[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi ilə şəhərin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatı təmin olunur


Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində ənənəvi üçpilləli 35/10-6/0,4 kilovoltluq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4 kilovoltluq şəbəkələrlə əvəz edilib.

“Report” xəbər verir ki, bu barədə Şuşaya səfər edən jurnalistlərə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

O bildirib ki, istismara verilmiş Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündədir:

“Yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kilovoltluq yarımstansiyaların və 10 kilovoltluq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılır, texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılır, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar edilir, xidmətin keyfiyyəti yaxşılaşdırılır. Bununla yanaşı, 110/35/0,4 kilovoltluq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kilovolt) dövrələrini son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur. Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır”.

A.Məmmədzadə bildirib ki, ilk dəfə Şuşada tətbiq edilən 35/0,4 kilovoltluq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir:

“Elektroenergetika sahəsində ilk dəfə olaraq Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub. Ümumilikdə isə inşası planlaşdırılmış 9 yeni müasir Transformator yarımstansiyası və Rəqəmsal idarəetmə Mərkəzlərinin artıq 6-sı tikilib, bunlardan birinin açılış edilib. Digər 3 yarımstansiya isə gələn il ərzində istismara veriləcək”.

“Görüləcək işlərdən sonra Şuşada radial sxemlə işləyən 48 ədəd Transformator Məntəqlərini müasir sxemə əsaslanan 9 ədəd 35/0,4 kilovoltluq rəqəmsal yarımstansiyalar əvəz edəcək. Şəbəkəyə aid xətlər isə yeraltı çəkiləcək. Digər yarımstasiyaların, ümumilikdə Şuşanın elektrik şəbəkəsinin innovativ yeniliklərə uyğun şəkildə qurulması işi davam etdirilir”, - Mərkəzin direktoru vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəngəzur dəhlizi niyə müzakirə olunmadı? - VİDEO


“Avropa siyasi birliyi” Zirvə toplantısı çərçivəsində keçirilən dördtərəfli görüşdə imzalanan bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması sual doğurub.

Ekspertlərin fikrincə bu, onunla bağlıdır ki, məsələ üçtərəfli bəyanatla tənzimlənir. Bu da Praqa bəyanatına Zəngəzur dəhlizi ilə bağlı əlavə bəndin salınması zərurətini aradan qaldırır.

Təbii ki, Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı üzərinə götürdüyü öhdəliklərin icrasına məcbur edib. Bu proses məntiqi sonluğa kimi davam etdiriləcək. Çünki dəhlizin açılması nəinki Azərbaycan, regionun aparıcı ölkələri üçün də prioritet məsələyə çevrilib. Elə Praqada qəbul edilən sənədin müddəaları da bu prosesi daha da sürətləndirir və ölkəmizin maraqlarına tam cavab verir.

Millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə, postmüharibə dövrünün bugünkü mərhələsində belə bir sənədin imzalanması sülh müqaviləsi, eləcə də sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasıyalarının açılması ilə bağlı növbəti addımların atılması baxımından daha əlverişli şərait yaradır.

Məlum məsələdir ki, nəqliyyat-kommunikasiya məsələlərində ölkəmizin mövqeyi dünya miqyasında dəstəklənir. Azərbaycanın da məqsədi bu paralelliyi qoruyub saxlamaqdır. Çünki Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bölgəyə çox böyük faydalar gətirəcək.

Daha ətraflı Baku TV-nin süjetində:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İspaniya mətbuatı: “Qarabağ” Miçellə Marselonun debütündə “Olimpiakos”u utandırdı


İspaniya mətbuatı ötən gün doğma divarlar arasında “Qarabağ”dan sarsıdıcı məğlubiyyət alan “Olimpiakos” klubunun ispaniyalı baş məşqçisi Miçel Qonsalesin debütündən yazıb.

“Qarabağ” Miçellə Marselonun debütündə “Olimpiakos”u utandırdı” başlıqlı məqaləsində müəllif qeyd edib ki, Miçel Qonsalesin rəhbərlik etdiyi “Olimpiakos” klubu G qrupunda qələbəyə həsrət qalıb və “ağ-qırmızılar” turnir cədvəlinin sonuncu - “qırmızı zona”sına düşüblər.

“Oyun “Olimpiakos” üçün uğursuz başladı. Zubir beşinci dəqiqədə “Qarabağ”ı irəli çıxarsa da, Yunanıstan təmsilçisinin köməyinə VAR çatdı. 68-ci dəqiqədə Ovusu Kvabena Azərbaycan klubunu hesabda önə çıxardı. Bu dəfə VAR da Qonsalesin rəhbərlik etdiyi klubun köməyinə çatmadı. 82-ci dəqiqədə Marko Veşoviç fərqləndi və hesab arasında fərq iki topa yüksəldi. Vurulan ikinci qol da “Olimpiakos” futbolçularının tənbəlliyinə çarə olmadı və Ramil Şeydayevin güclü zərbəsi oyunda son nəticəni bəlli etdi – 0:3”, - müəllif qeyd edib.

Yazıda bir cümlə ilə “Real”dan (Madrid) “Olimpiakos”a transfer olunan Marselonun da oyununa toxunulub.

Qeyd olunur ki, 60-cı dəqiqədə Buçalakisi əvəz edən “Olimpiakos”un braziliyalı yeni transferi də oyunda heç nə ilə yadda qala bilməyib.

Mənbə: Marca
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin və Zelenski G20 sammitinə gəlməyə RAZILAŞDILAR


Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski noyabrın 15-16-da Balidə keçiriləcək G20 (G20) ölkələrinin sammitinə gəlmək barədə razılığa gəliblər.

Bunu İndoneziyanın BƏƏ -dəki səfiri Husin Bagis The National Emirates nəşrinə müsahibəsində deyib .

“Hər ikisi iştirak etməyə razılaşdılar” deyən diplomat, “Ukrayna-Rusiya müharibəsi səbəbindən vəziyyətin asan olmadığını” qeyd edib.

Səfir bildirib ki, hər iki ölkə liderlərinin qəbulu üçün maddi-texniki hazırlıq "artıq sürətlə gedir".

“Biz onları hansı otellərə yerləşdirməyimizə qərar veririk – biri Putin, digəri Zelenski üçün”, o, onları bir-birinə çox yaxın yerləşdirməklə gərginlikdən qaçmaq lazım olduğuna işarə edərək deyib.

Daha əvvəl bildirilmişdi ki, İndoneziya Hərbi Dəniz Qüvvələri G20 sammitinin təhlükəsiz keçirilməsi üçün 12 gəmi cəlb edəcək. İndoneziya Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Yudo Marqono bildirib ki, gəmilər xarici hərbi gəmilərin yerləşə biləcəyi akvatoriyanın patrulunu da öz üzərinə götürəcək.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putinin bəzi liderlərlə ayrıca söhbəti olub


Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündən sonra bir neçə ayrı söhbət edib.

Bu barədə Federasiya başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Ayaq üstə bir neçə ayrı söhbət olub", - deyə Peskov bildirib.

Onun hansı dövlət başçıları ilə ayrıca görüşdüyü hələlik açıqlanmır.

Qeyd edək ki, oktyabrın 7-də Sankt-Peterburq şəhərində keçirilən MDB liderlərinin qeyri-rəsmi sammiti başa çatıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adları yaddaşlardan silinməyən sabiq məmurlar indi haradadır? - ARAŞDIRMA


Uzun illər dövlət qurumlarında yüksək vəzifələr icra etmiş, bir sıra məmurlar var ki, hələ də adları xatırlanır. Onlardan bəziləri fəaliyyətləri və ya fəaliyyətsizlikləri, bir neçəsi isə haqqında yayılan iddialarla yaddaşlarda qalmağı bacarıblar.

Bəs, cəmiyyətin hələ də xatırladığı sabiq məmurlar indi haradadır?

DİA.AZ xəbər verir ki, Bizim.Media bu suala cavab axtarıb:

Hacıbala Abutalıbov

Sabiq məmur 2001-2018-ci illərdə Bakı Şəhər İcra hakimiyyətinin başçısı, 2018-2019-cu illərdə isə Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsini icra edib. O, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir. 2021-ci ilin sentyabrından etibarən YAP Veteranlar Şurasının üzvüdür. Uzun müddətdir ki, mətbuatda görünmür.

Tağı Əhmədov

Bakı Metropoliteninin sabiq rəisi (1998–2014), 2022-ci ilin martınadək Azərbaycan Dama Federasiyasının vitse-prezidenti olub. Tağı Əhmədov 2014-cü ildən 2021-ci ilin sentyabrındək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri vəzifəsini daşıyıb. O, Hacıbala Abutalıbovla eyni vaxtda YAP Veteranlar Şurasına üzv olub. Son zamanlar mətbuatda Tağı Əhmədovun səhhətinin ağırlaşdığı, ayaqlarının tutulduğu deyilir.

Abid Şərifov

1995-2018-ci illərdə Baş nazirin müavini səlahiyyətlərini icra edib. Onun da səhhətində problemlərin olduğu deyilir. Sonuncu dəfə ötən ilin dekabrında mətbuatda görünüb. Belə ki, həmin vaxt A. Şərifovun bacısı qızı, rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Quliyevanın bu addımını tənqid etmişdi.

Misir Mərdanov

1998 - 2013-cü illərdə Təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsini icra edir. Misir Mərdanov siyahıdakı digər bir çox məmurdan fərqli olaraq, mətbuatda tez-tez görünür.

Elmar Məmmədyarov

2004-2020-ci illərdə xarici işlər naziri vəzifəsini icra edib. Hal-hazırda AFFA İcraiyyə Komitəsinin üzvüdür. Son aylarda mətbuatda tez-tez görünür.

Səfər Əbiyev

1995 - 2013-cü illərdə Müdafiə naziri olan Səfər Əbiyevin hazırda nə işlə məşğul olduğu barədə rəsmi məlumat yoxdur. Mətbuatda sabiq nazirin Çexiyada yaşadığı və burda çoxsaylı mülklərinin olduğu barədə məlumatlar yayılıb. Səfər Əbiyev sonuncu dəfə 2022-ci ilin yanvarında Bakıda keçirilən tədbirlərdən birində görülüb. Həmin vaxt onun Bakıda yaşadığı bildirilirdi. Sonrakı dönəmdə isə haqqında hər hansı informasiyaya rast gəlmədik.

Fazil Məmmədov

Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri olub. 2018-ci ildə səhhətində problemlər yarandığı ilə bağlı məlumatlar yayılıb. Uzun müddətdir ki, mətbuatda görünmür.

Ziya Məmmədov

2002-2017-ci illərdə nəqliyyat naziri vəzifəsini icra edib. Sabiq nazirin biznes fəaliyyəti ilə bağlı dövri mətbuatda xeyli sayda məlumatlar yayılıb. Sonuncu dəfə 2020-ci ilin mayında mətbutda görünüb. Həmin vaxt sabiq nazir Bakıda olduğunu bildirib.

Nazim İbrahimov

2008–2018-ci illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, 2002-2008-ci illərdə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edib. Nazim İbrahimov sonuncu dəfə 2021-ci ilin sentyabrında general Rövşən Əkbərovun törətdiyi cinayətlə bağlı şahid qismində məhkəmə qarşısına çıxarılıb. Vəzifədən azad olduqdan sonra biznes fəaliyyəti ilə məşğul olduğuyla bağlı KİV-də məlumatlar mövcuddur. Uzun müddətdir ki, mətbuatda görünmür.

Nəcməddin Sadıkov

General-polkovnik Nəcməddin Sadıkov Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsini 1993-2021-ci illərdə icra edib.

Ötən ilin iyulunda onun yerin Kərəm Vəliyev təyin edilib. Haqqında xoşagəlməz iddiaların bitib-tükənmədiyi Nəcməddin Sadıkov bu ilin fevralında avtomobili ilə qəza törədərək, kameraların obyektivinə yaxalanıb. Sonrakı aylarda harada və hansı fəaliyyətlə məşğul olduğu isə qeyri-müəyyəndir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
1 saylı Sumqayıt Şəhər Xəstəxanasında ŞOK ÖZBAŞINALIQ - VİDEO


Sumqayıt sakini həkim səhlənkarlığından şikayət edib.

DİA.AZ sonxeber.az-a istinadən xəbər verir ki, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının Travmatologiya şöbəsində çalışan həkim- cərrah Fuad Ağayev Bəxtiyar Hüseynov adlı şəxsin qolunu kəsib.

Şikayətçinin sözlərinə görə, həkim sol qolunu əməliyyat edən zaman sağlam sümüyünün kəsdiyini deməyib:

"Düşünürdüm ki, Fuad həkim qolumu əməliyyat edəndən sonra tez sağalacam. Yenidən işləyib ailəmi dolandıracam. Ancaq tam əksi oldu, sən demə, mənim əziyyətim irəlidə imiş".
1 saylı Sumqayıt Şəhər Xəstəxanasında ŞOK ÖZBAŞINALIQ - VİDEO

B. Hüseynov qeyd edib ki, əməliyyatdan bir il keçsə də, qolunda şiddətli ağrılar var:

"Həkim qolumda sümük çatmadığı üçün ayağımı əməliyyat edib sümük götürmüşdü. Əvvəl sümük bitməli, sonra qoluma qoyulan plastiki çıxartmalı idi. Ancaq əməliyyatdan bir ay sonra həkim qolumu rentgen etdi və plastiki götürəcəyini dedi. Mən qolumda əyrilik hiss edirdim, hətta qolumun əyri bitdiyini söylədim. Ancaq həkim əhəmiyyət vermədi. Artıq bir il keçsə də, qolumda şiddətli ağrılar var. Qolumu hərəkət etdirə bilmirəm. Ağrıkəsicilərlə yaşayıram".

Sozügedən məsələ ilə bağlı videogörüntünü təqdim edirik:


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bərdədə 200-ə yaxın ailənin axırı NƏ OLACAQ? - Prezidentə müraciət olundu


Bərdənin Sənaye küçəsinin sakini olan 200-ə yaxın ailə su problemindən əziyyət çəkir.

Yeni salınmış məhəllənin sakinləri bildirirlər ki, yaşadıqları ərazidə artezian quyusu yoxdur. Sakinlər içməli suyu digər ərazilərdən ya avtomobillə, ya da əllə daşımalı olurlar. 10 ildən çoxdur ki, bu küçədə yaşasalar da suları yoxdur.

Bərdənin Sənaye küçəsi yeni salınmış məhəllələrdəndi. Sakinlər su mənbəyi kimi quyulardan istifadə edirlər. Lakin quraqlıq səbəbindən quyular quruyub.

Hazırda su onlar üçün əlçatmaz olub

Sakinlərin sözlərinə görə, hazırda içməli suyu satın almağa məcbur qalıblar. Bu da onlara baha başa gəlir. Sakinlər problemin birdəfəlik həlli üçün yaşadıqları ərazidə yeni artezian quyusunun qazılmasını istəyirlər.

Sakinlərin üzləşdiyi problemlə bağlı Bərdə Su-Kanal İdarəsindən bildirilib ki, sözügedən yaşayış məhəlləsi onların xidməti ərazisi deyil. Yaranmış problemə görə məsuliyyət daşımırlar.

Rayon icra hakimiyyətindən isə Belediyye.netə bildirilib ki, yeni salınmış məhəllədə içməli su ilə bağlı çətinlikdən xəbərləri var. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən lazımi dövlət orqanlarına müraciət olunub. Yaxın gələcəkdə Bərdə şəhərinin içməli su və kanalizasiya xətti layihəsi həyata keçiriləcək. Bu layihəyə sözü gedən ərazi də salınıb.

Mövzu ilə bağlı Belediyye.netin sujeti:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının oğlundan milyonluq alış-veriş - Bu dəfə görün nə aldı - FOTOLAR


5 oktyabr tarixində “Efendiler Group”a yeni daxil olan “Chery” brendinin “Hilton” hotelində rəsmi təqdimat mərasimi keçirildi.

Təqdimatda bir sıra məşhur şəxslər iştirak edib. Qonaqlar “Chery Tiggo” modellərinin hər bir xüsusiyyəti ilə yaxından tanış oldular.

“Bugün Chery brendinin Azərbaycanda yeni erasına start verilir. Biz qürur hissi ilə elan edirik ki, Çinin ən böyük avtomobil istehsalçılarından biri olan Chery brendi artıq Efendiler Group-a daxildir.” – Amal Əlili (Efendiler Group-un İcraçı Direktoru)

Chery Automobiles - 1997-ci ildə təsis olunmuşdur və artıq 25 ildir ki, fəaliyyət göstərir. Hal-hazırda “Chery” 80-dən çox ölkədə təmsil olunur və dünya üzrə 1500-dən çox satış mərkəzinə malikdir.

“Chery” ilə “Efendiler Group”-un əməkdaşlığı 2021-ci ildə başlayıb. Azərbaycanda bu avtomobillərin və ehtiyat hissələrinin satışı, texniki xidməti Bakı şəhəri, Babək prospekti, 37 ünvanında həyata keçirilir.

Qeyd edək ki, hal-hazırda Chery şirkətinin ən son korporativ standartlarına uyğun satış mərkəzinin tikintisi davam edir və qısa zamanda təhvil veriləcək.

"Əfendilər Group"un sahibi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Vəliyevdir. Manset.az
İcra başçısının oğlundan milyonluq alış-veriş - Bu dəfə görün nə aldı - FOTOLAR
İcra başçısının oğlundan milyonluq alış-veriş - Bu dəfə görün nə aldı - FOTOLAR
İcra başçısının oğlundan milyonluq alış-veriş - Bu dəfə görün nə aldı - FOTOLAR
İcra başçısının oğlundan milyonluq alış-veriş - Bu dəfə görün nə aldı - FOTOLAR
İcra başçısının oğlundan milyonluq alış-veriş - Bu dəfə görün nə aldı - FOTOLAR
İcra başçısının oğlundan milyonluq alış-veriş - Bu dəfə görün nə aldı - FOTOLAR
İcra başçısının oğlundan milyonluq alış-veriş - Bu dəfə görün nə aldı - FOTOLAR
İcra başçısının oğlundan milyonluq alış-veriş - Bu dəfə görün nə aldı - FOTOLAR


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO