[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MİDA rəhbərinin qardaşı işdən çıxarıldı - FOTO
Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadıq Sadıqovun qardaşı Rauf Sadıqov Sumqayıt şəhər 4 saylı xəstəxananın baş həkimi vəzifəsindən çıxarılıb.

Qaynarinfo-ya daxil olan məlumata görə, Rauf Sadıqov yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

Xəsətəxanın baş həkimi vəzifəsinə isə Əbdürrəhim Cəfərov təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Manaf Manafov Nərimanov rayonuna icra başçısı gətirilir? – İDDİA

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədrinin icra başçısı təyin olunacağı ilə bağlı məlumatlar yayılıb…

YAP Pirallahı rayon Təşkilatının sabiq sədri, hazırda Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini tutan Manaf Manafovun icra başçısı olmaq istədiyi ilə bağlı məlumat yayılıb.

AzFakt.com xəbər verir ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nərimanov rayonunun icra başçısı olmaq istəyir. Məlumata görə tez-tez himayədarları ilə əlaqəyə keçən Manaf Manafov icra başçısı olmaq üçün bəzi planlar üstündə çalışır. Misal üçün, son aylar Manaf Manafovun müxtəlif media orqanlarında özü haqqında müsbət yazılar yazdırmasıda bu planın bir parçası olduğu deyilir.

Qeyd edək ki, Manaf Manafovun adı ölkə mətbuatının gündəminə bir neçə il öncə YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsində işləyərkən Qala-Dübəndi yolundakı piyada keçidində ölümlə nəticələnən yol qəza hadisəsi ilə gəlmişdi. Belə ki, Manaf Manafovun Xidməti istifadəsində olan avtomobil piyada keçidində vətəndaş Tariyel Rzaquliyevi vuraraq öldürmüşdü. Baş vermiş hadisəni Manaf Manafov ört-basdır eləməyə çalışmasına baxmayaraq, məsələ ölkə mətbuatında gündəmə gəlmişdi. Bu hadisədən sonra Manaf Manafov YAP Piralalhı rayon təşkilatı sədri vəzifəsindən uzaqlaşdırıldı.

Ancaq bir müddət sonra Manaf Manafov himayədarlarının dəstəyi ilə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib.

Bildirək ki, ölkə mətbuatında Manaf Manafovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı olması ilə bağlı məlumatlar dərc olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Martın 15-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.

Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bağlanmaq növbəsi sığorta şirkətlərinə çatdı? - AKTUAL

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Xalq Sığorta” (4,44 indeksi ilə) olub.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, cari ilin fevral ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkət - “Bakı Sığorta” isə 2,36 indeksi ilə ikinci, “Atəşgah Sığorta” 1,80 indeksi ilə siyahıda üçüncü olub.

Maraqlıdır, reytinqi aşağı olan sığorta şirkətləri bağlanacaq?

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cebhe.info"-ya bildirib ki, adıçəkilən sığorta şirkətləri bağlanmayacaq:

"Ölkəmizdə reytinqi aşağı, müştəri narazılığı olan bir çox sığorta şirkətləri var. Hazırda sözügedən şirkətlər üzrə müştəri narazılıqları artmaqdadır. Bu isə sığorta şirkətlərinin iflas olmasına gətirib çıxaracağı mənasına gelmir. Çünki şikayətlər müxtəlifdir. Ona görə bu istiqamətdə statistik hesabatlar da tez-tez dəyişir. Ola bilər ki, reytinqdə ən aşağı pillədə olan şirkət birdən-birə reytinqi yüksəlsin. Buna görə də sığorta şirkətlərinin bağlanacağını proqnozlaşdırmaq doğru deyil".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Külli-miqdarda vergi borcu olan şirkətləri hansı CƏZA GÖZLƏYİR - AÇIQLAMA

İş həyatında qarşımızda duran öhdəliklərdən biri dövlətə vergi borclarının ödənilməisidir. Dövlətə vergi ödəməyə borclu olan şirkətlər öhdəliklərini müvafiq qanunvericilik çərçivəsində yerinə yetirməlidirlər. Bununla belə, müxtəlif səbəblərdən şirkətlər vergi məbləğlərini onlara verilən müddət ərzində ödəyə bilmirlər. Azərbaycanda da son vaxtlar bəzi şirkətlərin külli-miqdarda vergi borcları var. Bu şirkətlər arasında "Baku Electronics" MMC, "Qaradağ Şüşə Zavodu" ASC-nin, "Ağ Naftalan" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı var. Bəs dövlətə külli-miqdarda borcu olan və həmin borcları ödəməyən şəxsləri hans cəza gözləyir?

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev Sonxeber.az-a açıqlamasında bildirib ki, vergi borcunu ödəməyən şəxslər barəsində qanunvericiliklə müvafiq tədbirlər görülür:

"İlk olaraq qeyd edim ki, vergi borcunu ödəməyən şəxslər barəsində qərarlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir. Əgər şəxslər xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınırsa, Cinayət Məcəlləsi ilə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. O cümlədən eyni əməllə mütəşəkkil dəstə tərəfindən yaxud külli miqdarda törədilirsə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir məsələni diqqətə çatdırım ki, bu maddədə xeyli miqdar dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Eyni zamanda, bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Xatrıaldaq ki, "Baku Electronics" MMC-nin vergi borcu 1 213 691.29 manatdır. Bu vergi borcu 11.03.2024-cü il tarixinə olan məlumatdır. "Ağ Naftalan" MMC-nin isə dövlətə 15.433 manat vergi borcu var. Bununla yanaşı, Baş Prokurorluğa edilən müraciətdə sənədləri saxtalaşdıran şirkətlərin sırasında "Ağ Naftalan" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı var. 120 ton maye şüşə, nizamnamə kapitalı 35.950.630 manat olan "Qaradağ Şüşə Zavodu" ASC-nin də külli miqdarda vergi borcu var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsi nədən hesabat vermirdi... BƏLLİ OLDU! - ZİYANDA İMİŞLƏR...

Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 485 milyon 613,7 min manat vəsait ödənilib.
Yeniavaz.com xəbər verir ki, daxil edilən vəsait ötən ilin analoji dövrü ilə müqayisədə 3,3% və ya 16 milyon 495,9 min manat azalıb.
Belə ki, ötən ilin fevral ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 502 milyon 109,6 min manat vəsait daxil edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanın mətnini təqdim edirik:
1. “Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704 (Cild I) 2-ci hissəsinə “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini”.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 511 (Cild I) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın 4.4-cü bəndinin “İcraçı orqan” sütununda “Milli Elmlər Akademiyasının” sözləri “Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. II hissənin 2-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa (hər iki halda) “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
3.2. III hissənin 7-ci və 8-ci bəndlərinin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Milli” sözündən əvvəl “Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin;
3.3. IV hissə üzrə:
3.3.1. 12-ci və 14-cü bəndlərin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;
3.3.2. 15-ci, 16-cı, 17-ci və 19-cu bəndlərin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Milli” sözündən əvvəl “Elm və Təhsil Nazirliyi,” sözləri əlavə edilsin.
4. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011 (Cild I) 2.10-cu bəndində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.7-ci bəndində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
6. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 699 (Cild I) 1.2-ci və 1.3-cü bəndlərində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
7. “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 oktyabr tarixli 294 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1179 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3.3-cü bənddə “Milli Elmlər Akademiyası nəzdində” sözləri “Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
7.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın 6.4-cü bəndinin birinci cümləsində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
8. “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1370 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2.3-cü bənddən “22.2-ci,” sözləri çıxarılsın;
8.2. aşağıdakı məzmunda 2.3-5-ci bənd əlavə edilsin:
“2.3-5. həmin Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”.
9. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 21-ci hissəsinin “Dövlət orqanının (qurumunun) adı” sütununda “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I) ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
10.1. 18.13-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 18.14-cü bənd əlavə edilsin:
“18.14. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.”;
10.2. aşağıdakı məzmunda 20-1-ci hissə əlavə edilsin:
“20-1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə:
20-1.1. Geologiya və Geofizika İnstitutunun direktoru;
20-1.2. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru.”;
10.3. 38.2-ci, 38.3-cü, 38.5-ci və 38.8-ci bəndlər ləğv edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 2.0.9-cu yarımbəndində “Milli Elmlər Akademiyası” sözləri “Respublikasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”na “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini – gömrük xidməti general-leytenantı” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri – gömrük xidməti general-mayoru”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyanın sülh qovşağı.... - “Eurasia.net”

Ermənistan rəsmiləri, ölkəni yaranmaqda olan beynəlxalq ticarət dəhlizlərinə bağlayan quru liman yaratmaqla, İrəvanın Rusiya ilə münasibətlərindəki soyuqluğu yumşaltmağa ümid edir.

Reyting.az xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.

Təhlildə qeyd olunur:

İnvestisiya komitəsinin bu ilin əvvəlində dərc olunmuş hesabatında deyilir ki, hökumət planı Ermənistanı “tranzit, nəqliyyat və ixrac yönümlü istehsal mərkəzinə” çevirməkdir. Quru liman konsepsiyası anbarlara və sənaye parklarına qoşulmuş multimodal hava, dəmir yolu və yükdaşıma vasitələrini özündə əks etdirən azad ticarət zonasının (ATZ) yaradılmasına əsaslanır.

Rəsmilər ilk dəfə 3 il əvvəl elan edilən bu layihəni dövlət xəzinəsi üçün potensial qızıl qaz kimi təqdim edirlər. Baş nazir Nikol Paşinyan üçün quru liman özünün “Sülhün kəsişməsi” baxışının sütunudur - Qafqazda faydalı ticarətə əsaslanan “yeni reallıq” yaratmaq üçün iddialı təşəbbüs.

Ermənistanın ikinci böyük şəhəri və Rusiya hərbi bazasının yerləşdiyi Gümrü yaxınlığında yerləşəcək quru liman üçün rəsmilər artıq 37 milyon dollar dövlət vəsaiti ayırıblar.

Postsovet dövründə ermənilər Rusiyanı iki düşmən qonşusuna - Azərbaycan və Türkiyəyə qarşı öz himayədarı kimi görürdülər. Lakin bu fikirlər ölkənin Qarabağ münaqişəsində məğlubiyyətindən sonra köklü şəkildə dəyişib. Bir çox erməni 2023-cü ilin sonunda qaçqın böhranı zamanı Rusiya sülhməramlılarının Qarabağın mülki erməni əhalisini qoruya bilmədiklərini düşünür. O vaxtdan bəri ikitərəfli əlaqələr korlanıb və Ermənistan liderləri ölkənin Rusiyadan iqtisadi asılılığını azaltma yollarını axtarırlar.

Hazırda Ermənistanın ixracının təxminən 40 faizi Rusiyaya gedir. Ölkə taxıl və yanacaq kimi vacib idxalda demək olar ki, tamamilə Rusiyadan asılıdır.

“Quru liman ölkəmizin əsas problemlərindən birini, Ermənistanın dünyadan pis logistik asılılığını həll etməyə çalışır, - deyə ölkənin keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan dekabrda jurnalistlərə bildirib. - Ən ağrılı problemimizi həll etmək üçün yaxşı bir yol tapdıq".

Yerevanda layihəyə rəhbərlik edən şəxs Çarlz Malas deyib ki, “quru limanlar adi limanlar kimi idarə olunur; onlar eyni sənədləşmədən və infrastrukturdan istifadə edirlər, sadəcə yük gəmilərdən deyil, yük maşınlarından və dəmir yolu vaqonlarından düşür”.

Potensial iqtisadi fayda əhəmiyyətlidir. Kerobyan bildirib ki, liman ölkənin ÜDM-inin 3 faizinə qədər töhfə verə və minlərlə iş yeri yarada bilər.

Bununla belə, quru limanın iqtisadi səmərə əldə etməyə başlamazdan əvvəl aradan qaldırılması üçün çoxlu maneələr var ki, bunlardan ən çətini maliyyələşdirmədir. Rəsmilər layihənin yalnız 100 milyon ABŞ dolları dəyərində yüksək qiymətə çatmasına kömək edə biləcək “böyük xarici investorların” cəlb edilməsi ilə davam edə biləcəyini etiraf edirlər.

Tikinti müddəti də suallar doğurur. Hökumətin sözlərinə görə, quru limanın tam fəaliyyətə başlaması üçün beş-yeddi il lazımdır. Aradan keçən müddətdə quru limanın həyat qabiliyyətini dəyişdirəcək çox şey baş verə bilər. Məsələn, Çinin ABŞ və Avropa İttifaqı ilə pisləşən münasibətləri Qərbi yeni təchizat zəncirləri qurmağa vadar edir. Müvafiq olaraq, Şərq-Qərb ticarət həcmi növbəti beş il ərzində azalmağa hazırlaşır və bu, Ermənistan quru limanının öz bəhrəsini vermək üçün kifayət qədər ticarət həcminin olub-olmayacağını sual altına qoyur. Layihə hakimiyyətin ümid etdiyi qızıl qaza və ya Orta Asiyada baş verən oxşar hadisələr kimi ağ filə çevrilə bilər.

Şəhər və regional inkişaf üzrə ekspert Şant Karabacak bildirib: "Siyasi baxımdan bu, asan satışdır. Ancaq bu “sən onu tiksən, gələcəklər” ssenarisi deyil. Məntiqli olması üçün bazar şərtləri mövcud və ya proqnozlaşdırılmalıdır”.

Buna görə də layihədə iştirak edənlər deyirlər ki, Gümrü Ermənistanda belə inkişaf üçün ən yaxşı yerdir.

Malas erməni xəbər saytı CivilNet-ə deyib: “Bu bölgədə nəqliyyat əlaqəsi çoxluğu var. Tbilisiyə, oradan isə Qara dənizə gedən dəmir yolu xətti, Şimal-Cənub dəhlizi... hava limanı...”.

Mərkəzi Asiyadakı ticarət dəhlizlərindəki digər qovşaqlar həddən artıq şişirdilmiş vədlər, şirin nağıllardır. Məsələn, 2015-ci ildə açıldığı gündən Qazaxıstanın Çinlə sərhədində yerləşən Xorqos quru limanı Qazaxıstan liderlərinin gözlədiyi kimi pul gətirməyib.

Ermənistanın vəziyyətində, məhdudlaşdırıcı amil coğrafiya ola bilər. “Şəxsən mən Ermənistanın tranzit qovşağı kimi inkişaf etdiyini görmək istərdim. Bu, ölkənin ticarəti asanlaşdıran ənənəvi kommersiya roluna böyük qayıdış olardı, - deyə Şant Karabacak bildirib. - Lakin son 4000 ildə olduğu kimi, geosiyasət əsas maneədir”.

Nağd pul inəkləri və qızıl qazlar haqqında hər hansı bir söhbət investorun marağı olmadıqda mübahisəlidir. Çin son onillikdə regional infrastrukturun inkişafında əsas bank rolunu oynasa da, prezident Si Cinpinq hökuməti daxili iqtisadiyyatın çökməsinin qarşısını almaq üçün Pekinin pul kisəsi gələn illərdə bir az daha sıx ola bilər.

Fevralın əvvəlində “Armenpress”-ə verdiyi açıqlamada Çinin İrəvandakı səfirliyi Paşinyanın böyük infrastruktur vizyonuna şübhəylə yanaşıb, sadəcə, Pekinin ona “diqqət yetirdiyini” qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropa təsisatları acınacaqlı vəziyyətdədir - Prezidentin köməkçisi

Beynəlxalq təsisatların öhdəliklərini yerinə yetirməmələri qarşımızda duran problemlərdəndir.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclasında çıxışı zamanı deyib.

H.Hacıyev qeyd edib ki, hələ də bir çox ölkələr COVID-19-un təsirinin qarşısını tam ala bilməyib.

“Azərbaycan peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etmişdi. Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək. Avropa təsisatları acınacaqlı vəziyyətdədir. Azərbaycan Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Azərbaycana qarşı mənfi hallarla rastlaşırıq”, - deyə o əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərimanov rayonunda yollar XARABA GÜNDƏDİR - Sakinlər narazıdır...

Bakının Nərimanov rayonunda yollar dağılmış vəziyyətdə olsa da, buna bir çarə qılan yoxdur.

Bu barədə Oxu.Az-a oxucular məlumat veriblər.

Qeyd olunur ki, rayonun dəbdəbəli biznes obyektlərinin yerləşdiyi Nadir Əliyev küçəsində yolun asfalt örtüyü bərbad hala düşüb, iri çalalar əmələ gəlib. Bu isə xüsusilə sutkanın qaranlıq vaxtında avtomobillərin hərəkətinə çətinlik yaradır, onlara ziyan vurur.

“Aidiyyəti qurumlar vəziyyətdən xəbərdar olsalar da, heç bir tədbir görmürlər”, - şikayətdə bildirilib.
My Webpage

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO