[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaxşı... Ana Təbiət başçının umrunda deyil... bəs dövlət HANI? - DƏLİXANADIR, VALLAH...

Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı 7 mərtəbəli binanın 1-ci mərtəbəsində obyekt tikintisi zamanı çoxillik şam ağaclarına ziyan vurulub, bir çox ağaclar isə ümumiyyətlə yerindən çıxarılıb aparılıb. Hadisə Nərimanov prospektinin yamac hissəsində baş verib.

Tikintidə işləyən fəhlələrin Tribunainfo.az-ın əməkdaşına dediyinə görə təyinatı bəlli olmayan obyektə ağaclığın içindən maşın yolu açılır.

Abtomobillərin rahat gedib-gəlməsi, park edilməsi üçün 6 çoxillik şam ağacları yerindən çıxarılıb.

Fəhlələrin dediyinə görə guya həmin ağacları kəsməyiblər, kökündən çıxarıb başqa yerdə əkiblər, amma harda əkiblər məlum deyil.

Bundan başqa tikintini aparanlar 500 kvadratmetrlik yaşıllıq ərazisini məhv edərək həmin yerə beton töküblər, 200 kvadratmetrə yaxın qazon ortüyünü isə qazıb yerindən götürərək özlərinə parkovka yeri düzəldiblər. Həmçinin digər çoxillik şam ağaclarının dibinə sementlə qarışdırılmış suyu axıdıblar ki, ağaclar süni surətdə qurusun.

Hal-hazırda ərazidə qanunsuz işlər davam edir.

Tribunainfo.az-ın əməkdaşının hadisə yerindən çəkdiyi fotoları və videonu təqdim edirik.

Qarşı tərəfin və digər aidiyyatı qurumların movqeyini dərc etməyə hazırıq.
Yaxşı... Ana Təbiət başçının umrunda deyil... bəs dövlət HANI? - DƏLİXANADIR, VALLAH...Yaxşı... Ana Təbiət başçının umrunda deyil... bəs dövlət HANI? - DƏLİXANADIR, VALLAH...Yaxşı... Ana Təbiət başçının umrunda deyil... bəs dövlət HANI? - DƏLİXANADIR, VALLAH...Yaxşı... Ana Təbiət başçının umrunda deyil... bəs dövlət HANI? - DƏLİXANADIR, VALLAH...Yaxşı... Ana Təbiət başçının umrunda deyil... bəs dövlət HANI? - DƏLİXANADIR, VALLAH...Yaxşı... Ana Təbiət başçının umrunda deyil... bəs dövlət HANI? - DƏLİXANADIR, VALLAH...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın 21-ci gününün imsak və iftar vaxtları

Sabah Ramazan ayının 21-ci günüdür.

Sabah imsak vaxtı saat 04:58, iftar isə 19:19-dədir.

İmsak duası:

“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!”

Tərcümə:

“İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcümə:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bəzi məhkəmələrə yeni hakimlər təyin olunacaq - Siyahı


Ali Məhkəmə, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.

Bununla bağlı Milli Məclis məlumat yayıb.

Bildirilib ki, qanun layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Həmin layihələr aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

3. BakıbApellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Taksi islahatı” hansı məmurların marağına XİDMƏT EDİR? - İLGİNC İDDİA

"Taksi xidməti ilə bağlı yeni qaydalar hansısa yüksək vəzifəli şəxs və şəxslərin bu sahəni monopoliyaya almaq, qaz vurub qazan doldurmaq, camaatın axırıncı çıxış yolu kimi "taksavatlıq"dan evinə, ailəsinə, uşağına apardığı bir tikə çörəyi əlindən almaq hərisliyidir, vəssalam". Dia-az.info bildirir ki, bunu özz etirazında tanınmış jurnalist Cavanşir Həsənli açıqlayıb.

O daha sonra bu gün ölkəmizdə taksi biznesində hansı məmurların maraqlı tərəf kimi çıxış etdiyi haqda da fikir yürüdüb: "Yeri gəlmişkən, Azərbaycanda taksi xidməti ilə məşğul olan "Uber Azərbaycan" MMC-nin təsisçisi Ramin Quluzadənin qaynı Yaqub Yusif oğlu Zamanovdur. MMC-nin qanuni təmsilçisi, yəni direktoru Müşfiq Həsənov Vaqif oğlu baş nazirin müavini Şahin Mustafayevin oğlu Abdulla Mustafayevin və Milli Məclisin deputatı, məşhur işadamı Məşhur Məmmədovun İstanbuldakı bizneslərinin (“ABM Construction Mimarlık Sanayi ve Ticaret Limited” və “Prestij Aracılik Hizmetleri İthalat-İhracat Pazarlama Sanayi Ticaret Limited” ) ortağı olub...."(Dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Gilan"la bağlı nə baş verir? - Adı dəyişdirildi, ləğv edildi, indi də məhkəməlik oldu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilən "Gilan Holdinq"lə bağlı problemlər bitmir.

Qaynarinfo xatırladır ki, 2022-ci ildə şirkətin nizamnamə kapitalı 98 483 064 AZN-dən 100 AZN-ə endirildi. Bir il sonra isə "Gilan Holdinq"in adı dəyişdirilidi. Şirkət "Xəzri Solutions" MMC kimi fəaliyyət göstərməyə başladı.

Lakin bu fəaliyyət uzun sürmədi. Bir neçə ay sonra şikrət ləğv olunduğu elan etdi. Hazırda "Xəzri Solutions" MMC ləğv prosesindədir.

Baş verənlər şirkətin Kəmaləddin Heydərovun nəzarətindən çıxması kimi şərh edildi. Bəzi mülahizələrə görə isə "Gilan Holdinq"lə bağlı proseslər şirkətin sadəcə əvvəlki fəaliyyət gücündə olmaması ilə əlaqədardır.

"Xəzri Solutions" MMC ilə bağlı yeni problem isə onun Rusiya şirkəti tərəfindən məhkəməyə verilməsidir. Söhbət "AECOM EXP Limited" şirkətindən gedir.

Bu şirkətin Azərbaycandakı filialı "Xəzri Solutions" MMC ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti bəlli olmasa da, ehtimal edilir ki, məhkəmə çəkişməsi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır.

İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun icraatındadır. Şikayəti Rusiya şirkətinin verdiyi bildirilir.

Bu arada, Rusiya şirkəti "Xəzri Solutions" MMC ilə yanaşı, onun rəhbəri Mübariz Hüseynovu da məhkəməyə verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bəs, bu adamın iş qabiliyyəti yoxdursa, nə ilə dolansın?" - NARAZILIQ VAR...

Sumqayıt səhəri, İnşaatçılar qəsəbəsinin sakini Quliyeva Güldanə Misir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, övladı Quliyev Ülvi Baba oğlunun pensiyası qanunsuz yerə dayandırılıb:
“Mən, Quliyeva Güldanə Misir qızı, yazaraq bildirirəm ki, uşaqlıqdan aldığı xəsarətə görə oğlum Quliyev Ülvi Baba oğlunun səhhətində ciddi problemləri var. Bu səbəbdən də 2023-cü ilin may ayına kimi ona pensiya verilib. Uşaqlıqdan xəsarət almağına baxmayaraq, üstünə gec düşmüşük, cəmi 5 il pensiya alıb.

Pensiya kəsilən gündən 2 nömrəli poliklinikada komissiyadan dəfələrlə keçmişik, lakin bizə lazımi sənədi vermirlər. Dəfələrlə Əlillərin Bərpa Mərkəzinə yoxlanışa göndəriblər. Oradan da sənədi natamam doldurublar.

Daha sonra bizi 27.09.2023-cü ildə Elmi Tədqiqat Tramotologiya və Ortapediya İnistitutuna göndəriş verdilər. Ordan da cavab verildi ki, sağ qolun ilik kanalı yoxdur, yəni qolda inkişaf yoxdur və 10 sm gödəkdir. Səbəb isə baza sümüyünun yeyilməsidir.

17.11.2023-cü il, saat 12:30-da Əlillərin Bərpa Mərkəzində yoxlanışdan sonra həkim dedi ki, oğlunuza pensiya düşə də bilər, düşməyə də.

Bəs, bu adamın iş qabiliyyəti yoxdursa, nə ilə dolansın? İmtina verilməsi düzgün deyil. Mən xahiş edirəm ki, yenidən müayinələr keçirilsin və oğlumun pensiyası təmin olsun".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid ailəsi diqqətsizlikdən giley edir - "31 ildir bu ailə..."

"Aidiyyatı qurumlar bu dəfə də müraciətimə baxmasalar, mətbuat konfransı keçirəcəm."

"DogruXeber.az" xəbər verir ki, bu sözləri Cəbrayıl rayonunun Daşkəsən kənd sakini, şəhid Elçin Kərimovun atası Ataş Kərimov deyib.

Xatırladaq ki, şəhid Elçin Kərimovun 7 nəfərdən ibarət olan ailəsinin köhnə yataqxananın bircə otağında sığındıqları, həmçinin Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanında uyuyan şəhidin məzar daşında böyük çatların yarandığı, uçub-dağılma təhlükəsi ilə üz-üzə olduğu barəsində dəfələrlə məlumatlar və görüntülər yayımlamışdıq.

Lakin, təəssüflər olsun ki, bundan sonra da hətta, nə Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənovun, nə millət vəkili Ceyhun Məmmədovun, nə hazırda yaşadıqları Sabunçu rayonunun icra hakimiyyətinin başçısı Adil Vəliyevin, nə də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbərinin "tükü tərpənmədi".

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - deyə şəhid ailəsi giley edir.

31 ildir bu ailə, eləcə də Ataş kişini bildirdiyinə görə, onlardan başqa da Cəbrayıl rayonundan olan bir neçə şəhid ailələri bu cür şəraitsiz, köhnə yataqxanada sözün əsl mənasında əziyyət çəkirlər.("DogruXeber.az")
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran Əlillərin Bərpa Mərkəzi adlı BAZAR - BU NƏDİ BELƏ?!

Lerik rayonu, Ləkər kənd sakini Hüseynov Aydın Mirzə oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Lənkəran Əlillərin Bərpa Mərkəzindən narazılığını bildirir:

“Mən, Hüseynov Aydın Mirzə oğlu, yazaraq diqqətinizə çatdırıram ki, 2 ayağım və sol qolumun barmaqları yoxdur, 1-ci qrup əliləm.

Mart ayının 18-də müalicə məqsədilə Lənkəran Əlillərin Bərpa Mərkəzinə getdim. 1 gün orada qalmağıma icazə verdilər. Sabahısı gün məni ordan qovmaqdan beter etdilər. Adını da qoydular ki, sən otaqda siqaret çəkmisən və otağa su dağıtmısan.

Baxıma möhtac xəstəyəm. Oradakı xəstə baxıcıları - Dilruba və Fəridə xanım İqbal bəyə yalan məlumat verərək, məni mərkəzdən çıxartdılar. Dilruba xanım xadimədir, Fəridə xanım isə tibb bacısıdır.

İqbal bəy heç məndən soruşmadı kı, problem nədir?

Onu da qeyd edim ki, mənim kimi bir çox əlillərə qarşı bu hərəkəti edirlər. Əlbəttə, mən başa düşürəm, bizə baxmaq, qulluğumuzda dayanmaq çətindir, amma bu qədər də insafsızlıq olmaz.

Həmin gündən şəkərim və təzyiqim aşağı düşmür. 350 manatdan çox iynə-dərmana pul vermişəm. Hələ də sağala bilmirəm. Dövlətimdən xahiş edirəm, belə mərkəzlərə insaflı rəhbərlər verin, bizim onlara cavab vərəsi nə canımız, nə də qanımız var. Mən digər adamlar kimi onlara pul verə bilmədim deyə, başıma bu oyunu açdılar".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın müraciətinin araşdırılacağı bildirildi.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO