[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2015-ci ili unutmayan "narahat" vətəndaş manatın dəyər itirəcəyinə inanır - Devalvasiyanın "1" addımlığında...

Ölkədə xarici valyutalarla bağlı panika müşahidə edilir. Bu ifadəni yazının lap əvvəlində qeyd etmək lazımdır: əslində, hökumət, panika yaradır. İnsanlar manatın tezliklə dəyərdən düşəcəyinə çox inanır. Cəmiyyətdə bununla bağlı ciddi təşviş var. Çünki manatın dəyərdən düşməsi sosial müstəvidə ağır nəticələr verir. Ölkədə 2015-ci ildə baş verənləri unutmayıblar.
Bizimyol.info xəbər verir ki, hökumət 2023-cü ilin sonlarından, xüsusilə ABŞ dolları ətrafında panika yaratmağa xidmət edən addımlar atır. Hələ dekabrda köhnə əsginasların qəbul edilməməsi ortaya çıxmışdı. Yəni “ağ dollar” kimi tanınan açıq rəngli kağız pulları banklar yaxına buraxmadı. Valyutadəyişmə məntəqələrinə üz tutanlara həmin əsginasları qəbul edə bilməyəcəklərini deyirdilər. İnsanların qəzəbi yerə-göyə sığmırdı. Bundan sonra Mərkəzi Bankın rəhbəri Taleh Kazımov çıxıb açıqlama verdi ki, “ağ dollar”ların qəbulunda problem ola bilməz, sadəcə, ləkəli kağız pulları götürəndə komissiya tutulacaq.

“Azərtürkbank” müvəkkil bank seçilib, insanlar köhnə əsginaslarla ora üz tutur. Amma Mərkəzi Bankın tapşırığına görə, ən kiçik ləkə də yararsız diaqnozu üçün əsas sayılır. Bu halda, 10-15 faiz komissiya tutulur.

Hadisələr gözümüzün qabağında baş verir. Hökumət qaşınmayan yerdən qan çıxarır. İnsanlara mesaj verilir ki, əlinizdəki xarici valyutanı dəyişmək problemə çevrilə bilər. Onlar da haqlı olaraq düşünürlər ki, manat dəyərdən düşəcək, yoxsa belə "qayda" çıxarılmazdı.

Üstəlik, dollara tələbat artıb. Fevralın 13-də keçirilən hərracda rekord qeydə alınıb. Birdən-birə 151,1 milyon dollar satılıb. Halbuki fevralın qalan günləri ərzində ümumi satış heç 220 milyon dollar olmamışdı. Sanki devalvasiyanın bir addımlığındayıq.

Mərkəzi Bankın rəhbərliyi heç inamlı danışmır. Necə deyərlər, ürəklərə şübhə toxumu səpir. Hökumət valyuta ehtiyatlarının manatın məzənnəsini qorumaq üçün xərcləyənə oxşamır. Yəni 2015-ci ilə qədər atılan addımlar effektsiz sayılır. Neft hasilatı da sürətlə azalırsa, devalvasiyanın uzaqda olmaması təəssüratı yaranır. Ekspertlər deyir ki, uzağı bir ilə manatın dəyərdən düşməsini gözləmək olar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bakı Tikiş Evi" bağlanma təhlükəsi ilə üz-üzə qalıb - "Müflisləşmə, işçilərin çıxarılması..."

"Bakı Tikiş Evi" (BTE) bağlanma təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə "Cebhe.info"-ya daxil olan məlumatda deyilir. İddialara görə, aylardır BTE-də satış səviyyəsi aşağıdır. Məktəbli formaları dərs ilinin əvvəlində çox satılmadığından, BTE müflisləşib. Elə bu səbəbdən işçilərin maaşını ödə bilməyən BTE-nin müvəqqəti olaraq bağlana biləcəyi deyilir. Məlumata görə, artıq işçilərin bir çoxu işindən azad edilib.

İddiaların doğru olub-olmadığını öyrənmək üçün “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimovla əlaqə saxladıq.

E.Əzimov "Cebhe.info"-ya açıqlamasında iddiaları təkzib etdi:

"Belə bir şey yoxdur. Satışlarımız əlbəttə, çox deyil. Amma yenə də gəlib alan var. Bütün filiallarımız çalışır. Bu iddiaları yayanlar isə bilirəm kimlərdir. Çin malları satılmayanlar belə bir iddianı ortaya atırlar. 9-10 manata keyfiyyətsiz formaları uşaqlara satırlar. Sonra da BTE-nin məhsullarını bəyənməyib haqqımızda belə cəfəngiyyatı yayırlar. Hər şey qaydasındadır".

O bildirib ki, hansısa müflisləşmə, işçinin çıxarılması, filillarımızın bağlanması məsələsi yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Gedin, öz işinizlə məşğul olun” - Prezidentdən xəbərdarlıq

 
“Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən”.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirib.

Dövlət başçısı bildirib ki, bizə bu məsələdə vasitəçi lazım deyil:

“Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. 

Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şöbə müdiri işdən çıxarıldı, narazı qaldı - NƏ BAŞ VERİB?


OMD adı ilə tanınan K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri Gülşən Qəhrəmanova işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onun işdən çıxarılması bir müddət əvvələ təsadüf edir.

Gülşən Qəhrəmanovanın işdən çıxarılmasının səbəbləri bəlli olmasa da, keçmiş şöbə müdirinin qərardan narazı olduğu bildirilir. Məlumata görə, Gülşən Qəhrəmanova işə bərpa tələbi ilə İnstitutu məhkəməyə verib.

Lakin birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Gülşən Qəhrəmanova apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Fuad Abdıyev iş üzrə hakim təyin edilib.

Araşdırmalarımız zamanı məlum olub ki, Gülşən Qəhrəmanova K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların patologiya şöbəsinin müdiri vəzifəsində işləyib. K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Poluxovadır. Aynur Poluxova direktor vəzifəsinə 2023-cü ilin dekabrında təyin olunub.

OMD-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ailəsini məhv edən Əhmədin dayısı tanınmış iş adamı imiş


Ötən gün Bakıda oğlu tərəfindən qətlə yetirilən 59 saylı məktəbin direktoru Bikə Bədəl qızı Əhmədova bağlı yeni məlumat yayılıb.

Mərhum Bikə Əhmədova Moskvadakı “Bakı bulvarı” restoranlar şəbəkəsini işlədən Niyaz Bədəlovun bacısıdır.
O da bildirilir ki, Niyaz Bədəlov tanınmış azərbaycanlı milyarder Qod Nisanovun Moskvadakı biznesini idarə edir.
Əslən Neftçaladan olan Niyaz Bədəlovun imkanlı və uğurlu iş adamı olduğu qeyd olunur.
Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı – 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı – 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib.(Bakupost.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Elə pul ver, heç olmazsa, iki otaqlı ev alım" - evi sökülən Bakı sakinləri

Bakının mərkəzində, “Kubinka” kimi tanınan ərazidə bir qrup sakin "rəsmi icazə təqdim etmədən" evlərinin söküldüyünü deyirlər.

Onlarla jurnalist Əminə Məmmədova söhbət edib.

“Kubinka” deyilən ərazilər Fuad İbrahimbəyov, Cəlil Məmmədquluzadə və Zivər bəy Əhmədbəyov kimi küçələri əhatə edir, burda bir çox həyət evi bir-birinə bitişikdi.

Kubinkada evlərin sökülməsinə görə sakinlərə hər kvadrat metrə görə 2 min manat təklif olunur.
Yeni bina tikəcək şirkət həm də təklif edir ki, hər kim istəsə evinin kvadrat metrinə uyğun yeni binadan ona ev verəcək. Bu təkliflə razılaşanlar da var, lakin bir qrup sakin hər iki təklifi də rədd edir, hər kvadrat metrə görə 2 min manatın az olduğunu düşünür.

Söküntü işlərini aparan RR Construction şirkətinin rəhbəri Rafael Abdullayev BBC Azərbaycancaya deyib ki, onlar bəzi sakinlərlə razılığa gəliblər və hesab edirlər ki, təklif etdikləri məbləğ də bazar qiymətinə uyğundur.

Rafael Abdullayev deyir ki, şirkətlə razılaşmayan heç kimin evi sökülməyib. O iddia edir ki, sakinlərin evləri əvvəldən qəzalıydı, söküntünün təsirindən yaranmayıb.

Bakı şəhər icra hakimiyyəti və Yasamal rayon icra hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
Azərbaycanda bir çox sahələrin monopoliyada olması uzun illərdir cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdəndir. İnhisarlaşma xərçəng xəstəliyi kimi ölkənin həm iqtisadi, həm də elm və təhsil sahəsini sarmaqdadır. Dəhşətli olan isə hökumətin struktur islahatları prosesində yaratdığı yeni qurumlar da monopoliya sisteminə alınır.

Hurriyyet.az AzFakt.com-a istinadən xəbər verir ki, hökumətin apardığı struktur islahatları dalğasında yeni yaranan qurumlardan biri də Elm və Təhsil nazirliyinin nəzdində fəaliyyət gösətərən Təhsil Tələbə Krediti Fondudur.

Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə təsis edilib. Qanunvericiliyə görə Fondun idarəetmə orqanları Himayəçilər Şurası və İdarə Heyətinin sədridir. Hazıda Fondun Himayəçilik Şurasının üzvləri İdris İsayev, Elnur Əliyev, Anar Əliyev, Əliyar Məmmədyarov, Firsənd Qurbanov, Yaqub Piriyev, Fatimə Babayeva, İdarə Heyətinin sədri isə Araz Paşayevdir.

Lakin mediada zaman-zaman dərc edilən xəbərlərin analizləri Təhsil Tələbə Krediti Fondunun idarəetməsinin arxasında "gizli qüvvələrin" olduğunu göstərir. Bu barədə bir az sonra.

İndi isə bir neçə gün öncə yerli mediada Təhsil Tələbə Krediti Fondunun keçirdiyi tenderlər barədə dərc edilən məqaləyə diqqət yetirək. Yeniçağ.az saytı araşdırma yazısında Təhsil Tələbə Krediti Fondunun 2023-cü ilin noyabr ayının 22-də keçirdiyi satınalma barədə yazaraq Fondun “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsi xidmətinin satın alınması” lotu üzrə keçirdiyi 53 min 100 manatlıq satınalmada qalib seçilən “PRİMA CONSALTİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhsil Tələbə Krediti Fondunun sədrinə məxsus olduğunu, Təhsil Tələbə Krediti Fondunun sədrinin vaxtilə özəl sektorda fəaliyyət göstərdiyi zaman bu təşkilatın dövlət satınalmalarında iştirakına və qalib gəlməsinə dəstək verdiyini yazırdı.

Saytımızın araşdırması zamanı məlum oldu ki, doğrudan da Təhsil Tələbə Krediti Fondunun sədri Araz Paşayev bu təyinatından əvvəl özəl sektorda çalışıb.
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma

Araz Paşayev

Belə ki, o 2017-ci ildə dövlət qeydiyyatına alınan "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi və direktoru olub.

"UNİVERSİTAS-İNTERNATİONAL" MMC bir çox dövlət qurumlarının dəyəri yüz minlərlə ölçülən tenderlərində zaman-zaman qalib edilib.

Əlbəttə, yeni yaradılan bir təşkilatın qısa zaman kəsiyində dövlət tenderlərində "at oynatması" səbəbsiz ola bilməz.

"UNİVERSİTAS-İNTERNATİONAL" MMC-nin az qala hər ay yüzminlik, hətta konsorsium çərçivəsində milyonluq layihənin qalibi olması bu şirkətin arxasında daha böyük əlaqəyə malik şəxsin və yaxud şəxslərin olmasından xəbər verirdi.

Bəs kim idi fövqəlqüvvə?

"UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alınarkən hüquqi ünvanı bu şirkətin arxasında kimlərin dayandığına az da olsa işıq salırdı.

Belə ki, şirkət qeydiyyata alınarkən hüquqi ünvanı MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 13A, mənzil 125 göstərilirdi. O zaman medianda bu ünvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin keçmiş müşaviri Rüfət Mahmuda məxsus olduğu yazılmışdı.
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma

Rüfət Mahmud

Qeyd edək ki, Rüfət Mahmud o vaxt həm də Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru olub.

Bu barədə mediada məlumatlar dərc edildikdən bir müddət sonra "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı dəyişdirildi.

Bir müddət sonra isə - Maarifçi Tələbə Kredit Fondunun icraçı direktorunun mənzilində ilk hüquqi ünvanı olan "UNİVERSİTAS-İNTERNATİONAL" MMC-nin qanuni təmsilçisi Araz Paşayev 2021-ci il iyunun 17-də dövlət başçısının imzaladığı Fərman əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinə sədr gətirildi.

Bu isə hazırda Təhsil Tələbə Krediti Fondunun idarəetməsinin arxasında Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun icraçı direktorunun olması ehtimallarını yaradır.

Xatırladaq ki, Fondun yaradılmasında əsas məqsəd Təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Təhsil Tələbə Krediti Fondunun ötən il dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılıb.

Məsələ ilə bağlı Təhsil Tələbə Krediti Fonduna göndərdiyimiz sorğu cavablandırılmadı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərov polkovniki İŞDƏN ÇIXARDI - ƏMR

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi işdən azad olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Mərkəzin rəisi polkovnik Elxan Vəliyev tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sakinlər təhlükədə olduqlarını deyirlər... - Hər an hər şey ola bilər...

Lənkəran rayon Mirzə Məhəmmədhüseyn Axund küçəsindəki naqilləri saxlayan dirəklər pis vəziyyətdədir.

Dia-az.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

İddia edilir ki, artıq bir neçə müddətdir dirəklər bu vəziyyətdədir. Bu yoldan istifadə edən şəxslər üçün ciddi təhlükəyə mənbəyi olan dirəklərlə bağlı aidiyyəti qurumların tədbir görmədiyi qeyd edilir.

Qeyd edək ki, sözügedən naqillər “Aztelekom” və “Baktelecom”a məxsusdur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO