[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Pioner” market müştəriləri aldadır – FOTOFAKT













Sumqayıt şəhəri, Nərimanov küçəsi 45 ünvanında yerləşən “Pioner” market müştəriləri aldatmaqla məşğuldur.

Mağazanın “qurbanlar”ından biri də Cebhe.info-nun əməkdaşı olub.

Belə ki, marketdə üzərində 32 qəpik yazılmış peçenye kassada 1,04 AZN qiymətinə vurulub.

Qəbzə baxdıqdan sonra mağazaya geri dönən əməkdaşımıza yalnışlıq olduğunu deyən işçilər üzrxahlıq edərək pulu geri qaytarıblar.

Lakin hadisənin şahidi olan insanlar arasında bu halın “Pioner” marketdə tez-tez baş verdiyini və mağazada müştəriləri qiymət barədə aldatdıqlarını vurğulayıblar.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həkim Prezidentə şikayət etdi : “Ağstafa DYP rəisi bizi patentə oturdub”













Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev cənablarına

Ağstafa şəhərində həkim işləyən
Mahir Yusubov tərəfindən:

“Mənim şikayətim Ağstafa rayon Dövlət Yol Polis İdarəsinin Ağstafa şəhərinin rəisi Ramin Bağırovdandır.
Bağırov Ramin bütün Ağstafada dövlət işində işləyən şəxsləri potentə otuzdurub. Beləki Ağstafa şəhərində
rahat avtomobil idarə etmək üçün Ramin Bağırova 500 Azn hörmət etməlisən. Əks halda şərlənərək və ya
başqa bir üsullu zərər veriləcək. Mənim tanıdığım çoxlu sayda həkim və digər şəxslər artıq Ramin Bağırovun
pulunu veriblər. Növbə mənə çatanda şəxsən Ramin Bağırov öz şəxsi kabinetində məndən 500 manat pul
istədi. Mən ona bildirdim ki, mən içki içmirəm qaydalarada riayyət edirə və nəyə görə heçnədən 500 manat
pul verməliyəm. O isə açıx mənə hədə qorxu gəldi ki, onda sən daha çox xərcə düşəcəksən. Sonra bir yoldaşın
məsləhətiylə mən Ramin Bağırovun şəxsən özünə onun xidməti iş otağında 250 AZN pul verdim. Ramin
Bağırov pulu mənnən götürdü lakin məbləğin qalanınıda düzəltməyi tələb etdi. Mənim isə maddi sıxıntılarım
olduğu üçün sonradan Ramin Bağırovun qalan pulunu çatdıra bilmədim.
Ramin Bağırov tabeçiliyində olan şəxslərin vasitəsiylə dəfələrlə mənə söz göndərdi ki, onun qalan haqqını
çatdırım. Mən onun haqqını çatdırmadığım üçün Ramin Bağırov mənimlə prinsipə düşdü. Onun tapşırığıyla
mənim maşınım izlənməyə başladı. Hər addımda saxlayım məndən bir qanun pozuntusu tapmağa çalışırdılar.
Məni tanıyan bir neçə yol polisi gizlincə mənə bildirib ki, Ramin Bağırovun tapşırığı var ki, məni ilişdirsinlər.
Hörmətli cənab Prezident!
Lakin mən səhhətimlə bağlı nə içki içmirəm nə də ki digər qanun pozuntularına yol vermirəm. 2018-ci ilin
fevralın 4-də bazar günü mən Ağstafadan evə gedərkən Ramin Bağırov mənim maşın idarə etdiyimi gördü və
trasa baxan yol polislərinə tapşırıq verdi ki, mənim maşınımı saxlasınlar. Həmin gün Ramin Bağırovla bir
yerdə işləmiş Məmmədov Rövşən Malik oğlu məni saxlatdırdılar. Həmin Rövşən Məmmədov mən içkili
olmadığım halda Ramin Bağırovun sifarişiylə saxta protokol tərtib etmişdir. Həkim müayinəsi aparılmadan
mənim içkili olmağım barədə tərtib olunan həmin protokol tam qanunsuzdur və bir başa Ramin Bağırovun
sifarişiylə olunduğunu mən çox yaxşı bilirəm. Bu məsələylə bağlı mən Qazax rayon məhkəməsinə şikayət
etdim. Qazax rayon məhkəməsi Ramin Bağırovun tapşırığıyla əsassız və araşdırılmadan həmin protokolun
düzgün hesab etdi. Mən həmin qərardan apelyasiya şikayət etdim. Gəncə apelyasiya məhkəməsi Qazax rayon
məhkəməsinin qərarını ləğv etdi və yenidən ədalətli baxılması üçün Qazax məhkəməsinə göndərdi.
Hörmətli cənab Prezident!
Bir həkim kimi Ramin Bağırovun əməlini heç cür anlaya bilmirəm. Ramin Bağırovun həmdə cənab prezident
İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı apardığı siyasəti kobud şəkildə açıq aşkar aparması
Ağstafalılar tərəfindən birmənalı qarşılanmır. Mənim yazdıqlarım hamısı həqiqətdir. Bunu Ağstafada bütün
hıkimlər və iş adamları təsdiq edə bilər. Xahiş edirəm Ramin Bağırovun Ağstafada etdiyi qanunsuz əməllərə
son qoyulsun!

Hörmətlə. Mahir Yusubov 04.06.2018 tel 055 9567788”
Azinforum.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda “Niva”nın qabağı qalxsın deyə baqaja “kubik” yığan sürücü biabır oldu -VİDEO













Sürücü daşları yerə boşaldandan sonra konstruksiya dəyişikliyi etmədiyi üzə çıxıb

Bakıda yol polisi əməkdaşları “Niva” markalı avtomobilin ön hissəsinin qalxması, arxa hissənin isə aşağı enməsi üçün qeyri-adı üsula əl atan sürücünü saxlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb. Yol polisləri “Niva”ya konstruksiya dəyişikliyi edildiyini zənn etsələr də, məlum olub ki, sürücü maşının baqajına “kubik” yığıbmış. Yol polisinin tələbi ilə sürücü daşları yerə boşaldandan sonra konstruksiya dəyişikliyi etmədiyi üzə çıxıb. Sürücünün daşları yenidən maşına yığmasını isə elə öz dostu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Avtosfer.az həmin görüntüləri təqdim edir:


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lalə Şövkət yeni nazirlərə SƏSLƏNDİ: – Köhnələrə oxşamayın!













Lalə Şövkət Cümhuriyyətimizin 100 illiyini çox yaxşı əhvalda, mətbuata qapalı şəkildə keçirib. Azərbaycan xalqını, partiya üzvlərini təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətini quran kişiləri fəxarətlə yad edib”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP)sədri Əvəz Temirxan ALP lideri Lalə Şövkətin Cümhuriyyət gününü necə keçirməsinə münasibət bildirərkən deyib.

Partiya sədri onu da bildirib ki, Lalə Şövkət Nazirlər Kabinetində təmsil olunan gənclərlə bağlı müsbət düşüncədədir.

““Gənclik millətimizin gələcəyidir” deyirlər. Halbuki, uşaqlar gələcəyimizdir. Gənclik millətimizin bu günüdür. Ümumilikdə isə gənclərin Azərbaycan hakimiyyətində vəzifəyə gətirilməsini alqışlayırıq. Yeni nəsil köhnə nəsildən həmişə enerjilidir. Buna görə də kimliyindən asılı olmayaraq, hakimiyyətə iqtidar ya da müxalifət prizmasından yanaşmadan deyə bilərik ki, Azərbaycan adına vəzifəyə təyinat alan hər bir gəncimizə uğurlar arzulayırıq. Lalə xanımın gənc nazirlərdən bir xahişi də var: Özlərini sələflərinə oxşatmasınlar! Rüşvətxor, korrupsioner, dar düşüncəli, adam saymayan olmasınlar. Dövlət deyəndə xalqı nəzərdə tutsunlar, öz ailələrini yox”.

Əvəz Temirxan Lalə Şövkətin bələdiyyə sistemi ilə bağlı gələcək planlarından da söz açıb.

“Bildiyiniz kimi, Lalə Şövkət Azərbaycanın inkişafı haqqında 20-dən çox kitab hazırlayıb. Azərbaycan Liberal Partiyasının “beyin mərkəzi”ndə bələdiyyə iqtisadiyyatı üzərində iş gedir. Bələdiyyənin mülkiyyət hüququ var. Bələdiyyə müəssisə, rəqabətə dözümlü şirkət yarada bilər. Şirkətin məhsulları təkcə Azərbaycanda deyil, bütün dünyada brend adı qazana bilər. Ona görə də bələdiyyə iqtisadiyyatı proqramı üzərində çalışırıq”.

“Liberal Partiya növbəti bələdiyyə seçkilərinə qatılacaqmı” sualını partiya sədri belə cavablandırıb:

“2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə qatılıb-qatılmamaq barədə də partiyada ciddi fikir mübadiləsi aparırıq. Bu haqda düşüncələrimiz ondan ibarətdir ki, seçkiyə gedəcək.Liberal Partiya üzvləri elə bir proqramla çıxış etsinlər ki, üstünlüyü ələ ala bilsinlər. Hər hansı bir bələdiyyədə üstünlüyü əldə edə bilsək, orada elə bir bələdiyyə yaradarıq ki, o, bütün dünyada tanına bilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həmsədrlər iyunun 13-də Ermənistana səfər edəcək













ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Ermənistana səfərinin vaxtı açıqlanıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan səfərin iyunun 13-də baş tutacağını bildirib.

Qeyd edək ki, həmsədrlər Azərbaycan xarici işlər işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə görüşdən sonra yaydıqları bəyanatlarında iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparacaqlarını bildirmişdilər.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Etirazlar Saakyanı da haqladımı? – TƏHLİL













İnqilablar “yoluxucu”luğa, ətrafa sirayət etməyə və daha geniş siyasi areala yayılmağa meylli olur. Bu mənada Ermənistandakı “məxməri inqilab” da istisna deyil.

Əvvəlcədən düşünülürdü ki, çox qısa müddətdə onun dalğası Dağlıq Qarabağ ermənilərini də əhatə edəcək. Təsadüfi deyil ki, artıq ötən gün bu qəbildən ilk informasiyalar yayıldı.

Sözsüz ki, nəticələrlə tələsməzdik. Bəlkə də böyük etirazların nə vaxt başlayacağı həmişə inqilab texnoloqlarına bəlli olur, amma əksəriyyət üçün bunu proqnozlaşdırmaq heç də asan iş deyil.

Aydın məsələdir ki, Dağlıq Qarabağdakı qondarma rejim də bir ada kimi qalmayacaq və bu bölgənin də “siyasi problemi” həll olunmalıdır. Hazırda o, demək olar, Paşinyan hökumətinin yox, əski hakim partiyanın nəzarəti altındadır.

Region bir növ Qarabağ kriminal hərbi-siyasi klanının qalası kimi qalır. Belə vəziyyətdə hətta Paşinyan üçün Dağlıq Qarabağ adından danışıq aparmaq, onun adından nəsə demək elə də asan məsələ deyil. Həm də bu bölgə üçün də Ermənistandakı problemlər xarakterikdir: illərdir ki, onun da insanları kriminal siyasi klanın əsiridirlər.

Yox, biz illüziyalara qapılmırıq, demirik ki, sabah Qarabağ erməniləri B.Saakyanı devirib Azərbaycanla bir olmaq arzularını izhar edəcəklər. Yox, elə də sadəlövh deyilik və gözəl bilirik ki, cəmi ermənilər həm də öz “milli üllüziya”larının əsiridirlər.

Amma bir erməni – L.Ter-Petrosyan gec də olsa, Azərbaycanla danışmağın və dil tapmağın zəruri olduğunu başa düşdüsə, deməli, digər bir siyasi və ya ictimai lider də bu nəticəyə gələ bilər. Ona görə də tam ümidimizi də itirmirik. Hərçənd ki, ümid və gözləntilərimiz daha çox öz Azərbaycanımızla, onun hərbi və iqtisadi gücü ilə bağlıdır. Çünki məsəl var, deyirlər ki, qurdla dostluq elə, amma çomağını yerə qoyma…

Ermənilər də belədir. İndi onlar daha çox öz “məxməri inqilab”larından siyasi, hətta iqtisadi dividendlər götürməyə çalışırlar.

Bilirsiniz, bu, onların xislətidir – bir şeyi beş dəfə artıq şişirtmək və özləri haqqında mif yaratmağa çalışmaq. İndi də belə edirlər. Bu yaxın vaxtların bir epizodu heç yadımdan çıxmır.

N.Paşinyanın baş nazir kimi təyin edildiyi günün axşamı Rusiya telekanallarından biri Moskvadakı erməniləri göstərirdi. Bir erməni qadını qucağındakı uşağın əllərini yuxarı qaldırıb deyirdi: “De ki, ermənilər böyük millətdir”…

Bəli, “böyük millət”, “xristianlığı ilk qəbul etmiş xalq”, “dünya sivilizasiyasına böyük töhfə vermiş millət”, “əzabkeş xalq” – bunların uydurduqları epitetləri sayıb-qurtarmaq mümkün deyil.

İndə də özləri haqqında “azad xalq” obrazı yaratmağa çalışırlar. Məqsədləri də bu yolla demokratik Qərb ölkələrinin “saqqızını oğurlamaqdır”. Rusiyanın ətəyini buraxmaq istəmir və başa düşürlər ki, əks təqdirdə Dağlıq Qarabağı itirər və bütün milli sayıqlamalarının – “böyük Ermənistan” yalanının üstündən bir qara xət çəkərlər.

Amma Qərbin maliyyə dəstəyinə, hətta siyasi dəstəyinə də ehtiyacları var. Çünki Rusiya da regiondakı bütün siyasətini bunların sərsəm milli planlarına tabe edə bilməz. Kremlə Azərbaycan da, hətta Gürcüstan da lazımdır. Ona görə də haylar çalışırlar ki, Qərbin də siyasi və xüsusilə maliyyə dəstəyini qazansınlar.

Təsadüfi deyil ki, bu yönümdə də müəyyən informasiyalar dolaşır: guya ki, ABŞ bunlara ilk böyük maliyyə dəstəyi göstərməyi planlaşdırır. Ən əsas məqsədləri də budur ki, regiondakı siyasətlərini dəyişmədən, Ankara və Bakıya minnətçi düşmədən Ermənistan iqtisadiyyatını dirçəldə biləcək imkanlar tapsınlar. ABŞ da, Avropa da onlara bunun üçün lazımdır.

Amma proseslər göstərir ki, ABŞ-ın da öz gözləntiləri var. Gələcək əsl niyyətləri açacaq. Fəqət duyulan budur ki, Vaşinqton Dağlıq Qarabağla bağlı yenidən siyasətini fəallaşdırmaq istəyir.

Qısa bir müddətdə ABŞ prezidenti Azərbaycan prezidentinə düz üç məktub göndərib və həmin o məktublarda sıx əməkdaşlığa çağırışlarla yanaşı, Dağlıq Qarabağla da bağlı optimist notlar var. Hətta Azərbaycan prezidentinin ABŞ-a səfər edəcəyi haqda informasiyalar da dolaşır.

Bizə belə gəlir ki, Dağlıq Qarabağ problemi Ermənistandakı son proseslər üçün bir test olacaq. Çox güman, Vaşinqtonda düşünürlər ki, həmin hadisələr Ermənistanda Rusiya təsirinin zəifləməsinə aparacaq. Bu isə heç şübhəsiz, yeni diplomatik təşəbbüslər üçün əlverişli zəmin yaradır və bir növ, siyasətçiləri və diplomatları həvəsləndirir. Amma Ermənsitan Kremlin ətəyini buraxacaqmı? Bu “azad xalq” həm də azad millət kimi digər millətlərin cərgəsinə qoşulacaqmı?

Böyük ehtimalla N.Paşinyan Qərblə Rusiya arasında “oynamağa” çalışacaq. Lakin problemin qəlizliyi ondadır ki, Qərbə də artıq oyun-filan lazım deyil, oyun dövrü bitibdir, indi hamıdan daha konkret olmaq umulur…

Hüseynbala Səlimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bizi gecə ilə oyadıb müharibəyə göndərə bilərlər” – Deputatdan ŞOK AÇIQLAMA













Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyi gənclərə müraciət edib. Müraciətdə bildirilir ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər. Bu müraciəti müharibəyə hazırlıq kimi qələmə verənlər və bundan təşvişə düşənlər də az deyil.

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Çingiz Qənizadə bildirib ki, müəyyən müddətdən sonra müxtəlif yaş qruplarına aid olan insanlar yenidən orduya çağırılır: “Bu da bir və ya üç aylıq ola bilər. Əlbəttə Müdafiə Nazirliyi tərəfindən çağırış olubsa bunu normal qarşılamaq lazımdır. Bizi gecə ilə oyadılaraq orduya aparılıb, müharbəyə göndərilə bilərik. Bu qərarı dövlət, ali baş komandanımız və Müdafiə Nazirliyi verir. Ona görə də valideynlərin bu cür təşviş altında olması, bundan panika kimi istifadə edib, həqiqətə uyğun olmayan məlumatlar yayılması erməni dəyirmanına su tökmək kimi bir şeydir. Müharibə başlayır, uşaqları aparırlar kimi fikirlər yanlışdır.Bizim üçün ən müqəddəs olan vətən və torpaqdır. Torpaqlarımızın azadlığı uğrunda istər müharibəyə, istərsə də çağırışa dəvət ediliriksək biz buna müsbət yanaşmalıyıq. Mən təəssüf edirəm ki, gənclərimizin müəyyən hissəsi və onların valideynlərində vətənpərlik hissi olduqca zəyifdir. Bu ponika da ondan qaynaqlanır. Hesab edirəm ki, hər hansı bir təşvişə ehtiyac yoxdur, Müdafiə Nazirliyinin ali baş komandanla razılaşdırılmış bu cür çağırışları müsbət qarşılamalıyıq”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov vurğulayıb ki, burada hansısa bir təşvişə ehtiyac yoxdur:

“Müdafiə Nazirliyi ildə bir-iki dəfə gənclərə bu cür müraciət edir. Kurslar keçirilir. Müddətdən artıq orduda xidmət etmək istəyənlər müqavilə əsasında kurs keçərək xidmətini davam edə bilirlər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İntihar edən tələbənin anası: Hər bir məktəb ona zəif gəlirdi













Mayın 21-də Bakıda intihar edən 22 yaşlı Ramiz Şahmalıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasının IV kurs tələbəsi olub.

Ramizin anası Oxu.Az saytına müraciət edərək oğlunun intiharı barədə sosial mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Oğlunun kiçik yaşlarından qeyri-adiliyi və həddindən artıq məsuliyyətli olması ilə seçildiyini bildirən ana, Ramizin intihardan əvvəl depressiyadan əziyyət çəkdiyini qeyd edib.



“O, noyabrın 15-i 5 yaşında məktəbə getsə də, tezliklə sinfin birincisinə çevrilib. Məktəb illərində 5 lisey dəyişib. Hər bir məktəb ona zəif gəlirdi. Qısa müddətdə ev tapşırıqlarının öhdəsindən gəlirdi. 6 və 7-ci sinifləri Quba Özəl Türk liseyində davam etdirib. Zərifə Əliyeva adına liseyin məzunu olub. Qəbul imtahanlarından ən yüksək nəticə gözləsək də, imtahan günü xəstələnib ağrıkəsici iynə vurulduğu üçün 565 bal toplamışdı.



Az bal topladığı üçün çox böyük stress yaşadı. ADNA-nın Neft-qaz-mədən fakültəsinə daxil oldu. 1-ci kursda Dünya Neft Qaz Mühəndisləri (SPE) cəmiyyətinin Gənc İstedadlar layihəsinə seçildi. 5 Xəzəryanı ölkə arasında keçirilmiş müsabiqədə təqaüd proqramını qazandı. ADNA-da SPE-nin prezidenti seçilmişdi. Uğurları həddən artıq çox idi.



Çox istedadlı idi. Başladığı hər bir işin öhdəsindən çox asanlıqla gəlirdi. İstənilən iş ona əlçatan idi.

Son zamanlar depressiyadan əziyyət çəkirdi”, – deyə Ramizin anası yekunlaşdırıb.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı iş adamı türkiyəli aktrisanın gecəsinə 1 milyon dollar -TƏKLİF ETDİ













Türkiyənin tanınmış aktrisası Özge Borak ona edilən əxlaqsız təklifi sosial şəbəkə hesabında ifşa edib.

ZamanTv.az“Qafqazinfo”saytina isdinaden xəbər verir ki, özünü azərbaycanlı iş adamı kimi təqdim şəxs instagram hesabından aktrisaya onunla bir gecə keçirməsi qarşılığında 1 milyon dollar təklif edib. İstifadəçi “Moskvada yaşayıram. Səninlə bir gecəyə bir milyon dollar… Hesabını söylə, pulu dərhal hesabına yatırım” deyə Boraka mesaj yazıb.

Aktrisa isə instagram hesabından adını açıqlamadığı istifadəçini belə ifşa edib: “Çox izləyici mesajını paylaşan biri deyiləm. Ya çox gülməli, ya da maraqlıdırsa paylaşaram. Qadın və ya kişi fərq etməz. Hər kəsə olmasa da, bəzilərinə cavab verməyə çalışıram. Sevgi mesajları da çox olur. Sağ olun. Məncə çoxu həddində olur və hörmətsizlik daşımır. Amma bu hədsizliyə nə deyəcəyimi bilmədim. Ən yaxşısı bunu deyim; Biz onun serialını çəkdik, canım”.

Özgə iş adamının adını nədən açıqlamamasına isə belə aydınlıq gətirib: “Buna gərək yoxdur. Özünü ciddi insan hesab etməsin. Həmin an əsəbiləşdiyim üçün belə bir addım atdım”.

Qeyd edək ki, aktrisa son olaraq “İstanbullu gəlin” serialı ilə izləyici qarşısına çıxmışdı.


Azərbaycanlı iş adamı türkiyəli aktrisanın gecəsinə 1 milyon dollar -TƏKLİF ETDİ
Azərbaycanlı iş adamı türkiyəli aktrisanın gecəsinə 1 milyon dollar -TƏKLİF ETDİ
Azərbaycanlı iş adamı türkiyəli aktrisanın gecəsinə 1 milyon dollar -TƏKLİF ETDİ
Azərbaycanlı iş adamı türkiyəli aktrisanın gecəsinə 1 milyon dollar -TƏKLİF ETDİ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rektordan Ramiz Mehdiyevə şikayət ediblər – Müraciət













“Azərbaycan Texnologiya Universiteti 2013-cü ildən bu günə kimi özünün durğunluq dövrünü yaşayır. Akif Süleymanov bu təhsil ocağına rektor təyin olunandan problemlər bir-birini əvəz edir. Tələbələrin tədris prosesinə marağı aşağı düşüb, universitet əvvəlki nüfuzunu itirir”.
Bunu Azərbaycan Texnologiya Universitetinin (ATU) əməkdaşı Azər Allahverdiyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə müraciətində yazıb.
Müraciətinin bir nüsxəsini də redaksiyamıza göndərən A. Allahverdiyev yazır ki, A. Süleymanov rektor təyin olunandan sonra universitetdə təhsilin keyfiyyəti daha aşağı düşüb:
“Cənab R.Mehdiyev!
Akif Süleymanov rektor təyin olunandan sonra universitetdə öz komandasını formalaşdırmağa başladı və buna nail oldu. Elmi dərəcəsi olmayanlar universitetdə prorektor, dekan, şöbə müdiri vəzifələrinə təyin olundular.
Akif Süleymanovun elmlər doktorlarını, professorları, dosent və baş müəllimləri universitetdən didərgin salmaqda məqsədi özünə yaxın şəxsləri bura toplamaq və təhsil ocağını istədiyi qaydada idarə etmək idi. O, bu istəyinə nail olub”.
Rektordan Ramiz Mehdiyevə şikayət ediblər
Universitet əməkdaşı qeyd edir ki, rektora yaxın şəxslərin sırasında prorektorlar – Vüqar İsmayılov, Səbuhi Yusifov, dekan Azər Hüseyn, kadrlar şöbəsinin sabiq müdiri Nofəl Salmanov, tədris şöbəsinin müdiri Piri Axundov, Sadiq Əfəndi, Zaur Əliyev, Asiman İlyasov, Tacəddin Bayramov, Fədai Əfəndiyev, Rauf Əmənov, mətbuat xidmətinin müdiri Rasim Əliyev və digərləri var: “Bu şəxslərin əksəriyyəti Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən fəaliyyəti dayandırılan “Qafqaz” Universitetinin , “Zaman” qəzetinin əməkdaşlarıdır. Bu qədər təsadüf ola bilməz ki, qardaş Türk xalqına ağır zərbə vuran Fətoçu Gülənlə bağlı olan “Qafqaz” Universitetində, “Zaman” qəzetində və Türk liseylərində formalaşmış bu insanlar bir araya gəlsinlər. Rektorun komandasında yuxarıda adlarını qeyd etdiyim şəxslərdən başqa müəllim və texniki işcilər də çoxluq təşkil edir”.
Müraciətdə qeyd olunur ki, mütəmadi olaraq A. Süleymanovun iş otağına yığılan bu şəxslər rektorun yaxınlığına heç bir əməkdaşı buraxmırlar: “Hətta, şikayətə gedən əməkdaşlara da rektorun əvəzinə özləri cavab verib, şikayətlərinə kölgə salırlar.
Rektor Akif Süleymanovun tətbiq etdiyi “qaydalar” müəllimləri, tələbələri problemlə üzləşdirir”.
Administrasiya rəhbərinə müraciətdə yazılır ki, A. Süleymanovun rektor təyinatının 10 -cu günü (2013-cü ilin mart ayı) atdığı bir addım sonradan məhkəmə predmetinə çevrilib: “2016-cı ilin fevral ayının ortalarında Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işindən məlum olub ki, “Abşeron Holdinq-2013” MMC-nin direktoru, təqsirləndirilən şəxs Tərxan Ceyhun oğlu Şirinov ilə Akif Süleymanov arasında Texnologiya Universitetində işlərin görülməsinə dair 4 müqavilə bağlanıb. Ümumilikdə 100 min manatdan çox pul MMC-nin hesabına köçürülüb və dərhal da hesabdan çıxarılıb. Maraqlısı odur ki, sözügedən MMC-nin obyekti, nəqliyyat vasitələri, o cümlədən işçi qüvvəsi olmayıb və universitetdə də heç bir iş görülməyib”.
Şikayətçi bildirir ki, 30 yanvar 2018-ci ildə Təhsil Nazirliyinin üç əməkdaşı Texnologiya Universitetinə ezam olunublar: “Onlar dosent Həsən Musayevin, dosent Məsim Abadovun, baş müəllim Alim Əliyevin, mənim və digər əməkdaşların şikayətlərini araşdırmaq üçün gəlsələr də, bu səfərləri nəticəsiz oldu. Yəni, Təhsil Nazirliyi də Akif Süleymanovun qarşısında aciz qalıb”.
Bu səbəbdən də Azər Allahverdiyev problemin ədalətli araşdırılması üçün Ramiz Mehdiyev və təhsil naziri Ceyhun Bayramovdan kömək istəyir.
P.S. Redaksiya, Texnologiya Universitetinin rektoru A. Süleymanovun məsələyə münasibətini öyrənə bilməyib. Onun da fikirlərinə hörmətlə yanaşırıq və mövqeyinə yer ayırmağa hazırıq.
mia.az

Rektordan Ramiz Mehdiyevə şikayət ediblər – Müraciət

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO