[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "Ricon” MMC (VÖEN – 1900014631) olub.

Yeniavaz.com xəbər verir ki, daha əvvəl - 12 fevral 2024-cü il tarixində dövlət satınalmalar portalında yerləşdirilən məlumatda tender müsabiqəsində ümumi məbləğin 1 milyon 995 min 4 manat 95 qəpik olduğu göstərilib.

Dövlət satınalmalar portalında yerləşdirilən sonuncu məlumatda isə göstərilir ki, "MİDA” MMC ilə "Ricon” MMC arasında 2 milyon 253 min 253 manat 14 qəpik dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, tender müsabiqəsinin şərtlərinə görə, "Ricon” MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində baş plan üzrə yollar, səkilər, abadlıq və ərazinin yaşıllaşdırılması işlərini həyata keçirəcək.

Məlumat üçün bildirək ki, tenderi keçirən "MİDA” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan "MİDA”nın direktoru Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzlidir.

Tenderin qalibi olan "Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan "Ricon” MMC 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur.

Onu da qeyd edək ki, abadlıq və yaşıllaşdırılması nəzərdə tutulan 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində tikilən hündürmərtəbəli binaların bir-birinə yaxın və nizamsız şəkildə inşa olunması sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Araz Ağalarova məxsus bütün "Vegas" ticarət mərkəzləri bağlandı

Martın 22-də "Crocus City Hall” konsert zalında baş vermiş terror aktından sonra "Vegas Crocus City”, "Vegas Kuntsevo” və "Vegas Kaşirskoye” ticarət və əyləncə mərkəzləri müvəqqəti olaraq bağlanıb.

Bu barədə ticarət şəbəkəsi "Telegram"da məlumat verib.
"Bu gün, martın 25-də bütün "Vegas" ticarət və əyləncə mərkəzləri müvəqqəti bağlanıb. Alış-veriş və əyləncə komplekslərini ziyarət etməyin nə vaxt mümkün olacağı barədə sizə mütləq məlumat verəcəyik”, deyə məlumatda deyilir.
Bütün ticarət və əyləncə mərkəzləri Araz Ağalarovun sahib olduğu "Crocus Group”a məxsusdur. Obyekt sahibləri yanan konsert zalını bərpa edəcəklərini bildiriblər.
Xatırladaq ki, "Crocus City Hall” konsert zalına hücum martın 22-də axşam "Piknik” qrupunun çıxışından əvvəl baş verib. Silahlı şəxslər binaya soxularaq avtomatlardan atəş açıb, bir neçə dəfə partlayış səsləri eşidilib, yanğın başlayıb. Son məlumatlara görə, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 137 nəfər həlak olub. Rusiya Səhiyyə nazirliyinin siyahısına görə, xəsarət alanların sayı 180 nəfərdir.
FTX iş üzrə 11 nəfərin, o cümlədən hücumda birbaşa iştirak edən dörd cinayətkarın saxlandığını açıqlayıb. Təqsirləndirilən şəxslər Tacikistan vətəndaşları Dalerjon Mirzoyev, Saidakrami Murodali Racabalizoda, Shamsiddin Fariduni və Muhammadsobir Fayzovdur. Basmannı məhkəməsi onları mayın 22-dək həbs edib. Hücuma görə məsuliyyəti "İslam Dövləti” terror təşkilatı öz üzərinə götürüb.(Qaynarinfo)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ruhiyyə Əliyeva Tovuzdan deputat olmaq istəyir? – “Soyuqdur, paylarını verin, getsinlər" - VİDEO


"Liatris Holding”in baş direktoru, iş adamı, müğənni Ruhiyyə Əliyeva sosial şəbəkələrdə tənqid edilib.

32gun.az-ın məlumatına görə, Ruhiyyə Əliyevanın tənqid edilməsinə səbəb Tovuz rayonunda Əyyublu kəndində “Ramazan” bayramına görə həssas təbəqələrədən olan insanlara bayram sovqatı verməsi olub.

Ruhiyyə Əliyeva Əyyublu kəndində ərzaq bağlamalarından ibarət bayram hədiyyələri paylamamışdan əvvəl 10 nəfərə yaxın insanla məktəbdə görüş keçirib. Ruhiyyə Əliyeva doğulduğu kəndində daha sakinin onu qarşılaşacağını fikirləşsə də, görüşdə az sayda insan iştirak edib. Bu da onun narahatlığına səbəb olub.

Bu azmış kimi görüş zamanı Ruhiyyə Əliyevanın yanında olan şəxs "soyuqdu, paylarını verin, getsinlər" fikrini səsləndirib. Ruhiyyə Əliyeva onun fikrini təbəssümlə qarşılayıb və tədbiri yekunlaşdırıblar.

Özünü xeyriyəçi iş adamı kimi təqdim edən Ruhiyyə Əliyeva son görüntülərə görə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

32gun.az-a daxil olan məlumata görə, Ruhiyyə Əliyeva Azərbaycanda qarşıdan gələn parlament seçkilərində iştirak etmək arzusundadır. İddia edilir ki, şirkət direktoru doğulduğu Tovuz rayonundan deputat olmaq istəyir. Dolayısı ilə son vaxtlar Tovuzda aktiv görüşlər keçirilməsinin əsas səbəbi də bu olduğu istisna edilmir.

Müğəni olduğu dönəmdə Ruhi kimi tanınan “Liatris Holding”in direktoru artıq tam adını da Ruhiyyə Əliyeva kimi yazdırır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda yeni OLİQARX yetişir... vaxtında durdurulmazsa... - BU NƏDİ BELƏ?!

Naxçıvanda aparılan struktur və kadr islahatlarından sonra meydana çıxan, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Əhmədovun Naxçıvanda aparıcı fiqur kimi diqqətə gəlməsi bir faktdır. Bununla bağlı keçən günlərdə də müəyyən bilgiləri nəzərinizə çatdırdıq.

Dia-az.info-nun əldə etdiyi informsiyalardan aydın olur ki, özünü Naxçıvanın yeni rəhbərliyinə şirin satmağa çalışan İsmayıl Əhmədov özünü bu istiqmətdə o qədər əmin hiss edir ki, hətta MR-nın rəhbərliyi adından vədlər verir və bazarlıqlar da edir.

Bu barədə məlumatlı mənbə redksiymıza bildirir ki, İ.Əhmədov bu gün Naxçıvanda tikinti sekoru kimi gəlirli bir istiqaməti inhisara alıb. Mənbənin söylədikləri:

"Məhz onun kimilərinin sayəsində bu gün az qala bütün Naxçıvan camaatı Vasif Talıbova və onun ölənlərinə dua edir, şükür oxuyur..."

Narazılıq edənlər kimlərdir, hansı məsələdə İsmayıl Əhmədov özünü Fuad Nəcəflinin ƏSAS ADAMI kimi təqdim edir və o, bu günlərdə Bakıya NİYƏ gəlmişdi - kimi suallara təqdim edcəyimiz araşdırma materialında aydınlıq gətirləcək. Bizi izləməyə davam edin...(Dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Teraktın oduna Paşinyan da yanacaq - GÖRÜNƏNİ BUDUR...

Moskvadakı "Crocus City Hall"da törədilmiş qanlı, barbar və məşum terror aktından sonra Rusiyada formalaşmağa başlamış yeni situasiyanın Cənubi Qafqaza da mütləq şəkildə təsirləri olacaq.
Rusiya hazırda Ukraynada apardığı hərbi əməliyyatların yazın sonunda-yayın əvvəlində daha da intensivləşəcəyini anlayır. Bu səbəbdən də rəsmi Moskva prosesləri mümkün qədər tez, ən başlıcası isə şəksiz şəkildə öz xeyrinə başa vurmaqda maraqlıdır. Rusiya rəhbərliyinin bütün səylərinin və imkanlarının bəhs etdiyimiz istiqamətə yönəldiyi bir zamanda istənilən formada anti-Rusiya bəyanatlarına və hərəkətlərə Moskvanın reaksiyası, təbii ki, dəfələrlə sürətli, təxirəsalınmaz hal alacaq.
Postsovet məkanında, xüsusilə özlərini Rusiyaya müttəfiq elan edən və ya MDB daxilində Rusiya ilə eyni strukturlarda təmsil olunmuş ölkələrə gəldikdə, həmin dövlətlərdə Rusiyaya qarşı yönələn fəaliyyəti Moskva ifrat qıcıqla qarşılayacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan baş verən prosesləri dərk edir: onun ölkədəki əleyhdarları və xaricdən idarə olunan siyasi qrupların rəhbərləri kimi.
Dünən İrəvandakı hadisə də bu məqamlara dəlalət edir.
Xatırladaq ki, İrəvanda Nor-Nork rayonunun polis şöbəsinin binasına silahlı şəxslər daxil olub.Ermənistan xüsusi təyinatlıları binaya soxulmağa çalışıb. Ərazidə partlayış səsləri eşidilib.
Erməni mətbuatının məlumatına görə, “Döyüş qardaşlığı” təşkilatının üzvləri həbs olunan yoldaşlarını xilas etmək üçün qumbara partladıblar.
İrəvanda polis idarəsinə hücumu 3 nəfər həyata keçirib, onlardan ikisi partlayış nəticəsində yaralanıb.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri silahlı hücumun olduğu polis bölməsinə basqın edib.
Bildirilib ki, binaya hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Səbəb? Dünən Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərinə qanunsuz olaraq girən 49 nəfər saxlanılmışdı. Onların “Döyüş qardaşlığı” qanunsuz təşkilatının üzvləri olduğu bildirilib.
Tutulanların hamısı sonradan buraxılıb.
Ermənistanın Müdafiə Nazirliyi baş nazir Nikol Paşinyanın Azərbaycanın dörd qeyri-anklav kəndini Bakıya qaytarmaq qərarından açıq-aydın narazıdır.
Hətta müdafiə naziri Suren Papikyanla əlaqəli "Telegram" kanalı tərəfindən açıq-aşkar anti-Paşinyan yazıları paylaşılırdı.
Ermənilər hesab edirlər ki, Azərbaycanla təmas xəttindəki situasiya pozulur. Onsuz da aramsız məğlubiyyətlərlə alçaldılmış Ermənistan ordusunun rəhbərliyində narazılıq var. Onlar bu və ya digər şəkildə döyüşsüz mövqeləri tərk etməyi rüsvayçılıq sayırlar.
Belə vəziyyətdə ordu dairələri ilə əlaqəli “Döyüş Qardaşlığı” (təşkilat xidmət edən hərbi qulluqçulardan ibarətdir) prosesi sabotaj etmək qərarına gəlib və öz üzvlərini işğal altındakı Azərbaycan kəndlərinə göndərib.
Buna cavab olaraq “qanunsuz silah və sursat saxlama” ittihamı ilə həbslər oldu - Paşinyan sərt reaksiya verdi. Proseslər “Döyüş Qardaşlığı”nın qalan üzvlərinin radikal etirazı ilə nəticələndi (kuratorların təkidi ilə ola bilər).
Vəziyyət pik həddə çatanda tərəflər öz aralarında razılığa gəliblər. Hakimiyyət idarə olunan media vasitəsilə oxları “Sasna Tsrer”ə çevirdi (bu versiya hələ təsdiqlənməyib).
“Döyüş Qardaşlığı”nın həbsdə olan bütün üzvləri sərbəst buraxılıb.
“Tarixi Ermənistandan real Ermənistana keçmək lazımdır, əks halda real Ermənistan da tarix olacaq” - Ermənistan baş naziri Gümrüdə "Mülki Müqavilə" partiyasının iclasında çıxış edərkən bu sözləri dilə gətirib.
Paşinyan deyib: “Hazırda tarixi Ermənistandan real Ermənistana ağrılı keçid gedir. Biz həqiqi Ermənistana keçməyi tarixi zərurət hesab edirik. Əlbəttə ki, bu real Ermənistanın təhlükəsizliyini, firavanlığını, iqtisadi inkişafını və xoşbəxtliyini təmin etmək məqsədi daşıyır. Mənim qiymətləndirməm ondan ibarətdir ki, biz bu yolla getməliyik. Əgər biz bu seçimi etməsək (yəni dolayısı ilə deyir ki, boş xülyalarla yaşamağa davam etsək, - müəllif) qorxuram ki, real Ermənistan da bir gün tarix olacaq".
Göründüyü kimi, N.Paşinyan ermənilərə artıq açıq xəbərdarlıq edərək, Ermənistanın üzləşdiyi risklərlə çağırışların artaraq ciddiləşdiyini vurğulayır.
Əgər Ermənistanın kollektiv Qərblə aktivləşən münasibətləri - silah və hərbi texnikanın alınması, Rusiyanın xəyanətkarlıqda suçlandığı bəyanatlar, Moskva ilə münasibətlərin birtərəfli qaydada sərinləşdirilməsi, Avropa İttifaqının və ABŞ-nin çeşidli dövlət xadimlərinin, siyasətçilərinin və təşkilatlarının rəsmi İrəvana dəstək bəyanatları verərək erməniləri tərifləmələri, Fransanın Ermənistanı açıq şəkildə, bütün müstəvilərdə dəstəkləməsi - rəsmi İrəvanın xarici siyasətdə çoxvektorlu və fərqli istiqamətli model tətbiq etmək istəyi ilə izah olunurdusa, indi şərait tam dəyişib.
Moskvadakı teraktdan sonra Ermənistanın belə davranışına Rusiyanın reaksiyası daha sərt, emosional və konkret olacaq.
Rusiya mütləq şəkildə terakta görə qisas almağa çalışacaq və məqsədə çatmaq üçün bütün imkanlarını səfərbər edəcək. Kreml bilir ki, cəmiyyətin sosial və siyasi sifarişi, rusiyalıların istəyi budur. Cəmiyyət terroru törədənlərlə yanaşı, gülləbaranı sifariş verənlərin cəzalandırılmasını, onların layiqli cavab almalarını istəyir.
Sosial sifariş yerinə yetirilməyincə vətəndaşların hakimyyətdən gözləntisi davam edəcək.
2001-ci ilin 11 sentyabr teraktı ABŞ-nin xarici siyasətini və ümumiyyətlə, Vaşinqtonun istisnasız olaraq bütün dövlətlərə münasibətini necə dəyişdisə, “Crocus City Hall”dakı məşum terror aktı da Moskvanın xarici siyasətindəki, xüsusilə də geosiyasi fəaliyyət modelindəki formatı elə dəyişəcək.
Rusiyanın hakimiyyət dairələri paytaxt Moskvada dinc insanlara qarşı vəhşilik törədilməsini sifariş verən qüvvəyə və ya qüvvələrə qarşı intiqam hissində tam haqlıdır.
Moskvanın qisası çox ağır olacaq və bu, təbiidir, hətta zəruridir.
İndiki şəraitdə Rusiyanın postsovet məkanındakı maraqlarına, xüsusilə də geosiyasi mövqelərinə yeni zərbələr endirmək istəyən qüvvəni Moskva daha həssas, daha sərt qəbul edəcək.
Ermənistanın siyasi elitaları bunu bilmirsə, olduqca ciddi səhvə yol verirlər.
Yaxın aylarda Moskva qəzəbli davranacaq - Paşinyan bunu anlaya bilsə, Ermənistan düşünülməmiş addımların, Qərbə meyilli siyasətin paroksizm halını ala biləcək nəticələrinin yarada biləcəyi fəsadlardan özünü sığortalamış olar.
Əks təqdirdə, Rusiyanın İrəvana cavabı qeyri-adekvat dərəcədə sərt hal alacaq.
Rusiya, dediyimiz kimi, tam haqlı olacaq.(TREND)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Azərbaycan Ordusunda gənclərin hərbi xidmətə çağırış yaşı 18-dir. Son günlər sosial şəbəkələrdə həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı müzakirələr aparılır. Bəzi şəxslər hesab edir ki, 18 yaşlı bir gənc hərbi xidmətə hazır olmur. Buna görə də yaş həddi artırılmalıdır.

Bəs görəsən, ekspertlər bu mövzuda nə düşünürlər?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu barədə Bizim.Media-ya danışarkən bildirib ki, 18 yaş hərbi xidmət üçün çox tezdir:

“Təcrübə də bunu deyir. Kişilik, iradə, müstəqil qərar qəbul etmək 18 yaşda yeni formalaşmağa başlayır. Bundan əlavə, hərbi texnikalar sovet dönəmindən fərqlənir. Artıq yanaşmalar, tələblər başqadır. 18 yaşında gənclər psixoloji olaraq hərbiyə hazır olmurlar. Müasir dövrdə bu, daha tez özünü büruzə verir.

Bundan əlavə, ali məktəbə qəbul imtahanından kəsilən şəxsləri əsgərliyə aparmaqla onları növbəti il hazırlaşıb qəbul olmaq imkanından məhrum edirik.

Məsələn, qardaş Türkiyə dövlətində hərbiyə çağırış 21 yaşdır. Bu, çox düzgün yanaşmadır. 21 yaşda fərd həm kişi kimi formalaşmış olur, həm də təhsil mövzusunu yekunlaşdırır. 18 və 21 yaşlı gəncin arasında həm həyata, həm hərbi xidmətə, həm də hansısa işi yerinə yetirməsində böyük fərq var. Məktəb masasından çıxan kimi gəncləri hərbiyə aparmaq doğru deyil”.

Ş.Ramaldanov qeyd edib ki, hərbi xidmətə çağırış 20-21 yaş olsa, bu həm əsgərə, həm də ordumuza çox xeyirdir:

“21 və 18 yaşlı gənclərin döyüşə girməsində və döyüşü aparmasında ciddi fərq var. Azərbaycan Ordusu professionaldır, fikrimcə, əsgər tələbatını 18 yox, 20-21 yaş aralığında etsək, daha çox effektiv və düzgün olar”.

“18 yaşda hərbi xidmətə getməyin heç bir problemi yoxdur”

Psixoloq Ülviyyə Murtuzova bildirib ki, yeniyetmələrdə keçid dönəmində şəxsiyyət tipinin formalaşması 13-18 yaşlarında olur:

“Hər bir şəxsdə fərdi və kimlik konsepsiyası bu yaşda özünü göstərir. Vətənpərvərlik hissi 13 yaşından etibarən inkişaf edir. 18 yaşdan sonra vətənpərvərlik hissini aşılamaq çətin olur.

Min vasitə ilə hərbi xidmətdən yayınmaq istəyənlər var. Bunların problemi övladda deyil, birbaşa valideyndədir.

13-18 yaş arasında valideyn övladında problem görürsə, bunu müalicə etdirməlidir. Bəzi uşaqlar o şıltaqlığı və ərköyünlüyü əsgərlik dönəmində düzəldirlər. Fərd bu dönəmdə başa düşür ki, həyat mübarizədən ibarətdir. Bioloji və psixoloji immunitetində problem olmayan şəxslərin 18 yaşında hərbi xidmətə getməsində problem yoxdur”.(Bizim.Media)


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX: Lənkəranın icra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda müəyyənləşdirilib ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib. Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdamın “ölü canları” və Vaqif Həsənovun səksəkəsi...

Bir müddət öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Saxlanılma üçünsə çoxlu əsaslar vardı və əməliyyatdan sonra verilən rəsmi açıqlamaya görə Valeh Abdullayev külli miqdarda məmimsəməyə yol verçəklə yanaşı, qaçqınlar üçün tikilən mənzilləri qaçqın stausu olmayan adamlara kirayə verib, həmçinin 65 yaşından yuxarı işçilərlə müavilə bağlamaq üçün onlardan pul alıb. Həmçinin Valeh Abdullayevin kabinetində aparılan axtarış zamanı yüzlərlə maaş kartı aşkaelanıb. Bu qədər ciddi sübutların olmasına baxmayaraq, məhkəmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisini ev dustaqlığına buraxıb. Ağdamda gəzən söz-söhbətlərə görə isə hakim bu bu barədə heç də qarşılıqlıqsız qərar qəbul etməyib.

Bəzi iddialara görə isə Valeh Abdullayevin kabinetindən tapılan maaş kartlarının bir hissəi də Ağdamın icra baçısı Vaqif Həsəovdadır. Daha doğrusu ona yaxın olan bir neçə adamda...

Bəs Ağdamda “ölü canlar” təkcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinəmi aiddir? Ağdamdakı mənbələrimiz iddia edir ki, əslində “ölü can” məsələsi Ağdamın bütün dövlət idarələrinin problemidir və hazırda Vaqif Əliyevin əsas yeyinti yeri məhz “ölü canlar”dır.

Mənbələrimiz idda edir ki, əgər bu məsələ Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlanılarsa, çox böyük saxtakarlıqlar və büdcə talanı aşkar eiləcək. Mənbələrimizdən biri bildirib ki, misal üçün rəsmi sənədlər görə Ağdam rayon Mənzil Kommunal İdarəsinin rəisi Fəzlin Mehdiyevin sərəncamında 900-dən çox işçi var. Faktiki olaraq isə işə 100 nəfərə qədər adam çıxır. Qalanları isə “ölü can” funksiyasını həyata keçirir və hər ay həm Fəzlin Mehdiyevə, həm də Vaqif Həsənova külli miqdarda dövlət vəsaitini maaş olaraq mənimsəmələrinə imkan yaradır. Mənbəmiz iddia edir ki, Ağdam rayon Mənzil Kommunal İdarəsinə aid 800-dən artıq maaş kartı barmaqla sayılacaq adamların əlindədir və bu adamlar Vaqif Həsənovla Fəzlin Mehdiyevin qohumlarıdır. Mənbəmiz qeyd edir ki, əgər Ağdam, Ağcabədi və ətraf royanların bankomatlarının kameralarına baxılarsa, o zaman eyni adamların bankomatlardan nə qədər maaş pulu çıxardıqlarını da görə biləcəklər.

Bundan başqa rəsmi dövlət sənədləronə görə Ağdam Mexaniki Suvarma İdarəsinin isə mindən çox işçisi var. Mənbələrimiz iddia edir ki, Ağdam Mexaniki Suvarma İdarəsində hər gün 400-ə qədər adam işə çıxır. Qalanları isə sadəcə “ölü candır” və onların maaşları da idarənin rəisi Hafız Əzimzadə ilə icra başçısı Hafiz Məmmədovun cibinə gedir.

Bunlar sadəcə nümunələrdir və əslində Ağdamda büdcədən maliyyləşən bütün dövlət qurumlarında bu vəziyyət hökm sürür.

Mənbələrimiz qeyd edirlər ki, Valeh Abdullayevə qarşı həyata keçirilən əməliyyatdan sonra Vaqif Həsənov və idarə müdirləri səsksəkə içindədirlər. Lakin onların vəziyəti dəyişdirmək üçün imkanları belə yoxdur. Çünki Ağdamda bəlkə də minlərlə olan “ölü canları” işə çıxarmaq onmarın imkanları xaricindədir. “Ölü canlar”ın bəziləri isə ümumiyyətlə ölkə xaricində, və yaxud da Bakıda yaşayırlar... (Milliyol.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İqtisadiyyat Nazirliyində Xamis Seyranov kabusu - Kadr biznesi, "parnik" alveri və... - Mikayıl Cabbarova ŞOK Faktlar

Azərbaycan məmurları arasında "nadir tapıntılar" gen-boldur. Onların misli-bərabəri yoxdur. Sanki dinozavrlarla eyni dövrdə yaşayıblar. Çünki elə ağılasığmaz əməllərə yiyəlik edirlər ki, heç ən yırtıcı məxluqların belə ağlına gələ bilməz. Axı hansı ölkədə görmək olar ki, bir məmur min oyundan çıxsın, işlədiyi qurumdan əlavə idarələrə də əl uzatsın, kamfulyaj olub hər hoqqaya imza atsın?! Amma bizdə var, onların adları "Qırmızı kitab"a düşə bilər. Heyf ki, belə məmurlarımızın qədrini bilənlər yoxdur, dünya ictimaiyyətində tanıda bilmirik. Əgər onları təbliğ etsəydik, Azərbaycanın adını "ucalara" yüksəldərdilər. İndi bəhs edəcəyimiz dövlət məmuru da "unikal" və "analoqu olmayan" personajlardan biridir.
Əvvəla "xamis" sözündən başlayaq. Ona görə başlayaq ki, ölkəmizin inkişafında xüsusi "rolu" olan məmurun adı Xamisdir. Di gəl ki, "Xamis" sözü tərcümədə "beşinci" deməkdir. Yox-yox, elə fikirləşməyin ki, "arabanın beşinci təkəri" anlamını daşıyır. Sadəcə, bu söz ad olanda fikirləşməli olursan ki, Xamis adlı bir insan "beşinci" deyə çağırıla bilərmi? Əlbəttə ki, yox! Amma vəzifədə, kresloda beşinci də ola bilər, elə birinci də... Əsas məsələ Xamis adını daşımaq deyil, əməllərində xalis olmaqdır. Xalis sözü isə hamıya bəllidir ki, təmiz deməkdir.

Ancaq bəhs edəcəyimiz Xamis Seyranov adlı məmur heç də əməllərində xalis deyilmiş. Vallah bunu, yayılan məlumatlar, səslənən iddialar belə deməyə əsas yaradır. Çünki Xamis Seyranov öz səlahiyyətlərinə aid olmayan üçüncü, dördüncü, hətta "xamis" - beşinci dərəcəli işlərlə məşğul olur. Necə deyərlər, "burnu girməyən yerə" məsəli...
İntəhası, son dövrlərdə Xamis Seyranov "işin" öhdəsindən gəlməyi bacarır, yaman "səriştəli" olub. İndi işlədiyi yerdə vəzifəsindən kənar məsələləri də "həll edir". Soruşa bilərsiniz ki, bəs kimdir axı bu Xamis Seyranov? O zaman bizdən məlumat vermək, sizdən bunu öyrənmək olsun. Məlumunuz olsun ki, Xamis Seyranov 1984-cü ildə Sumqayıtda dünyaya gəlib. Bakı Dövlət Universitetində bakalavr, sonra Malmödə magistr təhsili alıb.

Hazırda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri vəzifəsində çalışır. Eyni zamanda, BDU və Dövlət İqtisad Universitetində işləyir. Buna qədər Elm və Təhsil Nazirliyində sektor müdiri də işləyib. Hazırda işi-gücü inhisarçılığa qarşı guya mübarizə aparmaq olan Xamis Seyranov başqa sahələrə girişib. Bu haqda bir qədər sonra...
Hə, harda qalmışdıq. Bəli, inhisarçılıqla mübarizədə. Nazirlikdə şöbə müdiri olan Xamis Seyranovun bir müsahibəsi rastımıza çıxdı. Məhrum aktyor Siyavuş Aslanın sözü olmasın, "sən öl adamı gic gülmək tutur". Həmin Seyranov, əməlləri qara-qura olan bu məmur görün nə deyir. Özü də nazirliyin rəsmi saytında bu müsahibə yerləşdirilib. Bəli, Xamis Seyranov deyir ki, rəqabəti pozan subyektlərə və təbii inhisarlara qarşı ən sərt tədbirlər görüləcək. Görəsən, onun rəqabətin pozulmasına, monopoliyaya qarşı indiyə qədər bir dəfə hansısa sərt fəaliyyəti olubmu? Bu gənc məmur geniş müsahibənin sonuna yaxın isə bildirir ki, sahibkarlıq subyektləri də öz fəaliyyətlərində qarşılaşdıqları rəqabəti pozan, yaxud rəqabətə uyğun gəlməyən, onların fəaliyyətinə hansısa maneə yaradan hərəkətlərlə rastlaşdıqda, eləcə də təbii inhisarlar tərəfindən onların fəaliyyətinə hər hansı bir maneçilik, çətinlik yaradılmasına rast gəldikdə bununla bağlı Dövlət Xidmətinə müraciət edə bilərlər. Yəni kimə? Seyranova müraciət etsinlər? Yaxşı, deyək ki, həqiqətən də şöbə müdiri səmimi şəkildə bu çağırışı edib, o zaman onun qaranlıq işlərinə bir nəzər yetirək, görək doğurdanmı Seyranov məmur kimi şəffaf, xalis fəaliyyət göstərir?
Belə ki, Xamis Seyranov nazirlikdə qeyri-rəsmi kadrlar şöbəsinin müdiri kimi özünü aparır. Yəni onun belə danışmağına baxmayın, nazir Mikayıl Cabbarovun prinsiplərinə tam zidd şəkildə meydan sulayır və özü üçün kadrların "vurulması" və "irəliyə aparılması" sahəsində böyük siyasət qurub. Seyranov nazir Cabbarovun qurumda yaratdığı mühitin əleyhinə böyük bir təxribatçı şəbəkə və iş qurub. O, Antiinhisar Xidmətdə şöbə müdiri kimi öz vəzifəsi ilə məşğul olmaq əvəzinə,hansı məmuru işdən azad etmək, hansı kadrı onun yerinə işə götürmək funksiyalarını yerinə yetirir. Axı ona bu ixtiyarı kim verib? Məgər şöbə müdrinin belə bir səlahiyyəti varmı? Görünür ki, Xamis Seyranov ona olan inam və etimaddan sui-istifadə etməkdədir. Əgər nazirin onun bu hərəkətlərindən xəbəri olsaydı, Seyranov indi seyranlıqda olardı...
Faktiki olaraq, inhisarçılığa qarşı mübarizəni bir kənara qoyaraq nazirlikdə ona "torba tikmək", bunu işdən çıxarmaq "vəzifəsi"ni özü verən Seyranov, əməlli-başlı hegemonluq etməkdədir, istədiyi qərarların verilməsinə təsir göstərməkdədir, xoşuna gəlməyən, gözü götürməyənləri yola salmaqdadır. Təsəvvür edin ki, islahatçı nazir kimi status qazanmış Mikayıl Cabbarovun imicini, nazirlikdə qurduğu sistemi darmadağın etməkdədir. Bu, nazirin adına ləkə gətirməkdir. Çünki köhnə əyyamları, sovet dövrünə aid eybəcərlikləri, "donos"çuluğu, işçiyə "quyu qazmağı" nazirliyə gətirən Seyranov islahatçıların adına zərbə vurmaqdadır.
İnanmaq olmur ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu məsələlərdə iştirakı var. Məlumatda deyilir ki, Xamis Seyranov nazir Mikayıl Cabbarovun ona olan etimadından sui-istifadə etməkdədir. Bu da xoşagəlməz bir mənzərə və narazılıq yaradıb. Seyranov Qərb təhsili almasına baxmayaraq, göründüyü kimi köhnə adətlərlə, üsullarla hərəkət etməkdədir. Ona görə də nazirlikdə kadrların təyinatı və təqdimatı işində canfəşanlıq edir, dəridən-qabıqdan çıxır. Amma bu gedişatla heç də yaxşı reputasiya qazanmır. Onun nazirlikdə "torba tikən" adı alması, gözünə yaxşı görünməyən kadrları yola saldırıb istədiyi şəxsləri gətirməsi kollektivdə də bir inamsızlıq formalaşdırır. Hər halda, nazir Mikayıl Cabbarov belə vəziyyətin yaranmasında maraqlı ola bilməz. Əminliklə söyləmək olar ki, nazirin Seyranovun əməllərindən məlumatı yoxdur. Əgər varsa, onda başqa suallar meydana çıxa bilər. Lakin biz məlumatlandırdıq, gələn informasiyaları cəmiyyətin nəzərinə çatdırdıq, bundan sonrası nazirliyin daxili araşdırmasına qalır.

Sadəcə, Seyranov nazirlikdəki bu çirkin və qaranlıq işləri ilə fəaliyyətini məhdudlaşırmayıb. Əgər nazir Cabbarov bilsəydi ki, onun Elm və Təhsil Nazirliyində işlədiyi dövrdə sektor müdiri kimi necə özbaşınalıqları, fitnəkarlığı, araqarışdıranlığı olub, ona hazırkı Xidmətdə şöbə müdiri postunu həvalə etməzdi. Nəinki təhsil nazirliyində işlıdiyi dövürdə, elə indinin özündə də ,, kadr islahatlarına " təsir etmək gücündədur. Bu da azmış kimi, o cümlədən Seyranovun əli "Azəriqaz" İstehsalat Birliyinə qədər də uzanır. Görəsən, nazirlik onu bu əlaqələrindən xəbərdardırmı? Yəni İqtisadiyyat Nazirliyinə tabe olan Xidmətdə şöbə müdiri olasan, bu quruma bağlılığı olmayan "Azəriqaz"a belə əl uzadasan.
Bu barədə redaksiyamıza verilən məlumatda deyilir ki, İsveçin Malmö universitetində magistr təhsili almaqla, Skandinaviya mühiti görməklə deyil, Xamis Seyranov əsl kustar yollara əl atır, həqiqətən də yuxarıda deyildiyi kimi, "nadir tapıntı" olan məmurlardan biridir. Məlumatlara görə,
Xamis Seyranov "Azəriqaz" İB-də borc sildirməkdədir. Bəs bunu necə edir? Suala verilən cavabda bildirilir ki, Seyranov podratçı şirkətlərdən qeyri-rəsmi yolla , anlaşır', sonra "Azəriqaz" İB-ə hədə-qorxu gəlir, nəticədə həmin podratçıların işini yoluna qoyur. Yəni buna əsl mafioz davranış demək olar. Konkret olaraq, Seyranov odioz məmur obrazındadır. Belə ki, nazirlikdə tutduğu vəzifədən, oradakı nüfuzundan, hətta istisna deyil ki, nazir Cabbarovun adından istifadə etməklə "Azəriqaz"da iş aşırmaqdadır. Əgər işlədiyi qurumda öz postunu əlavə kadrların təyinatına müdaxilə etməyi bacarırsa, deməli, "Azəriqaz"a da təsir imkanlarına, oradakı məmurlara basqı etmək gücünə malikdir. İddialara görə, Seyranov gözümçıxdıya saldığı adamların lisenziyasını ləğv etdirə bilir. Bir sözlə, bu dərəcədə qorxulu fiqura çevrilib. Ona görə həmin şəxslər Xamis Seyranov barəsində heç bir şikayət edə bilmirlər, tam əksinə, görüm baxım etmək məcburiyyətində qalırlar. Nəticədə həmin adamlar lisenziya ləğv olunmasın deyə Seyranovun tələblərini yerinə yetirirlər.
Ancaq Seyranovun qazanc seyrangahı bununla da bitmir. Əldə etdiyimiz xəbərlərə görə, Seyranov istixana (parnik) sahibləri ilə şərik işləyir. Belə ki, istixana sahiblərindən qaz borcu olanlarla 50/50yə anlaşır, sonra "Azəriqaz"da öz "qaydaları" ilə "güc" nümayiş etdirib həmin borcları sildirməyə nail olur. Çox qəribədir ki, Seyranov bütün bu işləri həyata keçirir, qaz borcu olan "parnik" sahibləri ilə dil taparaq "Azəriqaz"da iş həll edir, lakin nədənsə onun bu əməllərini görən gözlər yoxdur. Maraqlıdır, niyə? Cənab nazir bunları da bilirmi? Bizdən demək... Hesab edirik ki, aidiyyatı hüquq-mühafizə orqanlarının Seyranovu araşdırmaq zamanı çatmışdır.
Araşdırmalarımız davam edir. Mövzunu davam etdirəcəyik ..

Nicat Mahmudov
Rubrika.Az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO