Arayiklə Nikolun SON HOQQABAZLIĞI... - Biri terrorçu rolunda, digəri də dövlət adamı cildində...

11:11 27.12.2021 190
Arayiklə Nikolun SON HOQQABAZLIĞI... - Biri terrorçu rolunda, digəri də dövlət adamı cildində...
Nikol Paşinyanın son etirafı 2020-ci ilin 15 fevralını xatırlatdı. Həmin gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Paşinyan çaşsa da, doğrunu söyləmişdi. Sitat: “Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın... yox, üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi”.

Bax, o zaman Nikol çaşıb doğrunu deyəndən sonra “səhv”ini düzəltməsəydi, bəlkə heç 44 günlük müharibə də baş verməzdi, ermənilər müharibədən sonrakı aylar boyunca ölü-dirilərini axtarmaqla da məşğul olmazdılar.

Ötən cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda mətbuat konfransı keçirərkən erməniləri şoka salan fikirlər söyləyib. O, bəyan edib ki, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.

Erməni siyasətçi-ekspertlərin tüstüsü təpəsindən çıxır, Artur Xaçatryan, Eduard Şarmazanov, daha kimlər deyirlər ki, əgər məsələ bu səviyyəyə gələcəkdisə, onda niyə 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin 44 günlük müharibəsi oldu?..

Düzdür, bu, 2019-cu ilin yayında Şuşada “Yallı” gedən, “Qarabağ Ermənistandır. Nöqtə”, sərsəmləməsinin fikrini xatırladır. Ağıla gələn ilk fikir bu olur ki, Nikolda şəxsiyyətin ikiləşməsi prosesi baş verməkdədir. Amma heç şübhəsiz bu, səbəbsiz deyil, Paşinyanı ikiləşməyə vadar edən səbəb və səbəbkar var!

Azərbaycan Prezidenti Brüsseldə olarkən İtaliya mediasına müsahibəsində Paşinyanın ev tapşırığını icra edəcəyinə ümidini ifadə etmişdi. Belə görünür, Nikol əlifba sırası ilə ev tapşırıqlarını yerinə yetirir. Axı, hesab zamanı da var. Bəlkə də gündəliyində qiymətlərin “əla” olması üçün çalışır. Həm də qarşıda Sank-Peterburq görüşü gözlənilir. Əliboş görüş qəbul olunmayacaq.

Daha bir ciddi səbəb: Azərbaycan Prezidentinin Hadrut və Şuşadakı son xəbərdarlıqları və erməni separatçıların “qulağının dibində”ki Komando hərbi birləşməsinin yaradılması! Paşinyan anlayır ki, Azərbaycan hərbçiləri bu dekabrda hərəkətə keçsə, 2020-ci ilin dekabrında 62 terrorçunun qandallanması ilə nəticələnən əməliyyat “toya getməli” olacaq. O da istisna deyil ki, müxtəlif manevrlərlə bu mərhələdən də sağ çıxmağa çalışır. Ən birinci özünü xilas etmək istəyir, sonra Ermənistanı. Məntiqlə boğulmamaq üçün Qarabağ ermənilərini “ayağının altına” qoymaq lazım gəlib. Var gücü ilə çalışır ki, erməni revanşistləri başa salsın.

Azərbaycanın müzəffər ordusu, dövlət başçımızın rəhbərliyi ilə yürüdülən usta siyasət sözünü dedi. 44 günlük savaş və postmüharibə dövründə erməni hərbçilərinə keçilən “Qarabağ Azərbaycandır” dərsini indi Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyi əzbərləməyə başlayıb. Təkrar biliyin anasıdır, öyrənsinlər, unutmasınlar! Yoxsa... “Dəmir yumruq”un canı sağ olsun!

Ermənistan hökumətinin başçısı Azərbaycan dövlət başçılarının 30 ilə yaxın dövrdə beynəlxalq tribunalardan səsləndirdiyi tezisləri, arqumentləri təktrar edir. Paşinyan bəyan edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Yəni karvan gedib...Düzdür, yenə də ATƏT-in Minsk Qrupunu xatırlatmağa cəhd edib, amma özünətəskinlik və indiki mərhələdə erməni ictimaiyyətini sakitləşdirmək cəhdidir. “Qarabağ Azərbaycandır”, deyən Paşinyan bir gün onu da etiraf edəcək ki, əslində erməniləri bu fəlakətə salan həm də həmsədr ölkələr olub!

Belə bir məqamda Qarabağın baş terrorçusu Araik Arutyunyanın Nikol Paşinyanın üzünə ağ olması günün sensasiyası oldu. Yayda Nikolun seçki qərargahından çıxmayan, onun ayaqlarını yumağa hazır olan Araik indi Qarabağ ermənilərinə “ağıllı olun, Azərbaycana sığının, yaşayın”, mesajı verən sahibinə qarşı çıxır. Şuşadan cəhənnəm olub gedəndə kiril qrafikasının “q” hərfini xatırladan Arutyunyanı cəsarətləndirən kimdir belə? Düzdür, son vaxtlar Paşinyandan razı görünmürdü. Çünki Nikol Bakıdan aldığı xəbərdarlıqdan sonra Xankəndiyə sarı nəinki gələ, hətta boylana bilmirdi, həmçinin separatçıların əski parçasını Araiklə görüşlərdən yığışdırmışdı. Hansı ki, əvvəllər deyirdi Təhlükəsizlik Şurasının iclaslarında Araik mütləq iştirak etməlidir. Ancaq anlamağa başlayıb ki, ağlını başına yığmasa, imzaladığı kapitulyasiya aktına sadiq qalmasa, axırı yaxşı olmayacaq. Arutyunyan isə revanşist mövqe tutub, Xocalıda, Azərbaycan üçün çox həssas nöqtədə hündürmərtəbəli binalar tikdirməklə qudurğan mövqe sərgiləyir.

Nikolla konfrantasiyasından sonra onun təkləndiyini demək olarmı? Məncə, yox. Heç şübhəsiz ona bu cürəti verən Rusiya sülhməramlılarının kölgəsidir. İstisna deyil ki, keçmiş komandan Rustam Muradov “dost”unu indiki komandanlığa tapşırıb, əks halda, vaxtaşırı Arutyunyanı rus zabitlərlə yanaşı görməzdik. Xatırladaq: yay aylarında Araikin Moskvaya gizli səfərləri təşkil olunmuşdu. Bakının İnterpol xətti ilə axtarışa verdiyi terrorbaşı kiminlə görüşdü, nələr razılaşdırdı, bilən olmadı. İstisna deyil ki, Rusiyadakı bəzi dairələrdən “xeyir-dua” alıb, əks halda, açıq şəkildə “arxalı köpək” qiyafəsində görünməzdi.

Ermənistan hökuməti 2022-ci il üçün Qarabağdakı qanunsuz quruma maliyyə ayırıb, bunun hesabı ayrıca verilməlidir. Amma sual olunur, Araik bu qədərmi qudurub, onu yemələyən hökumətin başçısına qarşı çıxır? Deməli, onun zənciri indi başqalarının əlindədir, təbii ki, uzaq Fransanın yox, namizədləri Xankəndiyə əyilə-əyilə gəlsələr belə. Rusiyadakı erməni diasporu Qarabağ separatçılarını açıq şəkildə dəstəkləyir, hətta Paşinyanın Moskvaya səfəri zamanı erməni milyarderlər ona açıq şəkildə etirazlar təşkil edirlər. Zəncirlənmiş Araik Rusiyadakı erməni milyarderlərə, həmçinin Rusiyanın müxtəlif anti-Azərbaycan çevrələrinə bağlıdır. Sülhməramlıların Qarabağdakı erməni uşaqları üçün “yolka şənliyi” keçirməsi, hədiyyələr paylaması, separatçıların qayğısına qalması, hətta erməni silahlıların bölgədən çıxarılmasını əngəlləməsi də Arutyunyanın dilini uzadır. Qarabağ qulduru bununla özünün “Rusiyameyilli” olduğunu da nümayiş etdirmək istəyir, “Soros uşağı” Nikola dirəniş göstərməklə Kremlin xoşuna gəlməyə çalışır...Həm də anlayır ki, Qarabağ erməniləri Bakıya pasport üçün müraciət edəndə...ona “pasport”u qaramaskalılar verəcək...Beləcə, nə İrəvana, nə də Bakıya getməyə yeri yoxdur və xilas yolu axtarır.

İstənilən halda, proses Azərbaycanın xeyrinədir. Paşinyan-Arutyunyan qarşıdurması Laçın dəhlizinə Azərbaycanın nəzarət imkanlarının artması baxımından da önəmlidir. Araikin neytrallaşdırılması mövcud durumda həm də Paşinyana lazımdır. “Milçək bir şey deyil, ürək bulandırır”. Arutyunyanın davranışları Azərbaycanla sülh imzalamağa hazır olan Paşinyanın da əl-qolunu bağlayır.
Elşad Paşasoy,
Musavat.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO