[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində NAŞI RƏHBƏRLİK... - Bunu hər addımda görmək olar...


Azərbaycan Prezidenti İlham Əliyev iyulun 25-də Lerik, Masallı və Göygöl rayonlarına təyin etdiyi yeni icra başçılarını qəbul edərkən olduqca mühüm problemi dilə gətirdi – şəhərsalma. Bu haqda mütəxəsisslər, memarlar, arxitekturlar, mətbuat vaxtaşırı danışırdı, şəhərsalmanın bərbad vəziyyətə düşdüyünü, məmur vandallığını qeyd edirdilər. Amma bu yaralı məsələyə kompleks yanaşma tələb olunur. Çünki dövlətin planlı müdaxilə olmasa, danışmaq bizə qalacaq. Ona görə şəhərsalma ilə bağlı Prezident həyəcan təbili çalmış oldu. TİA.Az xatırladır ki, ölkə başçısı açıq şəkildə problemin mahiyyətini söylədi. Sitat: “Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib”.

Amma burada təkcə yerli icra orqanlarının rəhbərləri deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də günah payı kifayət qədərdir. Yəni yalnız regionlarda şəhərsalma normaları pozulmayıb, Bakı özü də yadelli ordunun hücumuna məruz qalmış şəhərə, yaxud zorlanmış qadına bənzəyir. Və bu gün də paytaxtın şəhərsalması acınacaqlı vəziyyətdədir. Çünki tikintiyə icazə ilə bağlı Komitə bir xaos yaradıb. Hansı sahibkar barmağını uzadıb şəhərin bir yerini arzulayırsa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyi can-başla sərəncam verir, təbii ki, öz maraqları təmin olunduğu halda…O baxımdan saysız-hesabsız nümunələr göstərmək olar. İnşaat firmaları Bakını şəhərsalma normalarını darmadağın ediblər.

O mənada Prezidentin xəbərdarlığı və iradları təkcə icra başçılarına yox, həm də Komitəyə ünvanlanmış qiymətləndirilə bilər. Məlumdur ki, artıq Bakının rayonlarında, eləcə də Abşeron rayon ərazisində əksər tikintilərə icazəni Şəhərsalma Komitəsi verir. Komitə isə sanki Abşeron yarımadasına yağmalamaq üçün meydan kimi baxır. Bir müddət əvvəl də yazmışdıq ki,vaxtilə Bakının altını üstünə çevirən, düz 20 il şəhəri qarış-qarış satan keçmiş mer Hacıbala Abutalıbov indi yalan olub, əksinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ona sağlığında rəhmət oxutmaqdadır. Komitənin sədri Anar Quliyevlə onun 1-ci müavini Namiq Hümmətov Bakıda eninə-uzununa bütün tikinti normativlərinin kobud şəkildə pozulmasına şərait yaradırlar, göz yumurlar. Bununla həm şəhərin arxitekturası, memarlıq quruluşu terror edilir, həm də qanunsuzluğa yol verilir. Hərçənd prezident İlham Əliyev bir neçə dəfə qanunsuz tikintilər haqda sərt danışıb, şəhərin arxitekturasına kobud müdaxilə ilə bağlı xəbərdarlıq edib. Lakin görünən budur ki, komitə sədri Anar Quliyev və müavini Namiq Hümmətov tandemi bu tapşırıqları qulaqardı edərək öz işindədirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahin Bağırov 76 yaşlı generalı təqaüdə göndərdi - FOTO


Dövlət Gömrük Xidmətinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi təqaüdə göndərilib.

DİA.AZ xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, xidmətin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Şahin Bağırov 76 yaşlı generalı təqaüdə göndərdi - FOTO

Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi sədrindən ÖZBAŞINALIQ - NAZİRİN NƏZƏRİNƏ...

Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə düşən öhdəlikləri pozaraq rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal qoyun sürülərinin lövbər salmasına hətta kotejlərin tikilməsinə şərait yaradıb.

Meşələrin məhvinə yönələn nöqsanların başında isə adıçəkilən mərkəzin “dağıdıcı” rəhbəri Məhəmməd Tağıyev özü durur.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühüm tövsiyyə və tapşırıqlarına məhəl qoymayan ( ETSN) Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi tabeçiliyində olan Gədəbəy rayonun Qoşabulaq kəndi ərazilərindəki meşələri bəzi işbazların mal-qoyun sürülərinin fermasına çevirərək hətta kotejlərin tikilməsinə göz yumaraq varlanmağı üstün tutur.

Gəncə şəhər sakini Ülvü Zeynalov tərəfindən “Dünyanınsəsi.Az”-a göndərilmiş videomaterialdan da göründüyü kimi, özbaşınalıq o həddədir ki, Gədəbəyin Qoşabulaq kəndi ərazisindəki 47 saylı meşə massivində Eldar Mehdiyev əraziyə gələn qonaqları soymaqla yanaşı həm də özünə məxsus olan mal qoyun sürülərini həmin meşədə saxlayır.

Redaksiyamıza şikayət edən Ü.Zeynalov bildirir ki, 24.07.2022-ci il tarixdə 13 nəfər ailə üzvüləri ilə birlikdə Şahzadə meşəsində Eldar Mehdiyevə məxsus olan İstirahət Mərkəzində yerləşdik.Sonda meşəbəyi bizdən yer haqqı kimi nə az, nə çox 80 manat pul aldı.Belə olan halda bir sual ortaya çıxır.Görəsən, meşələrdən yer haqqı adıyla yığılan bu pul vəsaitləri hansı vəzifəli şəxsin cibinə gedir? Həm də ərazidə yay mövsümü ilə bağlı ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi ilə bağlı 14 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyi bu şəxsləri vergiyə cəlb edə bilirmi? Yoxsa, bu ərazidə “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipi hökm sürür?

Ağır səslənsə də, demək olar ki, Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyevin rəhbərlik etdiyi mərkəz bilərəkdən hər kəsin Şahzadə meşəsi kimi tanıdığı ərazini işbazlara satıb.Və həmin ərazidə ağaclar kəsilərək yerində bir neçə kotejlərin tikilməsinə şərait yaradılıb.Məlumat verən mənvə iddia edir ki, Bu kotejlər uzun illər hüquq mühavizə orqanlarında çalışan Cahangir Hüseynov adlı bir oliqarxa aiddir. Bu oliqarxın hasara aldığı əraziyə nəyinki insanlar gedib baxa, hətta quşu belə uçmağa imkan verilmir..Gdəbəy sakinləri sayın Muxtar Babayevdən Şahzadə meşəsini katejlərlə zəbt edən bu şəxslə bağlanmış olan icra müqaviləsinə yenidən baxılmasını da xahiş edirlər.

Hər il olduğu kimi bu il də Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyev vəzifə səalahiyyətlərindən sui-istifadə etməklə Gədəbəy rayonun Qoşabulaq kəndi ərazisndə yerləşən (Şahzadə meşəsi) meşəbəyliyinin 47 dolayısını işbazlara dədə malı kimi satıb.

Ərazidən çəkilmiş videomateriala baxarkən məlum olur ki, sözgedən meşə dolayısında yüngül və digər konustruksiyalarla çoxlu sayda ictimai – iaşə obyektləri tikilib.Yerli kənd sakinləri də iddia edirlər ki, mövsümlə bağlı hər obyekt sahibi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyev 3000 manat pul verməlidir.Əgər deyilən “taksa” verilməsə meşənin zəbt edilməsi ilə bağlı dərhal ərazi üzrə polisə müraciət edilir.Həmin şəxs və şəxslər dərhal meşə ərazisindən çıxarılır.
Gəncə sakini onuda saytımıza bildirb ki, 47 saylı dolayının meşəbəyisi Eldar Mehdiyevin də həmin ərazidə kabaxanası həm də istirahət mərkəzi var. Meşbəyi ərazidə həm də özünə məxsus olan çoxlu mal, qoyun saxlayır.

Meşələrin icra müqaviləsi olmadan zəbt edilməsi eləcədə mal-heyvan saxlanması olayından 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin guya xəbəri yoxdur? Əlbəttə, Var!

Meşədə lövbər salan mal qoyun sürüsünü özündə əks etdirən videomaterialı təqdim edirik:

Redaksiya olaraq inanırıq ki, meşələrin zəbt edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti araşdırma aprıb nəticəsi barədə ictimaiətə açıqlama verəcəkdir.

Sonda Gəncə şəhər sakini mətbuat vasitəsi ilə sayın Muxtar Babayevdən xahiş edir ki, ondan alınmış olan 80 manat vəsait hansı hesab nömrəsinə köçürülüb?

Faktla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Dünyanınsəsi.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

“Təhqir edir, aşağılayır, deyir ki, mən heç kimdən qorxmuram, çəkinmirəm, mənim arxam var, mənə heç kim heç nə edə bilməz, get nə edirsən et”.

Sabirabad rayonu Kürkəndi kənd sakini 22 yaşlı Abış İsmayılov İkinci Qarabağ Müharibəsi qazisidir. O, Meydan TV-yə mühafizəçi işlədiyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında qarşılaşdığı özbaşınalıqdan söz açır.

Abış İsmayılov bir müddət əvvəl xəstəxanaya mühafizəçi vəzifəsinə işə qəbul edilib. Qazinin sözlərinə görə, maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılovun onunla qərəzliliyinin kökündə də xəstəxanaya işə düzələrkən rüşvət verməməsi durur:

“9 aydır ki, bu xəstəxanada mühafizəçi işləyirəm. Sağ olsun, məni bura xəstəxananın direktoru işə götürdü. Elə iş üçün müraciət edən ilk gündə dedi ki, sənədlərini topla, gəl. Bayram Mikayılovsa xəstəxanaya 3 ay olar ki, maliyyə işləri üzrə direktor təyin edilib. Gələn gündən araşdırıb ki, mən bura müharibə iştirakçısı kimi iş üçün ağız açıb, bir qəpiksiz işə düzəlmişəm. O gün – bu gün, hamının içərisində mənə aşağılayıcı sözlər deyir. Dəfələrlə iş yoldaşlarımın, xəstələrin gözü qarşısında məni heç bir səbəb olmadan təhqir edib”.

Abış İsmayılov deyir, Bayram Mikayılovun bu davranışlarından rayon məmurlarının da xəbəri var, ancaq tədbir görülmür:

“Bu adam anlamır ki, mən müharibədən psixoloji travmalarla qayıtmışam. Bundan hamının xəbəri var. Bununla bağlı xəstəxanasının direktoru Ənvər Lumanova, icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, Rayon Polis Şöbəsinin rəisinə, Daxili İşlər Nazirliyinə, Sabirabad rayonunun Milli Məclisdəki təmsilçisi Kamal Cəfərova da yazmışam”.

“Bu adam təkcə mənimlə yox, başqa işçilərlə, xəstəxanaya gələn vətəndaşlarla da öz tərbiyəsinə uyğun davranır. Adamlar işlərini itirməmək üçün susmağa üstünlük verirlər. Ancaq hər şey bir yerə qədərdir, bunun axırı yoxdur. Bu adamın əlindən az qalıram özümü öldürüm”, – qazi deyir.

Abış İsmayılov İkinci Qarabağ Müharibəsində Füzulinin, Cəbrayılın, Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması barədə arayış da verilib.

Meydan TV iddialara münasibət öyrənmək üçün Bayram Mikayılovla əlaqə saxlayıb. Bayram Mikayılov deyilənləri təkzib edib:

“Biz ziyalı adamıq, dövlətə, cənab Prezidentə xidmət edən insanlarıq. Nəinki Vətən müharibəsi iştirakçısını, sıradan bir vətəndaşın da xətrinə dəyəcək bir söz demərik. İnsandır də, ola bilsin əsəbiləşib, deyib, burda belə şey şey olmayıb.

Meydan TV əməkdaşı qazinin narazılıqları ilə bağlı video yaydığını da xatırladıb.

Bayram Mikayılov: “Video da çəkib ki? Biz dövlətə, dövlətçiliyə xidmət edən, Allahı tanıyan adamlarıq. Heç kimin haqqına girmərəm, kimisə təhqir etmərəm. Mənə yaraşmaz. Burda təzə işləyirəm, Burda təzə işləyirəm, bu xəstəxanada Qarabağ qaziləri də yatır, hər gün dəfələrlə baş çəkirəm, maraqlanıram, bu, bizim borcumuzdur. Onlar bizdən ötrü canlarını qabağa veriblər. Cənab Prezidentin bütün tədbirlərdə də ilk tapşırığı bu olur ki, onlar bizim başımızın tacıdır, biz də layiqincə xidmət edirik”.

Meydan TV müxbiri Bayram Mikayılovdan məsələyə münasibət öyrəndikdən sonra xəstəxana rəhbərliyi Abış İsmayılova direktor müaviniylə barışığa gəlməsini, şikayətlərindən əl çəkməsini təklif edib. Bu barədə Meydan TV-yə təkrar müraciət edən Abış İsmayılov deyir:

“İki gündür deyirlər, get otağına, səndən üzr istəyəcək. Getdim, dedim, məni necə ki, xəstəxana işçilərinin, müalicə üçün gələn xəstələrin yanında aşağılamısız, ictimaiyyət içərisində də üzr istəsəniz, qəbul edərəm, ikilikdə edəcəyiniz üzrxahlığı qəbul etmirəm. Dedi, sən əvvəlcə get, maraqlan gör, mən bura hansı yollardan keçib gəlmişəm. Sən kimsən ki, camaatın içərisində səndən üzr istəyim? Sonra məni qovdu”.

Meydan TV Bayram Mikayılovun Sabirabad Rayon Mərkəzi Xəstəxanasınadək olan fəaliyyəti ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, o, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etdiyinə görə işdən çıxarılıb. Həmin dövrdə hadisənin videogörüntüsü sosial şəbəkələrdə də geniş yayılıb.

Elə həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. 2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Ancaq vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq işdən çıxarılıb. Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun vəzifəsini icra edərkən kobud nöqsanlara yol verdiyi üçün işdən çıxarıldığını bildirib.

Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib, qısamüddətli həbsdə olub. 3 aya yaxındır ki, TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib. //Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtın baş gömrükçüsü ÇƏTİN DURUMDA... - İLGİNC İDDİALAR...


Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunub. Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər.

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov və daha bir general - Ehtiram Xəlilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifədən azad olundu. Məlumata görə, istintaq və yoxlama işləri bitənə qədər Səfər Mehdiyevin ölkədən çıxışına stop qoyulub.

Hesablama Palatası, Maliyyə nazirliyi əməkdaşları və daha bir neçə qurum S.Mehdiyevin bütün illərdəki fəaliyyətini araşdırır, hətta onun həbs olunacağı gözlənilir.

Səfər Mehdiyev vətəndaşları qəbul edəcək

Amma nədənsə sahibkarların həm də əsas süründürməçiliyə məruz qaldığı Sumqayıt Baş Gömrük İdarəsində yoxlamaların aparılması ilə bağlı heç bir məlumat yoxdur. Hansı ki, son günlərə kimi, sahibkarlar məhz Sumqayıt Baş Gömrük İdarəsindən narazılıq edirdilər.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri Coşqun Əhmədzadədir. Səfər Mehdiyev bu yaxınlarda onu bu posta Bakı Baş Gömrük İdarəsinin rəisinin birinci müavini vəzifəsindən gətirib.

Coşqun Əhmədzadənin Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri postuna təyinatının isə özəl təfərrüartları var. Bu barədə Dövlər Gömrük Komitəsində hər kəs danışır. İddia olunur ki, Coşqun Əhmədzadə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi postuna 700 min manat verərək təyinat alıb. Bu prossesdə hazırda həbsdə olan general Məsum Rəsulovun müavini Fikrət Ələsgərli yaxından iştirak etdiyi deyilir.

Məlumata görə, pul Fikrət Ələsgərlinin əli ilə Məsum Rəsulova verilib. Yəqin ki, Rəsulov da Səfər Mehdiyevə çatdırıb. Bir sözlə, Coşqun Əhmədzadə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi postuna təyinat almaq üçün 700 min manat "tərləyib". Bu faktlar hələlik nə təkzib, nə də təsdiq olunmur.

Məlumatı dəqiqləşdirmək üçün nə Fikrət Ələsgərlinin, nə Səfər Mehdiyevin, nə də Məsum Rəsulovun mövqeyini öyrənmək mümkün deyil.

Daha bir eksklüziv məlumat Sumqayıt Baş Gömrük İdarəsində “kral” kimi tanınan Yusif Eyvazovla bağlıdır.

Bildirilir ki, Eyvazov general Məsum Rəsulovun müavini Fikrət Ələsgərli ilə yaxın iş birliyində olub. Həmin Yusif Eyvazov ki, adı gəldikdə Sumqayıt gömrüyündə quş uçmaz. Sumqayıt Baş Gömrük İdarəsi demək olar ki, onun əsarətindədir.

Qeyd edək ki, Yusif Eyvazov uzun illər Sumqayıt Baş Gömrük İdarəsində çalışıb. Daha sonra yaranmış ciddi problemlər səbəbindən müvəqqəti olaraq Biləsuvar Gömrük Postuna göndərliib. Bir neçə ay bundan əvvəl isə yenidən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin huquq şöbəsinə yüksək vəzifəyə gətirilib. Çünki, Yusifsiz nə Məsum Rəsulovun işi getməzmiş, nə də Fikrət Ələsgərlinin...

Hazırda xaricə qaçdığı deyilən Fikrət Ələsgərlinin nəzarətində çoxlu sayda qanunsuz fəaliyyət göstərən şirkətlərin də olduğu bildirilir. Ələsgərli bu qanunsuz şirkətlərə məxsus malların dəyərinin aşağı göstərilməsində yaxından iştirak edirmiş.

Bu nə deməkdir?

Bu barədə bir qədər müfəssəl məlumat verək ki, oxucular üçün daha aydın olsun.

Məlumatlı mənbə bildirir ki, Fikrət Ələsgərlinin özünə və yaxın ərtafına məxsus şirkətlərin ölkəyə gətirdiyi yük ekspertizadan keçərkən 3 dəfə artıq çıxırmış. Yəni, 30 min manat bəyan edilən yük yoxlama üçün açılan zaman bəlli olurmuş ki, 30 min manatlıq deyil, 100 min manatdan da çoxdur. Bu isə qanunla qadağandır, bəyən edilməyən yük hesab olunur və 45 min manatdan artıqdırsa cinayət məsuliyyəti yaradır. Amma bu problem Fikrət-Yusif cütlüyünün asanlıqla həll edə biləcəyi məsələ imiş.
Bu cütlük əllərindəki imkan və səlahiyyətlərdən istifadə edərək 100 min manatdan da çox olan yüküm qimətini 30-40 min çivarına qədər azalatmağı bacarırmış. Bununla da həm özlərinə məxsus qanunsuz fəaliyyət göstərən şirkətlərin sahiblərini cəzadan qoruyurmuşlar, həm də bəyan edilməyən, vergisi olmayan, heç kimin xəbər olmayan pulu asanlıqla qazanırmışlar.

Üstəlik 100 min manatlıq yük 30 min manat bəyan edildiyi halda rüsum da, vergi də az ödənilir. Bu o deməkdir ki, onlar dövlət büdcəsindən milyonlar gizlədiblər və ya oğurlayıblar. Yəqin ki, bunların əməlindən Səfər Mehdiyevin də, Məsum Rəsulovun da xəbəri olmaya bilməzdi.

Məlumatda səslənən iddialara aydınlıq gətirmək istəyən qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdamın icra başçısının oğlu kef-damaqda, Şəhid ailəsi isə... - Ürəkağrıdan REALLIQ


Qarabağ bölgəsində fəaliyyət göstərən jurnalist Xəyyam Salmanzadə öz sosial şəbəkə hesabında Ağdamın icra başçısı Vaqif Həsənovun oğlu Vasif Həsənovun bahalı istirahəti ilə bağlı maraqlı paylaşım edib.

DİA.AZ azsiyaset.com-a istinadla həmin paylaşımı olduğu kimi təqdim edir:

“Bu gün Ağdamın Səfərli qəsəbəsində şəhid ailəsinin evində çəkiliş edirdim. Şəhidin oğlu müsahibəsində dedi ki, oğlumun ürəyi şirinçay istəyir, şəkər tozu tapmadığımdan arzusu ürəyində qalıb…

Həyatın işinə bax, Ağdamın icra başçısı Vaqif Həsənovun oğlu Vasif İspaniyada 1200 manata oteldə gecələyir, şəhidin oğlu isə şəkər tozu tapmadığından oğluna şirinçay içirdə bilmir!”

Azsiyaset.com xəbər verir ki, barəsində paylaşım edilən Vasif Həsənov Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsində məsul vəzifədə çalışır.

Yayılan məlumatla bağlı Vasif Həsənovun da mövqeyinə yer verməyə hazırıq.

Ağdamın icra başçısının oğlu kef-damaqda, Şəhid ailəsi isə... - Ürəkağrıdan REALLIQ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyevin QƏLƏMİ QIRILIB... - İLGİNC İDDİALAR...


Muxtar Respublikanın Miqrasiya Xidmətinin rəisi, general mayor Şahin Nəbiyevin qələmi qırılıb. Yaxın günlərdə onun vəzifədən qovulacağı gözlənilir.

DİA.AZ xəbər verir ki, ovqat.com-a bu barədə məlumat Naxçıvan Ali Məclisindəki etibarlı mənbədən daxil olub.

Mənbənin bildirdiyinə görə, Şahin Nəbiyevin məhz bu səbəbdən bir neçə gün əvvəl – iyulun 16-da Ali Məclisin 7-ci sessiyasında iştirak etməsinə icazə verilməyib. “Ali Məclis hər nə qədər deputat yığıncağı olsa da, Muxtar Respublikanın icra strukturlarının rəhbərləri də onun sessiyalarına qatılır, üstəlik, ön cərgələrdə otururlar. Deputatlardan biri cəsarət tapıb “xan” həzrətlərinə deyə bilmir ki, zati-aliləri, iclaslara topladığınız bu məmurlar axı nə karədirlər, gəlib bizim önümüzü kəsirlər? Çıxaracağımız qərarlara yersiz müdaxilələrdə bulunur, iclaslarda əsasən onlar danışır və özlərinə sərfəli qərarları bizə qəbul etdirirlər?”, - mənbəmiz bildirir.

Qaynağımızın iddiasına görə, Şahin Nəbiyev belə sessiyalardan heç vaxt yayınmaz və “xan” həzrətlərinin gözünə girmək üçün həmişə digər məmurlarla ön cərgədə oturmaq yarışına girərdi. Son sessiyada isə onu görən olmayıb. Bu isə Şahin Nəbiyevin “xan”ın növbəti qurbanı olacağı ehtimalından irəli gəlir.

İddialara inansaq, Şahin Nəbiyevin “xan” həzrətlərinin gözündən düşməsinin çox ciddi əsasları var: “Əvvəla, o, savadsız biridir. Hətta adını belə, düzgün yaza bilmir. Təsəvvür edin ki, onun savadsızlığı “XX əsr” sözünü düzgün oxuya bilməyən qibleyi-aləmin də gözündən yayınmayıb. Dəfələrlə savadsızlığından yol verdiyi xətalar “xanı” dilə gətirib. Şahin Nəbiyevi səhvlərindən dolayı bir neçə dəfə nəyi var danlayan “xan” həzrətləri bir də bənzər hadisələrin təkrarlanacağı təqdirdə onu işdən qovacağı ilə hədələyib. Hətta barəsində Sərəncam belə hazırlayıb, lakin son anda “xan”ın böyük oğlu Rza Talıbovun araya girməsi ilə general-mayor Nəbiyev öz vəzifəsini qoruyub”.
Naxçıvanın Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyevin QƏLƏMİ QIRILIB... - İLGİNC İDDİALAR...

Mənbəmiz bildirir ki, Şahin Nəbiyev Rza Talıbovun adamıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun onu öz himayəsi altına alması təsadüfi deyil. Axı necə olsa, Şahin Nəbiyev onun kurasiyasındadır və Rza Talıbova da onun savadı yox, imzası lazımdır.

Şahin Nəbiyevin indiki vəzifəsinə yüksəlməsinin daha maraqlı tarixçəsi var. Bildirilir ki, o, bir müddət əvvəl hakimiyyətdən uzaqlaşdırılmış Naxçıvan Daxili İşlər Nazirliyinin sabiq rəhbəri Fazil Ələkbərovun yaxın qohumudur. Hazırkı vəzifəsinə gətirilməmişdən əvvəl Naxçıvan Miqrasiya Xidməti Sədərək Gömrük Məntəqəsinin rəisi işləyən Şahin Nəbiyevin ulduzu qohumu Fazil Ələkbərovun cənab “xan”la quda olmasından sonra parlamağa başlayıb. F. Ələkbərov Naxçıvan DTX-nın rəisi təyin edildikdən qısa müddət sonra onu Sədərəkdəki məntəqədən götürüb Naxçıvana – MR Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə gətirib. Bununla da kifayətlənməyib, özünün Atabəylər məhəlləsindəki mənzilini də Şahinə bağışlayıb. Bir sözlə, bu adamın əlini çörəyə çatdırıb. Şahin Nəbiyevin öz qohumuna “sağol”u isə onu su qiymətinə “xan” həzrətlərinə satması olub. Deyilənlərə görə, Fazil Ələkbərovla “xan” həzrətlərinin qudalığı pozulan kimi, Şahin Nəbiyev Talıbovların yanında yer alıb. Öz qohumu barədə əlində olan bütün məlumatları Rza Talıbova ötürməklə öz postunu saxlamağa çalışıb və buna nail ola da bilib.

Sözsüz ki, bütün sədaqətinə baxmayaraq, Şahin Nəbiyevin taxtı da, Fazil Ələkbərovla xan həzrətlərinin arası açıldıqdan sonra, laxlamağa başlayıb. Ən xırda səhvi onun öz kreslosunu itirməsinə kifayət edəcək vəziyyətə gəlib. Limiti doldurmaq isə Şahin Nəbiyev üçün o qədər də “çətin” məsələ deyildi. Di gəl ki, Şahin Nəbiyevin sonuncu səhvi öz çəkisindən də olub.

Bildirildiyinə görə, o, 17 aprel 2021-ci il tarixində imzaladığı 488 saylı qərarla Türkiyəli iş adamı Oba Ali Serdar Fahri oğlunu beş il müddətinə Azərbaycan Respublikasından deportasiya edib. Qərarda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə istinad olunub. Halbuki həmin maddələr iş oturumu alan əcnəbilər üçün nəzərdə tutulub. Ali Serdar Oba isə Naxçıvanlı bir xanımla evli idi və oturum icazəsini də məhz bu fakta əsasən almışdı. Dolayısıyla haqqında çıxarılan maddələr ona şamil edilə bilməzdi. Görünür, Şahin Nəbiyevin savadı çatmadığından iş oturumu ilə evlilik oturumu arasındakı fərqi ayırd edə bilmədiyi üçün bu ciddi səhvə yol verib. Ali Serdar Oba da məhz həmin faktı əsas götürüb Şahin Nəbiyevi məhkəməyə verib və Türklər demişkən, bu işin “peşini buraxmaq” niyyətində deyil.

Naxçıvan məhkəmələri Şahin Nəbiyevin tərəfini tutmasına baxmayaraq, Ali Serdar Oba bu məsələni paytaxta daşıyıb. Azərbaycan Ali Məhkəməsində də öz haqqını bərpa edə bilməsə, yəqin ki, beynəlxalq məhkəmələrə üz tutmalı olacaq. Nəticədə “Xan” həzrətlərinin Azərbaycanla Türkiyə arasında “qaratikan” kolu kimi dayanması faktı tam çılpaqlığı ilə orta çıxa və beynəlxalq skandala yol aça bilər. Mümkündür ki, Vasif müəllimə Türk əslli iş adamlarına qarşı bu təhlükəli inadından vaz keçməsi və iki qardaş ölkə arasında xoşagəlməz problemlər yaradan maneələri ortadan qaldırması məsləhət bilinib. O da çarəni zindeyi-zəhləsi getdiyi Fazil Ələkbərovun qohumunu güdaza verməklə özünü sudan quru çıxarmaqda görüb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO