[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahlıq kəndinin sakinlərindən ŞOK QƏRAR: Kəndimizin adı QULLAR OLSUN... - "Kəndin adı Şahlıq olsa da,  qul kimi yaşayırıq"

"Bizim Ucar rayonu Şahlıq kəndi Bakı-Tiflis magistral yolunun 6-cı km.-də, Ramal və Əlikənd kəndindən sonra axırıncı kənddir. O biri iki kənd yol qırağı olduğu üçün gözdən pərdə asmaq üçün orada dövlət hesabına qaz çəkilişi, telefon internet çəkilişi edirlər, amma Şahlıqdan bütün bu işləri kənd sakinlərindən pul yığıb edirlər". Bu barədə dia-az.info-ya edilən müraciətdə deyilir.

Narazı vətəndaşlar adından edilən müraciədə daha sonra bildirilir: "Təbii qaz həmin iki kəndə pulsuz, amma bizim Şahlıq kəndindən ev başına 500-600 manat yığılmaqla çəkildi.

Bizim kəndin adı Şahlıq olduğu üçündür yəqin?

Kənd camaatı kəndin adını dəyişmək üçün müraciət edəcək... Qullar kəndi etsinlər adını.

İndi də telefon-internet hər iki kəndə pulsuz - dövlət hesabına çəkilib, amma bizim Şahlıq kəndinin girişində boş "stolba" basdırıb dayanıblar ki, yəqin Şahlıq kəndinin ŞAHƏNŞAH sakinləri əllərini ciblərinə atsın.

Bu nə deməkdir axı?

Bizim kəndin adı Şahlıq olsa da, qul kimi yaşayırıq. Kas adı qul olub... şah kimi yasayaydıq..."(dia-az.info)
Şahlıq kəndinin sakinlərindən ŞOK QƏRAR: Kəndimizin adı QULLAR OLSUN... - "Kəndin adı Şahlıq olsa da,  qul kimi yaşayırıq"
Şahlıq kəndinin sakinlərindən ŞOK QƏRAR: Kəndimizin adı QULLAR OLSUN... - "Kəndin adı Şahlıq olsa da,  qul kimi yaşayırıq"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Məhərrəm Novruzovun yeznəsinə “QURTULUŞ” yoxdur... - Sərxoş halda 4 nəfəri öldürən qohum yenidən həbs olunur?

Azərbaycanda pulun və nüfuzun qanunlara qalib gəlməsinin daha bir faktı bəlli olub. İki il öncə 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90 km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillə toqquşaraq “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölümünə səbəb olan Elşad Kəlbəliyev ötən ilin ortalarında azadlığa çıxıb. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, 2023-cü ilin ilin fevral ayında Ali Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilmişdi. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.

Amma iş bununla da yekunlaşmayıb. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bir müddət sonra Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin cəzası azaldılıb. Məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilmiş MTK şefinin kürəkəni barəsində apelyasiya şikayəti əsasında 3 il həbsindən azaldılıb və Kəlbəliyevin cəzası 5 ilə endirilib. Məhkəmə belə qərara gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıbmış. Cumhuriyyet.az-a daxil olan məlumata görə, bunun ardınca isə islah əmək düşərgəsində təcili məhkəmə keçirilib və E.Kəlbəliyev “həbs müddətində nümunəvi davranışına görə” cəzasının qalan hissəsindən azad edilib. Bir sözlə, SƏRXOŞ VƏZİYYƏTDƏ 4 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLAN ŞƏXS AZADLIQDADIR!!! Qanuna və insanlığa açıqdan açığa bu şəkildə meydan oxunmasının isə tək səbəbi var: E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir!

Elşad Kəlbəliyevlə bağlı qərardan verilmiş kassasiya protestinə baxılıb. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda prokuror etirazını əsaslandırıb. Protestdə deyilib ki, məhkum Kəlbəliyev haqqında apellyasiya məhkəməsinin qərarı qanunauyğun olmayıb. Həmçinin təyin olunmuş cəza cinayətin ağırlığına münasibətdə yüngüldür. Həmin qərara əsasən, dörd nəfərin ölümünə səbəb olan iş adamının cəzası 8 ildən 5 ilə endirilib. Digər güzəşt isə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verilməsi olub. Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, prokurorun etirazı əsaslı hesab edilməlidir. Qərara əsasən, E.Kəlbəliyev haqda yüngül qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Məhərrəm Novruzovun adı zamanla mediada qalmaqallarda hallanan şəxsdir. Onun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” kompleksi də Hacı Məhərrəm Novruzova məxsusdur. Xatıradaq ki, yerli KİV-lərdə ara-sıra Novxanıda yerləşən “My Beach” adlı çimərlikdə yaşanan soyğunçuluq haqda reportajlar dərc edilib. Dərc edilən xəbərlər arasında Məhərrəm Novruzovun pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə təhsilində də durum ürəkaçan deyil... - "Saxta sənədlər tərtib edilərək..."

"27 il əmək fəaliyyətim olsa da, 1 aydır gələn... müvəqqəti müdir təyin olunmuş şəxs tərəfindən saxta sənədlər tərtib edilərək işimdən "70 ç" maddəsi ilə işimdən çıxarıldım". Dia-az.info bildirir ki, bu barədə müraciətində Gəncə şəhəri Molla Pənah Vaqif adına tam orta məkttəbin işçisi olmuş Vəfa Sərdar qızı Bağırova giley edir.

Narazı təhsil işçisi daha sonra bildirir: "Hüquqlarımın müdafiəsi üçün məhkəmələrə müraciət etsəm də, təssuflər olsun ki iddiam təmin olunmadı".

Qeyd edək ki, hüquqi kömək isttəyən V.Bağırova eyni zamanda Gəncə şəhər məhkəməsinin qərarını da təqdim edib...

Məsələ diqqətimizdədir...
Gəncə təhsilində də durum ürəkaçan deyil... - "Saxta sənədlər tərtib edilərək..."Gəncə təhsilində də durum ürəkaçan deyil... - "Saxta sənədlər tərtib edilərək..."Gəncə təhsilində də durum ürəkaçan deyil... - "Saxta sənədlər tərtib edilərək..."
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü - Artıq iş üzrə ekspertiza təyin olunub

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb.

Hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.

Belə ki, İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib.

Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.
Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.

Faktla bağlı araşdırma aparılır.

“Unikal”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
30 ildir qaz, istilik yoxdur, 250 manat işıqpulu verirlər - Bakıda “unukal” 16 mərtəbə

Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1 ünvanında yaşayan sakinlər neçə illərdir istilik və qaz problemindən əziyyət çəkirlər.

Qeyd edək ki, adıçəkilən 16 mərtəbəli binada 64 ailə-300-ə yaxın sakin yaşayır.

Bununla bağlı dia-az.info-ya bildirilir ki, 90-cı illərin əvvəli tikilən və dövlətin balansında olan binada əvvəldən qaz çəkilişi nəzərdə tutulmayıb. Binada istilik sistemi var, qızdırıcı xətlər, radiatorlar quraşdırılıb, amma mərkəzi istilik sisteminə onillərdir qoşulmur.

Sakinlər şikayət edir ki, qışda mənzillərdə soyuğa dözmək çox çətindir.

Özəl MTK-nın olmayan, dövlətin balansında olan binada istilik sistemi var, qızdırıcı xətlər quraşdırılıb, amma mərkəzi istilik sisteminə illərdir qoşulmur, bina istiliklə təmin olunmur. Bu problem soyuq qış günlərində özünü daha qabarıq şəkildə büruzə verir.

12 ildir bu binanın sakini olan Rauf Əliyev bildirir ki, bu illər ərzində onların aidiyyəti qurumlara edilən bütün çoxsaylı müraciətləri heç bir müsbət nəticə verməyib.

Sakinlərə rəsmi qurumlardan gah deyiblər yeni istikik qazanxanası tikilməsinə vəsait yoxdur, gah da deyiblər binaya qaz çəkə bilmərik, çünki əvvəlcədən nəzərdə tutulmayıb . Ya da vəd veriblər ki, problem həll olunacaq, amma həll olunmayıb.

Rauf Əliyev yazır ki, indiyəcən etdikləri rəsmi müraciətlərinin heç bir faydası olmayıb, rəsmilər yalnız söz verməklə kifayətləniblər.:

“Bakı İcra Hakimiyyətinə, "Azəriqaz" "Azəristiliktəchizat"-a, Nazirlər Kabinetinə və digər yerlərə çoxsaylı müraciətlər, şikayətlər etsək də, problemimiz telekanallarda işıqlansa da bizim illərdir çəkdiyimiz bu zülmə bir tədbir görülmür.

Binamız özəl MTK deyil, sovetlər dağılandan sonra tikilib. Evlərimizi qızdırmaq üçün altenativ vasitələrdən istifadə edirik. Məsələn, evi qızdırmaq üçün kondisionerdən, yağla işləyən radiatorlardan, isti su üçün aristondan istifadə edilir ki, bu da bizə çox baha baş gəlir. Elektriklə içləyən kombi lap kəllə-çarxa çıxır -300-400 manat işıq pulu yazır.

Amma bununla belə yenə də mənzilləri normal qızdırmaq olmur.

Hər şey elektriklə olduğundan soyuq aylarda- oktyabrdan martacan hər ay işığa hələ qənaət edə-edə böyük miqdarda-təxminən 200-300 manat ödəmil olururuq ki, bu da maddi cəhətdən cibimizə uyğun deyil.

Əvvəllər binada qazın, istiliyin olmamasını nəzərə alıb heç olmasa bizə işıq pulunda 50 faiz güzəşt edirdilər. Amma sonrdan bu güzəşt ləğv olundu.

Bundan başqa əvvəl işıq pulu ayrı-ayrı dövrlərdə 2, 6, 7 qəpik idi.

İndi 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpiyə qalxıb.

300 kVts limiti keçəndə 13 qəpikdən ödəməlisən.

Məndə işıq ayda 1700,1800 kVts yazır, limiti isə 1 həftəyə keçir .

Mən hər ay işığa 200 manat və daha çox pul ödəyirəm ki, bu da büdcəmə uyğun deyil. İşlətməsən də olmur.

Düzdür isti aylarda, bu məbləğ bir qədər az 100 manat olur, amma binada qazın olmaması bir çox başqa çətinliklər yaradır.

İstiliyin olmamasından mənzillərdə nəmişlik yaranır, divarlar, oboylar qaralır və digər fəsadlar olur. Buna görə tez-tez böyük xərc çəkib evlərimzi təmir etmək məcburiyyətində qalırıq.

Bundan başqa biz istiliyə görə bu qədər xərc çəkməyimizə baxmayaraq evimizdə qızına bilmədiyimizdən bu bir çoxlarının xəstələnməsinə gətirib çıxarır. Bu cür acınacaqlı vəziyyət binanın yaşlı, xəstə olan sakinlərinə, balaca uşaqlara daha pis təsir edir. Nəticə olaraq üstəlik dava-dərmana da xeyli xərc çəkməli oluruq.

Biz hesab edirik ki, bina mərkəzi istilik sisteminə qoşulmasa belə heç olmasa qaz olsa idi biz istilik problemini kombi vasitəsilə öz vəsaitimiz hesabına həll edərik. Bu bizə qat-qat ucuz başa gələrdi. Çünki işığa görə ayda 200-300 manata ödəməyə əksəriyyətin imkanı yoxdur.

Mərkəzi istilik sisteninə qoşulsaq belə bizim problem tam həll olunmayacaq. Maksimum istilik probeni həll olunacaq. Amma qaz çəkilsə problem kökündən həll oluna bilər.

Amma bununla belə biz heç olmamaqdansa təkcə mərkəzi istilik sisteninə qoşulmağa razıyıq. Amma bu da belə həll olunmur.

"Azəristiliktəchizat"dan bizə bildirirlər ki, yaxınlıqda qazanxana yoxdur. Bizim üçün xüsusi bina tikməyə də vəsaitləri yoxdur. Deyirlər ki, icra hakimiyyəti nə vaxt pul ayırsa o vaxt tikmək olar. Yasamal İcra hakimiyyəti də deyir ki, büdcədə pul yoxdur,dövlətdən pul ayrılmalıdır.

Beləcə bizim problemimizin həlli dalana dirənir,bizə laqeyd yanaşılır. Halbuki icra hakimiyyəti vəsaitin ayrılması üçün müraciət edə bilər istəsə.

Düzdür, Yasamalda bizdən başqa da elə binalar var ki, orda qaz yoxdur,amma onlar heç olmasa mərkəzi istilik sisteminə qoşulub.

Amma bizdə nə qaz var, nə də mərkəzi istilik sistemi...

Bu baxımdan bizim vəziyyətimiz ikqat acınacaqlıdır.

Sakinlərin əksəriyyəti binaya qaz çəkilməsinin tərəfdarıdır.

Bu dövlətə də ucuz başa gələ bilər, nəinki qazanxananın tikilməsi.

Bizə hansısa firmanın adamı tərəfindən binanın qazlaşdırılması təklif olunub.

Amma deyilən məbləğ külli miqdarda olub deyə bizim buna imkanımız çatmayıb. Qaz çəkilərsə biz hətta borunun balkonacan çəkilməsinə də razıyıq.Necə ki, indi bir çox hümdürmərtəbəli binalarda belə edilir.

Əslində bir vətəndaş olaraq bizim istiliklə təmin olunmağımız bizim qanuni hüququmuzdur, haqqımızdır.Bu binanın tam qaydasında olan sənəddə də öz əksini tapıb.

Sonda bütün aidiyyəti dövlət qurumlarına mətbuat vasitəsilə bizim problemin həll olunmasını üçün yenidən müraciət edirəm.Ümid edirəm bizim sosial problemimiz axır ki,öz həllini tapacaq.
30 ildir qaz, istilik yoxdur, 250 manat işıqpulu verirlər - Bakıda “unukal” 16 mərtəbə30 ildir qaz, istilik yoxdur, 250 manat işıqpulu verirlər - Bakıda “unukal” 16 mərtəbə30 ildir qaz, istilik yoxdur, 250 manat işıqpulu verirlər - Bakıda “unukal” 16 mərtəbə
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qadınların talassemiyalı uşaqların 1 milyonluq müalicə pulunu necə ələ keçirdikləri məlum olub - İTTİHAM AKTI
Talassemiyalı uşaqlar üçün toplanmış 980 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işinin bəzi detalları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər - N.Seyidova, A.Bayramova, A.Məmmədova ilə qabaqcadan əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə ediblər.

Belə ki, həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə dələduzluq ediblər.

Əvvəlcə N.Seyidova və A.Bayramova ilə birgə yalan vəd verərək Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Vüqar İsayev və Xəyal İlmanovdan 34 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq ediblər.

İttiham aktında göstərilib ki, N.Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq edib.

Daha sonra N.Seyidova bu dəfə A.Məmmədova ilə qabaqcadan əlbir olaraq, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.

İstintaqla o da müəyyən edilib ki, N.Seyidova tanışı A.Bayramova təkrarən qabaqcadan əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000 , Faiq Nəcəfovdan 5 100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə araşdırılır.

İş üzrə zərərçəkmiş qismində 36 şəxs tanınıb. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bərdədə fermerlər ÇƏTİN DURUMDA - NAZİRİN NƏZƏRİNƏ...

Bərdənin Soğanverdilər kəndində əhalinin çoxu tərəvəz yetişdirməklə dolanır. Bu mövsümdə məhsullarını sata bilməyən kəndlilər dolanışıq səbəbindən rayon mərkəzinə, yaxud Bakıya üz tuturlar. Kəndlilər deyirlər ki, məhsul boldur, amma alıcı yoxdur, tonlarla məhsul əkin sahələrində qalıb. Məhsulları soyuducu anbarlarda da saxlamaq sərf etmir. Fermerlərdən Vüqar Cəfərov Meydan TV-yə deyib ki, o da dədə-babaları kimi uzun illərdir kələm, kök, göy-göyərti əkməklə dolanır.

İmkanı olan məhsulunu Bakı bazarlarına çıxarır, imkanı olmayan kəndli isə elə kəndin küçələrində alıcı axtarışına çıxır.

“Şaxtalı-qarlı havalarda da əkin sahələrində işləyirik. Çoxuna asan gələ bilər, amma kök sahələrində işləmək əziyyət tələb edir. Şumlama, malalama, tirə çəkmə, daha nə qədər işlər görülür”,- fermer söyləyib.

Onun sözlərinə görə, artıq 1-2 ildir toxum, suvarma, dərmanlama, gübrələmə, daşınma, məhsulun yuyulması xərcləri artıb. Min bir əziyyətlə yetişdirdikləri məhsullarını satmağa alıcı tapa bilmirlər. 7-8 kisə yer kökünü satıb 1 tay un, 2-3 kilo ət almağa çətinlik çəkənlər də var.

Digər fermer isə deyib ki, yerkökü, kələm Soğanverdilərin qazanc yeri olub. Amma indi vəziyyət dəyişir. Göyərtini 3-5 qəpikdən, kələmi 25-30 qəpikdən təklif edirlər. Kökün sortundan, irili-xırdalı olmasından asılı olaraq 20-60 qəpik arasında satırlar.

Soğanverdilər kəndində bir neçə ildir əksəriyyət “türk sortu” kimi tanınan kök sortuna üstünlük verir. Bu sortun məhsuldarlığı digərlərindən üstün olduğundan toxum yerli sortlardan bahadır. Fermerlər deyirlər ki, son vaxtlar məhsul yığmaq üçün günəmuzd işçilik haqqı da artıb. Fermerlər son bir neçə ilə qədər məhsulları Rusiya bazarına çıxara biliblər. Son 2-3 ildir Rusiya bazarına çıxış məhdudlaşıb.

“Bakı bazarlarına məhsul çıxarmaq çox da sərfəli deyil. Bazarda yer haqqı, yol xərci, gündəlik yemək pulu səbəbindən qazanc əvəzinə xərcə düşürük. Kəndə gələn alıcılar isə uzaqbaşı 100-150 kilo məhsul aparır. Heç olmasa xaricdən yer kökü, kələm gətirilməsinə məhdudiyyətlər qoyulardı. Bu qədər yerli məhsullar olduğu halda, üstəlik xaricdən də tərəvəz gətirilir. Kəndlinin dərdini heç kim anlaya bilmir”,- fermerlərdən biri danışıb.

Emal müəssisələri olmadığından məhsulların bir hissəsi xarab olur. Kəndlilər ümid edirlər ki, emal müəssisələri yaradılarsa, onlar da sərfəli qiymətə məhsullarını bazara çıxara bilərlər.

Kəndin bələdiyyə sədri Hidayət Məmmədov Meydan TV-yə bildirib ki, kəndlilərin əksəriyyəti tərəvəzçiliklə ailələrini dolandırır, amma alıcılıq qabiliyyəti zəifdir. Kələmi 25-30, yerkökünü ondan bir qədər baha təklif edirlər:

“Əvvəlki illərdə istehsal bu qədər deyildi. Hamı türk kökü əkir, bu sortun isə məhsuldarlığı yüksəkdir. Bakı bazarına məhsul çıxaran azdır, Rusiya bazarına da çıxış çətinləşib. Buna görə də fermerlərin çoxu çətinlik çəkirlər”.

Bələdiyyə sədri onu da deyib ki, alıcı qıtlığını görmək üçün kəndin küçələrinə baxmaq kifayətdir. Əksəriyyət məhsulunu bu vasitə ilə satmağa çalışır. H.Məmmədovun sözlərinə görə, iş üçün digər ərazilərə gedən var, amma kənddən kütləvi köç yoxdur.

Bu il Soğanverdilər kəndində 265 hektardan çox ərazidə yerkökü əkilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir.

Fevral ayının 27-i ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunacaq.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın Su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Qeyd edək ki, Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran... XXI əsr ... və ÇARƏSİZLİK... - NARAZILIQ VAR...

Lənkəranda 5 kəndin sakinlərinin istifadə etdiyi yol keçilməz durumdadır. Rayonun Gəgiran kəndinin sakinləri Meydan TV-yə bildiriblər ki, vəziyyət o həddə çatıb ki, yaxınlarının məzarlarını ziyarət etməyə yol tapmırlar. Vacib iş üçün kənddən çıxanlar geri dönməkdə, doğmalarını görmək üçün kəndə gələnlər kənddən çıxmağa çətinlik çəkirlər. Qarlı, yağışlı havalarda kəndlərlə əlaqə kəsilir.

Kənd sakini Qalib Mirzəyev bildirib ki, məhz elə yola görə rayon mərkəzinə köçüb. Kənddə yaşayan valideynlərini görə bilmir, çünki yola görə taksilər kəndə qalxmaqdan imtina edirlər.

“XXI əsrdə Lənkəranda minik avtomobillərinin gedə bilmədiyi kəndlər var. Bir balaca etiraz edən kimi 100 yerdən xəbərdarlıq olunur. Sanki bu dövlətin düşməniyik. Düşünən yoxdur ki, kəndli nə ilə dolanmalıdır. Əkin-biçin varsa, bunu bazara çıxarmağa yol olmalıdır”,– şikayətçi bildirib.

Sakinlərdən biri isə söyləyib ki, onun 70 yaşlı atasını rayon xəstəxanasına çatdırmaq üçün qonşunun UAZ maşını köməyə gəlib. Əks halda atası ölə bilərdi. Təcili yardım, yanğın söndürən maşınları kəndə gəlmək istəmir:

“Sosial şəbəkədə bir kəlmə yazan kimi icra hakimiyyətindən tutmuş mənzil istismar sahələrinin, müəllimlərin hamısı bir ağızdan eyni sözləri yazırlar. Guya Lənkəran o qədər inkişaf edir ki, bizim gözümüz götürmür. Hamı bilir ki, dövlət qurumlarında işləyənlərə rayon haqqında tənqidi yazanlara etiraz etməyi tapşırıblar. Bizim də qonşuluqda, qohumluqda belələri var”.

Gəgiran kəndi Lənkəran şəhərindən 36 kilometr kənarda, Talış dağlarında yerləşir. Gəgiran cənub bölgəsinin ən qədim yaşayış məntəqələrindən biri hesab edilir. Kəndin əhalisi 1500 nəfərdən çoxdur.

Kəndin bələdiyyə sədri Akif Şıxəliyev də Meydan TV-yə bildirib ki, 5 kəndin 5 mindən çox əhalisinin istifadə etdiyi yol keçilməz vəziyyətdədir.

“Sovetlər birliyi dönəmindən bu yana həmin yol heç vaxt asfalt olmayıb. Torpaq yoldur, o da dağılıb. 15 kilometr yol salınmayıb”,- bələdiyyə sədri deyib. Onun sözlərinə görə, kəndin 9 şəhidi var. Məzarlığa gedən yol bərbad gündədir: “İndi elə şəhidimizin birinin ad günüdür, ora gedirik. Kənddə sadəcə UAZ və “Niva”lar hərəkət edə bilir. Mən özüm təcili yardım maşını çağırdım, dedilər ki, o yola girə bilməzlər, əsas yola kimi gələk”.

A.Şıxəliyev deyib ki, yolların təmiri ilə bağlı bir neçə dəfə müraciət ediblər. Aidiyyatı qurumların hamısının bundan xəbəri var. İllərdir yolun təmir olunacağı vədi ilə yaşayırlar.

Lənkəran Rayon İcra Hakimiyyətindən isə yalnız onu deyiblər ki, yolların təmiri mərhələli şəkildə həyata keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bura Bakı Dövlət Sirki deyil - BDU "Dərviş Məstəlişah"ların oylağına çevrilib... q

105 yaşlı nəhəng təhsil ocağı qoca və çürük "ideya"larla idarə olunur.

Bura Bakı Dövlət Sirki deyil. Heç Kukla Teatrı da deyil. Bura bir təhsil məbədidir. Özü də ölkənin ilk və ən qocaman ali təhsil ehramıdır. Di gəl ki, kimə deyirsən, olub "Bakı Dövlət marketi". Bunu biz iddia etmirik, elə Bakı Dövlət Universitetinin hələlik adını açıqlanmasını istəməyən əməkdaşı bəyan edir. Onun qandonduran, tükürpədən sözlərindən belə məlum olur ki, BDU kimi nüfuzlu ali təhsil müəssisəsi bir qrup fürsətcillərin, möhtəkirlərin əlində əsir-yesir qalıb. Tarix boyu alimlər, professorlar, elm adamları yetişdirən, ziyalılar ocağı olan, qürur mənbəyi sayılan bu ali məktəb indi "Xudayar bəylər"in oylağına çevrilib. Elə ondandır ki, BDU üçün fədakarlıq edən, pedaqoji fəaliyyəti ilə can qoyanlar əsl qiymətini ala bilmirlər. Sırf "Dərviş Məstəlişah"ların ucbatından BDU əməkdaşları arasında xeyli sayda tam ştat ala bilməyənlər, vəzifə adını qazanmayanlar var. Və nə qədər ki, həmin "bazarkom"lar BDU-da "meydan sulayacaq", o vaxtadək bu təhsil məbədi haqsızlıqlar edilən bir ocağ, "firon"ların piramidası kimi ad çıxaracaq. BDU əməkdaşının sözlərinə görə, idarəetmə bir qrup şəxsin əlindədir və onlar zəhmətkeş, dəridən-qabıqdan çıxan müəllimlərə dəyər verməyəcəklər. Çünki "Xudayar bəy" kimilərin gözündə sadə, ziyalı, çalışqan və bilikli müəllimlərin hüquqları "Məmmədhəsən əmi", ya da onun eşşəyi kimi bir lazımsız məsələdir. Yəni qocaman Bakı Dövlət Universitetində mənzərə "Danabaş kəndi"ndə olduğu kimi yarısı ağlamalı, yarısı istehza ilə gülməlidir. Səbəb də müəllimlərə layiq olduqları haqların verilməməsi, əllərindən alınması, fəaliyyəti müqabilində almalı olduğu dəyərdən məhrum edilməsidir. Çünki bu ali təhsil ocağını idarə edənlərin öz "qaydaları" var və yazılmamış qanunlar işləkdir. "Təhsil haqqında qanun" isə universitetin kandarından içəri girə bilmir. Sanki BDU Mozambik, ya da Banqladeş təhsil ocağıdır, bu ölkələrin qanunları keçərlidir. Bir sözlə, 105 yaşlı nəhəng təhsil ocağı qoca və çürük "ideya"larla idarə olunur. Ona görə də BDU əməkdaşı təhsil ictimaiyyətinə çağırış edir - Gəlin, birlikdə bu təhsil məbədini xilas edək!

Nicat Mahmudov
Rubrika. az

PS: Məqalə hələlik adının çəkilməsini istəməyən BDU nun əməkdaşının şikayyətlıri əsasında yazılmışdır. Ardı var..

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO