[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Almaniyada “Rusiya xofu”, yoxsa… - TƏHLİL

Olaf Şolz Ukraynaya Moskvanı vura biləcək “Taurus” raketlərini verməkdən nə üçün imtina etdi?

Dünən dərc edilən sorğuya görə, almanların demək olar ki, 60%-i Ukraynaya bu raketlərin tədarükünə qarşıdır. Bu, fevral ayı ilə müqayisədə 49% çoxdur…

“Almaniya kansleri Olaf Şolz Ukrayna ilə bağlı ziddiyyətli mövqeyi ilə bütün Avropada çaşqınlıq və anlaşılmazlıq toxumu səpdi, lakin onun çılğınlığının öz metodu var”. Bu barədə “Politico” nəşrinin məqaləsində qeyd olunur.

Xatırladaq ki, Şolz Kiyevə qanadlı raketlər verməkdən imtina edib. Üstəlik, buna baxmayaraq, Rusiyanın qisas alacağı riskini əsas gətirərək, avropalı müttəfiqlərini Ukraynaya daha çox hərbi yardım göstərmədiklərinə görə qınayıb. “Ancaq Almaniya kanslerinin ziddiyət kimi görünə bilən addımı, əslində, düşünülmüş strategiyadır. Belə ki, Ukraynanın özünü Rusiyaya qarşı müdafiə edə biləcəyini anladıqdan sonra, Şolz bu strategiyanı irəli sürüb. Burada məqsəd Vaşinqtonla tandemdə hərəkət etmək, Ukraynanı sağ qalmaq üçün kifayət qədər silah və texnika, o cümlədən zenit batareyaları və tanklar ilə təmin etmək, eyni zamanda, “ona qələbə üçün zəruri olan texnikanı verməkdən imtina etməklə” vaxt qazanmaqdır. O, bu yanaşmasını gizlətməyib”, - deyə müəllif yazır.

Qeyd edək ki, Olaf Şolz hələ də Ukraynanın qarşıdurmadan qalib çıxmasını istədiyini söyləməkdən imtina edir və yalnız “Rusiya qalib gəlməməlidir və Ukrayna uduzmamalıdır” deyir. Bu, semantika kimi görünə bilər, lakin bir çox ukraynalılar üçün Avropa dövlətinin liderinin onların qələbəsinə dəstəyini eşitmək mühüm psixoloji təkan olmaqla yanaşı, Moskvaya açıq siqnal olardı.

Lakin Şolzun ​​Ukraynanın qalib gəlməsini istədiyini söyləməkdən imtina etməsinin səbəbi ölkəni bu məqsədə çatmaq üçün lazım olan silahlarla təmin etməməsi ilə eynidir. Söhbət, hələ də mövcud olan Rusiya xofundan gedir. Şolz hesab edir ki, Ukraynanı Kerç körpüsünü məhv edə və bəlkə də Moskvaya zərbə endirə biləcək "Taurus" qanadlı raketləri kimi silahlarla təmin etmək prezident Vladimir Putini o dərəcədə qəzəbləndirər ki, o, Almaniyadan qisas almağı düşünər. Hansı ki, “Leopard” tanklarının göndərilməsi ilə bağlı Almaniyada aparılan müzakirələr də buna oxşar idi. Və burada Şolz daha geniş münaqişəyə səbəb ola biləcək addımlardan dərin narahatlığını ifadə etdi. Yalnız Vaşinqton az sayda “Abrams” tankı göndərməyə razı olduqdan sonra o, “təslim oldu”. Lakin o vaxta qədər Rusiyanın cəbhə xəttini minalamaq üçün kifayət qədər zamanı var idi ki, bununla da Ukrayna təşəbbüsü ələ ala bilmədi.

Lakin indi Olaf Şolz ölkəsinin “müharibədə rol oynamasına” səbəb olmasın deyə, “Taurus” raketlərini göndərməkdən qəti şəkildə imtina edir. Bu mövqeyində kansler tək deyil. Dünən dərc edilən sorğuya görə, almanların demək olar ki, 60%-i Ukraynaya bu raketlərin tədarükünə qarşıdır. Bu, fevral ayı ilə müqayisədə 49% çoxdur. Almaniya Ukraynaya indiyədək təxminən 17,7 milyard avro həcmində hərbi yardım ayırıb. Berlin bu yardımına görə ABŞ-dan sonra ikinci, ÜDM-in faizinə görə 11-ci yerdədir. Bu onu deməyə əsas verir ki, almanların daha çox iş görmək üçün maliyyə imkanları var, lakin onlar bunu etmək istəmirlər. Bu tendensiyaları və Almaniyanın Rusiyanı təhrik etmək qorxusunu anlamaq üçün 20-ci əsr Almaniyasının tarixinə nəzər salmaq lazımdır. Hansı ki, ölkə Rusiyaya qarşı iki müharibə apardı və fəlakətli nəticələr verdi.

Görünür, İkinci Dünya Müharibəsində Rusiyanın nasistlərə vurduğu zərbə və itkilər bu ölkənin ictimai psixikasına həkk olunub. İndi Rusiyanın işğalı nəticəsində travma almamış bir alman ailəsi tapmaq çətindir – bunlar müharibədə ölən ata və ya baba, ya da Qırmızı Orduya əsir düşən doğmalar ola bilər.

Əlbəttə, Almaniyanın Rusiya ilə münasibətləri təkcə qorxu ilə müəyyən edilmir. Əksinə, Şərqi Almaniyada böyümüş bir çox alman üçün Moskva hələ də düşməndən daha çox dost kimi qəbul edilir.

Ölkə əhalisinin 80%-dən çoxunun yaşadığı keçmiş Qərbi Almaniyada Rusiyaya münasibət o qədər müsbət olmasa da, Rusiya ilə münasibətlərin sirrinin dialoqda olduğuna dair hələ də geniş yayılmış fikir var. Bir çox almanlar 1970-ci illərdə müharibədən sonrakı ilk sosial-demokrat kansler Villi Brandt tərəfindən hazırlanmış Yeni Şərq Siyasəti (Ostpolitik) adlanan Qərbi Almaniyanın cəlb etmə strategiyasını Soyuq Müharibənin sona çatmasına gətirib çıxardığına görə qiymətləndirirlər. O dövrün uşağı olan Şolz, “Ostpolitik”in alman psixikasına təsirini əksəriyyətdən daha yaxşı başa düşür. Ona görə də onun parlamentdə deyil, Almaniyanın əsas xəbər nəşrlərinin baş redaktorları ilə görüşündə elan etdiyi “Taurus” raketlərinin tədarükündən imtinasına təklikdə verilmiş qərar kimi yox, onun daha geniş siyasi strategiyasının tərkib hissəsi kimi baxmaq lazımdır. Şolzun Ukraynanın ardınca getmək istəməməsi onu göstərir ki, onun əsas məqsədi Kiyevin sülh danışıqlarına və mümkün qədər tez razılıq verməsidir. Bu baxımdan, ABŞ Konqresində respublikaçıların Ukraynaya növbəti yardım paketini təşviq etməkdən imtina etməsi almanların “əlinə oynayır”.

Strateji qeyri-müəyyənlik Şolzun ən son istədiyi şeydir. Buna görə də o, Putinə və bütün dünyaya Ukraynanı dəstəkləmək üçün nəsə etməyəcəyini və niyə bunu etməyəcəyini açıq şəkildə mesaj göndərir. Bu məsələdə Almaniya zabitlərinin Ukraynaya “Taurus” raketlərinin göndərilməsi siyasətini və logistikasını müzakirə edən səs yazısının yayılması da kanslerə kömək etdi. Zabitlər Şolzun ​​mövqeyindən narazılıqlarını ifadə etsələr də, səs yazısı onun, xüsusən də seçki kampaniyasının yaxınlaşması ilə “yerindən tərpənmək” ehtimalının az olduğunu göstərir.

Beləliklə, Almaniyanın hədəfləri aydındır. Bu hədəf nə qədər barışdan yana görsənsə də, ortada “Rusiya xofu”ndan daha çox hakim komandanın siyasi maraqlarının olduğu da kimsəyə sirr deyil. Görünür, bu gün əhalinin rəyi ilə hesablaşmaq tərəzidə “daha ağır vurduğundan”, ən azı riskli və səs-küylü qərarların verilməsi məsləhət hesab olunmur.

Gələcəkdə nə baş verəcək? Hər halda, seçkilərdən sonra bu gün verilən qərarlarda bir sıra dəyişikliklərin ediləcəyi istisna deyil.
Ülviyyə ŞÜKÜROVA
hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AAYDA-nın xərclərinin şəffaflığı ilə bağlı hesabat NİYƏ İSTƏNİLMİR? - HƏQİQƏTƏN DƏ...

Pirşağı Bakının qədim kəndlərindən hesab edilir. Xəzərin sahilində yerləşən kənd, qızılqumu və təmiz havası ilə səhhətində problem olan hər kəs üçün əlverişli bi məkandır. İndi düşünəcəksiniz ki, növbəti bir kəndin tərifi ilə bağlı məqalə oxuyursunuz. Xeyr! Mən Pirşağıda olan problemlərdən danışacağam...
2022-ci ilin yayına qədər kəndə su fasilələrlə verilirdi. Əhali suyu pulla alırdı. Sonra yazdıq, pozduq. Və bu problem həll olundu. Elə həmin il ölkə prezidenti İlham Əliyev də Pirşağıya baş çəkdi. Bilirsiniz ki, prezident hara gedirsə və ya gedəcəksə, məmurlar ondan qabaq sözün əsl mənasında "gülüstan" rəsmi çəkirlər ki, hər şey prezidentin gözünə yaxşı görünsün və qüsur tapılmasın. Əslində olan, üstü bəzək, altı da...

Nə isə... Bizim kəndə gələn məsul məmurlar da əvvəlcə kənddə divarları qaşıdılar. Guya keçmiş görkəm verəcəkdilər. Sonra hasarların başına qəribə daşlar vurdular. Bir anda Pirşağının kənddaxili yollarına asfalt da çəkdilər. Pirşağı əhalisi sevinmişdi ki, “Şükür olsun ki, dövlətin yadına düşmüşük”. Haradan bilsinlər ki, sadəcə bu işləri prezident gəlib görsün deyə edirlər. Prezidentimiz səfər etdi, o zaman kənddə aparılan abadlıq işlərindən danışdılar. Qərarlar verildi və s...

Prezidentin səfərindən sonra məmurların yanan ürəyinə su səpildi ki, “prezident gəlib getdi, bir də nə zaman baş çəkəcək, sual altındadır”...

Bütün işləri yarım buraxdılar. Yarım olsa, dərd yarı. Əvvəlcə kənd daxili yolları Azərsu qazıb kanalizasiya çəkməyə başladı. Asfalt çəkilənə qədər "Azərsu"nun yadına Pirşağı düşməmişdi. Küçələr asfaltlanandan sonra yadlarına düşdü ki, bəs “Pirşağıda kanalizasiya sistemi yoxdur”. Suyu əhaliyə normal verməyə başlamışdılar axı...

Nə isə, qazıb töküb, kanalizasiya sistemlərini çəkdilər. İnanın, Allaha. Gözəl asfalt çəkilmişdi, boyanmışdı. Hətta baxanda adam sevinirdi ki, Pirşağı da yada düşərmiş.

"Azərsu"dan sonra "Azərişıq" qərar verdi ki, kənddə bəzi elektrik xəttləri yeraltı çəkilməlidir. Xülasə, asfaltı bir dəfə bu qurum sökdü, çəkdi. Adamın Allahı var, işıq çəkilmək üçün dağıdılan asfalt olmadı. Asfalt ona qədər dağıdılmışdı. Bəli, başa düşürük ki, kanalizasiya çəkmək önəmlidir, işıq da önəmlidir. Olmazmı ki, bu işləri gördüyünüz zaman digər qurumlarla, xüsusən AAYDA ilə qarşılıqlı razılıqla görəsiniz. Olmazmı ki, prezidentin Bakı kəndlərindəki yollar üçün ayırdığı vəsait elə yollara xərclənsin? İndi biz AAYDA-ya şikayət etsək, burada səbəbkarın hansı qurum olduğu gün kimi aydındır. Qısası, dövlət qurumları prezidentin ayırdığı vəsaiti sözün əsl mənasında boş-boşuna xərcləyir. Yəni kənardan belə görünür. Elə asfaltı da qaldırıb baxsanız, daha çoxu görünür...

Bu gün Pirşağı kəndinin daxili yolları elə bir vəziyyətdədir ki, ordan keçməyinə peşman olursan. Küçələr dağılıb, kələ-kötür, çala-çuxur, palçıq... Ötən gün oradan keçəndə yanımdakılar dedi ki, “bu nə yoldur, böyrəklərimizin daşları töküldü”. Bir də siz hər gün bu yollarla gedənləri düşünün, piyadaları düşünün...

Niyə insanlara bu qədər əziyyət verirsiniz? Yoxsa, başqalarının əziyyətindən həzz alırsınız?

Bilmirəm necə, nə cür... Bircə onu bilirəm ki, Pirşağı yenidən asfaltlanmağa ehtiyac duyur.

Düşünün ki, Pirşağı Bakının tətil kəndlərindən hesab edilir. Qədim kənddə tarixi abidələr və hamamlar mövcuddur. Dənizkənarında olduğu üçün turistlərin diqqətini çəkir. Gəl, gör ki... Ya da heç görmə... Küçələri o qədər bərbaddır ki, leksikonumuzda bu vəziyyəti izah etmək üçün söz tapa bilmirəm.

"AAYDA" və Azərsu" adlı qurumlara bir məsləhətim var. Yaxşı olardı ki, gördüyünüz işləri planlı və razılaşmalı şəkildə həyata keçirəsiniz. Axı artıq bilirsiniz ki, siz bir-birinizə bağlı qurumsunuz. Hansısa küçəyə asfalt salınmamışdan öncə "Azərsu"ya layihəni göndərin və onların həmin küçəyə ilə bağlı planı ilə tanış olun ki, dövlətimizin büdcəsi boş yerə xərclənməsin, asfaltın altına "axmasın"...

İndi biz yenidən prezidentə müraciət edək ki, “cənab prezident, sizdən xahiş edirik ki, Pirşağının daxili küçələrinin bərpası və asfaltlanması üçün vəısait ayırın”? Yoxsa "AAYDA"nın xərclərinin şəffaflığı ilə bağlı hesabat tələb etməliyik?

"Cənab prezident, Pirşağıda vəziyyət sizin gəlib gördüyünüz kimi deyil. Sizə ya yaxşı yerləri göstərirlər, ya da göstərəcəkləri yerləri müvəqqəti "yaxşılaşdırırlar". O da siz gəlib, gedənə kimi olur. Sonra vəziyyət əvvəlkindən də pis olur...

Xahiş edirik ki, Pirşağı ilə bağlı yeni bir qərar verəsiniz. Daha doğrusu, Pirşağını "dağıdan" qurumlarla bağlı...

Hörmətlə, biz..."

Qeyd edim ki, mövzu ilə bağlı qarşı tərəf mövqe bildirmək istəsə, dərc edəcəyik. Onu da əlavə edim ki, mövqe bildirmək əvəzinə bildirmək iş görsələr, o işi də "hadisə" yerindən birbaşa yayımlamağa hazırıq. Təki, yolumuzu "kəsməsinlər", yol açsınlar...

Bizimyol.info-ya istinadla Pirşağıda "məhv edilən" yoldan görüntüləri təqdim edir:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu? - İLGİNC İDDİALAR...

Dünən Göygöl rayonu 1 saylı orta məktəbdə direktor vəzifəsini tutan Qabil Misirov barəsində cinayət işinin açıldığı haqda xəbər vermişdik. Məlumatı dia-az.info-ya verən qaynaq iddia edir ki, cinayət işinin açılmasına səbəb direktorun konkret bir insidenti törətməsi olub.

Mənbə iddia edir: "24 Yanvar 2024-cü il tarixdə saat 19-20 radələrində 1 saylı orta məktəbdə
saxta diplom ilə direktor işləyən Qabil Misirov sərxoş halda mikroavtobus
sürücüsünə zəng edərək onun övladını evə gətirməyi tələb edir. Sürücü isə buna
bildirir ki, gətirə bilmərəm, axı maşında başqa sərnişinlər də var. Belə olduğu
halda Qabil Misirov sərxoş vəziyyətdə öz dostu ilə Göygöl rayon Üçtəpə
kəndindən Goranboy rayonunun Borsunlu kəndinə gəlir. Sərxoş halda
mikroavtobusun qarşısını kəsir, maşındakı sərnişinləri və oğlunu yerə salır.
Sonra isə sürücüyə əl-qol atır, ona ciddi xəsarətlər yetirir.
Onu da nəzərinizə catdıraq kı, sərnişinlər məktəb şagirdləri olub. Onların
qarşısında insana yaraşmayan ifadələr işlədib, sürücünü güllələməklə
hədələmişdir. Sonra da sürücüyə qışqırıb ki, get kimə istəyirsən şikayət et.
Onsuz da bu məsələdə Qabil Misirovun qanunu keçəcəkdir".
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu? - İLGİNC İDDİALAR...
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu? - İLGİNC İDDİALAR...
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu? - İLGİNC İDDİALAR...

Lakin onu bildirək ki, mənbə barəsində cinayət işi açılan direktorun diplomunun saxta olduğunu bildirməklə yanaşı qeyd edir:
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu? - İLGİNC İDDİALAR...
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu? - İLGİNC İDDİALAR...

"Qabil Misirov Təhsil İdarəsində işləyənə qədər hal-hazırda həbsdə yatan keçmiş İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlunun atına baxırdı. Sonradan "dayısı" tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalının saxta diplomunu aldığından Vilyam Hacıyev Göygöldə İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə atlarına yaxşı baxdığı üçün onu təhsil idarəsinə metodist vəzifəsinə işə götürdü".(Dia-az.info)

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Dəfələrlə ciddi təhlükələrin qarşısını almışıq" - GİLEY

Astara rayonu, Şiyəkəran kənd sakinləri Babazadə Yusif Aslan oğlu və Vəliyev Elçin Saleh oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər kəndin işıq xətlərinin yararsız olmasından şikayətçidirlər.
“Mən, Babazadə Yusif Aslan oğlu və həmkəndlim Vəliyev Elçin Saleh oğlu, yazaraq sizdən xahiş edirik ki, şikayətimizi dərc edəsiniz.

Bildiririk ki, biz iki qonşu işıqsız qalmışıq. Bizim işıq xətlərimiz ağacların vasitəsilə çəkilmişdir. Bu yaxınlarda gətirib transformator yerləşdiriblər. Bütün kənd sakinləri işıqdan faydalanıb, amma 2 qazi evi işıqsız qalıb.

Astara rayon işıq idarəsi bizim şikayətimizə baxmadığı üçün media vasitəsilə müraciət edirik. İndiki zəmanədə işıqsız ev nə deməkdir?

Üstəlik, ağacların üzərində olan naqillər çox fəsadlar yaradır. Dəfələrlə ciddi təhlükələrin qarşısını almışıq.

Biz iki qazi ailəsi olaraq xahiş edirik ki, müraciətimizi cavabsız qoymayın”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO