[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kənd təsərrüfatı ixtisaslarına yüksək balla qəbul olanlara əlavə təqaüd veriləcək













Kənd təsərrüfatı ixtisaslarına yüksək balla qəbul olanlara əlavə təqaüd veriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda deyilir.

Məlumata əsasən, Prezident İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcək.

Aqraryönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.

Bundan əlavə, uni­versitet abituriyentlərə yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana da vəd edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərov təcili Zaqatalaya gedib













Zaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərov əraziyə gedib. Nazirlə bərabər Zaqatalaya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli və əməkdaşları da yollanıb.

” ZamanTv.az ” Real TV-yə istinadən xəbər verir ki, Qurban Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib. Zaqatala İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus tikililərdə və yaşayış evlərinin divarlarında çatlar əmələ gəlib. Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.

***

“ ZamanTv.az ” xəbər verir ki, hazırda rayonda baş vermiş zəlzələ ilə fövqəladə iclas keçirilir.

İclasa rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov rəhbərlik edir. Toplantıda zəlzələ nəticəsində rayona dəymiş ziyanının həcmi barədə müzakirələr aparılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Seysmoloji Mərkəz: Zəlzələ güclü olduğundan avterşoklar davam edəcək













Zaqatalada baş verən zəlzələdən sonra indiyədək 7 avterşok qeydə alınıb”.
Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.
Xatırladaq ki, 2012-ci ildə Zaqatalada güclü zəlzələ baş verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
O, çətin vaxtlarda həmişə göydən gəlirdi… – Alqış Musayev













Heydər Əliyev Allahın Azərbaycana lütfüdür” deyənlər haqlıdır.

Qədirşünas əksəriyyət belə düşünür.

Bu, emosiyalardan irəli gələn bir deyim, adi bəlağət, obrazlı ifadə deyil.

İlahi yozumu, sosial-siyasi bəraəti olan səlis bir məntiqdir.

Və qeyd-şərtsiz bu məntiqin arxasında milli mücadilə tariximizin həlledici kəsimi – Heydər Əliyevin bioqrafiyası dayanır.

Təsadüfi deyil ki, Azçərbaycan xalqının təsəvvüründə və inancında, sanki Heydər Əliyev Azərbaycandan ayrılıb heç vaxt heç yerə getməyib.

Və O, heç yerə getmir.

Xalqın düşüncə fazasında (və orbitində) O, yalnız həmişə haradansa qayıdır, haradansa gəlir.

Moskvadan Bakıya gəlir…

Naxçıvana gəlir…

Naxçıvandan Bakıya gəlir…

14659645051852428533_1000x669

Həmişə də eyni qalib görkəmdə və statusda: lider kimi, xilaskar kimi, qurtuluşçu kimi …

Həmişə də dar macalda, xalqının çətin və ağır günlərində.

Və həmişə də təyyarə ilə… göydən gəlir…

Onun 1969-cu ildə MK-nın birinci katibi seçilməsini də xalq özünəməxsusluqla qavrayır.

Ona həvalə olunan vəzifəni təyinat yox, Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi, milli liderin təqdimatı kimi dərk edir və dəyərləndirir. Və yanılmır.

Heydər Əliyev gəlir və sovet liderləri haqqında formalaşmış bütün streotipləri alt-üst edır.

Liderlik anlayışına milli məzmun gətirir…

1990-cı il iyulun 20-də Moskvadan Bakıya gəlir.

Başı və vicdanı ləkəli Qorbaçov hakimiyyətinin repressiyalarına, yaratdığı süni əngəllərə baxmayaraq.

Bakıdan Naxçıvana gəir…

Naxçıvanı xilas edir.

Naxçıvan Azərbaycanın xilaskarını qoruyur.

Onun Bakıya labüd qayıdışının qarşısını almaq üçün nələr, nələr edilmir.

Hətta Naxçıvanın statusunu ləğv etmək istəyənlər də tapılır.

Heç nə işə yaramır…

25 il əvvəl Onu Naxçıvandan Bakıya gətirmək üçün təyyarənı kim göndərmişdi?

Tarixin hökmü, prezidentin qərarı, yoxsa Allahın işiydi?…

Müzakirə açmağın yeri yox.

1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəlir.

Yenə həmişəki kim təyyərə ilə və göydən…

Onilliklərin, yüzilliklərin sınağından çıxmış prinsiplər, normalar var.

Xalq o şəxsə ikinci dəfə inanir ki, o, bir dəfə onun ümidlərini doğruldub.

Onda xalq təkcə Naxçıvan Ali Məclisinin sədrini yox, həm də 70-ci illərdən tanıdığı və güvəndiyi, əfsanəvi və əfsanəvi olduğu qədər də gerçək Heydər Əliyevi hakimiyyətə dəvət edirdi.

Soyuducular zavodunun direktorunu (Ölkənin 1-ci postunda da Mütəllibov mahiyyətcə zavod direktoru olaraq qalırdı) hakimiyyətdən devirən əski əlyazmalar mütəxəssisi, şərqşünaş müəllim özü də bir zavod direktorunun qarşısında aciz qalmışdı.

Yun zavodunun direktoru Hüseynov hakimiyyəti yun kimi daraqdan keçirib, əlçim-əlçim yelə verirdi.

Hakimiyyət təyinatı üzrə yönlənmirsə (topundan-tüfəngindən, ordusundan, polisindən asılı omayaraq) gec-tez çıxılmaza dirənir.

1982-ci ildən sonra naşı və yad əllərə düşmüş hakimiyyəti öz Sahibinə qaytarmağın zamanı yetişmişdi…

Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı siyasətçilər üçün unikal dərslik vəsaitidir.

Öyrənmək və nəticə çıxarmaq gərək.

İndiki müxaliflər hakimiyyəti 1993-cü ildə Heydər Əliyevə necə və hansı halda təhvil verdiklərini unudublarmı?

Yeni texnologiyalar sənayeçilərə məişət tullantılarını təkrar emala cəlb etmək imkanı verir.

Bəs siyasətdə necə? Alınarmı?

Çıxdaş liderlərin yenidən siyasi dövriyyəyə daxil edilməsi mümkünmü?

Hibrid üsullar aranır, fəndlər axtarılır.

İnandırıcı görünmür.

Xalq ona bir dəfə siyasi böhran, tragik məqamlar yaşatmış adamları niyə yenidən başına çıxarmağı xəyal etsin ki…

Xalq – damdan yıxılmayıb!

Onun yaddaşı yerindədir…

Xalqın yaddaşında Heydər Əliyevin daha bir möhtəşəm gəlişi var:

2013-cü ilin dekabrında O, Klivlenddən Bakıya qayıdırdı…

Əbədiyyətə qovuşmaq üçün.

Xalq, yenə onu həmişəki kimi ayaq üstdə, fəxarətlə, sayğı duruşu ilə qarşılayırdı.

Milli birliyin və diriliyin simvolu kimi.

Bu da onun sonuncu qayıdışı deyildi…

Zaman-zaman Əliyev fenomeninin silsilə qayıdışları gerçəkləşir və gerçəkləşəcək.

İşiqlı, canlı xatirələrlə, ustad dərsləriylə, sadiq və səmimi silahdaşları ilə.

İlham Əliyevin timsalında yenidən qayıtdığı kimi.

Dostlarımızdan biri, millət vəkili Zahid Oruc İham Əliyevi 56 yaşlı Heydər Əliyevə bənzədir.

Məncə, İlham Əliyev özünün siyasi təmkini və mükəmməl ədəb-ərkanı ilə daha çox 95 yaşlı müdrik və ağsaqqal Heydər Əliyevə oxşayır…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anar Məmmədov Londondan qaçmağa məcbur qala bilər














Britaniya hökuməti çirkli pullarla mübarizə tədbirlərini daha da sərtləşdirdi; sabiq nazir oğlunun son aylar Türkiyədə peyda olması bu xəbərlər fonunda maraq doğurur
Xəbər verildiyi kimi, Britaniya hökuməti son günlər “çirkli pullarla” mübarizə tədbirlərini daha da sərtləşdirib. Böyük Britaniya hökuməti hələ ötən ilin aprel ayında korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaratmaq qərarı vermişdi. İndi isə Cinayətkarlıqla Milli Mübarizə Agentliyinə verilən yeni səlahiyyətlər bu ölkəyə gəlmiş istənilən şübhəli aktivləri təftiş etməyə imkan verir.

Mənşəyi bəlli olmayan mülk haqqında qanun bu ilin yanvar ayında qəbul edilib. Qanun şübhəli bilinən şəxslərdən aktivlərinin mənşəyini qeyd etməsini tələb edir. Həmçinin bu ölkəyə 50 min funt sterlinqdən artıq sərmayə qoyanlar onun mənbəyini göstərməlidirlər.

Agentlik qısa müddətdə 140-dək mənbəyi göstərilməyən vəsaitin dondurulmasına nail olub. Həmin şəxslərin böyük əksəriyyəti Rusiya ilə əlaqəli şəxslər olduğu bildirilir. Məlumdur ki, Solsberidə sabiq rus kəşfiyyatçısı Skripalın və qızının zəhərlənməsindən sonra xüsusilə Rusiyada olan oliqarxlara qarşı maliyyə yoxlamalara başlamışdı. Britaniyanın kəşfiyyat idarəsinin əməkdaşları həmçinin viza ilə Birləşmiş Krallıqda məskunlaşan zənginlərin siyahısını nəzərdən keçirir və bu vizaların “düzgün yolla” alınıb-alınmamasını yoxlayırlar.

Rus oliqarxlardan biri isə deyib ki, indi Böyük Britaniyada məskunlaşmış təkcə rusları deyil, hamını yoxlayırlar.

Adları Azərbaycanda korrupsiyada hallandırılan bəzi azərbaycanlı oliqarxların Londonda dəyəri milyonlarla ölçülən malikanələrinin olması sirr deyil. Hələ bir neçə il öncə “The Telegraph” qəzeti Londonda daşınmaz əmlak alan keçmiş sovet ölkələri vətəndaşları arasında Azərbaycandan olanların olduğunu yazmışdı. Bildirilirdi ki, Gürcüstan, Qazaxıstan zənginləri ilə yanaşı azərbaycanlılar da Londonda daşınmaz əmlaka milyardlarla dollar pul xərcləyirlər.

Londonu “çirkli pulların yuyulması” və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlərin Azərbaycan oliqarxları ilə sıx işlədiyi də yeni bilgi deyil. Həmçinin bu istiqamətdə digər beynəlxalq hesabatlarda Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudovun oğlu Anar Mahmudovun, Beynəlxalq Bankın həbs olunmuş keçmiş rəhbəri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyevanın da adı vardı.

Ötən il sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur. Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır. Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər isə nə təsdiqlənir, nə təkzib edilir.
Baş nazirin keçmiş müavini İsmət Abbasovun da oğlu üçün Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə aldığı barədə dəfələrlə xəbərlər yayılıb. Bildirilir ki, bu mülk üçün 1,4 milyon funt-sterlinq ödənib.

Londonda yaşayanların korrupsiya pulları ilə alınan əmlaklarını necə xilas edəcəkləri maraq doğurur. Anar Məmmədovun son aylar Türkiyədə peyda olması bu xəbərlər fonunda maraq doğurur. Əcəba, Anar Məmmədovu və digər korrupsiya pulu ilə varlanmış sabiqlərin övladlarını Londondan qovurlarmı?

“YM”


Anar Məmmədov Londondan qaçmağa məcbur qala bilər

Anar Məmmədov Londondan qaçmağa məcbur qala bilər


Anar Məmmədov Londondan qaçmağa məcbur qala bilər
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anusundan 30 sm-lik badımcan çıxdı – Xəstənin cavabı həkimləri şok etdi (FOTO)













Çində son illərin ən heyrətamiz tibbi hadisəsi baş verib. Qarın ağrısı və ürək bulanması şikayəti ilə xəstəxanaya müraciət edən adam həkimləri çaşqına çevirib. 50 yaşlı adamın anusundan 30 santimetrelik badımcan çıxarılıb.
Moderator.az xəbər verir ki, aparılan araşdırmalar və rentgen nəticələrinə baxaraq adama sual verən həkimlər aldıqları cavabdan sonra şok yaşayıblar. Ağrı içində sıxılan adam həzm və ifrazat problemini ortadan qaldırmaq üçün anusuna badımcan qoyduğunu və bu müalicə üsulunu böyüklərindən öyrəndiyini deyib.
Qeyd edək ki, aparılan əməliyyatdan sonra adamın sağlamlıq vəziyyətinin yaxşılaşdığı açıqlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi – VƏZİYYƏT GƏRGİNLƏŞDİ













Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasına dair nota göndərib.
Bu barədə çərşənbə axşamı Gürcüstan XİN-i məlumat yayıb. İdarənin bəyanatında bildirilir ki, “1 iyun 2018-ci tarixində Gürcüstan Xarici İşlər Nazirliyinin Suriya ilə diplomatik münasibətlərin dayandırılmasına dair rəsmi notası ərəb ölkəsinin BMT və Misirdəki diplomatik nümayəndəliyinə göndərilib”.
Gürcüstanın BMT yanındakı daimi nümayəndəsi də təşkilatın baş katibini iki ölkə arasında diplomatik əlaqələrin dayandırıldığı barədə məlumatlandırıb.
Sənəddə bildirilir ki, Suriya rejimi 29 may 2018-ci il tarixində qanunsuz qərar qəbul edib və Rusiya Federasiyasının təzyiqi altında beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymayaraq qondarma Suxumi və Sxinvali rejimləri ilə diplomatik münasibətlər qurub”.
“Bununla əlaqədar olaraq, Gürcüstan tərəfi ölkə hökumətinin 31 may 2018-ci il tarixli qərarı əsasında “Gürcüstan Respublikası və Suriya Ərəb Respublikası arasında diplomatik münasibətlərə dair” sazişin fəaliyyətinə xitam verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda hava proqnozu elektron qaydada çatdırılacaq













Muxtar respublikada hava məlumatları və proqnozlar artıq avtomatlaşdırılmış üsulla elektron qaydada hazırlanacaq.
Azinforum.az-ın məlumatına görə, bunun üçün yerlərdə müasir texnologiyaların quraşdırılmasına başlanılıb. Yeni avadanlıq vasitəsilə 7 parametr üzrə məlumatlar veriləcək. Meteoroloji məlumatların kənd təsərrüfatı, fövqəladə hallar, meşə təsərrüfatı və digər sahələrdə çox böyük əhəmiyyəti var. Bu günə qədər məlumatlar ənənəvi üsullarla ictimaiyyətə və təşkilatlara çatdırılırdısa, bundan sonra muxtar respublikada fəaliyyət göstərən meteoroloji stansiyalardan avtomatlaşdırılmış şəkildə ötürüləcək.

Avtomatlaşdırılmış meteostansiyalar Finlandiyanın “Vaysala” şirkətinin istehsalıdır. Qurğu vasitəsilə hava haqqında məlumatlar birbaşa internetə ötürüləcək. Daim yenilənən məlumatları veb serverdən izləmək mümkündür. Avtomat meteostansiyaları ilk olaraqCulfa şəhərində quraşdırılıb. Naxçıvan şəhərində isə bu istiqamətdə iş davam etdirilir. Qurğular yaxın zamanda muxtar respublikanın rayonlarındakı digər stansiyalarda da quraşdırılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nəzakət Məmmədova: “Rusiya Ermənistana və Paşinyana münasibətini normal saxladığını göstərməyə çalışıb”













Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsindən doğan narazılıq Azərbaycanda davam edir. Əslində, bu məsələdə Rusiya tərəfi öz neytrallıq reputasiyasına ciddi zərbə vurmuş olub. Gərginliyə səbəb olan qısa xronologiyaya nəzər salaq.

Mətbuat konfransı ilə bağlı yayılmış videogörüntüdə Rusiyanın Xarici İşlər Nazirliyi rəsmisinin azərbaycanlı jurnalistin sualına konkret cavab verdiyi əksini tapıb. Kojin açıqca bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Rusiya XİN rəsmisinin bu fikri Ermənistanın baş nazirinin bir müddət öncə Xankəndidə səsləndirdiyi fikirlərə cavabdır. Azərbaycanlı jurnalist də sualını məhz bunu aydınlaşdırmaq məqsədilə verib. Sonradan Rusiyanın Xarici İşlər Nazirliyinin saytında Kojinin münasibəti fərqli şəkildə təqdim edilib. Ortada videomaterialın olmasına baxmayaraq, Rusiya XİN bu məsələdə açıqca ermənilərin mövqeyini dəstəkləmiş olub. Faktiki olaraq belə nəticəyə gəlinir ki, Kojinin açıqlamasında Paşinyanın danışıqların formatını dəyişməyə cəhdlə bağlı səsləndirdiyi fikirlər Rusiya XİN-in yekun mövqeyinə uyğun şəkildə “redaktə” edilib. Bu, Rusiyanın dolayısı ilə qondarma “DQR”in danışıqlar prosesində iştirakını istəməsi anlamına gələ bilərmi?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, adətən diplomatlar ictimai mühitdə bir fikir söyləyərkən onu mümkün qədər korrekt şəkildə ifadə etməyə çalışırlar: “Ona görə ki, bu sonradan qalmaqala və diplomatik-siyasi gərginliyə aparıb çıxarmasın. Bu, diplomat peşəsinin əsas xüsusiyyətlərindən biridir və bir çox ölkələrin xarici işlər nazirliklərinin təlimatlarında da öz əksini tapıb. Diplomatın geyimindən tutmuş, jestlərinə, mimikalarına, danışdığı hər bir sözə görə onun ölkəsinin siyasəti barədə mülahizələr yürütmək olar. Rusiya isə çoxəsrlik diplomatik ənənəsi olan ölkə kimi bu məqamlara həmişə xüsusi diqqət yetirib. Rusiyanın beynəlxalq uğurlarının arxasında hərbi qüdrəti qədər onun diplomatiya və kəşfiyyatının yüksək səviyyədə olması da rol oynayıb. Odur ki, yüksək çinli rus diplomatı üçün müttəfiq bir ölkənin baş naziri haqda bu fikirlərin səsləndirilməsi artıq Paşinyanın bu ölkənin siyasi elitasında arzuolunmaz şəxs olmasına, ona qarşı Qərbin hakimiyyətə gətirdiyi bir baş nazir kimi xoşagəlməz münasibətin formalaşmış olduğuna dəlalət edir.

Paşinyan bir çox məsələlərdə artıq Rusiyanın əksinə hərəkət etməyə başlayıb. Qarabağın erməni icmasının bu danışıqlarda tərəf kimi iştirakına çalışması isə Rusiya tərəfindən onun növbəti özbaşınalığı kimi qəbul edilir. Çünki bu format ATƏT tərəfindən konsensus prinsipi əsasında formalaşıb və bu günədək davam edir. ATƏT Rusiya və Avropa arasında münasibətlərin gərgin olmadığı, əksinə, daha çox razılaşmaların olduğu azsaylı təşkilatlardandır. ATƏT-in Minsk Qrupunun hazırkı tərkibi Rusiyanı qane edir və o bu formatda dəyişikliyə ehtiyac görmür. Belə bir zamanda Paşinyanın bu yersiz təklifi əlbəttə ki, qeyri-konstruktiv yanaşmadır və Rusiyanı narazı salan növbəti addımdır. Paşinyanın fəaliyyəti artıq Rusiyanı narazı salır və Rusiyanın yüksək çinli diplomatının onun bəyanatına münasibəti də bu nasazlığın təzahürüdür. Lakin hələ ki, Paşinyan və Rusiya açıq söz savaşına daxil olmayıblar və postsovet məkanında inqilab nəticəsində hakimiyyətə gələn digər liderlərdən, məsələn, Saakaşvilidən fərqli olaraq, Paşinyan sözdə də olsa, hələ ki, Rusiyaya qarşı aşkar bir bəyanat səsləndirməyib. Görünür, Rusiya da polemikanı birinci başlamaq istəmir. Daha təmkinli mövqe nümayiş etdirməyə çalışır. Odur ki, Kojinin fikirlərini saytda təhrif edərək yerləşdirib. Bununla həm öz diplomatının açıq şəkildə deyilməsi məqsədəuyğun olmayan fikirlərinə düzəliş edib, eyni zamanda hələ ki, Ermənistana və Paşinyana münasibətini normal saxladığını göstərməyə çalışıb. Prosedur belədir ki, mətbuat konfransında gedən fikirlər daha yuxarı instansiyalı rəhbərliyə məruzə edilir və onunla razılaşdırılaraq sayta yerləşdirilir. Xüsusilə mətbuat konfransının gedişatında diqqətçəkən, qeyri-adi, xüsusi maraq doğuran, sonradan müzakirəyə səbəb olacaq söz və ifadələr işlədilibsə, həmin məqamlara xüsusi diqqət yetirilir. Yuxarı rəhbərlik, bu, Lavrov da ola bilər, yaxud mətbuat departamentinin rəhbəri ilə razılaşdırılmaqla tədbirin stenoqramını və ya videoçəkilişdəki fikirləri lazım gəldikdə təhrif edərək saytda yerləşdirə bilər. Bu zaman dövlətin rəsmi mövqeyi əsas götürülür. Görünür, son hadisə ilə də bağlı vəziyyət elə bu cür olub”.

Məhəmmədəli QƏRİBLİ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Onlar edam olunmayacaq













Qaçaq yollarla Türkiyəyə gedən iki nəfər iranlı gəncin miqrasiya polisi tərəfindən tutularaq İrana deportasiya olunması hər iki ölkədə qalmaqala səbəb olub.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, gənclər İrana geri dönmək istəməyərək polisə yalan ifadə veriblər. Gənclərdən biri (oğlan) bildirib ki, onun bədənində döymələr olduğuna görə İranda onun qolunu kəsəcəklər. Digər gənc (qız) isə saçını boyadığına görə ölkəsində edam ediləcəyini vurğulayıb. Bu məlumat Türkiyə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və hər iki ölkədə birmənalı qarşılanmayıb.

Doğurdanmı İranda saçını boyayanlar və bədənində döyməsi olanlar cəzalandırılır?

“ZamanTv.az” xəbər verir ki, məsələ ilə bağlı Azərtac İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, İranın istər cinayət, istərsə də mülki prosessual məcəllələrində saç boyamaq və bədənə döymə etmək üçün cəza kəsilməsi nəzərdə tutulmayıb. Hətta dini qaydalara görə də hər iki hal haram hesab edilmir. İran İslam respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyinin döymə ilə əlaqədar fətvası da var. Bu fətvada deyilir ki, döymə insan dərisinin altında baş verən və insanın həyat fəaliyyətini tənzimləyən bioloji proseslərə yəni qan dövranına maneə törətmədiyi üçün haram sayılmır.

Bundan başqa İranda saçını boyayan və bədənində döyməsi olan kifayət qədər insan var. Bu insanlar sənət və idman aləminin tanınmış simalarıdır. Onlar İranda hər zaman ictimaiyyət qarşısında olurlar və saçlarının boyasını eləcədə döymələrini çəkinmədən nümayiş etdirirlər. Buna görə onlara heç bir irad tutulmur.

“Sözügedən gənclərə gəldikdə isə qeyd etmək lazımdır ki, qanunsuz yollarla qonşu ölkəyə gedənlər öz əməllərini gizlətmək üçün belə yalan ifadə veriblər.

Nəzərə çatdıraq ki, Türkiyədə sosial şəbəkələrdə bu gəncləri geri qaytarmağa çalışan miqrasiya polisi tənqid edilirdi. Şəbəkə istifadəçiləri gənclərin edam ediləcəyi təqdirdə onların geri qaytarılmasını qeyri insani hesab edərək polisdən tələb edirdilər ki, gənclər Türkiyədə qalsın. Əvvəla dövlətin qanunlarını şəbəkə istifadəçilərinin istəyi ilə pozmaq olmaz. Digər tərəfdən isə gənclər yalan məlumat veriblər. İranda heç kim saç boyamağa və döymə etməyə görə nəinki edam edilmir, ümumiyyətlə cəzalandırılmır”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO