[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aydın Talıbovla bağlı İLGİNC İDDİALAR... - Belə deyirlər...

Aydın Talıbov, sən Xəzərin sahilini deyil, mühasibatlığındakı QARA HESABATLARI təmizlə... Cəmi bir gün öncə, yəni dünən 28.08.2023- cü il tarixdə, saat 10:58-də, az qala, bütün ölkə mediasında bəh-bəhlə yayılan bu xəbər bizdə xeyli təəccüb doğurdu: “Araz” 6 hektar ərazini tullantılardan təmizlədi - Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi “Təbiəti qorumaq mənim əlimdədir!” şüarı ilə müxtəlif ekoloji layihələrə dəstək göstərməkdə davam edir.
Bu istiqamətdə “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təmiz ölkəm” aksiyasına qoşulub. Aksiyada Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov iştirak edib. Aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Araz” supermarketlər şəbəkəsinin, “Təmiz Şəhər” ASC-nin əməkdaşlarının, Pirallahı Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Zirə qəsəbəsinin Xəzər dənizi sahilində 6 hektar ərazi tullantılardan təmizlənib.
Ümumilikdə 150 nəfərin iştirak etdiyi aksiya zamanı 1,5 ton tullantı yığılaraq “Təmiz Şəhər”ə təhvil verilib. Təmizlik aksiyalarının keçirilməsində məqsəd ərazilərin təmiz saxlanılmasına və tullantıların düzgün idarə olunmasına yönələn maarifləndirici çağırışlar etmək, təmizliyə riayət etmək vərdişlərini vətəndaşlara təlqin etməkdir. Bu uzun girişi yazmaqda məqsədimiz nədir..?
Azərbaycanda son illərdə çox yersiz, mənasız, hətta ziyanlı bir tendensiya yaranıb. Özünün bir başa məsul olduğu sahədə dövlətə və cəmiyyətə milyonlarla ziyan vurur, vətəndaşların hüquqlarını pozur və daha nələr. Amma söhbət Qarabağdan düşən kimi bunun qeyrət damarı şişir, müharibəyə yardımdan-filandan danışır...
Belələrinə deyən yoxdur ki, ay adam, məsul olduğun sahədə hansı bir ədalətli addım atmısan, cəmiyyətimizə xidmət etmisən ki, yeri gəldi-gəlmədi vətəndən-torpaqdan danışırsan..? Bax, biz də bir media olaraq buradan üz tuturuq birbaşa “Veysəloğlu” Şirkətlər Qrupunun sahibi Veysəlin oğlu Aydın Talıbova və deyirik: Aydın Talıbov, sən özün müsahibələrində deyirsən ki, hər gün yüz minlərlə alıcı-müştəri sənin ticarət şəbəkənə müraciət edir, alış - veriş edir, sənə xeyir verir. Onların içərisində narazı olanlar da var. Siz də deyirsiniz ki, bizdən heç kim narazı deyil, hamı bizdən razıdır. Mətbuat bizim haqqımızda qərəzli yazılar yazır. Mətbuat da yazır ki, yalan deyənin ölüsünə - dirisinə lənət. Yoxsa Veysəloğlu Şirkətlər Qrupunun alıcılarına vaxtı keçmiş mal satanın, kiflənmiş məhsullar satanın və satdıranın, bizi bu marketlərdə qiymətdə aldadanların ölüsünə - dirisinə, qızına - gəlininə - başı ləçəklilərinə, arvadına - uşağına lənət olsun. Hətta həmin müştərilər deyirlər ki, Aydın Talıbovun “Araz” marketlərində kiflənmiş pendir, vaxtı keçmiş ərzaq və qida məhsulları satılır.
Belə olan halda, Aydın Talıbov, sən, Xəzərin sahilini tullantıdan təmizləmək əvəzinə yaxşı olar ki, öz marketlərini kiflənmiş məhsullardan təmizləyəsən. Xəzərin sahilinin təmizliyinə məsul olan İcra Hakimiyyəti var, bələdiyyə var, Ekologiya Nazirliyi var. Sənin orada TAMAŞA göstərməyinə, ARTİSTLİK etməyinə qəti ehtiyac yoxdur. Aydın Talıbov, Xəzərin sahilini təmizləməyinə ehtiyac yoxdur, sən yaxşı olar ki, öz tərcümeyi-halındakı Fətullah Gülən- FETÖ ləkəsini təmizləyəsən...Sənin Xəzərin sahillərində nə işin var... Aydın Talıbov, özün deyirsən ki, 20 mindən artıq işçim var. Yenə gözəl. Bəs o 20 min işçinin neçə mini qanuni əmək müqaviləsi olmadan 10-12 saat çalışır..? Neçə min işçin qanuni maaş almaq əvəzinə NAĞD şəkildə maaş alır, yəni hər ay neçə milyonları vergidən, DSMF-dan gizlədirsən..?
Aydın Talıbov, sənin bu boyda şəbəkən QARA MÜHASİBATLIQ (BUXQALTERİYA) üzərində qurulub. Yaxşı olar ki, sən gedib həmin QARA MÜHASİBATLIĞI AĞARDASAN, düz yola gələsən, dövlət büdcəsinə milyonlar atmayasan və s. Aydın Talıbov, Xəzər bir təbii akvatoriya olaraq özü-özünü təmizləyə bilir. Sənin cinayət əməllərindən təmizlənməyə, tövbə etməyə ciddi ehtiyacın var...Xəzər sənlik deyil, get, öz işinlə məşğul ol... Aydın Talıbov, marketlərin yolu, küçələri zəbt edib, hətta körpə məktəb uşaqlarının yolunu da kəsmisən. İndi özün de sənin təbiətsevər olmağına hansı ağılsız inanar..? Guya, Xəzərin qeydinə qalırsan...?
Yeri gəlmişkən, onu da qeyd edək ki, Araz marketlərinin obyektlərinin çoxu ev kimi tikilib, sonradan təyinatı dəyişmədən market kimi istifadə edilir. Binəqədidə, Yasamalda, Sumqayıtdakı Araz marketlərinin çoxunun qanuni sənədi yoxdur. Aydın Talıbov, get zəbt etdiyin yolları, küçələri, məktəblərin qarşısını təmizlə...
P. S. On gün bundan qabaq eşitdik ki, Veysəlin oğlu Aydını tutublar. Atalar deyiblər ki, söz çıxdısa, olur. Nə pis yerdə axşamladın əəəəə... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lətafət adlı sələmçi insanları səfalətə sürükləyir - Adı qalmaqallarda hallanan faiz verən şəxs Könül adlı xanıma 5000 manat atıb


Sələm dedikdə gəlir əldə etmək məqsədi ilə pulun bir şəxs tərəfindən başqasına qazanc əldə etmək məqsədilə borc müqabilində faizlə verilməsi başa düşülür. Qanunvericiliklə vətəndaşlar faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır.

Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Xüsusi lisenziyası olmayan şəxslərin bu cür fəaliyyətlə məşğul olması qanunvericiliklə məsuliyyət yaradır.

Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi – qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma hesab edilir.

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati məsuliyyətə cəlb edilən şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, vətəndaşın sələmə pul vermək hüququ yoxdur. Sələm dedikdə, gəlir əldə etmək məqsədi ilə pulun birbaşa faizə verilməsi başa düşülür. Bu da ancaq bank olmayan kredit təşkilatları, banklar, və lombardlar tərəfindən müqavilə əsasında həyata keçirilir.

Vətəndaşların isə faizə pul verib, müqavilə bağlamaq səlahiyyətləri yoxdur. Verilən sələmə görə faiz tələb etmək cinayət məsuliyyətinə səbəb ola bilər: "Verilən sələmə görə sələm alandan nəinki faiz tələb etmək, əksinə, dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan bu cür qanunsuz fəaliyyət göstərdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətə cəlb oluna bilərlər”. Sələm verməklə və insanların evini yıxmaqla məşğuı olam Lətafət adlı şəxslə bağlı "Azərbaycan Reallığı"na çoxsaylı şilayətlər daxil olmaqdadır.

Daxil olan məlumata görə, özünü makler kimi qələmə verən əslində isə dələduzluqla məşğul olaraq, insanların pulunu, evlərini, obyektini ələ keçirən Lətafət adlı şəxsin daha bir nəfər qurbanına çevrilib. Belə ki, Lətafət adlı sələmçi Könül Abbasovaya 5000 min manat atıb və geri qaytarmır. Hər dəfə onun ailə üzvlərinə yalan vədlər verərək, pulu geri qaytarmaqdan boyun qaçırır.

Xüsusilə qeyd edək ki, Lətafət adlı şəxsin adı ölkə mətbuatında daim qalmaqallarda hallanıb. Belə ki, bir müddət öncə adının açıqlançasını istəməyən xanım şəxsi işi ilə bağlı aylar öncə Nihad Əliyev adlı şəxslə tanış olur. Onun xaricdən satış məqsədi üçün avtomobil gətirəcəyinə söz verib etibarın qazanır, daha sonra isə Yasamalda olan 140-150 min manata dəyərində olan evi ələ keçirir, mülkiyyət ələ keçəndə isə loru dildə desək işə digər dələduzlar cəlb olnur.

Nihad Əliyev sələmçi Lətafət adlı şəxsi dələduzluq qurbanına çevirilən xanımla tanış edir və ona bildirilir ki, evini Abbasov Qabil Yasin oğlu adlı şəxsin adına keçirməklə ondan iş üçün faizə pul götürə bilərlər. Qabil adlı şəxslə tanış olub evini onun adına rəsmiləşdirərək 55 min manat pul götürülüb iş qurmaq üçün pul Nihada verilir.

Pulun faizini Nihad ödəyəcəyini bildirir. Dələduzlar əlbir olduğu üçün faiz ödənmir. Qabil xanımı faiz ödəməyə məcbur edir. Təxminən 3-4 ay pulun faizi Qabil adlı şəxsə faktlarla verilir. Faiz pulunu verə bilmədikdə isə Qabil adlı şəxs xanımın mülkiyyətini satışa çıxarıb dəyər-dəyməzinə satacağını bildirir. Bu məqamda Nihadin atası Raiq Əliyev meydana çıxır. Xanıma evi 10 illik ipotekaya salmağı teklif edir. Guya ipotekanı Rafiq ödəyəcək.

Çarəsiz durumda qalan iki uşaq anası hüquq-muhafizə orqanlarına şikayət edir. İnanırıq ki, Lətafət adlı şəxslə və onunla ortaq olan dələduz dəstə üzvləri ilə bağlı hüquq-mühafizə orqanları lazımi tədbir görəcək. Araşdırmalarımız davam edir. Lətafət adlı şəxsin qurbanına çevrilən şəxslərin redaksoyamız ilə əlaqə saxlamaları xahiş olunur.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacıqabulu abadlaşdıran şirkət kimindir? – Qardaşı başçı müavininə 227 min manat verdiyini…


Hacıqabul rayon İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin “2023-cü ildə Hacıqabul şəhərində abadlıq işləri” lotu üzrə keçirdiyi tenderdə “VİKTORY CONSTRUCTİON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Tenderin məbləği 142.134 manatdır.

“VİKTORY CONSTRUCTİON GROUP” MMC 2022-ci ilin aprel ayının 11-də təsis edilib.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi ev 2, mənzil 11, qanuni təmsilçisi isə Bədəlov Bəhruz Bayram oğludur.

Hacıqabul rayonunda tender müqaviləsinə görə 2023-cü ildə abadlıq işləri aparacaq “VİKTORY CONSTRUCTİON GROUP” MMC-nin fəaliyyət profili, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi və mühəndis heyəti, maddi-texniki bazası barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə “VİKTORY CONSTRUCTİON GROUP” MMC-nin qanuni təmsilçisi Bəhruz Bədəlov bir neçə il öncə mediada qalmaqallı açıqlaması ilə gündəmə gələn “Şabran-D” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Cəlal Bədəlovun qardaşıdır. Cəlal Bədəlov həmin qalmaqallı açıqlamasında Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovun Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştirakına razılıq vermək məqsədi ilə ondan pul istədiyini və onun da bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq M.Balabəyova 227000 (iki yüz iyirmi yeddi min) manat pul verdiyini iddia edirdi.

Fəaliyyəti, maddi-texniki bazası və işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat olmayan “VİKTORY CONSTRUCTİON GROUP” MMC-nin Şabran rayon İcra Hakimiyyətinin sifarişçi olduğu satınalmada hansı meyarlara əsasən qalib elan edilməsi bir sıra suallar yaradır.

Qlobal.az məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətindən mövqe öyrənib. Hacıqabul rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir:

“Azərbaycan Respublikasında dövlət satınalmaları “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparılır.Dövlət satınalmalarına nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.Satınalmalar elektron portal vasitəsilə, əksər hallarda açıq tender üsulu ilə şəffaf qaydada keçirilir.Tender iştirakçıları portal üzərindən aparılan bütün əməliyyatları, yazışmaları izləyə bilir.Tenderin nəticələri Dövlət Xidməti tərəfindən ciddi araşdırılır, əgər tender komissiyası hansısa xətaya yol veribsə, yaxud nəticələri düzgün qiymətləndirməyibsə, tenderin nəticələri ya ləğv edilir, yaxud da yenidən qiymətləndirmə tövsiyyə olunur. “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.7.1-ci maddəsinin tələbinə əsasən ən aşağı qiymət təklifi vermiş ”Viktory Construction Group” MMC tenderin qalibi seçilmişdir. Hazırda yekun protokolu nəzarət qaydasında yoxlanılıb qeydiyyata alınması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmə mərhələsindədir. Yekun protokolu Xidmət tərəfindən qeydiyyata alınarsa MMC ilə satınalma müqaviləsi bağlanacaqdır”.

Xatırladaq ki, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur.

O, 2019-cu ilin dekabr ayının 4-dən Hacıqabul rayonuna rəhbərlik edir.

Qlobal.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İSBAM sədri Azay Quliyevi ittiham etdi...

Teref.az yazır ki, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli daha bir ittihamla çıxış edib.
İSBAM sədri Samir Adıgözəlli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Azay Quliyevlə bağölkı yeni bir faktla sosial şəbəkələrdə çıxış edib. Samir bəy yazır:
"QHT Agentliyi nə qədər səxavətli imiş.
Cəmil Həsənlinin vəkilinə də qrant ayırıb. Ölkə rəhbərliyini söyən adamları ( onların ətrafını) maliyyələşdirmək siyasi dönüklük deyilmi hörmətli Azay Quliyev ?
İSBAM sədri Azay Quliyevi ittiham etdi...

Hər kəsin siyasi fikrinə hörmətlə yanaşıram.
Amma Agentlik rəhbərliyinin ucuz üsulla məni ittiham etdirib, bu kimi dövlətçiliyə qarşı prinsipsizliklərini anlamaq olmur.
Samir Adigozelli"
Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taleh Qaraşov Lənkəranı neçəyə abadlaşdırır? - Bir ildə 4 tender


Lənkəran İcra Hakimiyyəti Lənkəran şəhər və rayon məhəlli ərazilərdə aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi "Xezer-Construction” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 729 425,78 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.

20 aprel 2023-cü il tarixdə reystr məlumatlarına dəyişiklik edilib. Bu dəyişikliklə MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib. Bundan əvvəl "Xezer-Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 36, mənzil 1-də yerləşib. Şirkətin qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.

"Xezer-Construction” MMC barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bununla belə, dövlət qurumları hansısa səbəbdən bir şirkətə iriməbləğli sifarişlər verirlər.

Lənkəran İcra Hakimiyyəti indi bəhs etdiyimiz tender istisna olmaqla 2023-cü ildə abadlıq, quruculuq işləri ilə 3 tender keçirib. Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı 699 284,57 manatlıq tenderin qalibi "Mars Construction” MMC seçilib.

Lənkəran şəhər ərazisi üzrə yaşayış sahələrinin fasad və giriş hissələrində aparılacaq bir sıra işlərin satın alınması ilə bağlı 228.861,77 manatlıq tenderin qalibi isə "Topxana Layihə İnşaat” MMC olub.

Bu tenderlərdən əvvəl isə Lənkəran şəhər və rayon ərazisində aparılacaq bir sıra yenidənqurma və təmir-bərpa işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə bağlı müsabiqə keçirilib. Həmin müsabiqənin qalibi "Global Engineering Management Company” MMC olub. Layihə-smeta sənədlərinin hazırlanması xidmətinə görə şikrətə 46 804,7 manat ödənilməsi nəzərdə tutulub.

Beləliklə, 2023-cü ildə Lənkəranda abadlıq, quruculuq işlərinin xərci toplam olaraq 974 951, 04 manat təşkil edib. "Xezer-Construction” MMC ilə bağlanacaq müqaviləni də bura əlavə etdikdə abadlıq işlərinin xərci milyon yarımdan çox edir.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildə bu vəzifədədir.

Ümumiyyətlə isə Taleh Qaraşovun icra başçısı kimi karyerası 27 ili əhatə edir. (Qaynarinfo.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 obyektin sahibi barəsində inzibati qaydada tədbir görülüb


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Lerikdə tədbirlər həyata keçirib.

Tədbirlər zamanı təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması və qanunsuz odun tədarükü faktları aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Azərbaycan Reallığı"na verilən məlumata görə, aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) və 252-ci ( Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddələrinin tələblərini pozan ümumilikdə 4 vəzifəli və 1 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Park Terrace" restoranında cəngəllik - Burada ölkənin bütün qanunları pozulur


Bakı şəhəri, Sabunçu rayonu Ruhulla Axundov küçəsində fəaliyyət göstərən, “Park Terrace" restoranında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı ilə bağlı "Azərbaycan Reallığı" saytına məlumat daxil olub.

Məlumat verən məndə bildirir ki, sözü gedən məkan Naxçvan Muxtar Respubilkasının Daxili İşlər Naziri hal-hazırda həbsdə olan Əhməd Əhmədova məxsusdur. Restoranı isə onun yaxın qohumları işlədir.

Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, mətbəx sahəsində müvafiq təmizlik işlərinin aparılmadığı daxil olan məlumatda qeyd olunur.

Həmçinin mənşəyi məlum olmayan, üzərində saxlama müddəti göstərilməyən, etiketlənmə tələblərinə cavab verməyən məhsullarının satışının və istifadəsinin həyata keçirildiyi xüsusilə vurğulanır.

Məkanda işləyə işçilərin əmək müqaviləsi olmaması işçilərin əmək haqqlarının verilməməsi buna görədə restoran rəhbərliyinin işçilərlə bəzən narazlıqın pik həddə olması bir sözlə burada mənəm bağdada kor xəlifə pirinsipi ilə işləməsi demək olar ki, məkana gələn müştərilərində haqqlı narazliqına səbəb olur.

Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Lakin heç biri yerinə yetirilmir. Vergidən yayınma halı baş alıb gedir.

Belə ki, müştəri hesabı ödəmək istədikdə məkanda posterminalın olmaması ödənişi kartdan-karta göndərilməsi istənilir. Bu azmış kimi restoranında özbaşınalıq hökm sürür, müştəriləri sözün əsil mənasında soymaqla məşğuldurlar! Aydın məsələdir ki, Azərbaycanın çox yerində olduğu kimi, bu restoranlarda da müştərilərin qabağına çıxıb, onları qarşılamırlar.

Müştərilərə oturmaq üçün yer də göstərmək "yadlarından çıxır". Bir masa tapıb arxasında əyləşirsən, handan-hana biri gəlir ki, "nə istəyirsiniz?" İstəyirsən ağzını doldurub deyəsən ki, "kostyum istəyirəm!". Sonra izah etməyə məcbur olursan ki, "a bala, restorana yeməyə gələrlər də..."

Restoranda eybəcər musiqi səsindən qulaq batır! Xidmət səviyyəsi sıfır, yeməklər keyfiyyətsizdir. Yeməkdə sonra adamın ürəyi bulanır! Yeməklərin hansı kefiyyətdə olan yağla bişirilməsi belə məlum deyil sifariş etdiyin yeməklərin qiymətindən 4-5 qat artıq yazırlar Bu, artıq həyasızlıqdır! Bunların hamısı villa tikdirmək, bahalı maşınlar almaq istəyirlər! Bir sözlə restoran rəhbərliyi müştərilərin bədbəxtçliyi üzərindən rahatlıqla öz xoşbəxtliyini qurmaq istəyir.

Ümüdvarıq adiyyəti qurumlar sadaladığmız problemlərlə bağlı tez bir zamanda qanunu tədbir görəcəklər

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuz sakinini KİM İNCİDİR? - GİLEY

Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Heydərova Könül Yahya qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, sosial yardım almaq üçün ondan 500 manat rüşvət istəyirlər:

"Mən, Heydərova könül Yahya qızı, sosial yardım almaq üşün sizə müraciət edirəm,mənim propblemimi işıqlandırın.

Anam və uşağım xəstədir, mənə sosial yardım vermirlər. Keçən il 500 manat rüşvət verdim, sosial yardım aldım. Bu il 500 manat verə bilmədim, bu səbəbdən də sosial yardımı kəsdilər.

Qonşuluğumda imkanı yaxşı olan şəxslər sosial yardım alır, amma mənə vermirlər.

Dövlət Sosial Müdafiə Fondunda işləyən Babək adlı şəxs sosial yardım düzəltmək üçün məndən 500 manat pul istəyir. Bu şəxs tək məndən yox, mənim qonşularımdan da pul alıb, maşını, imkanı yaxşı olan şəxslərə sosial yardım düzəldib.

Xahiş edirəm mənə kömək edin, xəstə uşağım var, pul vermədən mənə sosial yardım ayrılsın”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon filialında çalışan Babək adlı şəxslə əlaqə saxlamağa çalışdıq, lakin telefon zənglərinə cavab vermədi.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Arxiv İdarəsinə ayrılan milyonlar hara gedir?


Milli Arxiv İdarəsi rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, amma uzun müddətdir ki, bu sahəyə milyonlar ayrılır
SİNAM Milli Arxivin rəqəmsallaşması üçün yenidən tenderin qalibi olub, 2 milyon manat alıb və artıq müqavilə imzalanıb.
Ötən il də bu şirkət eyni məqsəd üçün 0.5 milyon manat dövlət vəsaiti almışdı.
2021-ci ilin dekabrında isə SİNAM yenə həmin məqsəd üçün, rəqəmsallaşma və Elektron Arxiv Sisteminin yaradılması üçün 2 milyon manat almışdı.
Ümumiyyətlə isə, 2013-cü ildən etibarən Milli Arxiv İdarəsinin elektronlaşmasına yalnız SİNAM rəhbərlik edir, heç bir digər İT şirkət bura yaxın buraxılmır.
SİNAM arxiv sisteminin rəqəmsallaşması üçün toplam olaraq on milyonlarla dövlət vəsait alıb.
Nəticə varmı?
Real nəticələri indiyədək görməmişəm, rəqəmsallaşma səviyyəsi ən aşağı olanlardandır, hər hansı təqdimatlar və hesabatlar olmayıb, heç bir dövlət və özəl qurum bu sistemə inteqrasiya olunmayıb. Vətəndaşlar üçün də rəqəmsal xidmətlərinin şahidi olmamışıq.
İndi görəsən eyni məzmunlu layihələrə yenidən ayrılan milyonlar üçün eGov sahəsində səlahiyyətli qurum olan RİNN, İRİA rəy veribmi?
Əvvəlki işlərin dəyərləndirməsi, monitorinqi olubmu?
Xatırlayıram ki, SİNAM uzun illər pensiya sahəsində, ƏƏMN sistemində də tenderləri udur, müxtəlif İT layihələr icra edirdi. Rəqəmsal həllərin isə çoxusu işləmirdi, problemlər çox olurdu. Qurum rəqəmsallaşa , inteqrasiya oluna bilmədi.
Nəticəsi isə ondan ibarət oldu ki, ƏƏMN sistemində yeni nazir gələndən sonra yenidən bu sahəyə dövlət vəsaitləri ayrıldı, SİNAM-ın qurduğu bütün köhnə İT layihələr, köhnə sistemlər isə "alt sistemlər" adı ilə yenidən quruldu.
Görəsən indi necə olacaq, arxiv rəqəmsallaşacaq, yoxsa burada da rəhbərlik dəyişəndə yenidən vəsaitlər ayrılmaqla hər şey başqa şirkətlə, başqa adla yenidən təkrarlanacaq?
Osman Gunduz
Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaxda vətəndaşı dinləyən yoxdur... - rəsmilər isə deyir ki...

Bir ilə yaxındır yataq xəstəsi olan 65 yaşlı Almas İsgəndərova Kəlbəcər rayonundan məcburi köçkündür.

Xəstəliyinə görə, Almas İsgəndərova hərəkət qabiliyyətini tamam, nitq qabiliyyətini isə qismən itirib, yaxşı danışa bilmir.

Ona gəlini və digər ailə üzvləri qulluq edir.

Həyat yoldaşı 66 yaşlı Rahim Həsrətov deyir ki, onun özünün də hər iki gözü tutulub.

Ailə deyir ki, illərdir yaşayış yerləri olmadığına görə, Qaxın Qapıçay kəndindəki keçmiş kərpiz zavodunun gözətçi köşkündə məskunlaşıblar.

Dörd nəfər və iki yaşlı körpədən ibarət olan ailə bu bir otaqlı daxmada yaşayır.

Əvvəllər gözətçi köşkü olmuş bu tikilinin döşəməsi betondur, tavanında isə iri dəliklər görünür.

Həyətə qaz gəlmir və ailə bir gözlü tikilidə qışda odun peçi yandıraraq keçindiklərini deyir.

Ailə deyir ki, sağlamlıqları üçün müraciət etdikləri Qax xəstəxanasında şəfa tapa bilməyiblər.

Rahim Həsrətov həm də Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının və səhiyyə təşkilatlarının onlara etinasız münasibət göstərdiyini deyir.

Məcburi köçkün ailəsi deyir ki, şəraitsizlikdən yeməklərini tavanı dəlik-deşik olan daldalanacaqda hazırlayırlar. Elə həyətlərindəki ev heyvanları da günün istisindən bura sığınıb.

Qaxın Qapıçay kəndinin icra nümayəndəsi İlqar Məmmədov BBC-yə deyib ki, ailənin ittihamlarının hamısı haqlı deyil.

“İcra başçısı ötən ilin mayında gəlmişdi, onlar da ev istədilər. Hüquqşünaslar da vardı orda və onlara başa salındı ki, onlar Qax ərazisində qeydiyyatda deyillər. Ev məsələsini qeydiyyatda olduqları Şəki və başqa yerlər müraciət etmələri deyilib”, - İlqar Məmmədov

İcra nümayəndəsi deyib ki, Rahim Həsrətov Şəki qeydiyyatındadır, Almas İsgəndərova isə məcburi köçkün kimi başqa ünvanda, Gəncədə qeydiyyatdadır və onlardan yardım müraciəti daxil olmayıb. Onun sözlərinə görə, əgər ailə ərzaq yardımı üçün ona və ya bələdiyyəyə müraciət etsə vaxtaşırı icra hakimiyyətindən ayrılan belə yardımları ala bilər.

TƏBİB-dən BBC News Azərbaycancaya bildiriblər ki, Almas İsgəndərova və Rəhim Həsrətov heç biri Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət etməyib.

"Rahim Həsrətov Zaqatala RMX-ya müraciət edib, ona özəl tibb müəssisəinə göz əməliyyatı üçün müvafiq göndəriş təmin olunub. Daha sonra o müraciət etdiyi özəl tibb müəssisəsindən narazılığını ifadə edib", - TƏBİB bildirib.

TƏBİB-də deyilib ki, qurum, yalnız dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Rahim Həsrətov deyib ki, onu gözü üçün Bakıdakı özəl tibb müəssisəsinə göndərsələr də, imkansızlıqdan Bakıya səfər edə bilməyib və xidmətdən imtina edib.

Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hələ ittihamlara cavab verməyib. //BBC-Azərbaycanca//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO