[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bizi aldatdılar ki, axşam çıxaracağıq, sabah çıxaracağıq..." - Bakı Sağlamlıq Mərkəzi adlı QƏSSABXANA...

Bakı Sağlamlıq Mərkəzində 11 yaşlı qızın dişinə plomb qoyulması üçün narkoz verilib və o, komaya düşüb.

Bu barədə "Toplum" TV-də qızın atası Zamin Babayev bildirib. Onun sözlərinə görə, xəstəxanada qızını müayinə etmədən narkoz verilib: "Fevralın 21-də qızım Xədicəni apardım Bakı Sağlamlıq Mərkəzinin üçüncü mərtəbəsində yerləşən stamatoloji kabinetə. Uşağın iki dişinə plomb qoyulmalı idi, bir dişində isə kanal təmizlənməsinə ehtiyac vardı. Biz narkozla bağlı müraciət etməmişdik, həyat yoldaşım narkoz veriləcəyini deyəndə etiraz etmişdi. Biz sedasiya soruşmuşuq, sedasiya istəmişik. Həkim israr edib narkoz olsun deyə. Mən bu dialoqda iştirak etməmişəm, anası ilə olub söhbət. Mən çatanda artıq stamotoloji kabinetə salmışdılar uşağı və valideyni çıxarmışdılar. Lap valideyn narkoz istəsə belə, uşaq müayinədən keçirilməli idi. Narkozdan öncə lazım olan prosedurların heç biri yerinə yetirilməyib. Əməliyyat başlayandan təxminən 40 dəqiqə sonra kabinetə yaxınlaşanda gördük ki, həyəcan var. Uşağın başının üstünə həkimlər yığılmışdı. Bizi aldatdılar ki, təzyiqi düşüb, onu qaldırdıq, yaxşıdır, reanimasiyaya götürürük, 1 saarta özünə gələcək. Görünən odur ki, uşaq huşunu itirəndə ona ilkin tibbi yardım da düz-əməlli göstərilməyib. Mənim istədiyim budur ki, günahkarlar cəzalandırılsın və başqa valideynlər də bu əziyyəti çəkməsinlər".
Z.Babayevin sözlərinə görə, qızı 4 gün Bakı Sağlamlıq Mərkəzində saxlanılıb: "Bizi aldatdılar ki, axşam çıxaracağıq, sabah çıxaracağıq. Beyin zədələnməsində oksigensiz qalmanın ilk 72 saatında doğru müdaxilə edilərsə beyini mümkün qədər qorumaq olur. O saxlanma səbəbindən fəsadlar artıb. Hətta müayinə nəticələri göstərir ki, hadisə baş verəndə ilk 15-20 dəqiqədə uşağa düzgün müdaxilə edilməyib. İlk 72 saatda bizi aldatmasaydılar indi mənim övladımın sağalmasına daha çox ümid vardı".
Z.Babayev bilirib ki, hadisə ilə bağlı hüquqi addımlar atacaq.

AFN.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Əsgər Rəsulovla bağlı sərəncam

Prezident İlham Əliyev Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Rəsulov 2018-ci ildən Milli Arxiv İdarəsinin rəisidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"SOCAR" yanacaqdoldurma məntəqəsində 70 litr benzin tutan maşının çəninə 83 litr benzini necə vururlar? - Göz görə görə cibimizə belə girirlər...

Şirkətin Sumqayıtdakı yanacaqdoldurma məntəqəsində zavod buraxılış bakının tutumu 70 litr olan avtomobilə 84 litr benzin necə vurulub?

Dəfələrlədir bu məzmunda şikayətlərə rast gəlirik. Lakin nə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (adı o qədər uzundur, amma fəaliyyəti sıfır) monitorinq aparıb tədbir görür, nə də "Socar Petroleum" QSC-nın rəhbəri Abdulla Tağıyev bu hallara qarşı barışmaz mübarizə aparır. Bəs nə vaxta kimi bu belə davam edəcək?

***
"SOCAR" yanacaqdoldurma məntəqəsində 70 litr benzin tutan maşının çəninə 83 litr benzini necə vururlar? - Göz görə görə cibimizə belə girirlər...

Bu cür cavabsız suallardan, daha doğrusu, hadisələrdən biri Sumqayıt şəhər sakini, məcburi köçkün Nazim Orucovun başına gəlib. Şikayətçinin redaksiyamıza göndərdiyi şikayətini aşağıda təqdim edirik. Lakin bu şikayəti dərc etməmişdən əvvəl "Socar Petroleum" QSC-nın rəhbəri Abdulla Tağıyevin münasibətini öyrənmək üçün QSC-nin rəsmi elektron poçtuna göndərdik. Cavab verilmədiyindən və münasibət bildirilmədiyindən ictimailəşdirməli olduq.

Şikayətçi N.Orucovla da əlaqə saxladıq. O, qəzetimizə geniş açıqlama verərək şikayət ərizəsində yazdıqlarını təsdiqlədi.

zapravka

Beləliklə, şikayətçi yazır: ««Hörmətli «Təzadlar» qəzetinin rəhbərliyi. Bildirirəm ki, 28.02.2024-cü il tarixdə, saat 21:55-də AZ5000, Sumqayıt şəhəri, Bakı-Quba yolu, ev-28-ci km, sağ tərəf ünvanında yerləşən "Socar Petroleum" QSC-nın yancaqdoldurma stansiyasındakı 1 saylı pompanın 4 №-li tapaçasından idarə etdiyim 90 ZM 625 dövlət nömrə nişanlı «Mersedes 270 ML CDİ» avtomobilinin yanacaq çənini tam doldurmaq üçün sifariş verdim. Qeyd edim ki, 2001-2005-ci illərdə istehsal olunmuş bu avtomaşınların yancaq çənin tutumu zavod sənədlərində 70 litr təşkil edir. Yəni, zavod buraxılışında belədir, çən dəyişdirilməyib (Benzin vurularkən avtomobilin spidometrində 594 km yol qət etdiyim qeyd olunmuşdur). Təxmini hesablamalarıma görə, çəndə ən azı 8-10 litr yanacaq qalmalı idi, avtomobilin yancaq çəninə isə 60-62 litr yancaq vurula bilərdi. Ancaq pompanın sayğacında bu rəqəmin 83.75 litr olduğu qeyd edildi. Mən təəccüm qaldım və bu hadisə ilə bağlı «Socar- Petroleum" QSC-nın qaynar xəttinə zəng etdim, şikayətimi bildirdim. Aradan 1 saat keçməmiş həmin yancaq doldurma stansiyasının rəisi kimi özünü təqdim edən şəxs (adını unutmuşam) zəng edərək yancaqdoldurma stansiyasında yerləşən bütün pompalar və pistoletlərin Azərbaycan Respublikası Standartlaşdırma İnstitutunun mütəxəsissləri tərəfindən yoxlanıldığını, pompaların dövlət tərəfindən verilmiş menzurkalarla yoxlanıldığını, plomblandığını dedi. Sonda isə «Ona görə də bizim heç bir günahımız yoxdur…», -deyə bildirdi.
Hörmətli redaksiya! Mən ona sual verəndə ki, bəs necə olur 70 litr həcmə malik yancaq çəninə, özü də hələ bir içərisində ən azı, orta hesabla 8-10 litr yancaq olduğu halda, çənə 83,75 litr yancaq vurulur??? Sualım cavabsız qaldı. Odur ki, yuxarıda qeyd edilən məsələnin tərəfinizdən araşdırılmasını və bu məlumatların ictimailəşdirilməsini Sizdən xahiş edirəm. Sizə inanır və güvənirəm, obyektivliyinizdən, prinsipiallığınızdan məlumatlıyam.
Onu da deyim ki, mən artıq məhkəməyə sənədlər hazırlayıram və vəkillə müqavilə də bağlamışam, "Socar Petroleum" QSC-nın rəhbəri Abdulla Tağıyevi məhkəməyə verməyə hazırlaşıram. Qoy məhkəmə avtomobilimin çəninin ekspertizadan keçirilməsini təmin edərək yanacaqdoldurma məntəqəsində mənə verilən qəbzlə onun tutumunu müqayisə edərək vurulmuş maddi və mənəvi ziyanı ödətdirsin…».
Məsələ ilə bağlı "Socar Petroleum" QSC-nın saytında olan həm elektron poçtuna sorğu göndərdik, həm də 0125700901 telefon nömrəsinə zəng vurduq. Hələki nə telefona, nə də elektron sorğuya savab verilib.("Tezadlar")
Mövzuya qayıdılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Eyvaz İsmayılovun nazı ilə ÇOX OYNAYACAQ?

"ƏƏSMN və tabeliyindəki qurumların əhaliyə, əlillərə, qazilərə, şəhid ailələrinə Konstitusiyaya zidd vicdansız davranışı, özbaşınalığı son beş-altı ildə pik həddinə çatıb. Pensiyalar düz hesablanmır, mənimsəmə yeminə çevrilib, sosial xidmətlərdən reketliklə imtina edilir, mənzillər rüşvətlə satılır, məcburi köçkünlər mənzillə rüşvət hesabına təmin olunur, amma Bakı qaziləri, əlilləri hələ də mənzilsizdir. 2007-ci ildən qüvvəyə minən “Əmək pensiyaları haqqında” qanunun heç bir maddəsi əlil, şəhid , qazi ailələrinə tətbiq olunmur".
Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Məhkəmə təminatı hüququna da elə kobud qadağa qoyulub ki, nə ali dövlət hakimiyyəti, nə hüquq orqanları son qoya bilir. Necə son qoysun, Prezidentdən, 1-ci vitse-prezidentdən, Baş nazirdən, MM rəhbərliyindən, deputatlardan, baş prokurorluqdan, Ali Məhkəmədən, Konstitusiya Məhkəməsindən ... ƏƏSMN rəhbərliyinə göndərilən şikayətlərə cavabı... DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov imzalayır, ƏƏSMN və tabeliyindəki qurumlarda Konstitusiyanın qüvvədə olmadığını, rüşvət, korrupsiya özbaşınılığının ən yüksəkdə olduğunu bildirir!(?) Bəyəm Eyvaz İsmayılov ƏƏSM naziri təyin olunub? Nə vaxtdan, bəs bizə niyə deyilməyib?
Olsun, Eyvaz İsmayılov hansı hüquq savadsızlığı ilə bildirir ki, qanunun geriyə qüvvəsi vardır. Zəruri bilgiləndirmə: QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR. YALNIZ ŞƏXSİN VƏZİYYƏTİNİ YÜNGÜLLƏŞDİRƏN AKTLARIN QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLİR. (Ölkənin Ana Qanununun -Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsi). DSMF-in departament müdiri-nazir görəvini icra edən Eyvaz İsmayılov bir ildir bildirir ki, qanun dövlətin adından çıxarılan məhkəmə qərarını ləğv edib! Zəruri bilgiləndirmə: MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI MƏCBURİDİR; MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA MÜƏYYƏN EDİLMİŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR. (Ölkənin Ana Qanununun- Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsini “yeni nazirin” diqqətinə çatdırmağa ehtiyac varmı? Özü də öyrənə bilər ki, vəzifəli şəxsin məhkəmə qərarının icrasını həyata keçirməməsi neçə il müddətinə dəmir barmaqlıqlar arxasında cavab verməyə gətirir.
Eyvaz İsmayılov 13.05.2022 tarixli qanunla “Əmək pensiyaları haqqında” qanuna əlavə olunan 37.3.2-1 maddəsinin də qulluq stajına görə pensiya alan qazi , şəhid ailələrinə öləndən sonra (?) tətbiq ediləcəyini bildirib. Sözügedən maddəyə görə, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan qazi, şəhid ailələri İŞLƏMƏYƏ DAVAM EDƏRLƏRSƏ, əlilliyə və ya yaşa görə işləməyən KATEQORİYAYA keçəndə pensiyaları MÜRACİƏTLƏRİ ƏSASINDA yenidən yığılan pensiya kapitalına, sığorta haqqına, iş stajına uyğun yenidən hesablanır. Pensiya filialı və Eyvaz İsmayılov isə bu maddəni müraciət edən qazi, şəhid ailələrinə tətbiq etmir ki, işi davam etdirirlər. (?) Qanun elə işi davam etdirənlərin pensiyalarının yenidən hesablanmasını doğrulayır də, işi davam etdirməyənlərin axı pensiya kapitalı olmur! Rüşvət, korrupsiya, pensiya mənimsənilməsi o həddə çatıb ki, bu yekəlikdə ƏƏSMN tabeliyində DSMF, onun qurumları “işləməyən kateqoriya” anlayışını “işi dayandırmaq” kimi anlayırlar. Anlatmaq yerinə düşər ki, birincisi, heç kəs ölənəcən işi dayandırmır, belə çıxır, öləndən sonra pensiyasına işi davam etdirməsinə görə əlavə hesablanacaq? İkincisi, bəs adi pensiya alan müəllimlərin, həkimlərin və s. pensiyaları 6 ildən bir avtomatik qaydada necə yenidən hesablanır, onlara işi davam etdirmələrinin pensiyalarını yenidən hesablamağa imkan vermədiyi bildirilmir? Açıq qərəz, ayrı-seçkilik göz önündə deyilmi?
ƏƏSMN rəhbərliyinin tam heyətlə beynəlxalq hüquq doktorları olmasını bir qırağa qoyaq, DSMF-də Konstitusiyaya zidd yaradılan MƏHKƏMƏ FİLİALININ-39 SAYLI VƏKİL BÜROSUNUN da Konstitusiyadan xəbəri yoxdur? Olduqca ritorik sualdır, olsaydı, məhkəmələrə rüşvət verib Konstitusiyanı qüvvədən salmazdı ki! Olsaydı , vəkillərin dövlət qulluqçusu olması da olmazdı ki! Hüquq korluğuna, nihilizmə, özbaşınalığa , məmur azğınlığına baxın, onlarla illərdir dövlətin adından çıxarılan, məcburi icra olunmalı olan qanunların, məhkəmə qərarlarının icrasına sıradan məmur qadağa qoyur və bu qadağanı Ombudsman, PA, NK, MM, hüquq orqanları Konstitusiya aktı kimi qəbul edir!(?)
ƏƏSMN-in, tabeliyindəki qurumların rüşvəti, korrupsiyanı, özbaşınalığı Konstitusiyadan üstün tutması nə qədər sürəcək? Ritorik sual deyil, cavab tələb edir!".(dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıt məktəblərində direktorların işçilərinə qarşı qərəzli yanaşması gündəm edilir

Regional Təhsil İdarəsinin yarıtmas idarəçiliyində yeni qalmaqal.
Barələrində çox saylı şikayətlər olan direktorları İlhamə Abdullayeva niyə hansı səbəbdən vəzifədə saxlayır. Bu qədər verilən orqanlara şikayətlər orqanlarda yekunlaşmamış saxlanılıb. İlhamə Abdullayevanın apardığı idarəçilik siyasəti 13 saylı məktəbdən 21 saylı məktəbə transfer etdiyi direktorun qadın müəllimlərə qarşı və müəllimlik adına yaraşmayan danışıq etiq qaydalardan kənara çıxmasının saysız şikayəti var. Lakin nə kəramətdirsə şikayət edilən Direktorlar İlhamə xanım anidən qızıldan dəyərli varlığa çevrilir. Və heç biri günahkar çıxarılmadığı kimidə hələ onlara tutarlı bərait verici çıxışlarda barələrində edilir. Bu gün media gündəmindən düşməyən sumqayıt təhsilindən yenədə söz açdıq. Problemlər bənzər olsada rəhbərlər fərqli lakin himayədarı isə eyni şəxsdir.
Sumqayıt məktəblərində direktorların işçilərinə qarşı qərəzli yanaşması gündəm edilir

Qeyd edək ki, 13.09.2023-cü il tarixində yeni məktəbə transfer edilən Q. Mikayılov 20 ildən çox pedaqoji təcrübəyə malikdir. O, müxtəlif tədris ocaqlarında müəllim, direktor müavini, eləcə də 12 il Sumqayıt şəhər 13 nömrəli məktəbində direktor işləyib. Çalışdığı 13 nömrəli məktəbdən isə çoxsaylı şikayətlərin olması ilə bağlı işdən azad edilməsi əvəzinə İlhamə xanım tərəfindən himayə edilərək yerdəyişdirmə edilib. Odur ki bu aparılan yer dəyişmələrin nəticəsi olaraq fəaliyyətini davam etdirdiyi 21 nömrəli məktəbdədə qalmaqalsız ötüşmədi.

Redaksiyamıza Sumqayıt Şəhərinin 21 saylı tam orta məktəb direktoru Qədir Mikayılovun işçisinə qarşı şiddət göstərməsi ilə bağlı ilginc məlumatlar daxil olub. Sevinc adlı müəlliməyə qarşı psixoloji təhsirlərin edildiyi qeyd edilən məsələ ilə bağlı adı çəkilən İbtidai sinif müəlliməsi ilədə əlaqə saxladıq. Məktəbdə baş verənlərələ bağlı əlaqə saxladıq.

Qeyd edək ki, Alıyeva Sevinc Nizami qızı bir neçə kitabın müəllifidir. Müəllifi olduğu kitablarında Sevinc Murad kimi imzası tanınmaqdadır. Lakin xanım müəllimənin yaradıcılığıda göründüyü qədər direktoru qibtə etməyə bəs edib. Digər tərəfdən lağ mənasında məktəbimizin “Elza Seyidcahanı” deyə ifadəsin işlədən Qədir Mikayılov bu adı Sevinc müəlliməyə taxma ad kimi ifadə etməkdədir. Digər tərəfdən sual yaranır Qədir müəllim Elza Seyidcahan adına etdiyini iranik ifadələrdən anlayırsız ki Prezidentin Əməkdar adın sahibi həmdə Yazıçılar birliyinin üzvüdür. Siz hansı adların və naliyyətlərin sahibisiniz bilmək olarmı, İllərdir pedeqoji fəaliyyətinzdə rəhbər işlədiyiniz hər bir yerdə yetəri sayda şikayətlər var barənizdə. Lakin bu günə qədər Sizə və sizin kimilərin vəzifə tutmasında səbəbkar olanlar bir gün millət qarşısında cavab verməli olacaq. Sizin məktəbinizdə hazırda texniki heyət kimi çalışan xadimələrin şəraitsiz çalışdıqlarından xəbərsizsiz?
Nə isə, əlqərəz dünən dərs saatlarında İbtidai sinif rəhbərini yoxlamaq məqsədi ilə direktor və müavinlər daxil olur sinif otağına. Sevinc Alıyevanın dərsində oturan rəhbər şəxslər dərs saatında azyaşlı uşaqlar kimi deyib gülməklə müəllimənin dərs deməsinə bilərəkdən maniə yaradır. Psixoloji təsir altına düşən müəllimə irad bildirir lakin bildirdiyi irada qarşı kobud cavablar alır. Məsələ o qədər böyüyür ki, müəllimənin səhhəti pisləşir. SƏhhəti normalaşan müəllimə direktorun bilərəkdən ona qarşı qərəzli yanaşmasından dər hal prokurorluq və təhsil idarələrinədə məlumat verir.
Direktorun işçilərlə kobud rəftarı ilə gündəm olması hətta bununla bağlı Regional Təhsil idarəsinədə məlumatlar az verilmədiyi etibarlı mənbədən bildirilib. Lakin Regional İdarənin rəhbəri İlhamə Abdullayevanın himayəsində olan Qədir Mikayılov keçmiş əməllərindən rahat çıxa bildiyindən heçnədən çəkinmir. Odur ki, Mənbə hətta bildir ki, Evdə təhsil İdarəsinə yeni təyin edilən əvvələr 21 saylı məktəbin direktoru olan Vladimir İbrahimovun yaxın dostu olan Qədir Mikayılov onun qisasını Sevinc Alıyevadan alır. Mənbə bildirib ki, Vladim müəllim 21 saylıda rəhbər işlədiyi dövrdə Sevinc müəllimə onunla bağlı Prokurorluğa şikayət edir. BU şikayətdən sonra Vladim İbrahimovu Evdə təhsil müəssisəsinə rəhbər təyinatı verilir. Yerinə isə 13 saylı sumqayıt məktəbində çoxsaylı barəsində şikayətlər olan Qədir Mikayılov təyin edilir. Nədəndirsə barəsində ciddi şikayət edilən şəxslərin işdən azad edilməsi əvəzinə daim onların yerləri dəyişir. Ən maraqlısıda yerinə gələn direktor gedəndən şikayətçi olan şəxslərə qarşı amansız mübarizə sərgiləyir.
Lakin Sevinc Alıyevaya qarşı qərəzli olduğu görünən direktor bir neçə nəfəridə öz məqsədinə xidmət etdirməklə müəlliməyə qarşı açıq şəkildə nifrət bəslədiyini göstərir. Bu məlumatlar ilkin verilən məlumatlardır. Həmçinin məlumatda 02.03.2024-cü il tarxində 21 saylı orta məktəbdə həmkarlar ittifaqının iclasın təşkil edən Qədir Mikayılov Sevinc Alıyeva barəsində yetdiliklə qərar qəbul etmək məqsədi daşıyır. Dostunun barəsində şikayətçi olan müəllimənin özüdə Vladim müəllimin qisasının ondan alındığını bilə vasitə təsdiq etdi.
21 saylı orta məktəbin 90 % müəllimləri Evdə Təhsil məktəbində dərs saatlarına malikdir? Bu necə mümkün olurdeyə suallar bizi çox maraqlandırdı. Və məsələnin bu hissəsini mütləq şəkildə Vladim İbrahimovdan öyrənməyə cəhd edəcəyik.
İbtidai sinif müəlliməsi və tanınmış şairə Sevinc (Murad) Alıyeva direktor tərəfindən bu qədər sıxışdırılması və psixoloji təhsirlərə məruz qalmasının günahı nədir? Həmçinin qeyd edək ki, Sevinc Alıyeva ağır Onkoloji xəstəlikdən əziyyət çəkməkdədir. Lakin müəssisə rəhbərliyi bunu bildiyi halda belə xanım müəlliməyə qarşı amansız rəftarından geri çəkilmir. Onun təhsil ocağından uzaqlaşdırılması üçün var gücü ilə çalışdığı bildirilir. Səbəb isə hələki dostluq əlaqəsi olan keçmiş rəhbərin qisası kimi görünməkdədir. Məsələ ilə bağlı 02.03.2024-cü il tarixindən xanım müəllimədən reportajımızı sizlərə təqdim edəcəyik.
Araşdırmamız davam edir.
Məsələ ilə bağlı məqalədə adları keçən şəxslərin mövqeyn dinləməyə hazırıq.(ulutv.info)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BAŞ DİREKTOR VƏ MÜAVİNİNƏ BU İTTİHAM DA VERİLƏ BİLƏR - ŞOK İDDİA

Azərbaycanda narkotiklərin ölkəyə gətirilməsi, satışı ilə bağlı cinayətlərin sayı artır. Daxili İşlər Nazirliyinin (DİN) ölkədə kriminogen durumla bağlı gündəlik yaydığı məlumatların əhəmiyyətli hissəsini bu qəbildən olan hadisələr təşkil edir.

Bu gün Nazirliyin mətbuat katibi Elşad Hacıyev “Facebook” səhifəsində yaydığı bir məlumat ölkədə narkotik dövriyyəsinin həcmi ilə bağlı aydın təsəvvür yaradır: “Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 29-da ümumi çəkisi 42,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir...”

Məlumatlı mənbə “AzPolitika.info”ya bildirib ki, narkotiklərin ölkəyə gətirilməsi, yayılması təkcə ayrı-ayrı vətəndaşlar və cinayətkar qruplar tərəfindən həyata keçirilmir, bəzi dövlət qurumlarında çalışan şəxslər də vətəndaşların “ağ ölümə” yoluxmasında iştirak edir.

Bu sırada əczaçılıq şirkətlərin, onların biznes şəbəskəsinə daxil olan apteklərin, habelə narkoloji mərkəzlərin iştirakı mümkündür. Mənbə bildirir ki, bu gün Baş Prokurorluğun “Respublika Narkoloji Mərkəzi”də keçirdiyi əməliyyatın bir səbəbi də bu cür siqnalların daxil olması ola bilər.

Qeyd edək ki, sözügedən Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri – Mərkəzin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

Rəsmi ittihamda onlar narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsi ilə bağlı rüşvət almaqda ittiham olunurlar.

Mənbə bildirir ki, istintaqın gedişində onlara qarşı narkoloji müəssisəyə verilən narkotik tərkibli dərmanların satışı, qanunsuz istifadəsi ilə bağlı yeni ittihamlar irəli sürülə bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Emin Əmirullayevin oliqarx balalarını yüksək vəzifələrə təyin etməsinin arxasında nə dayanır? - Yenə köhnə AB-HAVA?..

Elm və Təhsil naziri Emin Əmirullayev oliqarx övladlarını yüksək vəzifələrə təyin edir.

Hurriyyet.az xəbər verir ki, Emin Əmirullayevin oliqarx övladlarını yüksək vəzifələrə təyin etməsinin arxasında heç də vəzifəyə təyin edilənlərin bilik və bacarıqları dayanmır.

Məsələn, Elm və Təhsil naziri 2023-cü ilin dekabr ayının 18-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinə Coşqun Əliyev adlı şəxsi müdir təyin edib.

Coşqun Əliyevin indiyədək hansı pedoqoji fəaliyyəti olması barədə heç bir məlumat yoxdur.

Coşqun Əliyev əvvəllər Bakı şəhər İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışan, adı bir çox maxinasiyalarda hallanan Vidadi Əliyevin oğludur.

O, atasının əlaqələrindən istifadə edərək Bakı şəhərində parkinq biznesi ilə məşğul olub.

Bu barədə medada xeyli sayda məlumatlar tirajlanıb.

Həmin məlumatlarda Coşqun Əliyevin Bakı şəhərində qurduğu parkinq biznesinin vergidən yayındığı və əhali arasında kütləvi narazılıq yaratdığı qeyd edilir.

Coşqun Əliyevin parkinq biznesi hökumətin apardığı islahat zamanı müflis olub.

Coşqun Əliyev bundan sonra atasının vəzifədə çalışdığı zaman əldə etdiyi biznesə sahiblik edib.

Bu biznesi sırasında Zirə qəsəbəsində xeyli sayda pomidor və xiyar istixanaları, icarəyə verilən çoxdsaylı obyektlər, ticarət mərkəzi, yanacaqdoldurma məntəqəsi olduğu deyilir.

Emin Əmirullayevin daha bir kadrının- Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin də oliqar nəslin nümayəndəsi olduğu vurğulanır.

Belə ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın Azərbaycanda tikinti maqnatlarından biri olan, "Körpü-Bina-Tikinti" MMC-nin sahibi Xəlil Göyüşovun yaxın qohumu olduğu vurğulanır.

İlhamə Abdullayeva Coşqun Əliyevdən fərqli olaraq əvvəllər təhsil sistemində xırda vəzifələrdə çalışıb.

Emin Əmirullayev Təhsil naziri təyin edildikdən 5 ay sonra İlhamə Abdullayevanı Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? - Məhkəməyə verildilər...

“Teymuroğlu” MTK məhkəməyə verilib.

Dia-az.info xəbər verir ki, şirkət barədə Əliyev Elnur Şirzad oğlu Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

İşin mahiyyəti mənzil mübahisələri və mülkiyyət hüququ ilə əlaqədar mübahisələrlə bağlıdır.

İddiaçı MTK-dan əmlakını tələb edir.

Məhkəmə işi hakim Vüsalə Musayevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Teymuroğlu” MTK 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Elşən Qurbanov, rəhbəri isə Münasib Qurbanovdur.

2022-ci ildə “Teymuroğlu” MTK-nın həmtəsisçisi Elşad Tağıyev Bakıda bir mənzili iki nəfərə 400 min manata satmaqda ittiham edilərək məhkəmə zalında həbs edilib. E.Tağıyev məhkəmə prosesi dövründə “Teymuroğlu İnşaat”ın şəriki olub.(Dia-az.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəşid Bədəlovun satınalma müqaviləsi bağladığı MMC-lər iki-üç aydan sonra niyə ləğv edilib? - İLGİNC FAKTLAR

Məlum olduğu kimi, dövlət qurumlarının müxtəlif xidmətlərin və malların satınalmalarını tender və kotirovka sorğuları yolu ilə həyata keçirməsi qanunla mütləqdir. Bunun üçün qəbul olunmuş xüsusi qanunlar da mövcuddur. Lakin son illər dövrü mətbuatda satınalma prosedurları ətrafında dolaşan məlumatlar dövlət satınalmaları zamanı çoxsaylı qanun pozuntularına yol verildiyini deməyə əsas verir. Burada daha çox keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilir, podratçıların maddi-texniki bazası və ixtisas göstəriciləri bir çox hallarda nəzərə alınmır, bağlanmış müqavilələrdə qiymətlər süni şəkildə şişirdilir, bir-iki aydan sonra isə şirkətlər ləğv edilir.
Səhiyyə Nazirliyinin tabeliyində olan Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası tərəfindən 2023-cü ildə tibb ocağının gündəlik tələbatının ödənilməsi məqsədi ilə 13 satınalma müqaviləsi bağlanılıb. Onların hamısına toxunmayacıq. Amma Vərəm Sanatoriyası tərəfindən bağlanılmış bir neçə satınalma müqaviləsi var ki, burada saxtakarlıqlara yol verildiyi açıq aydın görsənir.
Sanatoriyanın digər malların satınalınması üzrə “AZNEX-CO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21.042,5 manat məbləğində satınalma müqaviləsinin bağladığı 23.01.2024-cü il tarixdə açıqlamışdır. Amma şərtlərə görə kotirovka sorğusu müsabiqəsi 19.10.2023-cü ildə başlamalı 31.12.2023-cü il tarixdə bitməli olub. Maraqlıdır, Vərəm Sanatoriyası artıq başa çatmış kotirovka sorğusunun nəticələrini nə üçün bir ay sonra açıqlayıb? Qeyd edək ki, Vərəm Sanatoriyası “AZNEX-CO” MMC ilə daha bir satınalma müqaviləsi də mətbəə mallarının satınalınması üzrə bağlayıb. Bu kotirovka üzrə isə 17.479,5 manat məbləğində müqavilənin bağlanıldığı 13.10.2023-cü ildə açıqlanıb.
Göründüyü kimi Vərəm Sanatoriyası MMC ilə ümumi olaraq 38 522 manat müqavilə bağlayıb. Amma Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarda “AZNEX-CO” MMC-nin artıq ləğv edildiyi göstərilir. 05.11.2022-ci ildə dövlət qeydiyyatına alınmış MMC-nin qısa zaman içində nədən ləğv olunduğu bir çox şübhələrə yol açmırmı?
O cümlədən Vərəm Sanatoriyasının mətbəə mallarının satınalınması üzrə “FASTON QRUP” MMC-nin də Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarda artıq ləğv edildiyi göstərilir. Sanatoriya bu MMC ilə santexnika, elektrik və digər texniki vasitələrin və xidmətlərin satınalınması üzrə 34.022,6 manat məbləğində satınalma müqaviləsinin bağladığını 13.09.2023-cü il tarixdə açıqlayıb. 14.12.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də qısa zaman içində nədən ləğv olunduğu suallar doğurmurmu?
Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası dekorativ bitkilərin, uşaqlar üçün idman və əyləncə inventarlarının alınması və quraşdırılması işlərinin satınalınması üzrə müqavilə bağladığı “TRİTON-22” MMC də ləğv edilib. Sanatoriya bu MMC ilə dekorativ bitkilərin, uşaqlar üçün idman və əyləncə inventarlarının alınması və quraşdırılması işlərinin satınalınması üzrə 39.239,4 manat məbləğində satınalma müqaviləsi bağladığını 30.08.2023-cü il tarixdə açıqlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarda 13.05.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də vergi ödəyicisi kimi ləğv edildiyi göstərilir.
Vərəm Sanatoriyasının şüşələrin yuyulmasının satınalınması üzrə müqavilə bağladığı “EVSEN-CO” MMC də ləğv edilib. Bu kotirovka sorğusu üzrə isə 18.767 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.08.2023-cü il tarixdə açıqlanıb. 14.12.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də vergi ödəyicisi kimi ləğv edildiyi göstərilir.
Sanatoriya müalicə və tədris alan həssas təbəqəyə aid uşaqlar, həmçinin inzibati işçiləri üçün bioloji təmiz və keyfiyyətli standartlara uyğun yuyucu, təmizlik və idarədə istifadə olunan digər vasitələrin (malların) satınalınması üzrə 46.284,64 manat məbləğində satınalma müqaviləsinin “EVOLUTION CONSTRUCTION AND SUPPLY” MMC ilə bağladığını 06.05.2023-cü il tarixdə açıqlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında 30.08.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də vergi ödəyicisi kimi ləğv edildiyi göstərilir.
Vərəm Sanatoriyası texniki suyun daşınması üzrə kotirovka müsabiqəsinə 20.02.2023-cü ildə başlayıb. “OPPONENT-2019” MMC ilə 39.601 manat məbləğində satınalma müqaviləsi bağladığını 15.04.2023-cü il tarixdə açıqlayıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi isə MMC-ni 18.05.2023-cü ildə riskli vergi ödəyicisi olması barədə qərar qəbul edib.
Göründüyü kimi Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası tərəfindən 2023-cü ildə keçirilmiş satınalmaların bir çoxunun qalibi olan MMC-lər qısa bir müddətdən sonra ləğv edilib. Bu da bu MMC-lərin dövlət vəsaitlərini silmək, mənimsəmək üçün yaradıldığını deməyə əsas verir. Bir şübhəl məqam da bu MMC-lərin qanuni təmsilçiləri ilə bağlıdır. Onlar vətəndaşlıq almış xaricilərdir. “AZNEX-CO” MMC -nin qanuni təmsilçisi SULAIMANOV ARPIDIN AKHMATOVICH, “FASTON QRUP” MMC – NURLAN AKBAROV NURGAZIEVICH, “TRİTON-22” MMC – REJABALI OROLOV, “EVSEN-CO” MMC – ISMOIL ORTIQOV
Qeyd edək ki, Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyasının əsaslı təmiri və quraşdırılması bir neçə il öncə baş tutub. Bunun üçün hələ 2019-cu ildə Prezidentin sərəncamı ilə Səhiyyə Nazirliyinə 11 468 300 manat ayrılmışdır. Buna baxmayaraq hərtərəfli təmirdən yeni çıxmış Vərəm Sanatoriyası müxtəlif xidmətlərin satınalmasına hər il külli miqdarda dövlət vəsaiti ayırır. Rəsmi dövlət qurumlarının məlumatlarından da göründüyü kimi birdəfəlik, saxta MMC-lər vasitəsi ilə. Və bütün bu qanunsuzluqların başında isə Sanatoriyanın baş həkimi Rəşid Bədəlov durur.
Elektron medianın yaydığı məlumatlara görə baş həkim Rəşid Bədəlov əvvəllər Səhiyyə Nazirliyində çalışıb. Burada sabiq nazir Oqtay Şirəliyevin ən yaxın adamlarından biri kimi tanınıb. Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyasına isə 2019-cu ildə təmirə başlamazdan bir neçə ay əvvəl baş həkim təyin edilib. Bu isə o deməkdir ki, sabiq nazir təmirə ayrılmış 11 milyon manatı yaxın adamı, Rəşid Bədəlovun vasitəsi ilə xərclədiyi iddia edilir.

Əyalətmedia.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO