[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna-Polşa sərhədi bağlanır? - 4 saatlıq görüş

Polşa hakimiyyəti ilə dörd saatlıq danışıqlar zamanı sərhədin bağlanması məsələsi müzakirə olunmayıb.

Bunu Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bildirib.

“4 saatlıq danışıqlarda sərhədin bağlanması variantı qeyd olunmadı. Polşanın Baş naziri Donald Tuskun dediyi kimi, bu, iqtisadiyyatlarımız üçün çox ağrılı qərar olardı", - Kaçka söyləyib.

Qeyd edək ki, daha öncə Polşanın Baş naziri Donald Tusk Varşavanın Ukrayna ilə sərhədi müvəqqəti olaraq daşımalar üçün tamamilə bağlamaqla bağlı danışıqlar apardığını söyləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamalda 64 ailə evində donur – “Azəriqaz”, BŞİH və “Azəristilik” hara baxır?

Paytaxtın Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1 ünvanında yaşayan sakinlər neçə illərdir istilik və qaz problemindən əziyyət çəkirlər. Bu barədə Tribunainfo.az-a məktubunda sakinlərdən biri Rauf Əliyev yazıb. O, qeyd edir ki, adıçəkilən 16 mərtəbəli binada 64 ailə, yəni 300-ə yaxın sakin yaşayır. Bildirilir ki, 90-cı illərin əvvəli tikilən və dövlətin balansında olan binada əvvəldən qaz çəkilişi nəzərdə tutulmayıb. Binada istilik sistemi var, qızdırıcı xətlər, radiatorlar quraşdırılıb, amma mərkəzi istilik sisteminə onillərdir qoşulmur.
Sakinlər şikayət edir ki, qışda mənzillərdə soyuğa dözmək çox çətindir.
Özəl MTK-nın olmayan, dövlətin balansında olan binada istilik sistemi var, qızdırıcı xətlər quraşdırılıb, amma mərkəzi istilik sisteminə illərdir qoşulmur, bina istiliklə təmin olunmur. Bu problem soyuq qış günlərində özünü daha qabarıq şəkildə büruzə verir.
12 ildir bu binanın sakini olan Rauf Əliyev bildirir ki, bu illər ərzində onların aidiyyəti qurumlara edilən bütün çoxsaylı müraciətləri heç bir müsbət nəticə verməyib.
Sakinlərə rəsmi qurumlardan gah deyiblər yeni istilik qazanxanası tikilməsinə vəsait yoxdur, gah da deyiblər binaya qaz çəkə bilmərik, çünki əvvəlcədən nəzərdə tutulmayıb, ya da vəd veriblər ki, problem həll olunacaq, amma həll olunmayıb.
R. Əliyev yazır ki, indiyədək etdikləri rəsmi müraciətlərinin heç bir faydası olmayıb, rəsmilər yalnız söz verməklə kifayətləniblər.
“Bakı İcra Hakimiyyətinə, “Azəriqaz” “Azəristiliktəchizat”-a, Nazirlər Kabinetinə və digər yerlərə çoxsaylı müraciətlər, şikayətlər etsək də, problemimiz telekanallarda işıqlansa da, bizim illərdir çəkdiyimiz bu zülmə bir tədbir görülmür.
Binamız MTK deyil, sovetlər dağılandan sonra tikilib. Evlərimizi qızdırmaq üçün altenativ vasitələrdən istifadə edirik. Məsələn, evi qızdırmaq üçün kondisionerdən, yağla işləyən radiatorlardan, isti su üçün aristondan istifadə edilir ki, bu da bizə çox baha baş gəlir. Elektriklə işləyən kombi lap kəllə-çarxa çıxır -300-400 manat işıq pulu yazır”. O da deyilir ki, bununla belə yenə də mənzilləri normal qızdırmaq olmur: “Hər şey elektriklə olduğundan soyuq aylarda- oktyabrdan martacan hər ay işığa hələ qənaət edə-edə böyük miqdarda-təxminən 200-300 manat ödəməli oluruq ki, bu da maddi cəhətdən cibimizə uyğun deyil.
Əvvəllər binada qazın, istiliyin olmamasını nəzərə alıb heç olmasa bizə işıq pulunda 50 faiz güzəşt edirdilər. Amma sonrdan bu güzəşt ləğv olundu.
Bundan başqa əvvəl işıq pulu ayrı-ayrı dövrlərdə 2, 6, 7 qəpik idi.
İndi 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpiyə qalxıb.
300 kVts limiti keçəndə 13 qəpikdən ödəməlisən. Məndə işıq ayda 1700,1800 kVts yazır, limiti isə 1 həftəyə keçir .
Mən hər ay işığa 200 manat və daha çox pul ödəyirəm ki, bu da büdcəmə uyğun deyil. İşlətməsən də olmur.
Düzdür isti aylarda, bu məbləğ bir qədər az 100 manat olur, amma binada qazın olmaması bir çox başqa çətinliklər yaradır.
İstiliyin olmamasından mənzillərdə nəmişlik yaranır, divarlar, oboylar qaralır və digər fəsadlar olur. Buna görə tez-tez böyük xərc çəkib evlərimizi təmir etmək məcburiyyətində qalırıq.
Bundan başqa, biz istiliyə görə bu qədər xərc çəkməyimizə baxmayaraq, evimizdə qızına bilmədiyimizdən bir çoxlarının xəstələnməsinə gətirib çıxarır. Bu cür acınacaqlı vəziyyət binanın yaşlı, xəstə olan sakinlərinə, balaca uşaqlara daha pis təsir edir. Nəticə olaraq üstəlik dava-dərmana da xeyli xərc çəkməli oluruq.
Biz hesab edirik ki, bina mərkəzi istilik sisteminə qoşulmasa belə heç olmasa qaz olsa idi biz istilik problemini kombi vasitəsilə öz vəsaitimiz hesabına həll edərik. Bu bizə qat-qat ucuz başa gələrdi. Çünki işığa görə ayda 200-300 manata ödəməyə əksəriyyətin imkanı yoxdur.
Mərkəzi istilik sisteninə qoşulsaq belə bizim problem tam həll olunmayacaq. Maksimum istilik probeni həll olunacaq. Amma qaz çəkilsə problem kökündən həll oluna bilər.
Amma bununla belə biz heç olmamaqdansa təkcə mərkəzi istilik sisteninə qoşulmağa razıyıq. Amma bu da belə həll olunmur.
“Azəristiliktəchizat”dan bizə bildirirlər ki, yaxınlıqda qazanxana yoxdur. Bizim üçün xüsusi bina tikməyə də vəsaitləri yoxdur. Deyirlər ki, icra hakimiyyəti nə vaxt pul ayırsa o vaxt tikmək olar. Yasamal İcra hakimiyyəti də deyir ki, büdcədə pul yoxdur, dövlətdən pul ayrılmalıdır.
Beləcə bizim problemimizin həlli dalana dirənir, bizə laqeyd yanaşılır. Halbuki icra hakimiyyəti vəsaitin ayrılması üçün müraciət edə bilər istəsə.
Düzdür, Yasamalda bizdən başqa da elə binalar var ki, orda qaz yoxdur,amma onlar heç olmasa mərkəzi istilik sisteminə qoşulub.
Amma bizdə nə qaz var, nə də mərkəzi istilik sistemi…
Bu baxımdan bizim vəziyyətimiz ikqat acınacaqlıdır. Sakinlərin əksəriyyəti binaya qaz çəkilməsinin tərəfdarıdır.
Bu dövlətə də ucuz başa gələ bilər, nəinki qazanxananın tikilməsi.

Bizə hansısa firmanın adamı tərəfindən binanın qazlaşdırılması təklif olunub.
Amma deyilən məbləğ külli miqdarda olub deyə bizim buna imkanımız çatmayıb. Qaz çəkilərsə biz hətta borunun balkonacan çəkilməsinə də razıyıq.Necə ki, indi bir çox hümdürmərtəbəli binalarda belə edilir.
Əslində bir vətəndaş olaraq bizim istiliklə təmin olunmağımız bizim qanuni hüququmuzdur, haqqımızdır.Bu binanın tam qaydasında olan sənəddə də öz əksini tapıb.
Sonda bütün aidiyyəti dövlət qurumlarına mətbuat vasitəsilə bizim problemin həll olunmasını üçün yenidən müraciət edirəm.Ümid edirəm bizim sosial problemimiz axır ki, öz həllini tapacaq”.

Sonda vətəndaş Rauf Əliyev öz əlaqə nömrəsini də təqdim edib ki, aidiyyatı orqanlar əlaqə saxlasın.(055) 548 65 05
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin işçiləri ETİRAZ EDİR - MÜRACİƏT

Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, öz haqlarını tələb etdikləri üçün idarənin mexaniki şöbəsinin müdiri Anar Qahablı tərəfindən təhdid olunurlar:

“Biz işçilərin haqqı tapdalanır, sözümüzü deyə bilmirik, dərhal işimizlə təhdid edilirik.

Deməli, şəhərin təmizliyi üçün bizim ambarlara lazımi qədər süpürgə yığılır. Ehtiyac olduqca istifadə olunsun deyə. Lakin Anar Qahablı istifadə etməyə icazə vermir. Əlavə 5 süpürgə maşını var, onu da marşrut xəttinə salmır. Bir sözlə, Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin vəzifədə olan şəxsləri tərəfindən işçilərə qarşı çox haqsızlıq olunur.

Dövlət tərəfindən süpürgə üçün pul ayrılır, hər il fəhlələrin istifadə etməsi üçün ayrılan süpürgələri işçilərə verimirlər. Gündəlik hər bir maşın üçün 100 litr benzin alınır, amma maşınlar marşrut xəttinə buraxılmır, onların işini fəhlələr görür.

Bütün bu qanunsuzluqlara yol açan 11 nömrəil Qahab məktəb direktoru olan oradan, müəllimlər tərəfindən şikayət olunub işdən qovulan Anar Qahablıdır. Hal-hazırda Naxçıvan şəhəri Sanitar Təmizlik İdarəsinin Mexaniki şöbəsinin müdiridir.

Xahiş edirik, Bizim problemimizİ işıqlandırın, bəlkə bu qanunsuzluqların qarşısını almağa çalışan kimlərsə ola”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elçin Allahverdiyevin "Sahra Baku” restoranı müştərilərinə kiflənmə əlamətləri müəyyən olunan qida məhsulları satırmış - FOTOLAR

Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb.

Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.

Belə ki, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həmçinin üzərində etiket məlumatları qeyd olunmayan, kiflənmə əlamətləri müəyyən olunan məhsulların satışının həyata keçirildiyi aşkar edilib.

Həmin məhsullar satışdan kənarlaşdırılıb, sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.("Azərbaycan Reallığı")
Elçin Allahverdiyevin "Sahra Baku” restoranı müştərilərinə kiflənmə əlamətləri müəyyən olunan qida məhsulları satırmış - FOTOLARElçin Allahverdiyevin "Sahra Baku” restoranı müştərilərinə kiflənmə əlamətləri müəyyən olunan qida məhsulları satırmış - FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada 100 milyon dollara 3 sanatoriya tikmək istəyən azərbaycanlı kimdir? - İLGİNC

Azərbaycandan olan şirkət Rusiyanın Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın tikintisinə 9 milyard rubl (100 milyon dollar) sərmayə qoymağı planlaşdırır.
Yeniavaz.com TASS-a istinadən bildirir ki, bunu Jeleznovodsk xüsusi iqtisadi zonasının rəhbəri Yevgeni Bakulin bildirib.
“İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstəriblər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard təşkil edəcək”, - deyə Bakulin bildirib.
Onun sözlərinə görə, həmin ərazidə 600 otaq və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, Bakulin investorun kimliyini açıqlamayıb.
Məlumat üçün bildirək ki, daha əvvəl də Jeleznovodsk xüsusi iqtisadi zonasında Azərbaycan sərmayəsi ilə sanatoriyalar inşa olunub.
2018-ci ildə Jeleznovodsk xüsusi iqtisadi zonasının yerləşdiyi Stavropol diyarının rəhbəri Vladimir Vladimirov mətbuata verdiyi açıqlamada bildirib ki, Azərbaycandan olan sərmayəçilər üç sanatoriya tikirlər.
Vladimir Vladimirov deyib ki, Azərbaycandan olan investorlar 2016-cı ildə Essentukidə 1,5 milyard rubldan çox vəsait hesabına 400 çarpayılıq “İstochnik” sanatoriyasını tikiblər. Stavropol diyarının rəhbəri hələ 2018-ci ildə bildirib ki, Jeleznovodskda (400 yerlik) və Kislovodskda iki (500 və 600 yerlik) sanatoriyanın tikintisi davam edir.
Onu da qeyd edək ki, 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. Bu sanatoriyanı Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis etdiyi “Rusel” şirkəti inşa edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Babək rayon Mədəniyyət İdarəsinin müdiri işdən çıxarılıb - ƏMR

Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Babək rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu rayonun baş memarı vəzifəsindən azad edildi - ƏMR


Masallı Rayonu İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri -Baş memarı vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun müvafiq əmrinə əsasən, vəzifəsindən azad edilən Həsənov İbrahim Əliməmməd oğludur. O bu vəzifəyə 2023-cü ilin iyununda təyin edilmişdi.

Qeyd edək ki, İbrahim Həsənov 1963-cü il də Masallı rayonu, Ərkivan qəsəbəsinin Bədirli məhəlləsində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) məzunu olub. İxtisasca mühəndis-hidrotexnikdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yüksək vəzifəli məmur ölkədən qaçdı - TƏFƏRRÜAT

Müstəqilliyimizin ilk illərində Azərbaycana sərmayə qoyan kiprli iş adamı Əfruz Sami Müdüroğlunun Azərbaycandakı varisləri ölkədən qaçıb.

Bu barədə Gununsesi.info-nun məlumatlı mənbədən əldə etdiyi bilgiyə görə, Müdüroğlu ailəsinin gəlini olan Dövlət Neft Fondu icra direktorunun müşaviri Nərgiz Nəsrullayeva da həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib.

Buna səbəb isə “Landmark” Biznes Mərkəzinin sahibi olan Müdüroğlu ailəsinin Bakıdakı biznesi ilə bağlı yaranmış vəziyyət olub.

Nərgiz Nəsrullayeva da Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisidir.

Qeyd edək ki, ailənin sahib olduğu “Landmark” ölkədə ilk biznes mərkəzlərindən sayılır.

“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində köhnə dəyirman deyilən ərazidə kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.

“Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır.

O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır.

Məlumata görə Nəsrullayeva Nərgiz Müdüroğlu 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.

Dövlət Neft Fondundan isə Gununsesi.info-nun sorğusuna cavab olaraq, Nərgiz Nəsrullayeva ilə bağlı konkret fikir bildirməyiblər.

“Nərgiz xanımın işə çıxıb-çıxmamasından məlumatsızıq” deyə Fondun İctimaiyyətlə Əlaqələr Departamentinin adının çəkilməsini istəməyən əməkdaşı əlavə edib. (Gununsesi.info)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş səfirin aptek şəbəkəsinə ETİRAZ - "Balalarına xəstə insanların ahı qalmış pulu..."

Azərbaycanda ayrı-ayrı məmurların həm də bir biznes adamı kimi tanınması adi hala çevrilib. Doğrudur, qanunlarımız bunu qadağan edir, amma nə olsun ki...

Beləcə uzun müddətt qanunların üstündə "rəqs edən" sabiq məmurlarımızdan bri də keçmiş deputat və keçmiş səfir Elmira Axundovadır. Dia-az.info bildirir ki, onun çoxsaylı biznesi içində əslində, "Elit" apteklər şəbəkəsi elə də gözə görünəni olmasa da, hazırda bir vətəndaş gileyi səbəbindən diqqətimizi cəlb edib. Yəni mövzumuz keçmiş səfirin apteklər şəbəkəsindən olan bir şikayətdir.

Mehman Uğursoy adlı vətəndaş bildirir:

"Sikayətim məşhur "Elit aptek"dəndir. Çox fırıldaq və saxtakarlıqla məşğuldurlar.

1) "Votsap" nömrələrinə resepti atırsan, qiymeti öyrənirsən. Gedirsən ora, orda başqa qiymət olur (tebii ki daha baha..)
2) Olmayan dərmanları olanda, (20 dəfə desən də ki əvəzedici lazım deyil) ya basqasını, ya da aşağı dozalısını verirlər.
3) Ən maraqlısı 1 resept ayrı-ayrı 3 əczaçıda başqa-başqa qiymətədir. (təsəvvür edin, eyni aptek eyni recept, amma fərqli-fərqli qiymətlər. Bunlar adama baxıb qiymət oxuyurlar.)
4) Resepdə olan dərmanların hamsının pulunu tam alıb, az verirler. (Xəstəni evdə qoyub qaçırsan aptekə, 2 saat gözlə. Gəlirsən ki əskik veriblər)..
5) ...
6) ...

Aptekin "Votsap" nömrəsinə dəfələrlə yazdım. Cavab vermədilər. Bunlar başa düşmürlər ki, ora heç kim kefindən getmir. Bazar deyil, kartoşka satmırsınız ki deyək cəhənnəm biri də xarab olsun...

Çox məsuliyyətsiz və laqeyd aptekdir..."


Rzayeva adlı istifadəçi də belə yazır dərdini:

"Allah bildiyi kimi eləsin. İnsanların ehtiyacından faydalanırlar.

Bir xanım "Elit" aptekdən anası üçün xərçəng əleyhinə ağıllı dərman sifariş verib.

Sifariş verəndə 700 manar deyiblər, çatdıranda 800 manat deyiblər. Heç yarım saat keçməyibmiş.

Bu qədər qansızdırlar. Qorxmurlar... evdə balalarına xəstə insanların ahı qalmış pulunu aparmağa..."


Günay İbrahimova adlı istifadəçi yazır:

"Siz hələ yaxşısınız...
Mən təzyiqə görə dərman alırdım, əczaçı qız məsləhət gördü ki, belə dərmanlara görə onların vaxtını almayım, başqa apteklərə müraciət edim. Təbii ki, dediyini etdim. Amma sözümü də dedim.
Hal-hazırda az qalıb 1 il olsun ki, ora girmirəm..."(Dia-az.info)

DAVAMI VAR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda bank işçiləri tərəfindən BÖYÜK DƏLƏDUZLUQ... - TƏFƏRRÜAT

Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəyən bir neçə nəfər dələduzluqla üzləşdiklərini bildirir.

“Qafqazinfo”ya müraciət edən 1988-ci il təvəllüdlü Bəhruz Şahbazov özlərini banklardan birinin əməkdaşı kimi təqdim etmiş şəxslərin ona və digər 3 nəfərə məxsus xeyli miqdarda pulu ələ keçirdiyini deyib.

Həmin şəxslərin bankın hərracda olan maşınlarını onlara satmaqla bağlı vəd verdiyini və avtomobillərin pulunu əvvəlcədən aldığını bildirən şikayətçi sonradan maşınların başqalarına satıldığını öyrənib. O, bəzi avtomobillərin özlərini bank əməkdaşı və vasitəçi kimi təqdim edən Nihat Teyyubov adlı şəxsin adına sənədləşdirilməsini iddia edib: “Mən və digər zərərçəkmiş 3 nəfər: İlkin Əsgərov, Fikrət Məhərrəmov və Pənah Hüseynov başımıza gələnlərlə bağlı polisə şikayət etdik. Bildirdik ki, Teyyubov Nihat Nüsrət oğlu və Aslanov Etibar Məmmədəli oğlu aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakının ələ keçirilməsi niyyəti ilə qabaqcadan əlbir olublar. Nihat Teyyubov bank əməkdaşlarının köməyindən də istifadə etməklə məni aldadaraq bank tərəfindən hərraca çıxarılmış 10 PL 455 nömrə nişanlı, “Hyundai Sonata” markalı nəqliyyat vasitəsini və 10 PT 092 nömrə nişanlı “Hyundai Accent” markalı nəqliyyat vasitəsinin alınması ilə bağlı ümumilikdə 32 300 manat məbləğində pulumu ələ keçirib. Pulu aldıqdan sonra “Hyundai Sonata” markalı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirib. Daha sonra isə mənim adıma sənədləşdirilməsi üçün 700 manat, sığorta və nömrə üçün 232 manat aldı. Bundan sonra isə ustalara da müəyyən xərc çəkildikdən sonra 10 dekabr 2023-cü il tarixdə etibarnaməni ləğv etdirərək nəqliyyat vasitəsini apardı. Hadisə ilə bağlı 102 xidmətinə məlumat verməyimə baxmayaraq, polis əməkdaşları nəqliyyat vasitəsini mənzilimin qarşısından apardılar”.

Saytımıza müraciət edən İ.Əsgərov, F.Məhərrəmov və P.Hüseynov da eyni məzmunlu əməllə üzləşdiklərini, külli miqdarda pul vermələrinə baxmayaraq avtomobillərin aldatma yolu ilə onlara təqdim edilmədiyini deyiblər.

Şikayətçilərdən P.Hüseynov bildirib ki, özünü banklardan birinin filial müdiri kimi təqdim etmiş Nihat Teyyubov Bəhruz Şahbazova satılmış avtomobili ona da sataraq 13 150 manat alıb.

Şikayətçilər qarşılaşdıqları hadisə ilə bağlı Səbail Rayon Poolis İdarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (Qabaqcadan əlbir olan şəxslər tərəfindən, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə, təkrar dələduzluq etmə) maddələri ilə cinayət işinin açıldığını bildibilər: “Etibar Aslanov məsuliyyətə cəlb edilsə də, bütün bu əməllərin əsas iştirakçısı və təşkilatçısı olan Nihat Teyyubov barəsində heç bir tədbir görülmür və onu cinayət işinə cəlb etmirlər. Həmçinin bizə vurulan zərərin miqdarı qanunla müəyyən edilmiş həddi keçdiyindən onlar barəsində daha ağır maddə - 178.3.2-ci, yəni külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət açılmalıdır”.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə sorğu ünvanladıq. Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev sorğuya cavab olaraq bildirdi ki, vətəndaşların müraciəti əsasında açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir: “Ötən il dekabr ayında bir qrup vətəndaş polisə müraciət edərək avtomobil almaq məqsədilə Etibar adlı şəxsə müxtəlif məbləğlərdə külli miqdarda pul ödədiklərini, lakin həmin şəxs tərəfindən aldadılaraq pullarının ələ keçirildiyini bildiriblər. Müraciətlər əsasında Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılaraq əməldə dələduzluq cinayətinin tərkib əlamətləri olması müəyyən edildiyindən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Etibar Aslanov və Nihat Teyyubov saxlanılıblar. E.Aslanov barəsində həbs qətimkan, N.Teyyubov barəsində isə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.
Bakıda bank işçiləri tərəfindən BÖYÜK DƏLƏDUZLUQ... - TƏFƏRRÜAT

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO