[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 aylığa verdiyi borc pulu 2 ildir ALA BİLMİR... - Məhkəmə hakimi isə...
Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev ali məhkəmə instansiyasını qərarını sabotaj edir.

Zamantv.az : - 2018-ci ildə keçirilmiş növbədənkənar president seçkilərindən sonra ölkədə vüsət alan və demək olar, bütün sahələri əhatə edən köklü dəyişikliklər məhkəmə-hüquq sistemindən də yan keçməyib. Prezident İlham Əliyevin qeyd olunan sahədə işlərin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman hakimiyyətin bu qolunun fəaliyyətində dönüş yaratmalı, vətəndaşların hüquqlarını maksimum qorumalı və onların şikayətlərinə məhkəmə orqanları tərəfindən ədalətlə baxılmasını təmin etməli idi. Təsadüfi deyil ki, həmin Fərmanın 1-ci maddəsi məhz bu məqama həsr olunub: “Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər”.

Ancaq çox təəssüf ki, bu Fərmanın imzalanmasından təqribən iki il yarım vaxt keçsə də, bəzi hakimlər haqqında danışılan sənəddə yer alan direktivlərə əməl etmək əvəzinə, vətəndaşların haqlı tələblərini təmin etmir, onları məhkəmə süründürməçiliyinə məruz qoyurlar.

Hüquqlarının qorunması üçün Busaat.az-a müraciət etmək məcburiyyətində qalan vətəndaş Anar Həbib oğlu Əmrahov da Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev tərəfindən məhkəmə süründürməçiliyinin əziyyətini yaşayır. Anar Əmrahovun sözlərinə görə, o, 2019-cu ildə yaxın tanışının vasitəçiliyi ilə Ağdam rayon qeydiyyatında olan Samirə Fəqani qızı Əhmədovaya 18 min manat məbləğində borc pul verib. Şikayətçi bildirir ki, Samirə Əhmədova borcun 1-2 ay ərzində qaytaracağını deyib. Tərəflər arasında bu borc anlaşması notarial qaydada rəsmiləşdirilib və müvafiq sənəddə Əhmədovanın Əmrahovdan borc aldığı 18 min manatın 3 ay müddətində geri qaytarılması şərti öz əksini tapıb. Lakin bu müddətdən 2 il keçsə də, Əmrahov 3 aylığa verdiyi borc pulu hələ də geri ala bilmir.

Pulun almaq üçün ədaləti hüquq müstəvisində aramağa qərar verən Əmrahov Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon Məhkəməsinə müraciət edir. Əhmədovanın iştirakı ilə proses keçirilir və məhkəmə Əmrahoun xeyrinə qərar çıxarır. Buna baxmayaraq, Əhmədovanın Ağdam rayon Məhkəməsinin qərarından şikayət verməsi səbəbindən işə növbəti dəfə Gəncə Apellyasiya məhkəməsində baxılır və ilkin qərar qüvvədə saxlanılır.Qərarla yenə razılaşmayan Əhmədova bu dəfə Ali Məhkəməyə şikayət versə də, bu məhkəmə instansiyası da Əmrahovu haqlı sayaraq, borcun ödənilməsinə dair qərarın icrasını Binəqədi rayon Məhkəməsinə (Samirə Əhmədova faktik həmin rayonun ərazisində yaşadığı üçün) həvalə edir.

Lakin bundan sonra Əmrahovun üzləşdiyi zillət daha da artır. Şikayətçinin sözlərinə görə, Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev icra qərarını təmin etmək yerinə, onu get-gələ salıb. Artıq 1 ildir ki, pulun qaytarılacağını desə də, ortada heç nə yoxdur. Süründürməçiliyə salındığını deyən Əmrahov bildirir ki, hakim Abbas Rzayev qərarı icra etməməsini “nə edə bilərəm, qadın xeylağıdır, türməyə salım?” “arqumenti” ilə “əsaslandırır”. Şikayətçi qeyd edir ki, cavabdeh barəsində axtarış elan olunması, çağırış göndərilməsi, məhkəmə qərarlarının ərazi üzrə icraçılarının işə cəlb edilmələrinə yönəlik xahişlərini hakim Abbas Rzayev heç bir halda nəzərə almır. Zatən, nəzərə alsaydı, zərərçəkmiş bu gün şikayətçi vəziyyətində olmazdı.

Problem həm də budur ki, ölkənin məhkəmə sistemində ədalət tapa bilməyən Anar Əmrahov üzləşdiyi haqsız durumla bağlı Prezident İlham Əliyevə, o cümlədən, Ədliyyə Nazirliyinə müraciət etmək məcburiyyətində qalıb. Belə çıxır, bir hakimin yumşaq desək, öz funksiyasını normal yerinə yetirməməsi səbəbindən dövlət başçısı iki vətəndaş arasında yaranmış borc mübahisəsinin ədalətli həlli üçün prosesə müdaxiə etməlidir?! Hakim Abbas Rzayev bəsit bir məsələnin bu qədər böyüməsində çoxmu maraqlıdır? Bəlkə adıçəkilən hakim Prezidentin yuxarıda göstərilən Fərmanına meydan oxuyacaq qədər böyük cəsarət sərgiləməyə həvəslənib?

Yeri gəlmişkən, hakim Abbas Rzayevdən narazılıq sadəcə, Anar Əmrahovun şikayəti ilə məhdudlaşmır. Abbas Rzayevin ona həvalə olunan işlərə qeyri-obyektiv baxması və zərərçəkənlərlə kobud, hətta təhqiramiz davranması haqda mediada çox sayda material dərc olunub.

Amma bu “narazılıq buketi” bir gün mütləq dağılacaq…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan Qarabağda qanunsuz məskunlaşanlara güzəştlə ev verəcək... - BU NƏDİ BELƏ?
"1990-cı illərdə köçürmə proqramı çərçivəsində Qarabağa gedən və geri qayıtmağa məcbur olan Ermənistan sakinləri yenidən Qarabağda məskunlaşmaq qərarına gəlsələr, ipoteka, xüsusən də iri həcmli kreditlər üzrə dövlət dəstəyi alacaqlar.

Zamantv.az - ın moderator.az-a istinadən xəbər verir ki, bunu “Sputnik Armeniya”a müsahibəsində Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan söyləyib.

Nazir müavininin sözlərinə görə, Ermənistan hökuməti Qarabağda yaşamış, lakin 2020-ci il müharibəsindən sonra geri qayıtmağa məcbur olan Ermənistan Respublikasından olan ermənilər üçün yeni mənzil proqramı həyata keçirəcək.

“Biz onlara ipoteka şəklində dəstək verməyə başlayacağıq. Ailə bunu əvvəllər yaşadıqları qəsəbədə də götürə bilər: Bu proqram vətəndaş İrəvandırsa, İrəvanda, regiondadırsa, regionda və ya Qarabağdadırsa, Qarabağda icra olunacaq"- deyə D.Xaçatryan bildirib.

"Dövlət ipotekanın əsas məbləğinin bir hissəsini (İrəvanda daha az məbləğdə, regionlarda daha böyük məbləğdə) və faiz ödənişlərinin bir hissəsini kompensasiya edir. Qarabağda daimi qalmaq istəyən ailələr üçün ən əlverişli şərait yaradılacaq. Əgər regionlar üzrə faiz dərəcəsinin 10%-i və əsas məbləğin 10 milyona qədəri (20 min dollardan bir qədər çox) kompensasiya ediləcəksə, Qarabağ üçün faizin 12%-ə qədəri və əsas məbləğin 12 milyon dramına qədər (25 min dollardan bir qədər az)ödəniləcək.

Üzvlərindən biri müharibədə həlak olmuş qaçqın ailələrinə, harada məskunlaşmaq qərarlarından asılı olmayaraq əsas ödəniş üçün 20 milyon dram kompensasiya ödəniləcək. Hazırda Ermənistanda 220-yə yaxın belə ailə var.

"2021-ci ilin sonunadək Ermənistana gəlmiş ailələr 300-ə yaxın mənzil alacaq, Qarabağda daha 5000 mənzil artıq tikilməkdədir"- deyən nazir müavini Qarabağın köklü sakinləri üçün Ermənistanın dəstəyi ilə "DQR" hakimiyyəti orqanları tərəfindən icra edilən ayrıca mənzil proqramının həyata keçirildiyini xatırladıb"- Rusiya-Ermənistan nəşrinin xəbərində belə deyilir.

O da xatırladılır ki, hazırda ümumilikdə Ermənistanda Azərbaycanın Şuşa, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl rayonlarından köçmüş 20-21 min erməni ailəsi qalıb.

P.S....
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsdə vəfat edən sabiq deputatın İŞİNDƏ YENİLİK - qardaşına da cinayət işi açılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zamantv.az -ın trend-ə istinadən məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov əvvəllər tikinti biznesilə məşğul olduğunu, hazırda isə bu sahədən uzaqlaşdığını deyib. O bildirib ki, “Dərhal” tikinti şirkəti 2002-ci ildə yaradılıb, 2015-ci ildən isə fəaliyyəti dayanıb.

Bəzi zərərçəkmişlərin əllərində “Dərhal” MMC-dən mənzil, obyekt almaq üçün pul ödəmələri barədə müqavilələr var. Həmin müqavilələrə də şirkətin rəhbəri kimi, Elşən Cəbrayılov imza atıb. Zərərçəkmişlər iddia edir ki, pulunu ödəsələr də, əmlaklarını ala bilməyiblər. Məsələn, 60 min dollar pul ödədiyini iddia edən Bəşir Məmmədov.

Bu barədə sualı cavablandıran Elşən Cəbrayılov bildirib ki, Bəşir Məmmədov əslində, mənzil almaq üçün pul verməyib. Adıçəkilən şəxs mərhum qardaşına sələmlə pul vermişdi. O pulu verməsi üçün də sözügedən müqavilə yaimzalanıb, onun yanında girov qoyulmuşdu: “Qardaşım pulunu qaytardı, mənə də bu barədə dedi. Ondan sonra o müqaviləni cırdı. Sən demə, o biri tərəf müqaviləni saxlayıb, 12 ildən sonra iddia irəli sürdü ki, guya şirkətdən nəsə almaq üçün pul verib. Mən Bəşir adlı o adamın üzünü də görməmişəm,”- deyə şahid bildirib.

Elşən Cəbrayılov qardaşısının işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslərdən Şəfa Məmmədova, Məlahət Qurbanova, Sülhiyyə Məmmədovanı tanımadığını deyib.
Lakin zərərçəkmişlərdən birinin nümayəndəsi, vəkil Kamandar Nəsibov bildirib ki, şahid yalan danışır. Vəkilin sözlərinə görə, hətta bu qalmaqallarla əlaqədar Elşən Cəbrayılovun inzibati qaydada həbs olunması üçün məhkəməyə müraciət olunub.

“Rəfael Cəbrayılovdan da o istifadə edib, pulları da o mənimsəyib”, - vəkil deyib.

Dindirmə zamanı o da məlum olub ki, mərhum Rəfael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılaraq, Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.

“Bir nəfər məni aldatmışdı, bununla əlaqədar Binəqədi rayon Polis İdarəsinə şikayət eləmişdim. O qərarı aparıb Nərimanov rayon Polis İdarəsinə təqdim elədim, məlum oldu ki, mənim heç bir günahım yoxdur bu məsələdə”, - Elşən Cəbrayılov bildirib.
Elşən Cəbrayılovun dindirilməsi növbəti məhkəmə iclasında da davam edəcək.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat edib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyanı Qarabağ erməniləri ilə KİM ÜZƏ-ÜZƏ QOYUR? - GƏLİŞMƏ
“Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun tam tanınması qeyd-şərtlərə və kompromislərə dözmür və Qarabağ sakinləri adından danışmaq hüququna yalnız onun hakimiyyət orqanları malikdir”.

Ovqat.com xəbər verir ki, qondarma “DQR”-in “lideri” Arayik Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün səsləndirdiyi fikirləri şərh edərkən belə yazıb.

Öz Facebook səhifəsində paylaşdığı statusu ilə Nikol Paşinyana cavab verən Arutyunyan bildirib ki, “Artsax”ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması bu bölgədə məskunlaşmış ermənilərin əsas vektorudur və heç bir hökumət inondan kənara çıxmasına yol verə bilməz: “Bu o deməkdir ki, Artsax xalqı və hakimiyyəti heç vaxt Azərbaycan daxilində hər hansı statusu tanımayacaq”.

O vurğulayıb ki, həm status, həm demoqrafik baxımdan keçmişə qayıtmaq mümkün deyil. “Azərbaycan öz cəmiyyətini ermənifobiya ilə qidalandırmaqda və onu sülhə deyil, ermənilərin “Artsax”dan köçməsinə hazırlamağa davam edəndə hansı birgə yaşayışdan danışmaq olar? Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bu istiqamətdə səylər göstərməyə hazırıq, lakin xalqımızın həyati maraqları və hüquqları sövdələşmə predmetinə çevrilə bilməz”, - deyə Qarabağın erməni lideri bildirib.

Arayik Arutyunyanın sözlərinə görə, Qarabağın ərazi bütövlüyü 1991-ci ildə elan edildiyi ərazilərdə bərpa edilməlidir: “Ona görə də ərazilərimiz işğaldan azad edilməli və sakinlər öz evlərinə qayıtmalıdırlar”.

Təhlükəsizlik məsələlərinə gəlincə, Qarabağ hakimiyyəti Müdafiə Ordusunun gücləndirilməsinə çalışacaq və Rusiya sülhməramlı kontingenti Qarabağda qeyri-müəyyən müddətə - problem nəhayət və ədalətli həll olunana və əlavə beynəlxalq təhlükəsizlik təminatları verilənə qədər qalmalıdır.

““Artsax” min illərdir ki, ermənilərin olub və elə də qalacaq. “Artsax” xalqının mübarizəni davam etdirmək üçün kifayət qədər iradəsi və səbri var. Kiminsə iradəsindən və fikrindən asılı olmayaraq, əminəm ki, onlar “Artsax”ın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirəcəklər”, - deyə Arayik Arutyunyan vurğulayıb.

Xatırladaq ki, Paşinyan dünən Facebook səhifəsində onlayn müsahibə zamanı, xüsusən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin danışıqların heç bir mərhələsində sırf Ermənistan ərazi birliyi hesab edilmədiyini bildirmişdi. Baş nazirin sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağda azərbaycanlı əhalinin də yaşadığı qeydə alınıb və onların maraqlarının müdafiəsi danışıqların gündəliyində olub. Ermənistan Baş naziri həmçinin vurğulayıb ki, Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər. Azərbaycan Konstitusiyası isə bu cür məsələlərin bütün ölkə boyu xalqın iştirakı ilə keçiriləcək referendumla həllini nəzərdə tutur. Azərbaycan xalqının isə tamamına yaxınının referenduma gedəcəyi təqdirdə ərazi bütövlüyümüzə səs verəcəyi şübhə doğurmur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşanı işğaldan azad edən FATEH... - İsrafil Kərimovun yazısı
Prezident, Müzəffər Ali Baş Komandan və müdrik sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin ən qısa zamanda qalibi olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Milli Ordumuzun bir yumruq kimi birləşib göstərdiyi şücaət, qəhrəmanlıq haqqında bir çox araşdırmalar aparılacaq, kitablar yazılacaqdır. Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikası və texnikasının əsasında güclü və dayanıqlı iqtisadiyyatın nəticəsində əldə olunmuş yüksək texnoloji və intellektual hərbi potensiala malik vətənpərvər nizami milli ordunun yaradılması üçün xalqın sevgi, inam və birmənalı dəstəyini qazanmış lider amili çox vacib şərtlərdəndir.

Hakimiyyətdə olduğu 18 il ərzində güclü iqtisadiyyat və bu iqtisadi tərəqqi üzərində qüdrətli ordu yaradılmasına nail olan Prezident İlham Əliyev Vətən müharibəsinində Azərbaycan ordusunun Şanlı Qələbəsinin memarı oldu və Qarabağın mirvarisi olan Şuşa şəhəri azad ediləndən sonra Ermənistan kapitulyasiya etdi.

Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərin bərpasına başlandı və hazırda bu işlər çox böyük sürətlə davam edir. Postmüharıbə dövründə dəfələrlə azad edilən ərazilərə səfərlər edən Prezident İlham Əliyev bir neçə dəfə Şuşada da olmuşdur. Bu il dekabr ayının 24-də - özünün 60 illik yubileyini Qalib Prezident, Müzəffər Ali Baş Komandan olaraq ailəsi üzvləri ilə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak etmiş və bu hərbi hissənin açılması ilə həm düşmənə, həm də onların havadarlarına növbəti mesajını göndərmişdir. Hadrut kimi strateji yerdə Komando hərbi hissəsinin açılması bundan sonra da silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşəcəkləri deməkdir.

42 yaşında dünyanın ən mürəkkəb geosiyasi regionunda və hələ bir çox meqalayihələrin işə düşmədiyi, risk faizinin çox yüksək olduğu Azərbaycana rəhbərliyə seçilərək bütün məsuliyyəti öz üzərinə götürən İlham Əliyev 18 il ərzində böyük nailiyyətlərə imza atmışdır. Ölkənin infişaf və tərəqqisinə nail olmuş və ən başlıcası 30 ilə yaxın müddətdə hər bir Azərbaycanlının səbirsizliklə gözlədiyi arzunu reallaşdıraraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmişdir.

Prezident İlham Əliyev artıq neçə illərdir ki, öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan Əliyev bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda - Şuşada keçirib.

Yubileyin mübarək, əziz Prezident. Biz səninlə fəxr edirik.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı
DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən MİLLİ HƏMRƏYLİK
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Keçmiş SSRİ dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi və Azərbaycan Respublikası Ali Sovetinə müraciət edildi. Dekabrın 25-də Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etdi.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi.

Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq 2006-cı il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı.

Bu gün diasporumuzun təşkilatlanması prosesi daha sürətlə gedir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında,

zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz mübarək!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hökumət 193 manat ehtiyac meyarı yazdığı uşaqlara niyə 70 manat verir? - HƏQİQƏTƏN DƏ...
Başa çatmaqda olan 2021-ci ildə Azərbaycanda uşaqlar üçün ehtiyac meyarı 170 manat olub. Hökumət hesab edir ki, bu məbləğ uşaqların 1 ay ərzində qida, geyim, sağlamlıq kimi minimum ehtiyaclarını ödəyə bilər. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək yeni qanun layihəsində isə bu rəqəm artırılacaq. Belə ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunur.

Zamantv.az pressklub.az-a istinadən xəbər verir ki, hökumət ölkədəki qiymət artımlarını əsas götürərək, uşaqlar üçün ehtiyac meyarının miqdarını 23 manat artırıb. Əlbəttə, 193 manatın bir uşağın zəruri ehtiyaclarını ödəməsi xeyli mübahisəlidir. Qida, geyim, tibbi xərclərin səviyyəsini nəzərə alsaq, bu məbləği azı iki dəfə artırmaq lazım gəlir. Maddi vəziyyəti yaxşı ailələr uşaqlar üçün daha böyük vəsait xərcləyirlər, ölkə əhalisinin üçdə birinin isə 1 uşağa aylıq 193 manat xərcləməsi şübhə doğurur. Bunu statistik məlumatlara əsasən deyə bilərik. Məsələn, ölkədə muzdlu çalışan 1.7 milyon nəfərin təxminən 800 min nəfəri 400 manatdan aşağı əməkhaqqı qalır. Azərbaycanda orta aylıq maaş 712 manatdır, bu rəqəm də reallığı əks etdirmir. SOCAR və başqa dövlət qurumlarında 2-3 min manat maaş alanlarla kiçik əməkhaqqı alanların gəlirlərini toplayıb, ortaq rəqəm çıxarılıb. Hökumətin proqnozuna görə, maaş, pensiya, müavinət və əməkhaqqı artımlarından sonra Azərbaycanda orta aylıq gəlir 823 manata yüksələcək.

Ölkədə 5.3 milyon əmək qabiliyyətli vətəndaşın 1.7 milyonu muzdla çalışır, təxminən 1 milyona yaxın insan da özəl sektorda fəaliyyət göstərir. Hökumət qalan vətəndaşların əksəriyyətini də işsiz hesab etmir. Məsələn, adına pay torpağı olan 700 mindən artıq insan, ondan gəlir qazanıb-qazanmamasından asılı olmayaraq, işsiz hesab edilmir. Rəsmi məlumata görə, ölkədə 379 min nəfər işsiz qeydə alınıb ki, bu iqtisadi fəal əhalinin 7.2 faizini təşkil edib. Ortada təxminən 1.5 milyon nəfərin nə ilə məşğul olduğu, gəlirlərini necə formalaşdırdığı məlum deyil.

Qayıdaq əsas mövzuya. Bəs işsizlərin, daimi işi olmayanların, adı məşğul kimi göstərilsə də, faktiki gəlir əldə edə bilməyən yüz minlərlə vətəndaşın evlərində böyüyən uşaqlar necə yaşayır? Hökumətin təqdim etdiyi ehtiyac meyarı həddində yemək, geyib və tibbi xidmət əldə edə bilirmi? Təbii ki, sual ritorikdir, elə ailələr var ki, aylıq 200 manat gəliri olmur, o halda uşaqlara ondan nə düşə bilər? Ancaq çörəkpulu!…

2021-ci ilin iyul ayının statistikasına görə, Azərbaycanda üç uşaqlı ailələrin sayı 261.9 min təşkil edir. Hökumət bu ailələr üçün heç bir imtiyaz, dəstək vermir. Onların bütün xərcləri valideynlərin üzərindədir, onların böyük əksəriyyətinin gəlirləri isə yuxarıda təsvir etdiyimiz kimidir.

Hökumət yalnız 5-dən çox olan uşaqları olan ailələrə müavinət verir, o da qəpik – quruş. Bu il sentyabrın 27-də Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edərək beş və daha çox uşaqlı qadınları çoxuşaqlı analar kimi tanıyıb.

Dekabrın 20-də Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmana dəyişiklik etdi. Bu məbləğ hər uşağa görə 55 manatdan 70 manata qaldırıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2500 nəfərə yaxındır, onların uşaqlarının sayı isə 10 mindir.

İndi gəlin uşaqlar üçün ehtiyac meyarı ilə çox uşaqlı ailələrə verilən məbləğin müqayisəsini aparaq. Minimum ehtiyac 170 manat, dövlətin verdiyi 55 manat. Gələn il 193 manat, dövlətin vəd etdiyi 70 manat. Təxminən 3 dəfəyə qədər fərq var. Yəni uşaqların saxlanması xərcinin əsas hissəsi yenə də ailələrin üzərinə qoyulur.

Azərbaycanda yaşı 18-ə çatmayan 2.7 milyondan çox uşaq var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, onların 600 min nəfəri müxtəlif sosial ödənişlər alırlar. Belə ki, bu kateqoriyaya sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları, beşdən çox uşağı olan qadınların uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları,
Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları daxildir.

Ötən həftə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan etmişdi ki, uşaqpulu vermək üçün ildə 3 milyard manat lazımdır, ona görə, bu xərci çəkmək məqsədəuyğun sayılmır. Nazir 2045-ci ilə qədər demoqrafik göstəricilərin yüksək olacağını iddia etmişdi. Yəni doğum, artımı üstələyəcək. Amma real statistika nazirin dediyinin əskini göstərir. Məsələn, iqtisadçı Qubad İbadoğlunun hazırladığı cədvəldə 2009-2014-cü illərdə 1.011494 doğum, 324 904 ölüm qeydə alındığı göstərilir. 2014-2020-ci illərdə isə 876447 doğum, 357.267 ölüm təşkil edib. Rəqəmlərin müqayisə etdikdə doğum sayının 135.050 nəfər azaldığı, ölümlərin isə 32.363 nəfər artdığını məlum olur.

Son 5 ildə doğumun 135 min nəfər azalması əslində demoqrafik fəlakətin anonsudur. Uşaqların sayının azalması təbiidir, hökumət milyonlarla uşağı ailələrin, ailələri də Allahın ümidinə buraxanda, əlbəttə, belə acınacaqlı vəziyyət yaranacaq…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arayiklə Nikolun SON HOQQABAZLIĞI... - Biri terrorçu rolunda, digəri də dövlət adamı cildində...
Nikol Paşinyanın son etirafı 2020-ci ilin 15 fevralını xatırlatdı. Həmin gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Paşinyan çaşsa da, doğrunu söyləmişdi. Sitat: “Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın... yox, üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi”.

Bax, o zaman Nikol çaşıb doğrunu deyəndən sonra “səhv”ini düzəltməsəydi, bəlkə heç 44 günlük müharibə də baş verməzdi, ermənilər müharibədən sonrakı aylar boyunca ölü-dirilərini axtarmaqla da məşğul olmazdılar.

Ötən cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda mətbuat konfransı keçirərkən erməniləri şoka salan fikirlər söyləyib. O, bəyan edib ki, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.

Erməni siyasətçi-ekspertlərin tüstüsü təpəsindən çıxır, Artur Xaçatryan, Eduard Şarmazanov, daha kimlər deyirlər ki, əgər məsələ bu səviyyəyə gələcəkdisə, onda niyə 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin 44 günlük müharibəsi oldu?..

Düzdür, bu, 2019-cu ilin yayında Şuşada “Yallı” gedən, “Qarabağ Ermənistandır. Nöqtə”, sərsəmləməsinin fikrini xatırladır. Ağıla gələn ilk fikir bu olur ki, Nikolda şəxsiyyətin ikiləşməsi prosesi baş verməkdədir. Amma heç şübhəsiz bu, səbəbsiz deyil, Paşinyanı ikiləşməyə vadar edən səbəb və səbəbkar var!

Azərbaycan Prezidenti Brüsseldə olarkən İtaliya mediasına müsahibəsində Paşinyanın ev tapşırığını icra edəcəyinə ümidini ifadə etmişdi. Belə görünür, Nikol əlifba sırası ilə ev tapşırıqlarını yerinə yetirir. Axı, hesab zamanı da var. Bəlkə də gündəliyində qiymətlərin “əla” olması üçün çalışır. Həm də qarşıda Sank-Peterburq görüşü gözlənilir. Əliboş görüş qəbul olunmayacaq.

Daha bir ciddi səbəb: Azərbaycan Prezidentinin Hadrut və Şuşadakı son xəbərdarlıqları və erməni separatçıların “qulağının dibində”ki Komando hərbi birləşməsinin yaradılması! Paşinyan anlayır ki, Azərbaycan hərbçiləri bu dekabrda hərəkətə keçsə, 2020-ci ilin dekabrında 62 terrorçunun qandallanması ilə nəticələnən əməliyyat “toya getməli” olacaq. O da istisna deyil ki, müxtəlif manevrlərlə bu mərhələdən də sağ çıxmağa çalışır. Ən birinci özünü xilas etmək istəyir, sonra Ermənistanı. Məntiqlə boğulmamaq üçün Qarabağ ermənilərini “ayağının altına” qoymaq lazım gəlib. Var gücü ilə çalışır ki, erməni revanşistləri başa salsın.

Azərbaycanın müzəffər ordusu, dövlət başçımızın rəhbərliyi ilə yürüdülən usta siyasət sözünü dedi. 44 günlük savaş və postmüharibə dövründə erməni hərbçilərinə keçilən “Qarabağ Azərbaycandır” dərsini indi Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyi əzbərləməyə başlayıb. Təkrar biliyin anasıdır, öyrənsinlər, unutmasınlar! Yoxsa... “Dəmir yumruq”un canı sağ olsun!

Ermənistan hökumətinin başçısı Azərbaycan dövlət başçılarının 30 ilə yaxın dövrdə beynəlxalq tribunalardan səsləndirdiyi tezisləri, arqumentləri təktrar edir. Paşinyan bəyan edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Yəni karvan gedib...Düzdür, yenə də ATƏT-in Minsk Qrupunu xatırlatmağa cəhd edib, amma özünətəskinlik və indiki mərhələdə erməni ictimaiyyətini sakitləşdirmək cəhdidir. “Qarabağ Azərbaycandır”, deyən Paşinyan bir gün onu da etiraf edəcək ki, əslində erməniləri bu fəlakətə salan həm də həmsədr ölkələr olub!

Belə bir məqamda Qarabağın baş terrorçusu Araik Arutyunyanın Nikol Paşinyanın üzünə ağ olması günün sensasiyası oldu. Yayda Nikolun seçki qərargahından çıxmayan, onun ayaqlarını yumağa hazır olan Araik indi Qarabağ ermənilərinə “ağıllı olun, Azərbaycana sığının, yaşayın”, mesajı verən sahibinə qarşı çıxır. Şuşadan cəhənnəm olub gedəndə kiril qrafikasının “q” hərfini xatırladan Arutyunyanı cəsarətləndirən kimdir belə? Düzdür, son vaxtlar Paşinyandan razı görünmürdü. Çünki Nikol Bakıdan aldığı xəbərdarlıqdan sonra Xankəndiyə sarı nəinki gələ, hətta boylana bilmirdi, həmçinin separatçıların əski parçasını Araiklə görüşlərdən yığışdırmışdı. Hansı ki, əvvəllər deyirdi Təhlükəsizlik Şurasının iclaslarında Araik mütləq iştirak etməlidir. Ancaq anlamağa başlayıb ki, ağlını başına yığmasa, imzaladığı kapitulyasiya aktına sadiq qalmasa, axırı yaxşı olmayacaq. Arutyunyan isə revanşist mövqe tutub, Xocalıda, Azərbaycan üçün çox həssas nöqtədə hündürmərtəbəli binalar tikdirməklə qudurğan mövqe sərgiləyir.

Nikolla konfrantasiyasından sonra onun təkləndiyini demək olarmı? Məncə, yox. Heç şübhəsiz ona bu cürəti verən Rusiya sülhməramlılarının kölgəsidir. İstisna deyil ki, keçmiş komandan Rustam Muradov “dost”unu indiki komandanlığa tapşırıb, əks halda, vaxtaşırı Arutyunyanı rus zabitlərlə yanaşı görməzdik. Xatırladaq: yay aylarında Araikin Moskvaya gizli səfərləri təşkil olunmuşdu. Bakının İnterpol xətti ilə axtarışa verdiyi terrorbaşı kiminlə görüşdü, nələr razılaşdırdı, bilən olmadı. İstisna deyil ki, Rusiyadakı bəzi dairələrdən “xeyir-dua” alıb, əks halda, açıq şəkildə “arxalı köpək” qiyafəsində görünməzdi.

Ermənistan hökuməti 2022-ci il üçün Qarabağdakı qanunsuz quruma maliyyə ayırıb, bunun hesabı ayrıca verilməlidir. Amma sual olunur, Araik bu qədərmi qudurub, onu yemələyən hökumətin başçısına qarşı çıxır? Deməli, onun zənciri indi başqalarının əlindədir, təbii ki, uzaq Fransanın yox, namizədləri Xankəndiyə əyilə-əyilə gəlsələr belə. Rusiyadakı erməni diasporu Qarabağ separatçılarını açıq şəkildə dəstəkləyir, hətta Paşinyanın Moskvaya səfəri zamanı erməni milyarderlər ona açıq şəkildə etirazlar təşkil edirlər. Zəncirlənmiş Araik Rusiyadakı erməni milyarderlərə, həmçinin Rusiyanın müxtəlif anti-Azərbaycan çevrələrinə bağlıdır. Sülhməramlıların Qarabağdakı erməni uşaqları üçün “yolka şənliyi” keçirməsi, hədiyyələr paylaması, separatçıların qayğısına qalması, hətta erməni silahlıların bölgədən çıxarılmasını əngəlləməsi də Arutyunyanın dilini uzadır. Qarabağ qulduru bununla özünün “Rusiyameyilli” olduğunu da nümayiş etdirmək istəyir, “Soros uşağı” Nikola dirəniş göstərməklə Kremlin xoşuna gəlməyə çalışır...Həm də anlayır ki, Qarabağ erməniləri Bakıya pasport üçün müraciət edəndə...ona “pasport”u qaramaskalılar verəcək...Beləcə, nə İrəvana, nə də Bakıya getməyə yeri yoxdur və xilas yolu axtarır.

İstənilən halda, proses Azərbaycanın xeyrinədir. Paşinyan-Arutyunyan qarşıdurması Laçın dəhlizinə Azərbaycanın nəzarət imkanlarının artması baxımından da önəmlidir. Araikin neytrallaşdırılması mövcud durumda həm də Paşinyana lazımdır. “Milçək bir şey deyil, ürək bulandırır”. Arutyunyanın davranışları Azərbaycanla sülh imzalamağa hazır olan Paşinyanın da əl-qolunu bağlayır.
Elşad Paşasoy,
Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda həbsxanada daha bir ÖLÜM
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Zamantv.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Orada müalicə alan məhkum Telman Osmanov ölüb. Onun xəstəlikdən öldüyü bildirilir.

Məhkumun ölümünün dəqiq səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.

Araşdırılma aparılır.

Qeyd edək ki, bu, son 2 ayda qeydə alınan 9-cu məhkum ölümüdür.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO