. Şahidlərin sözlərinə inansaq, həmin şəxslər qonaq gələndə nəinki otel, hətta otelin yerləşdiyi küçədə giriş-çıxışa bağlanır.
Həmin ərazidə otelçiliklə, eyni zamanda turizm sahəsində çalışanlar iddia edirlər ki, "Ajwa" özünün fantastik qiymətlərinə baxmayaraq, rentabelli işləyə bilməz. Gələn müştərilərlə heç personalların, aşpazların əmək haqqını ödəmək mümkün deyil. Onlar iddia edirlər ki, bu otel Abutalıbovun çirkli pul yuyan maşınıdır...

Qeyd edək ki, Türkiyənin məşhur "Hürriyyət" qəzeti də 2017-ci ilin fevralında bu hotelin açılışından reportaj hazırlayıb. Orada bildirilirdi ki, yarımadanın ilk beşulduzlu hoteli olan AJWA layihəsinin arxasında “12 Group”un sahibi, azərbaycanlı iş adamı Əbu Bəkr dayanır. Onun buradakı köhnə oteli 20 milyon dollara aldığı, tamamilə təmir etdirdiyi və Ajwa brendi ilə adlandırdığı bildirlir:
"Əbu Bəkr vaxtilə "Aziyadə hoteli" adlanan binanı aldı və üç illik bərpadan sonra qrupun şirkətlərindən biri olan "Gülab Architecture Office"in layihəsi ilə mehmanxanaya çevirdi”.
Hələ o zaman "Hürriyyət" qəzeti "AJWA Hotel Sultanahmet"dən sonra Əbu Bəkrin ikinci hotel üçün Kapadokiyanı seçdiyini bildirmişdi. "Gülab Architecture" komandasının layihəsi ilə 1400-cü illərdə tikilmiş ənənəvi karvansaray bərpa və dizayn edilərək, "AJWA Hotel Kapadokiya" kimi fəaliyyətə başlayıb. "Ajwa Cappadocia Hotel" qiymətlərinə görə heç də İstanbuldakından geri qalmır. Türkiyə mediasının yazdığına görə, "Ajwa Cappadocia Hotel" 98 otaq və 10 mağaradan ibarətdir. Burada Əbu Bəkrin "12 Group" şirkəti tərəfindən ümumilikdə 3 hotel binası inşa edilib.
Karvansara konsepsepsiyası və Səlcuqilər memarlığı əsasında qurulan oteldə 120 m2-də başlayan və 600 m2-ədək dəyişəm 10 mağara fəaliyyət göstərir. Ərazidə böyük meyvə bağları salınıb. Bildirilir ki, "Zəfəran" restoranlarında yalnız bu bağlarda yetişdirilən meyvə-tərəvəzlərdən istifadə olunur.
O da bildirilir ki, Əbu Bəkr "Zəfəran"ı restoranlar şəbəkəsinə çevirməyi bacarıb. Bununla da kifayətlənməyən iş adamı Türkiyədə daha bir neçə otel, avtomobil parkları, istirahət mərkəzləri və digər obyektlərə sahibdir. Hətta obyektlərinin sayının sürtələ artığını görən Fatih bələdiyyəsinin Əbu Bəkrə yeni obyektlər almaq qadağası qoyduğu bildirilir.

Xatırladaq ki, Hacıbalı Abutalıbovun oğlu bir vaxtlar Bakının hər cür əyləncə mərkəzlərində vaxt keçirməsi, lüks avtomonillər sürməsi, 2008-ci ilə qədər Konstitusiya Məhkəməsi sədrinin köməkçisi işləməsi ilə tanınırdı. Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qızı ilə ailə qurub boşandıqdan sonra Londona köçən və bir müddət sonra oradan vəhabi kimi Bakıya qayıdan İsrafil Abutalıbov daha sonra İstanbulda gedib, orada öz böyük biznes imperiyasını qurdu. Əlbəttə, onun ilk sərmayəsi atasının müxtəlif qanunsuz yollarla qazandığı pullar idi. Həm məzhəbini, həm də həyatını dəyişən Əbu Bəkr öz restoranına belə ərəb adı qoyub. İnsanları cəlb edən ekzotik ad: Ajwa (ərəbcə "Əcva") Mədinə xurması növüdür. Görünür, bu ad da onun vəhhabi dünyagörüşündən qaynaqlanır.
Türkiyədə hamı onu Əbu Bəkr adlandırsa, dindar şəxs kimi tanısa, restoranlarında alkoqola icazə verməsə də, Abutalıbovun oğlunun bu sərvəti halal yolla qazanmadığı heç kimə sirr deyil. Əslində onun hotel və restoranlarının təyinatının gəlir qazanmaq yox, çirkli pulları yumaq olduğu bildirilir ki, bu da həqiqətə ən yaxın versiyadır.

Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - FOTO, VİDEO
Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - FOTO, VİDEO
Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - FOTO, VİDEO
Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - FOTO, VİDEO


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsu bazarına ödənişli giriş-çıxış NARAZILIQ yaratdı - GİLEY


Ağsu rayonunun mərkəzində yerləşən bazara avtomobillə giriş-çıxış ödənişlidir. Nə ərazidəki məhəlləyə, nə də bazara daxil olmaq mümkündür. İnsanlar bazarlıqdan əlavə həm də bazara giriş üçün pul ödəməli olurlar. Uzun zamandır sakinləri narahat edən məsələ növbəti dəfə aktuallaşıb.

DİA.AZ xəbər verir ki, bu barədə Bizim.Media-ya Ağsu sakinləri şikayətlənib. Dediklərinə görə bazarın qarşısının kim tərəfindən dayanacağa çevrilməsi, ora giriş edən avtomobil sahiblərindən ödəniş tələb edilməsi və yığılan pulların hara getməsi müəammalıdır.

Bu vəziyyət həm bazarlıq etmək üçün bazara gələnlər, həm də sözügedən ərazidən istifadə edənlər üçün çətinlik yaradıb.

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Qurumun İnformasiya təminatı və təhlil sektorundan Bizim.Media-ya məsələdən xəbərsiz olduqları bildirilib:

“Məlumatımız yoxdur. Aidiyyəti qurumlara məlumat verərik”, deyə qurumdan bildirilib.

Ağsu bələdiyyə sədrinin müavini Namiq Babaxanov isə qeyd edib ki, dayanacağı bazar sahibi özü yaradıb:

“Bazarın özünün şəxsi mülküdür və dayanacağı da özləri yaradıblar. Bizə çatan məlumata görə belədir. 2 ildir ki, o ödənişli dayanacaq fəliyyət göstərir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyinin polkovniki NƏDƏN ALİ BAŞ KOMANDANA ÜZ TUTDU? - "Zakir Həsənova müraciət etsəm də..."

"Cənab Prezident, Möhtərəm Ali Baş Komandan". DİA.AZ bildirir ki, bu ifadələr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayan Milli Ordunun polkovniki Məmmədov Elnur Teymur oğluna aiddir.

1992-ci ildən Orduda xidmət etdiyini bildirən narazı polkovnik dəfələrlə yaralandığını qeyd etməklə yanaşı, o zamanlar mayor rütbəsinin ona mərhum Heydər Əliyev tərəfindən məhz xidmətlərinə görə vaxtından əvvəl verildiyini də bildirir.

DİA.AZ qeyd edir ki, Vətən müharibəsində övladları ilə birgə silaha sarılan polkovnik Elnur Məmmədov Müdafiə Nazirliyində cərəyan edən eybərəcliklərlə bağlı dəfələrlə nazir Zakir Həsənovla görüşməyə çalışsa da, buna müəssər ola bilməyib. Əvəzində ordu sıralarından xaric edilib.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.ş..
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Magna Trans” MMC-dəki fırıldaq əməllərinin finalı? - TƏFƏRRÜAT


Zakir Qaralovun baş prokurorluğu dövründə himayədarlıq etdiyi “AKKORD” ASC-nin direktoru Bürhan Həmidovun ətrafına topladığı mütəşəkkil dəstə üzvləri ilə iş adamı-sahibkar Ağasəf İsmayılovun təsis etmiş olduğu “Magna Trans” MMC-nin 79 ədəd avtobusunu sənədləri saxtalaşdırmaqla satıb pulları mənimsəmələri, digər əmlakının talamaları, sərnişindaşımadan yığılan külli miqdarda pul vəsaitinin hesabatdan, o cümlədən vergidən gizləməklə mənimsəmələri və həmin qanunazidd əməlləri bu günlərdə də davam etmələri barədə mətbuatda yazı dərc edilmişdi.

Həmin faktlarla bağlı araşdırmaların davamını təqdim edirik.

HAŞİYƏ: əvvəlki, yazılarda göstərmişdik ki, iş adamı Ağasəf İsmayılov 2010-cu ildə özü qurub yaratdığı “Magna Trans” MMC-nin fəaliyyətini nümunəvi və rentabelli bir şirkət səviyyəsinə çatdırdıqdan sonra, müəssisənin təsərrüffat işlərinin rəhbərliyini onun inamını qazanmış digər həmtəsisçi Həmidov Bürhan Əhməd oğlunun öhdəsinə buraxır.

Həmin dövrdə “AKKORD” ASC-nin direktoru olan Bürhan Həmidov müəssisəni idarəetməni ələ alan vaxtdan, sonradan sübuta yetirildiyi kimi, şirkətin əmlakını əlaltından talamaq, varidatını satıb, pullarını mənimsəməyi qərara alır və bu niyyətinə asan yolla nail olmaq üçün “AKKORD”da idarə rəisi işləyən “öz adamı” Ağayev Mirzahid Mirsahib oğlunu ikinci vəzifəyə - “Magna Trans” MMC-nin direktoru vəzifəsinə gətirir və özü ilə yeznə-qayın kimi qohum olan, Göyçay rayonu sakini Hacıyev Namiq Gülosman oğlunu da üçüncü həmtəsisçi kimi “işbirliyinə” cəlb edir. Beləliklə, Bürhan Həmidov etimadını-etibarını qazandığı, dost deyib güvəndiyi Ağasəf İsmayılova “qardaş sən narahat olma, hər şey yaxşı olacaq” deməklə, onu inandırır, özü isə, “sən arxayın, mən xain” prinsipi ilə, şirkətidə işləyən və kənardan özünə yaxın bir neçə şəxdən ibarət mütəşəkkil bir dəstə yaradaraq planlaşdırdığı çirkin əməllərini həyata keçirməyə başlayır.

Bir zaman Ağasəf İsmayılova məlum olur ki, Bürhan Həmidovla direktor Mirzahid Ağayev sənədləri saxtalaşdırma yolu ilə şirkətin avtobuslarının bir hissəsini 213 saylı marşrutqarışıq satmışlar.

Bu səbəbə etdiyi sorğuya Ağasəf İsmayılova DİN BDYPİ-dən aldığı 26875/2020 №-li sənədlə “Magna Trans” MMC-nin mülkiyyətində olan avtobuslardan 21 ədədinin satıldığı təsdiqlənir.

Bundan başqa, Ağasəf İsmayılovun bankdan aldığı arayışlardan müəyyən olur ki, 21 ədəd avtobusun satışından əldə olunan və sərnişindaşımadan gündəlik yığılan pullar MMC-nin bank hesabına mədaxil edilmədən hesabatdan gizlədilərək mənimsənilmişdir.

“Magna Trans” MMC-də etdiyi maxinasiyalara dair soruşanda Burhan Həmidov bütün bu əməlləri vergidən yayınmaq üçün etdiyini bəhanə gətirir. Ağasəf İsmayılov isə, etiraz edir ki, hər bir halda vergi ödənilməlidir, məsuliyyəti biz daşıyırıq. Daha sonra isə, qeyri-qanuni yolla satılmış 21 ədəd avtobusun dərhal şirkətə qaytarılmasını və birlikdə MMC-də ümumi yoxlama aparmağı tələb etdikdə, Bürhan Həmidov özünün də bu işlərdən «bixəbər» olduğunu bildirərək, «məsələni yoluna qoymaq üçün» ondan vaxt istəyir.

Lakin, elə həmin gündən Bürhan Həmidov sözün əsil mənasında itir və Ağasəf İsmayılovun poçt vasitəsi ilə çoxsaylı həmtəsisçi sorğularına, telefon zənglərinə, sms yazışmalarına və məsələni araşdırmaq üçün digər rəsmi təkliflərinə Bürhan Həmidovun cavab verməməsi, onunla üz-üzə gəlməkdən yayınması bir daha təsdiq edir ki, MMC-nin avtobuslarını sənədləri saxtalaşdırmaqla satıb pulları mənimsəyən, digər əmlakını talayan, xidmətdən yığılan pulları oğurlayan məhz Bürhan Həmidov özü və onun təşkil edib başçılıq etdiyi mütəşəkkil dəstə üzvləridir.

Hazırda Bürhan Həmidov haqqında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi axtarış elan etmişdir.

“Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı bütün məsuliyyəti daşıyan – MMC-ni talayıb viran qoymaq məqsədi ilə 10 il müddətdə bütün sənədləri imzalayıb-möhür vuran direktor (qanuni təmsilçi) Mirzahid Ağayevdən hesabat tələb edəndə, o, təsisçi Ağasəf İsmayılova “heç nədən xəbərim yoxdur” deyərək, MMC-yə dair maliyyə hesabatı sənədlərini təsisçiyə təqdim etməkdən imtina edir və onunla üz-üzə gəlməkdən qaçır. Bu adamın hansı məqsədlə «direktor»luğa gəlməsi, vəzifədən azad edilməsi, daha doğrusu aradan çıxmaq məqsədi ilə təsisçi Ağasəf İsmayılova yazdığı 21.09.2020-ci il tarixli ərizədən bilinir, sitat: «...işlədiyim 10 il müddətdə mənə heç bir əməkhaqqı ödənilməmişdir».

Bürhan Həmidovla Namiq Hacıyevin və direktor Mirzahid Ağayevin “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı qanunazidd əməllərinə aydınlıq gətirmək məqsədi ilə, sahibkar Ağasəf İsmayılov üz tutur aidiyyəti dövlət və digər qurumlara.

Vergılər Nazırlıyınin və 2 Saylı Ərazi Vergilər Baş İdarəsinin vergi cinayətlərinə biganəliyi nədəndir?

İlk öncə, bankdan aldığı çıxarışlardan təsisçi Ağasəf İsmayılova məlum olur ki, 2010-20-ci illər üzrə “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı pul vəsaiti banka mədaxil edilmir, hesabatdan gizlədilir ki, nəticədə külli miqdar məbləğ vergiyə cəlb olunmamış, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayındırılmışdır, yəni cinayət yolu ilə mənimsənilərək talanmışdır və indi də davam etdirilir.

Bu səbəbə, iş adamı Ağasəf İsmayılov təsisçi hüququna malik olduğu “Magna Trans” MMC-nin müvafiq sənədlərinin ona verilməsi üçün müraciətinə 2 saylı Ərazi Vergilər Baş İdarəsində imtina edərək, bildirirlər ki, bu «kommersiya sirridir».

Lakin, 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Magna Trans” MMC-də törədilmiş və indi də törədilən vergi ilə bağlı cinayət əməlləri barədə sahibkarın-vətəndaşın rəsmi müraciətinə vəzifə məsuliyyətsizliyi göstərirlər. Vergilər Nazirliyinə müraciətinə isə, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi bildirir ki, «...24.04.2020-ci il tarixli 2017010021945700 nömrəli müraciətinizə qanunla müəyyən edilmiş müddətdə baxılacaq və nəticəsi barədə Sizə məlumat veriləcəkdir». Nə baxılır, nə də ki, məlumat verilir. Səbəb həmin MMC-nin «altını-üstünə çevirən» Bürhan Həmidovun üzərində sabiq baş prokuror Zakir Qaralovun kölgəsinin olması idimi?

Sahibkar isə deyir ki: “MMC-nin hesabları üzrə bankdan çıxarışı alsa, vergi orqanı görər ki, dediklərim düzdür”.

Abşeron rayon prokurorluğu cinayət hadisələrinə dair şikayəti niyə vergi orqanına ötürmüşdür?

Mütəşəkkil dəstə üzvləri tərəfindən sənədləri saxtalaşdırma yolu ilə“Magna Trans” MMC-nin atobuslarını, digər əmlakını satıb dəyərini ələ keçirmə, özbaşınalıq, dələduzluq, mənimsəmə, özgə əmlakını talama, külli mqdarda pul vəsaitini oğurlama əməllərinin törədilməsi barədə Ağasəf İsmayılovun 02.02.2021-ci il tarixli şikayətini Baş Prokurorluq “baxılması və nəticəsi barədə şikayətçiyə bildirilməsi” göstərişi ilə (№ 21-090-01-01-006812) Abşeron rayon prokurorluğuna göndərir.

Abşeron rayon prokuroru Qabil Qasımovun imzaladığı 201-Ş-21 №-li məktubda şikayətçiyə bildirilir ki, “müraciət araşdırılması üçün” 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə (Sumqayıt ş.) göndərilmişdir. Cinayət hadisələri ilə bağlı şikayətinin Baş Prokurorluğun “araşdırmaq” göstərişinə əməl etmədən vergi orqanına ötürülməsi, vətəndaşda təəccüb doğurduğu üçün, eyni məzmunlu şikayətlə təkrarən Baş Prokurora müraciət edir.

İkinci şikayəti də Baş Prokurorluq “yoxlanılması üçün” (№21-0090-01-01-022691) təkrarən Abşeron rayon prokurorluğuna göndərsə də, heç bir tədbir görülmür, heç şikayətçiyə cavab da verilmir. Sahibkar Ağasəf İsmayılov şikayətlərinin nəticəsini öyrənmək məqsədi ilə prokurorluğa və vergi orqanına müraciət edir.

2 Saylı Ərazi Vergilər Baş İdarəsindən (№210202041783700) bildirilir ki, “Abseron rayon prokurorluğundan 18.02.2021-ci il tarixli, 201-9-21 sayll məktub bas idarəyə daxil olmamışdır”. Abşeron rayon prokurorluğu isə ümumiyyətlə cavab verməmişdir.

Baş Prokurorluğun “araşdırmaq, yoxlamaq” göstərişi ilə gəlmiş şikayətləri Abşeron rayon prokuroru “araşdırılması üçün” vergi orqanına guya göndərməsi nə ilə izah oluna bilər? Əminik ki, qanunvericiliyin tələblərini prokurora sadalamağa ehtiyac yoxdur. Bircə onu qeyd edirik ki, prokuror köməkçisi Tural Maqsudov 3 aydan artıq icraatında olan şikayətlə bağlı 23.04.2021-ci il tarixdə prokurorluğa gəlmiş Ağasəf İsmayılovun heç izahatını da almır, sadəcə dinlədikdən sonra, “məsləhətləşib mütləq sizə zəng edəcəm” vədi ilə yola salır. Məsləhətləşmənin nəticəsi isə, o oldu ki, şikayətçiyə zəng etməyi söz verən prokuror köməkçisindən bir daha səs çıxmadı.

İş adamı Ağasəf İsmayılov isə bildirir ki, “yoxlanılması Baş Prokurorluqdan tapşırılmış, cinayət hadisələri ilə bağlı şikayətlərimi araşdırmaq əvəzinə Abşeron rayon prokuroru niyə “araşdıdlması üçün” vergi orqanına yollayır? Daha doğrusu, guya yollayır. Çünki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi rəsmi olaraq bildirir ki, elə bir məktub prokurorluqdan idarəyə daxil olmayıb. Prokuror kimi aldadıb, məni, yoxsa öz rəhbərliyini? Kimə qulluq edir: dövlətə-qanuna, yoxsa...”

Sabunçu rayon prokurorluğunun müstəntiqi cinayət işini niyə «yerində saydırır»?

Bürhan Həmidovun ətrafına topladığı mütəşəkkil dəstə üzvləri ilə “Magna Trans” MMC-də özgənin əmlakını ələ keçirməklə mənimsəmə, külli miqdarda pul vəsaitinin hesabatdan gizləməklə oğurlama və digər qanunazidd əməllər barədə iş adamı Ağasəf İsmayılov Daxili İşlər nazirinə də şikayətlə müraciət etmişdi.

Həmin şikayət əsasında DİN Bakı ŞBPİ Sabunçu RPİ-nin İstintaq Şöbəsində 04.11.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq cinayəti) maddəsi ilə 210050957 №-li cinayət işi başlanılmışdır. Ağasəf İsmayılov həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

Sabunçu RPİ İstintaq Şöbəsində aparılmış zəruri istintaq hərəkətləri nəticəsində, cinayət işi daha ağır maddə ilə nəzərdə tutulmuş - mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş külli miqdarda özgə əmlakını talama - cinayət əməlləri törədilməsinə görə Cinayət Məcəlləsinin 179.3.2. maddəsinə tövsif olunaraq, aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon prokurorluğuna verilmişdir.

Lakin, Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlov bu ilin mart ayında cinayət işini icraatına qəbul etmiş olsa da, uzun müddət iş üzrə heç bir istintaq hərəkətləri aparmadan özündə saxlayır. Təkcə onu demək yetər ki, 5 ay ərzində iş üzrə zərərçəkmiş şəxs Ağasəf İsmayılovun vermiş olduğu əsaslı vəsatətlər bir-birinin eynisi olan şablon qərarlarla təmin edilmir. Əslində isə zərərçəkmiş şəxsin iştirakı ilə aparılması qaçılmaz və mütləq olan istintaq hərəkətləri yetərincədir.

Bu halda isə Abşeron rayon prokurorluğunun “Magna Trans” MMC-də baş verən cinayət əməllərinə dair şikayətləri vergi orqanına ötürməsi yada düşür. Və, haqlı olaraq sual yaranır ki, aidiyyəti üzrə davam etdirilməsi üçün icraatına verilmiş cinayət işini “dalana salmaq” üçün, bəlkə Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlov yollar axtarır?

Elə deyilsə, sabiq baş prokuror Zakir Qaralovun himayədarlıq etdiyi “AKKORD” ASC-nin sabiq direktoru Bürhan Həmidovavə onun mütəşəkkil dəstə üzvlərinə Sabunçu rayon prokurorluğunun bu qədər qayğıkeşlik göstərməsi nədən irəli gəlir? Qoy bu deylənləri biz əsaslandıraq kimsə təkzib etsin.

Zərərçəkmiş Ağasəf İsmayılovun ötən 5 ay ərzində dəfələrlə prokurorluğa gələrək şifahi və yazılı olaraq zəruri istintaq tədbirləri keçirməklə bağlı tələblərini müstəntiq Tural Mürsəlov müxtəlif bəhanələrlə: “qarşı tərəf ərizə yazıb ifadə verməkdən imtina edir”, “üzləşməyə gəlmir”, “qarşı tərəf də şikayətçidir”, “burda nə var ki, belə çox gəlib-gedirsən”. Bircə onu demək yetər ki, elə zəruri istintaq hərəkətləri var ki, onların hər biri işin mahiyyətinə tam aydınlıq gətirər. Müstəntiq Tural Mürsəlov isə, öz hərəkətləri ilə açıq-aşkar qarşı tərəfə sözün əsil mənasında vəkillik edir. Fikir verin ki, mart ayından indiyə kimi, prokurorluğa sözün əsl mənasında “cığır açmış” zərərçəkmiş şəxsi bu müstəntiq necə aldadıb.

Müstəntiq Tural Mürsəlovdan cinayət işinin gedişatı barədə heç bir məlumat ala bilməyən zərərçəkmiş şəxs məcbur olaraq ölkənin İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciət edir.

Və oradan aldığı 22.07.2022-ci il tarixli məktubda bildirilir ki, “müraciətinizlə əlaqədar tərəfimizdən edilmiş sorğuya Baş Prokurorluqdan bildirilmişdir ki, Sabunçu rayon prokurorluğu 19 may 2022-ci il tarixli qərarla iş üzrə icraatı AR CPM-nin 53.1.1. maddəsinə əsasən dayandırmışdır. İcraatın dayandırılması haqqında 19 may 2022-ci il tarixli qərar əsassız olduğundan Baş Prokurorun Birinci müavini təfindən 04 iyul 2022-ci il tarixli qərarla ləğv olunaraq istintaq davam etdirilir”.

Prosessual qaydalara görə icraatın dayandırılması ilə bağlı qərarın surətini zərərçəkmiş şəxsə də təqdim etmək müstəntiq Tural Mürsəlovun vəzifə borcudur. Cinayət işinin icraatını dayandırması barədə 19 may tarixdə qərar qəbul etməsini prokurorluğa gəlib-gedən zərərçəkmiş şəxsdən gizlətməsi, qərarın surətini ona verməməsi Tural Mürsəlovun Bürhan Həmidova və onun mütəşəkkil dəstə üzvlərinə etməsi, onların cinayət məsuliyyətindən yayınmalarına şərait yaratması deyilsə, bəs nədir?

Niyə və nə üçün bu müstəniq olan şəxsin məsuliyyətsizliyindən vətəndaş başqa qurumlara müraciət etməlidir? Müstəntiqin vəzifə borcunu, məgər İnsan Hüquqları üzrə Müvvəkkil (Ombudsman) yerinə yetirməlidirmi? O isə, kimlərəsə yarınmaq üçün, heç bir əsas olmadığı halda vəzifəsindən sui-istifadə etməklə cinayət işinin icraatını süni yolla dayandırırdığı, bir tərəfə, hələ bunu da zərərçəkmişdən gizlədir. Əgər, belə deyilsə, onda niyə həmin qərar Baş Prokurorun Birinci müavini səviyyəsində ləğv olunur? Hələ 3-4 ay bundan əvvəl zərərçəkmiş şəxs Ağasəf İsmayılov Baş prokurorluğa müraciət etdiyi şikayətlərdə, müstəntiq Tural Mürsəlovun cinayət işinin istintaqının nəticəsində maraqlı olduğunu və bunu gizlətmədiyini bidirərək, işi yarıtmaz-bərbad hala saldığı üçün ona inamının qalmadığını bildirərək, cinayət işinin Sabunçu rayon prokurorluğundan alınıb başqa hər hansı bir prokurorluqda davam etməsini xahiş etmişdi. Bundan xəbər tutan müstəntiq, zərərçəkmişə eyhamla bidirmişdi ki, “nə oldu, nəyə nail ola bildin?”

Cinayət işinin icraatının dayandırılması ilə bağlı, müstəntiq Tural Mürsəlovun Cinayət Prosessual Məcəlləsinin istinad etdiyi 53.1.1. maddəsində deyilir ki, istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda icraat dayandırıla bilər.

Bax elə bununla da zərəçəkmiş şəxsin təkzibolunmaz sübutlarla istintaqa təqdim etmiş olduğu çoxsaylı vəsatətlərin müstəntiq Tural Mürsəlov tərəfindən bir cümlə ilə rədd etməsi bir daha onun işin nəticəsində maraqlı olduğuna sübutdur. “Bir cümlə ilə” ona görə deyilir ki, onun yazdığı qərarlarda verilmiş vəsatətlərlə dair heç bir söz də yoxdur. 14 və 29 aprel tarixli və hər biri cəmi natamam 2 səhifəlik qərarda vəsatətə aidiyyəti olmayan söz yığnağı, Cinayət Məcəlləsinin 18 ədəd maddələrini iki dəfə sadlamaqla, avtobusların şassi, mühərrik, buraxılış ili, rəngi və sairələri sadalamaqla, məqsəd nədir? Axı vəsatətlərdə bu barədə heç bir tələb yoxdur, əksinə konkret vəzifə, maddi-məsuliyyət daşıyan 90 (doxsan nəfərə yaxın) şəxslərin dindirilməsi, üzləşdirilməsi tələb olunur. Hər biri çoxsalı cinayət əməllərinin birbaşa şahidləri, bəziləri isə iştirakçıları olan bu “şəxslər müəyyən olunmuşdur” və hər gün “Magna Trans” MMC-də işdə olurlar.

Müstəntiq Tural Mürsəlov vəsatətlərin rəd edilməsinə dair hər iki qərarda cinayət işinin istintaqının CM-nin 178.3.2. maddəsi ilə icra etdiyini göstərmişdir. Bu şəxs hələ bilmir ki, 210050957 saylı cinayət işi Cinayət Məcəlləsinin 179.3.2. maddəsi ilə davam etdirilməsi üçün onun icraatına verilib. Yəqin ki, şərhə ehtiyac yoxdur.

Ölkəmizdə sahibkarlığın inkişafı aktual və vacib olduğunu nəzərə alaraq, güman edirik ki bu yazıda qaldırılmış problemin çözülməsi respublika Baş Prokurorluğunun rəhbərliyinin diqqətini cəlb edəcək və əminik ki, Əfqanıstan Müharibəsi Veteranı, Qarabağ Müharibəsi iştirakçısı, III qrup müharibə əlili, qazi, sahibkar- iş adamı-vətəndaş Ağasəf İsmayılovun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əmlak hüquqları tezliklə bərpa olunacaq.

Hurriyyet.az

P.S. “Magna Trans” MMC-də törətdikləri qanunazidd əməllərin cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə “AKKORD”-çuların növbəti audit-ekspert “işbirliyi müdafiəsinin” uğursuz nəticələri ilə bağlı araşdırmamız davam edir. Qarşıdakı günlərdə oxucularımıza daha geniş məlumat vercəyik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Babək rayonunda məhkəmə özbaşınalığı... - GİLEY


Babək rayon Məhkəməsi önündə özünü yandıran Nehrəm qəsəbə sakini İbrahim Abdullayevin səhhəti nisbətən yaxşılaşsa da həyatı təhlükə sovuşmayıb. O, hazırda Naxçıvan Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir.

DİA.AZ xəbər verir ki, İbrahim Abdullayev "Gündəlik Naxçıvan"a intihara cəhd etməsinin səbəbləri və hazırkı vəziyyətlə bağlı yeni məlumatlar verib:
“Alı adlı məhkəmə icraçısı məni boğaza yığmışdı. Təhdid edirdi ki, əvvəlcədən 4 il soranın alimentini ödəyim. Bu, 5000 manat pul edir. Dedim ki, onsuz da hər ay ödəyirəm. İmkan verin, belə də davam etsin. Dedilər yox, 4 illiyi birdən ödəməlisən. Mən borc edib 1100 manatını verdim, dedim səbr edin, qalanını da düzəldərəm. O isə mənə vaxt qoydu ki, 5 saat içində 5 min manatı tapıb düzəltməsəm, məni həbs etdirəcək. Hansı qanunda yazılıb ki, aliment öncədən ödənməlidi, üstəlik 4 illik? İşsiz adam bu pulu necə ödəyə bilər? Çıxış yolum yox idi. Nahaqdan həbs olunmaq istəmirdim. Təhdidlər qarşısında dözmədim, məcbur qalıb özümü yandırdım.”
İbrahim Abdullayev məhkəmə icraçılarının onu intihara məcbur etdiyini bildirir:
Babək rayonunda məhkəmə özbaşınalığı... - GİLEY

"Bunu mən hüquq mühafizə orqanı əməkdaşlarına da bildirmişəm. Ancaq, təəssüf ki, indiyə kimi heç bir tədbir görülməyib. İstintaqın aparılıb-aparılmaması ilə bağlı bizə heç bir məlumat vermək istəmirlər. İşi ört-basdır eləmək istəyirlər. Ədliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə şikayət hazırlamışam. Aidiyyatı qurumlardan bizə kömək etməyi, məni intihar hədinə gətirənlərin cəzalandırılmasını xahiş edirəm.”
İbrahim Abdullayev onu da bildirib ki, indiyə kimi rəsmilərdən heç kim onun səhhəti ilə maraqlanmayıb. Maddi imkanı olmadığından, xəstəxanada həkimlər də ona başdansovdu yanaşırlar:
"Maddi imkan olmadığından, Bakıda müalicəni davam etdirə bilmədik. İmkansızlıqdan anam xəstəxananın həyətində gecələyirdi, dava-dərman da pul tapmırıq. Məcbur qalıb, geri qayıtdıq ki, heç olmazsa, anam əziyyət çəkməsin. Burada isə mənə demək olar ki, baxmırlar. Pulsuz, kasıb adama kim baxar. Dərman nədir, bəzən adi yemək almağa pul tapmırıq. Bakıda həkimlər dedi ki, hələ həyatı təhlükə keçməyib, müalicəmi ciddi davam etdirməliyəm. Burada da dediyim kimi baxan yoxdu".
Nehrəm qəsəbə sakini İbrahim Abdullayev iyunun 22-də Babək Rayon Məhkəməsinin önündə üzərinə benzin tökərək, özünü yandırmışdı. O, məhkəmənin haqqında çıxardığı qərara etiraz olaraq bu addımı atdığını bildirir. İmkanı olmadığından, İbrahim Abdullayev ona kəsilən 4 illik alimenti, beş min manatı əvvəldən ödəyə bilməyib. Məhkəmə isə onun 5 min manatı dərhal ödənilməsi ilə bağlı qərar çıxarıb.
İbrahim Abdullayev özünü yandırdıqdan sonra Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılmışdı. Vəziyyəti ağır olduğundan, həkimlər onu Bakıya aparmağı məsləhət görüb. Bir müddət sonra səhhətində irəliləyiş yaranıb və o, yenidən Naxçıvan xəstəxanasına qayıdıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İcra başçısı qəbul etməsə, özümü 4 uşaqla birgə YANDIRACAM..." - Birlik sədri HƏYƏCAN TƏBİLİ ÇALDI


4 uşaqlı bir ana Ağdam rayon icra başçısı Vaqif Həsənova yardımla bağlı dəfələrlə müraciət edib, başçı ilə şəxsən görüşüb, amma hələ də bir nəticə yoxdur.

Gundem.media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

“Baş verənlər haqda artıq Ailə Qadın Uşaq problemləri Dövlət komitəsinə məlumat verilib. O ailə 1 aydan çoxdur ki, mənə müraciət edir. Mən hər dəfə İcra Hakimiyyətinə yönləndirirəm, amma nəticə olmur. Qadın Prezident Adminstrasiyasına məktub ünvanlayıb. Adminstrasiya da İcra Hakimiyyətinə tapşırıb ki, ailənin problemi ilə məşğul olsunlar. Lakin qadın başçının yanına getsə də, qəbul etmirlər. Qadın özü ilə bərabər 4 uşağını da İcra Hakimiyyətinin qarşısında yandıracağını bildirib. Deyir özünü öldürsə, 4 balası yetim qalacaq. Ona görə də, elə 4 uşaqla bərabər özünü yandırmağı düşünür”, - Ağazadə bildirib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdamın icra başçısı daha bir Şəhid bacısını TƏHQİR ETDİ - ÖZBAŞINA QALIB...

Şəhid bacısı Ağdamın icra başçısı Vaqif Həsənova ağır ittiham səsləndirib.

Onun sözlərinə görə icra başçısı Vaqif Həsənov qəbul zamanı onu təhqir edərək “Sözün qurtarıbsa dur bas bayıra”deyib.

TİA.AZ bilıdirir ki, bu barədə şəhidin bacısı qızı deyir.

Ətraflı videogörüntüdə:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO