[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Buna Putin qərar verəcək!" - Peskov
Rusiyanın bu gün səhər saatlarında Ukrayna ərazisinə daxil olub əməliyyat keçirməsindən sonra ilk açıqlama Kremldən gəlib.

"Zamantv.az" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.

"Əməliyyatların nə qədər davam edəcəyinə Putin qərar verəcək", - deyə o, qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
21 yaşlı gəncin qətli ilə bağlı RƏSMİ MƏLUMAT
Tərtər Rayon Prokurorluğu 21 yaşlı gəncin qətli barədə məlumat yayıb.

"Fevralın 23-ü saat 20 radələrində 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla Tərtər rayonu ərazisində 2004-cü il təvəllüdlü İlkin Nəzərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Putinin missiyası əsasən Kiyevi götürməkdir” - Hərbi ekspert
“Müharibəyə başlamaq daha çox mental psixoloji amildir. Rusiyaya bir dövlət kimi müharibə lazım deyildi. Kreml və Putinə isə hansısa baxımdan müharibə lazımdır. Düşünürlər ki, prezident Putinin hansısa tarixi missiyası var və bunu həyata keçirməlidir. Bax, bu səbəblərdən Rusiya Ukraynaya hücum edib, işğal uğrunda savaşır”. Zamantv.az xəbər verir ki, bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum etmək əmrinin səbəblərindən danışarkən deyib.

Ekspert vurğulayıb ki, Kreml və Putinin missiyası Ukraynanı, əsasən də Kiyevi götürməkdir. Onun sözlərinə görə, Kiyev rus dünyasının və mədəniyyətinin mərkəzi sayılır: “Rus-slavyan svilizasiyası Kiyevdən başlayır. Putin hesab edir ki, Kiyevi düşmənlərdən azad etməlidir. Bu, bir qədər də Hitlerin “Alman dünyasını bərpa etmək” ideyasına oxşayır. Putin hesab edir ki, Kiyevə daxil olmaqla orada yaşayanları, ümumiyyətlə slavyan xalqlarını azad edir”.

A. İsazadə qeyd edib ki, artıq Rusiya ordusu Ukraynaya daxil olub, amma nə qədər dərinliklərə gedə biləcəyini indidən demək çətindir: “Hesab edirəm ki, hətta Kiyevə belə daxil ola bilərlər. Ukraynaya daxil olmaq, işğal etmək çətin deyil, saxlamaq çətindir. Unutmayaq ki, qat-qat zəif Əfqanıstana qat-qat güclü Sovet ordusu daxil olmuşdu, hətta paytaxtı da ələ keçirmişdi, yolları nəzarətə almışdı. Sonu nə oldu?”.

A. İsazadənin fikrincə, Rusiya Ukraynanın dərinliklərinə doğru nə qədər irəliləsə də, bir o qədər də ordu saxlamalı, hərbi qarnizonlar yaratmalı, yerli əhali ilə mübarizə aparmalıdır: “II Dünya müharibəsi qurtarandan sonra Ukrayna millətçiləri 1950-ci illərə qədər meşələrdə müqavimət göstərib. Yəni nəzarət etmək baxımından ərazi böyükdür. Ukraynada işğalçı rejimi saxlamaq çox çətindir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan-Ukrayna ticarət əlaqələri təhlükədə? – Yüksək riskli zonalar
Ukrayna ətrafında uzun müddətdir davam edən gərginlik daha da pisləşdi. Rusiya artıq Ukraynaya hücuma başladı ki, bu, müharibənin reallaşması deməkdir. Rusiyanın hərbi əməliyyatının kommersiya hava daşımalarını ciddi şəkildə məhdudlaşdıracağı ehtimalı yüksəkdir.

Noyabrdan başlayaraq, Rusiyanın Ukraynaya ehtimal edilən işğalı ilə bağlı narahatedici xəbərlərin çoxluğu həm adi istehlakçıları, həm də iri investorları narahat edirdi. Dünyada uzanan gərginlik səbəbindən enerji resursları bahalaşıb, tələbat azalır və şirkətlərin səhmləri ucuzlaşır. Əslində, indiki böhranda, istisnasız olaraq hamı uduzur.

Azərbaycan ilə Ukrayna arasında münasibətlər həmişə ənənəvi olaraq isti olub. Ölkələrimiz arasında diplomatik əməkdaşlıq 1992-ci il fevralın 6-da, müstəqillik əldə etdikdən sonra qurulub və o vaxtdan da fəal inkişaf edir. Əməkdaşlıq dairəsi ildən-ilə genişlənir: iqtisadi əməkdaşlıqdan tutmuş təhsilə qədər.

Azərbaycanın Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Ukrayna bazarında 2008-ci ildən fəaliyyət göstərir və hazırda şirkət orada 60-dan çox yanacaqdoldurma məntəqəsi və dörd neft bazasına malikdir. İqtisadçı ekspert Eldəniz Əmirovun AYNA-ya dediyinə görə, ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi ticarət-iqtisadi qarşılıqlı fəaliyyətdir: “Bunu artıq qurulmuş iqtisadi əlaqələr də sübut edir - ümumilikdə Ukrayna Azərbaycanla xarici ticarətdə 6-cı, ixracda isə 12-ci yerdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi milyard dollara çatıb. Eyni zamanda, ixracın həcmi 446 milyon dollara çatıb”.

“Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələr, ölkələrimiz arasında ticarət dövriyyəsi yüksək səviyyədədir və son illərdə nəzərəçarpacaq inkişaf tendensiyası müşahidə olunur. 2018-ci ilin aprelində Ukraynada Azərbaycanın ticarət evinin açılışı olub ki, bu da ölkələrimiz arasında ticarət əlaqələrinə təkan verib. Ukrayna ilə Rusiya arasında münaqişənin kəskinləşməsi, əlbəttə ki, bizim ticarət əməkdaşlığımız sferasında problemlərə gətirib çıxara bilər, birbaşa Ukraynada istehsalın azalması da mümkündür. Amma eskalasiya aktiv hərbi fazaya keçdi. Düşünürəm ki, vəziyyətdən çıxış yolu tapılacaq”, - deyə Əmirov bildirib. DİA.AZ-ın məlumatına görə, ukraynalı iqtisadçı Aleksey Kuş da AYNA-ya açıqlamasında deyib ki, Ukraynada hərbi eskalasiya xarici ticarətin dinamikasına geniş təsir göstərə bilər: “Əgər hər şey Rusiya tərəfindən qondarma “DXR” və “LXR”-in tanınması ilə məhdudlaşardısa, demək olar ki, Azərbaycan və Ukraynanın ticarət zonasında heç bir təhlükə yox idi. Ukrayna Azərbaycana kənd təsərrüfatı ixracımızla bağlı mallar verir və verəcək - bunlar günəbaxan yağı və tərəvəz, kənd təsərrüfatı xammalı, metallurgiya ixrac məhsullarıdır”.

“Yeri gəlmişkən, mövcud vəziyyət, hətta qarşılıqlı ticarət dövriyyəsini intensivləşdirə bilər, çünki hazırkı vəziyyətin kəskinləşməsi Ukraynanın yanacaq və neft məhsullarının daha çoxşaxəli tədarükü axtarışına çıxmasına səbəb olacaq. Müvafiq olaraq, yanacaq və neft məhsullarının tədarükü baxımından Azərbaycan ilə Ukrayna arasında bir növ enerji ticarəti körpüsü layihəsi yenidən canlana bilər. Üstəlik, Ukraynada Azərbaycan yanacaqdoldurma məntəqələri şəbəkəsi mövcuddur. Mən prezidentlər - Leonid Kuçma və Heydər Əliyevin dövründə kifayət qədər yüksək səviyyədə olan əməkdaşlıq formatına qayıdışı nəzərdə tuturam”, - deyə ekspert vurğulayıb.

Ancaq bu, kəskinləşmənin mövcud formatla məhdudlaşdığı təqdirdə keçərlidir. Kuşun sözlərinə görə, əgər hərbi əməliyyatlar tammiqyaslı olarsa, müvafiq olaraq, bu, Qara və Azov dənizlərində Ukrayna limanlarının bağlanması riskini artırır: “Müvafiq olaraq, Ukrayna kənd təsərrüfatı ixracının dəniz yollarını və dəniz yolu ilə enerji resurslarını idxal etmək imkanını itirə bilər. Belə olan halda, bütün istəklərinə baxmayarq, Ukrayna Azərbaycandan neft məhsullarını daşıya bilməyəcək və bu halda Ukrayna mallarının Azərbaycana tədarük imkanları da kəskin şəkildə azalacaq”.

Ukraynalılar narahatdırlar ki, Qara dənizdəki Rusiya donanması onların limanlarını bağlayacaq. İndiyədək kommersiya yüklərinin daşınması üçün dəhliz qalıb, limanların fəaliyyətində heç bir fasilə yaranmayıb. Amma indi Qara və Azov dənizlərinin suları sığorta şirkətləri tərəfindən “yüksək riskli ərazilər” elan edilib ki, bu, yüklərin daşınması xərclərini artırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Onları nə rəhbərlik, nə də məhkəmələr bağışlayacaq” - Başqa yolu YOXDUR!
Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Müdafiə Nazirliyinin polkovnikinə cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələri ilə ittiham elan edilib. Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb. Zamantv.az-ın məlumatına görə, polkovnikin həbsinə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev "sherg.az"a bildirib ki, cəzaların tətbiq edilməsi digər qanun pozan vəzifəlilərə də mesajdır:

“Əvvəllər bu tip hadisələrin baş verməsi, görülən tədbirlər, məhkəmə qərarları paylaşılmadığı üçün qanunsuzluqlar davam edirdi. Cinayətə yol verən şəxs də düşünürdü ki, hansısa yolla məsələnin altından çıxacaq.

Mətbuat belə halları gündəmdə saxlamalıdır ki, qarşısı alınsın. Qanun pozuntuları barəsində cəmiyyətə informasiya verilməsi mühüm əhəmiyyət kəsb edir. Düzdü, qalib ordunun nüfuzu üçün bu sarsıdıcı haldır.

Lakin bu addımlar oğru insanların dövlət strukturlarından təmizlənməsi üçün vacibdir. Qəhrəman hərbçilərimiz dağda, boranda torpaqlarımızı qoruyarkən onlara ayrılan vəsaiti, texnikanı, silah-sursatı mənimsəyənlər cəzasız qalmamalıdır. Mənimsəməyə yol verənləri nə rəhbərlik, nə də məhkəmələrimiz bağışlayacaq. Onlar qanuna uyğun olaraq cəzalarını alacaqlar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər panikaya düşüblər: “Azərbaycan Süniki alacaq” - GƏLİŞMƏ
Ermənistan panikadadır. Q əribə hal odur ki, bu panikaya səbəb heç də Rusiyanın Ukraynanı işğal etmək üçün müharibəyə başlaması deyil. Səbəb hazırkı vəziyyətdə Azərbaycanın Ermənistana qoşun yeridə biləcəyi göstərilir. Zamantv.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, erməni siyasətçiləri, deputatları artıq bu gün səhərdən “Azərbaycan Zəngəzuru zəbt edəcək” kimi sərsəm fikirlər səsləndirməyə başlayıblar. Məsələn, Tiqran Abramyan adlı deputat iddia edir ki, regionda vəziyyət dəyişib və Türkiyə Qafqazda yeni imkanlar əldə etmək üçün Ermənistan və Qarabağa hücum edə bilər. Onun sayıqlamalarına görə, son günlər Ermənistanla sərhəddə və Qarabağda baş verən bəzi hadisələr həmin prosesin təzahürüdür.

Erməni siyasətçi Daniel İoannisyan isə tam “əminliklə” deyir ki, Azərbaycan Sünik vilayətini götürmək üçün hazırlığa başlayıb. “Hər şey çox pisdir. Süniki müdafiə etməyə hazır olmalıyıq. Dünya dünənki deyil. Problemin güc yolu ilə həlli bu gündən daha “normal” hal alır. Eyni zamanda aydındır ki, Moskva II Sovet İttifaqının yenidən qurulması üçün heç bir vasitədən çəkinməyəcək”.

O iddia edir ki, çox yaxın günlərdə Azərbaycan Ermənistana qarşı addım atacaq. “Nəticədə Kremlin ayağına yıxılaraq, İttifaq dövlətinə qəbul olunmağımızı xahiş edəcəyik. Üstəlik, bütün dünyanın diqqət mərkəzi başqa yerdə olduğu halda, Azərbaycanın hücuma bir saat əvvəl başlayacağı anı qaçırmayacağı da böyük ehtimaldır. Bizim edə biləcəyimiz yalnız bir şey var. Sünikin müdafiəsinə hazırlaşmalıyıq. Nə qədər hazır və güclü olsaq, bu ssenarinin baş vermə ehtimalı bir o qədər az olacaq”.

P.S. Erməni siyasətçilərinin bu cür yanaşması qəribə və ilk deyil. Onlar hər zaman yalanlarla, xəyallarla yaşayıblar. Elə Azərbaycanın Ermənistana hücum edəcəyi barədə sarsaqlamaları da bunun təzahürlərindən biridir. Çünki Azərbaycanın nə Ermənistana, nə də başqa bir ölkəyə hücum etmək, müharibə aparmaq niyyəti yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda bacısının külli miqdarda pulunu oğurlayan şəxs məhkəmə zalında həbs edildi
Bakıda oğurluqda təqsirləndirilən Mahir Əlizadəyə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Zamantv.az xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. M.Əlizadə məhkəmə iclas zalında həbs olunub.

İttiham aktına əsasən, oğurluq hadisəsi 2021-ci il iyunun 19-da paytaxt ərazisində qeydə alınıb.

Belə ki, M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadə Nərimanov rayonu, Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən Rusiyanın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşüb. Təqsirləndirilən şəxs isə zərərçəkmiş və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb. O, həmin çantalar arasında olan kiçik əl çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu oğurlayıb.

Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

İstintaq tərəfindən M.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəsmi Kiyev: 2 tank, 50 hərbçi məhv edilib
Ukraynanın Donetsk vilayətinin Şastiya qəsəbəsi ətrafında Rusiyanın 2 tankı və bir neçə yük avtomobili məhv edilib.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin Quru Qoşunları “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, həmçinin Rusiyanın 50-dək canlı qüvvəsi də öldürülüb.
Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko bildirib ki, hazırda rus tanklarının Şastiya qəsəbəsinə keçməməsi üçün yaxınındakı çayın üzərindəki körpü partladılıb.

“Şastiya bizim əlimizdədir”, - deyə Anton Geraşenko qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DYP-dən sürücülərə MÜRACİƏT
Bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.

Bu barədə Zamantv.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Sürücülərə səslənən polis mayoru qeyd edib ki, azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb: "Qarabağ və Marsel komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və həmin ərazidən istifadə edən şəxslərin hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur. Belə ki, azarkeşlərdən stadiona yaxın yəni Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur. Əsasən ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda QƏTL: sevgilisini evində öldürdü - TƏFƏRRÜAT
Bakıda qətl törədilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə fevralın 23-də saat 11 radələrində paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Rayon sakini Sevinc Cəfərova yaşadığı evdə qətlə yetirilib. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərəçəkmişin tanışı Samir Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Zamantv.az-ın əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən S.Sadıqov qadının sevgilisi olub.

Belə ki, S.Cəfərovanın həyat yoldaşı bir müddət əvvəl vəfat edibmiş. Onların bir övladı olub. Həyat yoldaşını itirən S.Cəfərova S.Sadıqov ilə tanış olur və onların arasında sevgi münasibətləri yaranıb. Hadisə baş verən gün qadının oğlu məktədə olub. S.Cəfərovanın yaşadığı evə gələn S.Sadıqovla sevgilisi arasında mübahisə yaranıb. Mübahisə zəminində S.Sadıqov sevgilisini qətlə yetirib.

Dərsdən qayıdan uşaq evdə anasının öldürüldüyünün şahidi olub.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO