Goranboyun icra başçısı da BELƏ YEYİR... - BU DA FAKT!!!

13:15 25.04.2022 113
Goranboyun icra başçısı da BELƏ YEYİR... - BU DA FAKT!!!
Zamantv.az İcra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb.

Təxminən 11 il bundan öncə - 27 dekabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” sərəncam imzalanıb. Həmin Sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Belə bir qərarın qəbul edilməsində başlıca məqsəd ölkədəki bağçaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub.

"Kaspi" qəzetinin yazısını təqdim edirik:

"Goranboydakı uşaq bağçalarının ümumi vəziyyəti

Amma çox təəssüf ki, bu Sərəncamından irəli gələn tapşırıq və vəzifələr bəzi rayonlarda tam icra olunmayıb. Belə rayonlardan biri də Goranboydur. Bunu isbat etmək üçün adi qaydada icra hakimiyyətinin elektron ünvanına sorğu göndərdik, rayondakı uşaq bağçalarının ümumi vəziyyətini onlardan öyrənmək istədik. Sorğumuza cavab olaraq bildirildi ki, Goranboy rayonunda 32 uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 21 Körpələr evi-uşaq bağçası inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin balansında olan binalarda yerləşir. Goranboy şəhər 2 saylı, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə 1 saylı, Səfikürd, Borsunlu, Tap Qaraqoyunlu, Tap, Muzdurlar, Qarqucaq, Nizami və Todan kənd Körpələr evi-uşaq bağçalarının inzibati binası qəzalı vəziyyətdə olduğu üçün başqa binalarda yerləşdirilib. Bu uşaq bağçaları üçün yeni binaların tikintisinə ehtiyacı var. İcra hakimiyyətindən o da bildirildi ki, Kələk, Xınalı və Şəfəq kənd Körpələr evi uşaq bağçaları son illərdə tikilib. İndiyə qədər Goranboy şəhər 1 və 3 saylı, Qızılhacılı qəsəbə 3 saylı, Balakürd, Xoylu, Sarov, Qaradağlı və Boluslu kənd Körpələr evi-uşaq bağçaları dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilib. Bununla yanaşı, Qızılhacılı qəsəbə 2 və 3 saylı, Zeyvə və Şəfəq kənd Körpələr evi-uşaq bağçalarının təmir olunması üçün işlər aparılır. Qazanbulaq qəsəbə, Fəxralı, Xan Qərvənd, Veyisli, Qaraçinar, Hazırəhmədli, Tatarlı və Düzqışlaq kənd Körpələr evi-uşaq bağçalarının isə təmirə ehtiyacı var.

Üzü bəzək, içi təzək

İlk baxışda icra hakimiyyətinin sorğumuza verdiyi cavabda qeyri-adi heç nə yoxdur. Amma Qaradağlı kəndindəki uşaq bağçasının real vəziyyəti məsələyə fərqli yanaşmanı tələb edir. Belə ki, icra hakimiyyətinin verdiyi məlumatda Goranboy rayonun Qaradağlı kəndindəki 90 yerlik uşaq bağçası dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilənlər sırasında yer alır. Lakin kənd sakinləri deyirlər ki, Qaradağlıdakı uşaq bağçasında heç vaxt əsaslı təmir işi aparılmayıb. Kəndin düz girəcəyində yerləşən və 1985-ci ildə istifadəyə verilən uşaq bağçasının ikimərtəbəli inzibati binası tamamilə yararsız haldadır. 2013-cü ilin may ayında təhsil müəssisəsinin əsaslı təmir olunacağı xəbəri yayılsa da, icra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb, adına da “əsaslı təmir” deyilib.

Acınacaqlı durum

İcra hakimiyyətinin məlumatı ilə reallıq arasındakı fərq ortadadır. Bəs bu cür şəraitsiz uşaq bağçaları körpələrin təlim-tərbiyəsinə necə təsir edir? Bununla bağlı qəzetimizə açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, ümumən ölkədə məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin balansına verildikdən sonra bağçalarda vəziyyət kifayət qədər acınacaqlı duruma düşüb: “Bağçaların böyük əksəriyyəti özəlləşdirilib, əraziləri iş adamlarına satılıb. Düzdür, Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif rayonlarda yeni uşaq bağçaları tikilib. Lakin Azərbaycan əhalisinin sayı hər il artdığından, sadəcə Fondun bu istiqamətdəki layihələri yetərli deyil, ölkəmizdə daha çox məktəbəqədər təhsil müəssisələrinə ehtiyac var. Uşaq bağçasına getməli olan xeyli sayda balacalarımız var. Onların heç də hamısı təhsilə cəlb oluna bilmirlər. Təhsil nazirliyi mövcud boşluğu doldurmaq üçün bu istiqamətdə bir layihə həyata keçirib. İcma əsaslı siniflər, məktəblər təşkil olunub”.

Məktəbəqədər təhsildə çətinliklər

Təhsil eksperti deyib ki, yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsi, təmirə ehtiyacı olanların əsaslı təmir edilməsi lazımdır: “Əvvəllər tikilmiş, istismar müddətini başa vurmuş uşaq bağçalarının ümumi vəziyyəti müasir dövrlə ayaqlaşmır, infrastruktur baxımdan tələblərə cavab vermir. Bu, uşaqların təlim-tərbiyə prosesində xeyli çətinliklər yaradır. Məktəbəqədər təhsil müəssisələrinin təmir olunması, maddi texniki bazasının güclənməsi, yeni bağçaların tikintisi bilavasitə uşaqların təlim-tərbiyə prosesinə müsbət təsir göstərən faktorlardan biridir. Çünki bağçalarda uşaqların ilkin bilikləri formalaşır, onlara vətənpərvərlik aşılanır. Körpələr, eyni zamanda sosiallaşır ki, bu da gələcəkdə onların məktəbə adaptasiyası baxımından mühüm amildir”.


Xatırladaq ki, Prezident İlham Əliyevin 20 dekabr 2021 tarixdə imzaladığı sərəncamla dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması üçün yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Goranboyun icra başçısı da BELƏ YEYİR... - BU DA FAKT!!!
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO