[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taxıl ixracı üçün işlərə başlanıldı


Ukrayna Hərbi Dəniz Qüvvələri taxıl ixracını davam etdirmək üçün Qara dənizdəki 3 limanda işlərin bərpa olunduğunu təsdiqləyib.

Bu haqda Ukrayna Hərbi Dəniz Qüvvələrinin sosial media hesabında paylaşım edilib. Bildirilib ki, taxıl daşınması üçün Odessa, Çernomorsk və Pivdennıy limanlarında işlər aparılır.

Qeyd edək ki, əvvəlki açıqlamalarda bəzi daşımaların bu həftə yenidən başlaya biləcəyi ilə bağlı məlumatlar var idi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oqtay Əsədovun keçmiş kürəkəni Londondakı sonuncu şirkətini də satdı - TƏFƏRRÜAT


Milli Məclisin sabiq sədri Oqtay Əsədovun keçmiş kürəkəni Kamran Balayev Londondakı şirkətini satıb.

DİA.AZ-ın bilgisinə görə, yeniavaz.com Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumata istinadən xəbər verir ki, 2018-ci ildə “International Risk Ltd” adı ilə qeydiyyata alınan və 2021-ci ilin oktyabr ayından etibarən “E-London Ltd” adlanan şirkətin yeni sahibi Hollandiya vətəndaşı olan 1962-ci il təvəllüdlü Gülşən Qorxmaz qızı İbrahimovadır.

Şirkətin direktoru isə Rusiya vətəndaşı olan 1997-ci il təvəllüdlü Ksenya Klimova olub. Bu ilin iyun ayının 21-də şirkətin hüquqi ünvanı da dəyişib. Şirkət son bir aydır “Lower Ground Floor West, 17 Nottingham Street, London, W1U 5EW” ünvanında yerləşir.

Məlumat üçün qeyd edək ki, 1981-ci il təvəllüdlü Kamran Balayev 2002-ci ildə Oqtay Əsədovun qızı Nərminə Əsədova ilə evlənib. 2012-ci ildə Ədliyyə Akademiyasının rektor əvəzi olan Kamran Balayev ilə Oqtay Əsədovun qızı arasında qalmaqallı boşanma prosesi baş tutub. Məhkəmə çəkişmələrindən sonra Kamran Balayev Londona köçüb. 2013-cü ildə Londonda 2 şirkət – “Attorneys Without Borders” və “Varsity Court Limited” şirkətlərini təsis edib. 2014-cü ildə daha bir şirkət - “International Jurisdications Ltd” şirkətini qeydiyyata aldırıb. Bir-neçə ildən sonra bu şirkətlər ləğv edilib. Kamran Balayev 2018-ci ildə təsis etdiyi şirkəti - “International Risk Ltd” (yeni adı “E-London Ltd”) şirkətini isə qeyd etdiyimi kimi bu il Gülşən İbrahimovaya satıb.
Onu da bildirək ki, adını qısaldaraq özünü “Kam” olaraq təqdim edən Kamran Balayev 2020-ci ildə London meri vəzifəsinə namizədliyini irəli sürüb. Açıqladığı tərcümeyi-halında Kembric Universiteti və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunu olduğunu bildirir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfər Mehdiyevə ŞOK ZƏRBƏ TƏDARÜKÜ... - İLGİNC İDDİALAR...


Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Səfər Mehdiyev işdən çıxarıldıqdan sonra vəzifə başına gətirdiyi adamları aradan çıxmağa çalışırlar.

DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu günlərdə Mehdiyevin bacısı oğlu Asiman Cəfərov da istefa ərizəsi yazaraq işdən çıxmaq istədiyini bildirib.

Məlumata görə, Asiman Cəfərov hal hazırda DGK-nın Audit Baş İdarəsində rəis müavinidir və polkonvik-leytenant rütbəsi daşıyır. Səfər Mehdiyev işdən çıxarıldığı günün səhəri isə məzuniyyətə çıxdığını açıqlayıb. Ərizəsini də həmin gün təqdim edib. Lakin onun ərizəsinə baxılmayıb. Komitənin yeni rəhbərliyi bildirib ki, bu barədə qərar yoxlamalardan sonra veriləcək.

İddialara görə, Asiman Cəfərovun işdən çıxmaqla bağlı ərizəsinin açıq saxlanması onun “Azterminal” İstehsalat Birliydə baş verən qanunsuz hallar, korrupsiya halları, dövlət əmlakının talanması, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarında adının keçməsidir. Onun ölkədən çıxışına stop qoyulub, qoyulmadığı barədə məlumat yoxdur.

Onu da bildirək ki, Səfər Mehdiyevin bacısı oğlu gömrüyün ən varlı şəxslərindən biri sayılır. Belə ki, onun audit yoxlamalarından “salamat” çıxmaq üçün böyük məbləğli pullara ehtiyac olub.

Bundan başqa, Asiman Cəfərovun bahalı mənzillərə və avtomobillərə sahib olması da təsdiqlənir. Hazırda onun istifadəsində olan şəxsi “Toyota Land Cruiser” markalı maşınının (dövlət nömrə nişanı 99 CS 909) qiyməti 150 min manata yaxındır. Onun Badamdar qəsəbəsində dəyəri bir neçə milyon manat olan villasının olduğu da deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sədərək Ticarət Mərkəzinin rəhbərliyindən QANUNSUZLUQ: - Sahibkarlardan külli miqdarda vəsait tələb olunur


“Qəribədir ki, ödəniş edən sahibkarlara heç bir qəbz də verilmir”. Bu sözləri Sədərək Ticarət Mərkəzinin rəhbərliyinin təmir adıyla sahibkarları incitməsinə münasibət bildirən iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Sədərək Ticarət Mərkəzinin rəhbərliyi heç bir sahibkarla razılaşmadan və onların rəyini almadan işlətdikləri obyektləri sökərək ərazisini genişlədirir:

“Rəhbərlikdən sahibkarlara bildirilib ki, ticarət mərkəzindəki cərgələrdə olan mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu addım mağazaların içərisindəki malların kənardan görünməsi və müştəriləri daha tez cəlb etmək üçün həyata keçirilir.

İyunun 1-dən təmir işlərinə görə mağazaların fəaliyyəti dayandırılıb. Mağazaların ərazisinin artırılması və şüşə vitrinlərə görə hər sahibkardan ödəniş tələb olunur. Belə ki, sahibkarlar 2 ay müddətinə ikiqat ödəniş etməlidirlər. Məsələn, 12 kvadratmetrlik mağazanın ərazisini 24 kvadratmetr ediblər və 7400 manat vəsait tələb edirlər. Ödəniş etməyən sahibkarların fəaliyyətinə isə əngəl törədilir. Hətta obyekti arendaya götürməyən, məhz özünə məxus olan sahibkarların da rəyi öyrənilmir və özbaşınalıq edərək mağazası bağlanır. Qəribədir ki, ödəniş edən sahibkarlara heç bir qəbz də verilmir. Bu, məntiqə sığan davranış deyil. Artıq bir aydan çoxdur ki, sahibkarlar incidilir. Mağazanın bağlı olmasına baxmayaraq, sahibkarlardan icarə pulu tələb olunur”.

Qeyd edək ki, iyun ayında Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılmışdı. Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov isə yayılan görüntülərin həqiqəti əks etdirmədiyini və yalan olduğunu bildirmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
76 yaşlı generala BATA BİLMƏDİLƏR? - İLGİNC İDDİA


Dövlət Gömrük Xidmətinin Baş Gömrük Mühafizə Xidmətinin 76 yaşlı rəisi, general-mayor İsmayıl Ələkbərovun təqaüdə göndərilməsi haqda əmr geri oxunub. Bu haqda TİA.Az-a özəl qaynaqdan məlumat daxil olub.
Bildirilir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun imzaladığı əmrin mürəkkəbi qurumamış qüvvədən düşüb. Bunun səbəbi açıqlanmır.
Lakin komitənin Baş Gömrük Mühafizə Xidmətinin 76 yaşlı rəisi hələ də işinin başındadır. Bəzi informasiyalara görə, Ş.Bağırovun bu qərarı yuxarı dairələrdə müsbət qarşılanmayıb.
Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaqdır" - Əli Nağıyev


Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər.

Bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında deyib.
Əli Nağıyev, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırıb.

O bildirib ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaqdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda “Heydər Parkı” sökülür: Yerində bina tikiləcək – Video


Bakıda ilk salınan “Heydər Park”larından biri hazırda sökülür.

Bu Nəsimi rayonu ərazisində “Yeganə” Şadlıq Evi ilə üzbəüz ərazidə yerləşən parkdır.

Park “Cristal Abşeron” şirkəti tərəfindən sökülür və yerində “Park Əcəmi” layihəsi çərçivəsində yeni binalar tikiləcək.

Şahidlərin bildirdiyinə görə parkın ətrafı şirkət tərəfindən tam qapadılıb və hazırda parkdakı ağacların çıxarılması və ya kəsilməsi prosesi gedir.

“Yeni Sabah”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident fərman İMZALADI


Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmana əsasən, investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir.

İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

- əlverişli investisiya mühitinin formalaşdırılması, o cümlədən azad rəqabət mühitinin gücləndirilməsi;

- investorların hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyaların qorunması;

- investorlara investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı bərabər imkanların yaradılması;

- investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinin təmin edilməsi;

- dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması;

- iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi;

- investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tofiq Şahmuradov həbs EDİLDİ


Sosial şəbəkə istifadəçisi Tofiq Şahmuradov həbs edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Orbita MTK Tikinti Şirkətinin Özbaşınalığı Sakinləri Ayağa Qaldırdı - VİDEO


Bakı şəhərində fəaliyyət göstərən Orbita tikinti şirkəti haqqında narazılıq bitib tükənmək bilmir ki, bilmir "Azərbaycan Reallığı" xəbər verir ki,Bu MTK haqqında problemlər bitib tükənmək bilmir ki bilmir. Gecə qonduların tikilməsi ağacların kəsilməsi şəhər sakinlərini çox ciddi şəkildə narahat edir,və vətəndaş iddia edir ki,bu tikinti şirkətinin öz başınalığı ilə bağlı dəfələrlə adiyyəti üzrə qurumlara müraciət etsələrdə şikayətlərinə baxan yoxdur xatırladaq ki, Orbita Mtk Tikinti şirkəti ölkədə ən çox qanun pozuntuları ilə yadda qalır.

Nəyin ki Azərbaycan qanunlarınıda pozmaqlada yadda qalır həmçinin insanların başına min bir oyunlar açmaqda davam edir,dəfələrlə bu şirkətin məhsul şəxslərindən olan Mehman Abdullayevlə əlaqə saxlamağa çalışsaqda telefon zənglərimiz nədənsə cavabsız qalır bir sözlə biz yazıb göstərdik Allah göstərməsin.

Daha ətraflı vidioreportajda:
]My Webpage

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO