[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocalıdakı görüşlə bağlı - Bəyanat


2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası məlumat yayıb.

Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməniəsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.

Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.
Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“5 gün əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib”

“Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyin tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

“İyirmi dörd saat ərzində, ondan da az həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan ordusu - Azərbaycan ərazində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”, - deyə dövlət başçısı bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan antiterror əməliyyatından DANIŞDI


Azərbaycan öz torpaqlarında bir antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı

Bunu Azərbaycana rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatda bildirib.

Türkiyə Prezidenti deyib ki, əməliyyatın qısa müddətdə tamamlanması bizim üçün iftixar mənbəyidir: “Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm. Müzəffər Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndiriləcəyinə ümid edirəm. Artıq Ermənistanın Azərbaycanın sülh əlini tutmasını və səmimi addımlar atmasına ümid edirəm. Hər zaman dediyimiz kimi, sülhün alternativi yoxdur. Bölgədə sülhün bərqərar olması üçün Ermənistandan müvafiq addımların atılmasını gözləyirik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbçilərimiz minaya düşdü - 2 nəfər şəhid oldu - Yenilənib


Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur”, - məlumatda qeyd edilib.

***

Sentyabrın 24-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları Şadmanov Əkrəm Yunus oğlu və Seyidov Tural İslam oğlunun həlak olması və Əliyev Elvin Taleh oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsi və Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən ilkin prosessual yoxlama hərəkətləri icra edilib.

Fakta görə Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA

“Rahat Market”i idarə edən şirkətin borcları 40% artıb.

AZINFORM.AZ xəbər verir ki, “Rahat” supermarketlər şəbəkəsi və “Port Baku Bazar” marketin daxil olduğu "ANC GROUP" MMC-nin açıqladığı maliyyə hesabatlarına əsasən 2022-ci ildə "ANC GROUP"un xalis mənfəəti 2021-ci illə müqayisədə 13.8% artaraq 384 min 77 manat təşkil edib. 2021-ci ildə şirkət 337 min 524 manat xalis mənfəət əldə etmişdi.
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA

Eyni dövrdə şirkətin ümumi və inzibati xərcləri 34.5% artaraq 34 milyon 192.3 min manata bərabər olub. Beləliklə şirkət 384 min 77 manat əməliyyat mənfəəti əldə edib.

2022-ci ildə "ANC GROUP" MMC-nin cəmi aktivləri 2021-ci illə müqayisədə 26.7% və ya 21 milyon 183 min manat artaraq 100 milyon 469.9 min manata yüksəlib. Şirkətin kreditor borcları 39,9% və ya 15 milyon 218.8 min manat artaraq 53 milyon 372.6 min manata bərabər olub. Bu dövrdə "ANC GROUP" MMC-nin cəmi öhdəlikləridə 31.3% artaraq 81 milyon 356.6 min manat olub.

Nizamnamə kapitalı 7 milyon 83 min manat olan "ANC GROUP" MMC-nin səhmlərinin 10%-Babakişiyev Cəlal Rasim oğluna, 90%-i isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD-yə məxsusdur.

Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMAAdnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA

ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD şirkətinin təsisçisi və sədri mətbuatda "Neft oğru"su kimi məşhurlaşan Adnan Azəri oğlu Əhmədzadədir. Təxminən 10 milyon manatlıq avtomobil kolleksiyası olan Adnan Əhmədzadə həm də İngiltərədə milyonluq "party"lərin təşkilinə pullar tökən qeyri-rəsmi iş adamıdır. Adnan Əhmədzadə Azərbaycanda bir neçə marketlər şəbəkəsinin sahibidir. Bunlardan bizə məlum olanları "Bolmart", "Rahat Market", “Port Baku Bazar” market şəbəkələridir.



Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi


Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən ikitərəfli və çoxtərəfli müstəvidə faydalı əməkdaşlığımız, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz qardaş ölkələrimiz arasında çoxşaxəli əlaqələri səciyyələndirən başlıca amillərdəndir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın inkişafında və möhkəmlənməsində Sizin böyük xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk.

Siyasi əlaqələrimizin hazırkı səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də energetika və investisiya qoyuluşu sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qarşılıqlı fəaliyyətimizin daha da genişləndirilməsi üçün yaxşı zəmin yaradır. Alternativ və bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihəni əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirirəm.

Biz Səudiyyə Ərəbistanına Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə görə minnətdarıq.

Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
70-i aşıran, 80-i sayan icra başçısı Rafil Hüseynov.. - Göz görmür, qulaq eşitmir, baş əsir...


Bir gün eşidərsiz Rafil də köçdü...Kürdəxanıya...

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov barəsində yazmağa nə həvəs var, nə də maraq...
Sadəcə, onun barəsində yayılan sonuncu informasiya bizi məcbur elədi ki, yenə bu adama bəzi mətləbləri başa salaq. Deməli son məlumata görə, Rafil Hüseynov əkin sahəsini suvarmaq üçün ona müraciət edən Ağdamlı məcburi köçkünə deyib ki... Torpağınız işğaldan azad olunub, rədd olun gedin öz rayonunuza... Və sonra icra başçısının göstərişi ilə Ağdamlı məcburi köçkünə 5 sutka həbs verilib... Su tələb edən Ağdam sakininin sözlərinə görə, torpaq sahəsini suvarmaq üçün Ağcabədi Rayon İcra başçısına şikayət üçün gedib, ancaq onun özünü 5 sutkalıq həbslə cəzalandırıblar: “Ağcabədi rayon Sarıcalı kəndində qardaşımın 5, mənim də 5 hektar bələdiyyə torpağımız var. Müqavilə ilə ildə min manat da vergi veririk. Qarabağ kanalı vasitəsi ilə torpağımızı suvarırdıq. Ağcabədi Rayon Su Kanal İdarəsinin nümayəndəsi Ağayev Ceyhun bizə su vermirdi. Dəfələrlə ona haqsızlıq etdiyini demişəm. Özlərinə məxsus olan torpaqları suvarırlar, ancaq bizə su vermirlər. Bir neçə dəfə də deyib ki, arxamda icra başçısı durur, sənə su verməyəcəm.
Yeri gəlmişkən, Ceyhun Ağayev Sarıcalı kənd icra nümayəndəsi Ağayev Arifin əmisi oğludur”. Şikayətçinin sözlərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbulda ona “rayonunuz işağldan azad olunub, rədd olub gedin öz rayonunuzu əkin” deyib: “Mən icra başçısından su istədim, dedim ki, torpağım susuzluqdan yanır. Problemləri onun nəzərinə çatdırdım. İcra başçısı məni nəzərdə tutaraq göstəriş verdi ki, ona 5 sutka həbs verin. Dediyi kimi də oldu. Mənə 5 sutka həbs verdilər”.
Fikir verdinizmi, Su kanalın rəisi ilə icra nümayəndəsi əmiuşağı, əmioğludurlar, icra başçısı da bunların dalında dayanıb, yəni rayon bir dəstə adamın əlində əsir-yesirdir. Bəli, məhz əsir-yesir. Əgər belə olmasaydı, Rafil Hüseynov su istəyən vətəndaşa 1 dəqiqədə 5 sutka həbs verdirə bilməzdi.
İkincisi, Rafil Hüseynov məcburi köçkünə deyir ki, rədd ol get öz rayonuna... Onda adamdan soruşarlar ki, sən Ağcabədidə nə ...., sən də get Bərdəyə öz rayonuna... Sən Ağdamlıya deyirsən ki, rədd ol Ağcabədini tərk elə...Bəs sən niyə 30 ildir yapışmısan kreslodan, sən də get də... Masallallıda icra başçısı işləyəndə köhnə qəbristanlığı traktorla dağıdıb obyektlər tikib satdın...Bunu Allah sənə bağışalamayacaq... Ağcabədidə ən münbit torpaqları ələ keçirmisən, Novxanıda 10 milyon dəyərində villan, şəhərin neçə yerində mənzilin və s. Ağcabədidə bütün dövlət qurumlarını, fermerləri aylığa otuzdurmusan... Bir qadın fermer sənə rüşvət vermədiyi üçün həbsxanaya saldırdın... Ağcabədidə şəhidin atasına kəllə atmağın barədə bütün ölkə danışır... Oğlunun əməlləri isə əsl rüsvayçılıqdır, alnınızda qara ləkədir, Rafil Hüseynov... Bütün bunları qoyaq bir kənara... Vallah, incimə bizdən, Rafil Hüseynov. Səni görəndə hamının yadına Aşıq Alının sözləri düşür.. Yetmişi aşırmısan, səksəni xırdalayırsan...Qulaqların eşitmir, gözlərin tor görür, başın əsir...oturanda kreslodan dura bilmirsən...Yəni bu qədər kresloya yapışmısan..? Çıx get, qoy Ağcabədi camaatının canı dincəlsin, sənin əlindən beziblər... Vallah bir az da davam eləsə, Aşıq Alı demişkən, səni köçürdəcəklər Kürdəxanıya... İndi özün seçim elə...
P.S. Bu yaxınlarda sosial şəbəkələrdə Rafil Hüseynovla bağlı bir kadr gördüm. Ay Rafil Hüseynov, artıq idarəçiliyi bacarmırsan, zor deyilki. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərova güvənən başçı belə bir dönəmdə Şəhid Ailəsini ƏZİR... - AYIBDIR, VALLAH...


Keçən günlərdə FHN şefi Kəmaləddin Heydərova sığınan Qəbələnin icra başçısı Səbuhi Abdullayevin Şəhid ailəsinin haqqına girməsi ilə bağlı giley dolu yazını təqdim etdik və bu olaya yerli RİH-dən müsbət reaksiya verildiyi söylənildi. Amma sonradan aydın oldu ki, Qəbələnin icra başçısı ənənəsinə uyğun olaraq yenə də Şəhid ailəsini aldadıb.

Yazıdan aydın olurdu ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.

Redaksiyamıza şikayət edən şəhid ailəsi Gülmayə Mövsümovanın üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət edərək, Prezidentdən kömək istəyir.

DİA.AZ-da açıqlama verən Şəhid ailəsi qeyd edir ki, buna paralel olaraq Qəbələnin icra başçısını məhkəməyə də verməyə hazırlaşır.

Məsələ diqqətimizdədir. Qarşı tərəfi sözü olarsa, dinləməyə haazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO