[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda şadlıq saraylarında fantastik menyu qiymətləri - 350, 400, 450...

Ailə qurmağa hazırlaşan cütlükləri maraqlandıran əsas məsələlərdən biri də şadlıq saraylarının mövcud menyu qiymətləridir. Bakıda menyusu 35 manatdan tutmuş 450 manata qədər xidmət təklif edən şadlıq evlərinə rast gəlinir. Qiymətlərin formalaşmasına isə müxtəlif amillər təsir göstərir.

İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında deyir ki, şadlıq saraylarının qiymətləri ümumi inflyasiya trendinə uyğun tənzimlənir.

Onun sözlərinə görə, şadlıq evlərində qiyməti formalaşdıran əsas amillər bazar qiymətləri, xidmətlər, eləcə də vergilərdir: "Məsələn, əvvəl vergi orqanları şadlıq saraylarının üzərinə o qədər getmirdi. İndi isə daha ciddi məşğul olurlar. Nəticədə şadlıq evlərinin vergi ödənişləri artdıqda bu, menyu qiymətlərinə də öz təsirini göstərir".

Bu sahə üzrə Azərbaycanda yüksək rəqabət olduğunu deyən ekspert bildirib ki, təkcə Bakıda yüzlərlə şadlıq evi mövcuddur: "Restoran sahibləri mal və məhsulu özləri istehsal etmir, hər masa üçün lazım olan ərzağı və digər məhsulları bazardan alırlar. Nəticə etibarilə mal və məhsulların qiymətlərinin qalxması, təbii ki, toyların qiymətini də artırır".

Beləliklə, Bakıda yerləşən bəzi şadlıq saraylarındakı menyu qiymətlərini təqdim edirik:

750 nəfərlik qonağı qarşılamağa malik olan "Grand Neon"da menyu qiymətləri 65 manatdan başlayır. Burada ən bahalı menyu 210 manat təşkil edir.

500 nəfərədək qonağa xidmət göstərən "Mona liza"da isə qiymətlər 80-110-140 manat aralığında dəyişir.

600 nəfərlik zalla xidmət göstərən "Alp Saray"da qiymətlər 90-120-160 manat aralığındadır.

"Çıraq Palace" şadlıq sarayında qonaqlar üçün 650 nəfərlik zal mövcuddur. Burada isə qiymətlər 55 manatdan başlayaraq 120 manat təşkil edir.

"Su səsi" şadlıq sarayının toy zalı 850 nəfərlik üçün nəzərdə tutulub. Burada da menyu qiymətləri müxtəlifliyinə görə 80-100-130 manat müəyyənləşib.

300 və 800 nəfərlik zallara malik olan "Böyük saray"da qiymətlər 200 manatdan başlayır. Şadlıq sarayında ən bahalı menyu qiyməti isə 400 manat təşkil edir.

Paytaxtın ən bahalı şadlıq saraylarından biri də "Sapfir Saray"dır. 650 nəfərlik tutumu olan sarayda ən ucuz menyu qiyməti 160 manat, ən bahalı menyu qiyməti isə 450 manatdır. Bundan əlavə, toy sahiblərinin istəyinə uyğun olaraq burada 180-200-250-320 manatlıq menyu qiymətləri də təklif olunur.

480 nəfərlik zalla qonaqlara xidmət göstərən "Niel" şadlıq sarayında qiymətlər 90-160 manat aralığında dəyişir.

Kiçik və böyük zalda qonaqları qarşılayan "Buta Palace"da isə menyu qiymətləri 250 manatdan başlayır. Bununla yanaşı bu şadlıq sarayı toy sahiblərinin istəyinə uyğun olaraq 300 manatlıq menyu da təklif edir.

700 nəfərlik zala sahib olan "Ay İşığı" şadlıq sarayında isə qiymətlər 100-200 manat aralığında dəyişir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi - ADAM HARNLAYIB RƏSMƏN...

Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə evləri onların razılığı olmadan sökülən vətəndaşlar Prezident İlham Əliyevə müraciət edib.
Sakinlər həmin müraciətlərinin Musavat.com-da dərc olunmasını xahiş edib.

Məktubda yazılıb:

Hörmətli Cənab Prezidentimiz!

Daxili, xarici, regional və qlobal siyasətlə intensiv məşğul olduğunuz gərgin, vaxtınızın az olduğu bir dövrdə Sizi narahat etdiyimizə görə öncə üzr istəyirik. Bizim haqlı şikayətlərimizə, müraciətlərimizə, mülklərimizin varvarcasına, cinayət yolu ilə dağıdılmasına, öz evimizdə yaşamaq hüquqlarımızın məhdudlaşdırılmasına son 2 il ərzində heç bir müvafiq dövlət orqanı, məmur reaksiya vermədiyi, problemimizi həll etmədiyi, "İnvest M. Construction” MMC adlı tikinti şirkətinin törətdiyi cinayət xarakterli əməllərinin qarşısı alınmadığı üçün Sizə müraciət etməyə vadar olduq.

"İnvest M. Construction” MMC 2 ildən çoxdur ki, paytaxtımızın Yaşıl vadi adlanan ərazisində (hansı ki, şirkət 2 ildə orada yaşıllıqdan əsər-əlamət qoymadı, yerlə yeksan etdi, 200-ə yaxın irigövdəli ağacları kəsib məhv edib) – Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə çoxsaylı ağır cinayətlər törətməklə - söküntü-tikinti, yanğın, arxitektur normalarını pozaraq, kommunikasiya sistemini məhv edərək, özbaşına söküntü işləri aparır, bunların yerində yeni binalar tikmək niyyətindədir.

Bizə, rəsmi müraciətlərimizə verilən cavablardan bəlli olub ki, tikinti şirkətinin bu ərazidə vətəndaşların mülklərinin sökülməsi və tikinti aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir rəsmi icazələri, razılıq sənədi yoxdur. Ancaq onlar 2 ildən artıqdır ki, bu ərazidə mülkiyyətçilər üzərində hər cür işgəncələr vermək üsulu ilə (mənzilləri, işıq, qaz, su, telefon, internet və kanalizasiya, kommunikasiya xətlərini cinayətkarcasına darmadağın etməklə) varvarlıq edirlər və söküntü işləri aparırlar. Bu isə faktiki olaraq cinayət xarakterli əməllərdir.

Dövlət qurumları şirkətin cinayət əməllərini "mülki iş" kimi əlaqələndirərək faktiki olaraq onlara bu cinayətləri kəskinləşdirməyə yardım edirlər.
BŞHİ-nin 18.12.2020 №274 Sərəncamı ilə bu ərazidə aparılan söküntü-tikinti işlərinə nəzarət Nəsimi Rayon İH-nın başçısı Asif Əsgərova tapşırılmışdır, o isə 2 il ərzində bu ərazidə başlarına min bir faciə törədilən mülkiyyətçilərin hüquqları ilə bağlı bir dəfə də olsun bu əraziyə gəlməmişdir.
Cənab Əsgərov vətəndaşların şikayətlərinə nəinki biganədir, başçının özü, Nəsimi rayonun hüquq-mühafizə orqanları bu ərazidə vətəndaşların üzərində aparılan cinayət poliqonuna "mülki iş" kimi yanaşaraq heç bir tədbir görmürlər.
Son 9 ayda mütəmadi olaraq qaz, işıq, su, telefon, kanalizasiya və digər kommunikasiya xətlərimiz gecələr tikinti şirkətinin qoçu və dələduzları tərəfindən darmadağın edilir. Cənab Asif Əsgərovun rəhbərliyi ilə rayon hüquq mühafizə orqanları‎ bu cinayətlərə biganədirlər və onların laqeydliyi təsdiqləyir ki, şirkətə qəyyumluq edirlər.
Dəhşətlisi odur ki, bizə qarşı şirkətin törətdiyi cinayət xarakterli əməllərə dövlət orqanları göz yumur, heç bir cəza tətbiq etmir, cinayət işlərinin açılması üçün iddia qaldırmırlar. Bizdə haqlı sual yaranır: Nə üçün hüquqi dövlətimizdə biz vətəndaşlara qarşı törədilən cinayətlərin qarşısını aidiyyəti qurumlar almır və nəticədə daha dəhşətli hallar baş verir? Bu halları qısa şəkildə diqqətə çatdırırıq:

- Bizim mənzillərimiz zorakılıq üsulları ilə dağıdılır, əmlakını qorumaq istəyən vətəndaşlar şirkətin qoçuları tərəfindən dəfələrlə döyülüb, fiziki təzyiqlərə, təhdidlərə məruz qalıb. Lakin açıq şəkildə törədilən bu ağır cinayətlərlə bağlı bütün müvafiq orqanlara – Ali Məhkəmə, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ədliyyə nazirliyi, BŞİH, Nəsimi rayon icra hakimiyyətinə müraciət etsək də, bütün səlahiyyətli orqanlar susur, məktublarımızı cavabsız qoyur, ya da formal olaraq çeynənmiş, bu "mülki işdir" deyə standart cavablar verirlər.
Nəsimi rayon Məhkəmə icraçıları cinayətkarlarla əlbir olub işbirliyinə girərək Məhkəmə qərarlarını icra etmirlər.
Nəsimi rayon İcra Şöbəsinin rəisi cənab Yavər Allahverdiyev və Nəsimi İcra və probasiya şöbəsinin icraçısı Murad Xudaverdiyevin tikinti şirkətinin cinayətkar dəstələri ilə bizə qarşı işbirliyinə girməsi onların əməllərində açıq-aydın təsdiqlənir. Cinayətkar dəstələr tərəfindən insan üçün zəruri olan işıq, qaz, su, telefon, internet, kanalizasiya, kommunikasiya xətlərimizin darmadağın edilməsinə, məhkəmə qərarlarına baxmayaraq M.Mirqasımov küç 4 ünvanından olan yolumuzun açılmamasına göz yumaraq şirkətin dələduzlarına yardımçı olmaları bizdə ikrah hissi doğurur.

- Bizim üçün çox qaranlıq və təəccüblü məqam ondan ibarətdir ki, bizə olan təqiblərə bütün dövlət qurumları laqeyd olmaqla bizim, mülkiyyətçilərin mənzillərinin işıq, qaz, su, telefon, internet, kanalizasiya ümumilikdə kommunikasiya xətlərinə cavabdeh olan dövlət agentlikləri; “Azərişıq” ASC-nin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri (düzdür onlar bizim zənglərimizlə əraziyə gəlir, kommunikasiya xətlərimizi bərpa etmək üçün səylər göstərirlər) lakin, tikinti şirkətinin hər gün bir neçə dəfə törətdikləri cinayət əməllərinə qarşı heç bir cinayət iddiası qaldırmırlar.
Biz iki ilə yaxındır işıq, qaz, su, telefon, internet haqqını ödəyirik. Mütəmadi olaraq şirkət qaz, su, işıq, telefon xətlərimizi qəsdən dağıdır, bizi kommunikasiyalardan məhrum edir. Mütəmadi olaraq hər gün “Azərsu”, “Azərişıq”, “Azəriqaz”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişik, lakin onlar şirkətin dövlət əmlakı olan kommunikasiya xətlərini dağıdıb cinayət xarakterli əməllər törətməsinə görə məhkəmə, hüquq-mühafizə orqanlarına müraciət edib onların cəzalandırılmasını tələb etmirlər. Hansı səbəbdən? Cinayətkarlara olan bu güzəştlər onları daha da ağır cinayətlər törətməyə sövq edir.

Cənab Prezident!

Bu qanunsuzluqları törədən keçmiş deputat, bir dəstə zorakı dəstəni başına toplayan tikinti maqnatı Əsabil Qasımova məxsus olan "İnvest M. Construction” heç bir hüquq tanımır, başımıza müsibətlər gətirir və dövlət qurumları da onların cinayətlərinə göz yumur.

Birmənalı şəkildə bildirir ki, ərazidə bizə qarşı baş verənlər, təkidlə təkrarlayırıq bu artıq "mülki iş" deyil, mülkiyyət və şəxsiyyət əleyhinə ağır cinayətdir.

Sizdən acizanə şəkildə xahiş edirik:

- Bizə qarşı çoxsaylı ağır cinayətlər törədən və törətməkdə davam edən şirkətin rəhbərliyinə qarşı cinayət işi başlanması, törətdikləri mülkiyyət və şəxsiyyət əleyhinə cinayətlərə görə hüquqi dövlət qarşısında cavab vermələrinin təmin olunması barədə müvafiq göstərişlər verəsiniz;

-Bugünədək bu ərazidə şirkətin törətdiyi ağır cinayətlər araşdırılmalı, müvafiq dövlət qurumları, Hüquq Mühafizə Orqanları, Respublika Baş Prokurorluğu, Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində cinayət işlərinin başlaması və baş verənlərə göz yuman dövlət qurumlarının məmurlarının cəzalandırılmasını konstitusion hüquqlarımızdan istifadə edərək Sizdən xahiş edirik.

Cənab Prezident!

Yeganə xilaskarımız kimi, ümid yeri olaraq Sizi görürük. Ancaq Sizə inanırıq. Zorakı dəstənin qarşısını ancaq Siz ala bilərsiniz. Biz Sizə ümid bəsləyirik!

Öncədən minnətdarlığımızı bildiririk.
Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi - ADAM HARNLAYIB RƏSMƏN...
Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi - ADAM HARNLAYIB RƏSMƏN...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DünyaGöz-də əməliyyat etdirdi, gözləri tutuldu – Akıncıdan pulunu tələb edir

Bakıda DünyaGöz Xəstəxanasından və orada çalışan türk oftolmoloq Dorukan Akıncı konpensassiya tələb edilir.
Qaynarinfo-nun məlumatına görə, Meyram Hətəmova (ad-soyad şərti) bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Şahin Abdullayevin sədrliyi ilə baxılıb.
Meyram Hətəmova iddia edib ki, DünyaGöz Xəstəxanasında çalışan türk oftolmoloq Dorukan Akıncı tərəfindən gözündə əməliyyat aparılıb. Bu əməliyyat nəticə verməyib və görmə qabiliyyəti ititib. Pasiyent uğursuz əməliyyat üçün ödədiyi vəsaitin həm xəstəxanadan, həm də həmin xəstəxanada çalışan və əməliyyatı aparan Dorukan Akıncıdan müştərək qaydada tutulmasını xahiş edib.
DünyaGöz-də əməliyyat etdirdi, gözləri tutuldu – Akıncıdan pulunu tələb edir

Hakim Şahin Abdullayev hesab edib ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar həlli qaydasına da riayət edilməyib. Belə ki, iddiaçı yalnız Türkiyə Sağlamlıq Nazirliyinə uğursuz əməliyyatla bağlı müraciət etməsinə dair sübutları ərizəyə əlavə edib. Müraciətə cavab olaraq əməliyyat Azərbaycanda icra edildiyi üçün, ölkədə fəaliyyət göstərən DüynaGöz Xəstəxanasının xaricdə fəaliyyətinin və qiymətləndirmə öhdəliyinin Azərbaycandan kənarda mövcud olmadığı üçün ona təzminat tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilib. Lakin iddiaçı müqavilə əsasında göz əməliyyatını icra edən DünyaGöz Xəstəxanasına ödədiyi pulun geri qaytarılması ilə əlaqədar müraciət etməsi və onun müraciətinə hər hansı cavab verilməsi ilə bağlı sübutları iddia ərizəsinə əlavə etməyib.
Məhkəmə hesab edib ki, xəstəxanaya qarşı pul tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Azərbaycan qadınlarını TƏBRİK ETDİ

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.

Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Atalar da uşaqlara görə əmək pensiyaları ala biləcək - Şərtlər açıqlandı

Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağı hal da şamil ediləcək.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, 3 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Mövcud qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.

Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək


Hələ 2022-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun vəzifəsindən azad olunacağı barədə elektron media məlumat yaymışdı. Həmin məlumatda buna səbəb kimi Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı şəhərin infrastrukturu sahəsində ciddi problemlərin şahidi olduğu göstərilirdi. Məlumatda həmçinin İcra başçısının Prezident Administrasiyasına çağırıldığı da qeyd edilirdi.

Elə həmin vaxtlar da sosial şəbəkələrdə Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyası yayıldı. Araşdırma yazıda müəllif İcra başçısının oğluna məxsus, Bakının mərkəzində – “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı. Sözügedən yazıda həmin restoranın yaxınlığındakı qarajda Bəhram Bayramova məxsus dəyəri milyonlarla manat olan lüks avtomobillərdən də bəhs edilirdi.

Elektron medianın fevralın 26-da yaydığı məlumatda Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun bahalı avtomobillərini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atdığı qeyd edilir. Məlum olur ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub. Lakin icra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Bildirilir ki, Gəncə İH rəhbərinin oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. https://anaxeber.info/54346-gencenin-icra-bascisi-ogluna-6-bahali-masin-alib-arasdirma-video.html

Martın 4-də isə elektron mediada Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb. Həmin məlumatda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədovun saxlanıldığı deyilirdi. Bunlar İcra Hakimiyyətinin rəsmiləri tərəfindən təkzib olunsa da Baş Prokurorluqdan bildirilib ki, yayılan xəbərlə bağlı əlavə məlumat veriləcək. Maraqlıdır ki, apardıqları digər əməliyyatlarda daim çeviklik göstərən Baş Prokurorluq üstündən üç gün ötməsinə baxmayaraq Gəncə şəhər İcra Hakimiyyətində keçirilmiş əməliyyatla bağlı məlumat nə üçün bu qədər geçikdirir?
Baş Prokurorluğun yayacağı xəbərlərdən asılı olmayaraq bəri başdan qeyd etmək istərdik ki, keçirilmiş əməliyyatla bağlı məlumatın gecikməsi kimlərə isə vaxt qazandırır. Maraqlıdır, Niyazi Qurbanovun qurbanı kim olacaq?
Qeyd edək ki, Niyazı Bayramovun Gəncə şəhərinə İcra Hakimiyyətinin başçısı təyin edilməsindən artıq beş ildən də çox bir vaxt keçir. Hələ 2018-ci ilin avqust ayında sözügedən şəhərə rəhbər təyin olunan Niyazi Bayramov işə başlar başlamaz Gəncənin ağsaqqalları ilə görüşdü, şəhərin ümumi problemləri ilə maraqlandı və sakinlərin təkliflərinn həll olunmasına söz verdi. Lakin bu müddət ərzində Niyazi Bayramovun gördüyü işlərlə, sakinlərə verdiyi sözlərin üst-üstə düşmədiyi Gəncədə hər addımda özünü hiss etdirir.
Apardığımız kiçik bir araşdırmada məlum olur ki, Gəncə şəhərinə rəhbərlik etmiş şəxslərin heç biri Niyazı Bayramov qədər korrupsiyaya bulaşmayıb. Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilmiş dövlət satınalmalarında milyonlara manat dövlət vəsitləri talan edilib. Niyazi Bayramov bu milyonları formal keçirilmiş tenderlər yolu ən yaxın adamlarının adına olan şirkətlərə köçürməklə təyinatından kənarlaşdırıb.
Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasından sonra, 2019-2023-cü illərdə şəhərin küçə və prospektlərində əsaslı təmir işlərinə, prospektlərdə yolların təmiri (abadlıq-quruculuq) işlərinə, şəhər ərazisində abadlıq işlərinə ayrılmış on milyonlarla manat dövlət vəsaitinin böyük hissəsi “ELVİ.M.M. Services Group”, “Vedi Construction”, “Göygöl Tikinti”, “Baku Bulding”, “Aran Tikinti-Quraşdırma”, Göygöl Təmir-Tikinti Təchizat T.R” , “Alians” “Meqaplus”, “Ərdagı” “Atlas ES” kimi Məhdud Məsuliyyətli Cəmiyyətləri və “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti ilə işbirliyində olub formal keçirilmiş tenderlərlə təyinatından kənarlaşdırlıb.
Buraya Gəncə şəhərində İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinə son beş il ərzində ayrılmış dövlət vəsaitlərini də əlavə etsək bu yüz milyonlarla manat büdcə pullarının talan edilməsi deməkdir. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında Gəncə şəhər İcra Hakimiyyəti İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi üzrə “Rövşən Oğuz Qrup” MMC ilə son dörd ildə ümumi olaraq 121 450 923 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Buna baxmayaraq Gəncə Dövlət Dram Teatrının açılışı olsa da İdman Sarayında işlər hələ də davam etdirilir. 01 Fevral 2022-ci ildə prezident İlham Əliyev “AZƏRTAC” agentliyinə müsahibəsində bəyan etmişdi ki, “Gəncə İdman sarayı əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq”. Lakin göründüyü kimi 2023-cü il bitib, amma Gəncə şəhərində İdman Sarayının tikintisi hələ bitməyib və yenidən vəsait ayrılacağı gözlənilir.
Bunlardan əlavə. Yuxarıda sadaladığımız şirkətlərdən “Atlas ES” Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusilə diqqət çəkir. Əldə etdiyimiz məlumata görə Niyazi Bayramov bu MMC-nin səhmdarlarından biri olaraq böyük pay sahibidir. Elektron medianın 2024-cü ilin yanvarında yaydığı məlumatda “Atlas ES” şirkəti hesabat ilində 8 milyon 543 min manatlıq gəlirə qarşı 2 milyon 10 min xalis mənfəət əldə etmişdi. 2023-cü ilin 1 yanvarına onun balansındakı bölüşdürülməmiş mənfəət 9 milyon 937 min manatdır.
Qeyd edək ki, “Atlas ES” MMC Bakı şəhərində və respublikanın bir çox yerində tikinti quraşdırma işləri həyata keçirir. MMC-nin təsisçisi Abdullayev İslam İbadulla oğlunun Niyazi Bayramovun ən yaxın adamlarından biri olduğu söylənilir. Hətta Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 8a ünvanında yaşayan sakinlərin mətbuta yazdıqqlarına görə, yaşadıqları bina “Nizami 2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) balansındadır. Bu cəmiyyətin isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məxsus olduğu bildirilir: “Dəfələrlə Niyazi Bayramova müraciət etmişik. Onunla əlaqə saxlasaq da, şikayətimizə baxan yoxdur. Niyazi Bayramovun İslam adlı şəriki var. İslam müəllimə də dəfələrlə xəbərdarlıq etmişik. Demişik ki, gəlin, hesabat verin. Amma nə gələn var, nə də 215 min manatın hesabatını verən. Belə özbaşınalıq olar?! Bu cür şəraitdə necə yaşayaq?!”. https://www.bakupost.az/icra-bascisinin-tikdiyi-binada-kulli-miqdarda-yeyinti-sikayet-foto
İcra başçısı Qarabağa da "əl uzadır"
Əldə etdiyimiz məlimatlara görə Niyazi Bayramovun bu kimi işlərinin başında başqa bir şəxs də var. Hələlik adını hallandırmaq istəmədiyimiz bu şəxs də İcra başçısının yaxın dostudu. Onlar hazırda dostluqlarını təkcə Gəncə şəhərində təmir tikintiyə ayrılmış vəsaitləri formal tender yolu ilə mənimsəməklə davam etdirmirlər. Əldə etdiyimiz ən səhih məlumatlara görə Niyazi Bayramov həmin dostuna məxsus (əslində isə şərik olduğu) bir neçə şirkəti də işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan yenidənqurma işlərinə qoşub. Yəni, Niyazi Bayramov Gəncədə oturmasına baxmayaraq əli respublikanın hər yerinə çatır və hər yerdə də dövlət büdcəsindən şəxsi məqsədləri üçün istifadə edir.
Göründüyü kimi Niyazi Bayramov dövlətin Gəncə şəhər İcra Hakimiyyətinə ayırdığı milyonların hesabına bir oliqarxa çevrilib. Sonra da yazırlar ki, Niyazi Bayramovun oğlu Bəhramın dəyəri milyonlarla manat olan lüks avtomobillər kolleksiyası var. Belə avtomobilləri Bəhram Bayramov hansı pullarla alıb kimi suallar da verirlər. Kiçik bir jurnalist araşdırmasında Niyazi Bayramovun son illər Gəncədə taladığı milyonları üzə çıxırsa, yoxlanılarsa görün dövlətin hüquq mühafizə və təftiş orqanları nə qədər mənimsəmələr aşkar edə bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi və həbs olunanlarla bağlı yayılmış məlumatdan sonra elektron mediada Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş ümumşəhər tədbirində iştirak etdiyini əks etdirən kollektiv şəkilləri paylaşılıb. Bununla da Niyazi Bayramov “hələ vəzifəmin başındayam”- deyə sanki, Baş Prokurorluğa meydan oxuyur. Baş Prokurorluğun məlum xəbərlərlə bağlı açıqlayacağı məlumatların gecikməsi isə Niyazi Bayramovun Gəncədə kimisə öz əməllərinə qurban edəcəyini istisna etmir.(Aktualinfo.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mülk, yoxsa tikinti maqnatları toxunulmazdır? - dilemma...

Paytaxt Bakı dünyanın ən maraqlı, gözəgəlimli, səliqəli şəhərlərindən birinə çevrilməkdədir. Düzdür, yaşıllıqlar artırılmalıdır, tıxac bəlası mövcuddur, həmçinin, atmosfer çirkliliyi mövcuddur. Ancaq bu problemlər təkcə Bakıda deyil, əksər meqapolislərdə rast gəlinən haldır.

Nəzərə alsaq ki, Bakı beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərlərdəndir, turizm ölkəsinə çevrilmək əsas hədəflərdəndir, o zaman şəhərimizdə infrastruktur yenilənmələri, səliqə-səhman işlərinə daha çox diqqət yetirilməlidir.

Bakının abadlaşmasında tikinti şirkətlərinin də rolu böyükdür.

Təbii, bu, çox iri bir biznesdir. Bütün şirkətlərin əsas hədəfi pul qazanmaqdır. Bu maraqlar səbəbindən tikinti şirkətləri iki ciddi problem yaratmağı sanki ənənəyə çeviriblər.
Birincisi, hündür binalar tikən şirkətlər yaşıllıqlara qənim kəsilir. Problem odur ki, kəsilən, köçürülən ağacların əvəzinə ətrafda yeni yaşıllıq salmırlar. Hər yeri betona, biznes obyektinə döndərirlər.
İkincisi, tikini şirkətləri vətəndaşların mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar, sosial narazılıqlar yaradırlar.
Son 2-3 ildə paytaxtda tikinti bumu yenidən canlanıb. Əladır, yöndəmsiz köhnə məhəllələrin, istismar müddətini başa vurmuş eybəcər “xruşşovka”ların yerində gözoxşayan binalar tikilir.

Ancaq sosial şəbəkələrdə, saytlarda demək olar ki, hər gün vətəndaşların fəryadları ilə rastlaşırıq. İnsanlar bildirir ki, onların razılığı alınmadan, kompensasiya tələbi yerinə yetirilmədən mülklərini başına uçururlar.
Əlbəttə, bəzən sui-istifadə hallarına yol verən, 50 kvadratlıq evinin əvəzində 100 kvadratlıq mənzil istəyənlər də var. Ancaq əksər hallarda vətəndaşların başına müsibətlər gətirən tikinti şirkətləridir.

Çox qəribə bir üsul da tapıblar: kor-təbii şəkildə söküntü işləri aparır, haqlı şəkildə kompensasiya tələb edən, razılığı alınmadan mənzilindən çıxmaq istəməyən vətəndaşın işığını, suyunu, qazını kəsirlər, adını da qoyurlar texnika zədələdi. Hansı ki, vətəndaş kommunal xidmət göstərən qurumlarla bu evdə yaşadığı müddətdə işıq, qaz, su ilə təmin olunmasına dair müqavilə bağlayıb, vaxtı-vaxtında da pulunu ödəyir. Ancaq şirkətlər gəlib dövlət əmlakı olan kommunikasiya xətlərini dağıdanda əksər hallarda müvafiq qurumlar onun cəzalandırılmasını müvafiq hüquq-mühafizə orqanlarından tələb etmirlər. Niyə, nə üçün, sirr deyil...
Hazırda Bakının mərkəzi və ətraf hissələrində tikinti maqnatları onların vətəndaşın başına belə müsibətlər gətirir. Ən pisi odur ki, vətəndaşın mülkiyyət toxunulmazlığı hətta dövlət adından çıxarılmış məhkəmə qətnaməsi olsa belə, icra məmurları tərəfindən təmin edilmir.
Bütün dünyada mülkiyyət toxunulmazlığı, müqəddəsliyi deyilən anlayış var və bu, ali qanunlarda təsbit olunub. Ancaq biz davamlı olaraq onun şahidi oluruq ki, tikinti maqnatları özünü toxunulmaz elan edir, vətəndaşa deyir ki, get nə bilirsən elə. Reallıqda da belə olur ki, vətəndaş illərlə məhkəmələrdə sürünsə də, əlində məhkəmə qərarı olsa da, onu toxunulmaz hesab edilən mülkiyyət hüquqları elə kağız üzərində də qalır.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında bu məsələni parlamentdə də qaldırıb. Söküntülər zamanı sakinlərə uyğun kompensasiya məbləğinin hesablanmaması, eyni zamanda mənzil sahiblərinə kirayə haqqının ödənilməməsi, yaxud ödənişin vaxtında həyata keçirilıməməsi vətəndaşların haqlı narazılığına səbəb olub.
Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparır, həm də tikintiyə başlayırlar Və ən pisi: Sitat: “Heç bir dövlət orqanı da onları dayandırmaq gücündə deyil. Bununla bağlı məhkəmə qərarı olmuş olsa da, belə məhkəmə qərarları açıq şəkildə icra olunmur”...
Millət vəkili haqlı sual verib: “Nə təklif edirsiniz, bu problemin həllini siz necə görürsünüz? Biz necə edə bilərik ki, bu vəziyyəti dəyişək və bu cür acımasız şəxslərdən insanları xilas edə bilək ki, onların evləri, əmlakları dağıdılmasın?”...

Bəli, bu məsələ birdəfəlik həllini tapmalıdır. Vətəndaş real bazar qiymətləri ilə mülkünün pulunu almayana qədər, ümumiyyətlə o məhəlləni dağıtmaq yasaqlanmalıdır. Qanunda belədir, reallıqda da əksini tapmalıdır.

İndi vətəndaşların tikinti şirkətindən narazılıqlarının əsas səbəbi kompensasiya ilə bağlıdır. Məsələn, şəhərin mərkəzində vətəndaşın mülkünü sökür və ona bazar qiymətləri ilə deyil, şablon olaraq hər kvadrat metr üçün 1800 manat təklif edir. Vətəndaş bu zaman ondan soruşur ki, özün bu ərazidə tikdiyin binada mənzilin kvadrat metrini neçəyə satırsan? Deyir 3500-4000 manata. Bəs vətəndaşa niyə 1800 manat verirsən?!...

Ədalətsiz təkliflə razılaşmayan vətəndaşın başına isə müsibət gətirir, gecəylə evini uçururlar, deyirlər əcəb elədik. Əksər hallarda heç kim də onları cəzalandırmır...
Bu cür özünü toxunulmaz elan etmiş tikinti maqnatları ciddi cəzalandırılmalıdır. Prezident İlham Əliyev hələ illər öncə bəyan edib ki, ölkədə kimliyindən, keçmişdə hansı xidməti göstərməsindən asılı olmayaraq, kimsə toxunulmaz deyil. Müvafiq orqanlar Prezidentin bu xəbərdarlığına məhəl qoymayanları cəzalandırmalıdır. Korporativ maraqlarını vətəndaşın hüquqlarından, Konstitusiyadan üstün tutmamalıdırlar. Elə etməməlidirlər ki, ədalətsizlik, haqsızlıq ərşə qalxsın və sonda məsələ ilə Prezident özü onsuz da məhdud olan zamanı həm də bu işə ayırsın...(Musavat)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əvəz müəllim, büdcədən ayrılan MİLYONLAR HARDADIR? - HƏQİQƏTƏN DƏ...

Hər il Bakı yollarına milyonlar xərclənir. Paytaxtın istər mərkəzi, istərsə də ətraf qəsəbələrindəki yollar əsaslı təmir olunur. Bəzi yollar isə təmir olunub istifadəyə veriləndən bir müddət sonra ya çökür, ya da hansısa kommunikasiya işləri düzgün aparılmadığından qazılaraq yenidən bərpa olunur.

Maraqlıdır, ötən il Bakı yolların bərpasına təxminən nə qədər vəsait ayrılıb? Bizim.Media ötən il paytaxt yollarına dövlət büdcəsindən ayrılan vəsaiti araşdırıb.

Məlum olub ki, ötən ilin dekabrında ölkə başçısının Bakı şəhəri Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 500 min manat vəsait ayırıb.

Elə həmin ay Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 350,0 min manat ayrılıb.

Ötən il Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki avtomobil yollarının da əsaslı təmiri nəzərdə tutulub. Bu məqsədlə ölkə başçısı Sərəncam imzalayıb və Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmir edilməsi üçün 450,0 (dörd yüz əlli) min manat vəsait ayırıb. İşlərin görülməsini isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edib.

Digər əsaslı təmir Nərimanov rayonu ərazisindəki avtomobil yolları üçün nəzərdə tutulub. Bu yolların təmirinə isə 600 min manat ayrılıb.

Dövlət başçısı Bakı şəhərinin Səbail rayonu ərazisindəki avtomobil yollarının əsaslı təmiri ilə bağlı da aidiyyəti quruma tədbirlər görülməsini tapşırıb. Sərəncamla sözügedən rayonun avtomobil yollarının əsaslı təmiri məqsədilə 2023-cü il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 350 min manat ayrılıb.

Bundan əlavə analoji addım Suraxanı rayonu ərazisindəki avtomobil yollarına atılıb. Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 600,0 (altı yüz) min manat ayrılıb.

Ümumilikdə isə ötən il paytaxtda yolların təmirinə 2,850 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, sıraladığımız 6 rayondakı avtomobil yollarının hələki təmirinə başlanılmayıb.

Dia-az.info bildirir ki, hələ keçən günlərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəriyinə aid şəxslər - xüsusən də bu işdə adı hallanan və KİV-də kifayət qədər populyar olan Əvəz Qocayev tərəfindən şübhəli şəkildə YOXA ÇIXARILDIĞINI qeyd emişdik. Bildirək ki, Əvəz Qocayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavinidir. Yəni əlində YEMƏ fürsəti, dövlətin büdcəsinə əl uzatma fürsəti var və bundan da yetərincə istifadə edib... görünəni odur ki, hələ də etməkdədir. Bizə düşəni isə sadəcə sual verməkdir: Əvəz müəllim, büdcədən ayrılan MİLYONLAR HARDADIR?

Həqiqətən də... Hardadır?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO

Azərbaycanda “neft bumu” dövründə külli miqdarda vəsaitlər əldə edən məmurların bir çoxu sərvətlərini ölkədən çıxarıb. Onların sorağı Avropanın dəbdəbəli paytaxtlarından gəlir. Onlar bahalı daşınmaz əmlakların, milyonlarla avro dövriyyəsi olan şirkətlərin sahiblərinə çevriliblər. Bəzən işləri o qədər uğurlu getməsə də bu, onların zəngin həyatına təsir etmir.

Məsələn, bu gün mediada yayılan məlumatlardan məlum olur ki, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı və "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu "Gyunel Limited” şirkəti ötən ili zərərlə başa vurub. Zərər bu çevrələr üçün o qədər də böyük rəqəm deyil: cəmi 6 milyon 195 min 983 funt-sterlinq. Manatla ifadə etsək, 13,3 milyon manat.

Əhməd Əhmədzadə 1994-cü ildən 2021-ci ilə qədər Azərbaycanın su təsərrüfatına rəhbərlik edib. 30 ilə yaxın müddətdə bu sahəyə daxili və xarici mənbələrdən milyardlarla manat sərmayələr qoyulub.
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO

Amma gəlin su təsərrüfatındakı bugünkü durumuna dair Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun fikirlərinə diqqət edək: “Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən layihələrin maliyyəti 2,7 milyard manatdan çoxdur. Təkcə Gəncədə layihələrin icrası 550 milyon manat tələb edir. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır. Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə baxmalıyıq, sonra prioritetlərə bölərək problemi həll etməliyik. Azərbaycanda su borularının 50 %-nin istismar müddəti bitib. Kür-Bakı kəmərində boruların istismar müddəti bitdiyi üçün yüksəktəzyiqli su verə bilmirik. Su itkilərimiz 39 %-dir. Bu, pis rəqəm deyil, amma ideal da deyil. Bizim hədəfimiz bunu 20 %-ə salmaqdır. Beynəlxalq təcrübədə itkilərin normal sayılan rəqəmi 10 %-dir. Bunu sıfır etmək mümkün deyil...”

Beləliklə, Z.Mikayılov su təsərrüfatında ciddi problemlərin olduğunu deyir. Dövlət indiyə qədər hər il bu istiqamətdə yüz milyonlarla dollarlıq əsaslı vəsait qoyuluşu həyata keçirdiyi halda, hələ də az qala ölkənin büdcəsi qədər sərmayə lazımdır? Bəs niyə buna ehtiyac yaranıb?

Deməli, uzun illər ərzində bu istiqamətə yönəldilən vəsaitlərin müəyyən hissəsi “havaya” sovrulub, daha doğrusu Londona və s. Avropa paytaxtlarına daşınıb, orada daşınmaz əmlaka, şirkətlərin kapitalaşmasına yatırılıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsəlinin əldə etdiyi sənədlər əsasında verdiyi məlumata görə, Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, aktivləri Londonda 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var.

Onun yazdığına görə, Cümə Əhmədzadə 2021-ci ildə Çexiyanın Budyonovsk Regional Məhkəməsində "Resort Hurka s.r.o." şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki, ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də "Resort Hurka s.r.o."ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir.

Qeyd edilir ki, onun bu ölkədə xeyli sayda şirklətləri və daşınmaz əmlakları var.

Bu barədə başqa araşdırmaçı jurnalistlər də mediada və sosial şəbəkələrdə geniş informasiya yayıblar.

O, həyat yoldaşı Günel Rüstəmova ilə birlikdə dəbdəbəli həyat tərzi ilə Londonun, Parisin, Praqanın bahalı əyləncə məkanlarının sevimli simasına çevrilib.
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO

Bu faktlara əsasən skspertlər iddia edir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun dediyi su təsərrüfatını yenidən qurmaq üçün lazım olan 20 milyard manatın əhəmiyyətli hissəsini Əhmədzadələrin ölkə xaricinə daşıdığı sərvətlərdə tapmaq olar. Azərbaycanda yaxın illərin təcrübəsi göstərir ki, oliqarxların oğurladıqları pulların qaytarılmasının sadə mexanizmləri var. Sadəcə, onları işə salmaq lazımdır...

“AzPolitika.info”
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yaqub Eyyubovun Kanada vətəndaşı olan oğlu Londonda nə qədər pul qazandığını açıqladı - FOTOFAKT

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun Kanada vətəndaşı olan oğlu Orxan Eyyubovun Londonda təsis etdiyi “New Canada Capital Ltd” şirkəti maliyyə hesabatını açıqlayıb.
Yaqub Eyyubovun Kanada vətəndaşı olan oğlu Londonda nə qədər pul qazandığını açıqladı - FOTOFAKT

Yeniavaz.com xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda “5th Floor, Thames Tower, Station Road, Reading, Berkshire RG1 1LX” ünvanında qeydiyyatda olan şirkət 2009-cu ildə təsis olunub.
Yaqub Eyyubovun Kanada vətəndaşı olan oğlu Londonda nə qədər pul qazandığını açıqladı - FOTOFAKT

Daşınmaz əmlakın icarəsi sahəsində fəaliyyət göstərən şirkətin illik mənfəəti (bölüşdürülməmiş) 1 milyon 865 min 110 funt-sterlinq (4 milyon manat) olub.
Yaqub Eyyubovun Kanada vətəndaşı olan oğlu Londonda nə qədər pul qazandığını açıqladı - FOTOFAKT

Bundan başqa şirkətin aktivləri son bir ildə 397 min funt-sterlinq artaraq 15,8 milyon funt-sterlinqə yüksəlib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO