[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı AÇIQLANDI


Ermənistan polisi İrəvanda keçirilən etiraz aksiyaları zamanı 24 saat ərzində 84 nəfəri saxlayıb.

Bu barədə Ermənistan daxili işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon, həmçinin daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın “impiçmenti”nə çağırış edən “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan da var.

İrəvanda etiraz aksiyaları dördüncü gündür davam edir. Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı üçün insanlar onun istefasını tələb edərək küçələrə axışıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsilin evini bax, BELƏ YIXIRLAR... - Daha bir QALMAQAL

Goranboy rayonunun Aşağı Ballıqaya kənd sakini, müharibə veteranı İlqar İsmayılov redaksiyamıza müraciət edərək Azərbaycanın Milli Qəhramanı Fikrət Hacıyev adına Ballıqaya kənd ümumi orta məktəbinə yeni direktor təyinatından narazılığını bildirib.

Xalqxeber.az Redaktor.Az-a istinadla şikayətçinin müraciətini olduğu kimi təqdim edir:

"Bu məktubu sizə yazmaqda məqsədim Gəncə Daşkəsən Regional Təhsil İdarəsində baş verən özbaşınalıq və bu özbaşınalığın birbaşa səbəbkarı olan regional idarənin müdiri Anar Qədiməliyev, müavini Rövşən Kərimov və Təhsil sektorunun müdüri Xəyal Məmmədovdur.

Övladım İsmayılova İlahə İlqar qızı 2011-ci ildə Lənkəran Dövlət Universitetinin coğrafiya fakultəsini bitirib, elə həmin ildən müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Goranboy rayon Fikrət Hacıyev adına Ballıqaya kənd ümumi orta məktəbində coğrafiya müəllimi kimi fəailiyyətə başlayıb. 01 oktyabr 2021-ci il tarixindən Goranboy rayon Təhsil şöbəsinin müvafiq əmri ilə həmin məktəbin direktor vəzifəsini icra etmək ona həvalə edilib.

15 noyabr 2022-ci il tarixində Gəncə Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən keçirilən şagird sayı 151 – 500 olan məktəblər üçün direktorların işə qəbulu müsabiqəsinin test və müsahibə mərhələsində uğur qazansa da, direktor kimi təsdiqlənmədi. Lakin hara müraciət olundusa bunun səbəbini demədilər. Nazir Emin Əmrullayev Göygöldə qəbul keçirdi, qəbula getdik bizi qəbula salmadılar.

Həmin məktəbdə direktor əvəzi olaraq öz fəaliyyətini davam etdirdi. Yenidən Gəncə Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən keçirilən imtahanda iştirak edərək uğur qazandı və məktəb seçimində 12 il müəllim kimi və 2 il direktor əvəzi kimi fəaliyyət göstərdiyi məktəbə deyil, yaşadığı yerdən 50 kilometr aralı olan Gürzalılar kənd tam orta məktəbinə təyinat almasını ona bildiriblər. Övladım səbəbini soruşduqda isə Rövşən Kərimov "2 il işlədiyin bəsdi, indi də sənin yerinə Aytən İsmayılova işləyəcək" demişdir. Aytən İsmayılova təyinat aldığı məktəb üzrə ərizə yazdıqdan sonra kəndə gəlmiş və elan etmişdir ki, "Rövşən Kərimov mənə dediki 12 sentyabr tarixindən sən Ballıqaya məktəbinin direktorusan, amma bu müddətdə bunu gizli saxla. Çünki siz namizədlərə bizdən sonra rəy verəcək qurumlar eşidə bilər və bu onlarda şübhə yaradar". Övladım İlahə İsmayılova Rövşən Kərimovun qəbulunda olduğu zaman ona bildirib ki, "niyə siz bəzi namizədlərə 12 sentyabr tarixinə qədər məlumatların gizlin saxlanılmasını və onların artıq direktor təyin olunduqlarını bildirmisiniz". O isə cavabında "bu mənim işimdir, mən elan etməliyəm" deyib.

Bu halda bizdə belə bir sual yaranır kı, məktəblərə direktorları təyin edən Rövşən Kərimovdur, yoxsa Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevdir?

Bir məsələni də xatırladım ki, namizədlər vakansiya seçiminə çağrılan zaman mənim qızımın növbəsi olduğu halda Yasin müəllim Aytən İsmayılovanın yuxarı qalxmasını söylədi. Qızım etiraz etdi ki, indi mənim növbəmdi, Yasin müəllim isə bunun Rövşən Kərimovun tapşırığı olduğunu bildirdi. Məndə bir sual yarandı ki, Rövşən Kərimovla Aytən İsmyılova arasında olan bu isti münasibət hardandır?

Övladım Azər müəllimin qəbulunda olaraq onu işlədiyi Ballıqaya məktəbinə direktor təyin olunması ilə bağlı cənab nazirə ərizə yazmış və xahiş etmişdir ki, mənim ərizəmi cənab nazirə çatdırın. Ərizəmiz cənab nazirə çatıbmı? Bu məsələ də artıq sual altındadır.

Bu gün mən Gəncə Daşkəsən Regional Təhsil İdarəsində olan özbaşınalıqdan sizi xəbərdar etmək üçün, bu müraciətimi sizə ünvanlayıram. Rövşən Kərimovun təzə kadrı Aytən İsmayılova 2016-2018-ci illərdə (2 il müddətində) Gəncə şəhərində yaşamış, ona əmrlə verilən dərslər keçirilməmiş, əmək haqqının buraxılması üçün sinif jurnalları (dövlət sənədləri) məktəbin müavini Valya İbrahimova, Aytən İsmayılova gilin gəlinləri Əminə İsmayılova və həmin illərdə qonşu məktəbdən müddətli müqavilə ilə məktəbə dəvət edilmiş müəllim Arzu Əliyeva tərəfindən yazılmışdır. Həmin bu saxta sənədlər Rövşən müəllimə deyildikdə, o, "mənim işim deyil, Aytənin məndən əvvəl gördüyü işlər mənə o qədər önəmli deyil" söyləmişdir. Külli miqdarda vəsaiti mənimsəyənlərin bu gün hansısa məktəbə, hansı yollarla direktor təyin edilməsi, bizim təhsilimizin gələcyinin kimlərə həvalə olunduğunu aydın şəkildə göstərir.

2 il təhsildən yayınan, dövlət vəsaitini mənimsəyən Aytən İsmayılovanın hansı yolla məktəbə direktor təyin olunur?

Aytən İsmayılova kollektivdə nüfuzu olmayan biridir. Bu insan kollektivdə hər zaman nizam-imtizamsız biri kimi tanınır. Təhsilimizi gör kimlərə həvalə edirlər.
Cənab Prezident təhsilimizə diqqət qayğı göstərir, ancaq regiondakı bu cür məmurlar dövlətin siyasətinə qarşı çıxırlar.

Videoçarxda görürsüz ki, kollektiv və kənd sakinləri bu insanın direktor təyin olunmasına narazılıq edirlər. Ancaq buna məhəl qoymurlar. Kənd sakinlərini dövlətdən narazı qalması üçün nə lazımdı edirlər.

Burda şübhəli məqam yaranır ki, Aytən İsmayılovadan külli miqdarda rüşvət alıblar, buna görə də heç kimin narazılığını məhəl qoymurlar.

Aytən İsmayılovanın ailəsinin belə kənddə heç bir nüfuzu yoxdur. Bu insanın atası, qardaşları hər zaman dövlətçiliyimizə qarşı olan insanlardı. Kənd sakinlərinin bu insanlar örüş torpaqlarını öz torpaqları kimi məimsəyib istifadə edirdilər. Lakin kənd sakinlərinin böyük narazılıqlarından sonra öz örüş torpaqlarını geri qaytara biliblər. Bu insanlar ailəlikcə deyirlər ki, "burda bizik, Bağdatda kor xəlifə".

Bütün orqanlardan xahiş edirəm bu məsələyə əl qoysunlar. Aytən İsmayılova kimi dövlət vəsaitini mənimsəyənlərə qarşı lazımlı orqanlarmız mübarizə aparsın".

Qeyd edək ki, Aşağı Ballıqaya kənd sakinləri redaksiyamıza Aytən İsmayılovanın direktor təyinatının etirazla qarşılanması barədə video görüntülər də təqdim ediblər. Həmin videonu təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib


2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə barəsində cinayət işi açılan və istintaqdan yayınaraq ölkədən qaçan şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin vaxt Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini tutmuş 1980-ci il təvəllüdlü İdrak Əsədov məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin materialları Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə İ.Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Əraziyə Təmir-Bərpa Xidmətinin əməkdaşları gəliblər və evin kənarında yer altından keçən qaz xəttinin korroziyaya uğrayaraq deşilməsini və qaz sızmasını müəyyən ediblər. Lakin qəzalı vəziyyət aradan qaldırılmayıb.
Bundan bir neçə gün sonra G.Kərimovanın oğlu evin daimi istifadə edilməyən otağının qapısını açaraq işığı yandırarkən yanğına keçən ani partlayış baş verib. Nəticədə ev sahibinin övladları 2005-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Müseyibov, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Sənan Rauf oğlu Kərimov ağır yanıq xəsarətləri alıblar. Uşaqlar əvvəlcə rayondakı, daha sonra isə Bakıdakı xəstəxanaya yerləşdiriliblər. Lakin onların 3-ü də vəfat edib.

Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub.

Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs ediliblər. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Bildirilib ki, İ.Əsədli istintaq dövründə İrana qaçıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qosqoca marketdir, amma... - GİLEY


"Şikayətim Yeni Yasamaldakı "Bizim Market" mağazasındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Qosqoca marketdir, amma... - GİLEY

Narazı vətəndaş daha sonra bildirir: "Kifayət qədər böyük market olmağına baxmayaraq o qədər qeyri proffesionaldır. Həm idarəetmə həm işçilər. İçəridəki üfunət iyi və antisanitariya isə dəhşət. Yəni heç bir qurum bununla məşğul olmur, monitorinq keçirmir bəyəm? Bonus marketdə bütün gün qoyulan bayağı toy mahnıları insanın alış veriş etməyə olan həvəsini də öldürür".

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərova güvənən başçı belə bir dönəmdə Şəhid Ailəsini ƏZİR... - AYIBDIR, VALLAH...


Keçən günlərdə FHN şefi Kəmaləddin Heydərova sığınan Qəbələnin icra başçısı Səbuhi Abdullayevin Şəhid ailəsinin haqqına girməsi ilə bağlı giley dolu yazını təqdim etdik və bu olaya yerli RİH-dən müsbət reaksiya verildiyi söylənildi. Amma sonradan aydın oldu ki, Qəbələnin icra başçısı ənənəsinə uyğun olaraq yenə də Şəhid ailəsini aldadıb.

Yazıdan aydın olurdu ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.

Redaksiyamıza şikayət edən şəhid ailəsi Gülmayə Mövsümovanın üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət edərək, Prezidentdən kömək istəyir.

DİA.AZ-da açıqlama verən Şəhid ailəsi qeyd edir ki, buna paralel olaraq Qəbələnin icra başçısını məhkəməyə də verməyə hazırlaşır.

Məsələ diqqətimizdədir. Qarşı tərəfi sözü olarsa, dinləməyə haazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü

Abşeron Rayon Məhkəməsində qızını döyməkdə təqsirləndirilən Orxan Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə bu il avqustun 4-də saat 20 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, təqsirləndirilən Orxan Əliyev ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinin həyətində qonşuluqdakı yas mərasimində iştirak etməsi ilə bağlı arvadına irad bildirib. Onlar mübahisə edən zaman həmin hadisənin şahidi olan qızları, zərərçəkmiş Günay Əliyeva (şərti) anasının əsassız olaraq danlamasına görə atasına irad tutub. Bu zaman Orxan övladına əsəbiləşərək onun üzərinə hücum edib. O, əvvəlcə zərərçəkmiş şəxsin boynundan bir dəfə şillə ilə, sonra isə hər iki ayağından təpiklə ardıcıl qəsdən zərbələr vurub. Nəticədə ata qızının sağlamlığına qəsdən yüngül zərər yetirib. Məhkəmədə ifadə verən Orxan Əliyev bildirib ki, hadisə günü yaşadığı evin həyətyanı sahəsinin qarşısında pivə içib. Bundan sonra arvadına yaxınlaşaraq nə səbəbə ondan icazəsiz yas mərasiminə getdiyini soruşub. Bu səbəbdən aralarında sözlü mübahisə baş verib. Həmin vaxt qızı Günay ona yaxınlaşıb nə səbəbə anası ilə mübahisə etməsini soruşub. O, əsəbiləşərək qızının boyun nahiyəsindən bir dəfə şillə ilə vurduğunu, sonra isə təpiklə ayaqlarından zərbə endirdiyini, daha sonra əsəblərinin sakitləşməsi üçün həyətyanı sahədən küçəyə çıxdığını söyləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid anasından onu təhqir edən Şahin Məmmədova CAVAB – “Qoy məhkəmədə sübut etsin...”


Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən iş adamının görüntüləri qalmaqala səbəb olub.

Millitv.az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən "Qartal" Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədov sözügedən görüntülərin lentə alınması və yayılmasında Sumqayıtdan olan şəhid Nicat Nəbiyevin anası Əfsanə Əbülfətovanın səbəbkar olduğunu qeyd edib.

Şəhid anasının onun yanına mebel istəməyə gəldiyini, imtina etdiyi üçün isə qadının qərəzli şəkildə belə bir foto yaydığını iddia edib. Hətta şəhid anasının ünvanına nalayiq ifadələr də səsələndirib.

Bizim.Media məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini alıb. Saytımıza açıqlamasında Əfsanə Əbülfətova bildirib ki, Şahin Məmmədovun şəhid dəfnindəki davranışı tək onu deyil, bütün Sumqayıt şəhidlərinin ailələrini qıcıqlandırıb.

Görüntüləri isə özü çəkməyib, sosial şəbəkələrdən götürüb:

“Şəhidin dəfnində mən olmamışam. Şahin Məmmədovun gülən görüntülərini çəkib “TikTok”da paylaşıblar. Kim olduğunu bilmirəm. Mən də onu “TikTok”da gördüm və götürdüm. Torpağa bala qoymuşamsa, əlbəttə ki, bu görüntü qıcıq verəcək. Mən o videoya ağlaya-ağlaya baxmışam. Şahin isə gülür, yanındakılar da ona qoşulub. Həqiqətən də mənə əsəb gəldi. Nəyə gülürsən?

Sənin balan deyil, tabutu evindən çıxmayıb axı, ona görə gülürsən. Bunu, bu mənada paylaşdım və altından “Öl ay kasıb. Sumqayıtın ağsaqqalları...” - deyə şərh yazdım. Onun sürücüsü Rauf mənə zəng etdi ki, “görüntüləri səhifəndən sil”.

Cavab verdim ki, “mən sildim, bəs başqası? Artıq video sosial şəbəkələrdə sürətlə yayılıb. Təkrar qayıtdı ki, “sənə deyirəm sil”, mən isə “sildirə bilirsən sil, səhifə mənim, ağıl mənim” dedim. Şəhid analarının hamısı o görüntüləri paylaşıb, altına isə “bizim kimi yanasız” yazıblar. Bəli, məndə də qıcıq yaratdı və paylaşdım”.

Əfsanə Əbülfətova Şahin Məmmədovdan mebel istəməsi məsələsinə də aydınlıq gətirib:

“Balamdan əziz heç nə yoxdur. Onun qəbrinə and olsun ki, mən Şahin Məmmədovdan heç nə istəməmişəm. Sadəcə olaraq o hər dəfə deyirdi ki, Kəlbəcərə generator göndərib. Bunu bir neçə dəfə təkrarladı. Axırda dedim ki, “Şahin müəllim bunu 3 ildir başımıza vurursuz. 3 min bala gedib torpağa, heç ailələrinin səsi çıxmır”. Guya öz xoşunla edirsən? Camaatın pulunu yeyib göndərirsən də...”

Şahin Məmmədovun onun ünvanına nalayiq ifadələr səsləndirməsinə gəlincə, Əfsanə Əbülfətova bu məsələni hüquqi müstəvidə həll edəcəyini vurğulayıb:

“Mən səhərə qədər toyuq sexində işləyib, təkbaşına bala böyütmüşəm və tabutun altına tək girmişəm. Buna deyir yüngül həyat tərzi? Onun barəsində polisə şikayət etmişəm. Qoy məhkəmədə sübut etsin ki, ondan pul və ya nəsə istəmişəm”.

Xatırladaq ki, Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən "Qartal" Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədovun görüntüləri ictimaiyyətdə narazılıqla qarşılanıb. Şahin Məmmədov isə görüntülərin ortaya çıxmasında Sumqayıtdan olan şəhid anası Əfsanə Əbülfətovanı günahlandırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adil Vəliyev kimilər özlərini “kiçik padşahlar” kimi aparır - Deputat icra başçısını istefa verməyə çağırdı

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev jurnalist Əvəz Zeynallının məhkəməsində ifadə verib. Məcburi qaydada məhkəməyə gətirilən icra başçısı vəkillərin suallarını cavablandırarkən etiraf edib ki, hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur: “İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər”.

Vəkilin “Sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz” sualına Vəliyev belə cavab verib: “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...”.

Vəliyev deyib ki, Əvəz Zeynallı ona zəng vuraraq sadəcə xahiş edib: “Mənə kimsə nə pul verib, nə də kiminsə buna cəsarəti çatar”.

250 min nəfər əhalisi olan paytaxt rayonunun rəhbəri tərəfindən “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...” ifadəsi sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb. “Yaşadığı ölkədən təminatı olmayan icra başçısı bir rayona necə rəhbərlik edə bilər” və digər ritorik suallar sosial mediada ciddi müzakirə mövzusuna çevrilib.

Milli Məclisin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında bildirib ki, dövlət məmurunun belə bir açıqlama verməsi sadəcə biabırçılıqdır: “Azərbaycanda nöqsanlar mövcuddur. Bunu dövlətin başçısı da bəyan edir, deputatlar da, ictimaiyyət nümayəndələri də. Əgər Adil Vəliyev hesab edirsə ki, nöqsanlar var, o zaman onu dilə gətirməlidir. Yaxud bəyan etməlidir ki, ona qarşı müəyyən təzyiqlər var. Daha “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...” kimi ifadələr işlətmək məmur əkanına sığmır”.

“Cəmiyyətdə bu cür məmurları “kiçik padşahlar” adlandırırlar. Onlar özlərini elə aparırlar ki, sanki hər şey onlara məxsusdur. Əgər Adil Vəliyev və onun kimiləri ölkəni bəyənmirlərsə, istefa verib getsinlər. Daha bu cür mənasız və məzmunsuz açıqlamalar verməyə gərək yoxdur”, - deyə deputat söyləyib.

Onun sözlərinə görə, A.Vəliyev və digər icra başçılarının timsalında baş verənlər yerli idarəetmə orqanları ilə bağlı qərara yenidən baxılmasını qaçılmaz edir: “Cənab Prezident İlham Əliyev bildirmişdi ki, icra hakimiyyətləri sovetdən qalma sistemdir və zamanla ləğv olunacaqlar. Bu gün Azərbaycanda 14 iqtisadi rayon mövcuddur. Onlardan bəzilərinə Prezidentin səlahiyyətli nümayəndələri təyin olunub. Kifayət qədər də normal fəaliyyət göstərirlər. İcra hakimiyyətləri isə həm sistem, həm də davranış etibarilə sovetlər dövrünü xatırladır”.

“Hətta SSRİ dövründə belə, rayon rəhbərləri bu cür təxribatçı fikirlər səsləndirə biməzdilər. Bu, milyonlarla ölkə vətəndaşını təhqir etməkdir. Hesab edirəm ki, bu mövzuya məntiqi yekun vurulmalıdır. İcra hakimiyyətləri ləğv edilməli, iqtisadi rayonlar üzrə nümayəndəlik institutu yaradılmalı, onların tərkibində idarəetmə strukturları formalaşdırılmalıdır”, - deyə Əhmədov vurğulayıb.

Adil Vəliyevin məhkəmə ifadəsini şərh edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas İradə Cavadovanın sözlərinə görə, Sabunçunun icra başçısı “səmimi etiraflar” edib: “Azərbaycanda yazılmamış qanunlar var və bunu hər kəs bilir. Yəni, inşaata necə və haradan icazə alırlar, bunun üçün nə qədər qeyri-rəsmi rüsum ödənilir, hansı aiddiyəti orqanlara nə qədər vəsait ödənilməlidir və s. Bunları ölkədə bilməyən yoxdur. Dəfələrlə də bu mövzu gündəmə gəlib - həm ictimaiyyət nümayəndələri, həm də mətbuat orqanları və siyasətçilər tərəfindən”.

“Əslində Adil Vəliyevin bu ifadəsi ölkəmiz üçün bir yenlikdir. Çünki bunu söyləyən adam sıradan adam deyil. Dövlət məmurudur və bir rayona rəhbərlik edir. Onun dediyindən belə çıxır ki, Azərbaycanda qaranlıq qərarlar qəbul edilir və dolayısı ilə bu da onu edir. Jurnalistin xahişi ilə tikintiyə icazə verilməsi də yenilikdir. Bu da maraqlı məqamdır. Adətən belə mövzularda jurnalistləri eşitmirlər. Daha ciddi yerlərdən xahişlər olunur”, - deyə müsahibimiz qeyd edib.

Cavadova əlavə edib ki, normal ölkələrdə bu cür fikirlər səsləndirən məmurlar istefa verirlər: “Bu isə həm vəzifəsini qoruyur, həm də təmsil olunduğu sistemi və özünü ifşa edir. Azərbaycan məmurları arasında istefa mədəniyyəti olmasa da, hesab edirəm ki, bu ifadədən sonra Adil Vəliyevi yola salacaqlar. Çünki bundan sonra onun icra başçısı kimi fəaliyyəti absurddur. Bu, o demək olacaq ki, onun söylədikləri həqiqətdir və bunu hökumət də qəbul edir. Əslində bir daha söyləmək istəyirəm ki, ölkə reallıqları elə Adil Vəliyevin söylədiyi kimidir. Ancaq bunu məmur səsləndirirsə, ya bu sistemə etiraz edib istefa verməli, ya da belə fikirlər səsləndirməməlidir”.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncəlilərin dərdi dərmansızdır? - Güya təmir edirlər amma özlərindən sonra.... VİDEO

Gəncə şəhəri İsmət Qayıbov küçəsi 5-ci dalan ünvanının sakinləri yol problemindən şikayətlənir. Sakinlər deyir ki, təxminən 4 il əvvəl ərazidə su və kanalizasiya sistemi yenilənməsi zamanı yolun asfalt örtüyü dağıdılıb. İndiyə kimi bərpa edilməyib. Onlar deyir ki, quraq havada toz-torpaq, yağışlı havada palçıq əlindən küçəyə çıxmaq olmur.
Məsələ ilə bağlı dəfələrlə aidiatlı qurumlara da müraciət ediblər, amma məsələ həll olunmur. İsmət Qayıbov küçəsində təxminən 25-ə yaxın ailə yaşayır.
Gəncə şəhər İcra Hakimiyyətindən bildirildi ki, hazırda Gəncə şəhərində içməli su və çirkab su xəttlərinin yenilənməsi, eyni zamanda küçə asfatlanması istiqamətində müvafiq işlər həyata keçirilir. Həmin ərazidədə növbəti mərhələdə asfalt işləri aparılacaq.

Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xalqımız şəhid cənazələri qəbul edir, Kardiologiya İnstitutunun direktoru isə... - Video - Fotolar

Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti kuryoz hadisə baş verib. Dünən institutun direktoru Gülnaz Dadaşova bu vəzifəyə təyin olunmasının 5 illiyini təntənəli şəkildə qeyd edib.

Harda görünüb ki, ciddi bir elm ocağının rəhbəri, özünü professor adlandıran şəxs vəzifə təyinatının ildönümünü (?!) qeyd etsin, çələnglər (bəli, gül dəstələri deyil, məhz çələnglər!), hədiyyələr, zərflər qəbul etsin?!(Sosial şəbəkələrdə bunu əks etdirən video və fotolar yayılıb)

Ölkə rəhbəri öz ad günlərini qeyd etmədiyi, yaxud çox sadə şəkildə, xalqın arasında qeyd etdiyi halda, institut direktorunun vəzifə təyinatını təmtəraqlı şəkildə qeyd etməsini necə başa düşmək olar? Bu, hansı məntiqə sığır?
Xalqımız şəhid cənazələri qəbul edir, Kardiologiya İnstitutunun direktoru isə... - Video - Fotolar

Özü də bu hadisə nə vaxt baş verir? Ölkə üçün taleyüklü məsələlərin həll olunduğu, Qarabağda lokal antiterror tədbirlərinin keçirildiyi, Azərbaycanın az qala hər şəhərinə şəhid cənazələrinin göndərildiyi, şəhid analarının gözüyaşlı qaldığı, millətin şəhidləri dəfn etməyə səfərbər olduğu bir vaxtda! Dünyanın əksər güclərinin, beynəlxalq təşkilatların, böyük dövlətlərin Azərbaycanın üzərinə gəldiyi bu günlərdə institut direktorunun, özünü bu millətin ziyalısı sayan şəxsin belə addım atmasına nə deyəsən?

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın bu addımı presedenti olmayan, elm aləmində görünməyən bir hadisə, bəlkə də bir "ilk"dir. Yəqin, o, bir alim kimi bu "yeniliyi" ilə Ginnesin "Fəxri Rekordlar Kitabına" düşməyə "layiqdir"!

O da maraqlıdır ki, Gülnaz Dadaşova bu addımı kollektivin böyük əksəriyyətinin iradəsinin ziddinə olaraq atıb. İddialara görə, kollektivin iradı, narazılığı nəzərə alınmayıb. Məhz elə buna görə də "yubiley" tədbirində direktorun yaxın ətrafı - Kardiologiya İnstitutunun baş həkimi, elmi və klinik bölmədə çalışan həkimlər, inzibati şöbənin rəhbərliyi iştirak ediblər. Bir sıra şöbə müdirləri, adlı-sanlı həkimlər isə direktorun "yubileyini" boykot ediblər.
Xalqımız şəhid cənazələri qəbul edir, Kardiologiya İnstitutunun direktoru isə... - Video - Fotolar

Əldə etdiyimiz məlumata görə, məhz direktorun yarıtmaz idarəçiliyi nəticəsində Kardiologiya İnstitutunun əməkdaşlarının böyük əksəriyyəti ondan narazıdır. Bəlkə direktor təntənəli "yubiley" tədbirini elə onlardan qisas almaq üçün keçirib? Sözün düzü, bu olayın komik, yoxsa tragik olduğunu ayırd etmək çətindir. Ancaq bir məsələ dəqiqdir ki, Kardiologiya İnstitutunun direktoru belə şahşahlı tədbirləri, yubileyləri çox sevir. Əgər belə olmasaydı, o, bu yaxınlarda 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirməzdi! Elə buna görə institutda deyirlər ki, əgər həyatda olsaydı, yəqin ki, tanınmış müğənni İlhamə Quliyeva belə bu cəhətinə görə Gülnaz Dadaşovaya qibtə edərdi!

Və sonda. Görəsən, hörmətli səhiyyə naziri Teymur Musayev institut direktorunun vəzifəyə təyin olunmasının 5 illiyini qeyd etməsinə, kollektivdən bahalı hədiyyələr qəbul etməsinə necə baxır? Yəqin ki, normal. Çünki o, hələ 44 yaşı tamam olan institutun 45 illik yubileyini keçirəndə institut direktoru barədə ölçü götürməli idi... Nə etmək olar, burası Azərbaycandır və biz hələ deyəsən, uzun müddət səhiyyə sistemində belə anormal hadisələrin şahidi olacağıq...

Reyting.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO