[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rövşən Əkbərovun apellyasiya şikayəti təmin edilməyib MƏHKƏMƏ
Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hazırda iclas davam etdirilir.Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

Belə ki, məhkəmə R.Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Eyni zamanda, məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Artıq Azərbaycanda da “Omicron” ştamı müşahidə olunur - Diqqət!
Yeni koronavirusun (COVID-19) “Omicron” ştamı “Delta” ilə müqayisədə insanların bronxlarında 70 dəfə daha sürətlə çoxalır.

Honq Konq Universitetinin Tibb Fakültəsi tərəfindən aparılmış tədqiqatın nəticələrinə görə, “Omicron” ştamının yüksək yoluxduruculuq qabiliyyəti var. Tədqiqat nəticəsində “Omicron” ştamı vaksinlərlə və daha əvvəl keçirilmiş xəstəlik nəticəsində əldə edilmiş immunitetdən qismən yayına bilir. Həmçinin ağ ciyərdə daha az şiddətli infeksiyaya səbəb olur. “Delta” ştamı ilə müqayisədə virusun bu ştamına yoluxma zamanı xəstəliyin əksər hallarda daha yüngül keçdiyi müşahidə edilir.

DİA.AZ-ın məlumatına görə, “Omicron” təhlükəsi ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, koronavirusun bu ştamının Azərbaycanda da yayılma ehtimalı yüksəkdir:

““Omicron” ştamı “Delta”ya nisbətən daha sürətlə yayılmağa meyillidir. Lakin virusun instensivliyi zəifləyib. Bu da gələcəkdə mutasiya ştamların zəifləyəcəyinə ümid doğurur. Yəqin ki, ölkəmizdə də virusun bu ştamı artıq varlığını sürdürür. Bəzi xəstələrdə “Omicron”un əsas əlamətlərinin mövcudluğuna şahid oluruq. Virusa qarşı vacib addımlar atılmalıdır. Tədbirlər çərçivəsində vaksinasiyanın intensivliyini artırmaq və karantin tədbirlərinin gücləndirilməsi önəmlidir” .
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Elə ailə, müharibə əlili və ya yararlısı var ki,oturub gözləyir" - deputat
"Azərbaycanda Birinci Qarabağ mühairbəsindən 20 minə yaxın, ikincidən isə 3000 minə yaxın şəhid ailəsi var. Əlavə olaraq, sağlamlıq və digər səbəblərdən dövlət dəstəyinə ehtiyacı olan müharibə əlilləri var.

Onlara dövlət qurumları tərəfindən müxtəlif kömək edilir. Elə olur ki, bir ailəyə, bir əlilə beş-on dəfə kömək edilir, elə ailə və əlil var ki, heç qapısı döyülməyib. Ayrı-ayrılıqda dövlət qurumları, o cümlədən özəl şirkətlər, fərdi şəxslər müraciət edən şəhid ailəsinə və əlilə yardım edir, ev verir, işə götürür, digər problemlərini həll edir. Əsasən, “YAŞAT” Fondu kömək etdiyi şəhid ailəsi və ya əlil ilə bağlı tam məlumatlara malikdir və bunu tənzimləyə bilir".

"Zamantv.az" cebhe.info-ya istinadən xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat dolaşıqlığı aradan qaldırmaq üçün təkliflə çıxış edib: "Birincisi, ASAN Xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bütün bu tip məlumatlar ASAN Xidmətdə emal edilsin və vahid mərkəzdə - şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət reyestrində birləşdirilsin. İkincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Bir dövlət qurumu, yaxud özəl şirkət, fərdi sahibkar və digərləri müraciət edən şəxslə bağlı o resursa daxil olsun və bütün məlumatları görsün.

Bunu qanunvericilik səviyyəsində edə bilsək, bir çox problemləri yerində həll edə bilərik. Qoy şəhid ailələri, müharibə əlilləri və sağlamlıq problemi olan digərləri bu təklifə görə məndən inciməsinlər. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarından yararlana bilsin, digərləri isə kənarda qalsın. Onların yüz dəfə də yararlanmaq haqlarıdır və halalları olsun. Amma növbəli şəkildə. Elə ailə, müharibə əlili və ya yararlısı var ki,oturub gözləyir, onun qapısı nə zaman döyüləcək”.

Deputat bildirib ki, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin da bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin:
“Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyev AMEA-nı niyə dağıdır? - Bankirdirsə, gedib bankını işlətsin...
Zamantv.az - Xatırlayırsınızsa, bir müddət əvvəl Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev verdiyi açıqlama ilə yenidən gündəmə gəldi. Belə ki, bu dəfə akademik AMEA daxilində müxtəlif sahələrdə fəaliyyət göstərən institut rəhbərlərindən şikayətlənib. Onun sözlərinə görə, bəzi institut rəhbərləri ölkədə aparılan islahatlara məqsədli şəkildə mane olmağa çalışır və prezidentin göstərişlərini yerinə yetirməkdən imtina edirlər.

Ramiz Mehdiyev AMEA-nın bu günə qədər ciddi fəaliyyət göstərməsinə mane olan əsas amil kimi işə köhnə təfəkkürlə yanaşmaq və dünya təcrübəsini gözmədən gəlmək olduğunu da vurğulayıb. 80 yaşı haqlamış akademikin köhnəlmiş təfəkkürdən danışması hər nə qədər ironik olsa da, AMEA-nın bu günki reallığını əks etdirir.

AMEA prezidentinin tabeliyindəki institut rəhbərlərindən narazılığı bununla da bitmir. Açıqlamadan aydın olur ki, Ramiz Mehdiyev onları qüsurlu idarəçilikdə və ayrı-ayrı şəxslərin təsirinə düşməkdə ittiham edir. Uzun illər AMEA-nın kurasiyasını həyata keçirən, Ramiz Mehdiyevin öz yaratdığı sistemdən narazı olmasının əsas səbəbi isə köhnə quruluşun onun yeni ambisiyalarına uyğun olmamasından qaynaqlanır.

Ramiz Mehdiyev institut rəhbərlərinə qarşı

2021-ci ilin martında AMEA prezidentinin adı daha bir ciddi qalmaqalda hallanmağa başladı. Ramiz Mehdiyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi vəzifəsindən kənarlaşdıraraq onun yerinə öz yaxın kadrlarından hesab olunan və elmi ictimaiyyət arasında heç də elmi araşdırmaları ilə məşhur olmayan Qərib Məmmədovu təyin edib.

Lakin qərarla razılaşmayan Əlövsət Quliyev məhkəməyə müraciət edərək işdən azad edilməsinin qanuni əsasının olmadığını sübut edərək, vəzifəsinə qayıtmağa nail olub. Əlövsət Quliyevin işi Ramiz Mehdiyevin institut direktorlarına qarşı başlatdığı müharibədəki ilk məğlubiyyəti idi.

Elmi yeniliklərdən danışmağa çalışan 80 yaşlı akademik daha əvvəl insitut rəhbərlərinə qarşı qələbə qazanmağa nail olub. Belə ki, 2021-ci ilin yanvar ayında AMEA-nın Fizika İnstitutunun direktoru Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini Cavad Abdinov vəzifələrindən azad ediliblər. Habelə Zoologiya İnstitutunun direktoru Elman Yusifov və Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən uzaqlaşdırılanlar arasındadır. Azad olunan şəxslərin yerinə isə Ramiz Mehdiyevə sadiqliyi ilə tanınan şəxslər təyin olunub.

Mehdiyevin AMEA-da bu cür “təmizlik” aparmasının səbəbləri isə şübhəlidir. Əsas maraqlı məqam isə Ramiz Mehdiyevin özünün məlumatı daxilində seçkilər vasitəsilə seçilən institut rəhbərlərinə qarşı indi özünün etimadsızlıq göstərib, onları vəzifədən uzaqlaşdırmasıdır.

Akademiyanı siyasiləşdirmək cəhdləri

Ramiz Mehdiyevin açıqlamasından məlum olur ki, o institut rəhbərlərinin fəaliyyətindən razı deyil. Lakin bu narazılıq heç də onların elmi fəaliyyəti ilə bağlı deyil. Akademik Mehdiyev nə üçünsə AMEA-da son illərin ən böyük elmi kəşfinin yeni “xiyar sortları yaratmaq” olduğuna heç vaxt toxunmur. Ancaq institut direktorlarını onun sözünü dinləmədiyi üçün onları cəzalandırır. O zaman sual yaranır ki, Ramiz Mehdiyevin hansı planları institut rəhbərləri tərəfindən xoş qarşılanmır?

Bu sualımızın cavabını Ramiz Mehdiyevin AMEA-nın rəsmi saytını özünün siyasi açıqlamaları üçün bir platformaya çevirməsində tapırıq. Hələ pandemiyanın qızğın dövründə nəvəsinə toy mərasimi keçirdiyi üçün tənqid olunan akademik, AMEA-nın rəsmi saytında baş verənlərlə bağlı rəsmi açıqlama vermək ehtiyacı hiss etmişdi. Bu elmlə məşğul olduğu iddia edilən bir qurumun Ramiz Mehdiyevin şəxsi ambisiyaları üçün istifadə edilməsi ilə bağlı ilk hal deyildi.

Göründüyü kimi, Ramiz Mehdiyev fəal siyasətdən uzaqlaşdırılmasını qəbul etmir və hər vəcdlə olursa olsun proseslərə qayıtmağı hədəfləyir. Lakin Ramiz Mehdiyevin əlində böyük siyasətə qayıtmaq üçün yeganə resursu elm ocağı hesab olunan AMEA-dır.

Ramiz Mehdiyev AMEA-nı siyasiləşdirməklə siyasi revanşa nail olacağını düşünür.

Nöqtələri birləşdirdiyimizdə AMEA-dakı qarışıqlıq və fikri ayrılığının əsas səbəbinin də Mehdiyevin məhz bu planı olduğu aydınlaşır. Ağlı “Sovetin vaxtı”-na gedən Mehdiyevin elm ocağını siyasiləşdirmək istəyi və AMEA-nın siyasi proseslərə daxil olmasını istəməyən institut direktorları ilə mübarizəsi məhz bu rakursdan daha da mənalı görünür.

AMEA “vurulmuş məmurlar”ın yeni evi

Lakin Ramiz Mehdiyevin yeni planı təkcə AMEA-da önəmli vəzifə tutan və onun sözünü dinləməyən şəxslərin uzaqlaşdırılması ilə son çatmır. Qoca akademik özü kimi narazı keçmiş məmurları da ətrafına toplamağı və münasib vaxtda revanş üçün hücuma keçməyi hədəfləyir.

Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsinə təyinatından sonra sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova yüksək vəzifəyə gətirib. Əli Abbasovu AMEA-da işlə təmin etmək məqsədi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru Əminağa Sadıqovu öz vəzifəsindən uşaqlaşdırdı. Buna səbəb isə Sadıqovun Ramiz Mehdiyevin “islahatçı” dəstəsinin fikirlərini dəstəkləməməsi idi.

AMEA prezidentinin vəzifəyə gətirdiyi şəxslərdən biri də Ziya Məmmədovun qardaşı Elton Məmmədov idi. Ramiz Mehdiyevin ilk təyinatlarından olan Elton Məmmədov 2019-cu ildə "Yüksək Texnologiyalar Parkı"-nın direktoru daha sonra isə bu vəzifədən uzaqlaşdırılaraq işlər müdiri vəzifəsinə təyin olunub. Qısa vaxt ərzində vəzifəyə gətirilib-çıxarılan Elton Məmmədovla Ramiz Mehdiyevin anlaşa bilmədiyi də məlumdur.

AMEA-da boş qalan vəzifələri daha hansı keçmiş məmurların dəvət olunacağı, “xırda adamların” vəzifəyə gətirilməsi üçün hansı yerlərin boşaldılacağı isə hələlik bəlli deyil.

Məlumdur ki, uzun illər boyu AMEA Ramiz Mehdiyevin kurasiyasında olan təşkilat olub və AMEA-nın hazırkı bərbad elmi durumu onun əməyinin məhsuludur. Hazırda elmdən başqa hər şeyin müzakirə edildiyi AMEA-nın Ramiz Mehdiyevin “siyasiləşdirmə kampaniyası” çərçivəsində nəyə təkamül edəcəyi isə sual altındadır. Qoca Akademikin unutduğu əsas məqam isə AMEA-nın bu günki vəziyyətidir. Azərbaycanda AMEA-ya sadəcə elm qurumu kimi belə ehtiyac olmadığı halda, onu siyasi partiyaya çevirməyin adı nədir? /mənbə - Bizim.Media/

Demokratik.Az onu da xatırladır ki, dekabrın 20-də Azərbaycan Elmlər Akademiyasının (AMEA) kitabxanasında “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa keçirilib. Rusiyanın “Şimal - Cənub Politologiya Mərkəzi” və “Baku Network” Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyadan olan ekspertlərlə yanaşı Azərbaycandan da bir sıra tanınmış şəxslər - deputatlar, diplomatlar, ekspertlər və media nümayəndələri iştirak ediblər. Bəzi yerli saytlarda sözügedən toplantında səslənən fikirlər “diplomatik qalmaqal” kimi təqdim edilib.

Məlumata görə, tədbirdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri korlamağa hesablanmış bir sıra fikirlər səsləndirilib. Türkiyə ilə münasibətlərimizi korlamağa hesablanmış əsas çıxışa gəlincə, bildirilir ki, beynəlxalq forumda rusdilli zümrənin diplomatı kimi tanınan Pərvin Mirzəzadənin digər ekspert və ictimai fəallardan, hətta Rusiya nümayəndələrindən də qabağa gedərək bir sıra qalmaqal yaradan bəyanatlar səsləndirməsi diqqətdən yayınmayıb.(Ovqat.az). İddialara görə, xüsusi tapşırıqlar üzrə səfir Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını dəstəkləyərək bildirib: “Biz Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçuş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”.
Bu kimi açıq informasiyalarla Ramiz Mehdiyevin hələ də siyasi fəaliyyətlərə köklənməsi, diqtəedici faydasız vərdişlərindən əl çəkməməsi acı reallıqdır. Ramiz Mehdiyev Rusiyapərəst mövqeyini bugün də saxlamaqla, AMEA-nın fəaliyyətini tormozlamaqla məşğuldur.//Demokratik.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmir sakini dayısını güllələyib - TƏFƏRRÜAT
Kürdəmir sakini dayısını güllələyib.

Daxili İşlər Nazirliyindən DİA.AZ-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən F.Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi götürülüb.

F.Cəbraylov xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İraq Türkiyədən 8 "Bayraktar TB2S" alır
İraq noyabr ayında Türkiyə ilə səkkiz "Bayraktar TB2S" Pilotsuz Uçuş Aparatının (PUA) alınmasına dair müqavilə imzalayıb. Zamantv.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi saytları məlumat yayıb.
Bildirilir ki, rəsmi müqavilənin imzalanması ikitərəfli görüşlərin və danışıqların bir neçə raundunun yekunlarına əsasən baş tutub.

- İraqın müdafiə naziri Cuma İnad Sadun əl-Cəburi avqust ayında İstanbulda keçirilən "IDEF-2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edərkən burada Türkiyənin müdafiə naziri Hulusi Akarla danışıqlar aparıb. Görüş zamanı nazirlər əsasən regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Həmin ayın sonunda İraqın müdafiə naziri ölkənin özəl televiziya kanalı “Əl Şərqiyyə”də Türk Aerokosmik Sənayesindən "Bayraktar TB2S", eləcə də 12 "T-129B ATAK" hücum helikopterinin alınması ilə bağlı razılaşma əldə edildiyini söylədi.

Yeni PUA-ların operatorları, çox güman ki, İraq Quru Qoşunlarının ordu aviasiyasının komandanlığından olacaq. Qeyd edək ki, "Bayraktar"ın "TB2S" versiyası peyk rabitəsində istifadə edilən SATCOM antenasını yerləşdirmək üçün bir qədər dəyişdirilmiş dizayna malikdir. Bu isə, PUA-nın daha geniş ərazidə və daha geniş diapazonda işləməsinə imkan verir-,məqalədə yazılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Krım Rusiyanın tərkibinə qatılmasaydı... - Şoyqudan ilginc İDDİA
gər 2014-cü ildə Krım Rusiyanın tərkibinə qatılmasaydı, ora Ukrayna faşistləri soxulacaqdı.

Zamantv.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Allaha şükür ki, 2014-cü ildə prezidentimizin rəhbərliyi altında Krımda sülhü qoruya bildik”, - Şoyqu bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Moskvada görüşəcək
“Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada baş tutacaq”.

Zamantv.az APA-ya istinadən, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Xatırladaq ki, Türkiyədən xüsusi nümayəndə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistandan isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arzu Rəhimovun işçisndən yenə şikayət var.
Zamantv.az : - Ucar rayonu Təzə Şilyan kənd sakini Abdullayev Mirdamət Balakişi oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətdə narazı vətəndaş yazır:

"Azərbaycan Respublikasınının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlət idarəsini şəxsi ofisi döndərib.
Belə ki, 2002-ci il tarixdə anadan olmuş oğlum Rüstəm Abdullayev ciddi xəstədir o ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir.Buna baxmayaraq istənilən pulu verə bilmədiyim üçün Ucar rayon hərbi komissarı Ceyhun Əliyev qanunsuz olarq onu hərbi xidmətə aparmaq istəyir.
Oğlum Rüstəmi 1 il əvvəl həqiqi hərbi xidmətə aparmadılar xəstəliyinə görə möhlət hüququ verildi.Bu müddət ərzində o müayinə və müalicələr alsada sağalmadı. Hətda müalicə həkimi bildirir ki, Rüstəm ciddi xəstədir ürək xəstəliyinə görə ona hərbi xidmət keçmək olmaz.
Ancaq buna baxmayarq Ucar rayon hərbi komissarı Ceyhun Əliyev xəstə oğlumu qanunsuz olaraq hərbi xidmətə aparmaq istəyir.Artıq Rüstəmə çağırş vərəqidə verilib ki, 05 yanvar 2022-ci il tarixdə hərbi komissarlıqda olsun.
Qeyd edim ki, Ceyhun Əliyev Ucar rayon hərbi komissarlığına rəis vəzifəsinə təyin olunandan sonra orada rüşvət tüğyan edir.Sağlam insanlar rüşvət müqabilində hərbidən yayındırılır, mənim kimi pulu olmayanların xəstə övladları onların əvəzinə hərbi xidmətə zorla qanunsuz aparılır.Həttda təkrar tibbi müayindən keçmək üçün vətəndaşlardan 500 manat rüşvət alınır, ölkədən xaricə olanlar qanunsuz olaraq saxtakarlıq yolu ilə müayinədən keçirilirlər.Bu saxtakarlığı isə hərbi komissar Ceyhun Əliyev 2000 manat rüşvət alıb edir.Bu korrupsiya cinayətini isə aşkar etmək sadə və çox asandır.
Bizim dövlətə sağlam əsgər , Ceyhun Əliyevə isə pul lazımdır.Mənim oğlum Rüstəm xəstə olduğu üçün orduya yaramadığı kimi, Ceyhun Əliyev isə korrupsiyaya qurşandığı üçün rəhbər vəzifəyə yaramır.
Mənim oğlum Rüstəm əgər hərbi xidmətə aparılacaqsa o sağ qalmayacaq hər an ölə bilər.Buna görə mənim oğlum Rüstəmə həqiqi hərbi xidmətə aparılmasından möhlət verilməlidir ki, müalicə olunsun.
Hörmətli Prezident, hörmətli Arzu Rəhimov, xahiş edirəm istədiyi pulu verə bilmədiyim üçün xəstə övladımı zorla qanunsuz hərbi xidmətə aparmaq istəyən Ucar rayon hərbi komissarı Ceyhun Əliyevin barəsidnə ciddi tədbirlər görəsiniz və xəstə oğlumun hərbi xidmətə aparılmasına möhlət hüququ verəsiniz ki, müalicə olunsun".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri idnləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda SULAR NECƏ BULANIR... - İLGİNC FAKTLAR
- Naxçıvan Muxtar Respublika DİN-də baş verən özbaşınalıqlarla bağlı ardıcıl yazılarımız dərc olunduqdan sonra bəzi rəsmi şəxslərin “qeyri-rəsmi məsləhətlərini” nəzərə alıb bu kimi məsələlərə həssas yanaşmağa çalışsaq da, bölgədən redaksiyamıza axışan məktubların ardı-arası kəsilmir. Hiss olunur ki, araşdırmalarımıza son ümid yeri kimi baxan Naxçıvan sakinləri bizim vasitəmizlə öz dərdlərini mərkəzi hakimiyyətə çatdırmaq istəyirlər. Biz də Əmir Teymurun dövlət rəhbərlərinə “İnsanları qorxu ilə ümid arasında yaşat. Ümidi hər yerdən üzülən toplumlar məhv olmağa məhkumdur” tövsiyələrini nəzərə alıb xeyli götür-qoydan sonra vətəndaşlarımızın istəyinin həyata keçirilməsini dövlətçiliyimizin davamlılığı baxımından yararlı sayırıq və onları işıqlandırmağa qərar verdik.

Ovqat.com-a Naxçıvan DİN-nin bir qrup əməkdaşı tərəfindən göndərilən məktubda deyilir:

“Salam, Heydər məllim, Sizi Naxcivandan narahat edirik. Biz Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşlarıyıq.

Polis Akademiyasını bitirən polis zabitləri Naxçıvan Muxtar Respublikasına göndəriləndən sonra MR DİN rəhbərliyi tərəfindən yaşayış yerlərindən kənara təyin edilirlər. Akademiya məzunlarinin əksəriyyəti “uçaskovu” vəzifəsinə işə götürülürlər. Həmin əməkdaşlar mənzil və ya kirayə pulu ilə təmin olunmurlar. Kirayə pulu tələb edikləri zaman isə polis zabitlərinə deyirlər ki, bura ilk xidmət yeriniz olduğundan sizə kirayə pulu düşmür. Axı harda görülüb ki, yaşayış yerindən 70-80 km uzaqda xidmət edəsən və kirayə pulu almayasan?

Əlavə olaraq , bizə verilən 240 manatlıq yanacaq pulu da kəsilib. Yanacaq əsasən talon formasında polis orqaninin rəis, rəis müavini və xidmət rəislərinə verilir. Məsələn; yanacagin verilməsinə dair qeydiyyat jurnalında 3 ton yanacağa imza atılır, lakin onun 1 tonu polis orqanlarına göndərilir. Geriyə qalan yanacagin hara getdiyi məlum deyil.

Muxtar respublikada istintaq sahəsindəki vəzifələrə əsasən savadsız kadrlar təyin olunurlar. Hansi ki, həmin şəxslər ilk təhsillərini Naxçıvan Dövlət Universitetinin aidiyyəti olmayan fakültələrində alıblar. Kimlərinsə adamı olduqlarına görə ikinci təhsil adı ilə 10 min manata Naxçıvan Dövlət universitetinin hüquq fakultəsini qiyabi bitiriblər. Akademiya məzunları özlərini istintaq sahələrindəki vəzifələrə təyin olunmasını tələb etdikdə isə onlara eyni cavab verilir: sizin bu sahəyə savadınız çatmır!

Müqayisə üçün qeyd edək ki, sahə inspektorunun aylıq maaşı 620 manat, mustəntiqin aylıq maaşı isə 1300-1500 manat intervalındadır. Əmək haqqına diqqət yetirəndə akademiya məzunlarının bu vəzifələrə niyə təyin olunmadıqlarının əsl səbəbi ortaya çıxır”.

Məktub müəlliflərinin iddialarına görə, Muxtar Respublikanın polis orqanlarındakı bu arzuolunmaz vəziyyət cinayətkarlığa qarşı mübarizə imkanlarını da xeyli azaldır:

“Bu gün Naxçıvan MR DİN-də istintaq sahəsində çalışanların əksəriyyəti kimlərinsə qohumu və ya tanıdıqlarıdır. Naxçıvanın polis orqanlarında müstəntiq vəzifəsində işləyənlər yaxın tanışlar olduğundan MR rəhbərliyi bilir ki, törədəcəkləri cinayət işi bağlı qalacaq”.

Redaksiyamıza göndərilən digər məktub Muxtar Respublika rəhbərliyinin yeni nazir təyin etmək barədə düşündüyü Rəşad İsmayılovun keçmişi ilə bağlıdır. Məktubda bildirilir ki, Rəşad İsmayılov Naxçıvan Hərbi Prokuroru general-mayor Yaşar Həsənovun əlaltılarındandır və uzun müddət bu adamın yanında işləyib. Ötən il nazir Fazil Ələkbərovun taxtının laxlaması ortaya çıxan kimi, MR DİN-ə nazir müavini göndərilən əlaltısı vasitəsilə polis orqanını da ələ keçirmək imkanı qazanan Naxçıvan Hərbi prokuroru Yaşar Həsənovun həm hərbi, həm də mülki hüquq strukturlarında öz mövqeyini gücləndirməyə çalışdığı iddia olunur. İddialara görə, onların arxasında isə Vasif Talıbovun qardaşı Məhərrəm müəllim dayanır. Doğrudan da hərbi ədliyyə strukturunda yetişmiş birinin anidən Daxili işlər orqanlarına sıçrayış etməsi deyəsən yalnız Naxçıvan MR-də görünən nadir hadisələrdəndir.

Bəs, Yaşar Həsənov kimdir və niyə bu qədər təhlükəli şəxs hesab olunur?

Gəlin, bu suala cavabı redaksiyamıza göndərilən məktubun sətir aralarında axtaraq:

“Azərbaycan ictimaiyyəti Naxçıvanın hərbi prokuroru Yaşar Həsənov barədə ilk məlumatı 2018-ci ilin mart ayında Fransanın Tuluza bölgəsində baş verən bir qalmaqallı sui-qəsd hadisəsi zamanı eşitdi. Məlumata görə, Fransanın Colomie şəhərində “Audi” markalı avtomobildən düşən bir şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub hadisə yerindən qaçır. Güllələnən R.Namazov və həyat yoldaşı xəstəxanaya yerləşdirilir. Namazovun həyat yoldaşını xilas etmək mümkün olmur.


Araşdırma zamanı məlum olmuşdu ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluq hadisəsinə görə 1 il icbari həbs cəzası alıb.

Daha sonra Rahim Namazovun özü barədə hazırladığı video-çıxışı yayılır. Video çıxışda bildirilir ki, Rahim Tofiq oğlu Namazov 1978-ci ildə Şəkidə ziyalı ailəsində anadan olub. 2005 –ci ilin iyul ayında ali təhsilli kimi hərbi xidmətə çağırılıb. 2005 –ci ilin avqust ayının sonlarında Kərəm Mustafayevin şəxsi sürücüsü gəlib Rahim Namazovu N saylı hərbi hissədən korpusa aparıb. O, burada korpus komandiri və hərbi prokuror Yaşar Həsənovla görüşür. Onlar R.Namazovdan necə sürücü olduğunu soruşurlar. Daha sonra R.Namazov korpusun geniş meydançasında hərbi prokurora məxsus ağ “Niva”nı xeyli sürür. Nəticə etibarı ilə R.Namazovun sürücülüyü bəyənilir.

Rahim Namazov sürücü kimi xidmət etdiyi dövrdə kimsəyə görməyi arzulamadığı bir çox dəhşətli olayların şahidi olur və özü üçün bunu gündəliyinə qeyd edir: “Demək olar ki, hər gün ən azı iki hərbi hissəyə hadisə dalınca gedirlər. Hər gün hadisə olurdu - əsgər yoldaşını güllələyirdi, zabit əsgərini və s. Xidmətə başladığı dövrdən gündəlik yazır və orada intiharları qeyd edirdi. Xüsusilə intihar edənlər arasında bəzən xidmət müddətləri başa çatmış, ancaq qanunsuz yolla məcburi xidmətə davam edən gizirlərə və zabitlərə də rast gəlmək olurdu. Məsələn, Gəncədən Spartak adlı bir zabit var idi. Onun ölüm işini elə ört-basdır etdilər ki, yəqin hələ də açılmayıb. Orqan əməliyyatı ən çox Kəngərli rayonundakı hərbi hissələrin birinin tibb məntəqəsində aparılırdı. Hətta prokuror Yaşar Həsənov bir dəfə kefli olanda Rahim Namazova bu sözləri deyib:
- Ay Namazov, bu gecə yenə yuxumu qatmışam.
- Niyə, komandir?
- Ötən gecə filan hərbi hissədə intihar etmiş əsgər yuxuma girmişdi. Məndən böyrəklərini istəyirdi.
Düzü, mən bunu eşidəndə şoka düşdüm. Sonra qayıdıb mənə dedi ki, “köpəyoğlu, elə bil iy bilir, böyrəkləri məndədir”.

Mənbə: http://profliqa.blogspot.com/2012/08/kopyoglu-el-bil-iy-bilir-boyrklri-mnddir.html?m=1

Gündəlik gördüklərini dəftərinə yazması Rahim Namazova xidmətinin sonrakı aylarında problem yaradır: “Gündəliyi ələ keçirən hərbi prokuror öncə korpus komandirinə, daha sonra isə Ali Məclisin sədri Vasif Talıbova məruzə edir. Araşdırma aparmazdan öncə Rahim Namzova 10 sutka həbs verirlər. Daha sonra Rahim Namazovu Ordubaddakı ağır şəraiti olan postlardan birinə yollayırlar. 2006-cı il, may ayının 4-də Culfada yerləşən hərbi hissənin akt zalında qondarma məhkəmə təşkil edərək əvvəldən qorxudulmuş və öyrədilmiş əsgər və zabitləri Rahim Namazova qarşı qoyurlar. R.Namazov 1 il 5 ay 17 gün həbs cəzası alır. Cəzanın 9 ayını çəkəndən sonra Bakıdakı 16 saylı həbsxanadan azadlığa buraxılır”.

Rahim Namazov iddia edirdi ki, Naxçıvanda bir neçə ildə dünyasını dəyişmiş hər hansı bir hərbçinin qəbri açılıb ekspertiza baxışı keçirilsə, hələ çox şeyin şahidi olarıq.

Rahim Namazov 2010-cu ildə ailəsi ilə birlikdə Fransanın Tuluza şəhərinə köçür. 30.03.2018-ci ildə Colomie şəhərində güllələnir.

Bəs həmin dövrdə Naxçıvan Hərbi Prokurorluğunda çalışan, indi isə Naxçıvan DİN-in müavini olan Rəşad İsmayılovun bu insan alveri cinayətlərindən xəbəri var idimi? Güman edirik ki, Rəşad müəllimin bundan məlumatsız olması qeyri-mümkündür. Bəs Rəşad İsmayılovu Naxçıvan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsini ləğv etməsinə nə vadar etdi? Bu barədə gələn yazılarımızda ətraflı məlumat veriləcək”, - Ovqat.com-a göndərilən məktubda belə deyilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO