[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycanla müəyyən razılığa gəlmişik” – Aİ nümayəndəsi













Azərbaycanla tərəfdaşlıq prioritetlərinə dair müəyyən razılığa gəlmişik”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib ki, yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin rəyini nəzərdən keçirəcəklər: “Mənim gözləntim odur ki, biz bu prosesi tezliklə yekunlaşdıracağıq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah Bakıda 30 dərəcə isti olacaq













Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 26-31, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 6-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oliqarx-dələduz Yusifovun işində sensasion faktlar, Hans Almaniyadan gəlib danışdı














Azərbaycandan neft məhsullarının alqı-satqısından tutmuş Sierra-Leonedə almaz yataqlarında hasilat işlərinə qədər ən müxtəlif və qaranlıq işlərlə məşğul olan müəmmalı biznesmen-oliqarx, milyonlarla dollarlıq dələduzluq əməlində ittiham olunan Ələddin Yusifovun işi üzrə məhkəmə prosesində yenə sensasion məlumatlar açıqlanıb. Virtualaz.org xəbər verir ki, iş üzrə məhkəmədə Ələddin Yusifov və onun aldadaraq milyonlarla avro pulunu mənimsədiyi almaniyalı iş adamı Hans-Georq Tomas ifadə veriblər. Hər iki tərəf səs-küylü məlumatlar açıqlayıb.

Xatırladaq ki, Ələddin Yusifov Almaniya vətəndaşı, alternativ və bərpa olunan enerji mənbələri üzrə layihələr həyata keçirən “Airwerk” şirkətinin sahibi Hans-Georq Tomasa 6 milyon avro “atmaqda” ittiham olunur. Həmin ittihamın detalları barədə virtualaz.org ötən həftə sonu geniş yazıb. (Bax: http://virtualaz.org/last/119507)

Bundan əvvəl zərərçəkən səhhətinə görə Almaniyadan Bakıya gəlib istintaqda iştirak edə bilməmişdi və “Skype” vasitəsilə ifadə vermişdi. İndi isə Hans-Georq Tomas artıq Bakıdadır və məhkəmədə onun milyonlarla avro pulunu dələduzluq sxemi ilə ələ keçirən Yusifovun əməlləri barədə danışıb. Habelə zərərçəkmişin təqsirləndirilən şəxsə qarşı dəyən ziyanın ödənilməsinə dair mülki iddia qaldırdığı məlum olub.



Yusifov kimin pullarını “fırladırdı”?

Prosesdə əvvəlcə təqsirləndirilən Ə.Yusifov ifadə verib. O, özünü kifayət qədər uğurlu iş adamı kimi təqdim edib, deyib ki, həbs olunana qədər bir neçə ölkədə şirkətləri olub, illik dövriyyəsi 50 milyon, gəliri isə 10 milyon dollara yaxın idi.

Ə.Yusifov ifadəsində 2010-cu ildə Georg Tomasın şirkətin iki əməkdaşı ilə birgə işgüzar münasibətlər yaratmaq üçün onun yanına gəldiyini deyib: “Onların anketini çıxartdırdım və Almaniyada heç bir uğur əldə etmədiyini öyrəndim. “Airwerk” şirkətinin hesabında heç 1 dollar da pul yox idi. Alternativ külək enerjisi ilə bağlı Azərbaycan tərəfi həmin şirkətə 104 milyon avro ayırmışdı. Georg Tomas və onun işçiləri bir il mənim ofisimdə oturublar. Otuz nəfər işçim bunlar üçün havayı işlədilər. Sonradan həmin ofisi girov əvəzi götürdülər”

Azərbaycanın küləyə verilən 140 milyon dolları

Yusifovun bildirdiyinə görə həmin vaxt “Airwerk” şirkətinin rəhbəri başqa şəxs – Holqar Hart idi. Lakin məhkəmədə ona qarşı mülki iddianı Hans-Georg Tomas qaldırıb. Təqsirləndirlən şəxs iddia edir ki, bunu alman maliyyə təşkilatları da təsdiq edə bilərlər.



“ Bu adamlar Azərbaycanda qanunsuz fəaliyyət göstəriblər”-o deyib.

Ə.Yusifovun ifadəsinə görə, “Airwerk” şirkəti işlərini görmək üçün onun şəxsi hesabına 2 milyon avro pul köçürüb: “Mənim şirkətim bunların tenderində iştirak edib, tenderdə qalib gəlib. Amma sonra başqa adamın adına yönəltdilər. Həmin puldan 1 milyonunu şirkətin rəhbəri Holqar Harta, 200 minini Elşən Şıxkərimova (alman şirkətinin Azərbaycan və Orta Asiya üzrə təmsilçisi-red.) , yerdə qalanını isə Qazaxıstandakı şirkətə neft məhsulları almaq üçün köçürdüm. Bu günə qədər də Qazaxıstandakı şirkətdən pulumu geri ala bilmirəm”.

Ə.Yusifov adına xarici ölkələrdə ofşor hesablar olduğunu etiraf edib. Deyib ki, “Airwerk” şirkəti Azərbaycanda iş görmək üçün onun offşor hesabına 4 milyon avro pul köçürdü. Anlaşmaya görə o da qazancı nəğd şəkildə hissə-hissə Elşən Şıxkərimova verirdi

“Hətta Sənaye Nazirliyinin əməkdaşı olan Mehdi adlı şəxsin yanında Elşənə 4 miyon dollar pul vermişəm. 2014-cu ildə Elşən mənə sms yazdı ki, “bizə 300 min dollar verəcəyin qalıb”. Mən də xaricdəydim, gəlib ofisimi girov qoydum. Dedim ki, satıb, borcumu verərəm”-Yusifov deyib.



Alman iş adamı Yusifovun fantaziyasına heyrandır

Daha sonra zərərçəkmiş qismində alman vətəndaşı Hans- Georg Tomas ifadə verib. Keçmiş biznes ortağının ifadələrinə diqqətlə qulaq asdığını deyən G.Tomas onun fantaziyasına heyran qaldığını bildirib.

Almaniyalı iş adamının ifadəsindən: “Biz Azərbaycanda 125 milyon dollarlıq lahiyə (Söhbət Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyinin “Yeni Yaşma” külək-elektrik stansiyasının tikintisi üçün verdiyi sifarişdən gedir-red.) udmuşduq. Yerli şirkətlərə podratçılar qismində təxminən 45 milyon dəyərində işlər vermişdik. Düzdü, Ələddinin ofisindən istifadə etmişik, lakin tenderlə bağlı işləri özümüz hazırlamışıq. Ələddin o vaxt özünü bizə inşaat rəhbəri kimi təqdim edib, tenderdə işi qazanmışdı. Biz onun inşaat sahəsində bacarıqlı insan olmadığını gördük. Onun inşaat üçün lazimi texnikası belə yox idi. Biz də tenderi ona vermədik. Amma onunla münasibətlərimizi davam etdirdik. Sonra Ələddin neft məmulatlarının alqı-satqısı ilə məşğul olduğnu dedi. Onun bu söhbətləri məni maraqlandırmağa başladı”.

“Əvvəl “Texnikabank”a 2 milyon avro köçürdüm…”



Alman vətəndaşı ifadəsində Ə.Yusifovun “Texnikabank”dakı hesabına 2 milyon avro pul köçürüldüyünü deyib. Bildirib ki, Ələddin sonradan məbləğin artırılmasını artırmasını istədi. Lakin pulları Bakıdakı hesabına deyil, Latviyadakı hesabına (“Parex Banka” bankında Yusifovun offşor şirkətinin hesabı) köçürməyi istəyib.

Hans-Georg bildirib: “Ona bir iş adamı kimi etibar edirdim. Ələddinə cəmi 6 milyon avro pul köçürdük. Ələddin Yusifovun bizdən aldığı pullara Afrikada qızıl yataqları aldığını demişidi. Ümumiyyətlə, Ələddini bir yerdə tapmaq çətin olurdu, gah Afrikaya gedirdi, gah da başqa ölkələrdə olurdu. Sonradan məlum oldu ki, prokurorluqda onun işi ilə bağlı araşdırma aparılır. Biz öyrəndik ki, o, Afrikada neft deyil, qızıl yataqları alıb. Ələddinlə sonuncu dəfə 2015-ci ildə görüşdüm və ona pullarımızı qaytarmasını tələb etdim. Bildirdi ki, guya pulları kiməsə qaytarıb, bizə borcu yoxdur. Sonra villasını bizə təklif edib, girov kimi qoydu. Hamısını yalan danışır. Mənim 12 şirkətim var. Həmçinin, Qazaxıstanda da şirkətim var. Özüm ora pul köçürə bilərdim. Ələddinə nə ehtiyac vardı? Ötən cümə günü Qazaxıstana pul köçürmüşəm. Mənim Ələddinə qarşı kinim, nifrətim yoxdu. Amma mənim 3 milyon pulumu geri qaytarsın. Mən pulu faizlə də tələb edərdim. Amma ədalətli olmağı tərcih edirəm. Əgər 5 milyon qaytararsa villasını da geri verə bilərəm. Mənə o villa lazım da deyil”.

İş üzrə məhkəmə prosesi davam edir.

Oliqarx-dələduz Yusifovun işində sensasion faktlar, Hans Almaniyadan gəlib danışdı

Oliqarx-dələduz Yusifovun işində sensasion faktlar, Hans Almaniyadan gəlib danışdı


Oliqarx-dələduz Yusifovun işində sensasion faktlar, Hans Almaniyadan gəlib danışdı

Oliqarx-dələduz Yusifovun işində sensasion faktlar, Hans Almaniyadan gəlib danışdı

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildi













Azərbaycan Güləş Federasiyasının sabiq baş katibi Əjdər Cəfərova yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunub.

Məlumatı saytımıza Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.

Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olub. O, 2016-cı il fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən azad olunub.

Qeyd edək ki, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulduğu iddia olunurdu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəb direktoru 4 aydır ki, saytdan əl çəkmir













Maştağada yerləşən 22 saylı məktəbin direktoru Azər Ələkbərovun 9-cu sinif şagirdi Rauf Oruclunu döyməsi və iş üzrə Sabunçu rayonu 14-cü Polis Bölməsində araşdırma aparıldığı barədə redaksiyamıza daxil olan məlumat əsasında14 mart tarixində yazı dərc edildi.
Yazıda 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əlizadənin faktı təsdiqlədiyi haqda səs yazısına da əsaslanmışdıq. Buna baxmayaraq, həm Bakı şəhər Təhsil İdarəsinin, həm də 22 saylı məktəbin direktorunun mövqeyi öyrənildi və eyni məqalədə əks etdirildi.
22 saylı məktəbdən suala cavab verən Azər Ələkbərov xahiş etdi ki, məqalədə onun adı çəkilməsin, sadəcə, məktəbin rəsmi mövqeyi kimi dərc edilsin. Qarşı tərəfin hüquqlarına hörmət əlaməti olaraq, elə də etdik və A.Ələkbərovun adını məqalədən çıxardıq (mövqeyini isə məktəbdən verilən məlumat olaraq, olduğu kimi saxladıq).
Amma A.Ələkbərov demə, jurnalist araşdırmasından narazı qalıbmış. Mətbuat Şurasına müraciət edərək, guya onun haqda düzgün olmayan məlumat yaymağımızdan şikayət etdi. Mətbuat Şurasında müzakirə aparıldı və hər tərəfin mövqeyi əks etdirildiyi üçün Axar.az-ın məlum araşdırmasına heç bir irad bildirilmədi (A.Ələkbərov isə öz təsəvvürünə uyğun fərqli böhtanlar uydurur).
Bunun ardınca A.Ələkbərov məqalənin saytdan qaldırılması üçün növbəti cəhdlərə başladı. Hər dəfə imtina ediləndə isə adam sosial şəbəkədə şər və böhtan atmaqla bərabər, polisə də müraciət edib, “bizi məhv etməyə” qərarlı olduğunu nümayiş etdirdi.
A.Ələkbərov “102 Çağrı Xidməti”nə müraciət etdiyi üçün Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparıldı. Araşdırmanı aparan tədqiqatçı səs yazısını da dinlədi və qarşı tərəfin iddiasının əsassız olduğu üzə çıxdı.
Maraqlı məqamlar isə bundan sonra başladı.
5-ci Polis Bölməsinin təhqiqatçısı Elvin Bəşirov daha sonra redaksiya ilə əlaqə saxlayaraq, bildirdi ki, A.Ələkbərov yazının saytdan qaldırılmasını tələb edir və deyir ki, əgər yazını qaldırarsınızsa, o da iddialarından geri çəkilər.
E.Bəşirova xatırlatdıq ki, bir media qurumundan araşdırma yazısını şantaj və hədə yolu ilə çıxartdırmağa cəhd etmək heç bir əxlaqa sığmır və bu əməl cinayət tərkiblidir. Digər tərəfdən, biz yazımızda bütün tərəflərin mövqeyini işıqlandıraraq, jurnalistikanın tələblərinə “A-dan Z-yə qədər” əməl etmişik.
Burada əsas maraqlı nüanslardan biri təhqiqatçı Elvin Bəşirovun guya direktoru müdafiə etməsi, onun əməkdaşımız tərəfindən təhqir olunduğunu bildirməsidir. A.Ələkbərov öz şantaj və böhtanına E.Bəşirovu da şərik edərək deyir ki, təhqiqatçı guya səs yazısının “qeyri-qanuni” yazıldığını bildirib, onun təhqir olunduğunu təsdiqləyib. Buna görə də A.Ələkbərov ayrı-ayrılıqda məhkəməyə iddia verəcəkmiş.
Bu “təhqir böhtanı”nın yalan olduğunu, əməkdaşımızın direktorla maksimum nəzakətli danışdığını, əksinə, qarşı tərəfin hədə üzərində qurulan ritorikasını göstərmək üçün səs yazısını təqdim edirik. Eyni zamanda xatırladırıq ki, əməkdaşımız A.Ələkbərova bu hədələrinin yazıldığını xatırladır (Səs yazısında əksini tapıb).
Direktor Azər Ələkbərov məsələni başqa mövzulara çəkərək, diqqəti əsas problemdən – onun şagirdi döyməsindən yayındırmaq istəyir. Halbuki məsələ ilə bağlı araşdırma aparan təhqiqatçı Ə.Əlizadə Axar.az-a bildirmişdi ki, 9-cu sinif şagirdi Rauf Oruclunun döyülmə faktı məktəbin şagirdləri tərəfindən təsdiqlənib və faktla bağlı ekspertiza təyin edilib. İşi araşdıran təhqiqatçı Əşrəf Əlizadənin sözlərinə görə, ekspertizanın nəticəsi var və nəticələr aidiyyəti üzrə prokurorluğa göndərilib.
Ancaq maraqlıdır ki, təhqiqatçının bu sözündən sonra araşdırmanın nəticəsi it-bata düşüb. Bu da onu düşünməyə əsas verir ki, hüquq-mühafizə orqanlarında kimlərsə bu şəxsi – məktəb direktorunu ciddi şəkildə himayə edir.
A.Ələkbərov təhqir, hədə vasitələri ilə yanaşı, şər, böhtan atmaqla da saytımızın, əməkdaşlarımızın nüfuzuna xələl gətirməyə çalışır. O, Feysbukda paylaşdığı “məqaləsində” saytımızın əməkdaşının məktəb direktorlarını şantaj edib, təhdid yolu ilə 5 min manat aldığı zaman hüquq-mühafizə orqanları tərəfindən həbs olunduğunu iddia edib. Diqqətinizə çatdırmaq istəyirik ki, yarandığı gündən peşə əxlaqına və tələblərinə riayət edən Axar.az saytı heç bir halda hansısa şəxsdən təhdid və ya şantaj yolu ilə 1 qəpik belə almayıb. Onun əsaslandığı məhkəmənin isə Axar.az saytına heç bir aidiyyəti yoxdur.
Direktor ünvanımıza səsləndirdiyi bu əxlaqsız böhtana görə məhkəməyə veriləcək.
A.Ələkbərov görün hansı əxlaqa sahibdir ki, özü həmin məsələnin başqa sayta aid olduğunu bilə-bilə şantaj cinayətini Axar.az-a, “Teleqraf” Holdinqə yamamağa çalışır. Açığı, mediaya belə böhtan atan şəxsin öz məktəb müəllimlərinə, şagirdlərinə hansı böhtanları atacağını təsəvvür etmək çətin deyil.
Başqa bir ağlasığmaz məqam ondan ibarətdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi ona göndərdiyimiz sorğunu hansısa səbəbdən bu direktora ünvanlayıb.
Bildiririk ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərdiyimiz sorğuda quruma bu sualla müraciət etmişdik:
“A.Ələkbərov Qaradağ rayonunda yerləşən Ə.Kazımov adına 228 nömrəli məktəbin direktorluğundan niyə çıxarılıb və nə üçün digər məktəbə direktor təyin olunub?”
Biz Təhsil İdarəsinə ona görə belə sualla müraciət etmişdik ki, Azər Ələkbərovun Qaradağda yerləşən 228 nömrəli məktəbdən həmin təhsil ocağının müəllimlərinin şikayəti əsasında qovulması haqda redaksiyamıza məlumat daxil olub. Bu məlumatı araşdırmaq niyyətilə Bakı şəhər Təhsil İdarəsinə sorğu vermiş, sorğunun cavabını almışıq. Sadəcə, araşdırma davam etdiyi üçün bunlar tirajlanmayıb.
Maraqlıdır, Bakı şəhəri üzrə Təhsil İdarəsi bizim onlara göndərdiyimiz sorğunu hansı əxlaqla direktora ötürüb? Bu fakt Təhsil İdarəsinin və ümumiyyətlə, Təhsil Nazirliyinin həmin direktoru müdafiə etməsini göstərən nüanslardan biri deyilmi?
Direktor təhqir, hədə, şantaj əməlləri ilə yanaşı, öz savadsızlığını da nümayiş etdirməyə davam edir. Belə ki, o, İKT üzrə təcrübəsinin olduğunu iddia etsə də, “Quql”un saytımıza yerləşdirdiyi reklam materiallarını “bizim əməlimiz” kimi təqdim etməyə çalışır. Halbuki həmin reklamlar dünyanın məşhur xəbər portallarına, agentliklərinə yerləşdirilir.
Direktor “siz icazə verdiyiniz üçün saytınıza belə reklam yerləşdirilir. Bəs yaxşı, bizim məktəbimizin saytına niyə elə reklam qoyulmur?” deməklə bir daha öz savadsızlığını ortaya qoyur. Çünki bu tip reklamlar yalnız yüksək tirajlı saytlara yerləşdirilir.
Azər Ələkbərovun savadsızlığı bununla da kifayətlənmir. Böyük bir təhsil ocağının direktoru, təkcə şagirdlərin deyil, həm də müəllimlərin rəhbəri olan bu şəxs Feysbukdakı məqaləsində ibtidai sinif şagirdinin belə yol verməyəcəyi orfoqrafik səhvlərə, üslub xətalarına yol verib. Direktorun Azərbaycan dövlətçiliyinin, millətçiliyinin, tarixinin, mədəniyyətinin əsas sütununu təşkil edən ana dilini bilməməsi dəhşət doğurur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev öz ana dilini bilməyən insanları “şikəst insanlar” adlandırırdı.
Direktor səhvlərlə, təhqir və böhtan xarakterli cümlələrlə dolu Feysbuk “məqaləsini” Rusiya Prezidenti Vladimir Putinin rus dilində bir nitqi ilə yekunlaşdırır (Onun Rusiyaya, xüsusən SSRİ rejiminə qarşı sevgisi haqda artıq araşdırma dərc edib, faktları ortaya qoymuşuq – red.). Biz isə 22 saylı məktəbin direktoru Azər Ələkbərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlər haqqında dediyi sözləri xatırladırıq:
“Jurnalistlər mənim köməkçilərimdir. Buna görə onlara minnətdaram. Əminəm ki, gələcəkdə də onlar bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında – harada ki hansısa ədalətsizlik, qanunsuzluq var – dərhal operativ reaksiya verəcəklər, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəklər”.
Biz məhz öz Prezidentimizin dediyi kimi etdik: cəmiyyəti narahat edən bir məsələni – direktorun şagirdi döyməsini işıqlandıraraq, neqativ halı ortaya qoyduq.
Ümid edirik ki, istər Daxili İşlər naziri, həddən artıq ictimai həssaslığı ilə böyük hörmət qazanmış cənab Ramil Usubov, istərsə də yeni Təhsil nazirimiz, böyük ümidlər vəd edən cənab Ceyhun Bayramov jurnalistlərin üzə çıxardığı bir problemin həllini tapması üçün lazımı tədbirləri görəcəklər.
Mənbə: axar.az



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni nazirdən qərar: Əjdər Cəbiyevin yaxın qohumunu işdən çıxartdı













Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) yaxın qohumunu tutduğu vəzifədən azad edib.
zamantv.az sfera.az-a istinadən xəbər verir ki, yeni nazirin əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Nazim Hüseynovu fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarıb.

Qeyd edək ki, Nazim Hüseynov Əjdər Cəbiyevin bacısı oğludur.


Yeni nazirdən qərar: Əjdər Cəbiyevin yaxın qohumunu işdən çıxartdı

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO