[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? - Asiman Həsənovun pardaxlanan tenderləri...

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşaraq komaya düşdü. Bu hadisədən sonra uşağın atası Zamin Babayev mediaya açıqlama verərək Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkildiyini bildirdi.

Bəs, doğrudanmı Bakı sağlamlıq Mərkəzinin stomatoloji kabinetində baş verən biabırçı hadisəyədək oksigen xətti olmayıb? Axı hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılan, şəhərin mərkəzində yerləşən, digər tibb müəssisələri ilə müqayisədə yalnız və yalnız ödənişli xidmət göstərən Bakı Sağlamlıq Mərkəzində ümumiyyətlə vəziyyət nə yerdədir? Büdcədən hər il bu tibb müəssisəsinə nə qədər pul ayrılır? Baş direktoru nun adı illərdir müxtəlif qalmaqallarda, maxinasiyalarda hallanan Bakı Sağlamlıq Mərkəzində reallıq necədir?

AzFakt.com saytı Bakı Sağlamlıq Mərkəzinin sifarişçi olduğu bir neçə satınalma üzərində araşdırma aparıb. Araşdırmamız zamanı məlum oldu ki, bu müəssisə cari ilin ilk 2 ayında xərclədiyi vəsait on milyon manata yaxındır:

Bakı Sağlamlıq Mərkəzi bu ilin yanvar ayının 15-də "Tibbi avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub. Tenderin məbləği 4.9 milyon manat, qalibi isə "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.

Bakı Sağlamlıq Mərkəzi bu tenderdən 9 gün sonra- yanvar ayının 24-də "Dərman preparatları, laboratoriya tibbi sərf malları və kardioloji invaziv əməliyyatlarda istifadə edilən xüsusi tibbi sərf mallarının satınalınması" lotu üzrə daha bir tenderə yekun vurub. Bu tenderin məbləği 4.6 milyon manat olub. Tenderdə bu dəfə də "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.

Mərkəzin ötən ilin sentyabr ayının 27-də yekunlaşdırdığı "Informasiya texnologiyaları avadanlıqlarının satınalınması" adlı tenderin məbləği isə nə az -nə çox - 557.669 manat təşkil edib. Bu tenderdə isə "Az Services" MMC qalib seçilib.

Bakı Sağlamlıq Mərkəzinin çoxrəqəmli tenderlərindən biri isə 2023-cü aprel ayının 17-də keçirilib. "Maye oksigenin satınalınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 120,360 manat, tenderin qalibi isə "Çinar-Servis" İstehsalam Kommersiya Firması olub.

Bəs yuxarıda da qeyd etdiyimiz kimi büdcədən milyonlar ayrılan Bakı Sağlamlıq Mərkəzinin real durumu necədir?

Araşdırmamız zamanı məlum oldu ki, hər il milyonlarla manat xərclənən Bakı Sağlamlıq Mərkəzində vəziyyət heç də ürəkaçan deyil.

Belə ki, Mərkəzə ayaq basan ilk adam burada döşəmədə oynayan sınıq-salxaq daşların üzəri ilə birtəhər özünü qeydiyyat şöbəsinə çatdırmalıdır. Sınıq-salxaq, yerindən qopan döşəmə daşların üzərindən qeydiyyat şöbəsinə çatan şəxs allahına şükür eləməyə macal tapmamış soyğun başlanır. Qiymətlər heç də özəl xəstəxanalardan fərqlənmir. Keyfiyyət sıfır olan Mərkəzdə həkimlərin əksəriyyətinin savadsız olduğu bildirilir.

Məlumata görə Bakı Sağlamlıq Mərkəzində savadlı həkimlərin çalışmaq istəməməsinin əsl səbəblərindən biri müəssisənin rəhbərliyi ilə bağlıdır.

Belə ki, Mərkəzin baş direktoru Asiman Həsənovun burada əsl avtoritar rejim yaratdığı deyilir. Mərkəzə üz tutan xəstələrin əsasən Asiman Həsənova xüsusi yaxınlığı ilə seçilən həkimlərə yönləndirilir.

Günün bir neçə saatını Mərkəzdə keçirən Asiman Həsənovu əsas maraqlandıran məsələ burada yığılan vəsaitlərin miqdarıdır.

Araşdırmamız zamanı o da məlum oldu ki, Bakı Sağlamlıq Mərkəzində illərdir həkimlik karyerası olanların yox, baş direktora yaxın olan çevrənin sözü daha keçərlidir. Hətta bu "çevrə"nin Mərkəzdə işə qəbul məsələlərinə də baxdığı vurğulanır.

Əlbəttə ki, bizi Bakı Sağlamlıq Mərkəzini kimlərin idarə etdiyi, daha doğrusu "fırlatdı" yox, bu müəssisənin əhalinin sağlamlığı keşiyində necə dayandığı, ayrılan milyonlarla vəsaiti necə xərclədiyi daha çox maraqlandırır.

Qeyd etdiyimiz kimi Bakı Sağlamlıq Mərkəzi son iki ayda dərman vasitələri və preparatlarına, tibbi sərf materiallarına üst-üstə on milyon manata yaxın vəsait xərcləyib.

Amma bu müəssisədə əməliyyata alınan şəxslərin əksəriyyətinə kənardan dava-dərman aldırırlar.

Bu barədə sosial şəbəkələrdə xeyli sayda məlumatlar yer alır.

O zaman sual olunur, bazada əməliyyat olunan xəstələr üçün dərman preparatı çatmırsa büdcədən ayrılan milyonlar nəyə xərclənir?

Daha bir sual olunan məsələ isə Bakı Sağlamlıq Mərkəzinin tenderlərinin qeyri-şəffaf keçirilməsi, daha dəqiqi qalib edilən şirkətlərin rəhbər şəxslərinin Asiman Həsənovla müəyyən maraqlarının birləşməsidir. Bakı Sağlamlıq Mərkəzinin baş direktorunun son illər artan mal-mülklərinin nəyin hesabına əldə edilməsinə gəlincə isə... Bu barədə növbəti araşdırmamızda daha geniş bəhs edəcəyik.

Xatırladaq ki, Bakı Sağlamlıq Mərkəzində 19 şöbə fəaliyyət göstərir.

Mərkəzə 2019-cu ildən Asiman Həsənov rəhbərlik edir.(AzFakt.com)

Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən mövqe ala bilmədik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın oğlu vəzifəsindən azad edilibmiş - Onun yerinə isə...

Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Orxan Əliyev Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsindən azad olunub. Onun yerinə isə hələlik təyinat yoxdur.

Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri saytımıza məlumatı təsdiqləyib. Qurum rəsmisi bildirib ki, bir müddət əvvəl Orxan Əliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə isə sədrin müavini vəzifəsinə təyin olunmuşdu.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubadan Bakıya BİR ŞİKAYƏTÇİ AXINI VAR... - İLGİNC FAKT

İlqar Mahmudov Qubaya keçən ilin avqust ayında başçı təyin olunub. Sakinlər dia-az.info-ya müraciətlərində bildirirlər ki, bu müddətdən bəri başçı ilə görüşmək, onun qəbulunda olub dərdini danışmaq problemə çevrilib. Elə buna görə də bu gün Qubadan paytaxtt Bakıya bir şikayətçi axını var...

Biz də dia-az.info olaraq sakinlərin iddiasını araşdırdıq və gördük ki, 31 avqust 2023-cü ildən bəri icra başçısı postuna təyinat alan İlqar müəllimin vəəndaş qəbulu ilə arası o qədər də yaxşı deyil. Məsələn, sonuncu dəfə 23 fevral 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.
Qubadan Bakıya BİR ŞİKAYƏTÇİ AXINI VAR... - İLGİNC FAKT

Təqdim etdiyimiz aşağıdakı fotodan da aydın olur ki, İlqar müəllim "vətəndaş qəbulu" adı altında MƏMUR QƏBULU həyata keçirib, "yuxarılar"ın gözünə kül üfürməklə məşğuldur. Hər halda, bunu aydın şəkildə görmək olar və eyni adamları digər görüşlərdən də müşahidə etmək olur.
Qubadan Bakıya BİR ŞİKAYƏTÇİ AXINI VAR... - İLGİNC FAKT

Elə bu barədə dia-az.info-ya yazan sakinlər iddia edir ki, başçı onları qapıda görəndə belə "Əəə, bunları burdan rədd edin" deyərək yanındakılara göstəriş verir.

Hər halda, bu iddialar gərəkən qurumlar tərəfindən araşdırılmalıdır. Ən azından ona görə ki, bu gün həqiqətən də Qubadan Bakıya bir şikayətçi axını var...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oskanyan “artsax” komitəsinə beynəlxalq mandat almağa çalışır... - 3 gündə 16 görüş keçirdi...

“Bu ilin yanvarında yaradılmış artsax məsələsi üzrə beynəlxalq komitənin koordinatoru Vardan Oskanyan və komitənin bir sıra üzvləri bir neçə həftədir ki, xaricdədirlər. Onlar Ermənistanın və Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri ilə fəal görüşlər keçiriblər. Nəzərinizə çatdıraq ki, komissiya artsax parlamenti tərəfindən yaradılıb və artsax xalqının kollektiv repatriasiyası və digər hüquqların müdafiəsi məsələləri ilə məşğul olmağa çağırılıb”.
Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazır.

Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin qondarma “parlament” tör-töküntüləri gözləyirlər ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan martın ortalarında ölkəyə qayıdacaq və onlarla görüş zamanı gördüyü işləri təqdim edəcək. Məlumata görə, sabiq nazir nazirlik dövründə olan Avropa əlaqələrini bərpa edib, əsas fiqurlarla, o cümlədən Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə görüşlər keçirib. Oskanyanın 3 gün ərzində 16 görüş keçirdiyi deyilir. Qondarma “artsax” komitəsi hazırda beynəlxalq mandat almaq məsələləri ilə məşğuldur və hüquqşünaslarla müzakirələr aparılır.

“Ən tez başa gələn variant komitəni qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçirməkdir. Lakin komitə nümayəndələrinin fikrincə, QHT aşağı statusda olur, ona görə də komitəyə beynəlxalq mandat verilməlidir. Yeri gəlmişkən, Vardan Oskanyan öz maliyyəsini komitəyə və onun iclaslarına sərf edir və səhhətində yaranan problemlərə baxmayaraq, özünü tamamilə bu işə həsr edib”-, erməni nəşri belə yazır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Gömrük Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım əməkdaşlarını təbrik edib. Qurumun təbriki publik formada olub və ciddi ictimai müzakirələrə zəmin yaradıb.

Yenisabah.az bildirir ki, təkcə sadə vətəndaşlar deyil, çox sayda mütəxəssis də Komitənin seçdiyi təbrik formasını məqbul saymayıb. Sözügedən videoya münasibət bildirən bir çox həkim və psixoloq bu “təbrik”in xanım əməkdaşlara stress yaşatdığını bildiriblər. İddia ediblər ki, zərif cinsin nümayəndələrinə qarşı bu münasibət onlara ciddi stress yaşatdığı üçün gələcəkdə müxtəlif xəstəliklərə tutulmalarına səbəb ola bilər.

Qeyd edək ki, bu məsələ ötən gündən bəri sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır. Şəbəkə istifadəçiləri dövlət qurumunda qadınlara belə ciddi stress yaşatmağın yolverilməz olduğunu bildirirlər. Bu “zarafat”ın yersiz olduğunu vurğulayan vətəndaşlar məsuliyyətin birbaşa DGK rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıblar.

Bəzi sosial şəbəkə istifadəçiləri isə DGK rəhbərliyinə bu məzmunda suallar ünvanlayıblar: “Siz öz ananızı, bacınızı bu cür təbrik edərdiniz?”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azəriqaz”dan TOTAL QAZLAMA... - NƏ BAŞ VERİR?

Son illərdə bölgələrdə və paytaxtda sakinlər arasında narazılıq yaradan əsas məsələ Azəriqaz İstehsalat Birliyinin tətbiq etdiyi cərimələrdir. Sakinlər bu cərimələrin onlara sayğaca müdaxilə iddiası ilə tətbiq edildiyini bildirsələr də, heç bir halda belə bir qanunsuzluğa yol vermədiklərini deyirlər. Bu etirazların ölkə mediasında və sosial şəbəkələrdə yayılması sakinlərin heç də haqsız olmadığını deməyə əsas verir.

İşin qəribə tərəfi budur ki, "Azəriqaz” sayğacın zədələnməsi iddiası ilə sözügedən qurğuları dəyişdirib və yalnız bundan sonra müdaxilə edilməsini əsas gətirərək cərimə yazır.

Məsələ ilə bağlı dəfələrlə mətbuatda və sosial şəbəkələrdə şikayətlər dərc olunub.

Qeyd olunan məsələ ilə bağlı Cəlilabad rayonunda da vəziyyət kritikdir.

Omedia.az məsələ ilə bağlı statistik araşdırma aparıb.

Məlum olub ki, son 2 ildə "Azəriqaz İB"-nin Lənkəran regional idarəsinin Cəlilabad xidmət sahəsi üzrə 300-ə qədər vətəndaşa əsassız cərimə yazılıb.

Əsassız olduğunu deməyimizin isə tam qanuni əsası var. Son iki ildə cərimə yazılan vətəndaşlar arasında 123 abonent Cəlilabad rayon Məhkəməsində "AZƏRİQAZ" İB-nin Lənkəran regional idarəsinin Cəlilabad xidmət sahəsinə qarşı cərimənin əsassız olması ilə bağlı iddia qaldırıb.

Yekun qərar çıxarılan 103 məhkəmə işinin hamısında məhkəmə vətəndaşları haqlı hesab edib, Cəlilabad xidmət sahəsinin əməkdaşlarının yazdığı cəriməni əsasız hesab edib və borcun silinməsi qərarını verib.

Hal - hazırda Cəlilabad rayon məhkəməsində 20 nəfərin analoji iddia ərizəsi baxılma mərhələsindədir.

Vətəndaşlara yazılan cərimələrin məbləği minumum 127 azn, maksimum 4500 manat arasında dəyişir.

Cəlilabad rayonunda məhkəmə qararı ilə son 2 ildə əsasız hesab edilən cərimənin məbləği isə nə az nə çox düz 85min 560 manatdır (85.560 azn).

Cərimənin yazılması isə sahə əməkdaşları tərəfindən bir birinə oxşar hallarla həyat keçirilir.

Azəriqaz İB-nin Lənkəran regional İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları vətəndaşın yaşadığı evə quraşdırılmış qaz sayğacına baxış keçirmiş, sayğacın istismar müddəti bitdiyi üçün çıxararaq aparırlar və vətəndaş üçün yeni sayğac quraşdırılır. Həmin vaxt köhnə sayğacda kənar müdaxilənin olması barədə hər hansı irad və ya akt tərtib edilmir bir neçə gün sonra jsə akt tərtib olunur və həmin aktda guya sayğaca müdaxilə olunduğu göstərilir.

Məhkəmə qərarların araşdırarkən məlum olur ki, həmin qaz sayğaclarına Azəriqaz» İB-nin Lənkəran regional İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər mütəmadi olaraq baxış keçirirlər, belə bir müdaxilə olsaydı nəzarətçilər bunu aşkar edərdilər. Mübahsəli akt tərtib olunan zaman vətəndaşın iştirakı təmin edilmir və abonentlər həmin aktdan sonradan xəbər tuturlar.

Rayonlar arasında ən çox məhkəməyə müraciət isə Abşeron rayonun payına düşür.

Belə ki, son iki ildə Abşeron rayon sakinləri tərəfindən cərimələrin silinməsi ilə bağlı 3000 dən çox müraciət Abşeron rayon Məhkəməsinə daxil olub, 2250 halda yekun qərar verilib, 2218 halda vətəndaş haqlı hesab edilib.

Cəlilabad rayonu üzrə bu sahədə olan araşdırmanın ikinci hissəsi növbəti yazımızda olacaq.

Qeyd olunanlarla bağlı adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Omedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
PİON LOUNGE restoranı BELƏ NARAZILIQ YARADIR... - FOTOFAKT

Bakıda yerləşən "PİON LOUNGE" restoranının qarşısında sözün əsl mənasında özbaşınalıq yaşanır. Bu barədə dia-az.info-ya müraciət edən sakinlərin sözlərinə görə, restorana gələnlər avtomobillərini yolun hərəkət istiqamətində saxlayaraq, digər hərəkət iştirakçılarına maneə olurlar.

Yolun restorana gələnlər tərəfindən zəbt edilməsi səbəbindən saatlarla tıxaclar əmələ gəlir.

Nəticədə sürücülər mənzil başına vaxtında yetişə bilmirlər. Elə bu səbəbdən də dia-az.info-ya müraciət edən şikayətçilər aidiyyatı qurumlardan problemi kökündən həll etmələrini xahiş edirlər.
PİON LOUNGE restoranı BELƏ NARAZILIQ YARADIR... - FOTOFAKT
PİON LOUNGE restoranı BELƏ NARAZILIQ YARADIR... - FOTOFAKT
PİON LOUNGE restoranı BELƏ NARAZILIQ YARADIR... - FOTOFAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Geofizika və Geologiya İdarəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...

Keçən günlərdə Geofizika və Geologiya İdarəsində baş verən qanunsuzluqlarla bağlı dia-az.info olaraq informasiyaları paylaşmışdıq.

Yazısı burada: "Bunlar üçün ölkə qanunları heç bir əhəmiyyət kəsb etmir..." - ETİRAZ VAR... My Webpage

Qeyd edək ki, bu və digər faktların işıqlanması sözügedən qurumun rəhbərliyində əndişə yaradıb və hətta daxildə "casus" ovuna da çıxıblar.

Qeyd edək ki, bu məsələlərə neçə-neçə işçi də reaksiya nümayiş etdirib. Onlardan birinin - İmran Ələkbərzadənin Geofizika və Geologiya İdarəsi daxilində etiraz səsini qaldıranların hədəfə alınmasına etiraz olaraq söylədiyi fikirləri təqdim edirik:

"Mən hüququ bitirmişəm, qanunları da bir az bilirəm. Men Şəhid qardaşı, əlil qaziyəm. Bakı Müharibə Əlil və Qazilər Birliyinin Nizami rayonu üzrə sədriyəm. Çəkinəcək yerim də yoxdur.

Oğurluq edən, fəhlənin haqqını yeyən, külli miqdarda dövlət əmlakını mənimsəyən onlardırsa, mən niyə qoxmaliyam?

Əgər həddlərini aşsalar, bütün aidiyyatı orqanlara faktlarla, sübutlarla müraciət ediləcək..."

Dia-az.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO