[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Əsədov Moldovanın Baş naziri ilə GÖRÜŞÜB


Baş nazir Əli Əsədov oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.
Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulanıb.

Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident bu qurumla bağlı fərman İMZALADI


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti təkmilləşdirilir.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilir.

Müəyyən edilir ki, Avtomobil Yollarının Mühafizə Xidməti (bundan sonra – Xidmət) Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxsdir; Xidmətin ləğvi və yenidən təşkili ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Agentliyə həvalə edilir; Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Nazirlər Kabineti Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Xidmətin balansına verilməsi ilə bağlı bir ay müddətində tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Agentlik Xidmətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Xidmətin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini iki ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Agentliyin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Praqa bəyanatının yaratdığı ZƏMİN... - İNCƏLƏMƏ...


Praqada keçirilən dördlü görüş ümidverici nəticə ilə yekunlaşıb. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hər iki ölkə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Qeyd edək ki, Praqada Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördlü görüş keçirilib. Görüşünün sonunda bəyanat qəbul edilib: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.

Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar

Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib: “Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Hər halda, sülh prosesinə artıq təkan verildi”.

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşün detallarına toxunan Azərbaycan prezidenti deyib ki, bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra:

“Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır” .

Qafqazda davamlı sülh üçün

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünü şərh edib.
O, bu barədə tviter səhifəsində yazıb: "Praqada Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Fransa Prezidenti ilə gərginliyin davamlı azaldılmasını və Avropa İttifaqının dəstəkləməyə hazır olduğu sülh səylərinin intensivləşdirilməsini müzakirə etdik" .

Fransa Prezidenti Emmanuel Makron isə tviter hesabında görüş barədə foto paylaşaraq “Qafqazda davamlı sülh üçün” sözlərini yazıb.

Suverenliyi tanıyan Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıyır

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə açıqlamasında deyib ki, artıq sülhə doğru addım atıldı və qərbin vasitəçiliyi ilə gedən proses deməyə əsas verir ki, suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır: “Yekun bəyanatda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bununla bağlı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Burada suverenlik prinsipinin qeyd olunması da diqqət çəkir. Suverenliyi tanıyan Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıyır. Xatırladım ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Ermənistan 1992-ci ildə təcavüz edib, ərazilərimizdə işğal faktını həyata keçirmişdi. Praqada əldə olunan razılaşmaya görə, həmin işğal faktları aradan qaldırılır və SSRİ dağılandan sonra müəyyən olunan sərhədlərə istinad məsələsi öz əksini tapıb. Əsas vurğu isə Qarabağın azad olunması üzərindədir. Fakitiki olaraq Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq məcburiyyətində qaldı”.

Ə.Əlibəylinin fikrincə, bu görüşün digər əhəmiyyəti də odur ki, tərəflər ilk dəfə sülhə bu qədər yaxınlaşıblar. Eyni zamanda Makronun Azərbaycanın əleyhinə nəzərdə tutduğu diplomatik təzyiqləri alınmadı: “Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini düşünə bilərdilər.

Amma Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.

Yəni Fransa sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədlərinə yerləşdirilməsi niyyəti baş tutmadı”.

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfinin əlini güclü edəcək nüanslardan biri delimitasiya və demarkasiya prosesinə start verilməsidir. 12-14 sentyabr sərhəd toqquşmasından sonra Azərbaycanın dövlət sərhədi istiqamətində əldə etdiyi üstünlüklərin qorunub saxlanılması qəbul edildi.

Bu da təbii proses idi. Azərbaycan tərəfi o əraziləri böyük itkilər hesabına əldə edib, ona görə də oradan geri çəkilməsi mümkün deyildi: “Qısası, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi”.

"Şərq"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi ilə şəhərin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatı təmin olunur


Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində ənənəvi üçpilləli 35/10-6/0,4 kilovoltluq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4 kilovoltluq şəbəkələrlə əvəz edilib.

“Report” xəbər verir ki, bu barədə Şuşaya səfər edən jurnalistlərə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

O bildirib ki, istismara verilmiş Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündədir:

“Yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kilovoltluq yarımstansiyaların və 10 kilovoltluq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılır, texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılır, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar edilir, xidmətin keyfiyyəti yaxşılaşdırılır. Bununla yanaşı, 110/35/0,4 kilovoltluq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kilovolt) dövrələrini son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur. Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır”.

A.Məmmədzadə bildirib ki, ilk dəfə Şuşada tətbiq edilən 35/0,4 kilovoltluq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir:

“Elektroenergetika sahəsində ilk dəfə olaraq Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub. Ümumilikdə isə inşası planlaşdırılmış 9 yeni müasir Transformator yarımstansiyası və Rəqəmsal idarəetmə Mərkəzlərinin artıq 6-sı tikilib, bunlardan birinin açılış edilib. Digər 3 yarımstansiya isə gələn il ərzində istismara veriləcək”.

“Görüləcək işlərdən sonra Şuşada radial sxemlə işləyən 48 ədəd Transformator Məntəqlərini müasir sxemə əsaslanan 9 ədəd 35/0,4 kilovoltluq rəqəmsal yarımstansiyalar əvəz edəcək. Şəbəkəyə aid xətlər isə yeraltı çəkiləcək. Digər yarımstasiyaların, ümumilikdə Şuşanın elektrik şəbəkəsinin innovativ yeniliklərə uyğun şəkildə qurulması işi davam etdirilir”, - Mərkəzin direktoru vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəngəzur dəhlizi niyə müzakirə olunmadı? - VİDEO


“Avropa siyasi birliyi” Zirvə toplantısı çərçivəsində keçirilən dördtərəfli görüşdə imzalanan bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması sual doğurub.

Ekspertlərin fikrincə bu, onunla bağlıdır ki, məsələ üçtərəfli bəyanatla tənzimlənir. Bu da Praqa bəyanatına Zəngəzur dəhlizi ilə bağlı əlavə bəndin salınması zərurətini aradan qaldırır.

Təbii ki, Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı üzərinə götürdüyü öhdəliklərin icrasına məcbur edib. Bu proses məntiqi sonluğa kimi davam etdiriləcək. Çünki dəhlizin açılması nəinki Azərbaycan, regionun aparıcı ölkələri üçün də prioritet məsələyə çevrilib. Elə Praqada qəbul edilən sənədin müddəaları da bu prosesi daha da sürətləndirir və ölkəmizin maraqlarına tam cavab verir.

Millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə, postmüharibə dövrünün bugünkü mərhələsində belə bir sənədin imzalanması sülh müqaviləsi, eləcə də sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasıyalarının açılması ilə bağlı növbəti addımların atılması baxımından daha əlverişli şərait yaradır.

Məlum məsələdir ki, nəqliyyat-kommunikasiya məsələlərində ölkəmizin mövqeyi dünya miqyasında dəstəklənir. Azərbaycanın da məqsədi bu paralelliyi qoruyub saxlamaqdır. Çünki Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bölgəyə çox böyük faydalar gətirəcək.

Daha ətraflı Baku TV-nin süjetində:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR-ın müəmmalı ismi Adnan Əhmədzadə kimdir?



SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.
Bu adamın adı mətbuata yaxşı tanışdır. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onun adı keçir. Təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada da bu mövzuda böyük məqalələr nəşr olunub. Həmin yazılarda Rövnəq Abdullayevin qaranlıq satış işlərini qohumu Anar Əliyevə və Adnan Əhmədzadəyə etibar etdiyi açıqlanır. Adnan Əhmədzadə kimdir, onun adı niyə şirkətin bütün önəmli işlərinin içində keçir? Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun yazınıdır. Əhmədzadə SOCAR-dakı fəaliyyəti sayəsində özünə böyük biznes şəbəkəsi qurub. Ölkədəki “Rahat” supermarketlər şəbəkəsinin, “Xoxo” gecə klubunun, Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən “Caspian Service” tikinti şirkətinin də ona məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı “Throughbred” atları var. Onun bahalı avtomobillərinin, qiyməti 1 milyon dollara çatan “Jacob & Co Astronomia” saatının, “Palm Cümeyrada” daşınmaz əmlakının hansı pullarla alındığı kimsəyə sirr deyil. Jurnalist Cavanşir Həsənlinin araşdırmalarından məlum olur ki, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib.
Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Londonda da onun “AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Adnan Əhmədzadənin qardaşı Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. O, qardaşının prezidenti olduğu “SOCAR-Trading”də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edib. Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır. SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib. Siyahını bir az da uzatmaq istərdik, amma çox uzundur, bizim kimi, sizin də gözləriniz qaralar. Əhmədzadə bu qədər əmlakı Rövnəq Abdullayevə hansı xidməti sayəsində yığıb görəsən?
Onu Abdullayevin bütün çirkli işlərini həyata keçirdiyi, gecəsi bir milyona başa gələn bahalı “partiləri”ni təşkil etdiyi, “kassası” rolunu oynadığı haqqında deyilənlər təsdiqini tapır artıq. Bir müddət əvvəl SOCAR-da vergi və yeyinti şübhələri əsasında yoxlamalar aparılanda Əhmədzadənin həbs olunduğu xəbəri yayılmışdı. Sonra adam qalmaqaldan sağ çıxıb öz işinin başına qayıtdı. Prezidentin bugünkü təyinatı nə anlam ifadə edir? Onu şirkətdə öz qohumunun yanına, müavinin müavini vəzifəsinə təyin etməklə cəzalandırmaq istəyirlər, yoxsa mükafatlandırmaq? Suallar çoxdur, Əhmədzadəni müavinin müavini təyin etməklə məsələ bitmir, problemi kökündən həll etmək lazım.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Rusiyaya getdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin “Azadlıq radiosu”nun jurnalisti ilə maraqlı dialoqu - Video


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfər ediblər.

Prezidentlərin “Azadlıq radiosu”nun jurnalisti ilə maraqlı dialoqu olub. Belə ki, İlham Əliyev jurnalistin təmsil etdiyi media orqanının adını eşidərkən zarafatla “Bunlar “SOROS”çulardır. Tanımıram sizi. “SOROS”a salam söylə bizdən. “SOROS”a de ki, biz burada da qardaşıq” deyib.

İlham Əliyev daha sonra jurnalistin suallarını cavablandırıb.

Jurnalistin “Nikol Paşinyan deyir ki, Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır” sualına Prezidentin cavabı belə olub:

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq".



XƏBƏR LENTİ

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL