[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident qazaxıstanlı həmkarını Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi barədə məlumatlandırıb

“Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.
Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin də ətraflı müzakirə olunduğunu vurğulayanda dövlətimizin başçısı qeyd edib:
“Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müğənni buna görə DİN-ə MÜRACİƏT ETDİ - TƏFƏRRÜAT

Müğənni Vüqar Muradov dələduzluqla üzləşib.

V.Muradov bu barədə Facebook sosial şəbəkəsində paylaşım edib.

Müğənni məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyevə müraciət edib:

"Az öncə nömrə satışıyla bağlı bir qız nömrə təklif etdi və 50 manat beh göndərdim, sonra nömrəmi blok etdi, digər nömrədən yazdım onu da blok etdi, zəhmət olmasa bir tədbir görərdiniz, sizə güvənimiz sonsuzdur".(Pravda)
Müğənni buna görə DİN-ə MÜRACİƏT ETDİ - TƏFƏRRÜAT
Müğənni buna görə DİN-ə MÜRACİƏT ETDİ - TƏFƏRRÜAT
Müğənni buna görə DİN-ə MÜRACİƏT ETDİ - TƏFƏRRÜAT
Müğənni buna görə DİN-ə MÜRACİƏT ETDİ - TƏFƏRRÜAT



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Valeh Hacıyev QHT sədrini DÖYDÜRÜB? - İTTİHAM VAR...


İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb. Bu barədə adıçəkilən təşkilatın üzvü Sima Babayeva deyib.

Onun sözlərinə görə, qəfil hücuma məruz qalan QHT rəhbərinə ağır xəsarət yetiriblər. “O, hazırda İstanbulda müalicə alır. Samir Adıgözəlli məmurlardan birinin şərab biznesi haqqında danışırdı“.

Baş vermiş hadisə ilə bağlı cumhuriyyet.az-a danışan Samir Adıgözəlli ona qarşı hücumun Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev tərəfindən təşkil olunacağını bildirib.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev Kiprdə şirkət qurması və Kiprdə qurduğu işə oğlu Orxan Hacıyevin rəhbərlik etməsi haqda iddialara rastlandıq. Belə ki, atanın dəstəyindən yararlanan oğulun rəhbərlik etdiyi “Qarabağlı” şirkəti alkoqollu içkilərin satışını həyata keçirir. Mənbənin bildirdiyinə görə, V.Hacıyev təmsil olunduğu vəzifənin yaratdığı üstünlükdən istifadə edərək, oğlunu Şimali Kipr prezidenti Ersin Tatarla belə görüşdürüb. Görüş zamanı prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının
inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin
yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının
təmin edilməsinin vacibliyini qeyd edib.

Rəsmi görüşdə iş adamlarından söhbət getsə də, bu əməkdaşlıq təklifindən nədənsə diaspor sahəsində kifayət qədər yüksək vəzifə daşıyan məmur Valeh Hacıyevin oğlu O.Hacıyev daha çox yararlanıb. Belə ki, O.Hacıyev Kiprdə tək alkoqollu içkilərin satışı ilə məşğul olmur, eyni zamanda onun Kiprdə daşınmaz əmlak və turizm biznesi də var.
Görünür V.Hacıyev özünün köhnə peşəsindən əl çəkmək niyyətində deyil. Necə deyərlər, “Naxırçı övladının könlü naxır əppəyində olar”. Belə ki, AFN.az-ın araşdırması zamanı onun əvvəllər də – 1991-2001-ci illərdə biznes fəaliyyəti ilə məşğul olduğu məlum olub. Biznesdən birbaşa İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsinə təyinat alan V.Hacıyev 1 il burada fəaliyyət göstərdikdən sonra 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsinə gəlib. 2004-cü ilədək bu vəzifədə çalışdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2004-cü il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrin birinci müavini, 13 iyul 2017-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

“Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.Hacıyevin komitə və diaspora daxilindəki fəaliyyəti də kifayət qədər narazılıq yaradır. Azərbaycan- Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun bununla bağlı fikirlərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Dünyamız, çevrəmiz, həyatımız dəyişir. Hər şey dəyişsə də komitədən müavin Valeh Hacıyev dəyişmir. Ölkə başçısı xaricdə yaşayan bütün soydaşlarımıza sarılıb, onlara qayğı göstərir. Valeh Hacıyev isə əl-qol sallayır, necə deyərlər “şıllaq” atır… Ömrünü Azərbaycan diasporunun parçalanmasına, soydaşlarımız arasında birlik və bərabərliyin pozulmasına sərf edən bu adam kimə xidmət edir? Dövlətin vəsaitini hara sərf edir? Onu kimlər “mühafizə” edir?” Fuad Muradov gənc və enerjili komanda ilə yeniliklərə can atır. Bu insansa özünü “laboratoriya siçanları” üzərində araşdırmalar edən biri kimi aparır. Valeh Hacıyev bizi Kiprdə parçalaya bilmədi. Amma 10 ildə işlərimizin getməməsi üçün “yeraltı” əməliyyatlar etdi. Bilmədi ki, biz yerin altı haqqında da, üstü haqqında da məlumat sahibiyik. 10 il ərzində gördüyümüz bütün işlərə rəğmən bir dəfə olsun bu insandan Allahın salamını görmədim. 50 qəpik cibindən Azərbaycan üçün pul xərcləməyib. Türkiyədə lüks otellər və restoranlarda dövlət hesabına məclislər qurub. Dövlətə uzun illər zərər vurub. Ölkəmizin xeyrinə olan heç bir müraciətə müsbət yanaşmayıb. Biz 10 ildir bütün məsələləri öz hesabımıza həll edirik. Dövlətimizdən çox razıyıq.Hər zaman ən üst səviyyədə qayğı görmüşük.”- deyə Orxan Həsənoğlu əlavə edib.Bundan sonra hər şey fərqli olacaq, Valeh Hacıyev. Sən və sənin kimi dövlət əmlakını talayan (isbat edəcəm, darıxma), ölkə nüfuzuna zərər verən, Türkiyədə fəaliyyət göstərən dərnəklərə və şəxslərə qarşı savaş açan xarakterlər təmizlənəcək. Biz Azərbaycan üçün gecəmizi gündüzümüzə qatdıq, cənab prezidentə xidmət etdik, dövlətimizin tanıtımı və soydaşlarımızın rahatlığı üçün çalışdıq. Sən 20 ildir nə etdin? Kimə xidmət etdin?”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Suçiçəyinə yoluxan uşaq öldü

Ermənistandakı tibb mərkəzlərinin birində uşaq suçiçəyi xəstəliyindən ölüb.

Bu barədə “Sağlamlıq hüququ” ictimai təşkilatının həmsədri Tsakik Vardanyan sosial şəbəkədə yazıb:

“Bu gün etibarlı mənbələrimizə əsasən, İrevan meriyasının tabeliyində olan “Surb Astvatsamayr” tibb mərkəzində suçiçəyi diaqnozu qoyulan 2015-ci il təvəllüdlü xəstənin bioloji ölümü qeydə alınıb.

Onu da əlavə edim ki, beynəlxalq göstəricilərə görə, suçiçəyi xəstəliyindən ölüm halları 60 000 hadisədən 1-də qeydə alınır.

2020-ci ilin iyun ayında Ermənistan səhiyyə rəsmisi ölkədə suçiçəyi fəaliyyətinin normal həddə olduğunu” bildirmişdi”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ülvi Quliyevin oğlunun Avropada adına olan mülkləri alınır:Oliqarx deputat London Məhkəməsinin hədəfindədir

Milli Məclisin deputatı Ülvi Quliyevin Avropadakı mülkləri əlindən alına bilər.

Bu barədə Avropadakı mənbələr məlumat yayıblar.
Məlumata görə, uzun illərdir ki, Avropada böyük biznes şəbəkəsi quran Ülvi Quliyevin Londonda olan mülklərinə, bank hesablarına "stop" qoyulub. Buna səbəb isə bu mülklərin əldə olunması üçün verilən deklarasiyalarda şübhəli məqamların olmasıdır.
Ülvi Quliyev 2005-ci ildən deputatdır.
Onun Avropadakı bizneslərinə Orxan adlı oğlunun rəhbərlik etdiyi bildirilir. Bu barədə bir müddət öncə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli də məlumat paylaşmışdı.
Bildirilir ki, Ülvi Quliyevin ən böyük bizneslərindən biri İngiltərədəki GUANO LİMİTED (qeydiyyat nömrəsi 06353306) 2007-ci ilin avqustun 28-də London apartment 103, Astra house 23-25 Arklow road ünvanında qeydiyyatdadır.
Bu şirkətin təsisçisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 6 ünvanında qeydiyyatda olan 1989-cu il avqust təvəllüdlü Orxan Quluzadədir.
Ülvi Quliyevin Bakıda da böyük biznes şəbəkəsi var. Belə ki, o, Bakı şəhərində yaşayış binalarının tikintisi ilə də məşöul olur.
Ötən həftə Böyük Britaniya hökuməti azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz yollarla əldə edilən gəlirlərlə" Londonda şübhəli yollarla satın aldıqları 22 mülkünü dondurub.(Yenixeber.org)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi işdən çıxarılıb - BUNA GÖRƏ...

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi işdən çıxarılıb.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, ötən ilin dekabr ayından etibarən Agentlik orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparır:

"Monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində qəti tədbirlər həyata keçirilir. Göyçay Rayon Prokurorluğunun müvafiq qərarına əsasən Maliyyə Nazirliyi və Agentlik bu ilin yanvar ayının 29-dan etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparır.

Araşdırma zamanı həmin kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Agentliyin sədrinin bugünkü əmri ilə tutduğu vəzifədən azad edilib".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azər Türk Bank”dan müştəriləri itirəcək addım - “card to card” əməliyyatlarını məhdudlaşdırdı

“Azər Türk Bank” (ATB) “card to card” əməliyyatlarını məhdudlaşdırıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bank sözügedən əməliyyat üzrə günlük və aylıq limit müəyyən edib.

Belə ki, bank müştəriləri “card to card” üzrə günlük 15 dəfə, ay ərzində isə 60 əməliyyat apara bilər.

Bankın bu addımı sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bildirib ki, ATB-nin bu addımı məntiqsizdir və nağdsız əməliyyatlar üçün bu bankın kartlarını istifadə edən müştərilərin itirilməsinə səbəb ola bilər.

Qeyd edək ki, “Azər Türk Bank” Azərbaycanda “card to card” əməliyyatlarını məhdudlaşdıran ilk bankdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Novruz qabağı bu məhsulların qiymətləri sürətlə QALXACAQ - AÇIQLAMA

Hər il Novruz bayramı ərəfəsində qiymət artımları müşahidə olunur. Bəs bu il qiymət artımı necə olacaq?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib

O bildirib ki, Yeni il və Novruz bayramı qabağı qiymətlər sürətlə artır:

"Azərbaycanda qiymət artımın rəsmi rəqəmlərlə ifadəsi azalmanın müşahidə olduğunu əsas verir. Amma vətəndaşlarda nədənsə belə bir hiss yoxdur ki, qiymətlərdə azalama var. Rəsmi rəqəmlər bunu deyir ki, Azərbaycanda inflyasiya azalıb. Ötən illər ərzində Azərbaycanda ikirəqəmli inflyasiya müşahidə olunurdu ki, bu da qiymətlərin artımında özünü göstərirdi. İndi isə statistika komitəsi inflyasiyanın 8 faizə düşdüyü bildirilib. Amma bu viziol olaraq vətəndaş tərəfindən görülmür. Azərbaycanda uzun illər monitoriqlar onu deməyə əsas verir ki, ölkədə Yeni il və Novruz bayramı qabağı qiymətlər sürətlə artır".

İqtisadçı bunun səbəblərinə aydınlıq gətirib:

"Qiymət artımının obyektiv və subyektib səbəbləri var. Obyektib səbəb odur, məhsula tələbat artır. İnsanlar Novruz süfrəsinə hazırlıq görür. Tələb artdıqca, bu qiymətə təsir göstərir. Bu zaman yerli məhsulların bazarda azalmasını müşahidə edirik. Dekabr- May ayları ərəfəsində yerli məhsullar bazara daha az çıxarılır. Bu da qiymətlərə təsir göstərir. Son 15 ilin monitoriqləri onu deməyə əsas verir ki, qiymət artımı may ayına qədər davam edir. Daha sonra isə yerli məhsulların bazara çıxması, qiymətlərin azalmasına səbəb olur. Təqribən may və iyun aylarından başlayaraq qiymətlərin artımında səngimə müşahidə olunur. Noyabrın əvvəlinə qədər qiymətlərdə kəşkin artım görmürük. Sonra yenidən nobaybr ayından başlayaraq, yeni il qabağı qiymətlərdə kəskin artımın şahidi oluruq. Uzun illərdir Azərbaycanda belə bir alqoritm var. Uzun illərdin biz bu şəkildə qiymət artımı dalğalarını yaşayırıq. Bu ildə istisna deyil. Novruz qabağı qiymətlərin daha da sürətlə qalxdığının şahidi oluruq"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daxili Qoşunların bir qrup hərbçisi təltif edildi - Siyahı

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Ələkbərov Nicat Vaqif oğlu – polkovnik

Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant

Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant

Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant

Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant

Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant

Ağayev Nemət Mir Tahir oğlu – mayor

Əliyev Rasim Nurməmməd oğlu – mayor

Quliyev Malik Əlipənah oğlu – mayor

Məhərrəmov Sətdar Razim oğlu – mayor

Niftəliyev Ayaz Tofiq oğlu – mayor

Məmmədov Bilal Şahin oğlu – kapitan.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Binəqədi bələdiyyəsi sakinləri “zibillikdə boğur”- VİDEO/FAKT


Faktdır ki, vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan bələdiyyələri, ilk vaxtlardan elə təşkil etmək tələb olundu ki, hər kəs öz fəaliyyətində bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin. Bu gün bələdiyyələrin bir çoxu istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qururlar ki, onlar seçici etimadını doğrulda bilsinlər. Belə bələdiyyələrdən fərqli olaraq Binəqədi qəsəbə bələdiyyəsi isə, bu gün də fəaliyyətini tamam fərqli formada həyata keçirməkdədir. Çünki, gundemxeber.az-ın redaksiyasının elektron poçtuna göndərilən video-çəkilişdən, daxil olan məlumatlardan və s. aydın olur ki, bu bələdiyyədə sədr əvəzi vəzifəni daşıyan İsayev Rəşad Əfqan oğlunun rəhbərliyi altında, bələdiyyə üzvləri heç də onlara aid olan məsələ və problemləri həll etmək iqtidarında deyillər. Məsələn, redaksiyamızın elektron poçtuna göndərilən video-çəkilişə diqqət yetirdikdə bəlli olur ki, Binəqədi rayonu, 1-ci mədən, 10-cu korpusun ərazisinə atılmış zidr-zibil uzun müddətdir ki, yığışdırılmır. Baxmayaraq ki, qeyd olunan ünvanda xeyli sayda sakinlər yaşayırlar və onlar hər ay Binəqədi qəsəbə bələdiyyəsinə zibilin daşınmasına görə pul ödəyirlər. O halda sual oluna bilər ki, hər ay yığılan pullar hara xərclənir ki, 1-ci mədən, 10-cu korpusun ərazisində zird-zibil aşıb-daşır. Video-çəkilişdə danışan şəxsin iddiasına görə, sakinlər bu günə kimi dəfələrlə bələdiyyəyə müraciətlər etsələr də, onların müraciətləri sanki “daşa dəyib”. Yəni, daşdan səs çıxıb, Binəqədi qəsəbə bələdiyyəsinin səlahiyyətlilərindən isə səs çıxmayıb. Bu da o deməkdir ki, bələdiyyənin rəhbərliyi və üzvləri, bu gün də sakinlərin haqlı narazılıqlarını “priznavat” etmirlər.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Binəqədi qəsəbə bələdiyyəsi qeyd olunan ərazidə yaşayan yerli sakinlərin üzüzə qaldıqları problemləri həll etmək iqtidarında deyil. Çünki, adicə qəsəbənin 1-ci mədən, 10-cu korpusun ərazisinə atılmış zibillər təmizlənmirsə, o halda digər problemlər necə həll oluna bilər?. Deməli, bu bələdiyyənin fəaliyyəti fəaliyyətsizliyə söykənir ki, bu gün qəsəbə ərazisində çoxsaylı problemlər yaşanmaqdadır. Düşündürücü hal odur ki, ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında bu gün də sakinlərin sağlamlığının təmin olunması, ətraf mühitin qorunması və təmiz saxlanması yöndə ardıcıl tədbirlər həyata keçirilsə də, Binəqədi qəsəbə bələdiyyəsi isə, hələ də öz ampulasındadır. Əgər bu belə olmasaydı o halda adı çəkilən bu qurumun rəhbərliyində təmsil olunan şəxslər üzərinə düşən vəzifə boclarını yerinə yetirib, zamanında lazımi addımlarını atardılar. Deməli, belə bir halın varlığı onu göstərir ki, adı çəkilən bu bələdiyyənin rəhbərliyində olan şəxslər ölkə rəhbərinin verdiyi tapşırıqlara məhəl qoymurlar və sakinlərin sağlamlıqlarının qorunması, ətraf mühitin qorunması və s. kimi məsələrlə bağlı, hələ də sayğısızlıq göstərməkdə davam edirlər. Qarşi tərəfin də mövqeyini dinləyə bilərik.
Videonu izləmək üçün linkə daxil olun:
My Webpage

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO