[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident yeni baş nazir təyin etdi - Sərəncam


Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

Qeyd edək ki, bu gün Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səhiyyə sisteminə ƏL GƏZDİRİLİR? - İLGİNC İDDİALAR...

Bu gün ölkədə struktur islahatlarına, idarəçiliyin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Ayrı-ayrı nazirliklərin, strukturların ləğvi və ya birləşdirilməsi çevik idarəetmə, büdcə vəsaitlərinə qənaət, şəffaflıq baxımından önəmlidir. Ölkədə bir-birini təkrarlayan, oxşar funksiyaları yerinə yetirən xeyli qurumlar var və bunlar dövlət büdcəsi üçün əlavə yükə çevriliblər.
Görünür, elə bu səbəbdən də tez-tez Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) birləşdirilməsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi barədə fikirlər səslənir. Bəs, ekspertlər bu barədə nə düşünür?

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, bəzi qurumların birləşdirilməsi idarəetmənin optimallaşdırılmasında mühüm rol oynaya bilər:
"Son zamanlar dövlət və hökumət idarəetməsinin optimallaşdırılması üçün bəzi orqanların birləşdirilməsi, yaxud da ləğv edilməsi məsələsi daim gündəmdədir. Təbii ki, effektivliyin artırılması üçün hər hansı formada dövlət orqanlarının və nazirliklərin birləşdirilməsi büdcə xərclərinin azaldılmasına, keyfiyyətli xidmətin təmin olunmasına səbəb olacaqsa, bu addımlara getmək lazımdır. Bu, çox vacibdir. Çünki qəbul edilmiş yanaşmanın özü də ona xidmət etməlidir ki, dövlət büdcəsinin xərcləri optimallaşsın, eyni zamanda bu strukturlar vətəndaşlara daha yaxşı xidmət göstərsin".
Səhiyyə Nazirliyi ilə TƏBİB-ın birləşdirilməsi məsələsinə toxunan ekspert qeyd edib ki, bütün dünya ölkələrində Səhiyyə Nazirliyi mövcuddur:
"Bu səbəbdən də Azərbaycanda da bu nazirliyin olması mütləqdir. Ancaq TƏBİB-in işi barədə düşünmək lazımdır. Çünki bü günə qədər ölkədə TƏBİB-in nə işlə məşğul olduğunu bilən yoxdur, o, bir qurum kimi özünü doğrultmadı. TƏBİB-lə Səhiyyə Nazirliyinin fəaliyyətinin bu şəkildə olması müsbət nəticə vermir. Bəzi səlahiyyətlər Səhiyyə Nazirliyində, bəziləri isə TƏBİB-dədir. Sanki aralarında gizli rəqabət gedir. Bu vəziyyətdən ziyan çəkən isə vətəndaşlardır. Fikrimcə, səhiyyə sahəsinin vahid mərkəzdən idarə olunması daha məqsədəuyğundur. Məsuliyyət və salahiyyət bölgüsü də dəqiq olmalıdır. İndi elə bir şərait yaranıb ki, vətəndaşların problemini TƏBİB Səhiyyə Nazirliyinin, Nazirlik də TƏBİB-in üzərinə atır. Belə ikitirəliyə son qoyulmalıdır”.
Natiq Cəfərli vurğulayıb ki, dövlətin əlində olan bütün icbarı sığortaların bir mərkəzdə birləşdirilməsinə də ehtiyac var. Bu işin bir mərkəzdən idarə olunması daha məntiqlidir:
“İcbari tibbi sığorta, işini itirməklə bağlı tibbi sığorta, əmlakla bağlı tibbi sığorta və s. kimi icbari sığorta sahələri bir mərkəzdə birləşdirilib idarə olunmalıdır. Əslində tibbi sığorta tibb sahəsi ilə bağlı deyil. Burada söhbət insanların tibbi ehtiyacları üçün vəsaitinin qarşılanmasından gedir. Ona görə də sığortanın maliyyə tərəfini bir mərkəzdən idarə edən qurum və ya agentliyin yaradılması daha məqsədə uyğundur”.
İqtisadçının dediyinə görə, Prezident yanvar ayındakı çıxışında Azərbaycanda yeni dönəmin başlanğıcının anonsunu verib. Bu baxımdan yeni idarəetmə sisteminin qurulması gözləniləndir.



İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Səhiyyə Nazirliyi və TƏBİB-in, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi üçün ortada kifayət qədər zəmin mövcuddur:
“2020-ci ildən ölkədə icbari tibbi sığorta sistemi işə düşüb. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində TƏBİB yaradılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələri ölkədə icbari tibbi sığortanı tətbiq etmək məqsədilə TƏBİB-ə verilib. Bununla ölkədə səhiyyə xidmətində bir növ struktur islahatına gedilməklə dövlətin və hökumətin sosial siyasətində bir növ yeniliyə imza atılıb. Yəni Səhiyyə Nazirliyini, xəstəxanaları və ümumiyyətlə, müxtəlif xarakterli tibb müəssisələrini, belə demək mümkündürsə, təsərrüfat xarakterli işlərin icrasından xilas etmək lazım idi. Çünki bizdə, iqtisadiyyatda və ümumiyyətlə, əhaliyə xidmətdə bütün problemlərin kökündə məhz strateji siyasətlə təsərrüfatçılıq funksiyasının biri-birinə qarışması, başqa sözlə desəm, bunların eyni qurum və yaxud bir əl tərəfindən həyata keçirilməsi dayanır. Ancaq səhiyyə xidməti özü sosial müdafiə siyasətinin tərkib hissəsidir. Üstəlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya ilə yanaşı, həm də tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində də dövlət siyasətini həyata keçirir. Başqa sözlə desəm, tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkili üzrə tədbirləri də məhz adıçəkilən nazirlik icra edir. Odur ki, sual yaranır, icbari tibbi sığorta sistemini ƏƏSMN-in tabeliyinə vermək məqsədəuyğun deyilmi?”
Ekspert qeyd edib ki, icbari tibbi sığorta sahəsində dövlət siyasətinin sosial müdafiə məsələlərinə cavabdeh olan qurum tərəfindən icrası xarici təcrübədə də mövcuddur.
Belə ki, Yaponiyada, qonşu Rusiyada və Gürcüstanda, o cümlədən, Cənubi Koreyada səhiyyə ilə sosial müdafiə siyasəti bir qurum tərəfindən həyata keçirilir və bunun effektliliyi də özünü doğruldur.

Millət vəkili Fazil Mustafa bildirib ki, bu gün ölkədə tibb sahəsində heç bir irəliləyiş yoxdur:
“TƏBİB hazırda uğursuz qurum kimi fəaliyyət göstərir. Hətta ən qabiliyyətli adamı TƏBİB-ə rəhbər təyin etsələr belə, həmin şəxs ikiillik idarəetmə ilə heç vaxt səhiyyə sistemini normal qaydaya sala bilməz. Vəzifə, struktur adama görə deyil, zərurətə görə formalaşmalıdır. Bizdə belə bir baxış olmadığı üçün Səhiyyə Nazirliyi və TƏBİB-də bu problemlər mövcuddur. Nəinki TƏBİB və Səhiyyə Nazirliyi, eyni funksiyanı həyata keçirən yüzlərlə qurum mövcuddur. Bu qurumların hamısı da dövlət büdcəsindən pul alır. Büdcənin dağıdılmasına səbəb olan əsas problemlərdən biri də budur və bu vəziyyət aradan qaldırılmalıdır".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hətərən-pətərən danışan Paşinyanla NECƏ DANIŞMALI... - ÇƏTİN SUAL...

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında növbəti dəfə Azərbaycanı suçlayıb. Baş nazir iddia edib ki, guya, Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlamaq məqsədilə sərhədin müəyyən hissələrində hərbi əməliyyatlara çalışır: “Bu niyyəti rəsmi Bakının bütün bəyanatlarında və hərəkətlərində oxumaq olar. Buna baxmayaraq, Ermənistanın siyasəti bu ssenarinin qarşısını almaqdan ibarətdir və buna nail olmaq üçün bütün lazımi səylər göstəriləcək. Eyni zamanda Ermənistan ölkənin bütün qanuni maraqlarının müdafiəsində qətiyyətlə dayanacaq”. Paşinyanın sərsəm düşüncəsinə görə, Azərbaycan dialoq yolu ilə əldə edə bilmədiyi şeylərə nail olmaq üçün hərbi müdaxilə təhlükəsindən istifadə edir. Baş nazir zənn edir ki, Nerkin-Hand kəndi yaxınlığında baş vermiş son hadisə Azərbaycanın “destruktiv siyasəti”nin növbəti təzahürü idi: “Bu, Azərbaycanın Ermənistana qarşı hərbi zorakılıq məqsədlərinin dəyişməz qaldığını göstərir. Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhədlərin sabitliyi və təhlükəsizliyi məsələsinə biganədir. Belə düşünmək üçün kifayət qədər əsaslar var. Xüsusilə, 2022-ci ildə razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası komissiyalarının vəzifələrinə sərhəd təhlükəsizliyi məsələləri də daxil edilsin. Ermənistan sərhədlərin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə komissiya yaratdığı halda, Azərbaycan təhlükəsizlik komponentini daxil etmədən sərhədlərin delimitasiyası üzrə komissiya ilə məhdudlaşıb".
Azərbaycan Xarici İşlər Nazirliyi erməni baş nazirin absurd bəyanatlarını cavabsız qoymayıb. XİN-dən bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 fevral tarixli hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır: "12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik. Ermənistan tərəfi, həqiqətən də, sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir".
Göründüyü kimi, Ermənistan Baş naziri Nikol Paşinyan yenə qeyri-konstruktiv mövqe sərgiləməklə, Azərbaycanı aqressor kimi göstərib, beynəlxalq təzyiqə nail olmaq istəyini davam etdirir. Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan əsgərini snayper atəşi ilə yaralayan və aylar sonra sərhəddəki atəşkəsi pozan Ermənistan olub, DSX yalnız cavab verib. Digər tərəfdən, Ermənistan Azərbaycana aid kəndləri qaytarmamaq üçün artıq 3 ildən çoxdur müxtəlif bəhanələr gətirir. Halbuki Qazaxın 7, Naxçıvanın 1 kəndinin Ermənistan işğalı altında qaldığını Paşinyan özü belə təsdiqləyib və bu kəndlərin Ermənistanın “29,8 min kv.km ərazisinə daxil olmadığını” elan edib. Bu açıqlamalar müxtəlif bəhanələr gətirmək, riyakarlıq və işğalı davam etdirmək cəhdidir. Fevralın 14-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətindəki mövqelərimiz üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməsi də təxribat planlarının davamı idi.

Millət vəkili Asim Mollazadə "Sherg.az"a deyib ki, Ermənistan daxilində çox ciddi problemlər, siyasi-iqtisadi təlatümlər yaşanır. Parlament üzvünün sözlərinə görə, Ermənistan baş nazirinin tutarsız və məntiqsiz açıqlamaları bir daha göstərir ki, Paşinyanın sülhlə bağlı heç bir açıqlamasına inanmaq olmaz. Çünki İrəvan hökuməti sülhlə imitasiya edir və Azərbaycanla münasibətlərin normallaşmasına çalışmır:

"Nikol Paşinyan hamı ilə oynayır, qarşı tərəfi yalanları ilə aldatmaq niyyəti güdür. Paşinyan qonşu ölkələrlə əməkdaşlıq, münasibətlərin normallaşmasını istəmir. Çünki Ermənistanda radikal, revanşist qüvvələrin mövqeyi getdikcə güclənir. Erməni diasporası da hökumətə təzyiqlərini artırır. Həmçinin bir sıra Qərb və region ölkələrinin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək niyyəti ortadadır. Onlar da aktiv fəaliyyətə keçiblər. Dalana dirənmiş Paşinyan dünən dediyini bu gün təkzib edir, əvvəlki ritorikasını dəyişərək müharibədən, hərbi əməliyyatlardan danışır, heç bir əsas olmadan Azərbaycanı suçlayır. Əlbəttə, qeyri-müəyyən mövqe sərgiləyən bir hökumətlə nəyisə normal müzakirə etmək mümkünsüzdür".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmə sədrinin oğlu “silisə çəkilir”? - NARAZILIQ VAR...

Gununsesi.info-nun Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu Məzahir Quliyevin ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq etməsi barədə yazdıqlarından sonra onun əməllərinin qurbanı olmuş digər vətəndaşlar da üzə çıxıb.

Saytımıza müraciət edən bir qrup Gəncə Şəhər sakini Məzahir Quliyevdən olan şikayətlərinin süründürməçiliyə məruz qaldığını deyir.

Onların sözlərinə görə, Məzahir Quliyev ilk dəfə həbs edilən zaman atası İlqar Quliyevin vədlərinə görə onlara dəymiş zərərin bəlli bir məbləği hissə-hissə məhkəmə sədrinin özü tərəfindən ödənilib.

“Biz onun azadlığa buraxılmasına razılaşandan sonra, onu sərbəst buraxıblar” deyən vətəndaşlar, lakin sonradan bu proses dayandırıldığını bildirıb.
Məhkəmə sədrinin oğlu “silisə çəkilir”? - NARAZILIQ VAR...
Vətəndaşlar deyir ki, Gəncə Şəhər Baş Polis İdarəsində dələduzluq cinayəti üzrə istintaq olunan cinayət işi teziklə yekunlaşmalı və Məzahir Quliyev məhkəmə qarşısına çıxarılmalıdır.

Saytımıza müraciət edən 4 Gəncə sakini Mehdiyev Elşən Qəzənfər oğlu, Ələkbərov Ramis Cümşüd oğlu, Salmanov Vüsal yunis oğlu və Tağıyev Vüqar Sultan oğlu deyir ki, Məzahir Quliyev onların etibarını qazanmaqla pullarını ələ keçirib.

Elşən Mehdiyevin dediklərindən: 2022-ci ildə birgə biznes adıyla 15 min manatımı alıb. Bir müddət sonra onun dələduz olduğunu öyrəndim. Artıq gec idi. Müxtəlif yalan vədlərlə məni süründürdü. Onun əməllərindən zərərçəkənlərin ortaya çıxması və şikayəti nəticəsində Məzahir saxlanıldı. Sonradan atası İlqar Quliyev bizə minnətçi düşərək, oğlunun həbs edilməməsini xahi. etdi. Biz də ona inandıq. 4 zərərçəkənin hər birinə ayda 1000 manat olmaqla bir neçə ay ödənil etdi. Sonradan proses dayandı. İndi isə deyir ki, daha vermirəm, hara istəyirsiniz şikayət edin”.

Digər şikayətçi Ramis Ələkbərov Məzahir Quliyev ona və ailə üzvlərinə 21300 manat dələduzluq edib: “Türkiyəyə tur opaket üçün aldı. Ovladlarım və onların ailəsinə səyahət təşkil etməli idi. Özünü turizm agentliyinin rəbəri kimi təqdim etmişdi”.

Məzahir tərəfindən pulu mənimsənilən Vüsal Salmanov isə onu Ukraynadan çap məmulatları gətirən iş adamı kimi tanıdığını deyir: “Mağazama bir neçə dəfə gəlib. Orada mənlə tanışlıq yaratdı. Dedi ki, sənə Ukraynadan kağız gətirəcəm. Elə qiymət təklif elədi ki, məmn də inanaraq ona 13 min manat pul verdim”.

Şikayətçilərdən Vüqar Tağıyev isə bildirir ki, Məzahir onun mağazası üçün tibbi avadanlıqlar gətiməsi adı ilə 17000 manatını mənimsəyib: “Artıq Polis İdarəsinə getməkdən yorulmuşuq. Hörmətli daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, bu işi nəzarətinə götürsün və tezliklə bu məsələ həllini tapsın”.
Məhkəmə sədrinin oğlu “silisə çəkilir”? - NARAZILIQ VAR...
Məsələ ilə bağlı Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, 32 yaşlı Məzahir Quliyev əvvəllər hərbi xidmətə yararsız kimi hərbi bilet alsa da son olaylardan sonra atası onu hərbiyə yollayıb.

“Onun hazırda adı hərbi hissələrdən birində əsgər kimi gedir” deyən mənbəmiz Məzahir Quliyevin Bakı və Gəncədə sərbəst həyatını yaşadığını iddia edib.

Məzahir Quliyevin məhkəmə sədri olan atası İlqar Quliyev Gununsesi.info-nun sorğusunu cavablandrımaqdan imtina edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda nazir şikayətçini ŞƏXSƏN QƏBUL ETDİ VƏ... - AÇIQLAMA

Naxçıvanda polis əməkdaşlarının fərdi təsərrüfatla məşğul olan Tahir Abbasovu həyətindəki samana görə qanunsuz cərimələməsi ilə bağlı məlumat ”Gündəlik Naxçıvan”da ctimailəşdikdən sonra o, yerli DİN-ə dəvət olunub. Bu haqda onun özü məlumat verib. Tahir Abbasovun sözlərinə görə, onu daxili işlər naziri Süleyman Neymətovun özü qəbul edib:
“Məlumat ictimailəşəndən təxminən bir saat sonra məni yerli DİN-ə dəvət etdilər. Süleyman müəllim şəxsən özü qəbul etdi. O, mənə öz hüquqlarımı və polisin hüquqlarını izah etdi. Görüşün sonunda onun göstərişi ilə inzibati xətaya görə mənə yazılan cərimə ləğv olundu”.
Naxçıvan şəhər 54-cü məhəllə sakini Tahir Abbasov „Gündəlik Naxçıvan“a bildirdmişdi ki, fevralın 14-də polis sahə rəisi Ramin Əhmədov onun yaşadığı evin həyətinə gəlib, samanın yerə sərilməsini qanun pozuntusu kimi protokollaşdırıb və ona 50 manat cərimə yazıb. Təbriz Abbasovun sözlərinə görə, daha sonra sahə rəisi onu hədələyərək bildirib ki, üç gün ərzində pul ödənilməsə, o və oğlu həbs olunacaqlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ETSN rəhbərliyi “Asfalt Raqib”in ƏLİNDƏ QALIB? - GÖRÜNƏNİ BUDUR...

"Haftonidən ümidverici və eyni zamanda narahatedici xəbərlər var". Dia-az.info xəbər verir ki, bununla bağlı "Ecofront" adından informasiya yayılıb.
Məlumatda deyilir ki, ETS naziri Muxtar Babayevin razılığı ilə "Asfalt Raqib" tərəfindən məhv edilmiş bu meşə ilə bağlı "Ecofront"un müraciətinə güc strukturları qarışıb. Bu ümidverici tərəfidir. Narahatedici tərəfi odur ki, Muxtar Babayev güc strukturlarını aldatmaq üçün dəridən-qabıqdan çıxır.
Dia-az.info "Ecofront" nümayəndəsinin açıqlamasını ttədqim edir: "Bir neçə gün öncə Lənkəran Rayon Polisindən bu mövzuda bizə aidiyyatı üzrə suallar ünvanlandı. Əldə etdiyimiz başqa məlumata görə isə Lənkəran polisi (hər halda öz nazirliklərindən aldıqları təlimat üzrə) ETSN-ə sözügedən meşənin əvvəlki vəziyyəti ilə bağlı sorğu göndərib. ETSN hələ də sorğuya cavab verməyib. Mən təxmin edə bilərəm ki, necə fırlada biləcəklərini düşünürlər.
Meşənin əvvəlki vəziyyətinin peyk görüntüləri ortadadır. ETSN-dən yox "Azərkosmos"dan soruşa bilərsiz.
ETSN-ə gəldikdə isə hansısa direktorun tavana baxıb imzaladığı bir sənəd əsas ola bilməz. Əsas həmin meşə dolaylarının meşə quruluşu-taksasiya sənədləridir. O sənədlərdə isə ora meşə ilə örtülü ərazidir. Daha texniki detallar da var orda növ tərkibi, doluluğu, sıxlığı və s. Bu sənədlər, bu göstəricilər olmadan ETSN-in istənilən açıqlaması Muxtar Babayevin şəxsi göstərişindən başqa bir şey deyil".
ETSN rəhbərliyi “Asfalt Raqib”in ƏLİNDƏ QALIB? - GÖRÜNƏNİ BUDUR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İcra başçısı və Reyestr Xidməti torpağımı saxta sənədlə ələ keçirdilər” - Prezidentə müraciət olundu


Bərdə rayonu, Bahadır Hacıyev küçəsi, ev 16-da yaşayan Hüseynov Natiq Şahməmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, DTX sədri Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bildirmək istəyirəm ki, Bərdə səhər XDS İcraiyyə Komitəsinin 16.06.1986-ci il tarixli, 9 saylı sərəncamı, Bərdə Rayon İcra Hakimiyyəti 07.05.1998-ci il tarixli 20 saylı çıxarışı ilə Ağdam-Bərdə rayonlararası “avtotexxidmət” stansiyası üçün ayrılmış torpaq sahəsində öz şəxsi vəsaitim hesabına tikili tikməyim barədə razılıq verilmişdir. Hətta 14.7 ha torpaq sahəsi mənim adıma keçirilmişdir.

1998-ci ildə mülkiyyətim dövlət qeydiyyatına alınıb, texniki pasport almişam və obyekt tikdirmişəm. Lakin mənə məlum olmayan səbəbdən Bərdə rayon 7 saylı Dövlət Reyestr Xidməti ilə icra başçısı Vidadi İsayev qanunsuz olaraq mənə məxsus torpağa ikinci saxta sənəd verərək, satıblar.

Məhkəmələr icra başçısının təsir və təzyiqi ilə mənim sənədlərimi görməzdən gəldi. Belə ki, sifarişlə cəmi 2 dəqiqəlik məkəmə prosesi keçirildi, torpaqşunaslıq və texniki ekspertiza təyin etməkdən yayınaraq, qorxmadan, çəkinmədən saxta yolla verilmiş ikinci sənədi qüvvədə saxladılar. Məhkəmələr dövlət adından qəbul etdikləri sifarişli qətnamələrlə xalqı, milləti Prezidentdən narazı salmağa çalışırlar. Amma inanırı ki, haqq və ədalət hər zaman qalib olduğundan, mənə qarşı edilən bu haqsızlıq da ört-basdır edilməyəcək.

Cənab Prezident!

Xahiş edirəm ki, əmlakımı saxta sənədlə ələ keçirən vəzifəli şəxslər haqqında müvafiq araşdırma aparılmasına göstəriş verib, mənə məxsus torpağın qaytarılmasına köməklik edəsiniz”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bədəl Bədəlov Nizami rayonunda MEYDAN SULAYIR... - İCRA BAŞÇISI İSƏ...

Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə sabiq vitse-prezidenti Bədəl Bədəlovun şəxsi maraqlara xidmət edən fəaliyyəti mediaya yaxşı məlumdur. Vəzifədə olduğu müddətdə özünə topdağıtmaz səltənət yaradan Bədəl Bədəlovun adı mətbuatda tez-tez büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən məmurlar sırasında çəkilib.

Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı, Paytaxtın "Varovski” deyilən və varlılar məhəlləsi kimi tanınan ərazidə dəyəri milyonlarla ölçülən bir neçə villası, ticarət obyektləri barədə mediada çoxsaylı məqalələr yayımlanıb.

Aydındır ki, yoldaş Bədəlov sadalanan əmlakları əmək haqqı ilə əldə etməyib. Bədəl Bədəlovun müxtəlif şəxslərin adına olan çoxsaylı şirkətlərinin də olduğu bildirilir. Onun vəzifədən çıxarılacağı, hətta əməllərinə görə həbsə atılacağı real ehtimal kimi səsləndirilirdi.

Nəhayət, 2023-cü ildə B. Bədəlov yeni siyasi konfiqurasiya ilə uzlaşmayan məmur kimi vəzifəsindən uzaqlaşdırıldı. Onun vəzifədən atılması mediada Prezident İlham Əliyevin siyasətinə zidd olaraq özfəaliyyətlə məşğul olan büdcə vəsaitini şəxsi maraqları üçün sərf edən daha bir məmur yola salındı” kimi başlıqlı yazılarla müşayiət olundu. Lakin görünən odur ki, Bədəlov həbsdən qurtulmağını hələ də doğru- düzgün dəyərləndirə bilməyib. Belə ki, o, bu gün də Bakıda öz şəxsi biznesini genişləndirməklə məşğuldur , lakin bunu leqal yolla deyil, başqalarına problem yaratmaq, qoçu dəstələri ilə özgəsinin əmlakına zərər vurmaq yolu ilə reallaşdırmağa çalışır.

Əldə etdiyimiz məlumata görə B.Bədəlov bir müddət əvvəl Nizami rayonu, Qara Qarayev prospektində yeni bir ticarət obyekti inşa etdirmək üçün torpaq sahəsi əldə edib. Həmin ərazidə Bədəlovun adamları yaşıllığı məhv edib, ağacları kəsiblər. Bu azmış kimi, indi də həmin torpaq sahəsinin ərazisini qanunsuz şəkildə və zorakı üsullarla genişləndirməyə çalışır.

Bədəlovun qoçu dəstələri ətrafda başqalarına məxsus olan əmlaka zərər vurur , insanlara narahatlıq yaradırlar. Bunun səbəbini soruşduqda , açıq şəkildə “Bədəl müəllimdən tapşırıq almışıq” deyə, bildirirlər. Maraqlıdır ki, bu qanunsuz davranışlara Nizami rayonu İcra Hakimiyyəti də göz yumur. İcra Hakimiyyətinin təmsilçiləri isə “korluğu” və “ karlığı” belə izah edirlər: “ Yuxarıdan göstəriş belədir”.

Lakin “yuxarı” deyilərkən konkret olaraq kimlərin nəzərdə tutulduğunu açıqlamırlar. Belə çıxır ki, məlum olmayan “yuxarılar” Nizami rayonu İcra Hakimiyyətini qanunsuzluğa sövq edir, özgəsinin əmlakına zərər vurmaq kimi cinayət əməlini dəstəkləməyi tapşırırlar. Hər halda İcra Hakimiyyətinin izahından bu qənaət hasil olur.

Bizim bildiyimiz bir həqiqət var ki, bu ölkədə mülkiyyət hüququ ən ali səviyyədə qorunur! Bizim tanıdığımız bir “yuxarı” var ki, o da harın məmurun, özbaşınalıq edən sabiq məmurun deyil, vətəndaşın, sahibkarın, vergi ödəyicisinin yanındadır! Özü də bizim tanıdığımız “ yuxarı” hamıdan yuxarıdadır! Gərəkdir ki, Nizami İcra Hakimiyyəti də bu həqiqəti dərk etsin! Onların “yuxarı” dediyi haradır? Kimdir? Bədəl Bədəlov hansı haqla Nizami rayonunda vətəndaşların əmlakına zərər vurur, əlavə ərazi zəbt etməyə çalışır ki, İcra Hakimiyyəti onun qarşısında acizlik nümayiş etdirir?

Bədəl Bədəlov kimi korrupsiyada ad çıxarmış sabiq məmurun Nizami İcra Hakimiyyəti üzərindəki hökmranlığı nəyə söykənir? Bütün bu suallara növbəti yazımızda cavab verəcəyik. Yəqin bundan sonra vurulmuş məmurun hələ də Bakıda, xüsusən Nizami rayonunda "at oynatmasından" “yuxarılar da” xəbər tutacaq…
missiya.az
Bədəl Bədəlov Nizami rayonunda MEYDAN SULAYIR... - İCRA BAŞÇISI İSƏ...
Bədəl Bədəlov Nizami rayonunda MEYDAN SULAYIR... - İCRA BAŞÇISI İSƏ...
Bədəl Bədəlov Nizami rayonunda MEYDAN SULAYIR... - İCRA BAŞÇISI İSƏ...
Bədəl Bədəlov Nizami rayonunda MEYDAN SULAYIR... - İCRA BAŞÇISI İSƏ...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO