[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fondun 5,7 milyonluq müqaviləsində 2 müəmmalı məqam - İcazə verin, şübhələnək...

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 2 şirkətlə ümumi dəyəri 5 milyon 706 min 609 manat 80 qəpik olan 7 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Fondun açıq tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu (VÖEN – 1400126121) ilə 5, Bakı Dövlət Layihə İnstitutu (VÖEN – 1700162811) ilə isə 2 müqavilə bağlayıb.
Fond tərəfindən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna
- Tərtər rayonu Umudlu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün 853 min 730 manat;
- Şuşa rayonu Malıbəyli kəndində yerləşən yaşayış kompleksinin (14 bina) layihələndirilməsi üçün 457 min 250 manat;
- Şuşa rayonu Malıbəyli qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün 991 min 790 manat;
- Xankəndi rayonu Kərkicahan qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün 997 min 690 manat;
- Şuşa rayonu Turşsu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün isə 784 min 700 manat ayrılacaq.
Bunlardan başqa Fond tərəfindən Bakı Dövlət Layihə İnstitutuna
- Xocalı şəhərində əsaslı təmir olunacaq və yeni tikiləcək fərdi yaşayış mənzillərin (340 mənzil) layihələndirilməsi üçün 667 min 655 manat 80 qəpik;
- Xocavənd rayonu Xocavənd kəndinin yenidənqurulmasının layihələndirilməsi üçün isə 953 min 794 manat ayrılacaq.
Məlumat üçün onu bildirək ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.
Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bir mənbədən satınalma metodu əsasında imzaladığı müqavilənin yuxarıda göstərilən hallardan hansına aid edildiyi barədə məlumat mövcud deyil.
Onu da bildirək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasına Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri rəhbərlik edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
6 saylı Departamentdə böhranlı vəziyyət... - BU NƏDİ BELƏ?!

"SOCAR nəqliyyat idarəsinin 6 saylı Departamentinində böhranlı vəziyyət yaranıb. Dia-az.info bildirir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirva Qəhrəmanlı məlumat verib. "Sürücü problemin "niyəsinə" cavab almaq istəyir" deyə problemi diqqətə çatdıran hüquq müdafiəçisi daha sonra əlavə edib:

"10 -15 gündən artıqdır ki, hansı maşının yağının dəyişmə vaxtı çatırsa, yeni yağla əvəz olunmur. Sürücüyə də deyirlər ki, yağ yoxdur, maşını saxla. Problemlə əlaqədar 80-dan çox maşın dayanıb, işləmir. Maşın da işləməyəndə sürücü "boş dayanmada" olur. Əlavələr ödənilmir, ödəniş 66% olur.

Səbəb isə izah olunmur!"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DOST Agentliyinin “QARTAL SS”  MMC ilə bağladığı müqavilənin qiyməti nə qədər şişirdilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bir açıq tenderin nəticəsi diqqətimizi çəkdi. Agentlik DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün mühafizə xidmətinin satın alınması üzrə 28.12.2023-cü il tarixdə başladığı müsabiqəyə yekun vurub. Açıq tender prosedurunda Agentliyin tender komissiyasının qərarına əsasən “QARTAL SS” MMC qalib elan edilmişdir. Qalib təşkilatla 09.02.2024-cü il tarixdə 448.687,92 manat məbləöində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tenderin şərtlər toplusuna görə “QARTAL SS” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 ay DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətlərinin 11 ünvanda mühafizə xidmətini təşkil edəcək. Onlardan 10-u Bakı şəhərində, 1-i isə Bərdə şəhərində olacaq. “QARTAL SS” MMC şərtlər toplusunda göstərilən ünvanlarda 1 nəfərlik 1 postda 24 saat/ 09:00-09:00/ mühafizə xidməti təşkil edəcək. Bunlardan yalnız Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 13-də yerləşən “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin 2 postu var.

Bəs 11 ünvanda 1 nəfərlik 1 postda mühafizə xidmətini təşkilinə yarım milyona yaxın dövlət vəsaitinin ayrılması inandırıcı gəlirmi?

Qeyd edək ki, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi “QARTAL SS” MMC ilə mühafizə xidmətinin satın alınması üzrə bir müqavilə də 2022-ci ildə bağlayıb. Bu müqavilənin şərtlərinə görə MMC Agentliyin 9 ünvanda yerləşən Mərkəzlərinin 15 ay mühafizəsinə 29.09.2022-ci il tarixdə 396.780,9 manat məbləğində dövlət vəsaiti ayırılıb. Müqavilənin icrasının başlanma tarixi 28.09.2022-ci il, bitmə tarixi isə 31.12.2023-cü il tarixlərinə müəyyən edilib.

Agentlik tərəfindən 09.02.2024-cü il tarixdə bağlanmış müqavilədə isə icrasının başlanma tarixi 08.02.2024-cü il, bitmə tarixi isə 08.02.2025-ci il tarixlərinə müəyyən edilib. Göründüyü kimi birinci müqavilənin vaxtı 31 dekabr 2023-cü ildə birib. İkinci müqavilənin icrasına isə başlanma tarixi isə 08.02.2024-cü il tarixdən başlanılıb. Maraqlıdır Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün mühafizə xidmətinə 2024-cü ilin yanvar ayında ayrılan vəsait necə olub, yoxsa mərkəzlər mühafizə olunmayıb?

Bunlardan əlavə tenderin şərtlər toplusunda qaranlıq məsələlər çoxdu.Bağlanılmış bu müqavilədə DOST mərkəzlərinin neçə nəfər tərəfindən mühafizə olunacağı bəlli olmur ki, bu da ayrılmış vəsaitin şişirdildiyini deməyə əsas verir. Bir nəfər 24 saat bir obyekti mühafizə edə bilərmi. Onun bir əvəz edəni olmalıdırmı? Şərtlər toplusunda göstərilənlərə görə mühafizə 12 postda təşkil ediləcək ki, bu da 12 nəfər deməkdir. Xidmətin günaşırı aparıla biləcəyini nəzərə alıb alıb 12 nəfər də biz əlavə edirik. Bəs 24-25 nəfərin xidmət göstərməsinə 450 min manata yaxın vəsaitin ayrılması realdırmı?

Qiymətlərin süni şəkildə şişirdildiyi buradan bəlli olur...

Bizim özəl mühafizə sahəsində çalışanlardan əldə etdiyimiz məlumatlara görə özəl mühafizəçilər ayda ən yaxşı halda 500-600 manat məbləğində maaş alırlar. “QARTAL SS” MMC isə hər mühafizəçiyə ayda 400-450 manat civarında maaş verir. Bu isə bir mühafizəçinin il ərzində 5-6 min min manat civarında əmək haqqı alması deməkdir. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Mərkəzlərin mühafizəsi üçün “QARTAL SS” MMC ilə bağladığı yarım milyon manat civarında olan müqavilədən belə çıxır ki, MMC mühafizəçiyə ayda 1000-1500 manat əmək haqqı verir.

DOST Agentliyinin təsis etdiyi Mərkəzlərin mühafizəçilərin sayı dəqiq olmadığından hesablamarı dəqiq aparmaq olmur. Amma bu Mərkəzlərin 2, hətta 3 nəfər tərəfindən də mühafizə olunmasına ayrılmış vəsait çoxdur. Burada təbii ki, MMC-nin bir sıra xərclərini də nəzərə almaq lazımdır. Amma özəl mühafizə sahəsində çalışmış şəxslərdən əldə etdiyimiz məlumata görə “QARTAL SS” MMC mühafizəçi işinə qəbul etdiyi hər kəsdən geyim pulu alır. Əgər geyim pulunu mühafizəçi özü verirsə daha hansı xərc qalır? Bütün bu kimi məlumatlar isə DOST Agentliyi ilə “QARTAL SS” MMC arasında bağlanmış 448 min manat dəyəri olan satınalma müqaviləsinin süni şəkildə şişirdildiyini deməyə əsas verir.(aktualinfo.org)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev oliqarx imiş -Klinika, “parnik“lər, “zaprvka“, obyektlər...

Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin böyük biznes şəbəkəsi var imiş.
Bu barədə mötəbər mənbədən əldə etdiyimiz məlumatda deyilir.
Məlumata görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev təyinatından öncə Bakıda parkinq biznesinə girişsə də, bu sahədə güclü rəqibləri onu bazardan çıxara bilib.
Coşqun Əliyevin parkinq proyekti iflasa uğrasa da, o, bir çox sahələrdə geniş biznes qurmağı bacarıb.
Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin hazırda Xəzər rayonunun Zirə qəsəbəsində sahəsi hektarlarla olan pomidor və xiyar istixanaları var. C.Əliyevin uzun illərdir bu istixanalardan min tonlarla gəlir əldə etdiyi bildirilir.
Coşqun Əliyevin paytaxtın Yasamal rayonunda da dəyəri milyonlarla ölçülən obyektləri var. Bu obyektlərdən biri hazırda klinika kimi fəaliyyət göstərir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İsmayıllı və Bərdə rayonlarında da xeyli sayda obyektlərinin olduğu məlumatlar sırasında yer alır.
Qeyd edək ki, Coşqun Əliyev 2023-cü ilin dekabr ayının 19-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Coşqun Əliyevin pedoqoji fəaliyyəti barədə heç bir məlumat yoxdur.
Maraqlıdır ki, Coşqun Əliyevin bioqrafiyası barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəsmi saytında da məlumata rast gəlinmir.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində 409 müəssisə fəaliyyət göstərir.(Azfakt.com)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sarıqaya” düşərgəsində nə baş verir? – “Siz bura yamaqsınız”

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov və adıçəklən qurumun şöbə müdiri Taleh Bəşirovun məcburi köçkünlərə yaşatdığı zülm davam edir. Bakının Novxanı çimərliyi sahilində – “Sarıqaya” yaşayış massivinin “Metallurq” düşərgəsinin bir hissəsini zəbt edən və qanunsuz olaraq satışa çıxaran cütlük, məcburi köçkünlərə təzyiq göstərməkdə davam edir.

Prezident seçkilərindən sonra artan təzyiqlərin biri də məcburi köçkünlərin kirayəyə çıxarılması ilə bağlıdır. Məsələ bundadır ki, məcburi köçkün düşərgəsinin tamamını boşaltmağa, öz biznes layihələrini qısa zamanda reallaşdırmağa çalışan əmlak məmurları nə yolla olursa-olsun qaçqınları düşərgədən çıxartmaq niyyətindədir. Bu məqsədlə də məcburi köçkünlərin “Böyük qayıdış” proqramı əsasında öz dədə-baba yurdlarına dönməsini gözləməyə səbirləri çatmayan Elçin Yusubov-Taleh Bəşirov ikilisi, öz əlaltıları vasitəsilə məcburi köçkünlərə həqarət etməkdən çəkinmir. Bu barədə məcburi köçkünlərdən biri deyir: “Bizə söyləyirlər ki, sizi qısa zamanda kirayəyə çıxaracaq, zor gücünə olsa da ərazini boşaldacağıq. Ona görə də, ən yaxşısı özünüzün bu düşərgəni tərk etməyinizdir. Bildirirlər ki, hara istəyirsiniz gedə bilərsiniz. Qohumlarınız, dostlarınızın evinə, kirayəyə, yaxud Qarabağa. Önəmli olan qısa zamanda bu ərazini boşaltmağınızdır.

Söyləyirlər ki, 30 ildir burada yaşadınız bəsdir. Siz bura yamaqsınız, şəhər sizin yeriniz deyil. Sizin yeriniz dağlar, dərələrdir və ora da gedəcəksiniz”.

Əmlak Məsələləri Dövlət Xidmətinin yetkililəri məcburi köçkünləri qorxutmaq, onları 30 ildir ki, məskunlaşdıqları ərazidən didərgin salmaq üçün ən müxtəlif üsullardan istifadə edir.

Bunlardan biri tez-tez bahalı avtomobil kortejləri və qoçu dəstələri ilə köçkün düşərgəsinə səfər etmək, məcburi köçkünlərin evlərinə baxış keçirmək, onları sorğu-suala tutmaqdır. Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin tabeçiliyindəki məmurlar – Elçin Yusubov və Taleh Bəşirov öz əlaltıları vasitəsilə məcburi köçkünlərin gözlərini qorxutmağa, onları yaşadıqları evlərdən didərgin salmağa çalışır. İşin ən maraqlı tərəfi isə budur ki, bu şəxslər öz qanunsuz hərəkətlərini qanun adı ilə ört-basdır etməyə cəhd edir, dövlət adından danışırlar.

Təbii ki, məcburi köçkünlər baş verənlərin bir qrup məmurun harınlığı olduğundan əmindirlər və onlar haqlı olaraq hesab edirlər ki, hər bir vətəndaşına sahib çıxan Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı əsla bu cür haqsızlığa rəvac verməz. Görünən odur ki, Mətin

Eynullayev Azərbaycanı hansısa banan respublikası ilə səhv salıb və yəqin ki, necə böyük səhv etdiyini dövlət başçısı tərəfindən cəzalandırılacağı zaman anlayacaq.

JAMAZ.İNFO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar

Ağdaş rayon saki Məhərrəmov Elşən Feruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, bildirir ki, Ağdaş Rayon İcra Hakimiyyəti "ekoloji terror"a göz yumur:

“Mən, Məhərrəmov Elşən Feruz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Son zamanlarda Ağdaş Mərkəzi Rayon Xəstəxanasında, Yanğınsöndürmə idarəsində "ekoloji terror" həyata keçirilir. Çoxsaylı şikayətlər olsa da, İcra Hakimiyyəti bu işlə məşğul olmur. Bəlkə də işin arxasında elə özləri durur.

Qeyd edim ki, tarixi binanı sökürlər. Sözün açığı, rayonda özbaşınalıq baş alıb gedir. Tarixi binanı qoruyub, təmir edib saxlamaqdansa, sökməyi məsləhət görürlər. Həmçinin, Humanitar Kollecin həyətindəki yaşıllıqlar da məhv edilir.

Özüm 3 oğul, 1 qız atasıyam. Oğlanlarımın ikisinə ev tikdirmək üçün bələdiyyə fondundan torpaq almaq istəyirəm, amma keçmiş bələdiyyə sədrimiz icra başçısı və keçmiş müavini Əsgərxan Əsgərov ilə birləşərək, Bələdiyyənin ehtiyat fondunda olan 12 hektar torpağı qeyri-qanuni yolla satıblar. Səlahiyyətlərindən sui-istifadə edən bu məmurların özbaşınalıqlarının qarşısını alan yoxdur.

Şikayət etmədiyim qurum qalmayıb, lakin heç kəs bu işin dəqiqliyi ilə maraqlanmır. Mənə bildirirlər ki, "hara istəyirsən şikayət et, biz deyən olacaq". "Yaxşı edib satmışıq" deyirlər”.
Səlahiyyətli qurumlardan, Prezident Administrasiyasından xahiş edirəm ki, məsələ müdaxilə etsinlər, Ağdaş ermənilərin deyil, Azərbaycan torpağıdır, burada baş verən korrupsiyanın, "ekoloji terror"un qarşısı alınmalıdır".

Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / FotolarAĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“A-Group” Sığorta Şirkətinin əsas əməliyyat gəlirləri azalıb - HESABAT

“A-Qroup Sığorta Şirkəti” ASC (A-Group)2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb və şirkətin əsas əməliyyat gəlirlərinin azaldığı məlum olub.

Banker.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd edilir.

Belə ki, 2023-cü ildə şirkətin əsas əməliyyat gəlirləri illik müqayisədə 3.58 mln. manat və ya 14 faiz azalıb. Buna səbəb sığorta şirkətinin birbaşa sığorta haqları üzrə yığımlarının 2022-ci ildə 24.63 mln. manat olduğu halda, 2023-cü ildə 21.12 mln. manata düşməsidir. Lakin şirkət 2022-ci ildə 4.03 mln. manat xalis sığorta ehtiyatlarında dəyişmə etdiyi halda, 2023-cü ildə bu növ xərcləri olmayıb və 25.28 mln. manat cəmi gəlir əldə edib.

Sığorta Şirkətinin 24.41 mln. manat cəmi xərcləri olub. Beləliklə, 2023-cü ildə 699 min manat xalis mənfəət əldə edib. 2022-ci ildə onun 57 min manat üzərində cəmi xalis mənfəəti olmuşdu.

1 yanvar 2024-cü il tarixinə “A-Qroup” 699min manat bölüşdürülməmiş mənfəəti olub.

Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rektorun oğlanları həbs oluna bilər - İTTİHAM VAR...

Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevə məxsus “Muğan Bank” Açıq Sıhmdar Cəmiyyətində (ASC) qalmaqal yaranıb. Muğan Bankın İdarə Heyətinin üzvü və baş direktor olmuş Asif Əzizov bankı məhkəməyə verib. Asif Əzizovun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. Martın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Solmaz Ədilovanın sədrliyi ilə keçiriləcək. Mərkəzi Bank ötən il “Muğan Bank” ASC-nin lisenziyasını ləğv edib. Bank hazırda ləğv prosesindədir.

“Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə (Elmir Maqbet oğlu Mehdiyev – 67,74%, Vəfa Əhməd qızı Vəliyevaya – 10,65% və Fəridə Cahandar qızı Mehdiyevaya 10,03%) məxsus olduğu deyilirdi. Daha sonra isə bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərə ötürüldü, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişdi.

Qeyd edək ki, “Muğanbank” ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamış, zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olduğu görünür. Maraqlıdır ki, Mərkəzi Bank sözügedən bankda kapital adekvatlığı əmsalının 3%-dən aşağı olduğunu desə də, bankın hesabatında bu rəqəmin 21,81%-ə bərabər olduğu görünür. Bu isə bankın riskli durumda olduğunu hesabatlarında gizlətmiş göstərir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Əhməd Vəliyev güclü arxası olmadan respublikada bank sahibinə çevrilə bilməzdi, bu işdə onun əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.

Əhməd Vəliyevin ailə biznesi təkcə “Muğan Bank”la bitmir. Bu millət vəkili, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazandılar.
Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Təhsil Nazirinin Müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Təsəvvür edirsiniz, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.
Sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə, Avropanın müxtəlif ölkələrində olan və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalıdır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, yaxın zamanda Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevin həbsi gözlənilir. Bizə daxil olan məlumatlarda Əhməd Vəliyev və oğlanları Samir və Munir Vəliyevə məxsus milyardların “Muğan Bank” vasitəsilə necə Azərbaycan – Avropa – Azərbaycan dövriyyəsini edir… Mövzu çox maraqlı və geniş araşdırma tələb etdiyi üçün yaxın zamanlarda Türkiyə müxbirimizin araşdırma yazısını dərc edəcəyik. Bizi izləyin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kamil Zeynallı Bakıya qayıdıb


Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb.

Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, K. Zeynallı Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Braqa” ilə oyun öncəsi “Qarabağ”dan ŞAD XƏBƏR

“Qarabağ” klubu “Braqa” ilə oyuna tam heyətlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, ötən matçı zədə səbəbindən buraxan Kevin Medina bu gün baş tutacaq oyunda iştirak edə bilər. Baş məşqçi Qurban Qurbanov bu barədə “Braqa”ya qarşı oyun öncəsi keçirilən mətbuat konfransında açıqlama verib. O, komandanın sağlamlıq durumu ilə bağlı suala belə cavab verib:

“Hər şey qaydasındadır”.
Qeyd edək ki, “Qarabağ” - “Braqa” matçı 22 fevral saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO