[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 "Bu, həmin Rusiyadır, Azərbaycanı təzyiq altında saxlamaq istəyir" - Rauf Arifoğlu“Rusiya vaxtaşırı bu mövzunu gündəmə gətirir və hədəf ölkələr sırasında Azərbaycanın, o cümlədən Gürcüstanın da adını çəkir”. Zamantv.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru, siyasi şərhçi Rauf Arifoğlu deyib.

Baş redaktor DTX tərəfindən bu gün yayımlanan bəyanat barədə fikirlərini bölüşüb.

Xatırladaq ki, DTX-nin yaydığı açıqlamada deyilir:

“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir”.

Öz növbəsində R. Arifoğlu deyib:

“Təbii ki, heç bir fakt və əsas olmadan bunu qeyri-rəsmi şəxlsərin adı ilə deyirlər. Yəni Rusiya Azərbaycanı təzyiq altında saxlamaq istəyir, ona görə də, bu səpkili bəyanatlarla çıxış edir.

Bilirsiniz, bu, Rusiyadır. Postsovet ölkələrinə təhdid və təzyiq təşkil edən bir dövlətdir. Həmçinin də, həmin təhdid və təzyiqləri Azərbaycana, Gürcüstana, Moldovaya, Ukraynaya və digər ölkələrə də aiddir.

Əlbəttə ki, bu iddiaların heç bir əsası yoxdur və biz Rusiyanın Azərbaycana yönəlik qara piarını və təhdid kampaniyasını çox görümüşük. Bu da onlardan biridir və bunu pisləyirik.

Bunun arxasında Azərbaycanın Ukraynaya ilə bağlı göstərdiyi mövqe də ola bilər, amma Rusiya hər zaman Azərbaycana qarşı ikili standartlarla davranıb və Azərbaycana qarşı münasibətlərdə yanlış və qərəzli mövqe sərgiləyib”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
RUSİYA QARABAĞDAKI SEPARATÇILARI TAM MƏHVƏ SÜRÜKLƏYİR! – Bundan sonrakı mərhəldə nə baş verə bilər?
Bir aydan artıqdır Ermənistanda davam edən etirazlar elan hədəflərinə çatmayıb. Mayın ilk həftələrində müxalifət İrəvanda və ölkənin iri şəhərlərində itaətsizlik çağırışları ilə əhalini küçələrə dəvət etsə də, yürüşlərin kütləviliyi alınmayıb. Mayın 5-dən etibarən isə polis qüvvələri müxalifət tərəfdarlarına qarşı sərt tədbirlərə başlayıb.

Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdikləri siyasi qüvvələrin hakimiyyətə qarşı küçə mübarizəsinin elan olunmuş əsas məqsədi "Qarabağ danışıqlarında kapitulyasiya siyasəti aparan" Paşinyan iqtidarının devrilməsidir.

Onlar Baş nazirin aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra səsləndirdiyi bəyanatı təslimçilk adlandırırlar. Paşinyan hökumətin iclasında bəyan etmişdi ki, Qərb Ermənistandan Qarabağın statusuna dair gözləntilərini aşağı salmağı və Azərbaycanın ərazi bütövlüyünü tanımağı tövsiyə edir.

Baş nazir hazırki şəraitdə bu variantın baş tutmasını bir şərtlə qəbul edir ki, Qarabağ ermənilərinin təhlükəsizlik məsələsi beynəlxalq qarantiyaya alınmalıdır və bu məsələ ilə bağlı ayrıca danışıqlar aparılmalıdır.

Rusiya tərəfindən açıq şəkildə dəstəklənən keçmiş siyasi elitanın rəhbərlik etdiyi müxalifət, habelə Moskvadan idarə edilən Xankəndindəki separatçı cinayətkar rejim isə Qarabağa dövlət statusunun verilməsini tələb edir. Rusiyanın mövqeyi də bu qüvvələrin maraqları ilə tamamilə üst-üstə düşür.

Aprelin 19-da Moskvada səfərdə olan Nikol Paşinyanla Kreml rəhbəri Vladimir Putin arasında keçirilən görüşdə də əsas diqqətçəkən məqam sülh danışıqlarının istisna olunması idi. Kremlin mövqeyi əvvəldən belədir ki, Rusiyanın bilavasitə nəzarəti altında kommunikasiyaların açılmaslı və sərhədlərin dəqiqləşdirilməsi prosesinə başlamaq lazımdır. Amma il yarım ərzində qəbul olunmuş 3 bəyanata rəğmən heç bir konkret addım atılmayıb.

Rusiya Qarabağdakı cinayətkar rejimi öz himayəsində saxlamağı, həmin ərazidə yerləşdirilmiş hərbi kontingentdən tərəflərə təzyiq üçün istifadə etməyi hədəfləyib.

Paşinyan münaqişənin həllini və qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. O, Qarabağın Azərbaycanın tərkibində qalmasını, amma təhlükəsizlik və idarəetmə ilə bağlı beynəlxalq qarantiyalar altında xüsusi razılaşmanın imzalanmasını gözləyir. Azərbaycan rəhbərliyi də münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını istəyir və bunun üçün siyasi şərait yaradır, təkliflərlə çıxış edir. Rəsmi Bakı Qarabağa hər hansı status verməyəcək, amma digər məsələlərin müzakirəsinə hazırdır.

ABŞ və Avropa İttifaqı da problemin dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir, amma Qarabağdakı ermənilərə təhlükəsizlik qarantiyasının verilməsi, onların hüquqları ilə bağlı ayrıca danışıqlar və razılaşmalar əldə olunmasını gözləyir.

Beləliklə, mənzərə tam aydınlaşır: Ermənistan, Azərbaycan və Qərb təxminən eyni mövqedən çıxış edir. Ən əsası, bundan sonrakı mərhələdə münaqişənin həlli prosesi Qərbin moderatorluğu ilə davam etdiriləcək. Rusiya ilə birgə imzalanmış üçtərəfli bəyanatlar müharibədən sonra icra olunmadığından səmərəliliyini itirib. Burada Kremlin problemin tam həlli yox, öz maraqları çərçivəsində müəyyən nizamlanma aparmaqla status-kvonun saxlanması tələbi də neqativ rol oynadı.

Rusiya, erməni müxalifəti və Qarabağdakı separatçı rejim isə eyni mövqedən çıxış edir. Bu qüvvələrin siyasi resursları qarşı tərəflə müqayisədə zəif olsa da, bölgdə vəziyyəti gərginləşdirmək üçün kifayətdir, amma...

Prosesdə ən zəif bənd Rusiyanın ciddi iqtisadi, siyasi və hərbi təzyiq imkanları olan Ermənistandır. Qeyd edək ki, Azərbaycana qarşı belə rıçaqlar az və effektsizdir. Hər halda Rəsmi Bakının Qərbin apardığı prosesdə tərəddüdsüz iştirak etməsi belə nəticəyə gəlməyə imkan verir.

19-20 apreldə Moskvaya gedib-qayıtdıqdan sonra Paşinyanın da atdığı addımlar rəsmi İrəvanın Qərbin vasitəçiliyinə meyilli olduğunu göstərir. Brüssel razılaşmalarında nəzərdə tutulmuş sərhəd komissiyası aprelin 30-na qədər yaradılmasa da, Avroittifaqın paytaxtında Armen Qriqoryanla Hikmət Hacıyev arasında görüş baş tutdu. Daha sonra Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda səfərdə oldu və Dövlət katibi Entoni Blinkenlə strateji dialoqa dair bəyannamə imzaladı. Bu sənədin iki bəndindən biri təhlükəsizliyə, sülhə və regional münaqişələrin nizamlanmasına həsr olunub.

Bundan sonrakı mərhəldə nə baş verə bilər?

Rusiyapərəst qüvvələr ilk kartlarını oynayıb və küçə etirazlıarı vasitəsi ilə hakimiyyətin mövqeyini dəyişməyə, ən yaxşı halda onu devirməyə çalışır. Proseslərin gedişi göstərir ki, Paşinyan daha güclüdür, ölkədəki vəziyyətə nəzarət edir, komandasında hər hansı parçalanma yoxdur. Üstəlik, regionda mövqeyi getdikcə güclənən Qərb onu daha çox himayə etməyə başlayıb.

Müxalifətin Paşiyana qarşı mübarizəsi vətəndaş müharibəsinə çevrilə bilərmi?

İndiki mərhələdə bu da çətin görünür. Çünki Baş nazir ordu rəhbərliyində təmizləmələr aparıb, müxalifətə, Rusiyaya bağlı kadrların bir çoxunu sistemdən kənarlaşdırıb. Hazırda Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Təşkilatı da tam olaraq Paşinyanın nəzarətindədir. Xarici diaspora isə iqtidari və müxalifəti dəstəkləyənlərə bölünüb və burada disapor təşkilatlarının yerləşdikləri məkanlar da ciddi rol oynayır.

Rusiyapərəst müxalifətin əsas üstünlüyü ciddi maliyyə imkanlarına və media resurslarına malik olmasıdır. Ermənistanda əhalinin əksər hissəsi kasıbdır, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bu ölkəyə gələn vəsaitlərin həcmini azaldıb. Nəzəri baxımdan bu müstəvidə müxalifətin sosial bazasını genişləndirmək, onları hakimiyyətə qarşı yönəltmək imkanları var. Amma Koçaryan, Sarkisyan, onların komandası uzun illər hakimiyyətdə olub və korrupsioner imicə sahibdirlər. Əhali keçmiş siyasi elitaya inanmır, əskinə Paşinyanın apardığı islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri onun ictimai dəstəyini artırır.

Rusiyanın nəzarətində olan qüvvələrin Baş nazirin Azərbaycanla Qərbin vasitəçiliyi ilə apardığı sülh müzakirələrini pozmaq üçün daha bir neçə potensial imkanı var.

Birincisi, Xankəndindəki separatçı rejim heç bir halda sülh prosesində iştirak etmir və əvvəldən elan etdikləri kimi Rusiyaya birləşmək üçün müraciət edirlər. Qeyd edək ki, bununla bağlı müəyyən hazırlıq işləri görülüb, rus icması yaradılıb, onlara Rusiya pasportları verilib. Gələcəkdə bölgədə yaşayan bütün ermənilərə belə seçim etmək təklif oluna bilər. Yəni Rusiya postsovet məkanındakı başqa separatçı rejimlərdə tətbiq etdiyi planı Qarabağda da həyata keçirməyə başlaya bilər.

İkincisi, Qarabağda Azərbaycan Silahlı Qüvvələrini münaqişəyə çəkmək üçün davamlı təxribatlara əl atıla bilər. Atəşkəsin intensiv pozulması, kommunikasiyaların bağlanması, hətta sülhməramlı hərbçilərin səhnələşdirilmiş ölümləri təşkil oluna bilər ki, bunlar sülh prosesini əngəlləyəcək addımlardır. Rusiya bu yollara baş vurarsa, ilk mərhələdə istəyinə nail ola bilər. Yəni sülh prosesini müvəqqəti dondura bilər. Amma Azərbaycanın, onun müttəfqi Türkiyənin, daha sonra Qərbin sərt təzyiqi ilə üzləşəcəyi qaçılmazdır.

- İlk növbədə Azərbaycan ordusu təxribat törədən erməni silahlarına qarşı hərbi əmliyyatalara başlaya;

- Rusiya sülhməramlılarının bölgəni tərk etməsini tələb edə;

- Türkiyə ilə təcili hərbi məsləhətlərə başlamaqla müttəfiq ordunu ölkəyə dəvət edə bilər.

Bu halda Ermənistanın və Qərbin Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı arqumentləri xeyli zəifləyəcək. Çünki separatçılar onların xilası üçün irəli uzadılan əldən imtina edib dünyadan təcrid olunmuş, sürətlə mövqelərini itirməkdə olan Rusiyadan yapışacaqlar.

Bu dəfə onları xilas edəsi nə Putin olacaq, nə də Qərb. Yeri gəlmişkən, Paşinyan separatçıların başçısı Arayik Arutyunyanla İrəvanda sonuncu dəfə görüşəndə ona dedi ki, ilk hədəf 44 günlük müharibənin xarabalıqları altından çıxmaq olmalıdır. Əks halda bizi yeni müharibə gözləyir...
"AzPolitika.info"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-nin Rusiyanın “Azərbaycanda bioloji silahlar var” iddiasına cavabı: Üç xətt - İNCƏLƏMƏ...
Rusiya birinci dəfə deyil ki, Azərbaycanda gizli bioloji silah laboratoriyaları olduğunu dilə gətirir, bu iddia SSRİ dağıldıqdan sonra Moskvanın postsovet ölkələrinə və Qərbə qarşı mövqeyini “arqumentləşdirən” tezisə çevrilib.

Bu iddialar dərin siyasətdə təzyiq yaradılması, hibrid müharibə elan edilməsi və bunun gələcəkdə hərbi müdaxilə imkanlarına çıxış əldə edilməsinə əsaslar yaratmağa hesablanıb.

Amma həmin propaqanda dəlil təqdim etmək bacarığından uzaqdır, çünki ortada elə bir sübut yoxdur, deyilənlər sadəcə konspiroloji fərziyyələrə söykənir.

Qarabağ münaqişəsi zamanı ermənilər də xəyal məhsulu olan həmin fikirlərdən yararlanaraq özlərinə beynəlxalq dəstək mexanizmləri formalaşdırmağa cəhdlər ediblər, amma heç bir halda həmin iddialar təsdiqini tapmayıb.

Rusiya Ukraynaya təcavüz etdikdən sonra da köhnə ideoloji baxışını yenidən qüvvəyə mindirib və Azərbaycanda ABŞ-ın gizli bioloji silah laboratoriyaları “axtarmağa” girişib.

Azərbaycan dövləti isə bu iddialara kifayət qədər strateji təmkin nümayiş etdirərək soyuqqanlı yanaşdı, ta o zamana qədər ki, bu fikirlər öz sərhədlərini aşaraq Azərbaycanın təhlükəsizlik qapılarının qıfıllarına açar salmaq həddinə çatdı.

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBZ) rəhbəri İqor Kirillovun Ukraynadakı müharibədən vəcdə gələrək Azərbaycanı da “nişangah”a gətirmək üçün seçdiyi saxta arqument Bakının strateji səbrini daşırdı və Azərbaycan nəhayət mayın 7-də buna cavab verdi.

Özü də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) səviyyəsində.

DTX-nin bəyanatındakı xətlər:

1. Rusiya təmsilçiləri tərəfindən verilən bəyanatlar Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanır.

Deməli, Rusiyadakı bəzi qüvvələr Azərbaycan cəmiyyətində kəskin fikir ayrılığının yaranmasında və bunun ictimai düşüncədə ziddiyyətli toqquşmalarla müşayiət edilməsində maraqlıdır.

2. Azərbaycanda ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər-hansı tədqiqatlar aparılmayıb.

Bu xətt ali kəşfiyyat orqanı səviyyəsində verilən açıqlamanın gücünü ortaya qoyur və Rusiyanın tezislərinin üzərindən xətt çəkir.

3. Azərbaycan fakt təqdim edildiyi halda iddianın əsaslandırılması üçün araşdırmalara açıqdır.

İndi Rusiya öz dediklərini əsaslandırmalıdır, əgər belə bir əsas tapsa, buyursun Azərbaycana və birgə araşdırmalar aparılsın.

Təbii ki, Rusiya maddi dəlil təqdim etməyəcək və özünü təmizə çıxarmaq üçün bəzi dairələr həyasız şəkildə malalamaq üslubuna girişəcəklər.

Aqşin Kərimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Zəngəzuru və Laçın dəhlizini nəzarətə götürməlidir... - ÇAĞIRIŞ
"Ermənistan tərəfinin əsas məqsədi xaricdəki himayədarlarının dəstəyi ilə hazırki vəziyyətin alqoritmini, yəni 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatının məntiqini, daha doğrusu müharibədə qalib gələn tərəfin tələblərini yerinə yetirməkdənsə danışıqlar prosesini iki bərabərhüquqlu tərəfin iştirakçısına dəyişməkdir. Ona görə də Azərbaycan sülhəməcburetmə tatikasından istifadə edib, Ermənistanı sülhə vadar etməlidir". Zamantv.az "Ölkə.Az"a istinadla xəbər verir ki, bunu sabiq xairici işlər naziri Toqfiq Zülfüqarov Ermənistanın tərəfinin danışıqlar prosesində sərgiləməsinə mövqeyini açıqlayarkən deyib.

Sabiq nazirin sözlərinə görə, müharibəyədək, biz 28 il münaqişənin tənzimlənməsi prinsiplərinin razılaşdırlması istiqamətində nəticəsiz cəhdlər etdik.
"İndi Brüsseldə iki dövlətin nümayəndələri gələcək sənədin əsasını hansı prinsiplər təşkil etməli olduğuna dair variantları mübadilə ediblər.

Qeyd edim ki, bu danışıqlar prosesi qeyri-müəyyən müddətə davam edə bilər..."- Zülfüqarov qeyd edib.

O əlavə edib ki, bu, məsələn, erməni tərəfinin məntiqinə görə, əsas müzakirə mövzusu sülhməramlı qüvvələrin məsuliyyət zonasında erməni əhalisinin təhlükəsizliyinin təminatı olmalıdır. "Hesab edirəm ki, onlar həm hərbi, həm də siyasi təminat (status), ola bilsin ki, beynəlxalq təminat tələb edəcəklər. Bununla da Ermənistan 10 noyabr 2020-ci il bəyanatının məntiqini iki bərabərhüquqlu tərəf kimi danışıqlar prosesinə dəyişmək istəyir.
Bu baxımdan hesab edirəm ki, Ermənistan qalib ölkə olan Azərbaycanın qoyduğu şərtləri yerinə yetirməyincə onunla sülh danışıqları aparmaq lazım deyil"- sabiq nazir vurğulayıb.
Sabiq nazir hesab edir ki, ona görə də Azərbaycan Ermənistanı aşağıdakı tələbləri yerinə yetirməyə məcbur etməlidir:

"-Sülhməramlıların məsuliyyət zonasında olan ərazidən Ermənistan vətəndaşları olan bütün hərbi qulluqçuların müəyyən olunmalı, tərksilah edilməli və ərazidən çıxarılsin;
-bütün qeyri-qanuni silahlı birləşmələr tərksilah edilməli və ləğv olunsun;
-yuxarıda göstərilənlərin yerinə yetirilməsi üçün monitorinq missiyası və Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndələrinin nəticələrinə birgə nəzarət etmək şərti ilə sülhməramlıların komandanlığına 1 aydan çox olmayan müddət verilməsin;
- 15 gündən çox olmayan müddətdə Rusiya Federasiyası FSB qoşunlarının nəzarət zonası Zəngəzur dəhlizi nəzarətə götürülməsi;
- bu şərt yerinə yetirilmədikdə, Laçın dəhlizinin Azərbaycanın müvafiq dövlət strukturları tərəfindən tam nəzarətə götürülsün. Ancaq bundan sonra tələsmədən sülh sazişi üzrə danışıqlara başlamaq olar...".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda İransayağı islam hökuməti qurmaq istəyənlər kimlərdir? - VİDEO
Bir neçə gün əvvəl ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vaxtilə İranda sığınacaq tapmış 20-yə yaxın şəxsi Azərbaycana təhvil verməklə bağlı İranın keçmiş prezidenti Həsən Ruhaniyə siyahı təqdim etməsi barədə dedikləri özünü həmin siyahıda görənləri, necə deyərlər, xoşbəxt edib.

Bu barədə “Azad İran” “You Tube” kanalı məlumat verib.

“Onlar çox mühüm şəxslərdir və Azərbaycan hakimiyyəti guya onların durmadan yaratdıqları “You Tube” və “Telegram” kanalları vasitəsilə anti-Azərbaycan təbliğatından narahatlıq keçirir”, - deyə qeyd olunub.

Daha ətraflı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya "İsgəndər"lə Ukraynanı VURDU
Rusiya operativ-taktiki və ordu aviasiyası desant qoşunları ilə birlikdə “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.

Zamantv.azRusiya Silahlı Qüvvələri Xarkov vilayətindən "İsgəndər" raketləri ilə ABŞ və Aİ-dən Ukrayna Silahlı Qüvvələrinə verilən Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Ordusunun 42 canlı qüvvəsinin cəmləşdiyi ərazini və iki sursat anbarını vurub.

xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“İlan” adasında Ukraynaya məxsus “Su-24” bombardmançısı, bir “Su-27” qırıcısı, üç “Mi-8” helikopteri və iki “Bayraktar-TB2” pilotsuz uçuş aparatı vurulub. Ukraynanın "Stanislav" hücum kateri də məhv edilib”,- deyə Konaşenkov bildrib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna müharibəsində yaralanan azərbaycanlı İTKİN DÜŞÜB -
Rusiya vətəndaşı olan soydaşımız Abakar Ramazanov Ukraynada itkin düşüb.

Qohumlarının bildirdiyinə görə, o, Rusiya-Ukrayna müharibəsinin ilk günlərində yaralanıb.

Abakar Skov şəhərində olub və döyüş yoldaşlarının dediyinə görə, elə yaralandığı yerdə də qalıb.
O vaxtdan bu günə qədər A.Ramazanov xəbər yoxdur. Ailəsi hələ də onu axtarır.
Ukrayna müharibəsində yaralanan azərbaycanlı İTKİN DÜŞÜB -

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putinin yaxtası həbs edildi? – İtaliyadan xəbər var…
İtaliya hökuməti Avropa sanksiyaları çərçivəsində Marina di Karrara limanında Rusiyaya məxsus bahalı superyaxtaya həbs qoyub.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Gəminin mayın əvvəlində üzməsi planlaşdırılıbmış.
"Bu, artıq ölkəmizin rus oliqarxlarına qarşı tətbiq etdiyi 100-cü sanksiyadır: indiyədək dondurulmuş aktivlərin ümumi dəyəri bir milyardı ötür", deyə "Şehrazadə"nin həbsi haqqında sərəncam imzalayan iqtisadiyyat naziri Daniel Franko bildirib.

Konkret ad açıqlamasa da, yaxtanın Rusiyanın rəhbər şəxslərindən birinə məxsus olduğunu bildirilib.
Uzunluğu 140 metr, dəyəri 750 milyon dollar olan “Şeherazade” (Scheherazade) adlı yaxtanın Kayman adalarının bayrağı altında üzdüyü vurğulanıb.

Qeyd edək ki, rusiyalı müxalifət lideri Aleksey Navalnının komandasının bu ilin martında tamamladığı araşdırmaya görə, “Şeherazade” yaxtası prezident Vladimir Putinə məxsusdur. Lakin sənədlərdə “Rosneft”in keçmiş prezidenti oliqarx Eduard Xudainatovun adı göstərilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycanda heç vaxt belə elmi mərkəzlər fəaliyyət göstərməyib" - DTX-dan iddialara cavab
Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir.

Zamantv.az-[b][/b]ın məlumatına görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin məlumatında deyilir.

"Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur", məlumatda deyilir.
Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər var
Rusiyanın Krasnoyarsk diyarında 200-ə yaxın tikili, o cümlədən uşaq bağçası və daş karxanası yanır, qurbanlar var.

Bu barədə Krasnoyarsk diyarı üzrə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, beş nəfər həlak olub, onlardan ikisi uşaqdır.
Güclü külək vəziyyəti daha da pisləşdirib. Şəhərlər tüstü-dumana bürünüb. Yollarda görüntü, demək olar ki, sıfıra enib. Yerli hökumət sakinlərə çölə çıxmamaq və pəncərələri bağlamaq barədə çağırış edib.

Regionda fövqəladə vəziyyət elan olunub.
Rusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər varRusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər varRusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər var

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO