[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azər Şükürov 2 ildə NƏ ETMİŞDİ Kİ... - Ona belə etimad göstərildi?


Bir neçə gün öncə, daha dəqiq desək, 19 iyul 2022-ci il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Samir İdayətov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə sədr təyin olunub.
Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən gedir.
İndi isə cənab ekologiya naziri Muxtar Babayevin 2 il öncə Azər Məcid oğlu Şükürovu Agentliyin sədr müavini təyin etməsinə nəzər salaq.
Bəli, Muxtar Babayev 20.10.2020-ci il tarixdə Azər Şükürovu Agentliyə sədr müavini təyin edib.
Yeni təyin olunan sədrin fəaliyyəti haqqında nəsə deyə bilmərik, çünki təyin olunduğu heç bir həftə də deyil.
Ona görə də mövzunu 2 ildir sədr müavini olan Azər Şükürovun üzərində quracağıq.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda “Yerin təki haqqında” qanun var. Və Agentlik “Yerin təki haqqında” qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.
Amma Azər Şükürov üçün nə yerin təki, nə yerin üstü deyilən anlayış yoxdur.
Onun bildiyi bir meyar var ki, o cənab nazirin dostudur, tələbə yoldaşıdır və istədiyini edə bilər. Hətta deyir ki, onu nazir də vəzifəsindən çıxara bilməz, çünki açar sandığı, tökər rüşvəti...
Bəli, məlumdur ki, bu gün Azərbaycanda onlarla daş karxanaları, qum-çınqıl sexləri fəaliyyət göstərir.
Təkcə onu qeyd edək ki, çayların məcrasında olan qum-çınqıl o dərəcədə şəhərlərə daşınır ki, hətta çaylar artıq öz məcrasını dəyişir və ətraf mühitə ciddi ziyan dəyir. Bunun bircə adı var- ekoloji terror.
Bütün bunlara görə Azər Şükürov rəhbər şəxs olaraq məsuliyyət daşıyır.
Təsəvvür edirsiniz, real dövriyyəsi milyonlarla olan daş, çınqıl, qum, qızıl, əhəng karxanaları, klinker istehsal edən sexlər bütün ekoloji normaları pozur. Və nəticədə Azər Şükürovun rəhbərlik etdiyi Agentlik kağız üzərində həmin daş karxanalarına 500 min, bəzən 1 milyon, hətta 2 milyona yaxın cərimə müəyyən edirlər və sonra cərimə etdikləri şəxsləri bazarlığa çağırırlar. Beləcə sövdələşmə başlayır.
Nəticədə 100 minlərlə kifayətlənməyən Agentliyin rəhbərliyi həm də karxana sahiblərini “aylığa” otuzdururlar. Yəni bu qədər sadə və bəsit bir rüşvət-korrupsiya mexanizmi.
Amma sözdə Azər Şükürov kimilər təbiətə sevgidən danışırlar.
Və utanıb-qızarmadan başlarının üstünə Ulu Öndərin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyan olasınız” sözlərini asıb, təbiətə qənim kəsilirlər.
Araşdırma zamanı Azər Şükürovun ana təbiətə sevgisi ilə bağlı xeyli uzun müsahibələrə rast gəldik.
Hətta Azər Şükürov öz müsahibəsində qeyd edir ki, kaşki, təbiəti qoruyanlar olasınız.
istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.
Mədən sənayesi üzrə kadr hazırlığı bu günün tələblərinə cavab vermir:
“Hazırda Azərbaycanın inkişafı fonunda bu təhsil ocaqlarının dağ-mədən sənayesi sahəsində kadr hazırlığı istiqamətində ciddi fəaliyyətləri nəzərə çarpmır. Dağ-mədən sənayesi elə kadr tələb edir ki, müəyyən hazırlıqdan, praktikadan sonra konkret mədənlər üzrə müasir texnologiyaların iş prinsiplərinə uyğun müstəqil fikirlər irəli sürsün və təkliflərini qəbul etdirə biləcək savada malik olsun. Düzdür, bu cür kadrlar hər bir sahəyə lazımdır. Ancaq müasir dağ-mədən sənayesi tamamilə yeni, müasir təfəkkür tərzinə malik kadrlar tələb edir. Dağ-mədən sənayesi elə bir sahədir ki, burada işləyən kadr ətraf mühitin mühafizəsindən tutmuş kollektiv və şəxsi təhlükəsizliyə qədər bütün detalları nəzərə almaq istedadına malik olmalıdır. Sovetlər dövründə bu sahə üzrə çox gözəl mütəxəssislər hazırlanmışdı. Ancaq Sovet İttifaqı dağıldıqdan və Azərbaycanda dağ-mədən sənayesində geriləmələr baş verdikdən sonra onların çoxu öz işini itirdi və bu gün ixtisaslarına uyğun olmayan sahələrdə fəaliyyət göstərirlər”.
Həə, indi mətləb üstünə gəlmək olar.
Cənab Azər Şükürov, sizin bu müsahibənizi oxuyanda vaxtilə Prezident Administrasiyasının rəhbəri olan cənab Ramiz Mehdiyevin “Mənə savadlı və təmiz bir hüquqşünas” verin deməyi yada düşür.
Sizə savadlı kadrlar lazımdır yoxsa?- rüşvət və korrupsiyanı əla bilən kadrlar?
Ona görə də oxuduğum bütün müsahibələrindən bir nəticə çıxardım. Sənin kimilərin avazı yaxşı gəlir, amma oxuduğunuz təbiətə sevgi deyil. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...


Yəqin, sözə Qəbələnin turistik baxımdan nə qədər önəmli yer olduğunu qeyd etməklə başlamaq kimlərəsə təkrar kimi görünəcək, lakin indi haqqında söz açacağım problemin həll edilməsi üçün buna məcburam. Bu, bəlkə də, yerli idarəetmə orqanlarının sakinlərin rahatlığını düşünəcək qədər dərrakəli olmadığını idrak etməmdən qaynaqlanır. Ancaq “bəlkə”siz bu belədir.

“Üstü bəzək, altı təzək” misalı da yalnız bir azərbaycanlı atalar sözü ola bilərdi ki, tarixən dəyişməyən məmur xislətini ifadə etmiş olsun. Yəni məmurlarımız göstərişi sevir və zənn etməyin ki, həmin zad millətin yaxşı gününə hesablanıb. Xeyr, bu, yüksəliş məqsədi güdən və görüntüdə uğursuz alındığı düşüncəsi oyandıran, lakin nə qədər məntiqsiz görünsə də, hədəfə dəqiq istiqamətlənən məmur gedişidir. Sözlərimi misalla qüvvətləndirim. Rayonlara üz tutanlar görməmiş olmaz, əsas yoldan ara məhəllələrə, küçələrə burulan yollar magistraldan görünən yerə qədər asfaltlanır və kənardan elə görüntü formalaşdırılır ki, guya bütün ara yollar bax beləcə asfaltdır. Ancaq reallıq odur ki, aşıq gördüyünü çağırır və kənardan keçən də elə bilir ki, hər yer güllükdür, hər yan gülüstanlıq. Bu hələ sadə misal idi və mən uzatmaq istəmirəm ki, əsas məsələyə keçid yubanmasın. Sözümün canı odur ki, göstərişi sevən və milləti saya almayan xalq qulluqçusunun qarşısına sadə vətəndaşı yox, məhz turist müəllimi çıxartmaq lazımdır ki, bəlkə, onun hörmətinə problemlər həll olunsun. Axı kasıbın hörməti HÖRMƏT deyil.

Məncə, Qəbələyə bu qədər giriş bəsdir, keçim gördüklərimə.

Axırıncı dəfə doğulduğum rayona üz tutanda ziyarətim bir gün çəkdiyi və hərbi komissarlıqla lənətləndiyi üçün yurdumun hansı gündə olduğunu görə və sezə bilməmişdim. Ancaq bu gedişimdə kifayət qədər qaldım, gəzdim, gördüm. Gördüklərim isə heç də yaxşı şeylər deyildi.

Təəssüf ki, təbiəti ilə dillər əzbəri olan Qəbələ indi zibil içindədir. Zibil qabları olmadığından onları toplayan da yoxdur. Bu zibil mənzərəsi kənar kəndlərdə olsa, yenə cəhənnəm, iş orasındadır ki, mərkəz daha betər vəziyyətdədir. Rayon zibil məsələsində bidonların ümidinə qalıb. Onları da vaxtlı-vaxtında boşaldan yoxdur.

Bu şəkli Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) tam qarşısında çəkmişəm. Gediş-gəlişin çox olduğu göz önündəki bir yerdir və zibil qabı əvəzinə, iki boçka qoyulub. Bir o qalıb ki, küçə adamları içindəkiləri yandırıb ətrafına yığışsınlar. Hər şey bir yana, axı bura RİH-nin, dövlət binasının qarşısıdır, belə mənzərə yaraşırmı?!

Bu fotolar isə RİH-nin qarşısındakı məhəllədəndir. İnsanlar yuxarıdakı praktikadan istifadə edərək öz hesablarına baçok alıb qoyublar ki, bəlkə, Allah yadlarına salar, gəlib kimsə zibili aparar. Baçok dolanda isə sakinlər çar-naçar zibili yol kənarlarına, kolluqlara atmaq məcburiyyətində qalırlar. Bunun da sağlamlıq baxımından hansı fəsadlara yol aça biləcəyini demək əbəsdir.

Gördüyünüz bu fotonu çəkəndə bir xanım məni səslədi ki, oğul, niyə çəkirsən, kommunalda işləyirsən? Mən də məqsədimi başa saldım, anladı və öz narazılığını bildirdi. Qeyd etdi ki, qonşular öz hesablarına baçok alıb qapılarına qoyublar ki, zibili ora atsınlar. Həmin zibilləri də özləri pul verib daşıtdırırlar. Anlayacağınız, Qəbələdə “zibil fəhləliyi” də var.

Burada diqqət çəkən bir məqam da yol kənarlarındakı kol-kosun təmizlənməməsi və çirkin mənzərənin yaranmasıdır. Bir-iki yerdə həmin kolları və onlarla birlikdə zibilləri yandıranlar da yox deyil, fəqət bu, təhlükəlidir, böyük meşə yanğınlarına səbəb ola bilər.Bax bura isə rayonun ən canlı nöqtəsidir. Axtarıb ətrafda bir zibil qabı tapdım, o da bu gündə.Sağlamlıq mərkəzinin qarşısındakı bu qırmızı baçok üçün isə əlavə şərhə ehtiyac duymuram.Rayon mərkəzindən kəndlərə yol alsaq, yenə eyni mənzərə ilə qarşılaşarıq. Lakin kəndlərdə zibil qabı kimi and içməyə o baçoklar da yoxdur. Sakinlər gecə ilə bütün zibilləri yol kənarındakı kolluqlara atır, beləliklə, təbiət tullantılarla çirkləndirilir. Vətəndaşı qınamaq olar? Əlbəttə, yox. Həyəti olan orada zibil quyusu qazdırıb ondan faydalanır, olmayan da beləcə yol kənarına tullayır.

Qəbələdə zibillə bağlı ümumi mənzərənin bir hissəsi bundan ibarətdir. Bəs bu problemlə məşğul olmalı qurum nə edir? Heç nə! Vətəndaşı aldadır, jurnalisti yola verir.

“Jurnalisti yola verir” hökmünü açaq. Ta 2 il əvvəl, 2020-ci ilin sentyabrında Qəbələ rayon Zarağan kəndinin bir qrup sakini qazlaşdırma ilə bağlı RİH qarşısında toplanaraq öz etirazlarını dilə gətirmiş, biz də Yenicag.az olaraq bunu işıqlandırmışdıq. Elə həmin gün RİH-nin məsul şəxsi redaksiya ilə əlaqə saxlayaraq vətəndaş şikayətlərinin başçı tərəfindən dinlənildiyini və problemin həll edilməsi üçün tapşırıqların verildiyini qeyd etdi. Qərəzsiz və obyektiv yayımçılığı əsas prinsip hesab edən Yenicag.az qurumun bu açıqlamasını da oxucularla paylaşdı. Lakin üstündən 2 il keçməsinə baxmayaraq, problem həll edilməyib, başçının tapşırığı yerinə yetirilməyib (təbii, başçının belə tapşırıq verib-vermədiyi də məchuldur). Bir il sonra məsələni yenidən aktuallaşdırsaq da, nəticə “sıfır reaksiya” olub. Bu “yola vermək” deyil, bəs nədir?

QEYD: Prezident İlham Əliyev iyulun 25-də yeni təyin edilmiş icra başçılarını qəbul edərkən onların qarşısında konkret tapşırıqlar qoydu:

“İlk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır…

…Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz”.

Beləliklə, əziz, Qəbələ Rayon İcra Hakimiyyəti! Prezidentin bu tapşırığına əməl edin.

Qəbələdəki parkların acınacaqlı durumu ilə bağlı yazını isə sabah oxuya biləcəksiniz.

Ardı var… //www.yenicag.az//
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...
ÜFUNƏT QOXUYAN QƏBƏLƏ... - Heyif büdcədən ayrılan pullara...


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın obyektində havanı da pulla satırlar - BU NƏDİ BELƏ?


Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Dəfələrlə yazmışam ki, qəribə bir məmləkətdə yaşayırıq. Yaxşı, mütərəqqi qanunlarımız var, bəzilərini Avropadan, bəzilərini Rusiyadan, ABŞ-dan, ordan-durdan götürürük ki, necə deyərlər, yenidən velosiped kəşf etməyək.

Amma, elə ki, götürdük və bu qanunları milliləşdirdik, hər şeyin zibili çıxır. Elə bil torpağımızdandır, suyumuzdandır, bilmirəm, amma nəyə isə milli donu geyindiririksə, batır. Məsələn, hər hansı perspektivli əcnəbi futbolçunu milliləşdiririksə, bir müddətdən sonra o da başlayır bizimkilər kimi meydanda futbol oynamağa yox, gəzişməyə, vaxt keçirməyə.

Bir neçə il əvvəl “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” adlı layihəni, səhv etmirəmsə, Cənubi Koreya modelindən götürdük, buna elə deyəsən, Cənubi Koreyanın özündən texniki avadanlıq almaq üçün büdcədən ya 25, ya da 250 milyon manat (məbləğ önəmli deyil, əsas nəticə və işə yanaşmadır) ayrıldı. Bir müddət şəhəri yeni, monitorlu dayanacaqlar bürüdü - amma bir müddət. Sonra məlum oldu ki, bu sistem də işləmir və ayrılan pullar haraya getdi, bunu ya heç kim bilmir, ya da bir gün yuxarılardan kimsə qara maskalılar tərəfindən saxlanılanda biləcəyik.

Ticarət, iaşə, istirahət, bir sözlə, bütün sahələrimiz belədir. Əsas məqsəd yumurtadan yun qırxmaqdır və bu yunun kimin – büdcənin və ya əhalinin cibindən çıxacağı bizimkilər üçün önəmli deyil.

Məlumdur ki, isitirahət biznesi də bir çox sahələrdə olduğu kimi, ya nazirlərin, ya onların qohum-əqrəbalarının, icra başçılarının, ya da hansısa deputatların əlindədir. Ölkədə iri istirahət mərkəzlərinin, otellərin kimə məxsusluğu barədə hamının xəbəri var, amma təbii ki, bunu heç kim müəyyən vaxta qədər, yəni qara maskalıların qonaq gəlməsinə qədər heç kim sübut edə bilmir.

Heç bizə belə bir sübut da lazım deyil. Bugünkü söhbətimiz istirahət mərkəzləri barədədir, daha doğrusu, bəzi dəllalların bu prosesdən yun qırxmaq üçün etdiyi əməllərdən.

Yay gələn kimi, ölkədə pulu olan Türkiyə və Gürcüstana, olmayan isə bir-iki günlük də olsa, etdikləri xidmətə tərs mütənasib və qulluq qiymətləri ceyranın belində olan Azərbaycanın bəzi regionlarına istirahətə gedirlər.

Biz də dostlarımızla dedik ki, 1-2 günlük ölkəmizin cənub regionunun ən səfalı yeri hesab etdiyimiz Lerikə baş çəkək. Cənub səfərimiz maraqlı oldu: “Dad House”-da səhər yeməyi yedik, Xanbulan gölü sahilində “nənə-baba çayı” içdik, “Bobogil” türbəsini ziyarət etdik, Günəşli şəlalədə şəkil çəkdirdik və s. Bir sözlə, günümüz günortaya qədər əla keçdi.

Elə ki, məsələ gəldi nahara, başladıq axtarmağa. Azərbaycanın Nabran, Qalaaltı və Şamaxı istirahət bölgələrindən fərqli olaraq, cənub bölgəsində yemək elə də bahalı deyil. Dostlarımızla birgə “Təbəssüm”, “Meşəbəyi”, “Cənub” kimi istirahət mərkəzlərinin ərazisini gəzdik, oradakı restoranların menyusuna, qiymətlərinə baxdıq ki, cibizmizə uyğun seçim imkanımız olsun.

Elə yol boyu baxa-baxa gəldik ölkədə təkcə istirahət qiymətlərinin ceyran belində olması ilə deyil, həm də müxtəlif qalmaqallarla məşhur olan “Relax” istirahət mərkəzinə. Dedik ki, bir buranın da ərazisinə və menyusuna baxaq, sərf edərsə, yeyək və hətta o biri həftə üçün ailəvi bir kotej də sifariş edək.

Dediyim kimi, bizə “Relax”ın adı ilə bağlı yaşanan qalmaqalları maraqlı deyildi. Onsuz da “Relaxı”ın Lerikin deputatı İqbal Məmmədova məxsus olması, hazırda oğlu Mirhəmid Nərimanlının rəhbərlik etdiyini də hamı bilir, 2019-cu ilin avqustunda buraya vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçilərinin “Relax”ın işçiləri tərəfindən döyüldüyünü də. Vergilər Nazirliyi də müsibətdir e! Noolsun ki, 2019-cu ildə “Relax”da 8 aya cəmi 972 manat vergi ödəmişdilər. Qoyun kişilər yunlarını qırxsınlar da. Nə isə...

Girdik “Relax”ın həyətinə maşınla. Səliqəli dayancaqda saxladıq və əsas binaya tərəf yönələndə qarşımızı mühafizədən olan bir oğlan kəsdi. Dedik, qardaş, sizin cənuba qonaq gəlmişik, bir gəzişək buranı, menyuya baxaq, sərf eləsə, bir çörək də yeyəcəyik. Oğlan “xoş gəldin”dən dərhal sonra dedi ki, hərəyə 5 manat pul ödəməliyik. Dedik ki, sizin restoranda çörək yeməyə gəlmişik, daha 5 manat niyə veririk ki? Biz heç hovuzdan da istifadə etmirik ki, əlavə pul ödəyək, qoy, baxaq, yer və qiymətlər xoşumuz gəlsə, oturacağıq. Mühafizəçi dedi ki, onlarda qayda belədir – adambaşına 5 manat verməsəniz, bir addım da ata bilməzsiniz. Təbii ki, döndük geri...

Söhbət o 4 nəfərə verəcəyimiz 20 manatdan getmirdi. Söhbət prinsipdən gedirdi. Xaricdən, Türkiyədən, Gürcüstandan götürdüyümüz otelçilik biznesini elə milliləşdirmişik ki, indi “Relax”da sadəcə, təbiətə baxmaq, İqbal Məmmədovun və onun qohum-əqrabasının əkmədiyi ağaclar arasında gəzişmək üçün 20 manat verməliyik? Xeyir ola!

Axı, bütün dünyada insanlardan göstərilən xidmətə görə pul alırlar, hava almağa görə yox. Yəni, vergilər bu deputatı o qədər sıxıb ki, havanı da pulla satır əhaliyə?

Bu yandan da gündəlik olaraq, Dövlət Turizm Agentliyi özünü dağıdır ki, həm bizimkilər, həm də xaricilər istirahət üçün öz pullarını Azərbaycanda xərcləsinlər. Xariciləri demirəm, amma nə qədər ki, ölkədə istirahət mərkəzlərində bazar iqtisadiyyatı qanunları deyil, bu mərkəzlərin xozeyinlərinin dünya görüşü və hərisliyi işləyir, Agentliyin zəhməti çətin ki, gözlədikləri bəhrəni versin.

Mən sadəcə sual veririəm: Niyə mən pulumu “Relax”da xərcləməliyəm? Axı niyə?! Hansısa deputat insanların Allahın yaratdığı meşəyə, ağaclara baxmasından, hava almasından yux qırxsın deyə?..

Müəllif: Yoldaş Mircəfər //AYNA//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahin Məmmədov iki rayonun dizini necə yerə gətirib... - ARAŞDIRMA


Xəbər verdiyimiz kimi, Şahin Məmmədov Prezidentin 25 iyul tarixli sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş. Məmmədov 2019-cu ildən etibarən Masallı Rayon İcra Hakimiyyətinə rəhbərlik edib.

Lakin onun icra hakimi kimi iş təcrübəsi 18 ilə yaxındır. Belə ki, Şahin Məmmədov 2004-cü ildə Samuxun icra başçısı təyin olunub və 1 il yarım bu vəzifəni icra edib. Daha sonra isə 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinə rəhbər gətirilib və 14 il bu kresloda qalıb. Bizim.Media-nın araşdırmasına görə, sabiq icra başçısının adı bir sıra xoşagəlməz hadisələrdə hallanıb.

KİV-də yayılan məlumata görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixdə 120 sahibkarın qarşısında çıxışında deyib ki, 2008-ci ildə ona 5 diplomat pul təklif olunub.

Ona həmin pul qarşılığında Haramı və Ergi torpaqlarını satması təklif olunub. Lakin başçı bundan imtina etməyib.

Eyni zamanda Şahin Məmmədovun uzun illər abadlıq işlərinə, sahibkarlara, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara ayırdığı milyonları mənimsədiyi də bildirilir. Sabiq məmurun sahibkarlara qarşı da sərt mövqe tutduğu və bu yolla külli miqdarda sərvət qazandığı deyilir.

Digər bir iddiaya görə, Şahin Məmmədov Ağcabədidə artezian quyusunun qazılmasına və su kəmərinin inşasına ayrılan pulları mənimsəiyib, eləcə də yerin altında qalan çuqun boruları çıxartdırıb 1 milyon dollara satıb. Şahin Məmmədov haqqında bir digər neqativ iddia isə ötən ilin dekabrında ortaya atılıb. Belə ki, həmin vaxt Masallı rayonun kolxoz bazarında aparılan tikinti işlərinin qanunsuz olduğuyla bağlı fikirlər yayılıb.

İcra hakimiyyətinin qanunsuzluğa göz yummasına səbəb kimi isə Şahin Məmmədovun bazara şərik olduğu fikri önə sürülüb.

Təsadüfi deyil ki, adı külli miqdarda mənimsəmədə hallanın Şahin Məmmədovun biznesləri ilə bağlı da xeyli sayda məlumatlar yayılıb. Araşdırma apararkən, onun biznesinin sərhədlərinin Batumi, Dubay, Almaniyaya qədər uzandığı, eyni zamanda icra başçısı olduğu rayonlarda və paytaxtda onlarla mənzil, villasının olduğuyla bağlı məlumatlara rast gəldik.

Xüsusilə də, Ağcabədi şəhərində böyük mağazaların, zavod və sexlərin bir çoxunun məhz Şahin Məmmədova məxsus olduğu qeyd olunur.

Məlumata görə, Ağcabədi şəhərində yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Ənnağı Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexi icra başçısı Şahin Məmmədova məxsusdur.

Əslən Bərdədən olan məmurun doğma rayonunda da xeyli əmlaka, o cümlədən iaşə obyektlərinə və 400 hektara yaxın torpaq sahəsinin sahibi olduğu da yayılan məlumatlar arasındadır.

Eyni zamanda Bakı şəhərində sabiq məmura məxsus olduğu deyilən 10-dan çox mənzil və villa var.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
11 saylı cəzaçəkmə müəssisəsində ACLIQ AKSİYASI... - ETİRAZ VAR!


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin tibbi sanitar hissəsində cəza çəkən, ikinci qrup əlil məhkum Səmədov Əli Azər oğlu tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Müraciətdə deyilir:

"Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həqiqi xəstəliyi olan kimsəsiz, şikəst, birinci Qarabağ döyüşlərində iştirak edən, həm şəhid, həm də qazi ailəsindən olan məhkumlar hal hazırda özlərini intihar etməkdən başqa heç bir çarə tapa bilmirlər. Çünki Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun göstərişi əsasında forma 88 komissiyasından keçirilmirlər. Səbəb isə müəyyənləşdirilmis məbləğdə rüşvətin ödənilməməsidi. Bu rusvətləri müalicə müəssisəsində ödəyə bilən məhkumlar dərhal komissiyadan keçirirlər və əlillik ala bilmələri üçün sənədləri Dövlət Dibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir. El arasında belə bir misal vardı: "damara baxıb qan alırlar".
Təssüflər olsun ki rüşvət faktları Nizami rayon Prokurorluğunda araşdırılmır. Həyatdan küsmüş məhkumlar indi isə daha şərəfsiz xalq düşməni olan bir dövlət qurumu ilə üz-üzə qalırlar. Millətimin düşməni olan Sahil Babayev və onun gizlin sevgilisinin rüşvətxor anası, hansı ki, birinci qrup əlillikləri 5 (beş) min manat müqabilində təstiq edən komissiyanın idarə heyətinin sədr müavini Mətanət Məmmədova. Bu, rüşvətxor xanımın göstərişi ilə məhkumların əlillikləri təsdiq edilmir. Hansılarki SPİD xəstələri, ağır ürək xəstələri və polineropatiya kimi ağır xəstəliklərdir. Kimsəsiz hüquqları yalnız Konstitusiya üzərində yazılmışdır. Çarəsiz məhkumlar isə bu şəxslərin ailələrinə və özlərinə lənət oxumaqla kifayətlənmək məcburiyyətində qalırlar. Çunki biz məhkumların hüquqlarıni qoruyacaq nə bir "Ombudsman", nə də bir dövlət qurumu yoxdur, əgər belə bir qurum, belə şərəfli bir məmur varsa, bilsin ki, mən 26 iyul saat 6:00 dan aclıq aksiyasına start verirəm. Niyyetim ya hüquqlarımın bərpa edilməsi, ya da ölməklə son tapacaqdır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərpambıq ASK”-in direktoru kabinetində komfort şərait yaradır – Bir tenderin izi ilə


“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti “ASK Villa” binasının 1-ci və 2-ci mərtəbələrində “Azərpambıq ASK” MMC-nin yerləşdirilməsi məqsədi ilə təmir-tikinti işlərinin satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusuna yekun vurması və “MK İNŞAAT TƏMİR-DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46 966.89 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 26.07.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

İlk baxışdan adi bir satınalma müqaviləsinə oxşayır. Lakin araşdırdıqda ortaya başqa məsələlər çıxdı. Birinci və əsas məsələ “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin satınalma müqaviləsi bağladığı “MK İNŞAAT TƏMİR-DİZAYN” MMC-nin tender müsabiqəsinin keçirilməsi barədə verilmiş elandan sonra dövlət qeydiyyatına alınmasıdır.

Qeyd edək ki, “Azərpambıq” Aqrar Sənaye Kompleksi tenderin şərtlər toplusundakı məlumatlara görə müsabiqəyə 17.06.2022-ci il tarixində başlanılıb, zərflərin açılış tarixi isə 22.07.2022-ci ilə müəyyən edilib. İndi gəlin görək tenderin qalibi olan MMC nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MK İNŞAAT TƏMİR-DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.06.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞTQ, SEYİD ƏZİM ŞİRVANİ (BİNƏQƏDİ QƏS.), ev 7, qanuni təmsilçisi kimi isə Mustafazadə Kənan Cavanşir oğlu qeyd olunub.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, “Azərpambıq” Aqrar Sənaye Kompleksi tender müsabiqəsinə dəvətdən 11 gün sonra dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Daha təəccüblüsü odur ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyası yol verdiyi qanun pozuntusunu şərtlər toplusunda elə özləri göstərirlər. Bunu qara şriftlərlə məhz “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyasının üzvlərinin bir daha oxuması üçün xatırladırıq. Tələb olunan sənədlərdə göstərilir ki, İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır.

Belə olan halda “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyası “MK İNŞAAT TƏMİR-DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyətinin tenderdə iştirakına nə üçün yol verib? Digər tərəfdən, heç bir göstəriciləri qanunun tələblərinə uyğun gəlməyən MMC necə qalib gəlib? Bu elektron satınalmanın işi deyil. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyasının üzvləri məgər bunları görməyib?

Qeyd edək ki, apardığımız araşdırma zamanı diqqət çəkən bir məqama da rast gəldik ki, bu da aparılacaq təmir işi ilə bağlıdır. Elandan da göründüyü kimi, “Azərpambıq” Aqrar Sənaye Kompleksi “ASK Villa” binasının 1-ci və 2-ci mərtəbələrində “Azərpambıq ASK” MMC-nin yerləşdirilməsi məqsədi ilə təmir-tikinti işləri aparır. Bu işlərə nələr daxildir?

“Azərpambıq ASK”-in direktoru kabinetində komfort şərait yaradır

Asma tavanların karkasının qurulması, yüksək keyfiyyətli suvaq üzrə tavaların polivinilasetat sulu emulsiyalı tərkiblə 2 dəfə rənglənməsı, alçıpan arakəsmələrin quraşdırılması, direktor və sədr otağlarında sanitar qovşaq 56 m(2) divarların kafellə üzlənməsi, Direktor və sədr otağlarında sanitar qovşaq – şüşə duş kabinin quraşdırılması (su qarışdırıcı ilə birlikdə) 2 ədəd. Növbəti suallar da buradan başlayır.

Maraqlıdır “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin direktoru ölkədə pambıqçılığın inkişafı ilə əlaqədar planlar, layihələr hazırlamağa, pambığın tədarükünə, istehsal olunmasına, emalı və emaldan alınan məhsulların satışına nəzarət etməyə, iş görməyə gəlir, yoxsa işdə düş qəbul etməyə?

Prezident İlham Əliyev hələ bir neçə il əvvəl müşavirələrin birində pambıqçılığın bərpası və inkişafı ilə əlaqədar qeyd etmişdi ki, pambıqçılığın inkişafını bundan sonra ancaq biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ona görə də çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət bu sahənin bərpasında və inkişafında həlledici rol oynamalıdır. Bəli, dövlət bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlar atır, bu sahəni diqqətə götürüb.

Amma “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru nə edir? İşdə özünə komfort şərait yaradır. Onun kabineti üçün alacağı mebellər barədə hələ ki, məlumat yoxdur. Direktor və sədr otaqlarında sanitar qovşaq , şüşə duş kabinin quraşdırılırsa, deməli mebellər də komfort,bahalı olacaq. Direktor da özü üçün komfort həyat keçirəcək. Aran rayonlarında isə pambıqçılıqla məşğul olan fermer və kəndlilərin pulu vaxtında verilməyəcək. Çünki onların pulları artıq direktorun komfort həyat yaşaması üçün xərclənir.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayından “Azərbaycan Sənaye Korposiyası” ASC-yə (ASK) məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru vəzifəsinə Fəxri Mehdiyev təyin edilib. Ondan əvvəl o, ASK-nın Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy, Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.
Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Stimul Hospital-ın ƏDV fırıldağı – müxtəlif bəhanələrlə ödənişdən yayınır


Bakının Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Stimul Hospital ölkənin vergi qanunvericiliyinə əməl etməməklə istehlakçıların hüquqlarını tapdalayır. Həmin özəl xəstəxanada bahalı cərahiyyə əməliyyatı keçirən və hələlik adının açıqlanmasını istəməyən bir vətəndaş Azinforum.az-a bildirib ki, bahalı əməliyyatla bağlı ödənişdən ƏDV-ni geri almaq istəyəndə ona müxtəlif bəhanələr gətiriblər:

“Gah dedilər ki, aparat işləmir, sonra dedilər ki, aparat elektriklə təmin edilmir. Bu minvalla mən etdiyim bahalı ödənişin ƏDV-sini geri ala bilmədim. Nə qədər tələb etsəm də, məni gah Əhsən adlı Baş həkimin, gah da, adını bilmədiyim icraçı direktorun üstünə göndərdilər. Sonra öyrəndim ki, sözügedən Hospital ƏDV-nin geri ödənişi ilə bağlı bütün müştərilərinin başına eyni oyunu açır”.

Azinforum.az olaraq, həmin Hospitalla əlaqə saxlayıb, məsələyə münasibət öyrənmək istədik. Bizə dedilər ki, rəhbərlik dəyişdiyi üçün, sualımıza cavab verə bilməyəcəklər. Xatırlatmaq istəyirik ki, bu özəl tibb müəsissəsində hər iki və ya üç aydan bir rəhbərlik dəyişir. Bir müddət əvvəl həmin xəstəxananın rəhbərliyinin adı rayonlardan birinə icra başçısı təyinatı ətrafındakı külli miqdarda rüşvət və dələduzluq qalmaqalında hallanırdı.

Sözügedən xəstəxanadan etdiyi ödənişin ƏDV-sini ala bilməyən vətəndaşlarımızdan hesablarımızda qeyd edilən əlaqə vasitələri ilə bizə müraciət etmələrini xahiş edirik. Biz həmin məlumatları bir yerə topladıqdan sonra əlaqədar qurumlar qarşısında “Stimul” barədə tədbir görülməsini tələb edəcəyik.

Azinforum. az Stimul Hospitalın bu il aylar üzrə xalis gəlirini təqdim edir:

Yanvar-335 min
Fevral-319 min
Mart-348 min
Aprel-352 min
May-373 min
İyun-303 min
İyul- 240 min

İndi görün, bu qədər məbləğin ƏDV-sini geri qaytarmamaqla Hospital hansı miqdarda vəsaiti mənimsəyib?
Mövzuya qayıdacayıq…

Azinforum.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO