[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Dövlət Filarmoniyasına KİM rəhbərlik edir? - İDDİA


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə şəhərində fəaliyyət göstərən möhtəşəm mədəniyyət kompleksidir və bu filarmoniyanın binası 2012-2017-ci illərdə Cavad xan və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa olunub.

Qeyd edək ki, Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü əsasında qoyulur. 1949-cu ildə bu filarmoniyanın fəaliyyətinə xitam verilsə də, 1990-cı ildən yenidən fəaliyyətə başlayır.

1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır. Daha sonra xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə “Göy-göl ” mahnı və rəqs ansambılı özfəaliyyət olaraq fəaliyyətə başladı.

Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə “Göy-göl” mahnı və rəqs ansamblına dövlət statusu verildi. Həmçinin bu dövrdə Gəncədə Kamera Orkestri də fəaliyyətə başladı və 1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası yenidən yaradıldı.

Gəncə Dövlət Filarmoniyasına məxsus yeni binanın təməli 21 yanvar 2012-ci il tarixdə ölkə rəhbərinin Gəncə şəhərinə etdiyi səfər zamanı qoyulsa da, onun açılışı 10 noyabr 2017-ci ildə prezident İlham Əliyevin iştirakı ilə baş tutur. 90-larda Gəncə filarmoniyasına rəhbərlik etmiş Şahnaz Haşımova daha sonra isə, yəni yeni inşa olunmuş filarmoniyanın rəhbəri azərbaycanlı tenor, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov təyin olunur. Daha sonra isə ,yəni 11 avqust 2022-ci ilə qədər musiqi sahəsindən olan Elçin Elçiyev direktor vəzifəsini icra edir.

Bu ilin avqust ayının 11-də Mədəniyyət naziri cənab Anar Kərimovun müvafiq əmri ilə, hər hansı bir musiqi təhsili olmayan , özünün dediyinə görə, ADAU-da iqtisadiyyat fakultəsini bitirən Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunur. O halda ortaya belə bir sual çıxır ki, görəsən görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını daşıyan filarmoniyaya təyin olunan yeni direktor kimdir və yaxud indiki zamanda ənənəvi olan söz, kimlərdəndir?

Əldə etdiyimiz məlumatlara görə, Rəşad Yusifovun təqdimatında Gəncə Regional Musiqi İdarəsinin rəisi Vasif Cənnətov da iştirak edir. Elə ki, Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edən bu şəxsin həyat və fəaliyyəti ilə bağlı bir qədər araşdırma aparırsan, o halda məlum ki, Rəşad Yusifov əvvəllər Gəncədə tütün məhsullarının topdan satışı işləri ilə məşğul olur, hətta şəhərin mərkəzi ərazilərindən birində çayxana da işlədir.

O halda ortaya belə bir sual çıxır ki, görəsən nə oldu, nə baş verdi ki, Mədəniyyət naziri ticarətçi bir şəxsi Gəncə Dövlət Filarmoniyasına direktor təyin etdi? Ola bilərmi ki, bu adı gedən Rəşad Yusifov adlı şəxs sabiq baş prokuror Zakir Qaralovun 1-ci müavini olmuş Rüstəm Usubovun bacısının nəvəsi olduğuna görə belə bir təyinat

verilir? Əldə etdiyimiz başqa bir məlumata görə, Rəşad Yusifov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla yaxın qohumluq əlaqəsi olan vəzifə sahibidir. Ola bilər ki , hər sözü-söhbəti Mədəniyyət nazirliyində keçərli olan Vasif Cənnətov, bu şəxsin filarmoniyaya direktor təyin olunması üçün vargücü ilə çalışır, hətta “dəridən-qabıqdan da çıxır”. Qeyd edək ki, Cənnətov soyadını daşıyan bu şəxs illər öncə ADAU-nun iqtisadiyyat fakultəsində ali təhsil aldığından, onun nə musiqidən, nə də sənətşünaslıq elmindən heç bir xəbəri olmaması bu gün görkəmli bəstəkarın adını daşıyan filarmoniyaya incəsənətdən anlayışı olanı deyil sahibkarı təyin olunması üçün canfəşanlıq edib. Yeri gəlmişkən qeyd edək ki, Vasif Cənnətov Mədəniyyət nazirinin 1-ci müavini Elnur Əliyevin də yaxın qohumudur. Yəqin ki, hər iki şəxs arasında olan qohumluq əlaqəsi Rəşad Yusifovun təyinatında olduqca təsirli və keçərli olur. Bütün bunlara baxmayaraq, ortaya fərqli nüaslar da çıxır ki, onlardan da biri nazir Anar Kərimovun, illər öncə XİN-də birgə çalışdığı həmkarı Elnur Əliyevin Gəncə Dövlət Filarmoniyası ilə bağlı verdiyi əmrə əhəmiyyət verməməsi olur. Bəli, bütün bunlar sabiq nazir Əbülfəs Qarayevin sələfi ilə bağlı səslənən ittihamlardır, giley-güzarlardır.

Bir xatırlamanı yada salaq ki, hələ bir neçə il bundan öncə Gəncə Dövlət Filarmoniyasında korrupsiya faktı ortaya çıxdıqdan sonra, bəzi mədəniyyət işçiləri daşıdıqları vəzifələrinə “əlvida” dedilər, bəziləri isə bir-birini əvəzlədilər. Məsələn, Şahnaz Haşımova, Gülçin Mirzəyeva, Samir Cəfərov, Elçin Elçiyev və s. Adı çəkilən bu mədəniyyət işçilərindən sonra daha birisi, sahibkar Vasif Yusifov direktor təyinatı aldı.

Əziz oxucular! Bütün bunlar qəribə paradokslardır. Buradan bir haşiyə çıxıb demək istəyirik ki, Məşədi İbad demişkən “Mən özüm “Tarixi-Nadir” kitabını yarıya qədər oxusam da, amma heçnə anlamadım”. Bəs siz? Yəni ki, atasının , anasının oğlu Rəşad Yusifova 3 gün toy , bir gün kasıb toyu, bir gün varlılar üçün toy, bir gün dindarlar üçün nəzərdə tutulan toy oluna bilər bu mümkündür. Toy deyirlər ki, bir murazdır, amma bu günə qədər eşitmədiyimiz qalmadı, yəni ölkə başçısının Gəncə əhli üçün ərmağan olaraq tikintisinə diqqət yetirərək ərsəyə gətirdiyi Filarmoniyaya belə təyinat?

P.S. Belə bir təyinatdan sonra həm Elçin Elçiyevlə, həm də Vasif Yusifovla əlaqə saxlamağı özümüz üçün borc bildik. Elçin Elçiyevin verilmiş təyinatla bağlı fikri belə oldu ki, filarmoniyanın borcu var, Rəşad Yusifov onları tam şəkildə ödəyəcək. Rəşad Yusifov isə suallarımıza mədəniyyət sahəsindən deyil, məhz özünün qəbulundan, qəbul saatlarından və s. dəm vurdu. Bircə onu anlayıb dərk edə bilmədik ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa olunan və açılış tədbirində şəxsən möhtərəm Prezidentin də iştirak etdiyi filarmoniyanın hansısa məbləğdə borcu olsun, əgər borçu qalıbsa neçə olub ki, ölkə rəhbərliyinin məlumatı olmayıb bu borcdan?
globall.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nensi Pelosinin İrəvan səfərində korrupsiya izi


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib. Sentyabrın 17-də başlayan və 3 gün davam edəcək səfər ciddi rezonans doğurub.

Pelosi sentyabrın 18-də Ermənistan parlamentinin spikeri Alen Simonyanla keçirdiyi görüşdən sonra Azərbaycan əleyhinə kəskin bəyanatlar verib. O, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında sentyabrın 12-14-də baş vermiş sərhəd toqquşmaları barədə danışarkən, günahkar qismində Azərbaycanı göstərib. “Azadlıq radiosu”nun Ermənistan redaksiyasının məlumatına görə, ABŞ rəsmisi ölkəmizi “Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlar təşkil etməkdə” qınayıb (https://www.azatutyun.am/a/32039652.html). Pelosi deyib ki, “səfərdə olan nümayəndə heyəti sülh sazişinin perspektivlərini təhdid edən bu hücumları ABŞ Konqresi adından qətiyyətlə pisləyir”.

Nensinin səfər proqramının ziddiyyətli olacağı gözlənilirdi. Çünki, onun karyerası zatən ziddiyyətlərlə doludur. 2019-cu ildən etibarən Nümayəndələr Palatasına rəhbərlik edən xanım skandallı siyasətçi kimi ad çıxarıb. Avqust ayında Çin Respublikası prefekturasına - Tayvana etdiyi səfər də eyni rezonansı doğurmuşdu. Çin tərəfi səfərə rəsmi etirazını bildirmiş, ABŞ-ı və şəxsən Pelosini ittiham etmiş, xanım spikeri uçduğu təyyarənin vurula biləcəyi ilə hədələmişdi. ABŞ özünə bəraət qazandırmaq üçün bildirmişdi ki, Nensinin səfəri ABŞ administrasiyasının mövqeyini ifadə etmir. Hansı ki, xanım spiker vəzifəsi baxımından ABŞ iyerarxiyasında çox önəmli mövqe tutur.

Səfəri ilə Tayvanı bir növ müstəqil dövlət kimi şərəfləndirməyi hədəfləyən Konqres spikeri Çinin təhdid və hədələri ilə qarşılaşınca, səfərinin siyasi yükünü inkar etmiş, onu humanitar aksiya kimi qələmə vermişdi. Açıqlamalarından belə nəticə çıxmışdı ki, 82 yaşlı Nensi gələcək karyerasını humanitar aksiyalar üzərində qurmaq, dünyada insan haqları müdafiəçi imici ilə tanınmaq istəyir.

Onun 60 illik karyerası bu cür ziddiyyətli açıqlamalarla zəngindir.

Nensinin Ermənistana səfəri də bu qəbildəndir. İrəvan səfərinin əsas təşkilatçıları - erməni lobbisi fikir yaymışdı ki, Pelosi Azərbaycanla qarşıdurma halında olan Ermənistana dəstək verəcək, Qarabağ mövzusunda Ermənistanın mövqeyini gücləndirməyə çalışacaq. Amma o özü ilk bəyanatlarında fərqli danışmışdı. “Washington Post” qəzetinə açıqlamasında "səfərin insan haqları mövzunun müzakirəsinə, demokratik inkişafın dəstəklənməsinə” həsr ediləcəyini demişdi. İrəvandan yaydığı ilk açıqlamada da bu istiqaməti inkişaf etdirmişdi: “Ermənistanda təhlükəsizlik, iqtisadi inkişaf və demokratik durum müzakirə ediləcək”-demişdi. Sentyabrın 17-də, İrəvana səfərinin ilk günündə verdiyi rəsmi bəyanatda Qarabağ münaqişəsi mövzusuna ümumiyyətlə toxunmamışdı.

Nensinin səfərinin daha bir səbəbi barədə ehtimalı BBC gündəmə gətirmişdi. BBC ehtimal edirdi ki, Pelosi “Konqres üzvlərinin hədəfi olmamaq üçün" səfərinin real məqsədini gizlədir: “Onun Ermənistana səfəri ABŞ-ın daxili siyasi gündəmi və ölkədəki erməni lobbisinə yaxınlıq ehtiyacı duyması ilə əlaqəlidir” (https://www.bbc.com/azeri/region-62932331).

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Richard Kauzlarich də BBC-nin ehtimalını dəstəkləyib və daha da inkişaf etdirib. Bildirib ki, Nensinin Ermənistana səfəri “çoxlu amerikalı erməni seçicinin yaşadığı Kaliforniya ştatındakı daxili siyasətlə bağlıdır. O, gələn ay- noyabrın ortalarında- keçiriləcək aralıq seçkilərində erməni lobbisinin, erməni seçicilərinin səsini qazanmaq istəyir”. Erməni lobbisi ABŞ-da öz gücünə görə sayca 4-cü yerdədir.

Beləliklə, Nensi Pelosinin İrəvan səfəri barədə iki versiya daha çox dayanıqlı olubdur: birinci versiyaya görə, o Ermənistana səfər etməklə ABŞ-dakı erməni icmasının səsini almaq, erməni lobbisinin dəstəyini qazanmaq istəyir. İkinci versiyaya görə isə, Nensi gələcək karyerasını humanizm üzərində qurmaq, dünyada insan haqları müdafiəçi imici ilə tanınmaq istəyir. Bu baxımdan “zəif dövlətlərə, əzilən, haqsızlığa uğrayan xalqlara dəstək göstərir”.

Nensi erməni icmasından ianə qismində 50, səfər xərcləri üçün 25, Paşinyanı tərifləmək üçün 15 milyon dollar alıb

Amma Konqres spikerinin İrəvan səfərinin müzakirəsi və araşdırılması kontekstində yeni faktlar ortaya çıxıb. Bəlli olub ki, Nensi Pelosinin Ermənistan turunun səbəbi yalnız Demokratlar Partiyasına seçici qazandırmaqdan ibarət deyil.

Bəllidir ki, Pelosinin İrəvana səfəri barədə informasiyalar sentyabr ayının əvvəllərində gündəmə gəlmişdi. Amma ABŞ höküməti səfər xərclərini ödəməkdən imtina etdiyi üçün səfər ləğv olunmuşdu. ABŞ höküməti “sadə amerikalı vergi ödəyicilərinin hesabına Nensi Pelosinin İrəvan səfərinə maliyyə ayırmaqdan imtina etmişdi”. İndi bəlli olub ki, Nensi Pelosinin səfər xərclərinin bir hissəsini Konqresdə fəaliyyət göstərən Amerika Erməni Kommitəsi-ANCA ödəyib. Digər hissəsi isə Rusiyalı biznesmen Ruben Vardanyanın payına düşüb. Nensi Pelosinin İrəvana səfəri erməni icmasına nə az, nə çox, tam 120 milyon dollara başa gəlib.

Səfərin xərclərinin ödənilməsi haqqında açıq mənbələrdən görünür ki, Vaşinqtondakı erməni lobbiçilərin hesabına Ruben Vardanyanın bankı vasitəsilə 75 milyon dollar vəsait köçürülüb. Bu məbləğin 50 milyon dolları Demokratlar Partiyasına “birdəfəlik ianə” kimi nəzərdə tutulub. Yerdə qalan 25 milyon dollar isə Nensinin 72 saatlıq səfərinin təhlükəsizlik və digər xərclərinə sərf edilir. Səfərin təşkilatçısı qismində çıxış edən erməni şirkəti ABŞ Nümayəndələr Palatasının spikeri Pelosinin hesabına daha 15 milyon dollar ayıracaq ki, o, yekun bəyanatında Nikol Paşinyanın müdafiəsi üçün əlahiddə fikirlər səsləndirsin. Vasitəçi şitkət nümayəndələri olan 3 nəfər isə, hərəyə 10 milyon dollar olmaqla, ümumilikdə 30 milyon dollar “qonarar” alacaqlar.

Məsələnin təəccüblü tərəfi odur ki, bütün dünayada Rusiyalı iş adamlarına sanksiyalar tətbiq olunur. Belə durumda erməni əsilli Rusiya iş adamı Ruben Vardanyan Rusiyadan oğurladığı pullar hesabına ABŞ Konqresinin nümayəndələr palatası spikerinin səfəri üçün maliyyə ayıra bilir. Paralel şəkildə ABŞ-ın iqtidar partiyasına- Demokratlar Partiyasına- ianələr edə bilir.

İş ondadır ki, OCCRP ( Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi) 2019 cu ilin mart ayında açıqladığı hesabatında Rusiyada yaşayan erməni əsilli oliqarxların fəaliyyətinə də toxunub. Onların Ermənistandakı oliqarxlarla müştərək şəbəkələrindən bəhs edib. Qeyd edilib ki, bu şəbəkə Rusiyada “çirkli pulların yuyulması”nda rol alıb. Özlərinə məxsus investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılmasını təşkil ediblər. Hesabatda şərti olaraq “Troyka pulyuyan maşını” kimi təqdim edilən bu sxem korrupsiyaya bulaşmış Rusiya oliqarxlarının, siyasətçilərinin çirkli pullarının yuyulması, vergidən yayınması, mülklərinin xaricdə gizlədilməsi kimi fəaliyyətlərdə ittiham edilir. 53 yaşlı oliqarx milyarder, “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi olan Ruben Vardanyan isə bu şəbəkənin açar fiqurlarından biri kimi təqdim edilib. Əlavə edilir ki, “şəbəkə” Rusiyanın hakim elitası ilə sıx əlaqəlidir. İndi isə ABŞ-ın Konqres spikeri Ruben Vardanyandan ianə qəbul edir.

Bu səfərin təşkilini Ruben Vardanyanın sanksiyalardan yayınmaq üçün verdiyi rüşvət kimi də qəbul edə bilərik.

Kiçik dövlətlər Ruben Vardanyanla münasibətə görə sanksiyaya məruz qalır, ABŞ Kongresinin spikeri isə onunla müttəfiqliyindən qazanc götürür.

Müqayisə üçün bildirək ki, OCCRP hesabatında adı “Troyka pulyuyan maşını” kimi təqdim edilən Ruben Vardanyan prosesi kiçik ölkələr üçün problemə çevrilib. Məsələn, Almaniya hökuməti “Troyka pulyuyan maşını” ilə adı keçən şəxslərə qarşı hüquqi təqib və əmlak sanksiyaları tətbiq edir (https://www.occrp.org/en/daily/12935-germany-raids-properties-linked-to-the-troika-laundromat). Yaxud, Avropa İttifaqı qanunvericiləri “Troyka pulyuyan maşını” ilə əməkdaşlıq etmiş bankirlərə qarşı sanksiyalar tələb edirlər ( https://www.occrp.org/en/daily/9372-eu-lawmakers-demand-sanctions-against-troika-laundromat-bankers). “Troyka camaşırxanası” hesabatı Avstriya banklarını da dağıdır (https://www.occrp.org/en/daily/9316-troika-laundromat-fallout-hits-austrian-banks). Monteneqronun Avropa İttifaqına üzvlüyü də bu proseslə əlaqə səbəbindən ləngidilir (https://www.occrp.org/en/troikalaundromat/how-russian-blood-money-flowed-into-montenegro).

ABŞ-ın özündə də Rusiya oliqarxlarına qarşı münasibət kəskindir. Rusiyanın əksər milyarderlərinə qarşı Qərb tərəfindən sanksiyalar tətbiq olunub. Yerdə qalanlar haqqında da ciddi araşdırmalar gedir. ABŞ Ədliyyə Nazirliyi bu sahədə əlahiddə iş başlayıb, Qərbin sanksiyalarından yayınmağa cəhd edən “rus oliqarxlarının” adlarını araşdırır. “Forbes” yazır ki, ABŞ prokurorları "Rusiya oliqarxlarının" Qərb sanksiyalarından yan keçməyə çalışdıqlarına dair sübutlar tapıblar ( https://www.forbes.ru/milliardery/461203-v-minuste-ssa-zaavili-o-popytkah-rossijskih-oligarhov-izbezat-zapadnyh-sankcij).

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların monitorinqini aparan “Trap Aggressor” analitik qrupu isə məlumat yayıb ki, ən məşhur 10 nəfər rus oliqarxının yarısı hələ də sanksiyalar altında deyil (https://www.epravda.com.ua/rus/news/2022/08/5/690060/). Qrup sanksiyadan kənarda qalan milyarderlərin adlarından ibarət siyahı tərtib edib. Amma maraqlıdır ki, araşdırmaların heç birində Ruben Vardanyanın adı keçmir. Bəs Ruben Vardanyan niyə kənarda qalıb, hansı səbəblərdən sanksiya tətbiqindən yayındırılıb? Sualın cavabı indi aydın olur. Bəlli olur ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi “Troyka pulyuyan maşını” sexeminin müəllifi olan Ruben Vardanyanla şübhəli əlaqədədir, ondan ianələr qəbul edir. Vardanyanın sanksiyalardan yayına bilməsinin səbəblərindən biri də məhz budur. Bu informasiyanı gizlətmirlər. Açıq mənbələrdə paylaşıblar.

Pulu erməni lobbisindən alıb Azərbaycanı ittiham edirlər

Hər bir dövlətin lobbi maraqlarını həyata keçirmək kimi legitim haqqı vardır. Amma burada da məkirli oyunlar, haqsız rəqabət amilləri mövcuddur. 2018 ci ildə Azərbaycanın güya bəzi AŞPA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ələ alması üzrə araşdırmalar aparıldı. Hansı ki, Azərbaycan həmin şəxslər ilə sadəcə lobbi qrupları qismində əməkdaşlıq etmişdi. Korrupsiya ilə mübarizə əhəmiyyətli, vacib olsa da , bu araşdırmada sellektiv yanaşma sərgiləndi. Lobbi qrupları ilə iş Azərbaycanın kimlərəsə rüşvət verməsi kimi qələmə verildi. Əvəzində, rəsmən pulyuma əməliyyatlarında, korrupsiya hallarında ad çıxarmış erməni milyarderlərin Avropalı paralementarilərə rüşvət verməsi “Lobbi qrupları ilə iş” kimi təsnif edildi. Bu gün bəlli olur ki, erməni icmaları hətta ABŞ Konqresinin spikerinə də maliyyə verirlər və bu, “lobbiçilik işi” çərçivəsində rəsmiləşdirilir. Amma Azərbaycanla əməkdaşlıq edən nüfuzlu avropalı siyasilər. lobbi qrupları şərlənir, haqsız rəqabətə məruz qalırlar.

Yeganə Hacıyeva
Müşfiq Ələsgərli
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran meşə təsərrüfatında Vüqar Kərimova söykənən özbaşınalıq


Azerinfo.media xəbər saytına Lənkəran Regional Meşə Təsərrefatı Mərkəzində olan etibarlı mənbəmizin verdiyi məlumata görə, Lənkaran Regional Meşə Təsərrüfatı Mərkəzində acınacaqlı vəziyyət hökm sürür.
Belə ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 27 daimi fəhlə işə götürülməsi tapsiriği verilmiş və Nazir müavini Vüqar Kərimovun tapşırığı ilə 5 fəhlə ştatı onun tanış adamlarina verilmişdir.

Həmin 5 fəhlə ştatı tinglik sahələrində işləyir, yerdə qalan 17 fəhlə isə çıxmadan maaş alib bir hissəsini Vüqar Kərimovun "qara kassa"sı kimi tanınan Abuturab Bağırova çatdırırlar.

Nazirlik tərəfindən Mərkəzə verilmiş plan proqnozun icrası yaratmaz vəziyətdədir , belə ki, yuxarıda qeyd olunmuş fəhlələr işə çıxmadığı, dovriyyədə olan meşə əkinləri suvarılması və becərilməsi işləri aparılmadığindan 2020, 2021 və 2021-ci iln yaz mövsümündə Lənkaran Lerik və Astara meşələrində salınmış əkinlər tamamilə batmişdir.

Vuqar Kərimovdan soruşmaq lazımdır ki, yaz-payız mövsümündə jurnalistlərin qarşısına çıxıb əkin kompaniyasında ağız dolusu milyonlarla ağac əkməyinizdən danışırdınız bir dəfə də becərilməsi və suvarılmasından da danışsaydız yaxşı olardı. Vüar Kərimova sual olunur.
Keçən ilin payız mövsümündə Lerik və Lənkəran meşələrində əkin kompaniyasında iştirak etdiyiniz ərazidə əkilmiş əkindən bir ağac gedib göstərə bilərsinizmi?!
Əsla göstərə bilməzsiniz, çünki sizin apardığınız siyasət heç Şeytanın ağlına belə gəlməz.

Siz ölkə medyasının qarşısına çıxıb əkin kompaniyasından danışıb cənab Ölkə Başçısına yalandan hesabat verirsiniz, yerlerdə olan qara kassalarıniza isə fəhlələrdən 50 faiz əmək haqlarının yığılması tapşırığı verirsiniz. Sizdən soruşulur: o fəhlələr işə gedib işləyər ya havayı əmək haqqı alır?
Sizin apardiğiniz siyasətin nəticəsində Lənkaran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lənkaran, Lerik və Astara meşələrində salınmış meşə əkinlərindən belə əsər- əlamət qalmamışdır.

Qarşı tərəfi dinləməyə hazırıq
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məcid Əliyevin Şəkidə açdığı səhiyyə bazarı… - Baş həkimin oğlunu nə üçün MTN-dən qovdular…


Gündəlik-Bakının “Məcid Əliyev Şəki və Zaqatala səhiyyəsini bazara çevirib” başlıqlı ötən yazısında Şəki Rayon Mərkəzi Xəstəxanasının ( RMX) Baş həkiminin qanunsuz əməllərindən bəhs etmişdik.
Qısa məlumat üçün qeyd edək ki, Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası (RMX), Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinika şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi, Təcili yardım və s fəaliyyət göstərir. İndi gördünüzmü, Məcid Əliyevin tabeçiliyində böyük bir səhiyyə şəbəkəsi yerləşir. Məcid Əliyev 2010-2017-ci illərdə Şəki RMX-nin baş həkimi olduğu zaman yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsaitini mənimsəməyə görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Məcid Əliyev Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Məcid Əliyevin həbs olunması məsələsi gündəmdə olub. Lakin bunlara baxmayaraq Məcid Əliyev yüksək vəzifəli məmurun vasitəsilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatalada xəstəxanaya direktor vəzifəsinə də təyinat alıb.
Sonra isə Zaqatalada Mərkəzi xəstəxananın baş həkimi olub. Onun bu vəzifəyə təyin edilməsində TƏBİB-in rəhbəri Vüqar Qurbanovun da rolu olub. Görəsən az qala həbs olunmaq təhlükəsi ilə üz-üzə qalan Məcid Əliyev necə oldu ki, Zaqatala Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi..? Beləliklə Məcid Əliyev Şəkidəki əməllərini Zaqatalada davam etdirməyə başlayıb. Bəli, Məcid Əliyev Zaqatalada baş həkim kimi çalışarkən, rayonda “ölü canların” maaşını yeyən, korrupsioner birisi kimi tanınıb. Rayon ziyalıları mediaya müraciətində qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, Məcid Əliyevə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da kimlərsə bu məsələni yoxlamaq istəyirsə, buyurun yoxlayın. Məcid Əliyev rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır. Bu hələ harasıdır..?
Məcid Əliyev elektrik generatotu almaq, hətta tualet kağızı, tibbi əlcək almaq üçün həkimlərdən pul yığır. Bəs görəsən dövlətin ayırdığı külli miqdarda vəsait kimlərin cibinə gedir..? Bütün bunlar ortada ola-ola Məcid Əliyev bir müddət əvvəl yenidən Şəkiyə qayıdıb.
Bəli, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Bəli, bu gün Şəkidəki xəstəxanaların işləməyən, ancaq adı olan texniki personalı öz maaşlarını baş həkimlə bölürlər. Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələrinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradır. Məcid Əliyev Şəkidə doğuşun, cərrahi əməliyyatların bahalı qiymətini müəyyən edib. Qeysəriyyə üsulu ilə doğmaq 600 manatdır. Deyilənə görə, Məcid Əliyev tibbi stansiyaların müdirlərindən hər ay 1500 alır.
Təsəvvür edirsinizmi, Məcid Əliyev tibbi məntəqələrə lazım olandan çox sanitar-xadimələr götürür və onların da maaşına şərikdir. İndi isə oxucularımıza və TƏBİB-in rəhbərliyinə Məcid Əliyevlə bağlı redaksiyamıza daxil olan yeni məlumatları təqdim edirik.
Daxil olan məlumatlara görə, Məcid doktorun qudası, Dəhnə klanının böyüyü, Moskvada tanınmış mafiya babası, Lotu Qulinin sağ əli kimi tanınan Elçindir.
Bəli, guya humanist həkim peşəsinin sahibi olan Məcid Əliyev adamlara mafiya babası Elçinin adı ilə hədə-qorxu gəlir. Məcid Əliyevin dostlarından biri də Şəkidə Qanköçürmənin sabiq müdiridir. Bu adam qan satdığına görə, vəzifəsindən uzaqlaşdırılıb. Və hazırda qiymətli ağacları kəsərək “ağac kömürü” biznesi ilə məşğul olur. Məcid Əliyev hazırda Qorxmaz adlı şəxsi Ümumi şöbəyə müdir təyin etmək üçün onun sənədlərini TƏBİB-ə göndərib. Ancaq Qorxmaz savadsız olduğu üçün imtahan verə bilmir.
Şəki səhiyyəsində kadr təyinatı məsələsində 113-də işləyən Arzu həkimin də rolu böyükdür. Onun da Məcid doktora təsir imkanları az deyil. Onun da sənədləri baş həkim təyin edilmək üçün TƏBİB-ə göndərilib. Məcid doktorun sürücüsü İlkin də özünə çox yaxın olan xanımı Arxiv şöbəsinə müdir təyin etdirib.
Onu da qeyd edək ki, Mərkəzi Xəstəxanada bir Göynük şəbəkəsi var. Belə ki, Ümumi şöbənin müdiri Göynüklü, müavini Göynüklü, oğlu da Təcili Yardımda işləyir. Baş həkimin müavini Vüqar isə Regional Maliyyə İdarəsinin sabiq müdiri çox hörmətli Həsən müəllimin qaynıdır. Bizim Həsən müəllimlə heç bir işimiz yoxdur, çünki o...
İndi isə keçək Məcid doktorun oğlunun macəralarına. İçki düşkünü olan, oğul 2 gündən bir avtomobilini içkili idarə etdiyi üçün QAİ-yə düşür və...sonda MTN-də çalışdığı vəzifəsindən uzaqlaşdırılıb. Məcid doktorun oğlu atasının pullarını otaqda səpələyərək fotosessiya göstərib və sosial şəbəkədə paylaşıb. Və nəticədə vəzifəsini itirib.
Yeri gəlmişkən, doktorun oğlu Dəhnə mafiyasının başçısı Elçinin kürəkənidir. Məcid Əliyevin bir qohumu Elnarə də Ailə Sağlamlıq Mərkəzində baş tibb bacısıdır. O isə ölülərə sağlamlıq kağızı verdiyi üçün onun barəsində prokurorluq cinayət işi açıb. Və əvvəlki baş həkimin vaxtında vəzifəsindən uzaqlaşdırılıb. Sonradan Məcid Əliyevin köməkliyi ilə məhkəmə yolu ilə işinə bərpa olunub. Məcid Əliyevin biznes şəbəkəsinə, obyektlərinə gəldikdə isə, onun Londonda evləri, Şəkidə “moyka”ları, inkubator fabriki və daha nələri... İşçilərə isə deyir ki, gətirin işdə saxlayaq...
Bir sözlə, Məcid Əliyev Şəkidə əməlli-başlı səhiyyə bazarı açıb.
gundelikbaki.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan: “Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir”


"Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə lideri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəlki öhdəliklərinə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi vacibdir.

"Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir", - Ərdoğan vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaralı hərbçimiz şəhid oldu - YENİLƏNİB


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.

***21:36

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində yaralanan hərbçi Yusif Qurbanov şəhidlik zirvəsinə ucalıb.

Yaralı hərbçimiz bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib.

Bildirək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi.

O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ceyhun Bayramov Kanadanın xarici işlər naziri ilə telefonla danışıb


Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Melani Joli arasında telefon danışığı baş tutub.

Bu haqda XİN məlumat yayıb.

Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın məqsədyönlü təxribatlarının və normallaşma prosesinə maneələrinin silsilə xarakteri daşıdığı, son təxribatlarda 79 hərbi qulluqçumuzun həlak olduğu vurğulanıb.

Nazir Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiyi və son 30 il ərzində keçmiş münaqişənin məhz bu prinsiplər əsasında həllini dəstəklədiyi barədə məlumat verib. Azərbaycanın bölgədə yenidənqurma işləri həyata keçirdiyi və külli miqdarda sərmayələr qoyduğu, məcburi köçkünləri öz yurdlarına qaytardığı bir dönəmdə vəziyyətin gərginləşməsində maraqlı olmadığı və Ermənistan ilə normallaşma prosesini irəlilədən tərəf olduğu bildirilib.

Kanada xarici işlər naziri Melani Joli bölgədə gərginlikdən narahatlığını diqqətə çatdırıb, atəşkəsə əməl olunmasının əhəmiyyətini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb. Minasızlaşdırma səylərinin əhəmiyyəti diqqətə çatdırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı, nişanlısının ayaqları tutuldu


Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant 1997-ci təvəllüdlü Hüseyn Abbasqulu oğlu Nəcəfzadə Abşeronda dəfn edilib.

Nişanlı olan şəhidimizin oktyabrın 11-də toyu olacaqmış.

Sosial şəbəkələrdə yayılan məlumata görə, bildirilir ki, Hüseynin atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elçin Sadıqov ev dustaqlığına BURAXILDI


Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.

"Unikal"ın məlumatına görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Elçin Sadıqovun şikayəti təmin olunub. O, ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Sadıqov öz müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyi 282 hərbçimizin yaralandığını AÇIQLADI


12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanmışdır. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılmış, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Qeyd olunmalıdır ki, yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və digər tibb personalları tərəfindən xidmət göstərilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO