[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki generalın adı keçən işlə bağlı qərar verildi - Çox sayda insan aldadılıb

Müdafiə Nazirliyi 2-ci Ordu Birləşməsinin Qərargah rəisi, general-mayor Münasib Babayevin adından istifadə edib, müxtəlif şəxslərdən pul alan keçmiş hərbçiyə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1995-ci ildə İmişli rayonunda anadan olmuş Elmədin Əliyev 2016-cı ildən 2019-cu ilin yanvar ayınadək olan dövr ərzində Müdafiə Nazirliyinin Müşfiq qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAHHXQ kimi çavuş rütbəsində xidmət edib, lakin 2019-cu ilin yanvar ayında öz təşəbbüsü ilə ərizə yazaraq xidmətdən xaric olunub.

Elmədin Əliyev həmin ildən sonra müxtəlif şəxslərə Müdafiə Nazirliyində nüfuzlu şəxslərlə və xüsusən də general-mayor Münasib Babayevlə münasibəti olduğunu deyib. O, hərbi sahədə işə düzəlmək istəyənləri həmin şəxslərin köməkliyi ilə işlə təmin edə biləcəyini deyərək onlardan müxtəlif məbləğlərdə pul alıb.

Təqsirləndirilən şəxs Sulduz adlı şəxsi hərbi xidmətə işə bərpa etmək müqabilində 1500 manat pulunu alıb. Həmin pulu guya Münasib Babayeva rüşvət qismində verməklə, onu işinə bərpa edəcəyini vəd verib. O, eyni üsuldan istifadə edərək digər şəxslərdən də 1000, 3000 və daha çox məbləğdə vəsait alaraq pullarını mənimsəyib.

Zərərçəkmişlər Elmədin Əliyevdən hər dəfə pullarını tələb edəndə general-mayor Münasib Babayev və general-leytenant Rövşən Əkbərova arxalandığını bildirib. O, heç kimdən qorxmadığını qeyd edib.

Dələduzluğu ilə bağlı bir müddət axtarışda olan Elmədin Əliyev Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 42 nömrəli binanın 8-ci mərtəbəsinin blokunda saxlanılıb. Təqsirləndirilən şəxs saxlanılan zaman özü ilə bərabər polis əməkdaşına da bıçaqla xəsarət yetiribmiş.

Məhkəmənin hökmü ilə Elməddin Əliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MSK-nı aldatdığına görə Razi Nurullayevi hansı cəza gözləyir? – Mehman Hüseynovun üzə çıxardığı villa onundur?
Prezidentliyə keçmiş namizəd Razi Nurullayevin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi gəlir bəyannaməsində bəzi faktları gizlətdiyi iddia olunub. Bu barədə videobloger Mehman Hüseynov paylaşım edib.

Məlumat üçün bildirək ki, Razi Nurullayev seçki ərəfəsindəki müsahibələrinin birində MSK-ya təqdim etdiyi gəlir bəyannaməsi ilə bağlı danışarkən deyib ki, onun yalnız üçotaqlı mənzili var. Mehman Hüseynovun hazırladığı videorepotajda isə Razi Nurullayevin Novxanıda dəbdəbəli villasının mövcudluğu iddia edilib. Maraqlıdır ki, prezidentliyə keçmiş namizəd gəlir bəyannaməsində həmin villadan bəhs etməyib.

KONKRET.az ictimai-siyasi kluarlarda və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş həmin video və orada səsləndirilən ittihamlarla bağlı deputat Razi Nurullayevlə telefon əlaqəsi yaratmağa çalışıb. Çoxsaylı cəhdlərimizdən sonra özünü deputatın köməkçisi kimi təqdim edən şəxs Razi Nurullayevin tədbirdə olduğunu və yaxın dəqiqələrdə özünün bizimlə əlaqə saxlayacağını desə də, əməkdaşımıza deputatın özü ilə danışmaq müyəssər olmadı.

Əməkdaşımız daha sonra vəkil Əsabəli Mustafayevə “iddialar doğrudursa, Razi Nurullayevi hansı cəza gözləyir?” sualını ünvanlayıb. Hüquqşünas deyib ki, Seçki Məcəlləsində və digər qanunlarda təhrif olunmuş məlumatların bəyannaməyə daxil edilməsinin məsuliyyəti barədə heç bir bənd yoxdur:

“Azərbaycanda belə nümunə yoxdur. Yəni indiyə qədər hansısa prezidentliyə namizədin gəlir bəyannaməsinə yanlış məlumat daxil etməsinə görə məsuliyyət daşıması halı olmayıb. Sənədlərin saxtalaşdırılmasına görə norma var, bu da vəzifəli şəxslərə aiddir. Bu məsələ ilə bağlı qanunda boşluq var. İndiki qanunlara görə prezidentliyə namizədin qeydiyyat məsuliyyəti ola bilər. Digər heç bir məsuliyyət yoxdur”.

Vəkil əlavə edib ki, əgər sözügedən bağ evi deputatın həyat yoldaşına məxsusdursa, bu da ortaq mülkiyyət hesab edilir: “Deputat mütləq onu gəlir bəyannaməsində göstərməlidir. Amma bu məsələ deputatın övladlarına aid deyil”.

Mövzu ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə də əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, dəfələrlə zəng etməyimizə baxmayaraq, MSK-nın mətbuat xidmətində dəstəyi qaldıran tapılmadı.

Deputat isə gəlir bəyannaməsində göstərmədiyi villasının mətbəxindən izləyicilərinə sağlam qidalanmağın hazırlanması ilə bağlı tövsiyələrini verməkdədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Talassemiyalı uşaqların valideynləri necə aldadılıb? - 300 mindən çox pul mənimsənilib

"My Doc Tour" MMC və "Urmedhelp" MMC-nin direktoru olan Nuridə Seyidovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlərinə göndərilib. Fevralın 21-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək.

Nuridə Seyidova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəs ilə təqsirləndirilir. Onunla birgə Bayramova Aynur Buruza qızı və Məmmədova Aysel Mais qızı da mühakimə olunacaq. Cinayət işi üzrə 36 nəfər zərərçəkmiş qismində tanınıb.

İş materiallarından məlum olur ki, Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın qurbanları əsasən övladları talassemiya xəstəliyindən əziyyət çəkənlərdir. Təqsirləndirilən şəxslər onlara övladlarının xaricdə müalicəsini təşkil etmək barədə vəd verərərk pullarını mənimsəyiblər. Təkcə 18 nəfər zərərçəkmişdən 304 000 dollar pul alınıb. İş üzrə zərərçəkmişlərin sayının 36 nəfər olduğunu nəzərə alsaq, o zaman mənimsənilən pulların fantastik məbləğ təşkil etdiyi söyləmək olar.

Məlumat üçün deyək ki, Səidə Nuriyeva və digərləri zərərçəkmişlərin media və müvafiq qurumlara şikayətlərindən sonra saxlanılıb. Əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirib.
Talassemiyalı uşaqların valideynləri necə aldadılıb? - 300 mindən çox pul mənimsənilib

Nuridə Seyidova
Zərəçəkmişlərdən 44 günlük Vətən müharibəsinin iştirakçısı Tural Nəsmiyevin mediaya müraciətindən aydın olur ki, onun 35 000 dollar pulu mənimsənilib. Tural Nəsmiyev bildirib ki, iki övladı talassemiya xəstələyindən əziyyət çəkir. Onların müalicəsi üçün ianə toplanıb və məbləğ 35 000 dollar təşkil edib.

Qarabağ veteranının sözlərindən aydın olur ki, o, ilk olaraq Aynur Bayramova ilə tanış olub. Bayramova özünü Türkiyədə fəaliyyət göstərən "Medical Park" xəstəxanasının Azərbaycan üzrə nümayəndəsi kimi təqdim edib. Daha sonra Aynur Bayramova Tural Nəsmiyevi Nuridə Seyidova ilə tanış edib. Şikayətçi daha sonra bildirib:

"Aynur bizə dedi ki,Türkiyənin özəl xəstəxanalarında bir xəstə üçün 85-90 min dollar pul lazımdır. Nuridə isə dedi ki, tələb olunan pulun 30 faizi xəstə uşaqların valideynləri, yerdə qalan 70 faizi isə onun özü tərəfindən təmin ediləcək. Bu 70 faizin hansısa adının açıqlanmasını istəməyən zəngin iş adamı tərəfindən təmin edildiyini dedi. Həmin şəxs barədə məlumat almaq istədikdə isə bu məlumatın bildirilməsinin mümkün olmadığını, əks halda həmin yardımsevər şəxsin pulu təmin etməyəcəyini söylədi. Mən onunla razılaşaraq, bu barədə əlavə suallar vermədim. Tələb olunan miqdarda pul Nuridə tərəfindən Türkiyədəki özəl xəstəxanaya köçürülməli və uşaqlarımız əməliyyat olunmalı idi. Nuridə məndə olan 35 000 dolları ona verdikdən və qalan məbləğ təmin edildikdən sonra əməliyyat üçün müvafiq işlərin görüləcəyini bildirdi. Oktyabr ayında Nuridə, onun işçisi Aysel və bizi onlarla tanış edən Aynur adlı xanım bizə həmin ayın sonu Türkiyəyə getmək üçün biletləri almağımızı söylədilər. Uşaqların hər ikisini Türkiyənin Samsun şəhərinə, "Medical Park" xəstəxanasına apardım. Orada uşaqlardan qan nümunələri götürüldü, aradan bir neçə gün keçəndən sonra öyrəndim ki, Nuridə tərəfindən uşaqlarımızın adına bir manat belə ödənilməyib".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Piyada keçidin zəbt edən avtosalon kimindir? - VİDEOS

"Azərbaycan Reallığı"na video-müraciət göndərən vətəndaş bildirir ki, Babək prospektinin sonu yeni açılmış "Likoil" yanacaq doldurmanın əks istiqamətində yolun sağ tərəfində yeni açılmış avtomobil salonu piyadalar üçün ayrılmış 300 metrə yaxın səkini zəbt edərək yerinə satış məqsədi olan avtamabillər saxlayıblar, bu da piyadalar üçün həmçinin ətrafda işləyən digər mağaza işçilərinə mane olur.

"Azərbaycan Reallığı" sözü-gedən video görüntünü təqdim edir:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Metak"dan növbəti şikayət - "BU MƏHSUL KEYFİYYƏTSİZDİR"

"Metak" şirkətinin istehsal etdiyi plastik kanalisaziya boruları ölçülərinə görə bir-birindən fərqlənir.
Kommersant.az xəbər verir ki, sözügedən şirkətin 50-lik və 100-lük olaraq istehsala buraxdığı borular eyni ölçüdə olmur. Buna görə də borular bir-birinin içinə keçmir. Məsələ ilə bağlı şikayət edən İsgəndər Əsgərbəyli bildirib ki, "Metak"ın istehsal etdiyi borular fərqli ölçülərdə olduğuna görə ustalara problem yaşadır.

İ.Əsgərbəyli bildirib ki, bu kimi keyfiyyətsiz məhsullarla mübarizə aparacaq.

Şikayətçi iddiasını sübuta yetirmək məqsədi ilə çəkdiyi videoları sosial şəbəkədə də paylaşıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan atəş açdı, hərbçimiz yaralandı


Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

***

Hərbi Prokurorluq hadisə ilə bağlı məlumat yayıb:

“Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.(AZƏRTAC)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DÖVLƏT QURUMUNUN BAHALI İCARƏSİ... - “VTEK”-in 320 minə icarəyə götürdüyü bina kimindir?

Azərbaycanda dövlət qurumlarının “maraqlı” xərclərindən biri də icarəyə götürdükləri tikililərin icarə haqlarıdır. Belə ki, bu binaların sahiblərinin kimliyi bir çox hallarda maraq doğurur. Çünki çox zaman həmin bina sahiblərinin gerçək kimliyi ayrı-ayrı iri məmurlara və onalrın çevrələrinə gedib çıxır.

Belə obyektlərin tikilib dövlət qurumlarına olduqca baha qiymətə icarəyə verilməsi Azərbaycanda çoxdan bəri məmur-biznesmenlərin qazanc yerinə çevrilib. Bu zaman əlbəttə ki, onların şəxsi əlaqələri və imkanları, eləcə də “əl əli yuyar, əl də üzü” prinsipi əhəmiyyətli rol oyanyır...

“AzPolitika.info” xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Qeyri-yaşayış sahəsinin icarəsi” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi Emil Vidadi Oğlu Orucov adlı fiziki şəxsdir. Müqaviləyə əsasən dövlət qurumu bu şəxsin cəmi 2.000 kvadrat metrlik qeyri-yaşayış sahəsini 320 min manata icarəyə götürüb. Müqavilə həmin sahənin 12 aylıq icarəsini nəzərdə tutur. Söhbətin konkret olaraq, hansı ünvandan getdiyi göstərilmir. Ancaq məlum olan odur ki, sözügedən qurumun şöbələrinin heç biri şəhərin mərkəzində yerləşmir. Bu baxımdan 2.000 kvadrata 320 min icarə haqqı ödənilməsi kifayət qədər baha olmaqla “təəccüblü” görünür...

Sözügedən binanı icarəyə verən E.Orucovun ad və soyadı, necə deyərlər, “heç nə demir”. Ancaq Azərbaycanda hökm sürən “tender siyasəti” və bu icarə haqqının məbləği müəyyən nəticələr çıxarmağa əsas verə bilər...

Xatırladaq ki, el arasında “VTEK” kimi tanınan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Agentliyin rəhbəri 2021-ci ildən başlayaraq, Anar Bayramovdur. O, bundan əvvəl nazir Sahil Babayevin müşaviri olub. Ümumilikdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün aldığı elektron xidmətlər də daxil olmaqla, “mükəmməl” tenderləri ilə həmişə xüsusi seçilib...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur polkovnikin yerinə rəis təyin olundu - ƏMR

Saatlı rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Tağıyevin yeri dəyişdirilib.

Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Azər Tağıyev sözügedən vəzifədən azad edilərək, İmişli Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, polkovnik Azər Tağıyev 2017-ci ilin dekabr ayında Gəncə Şəhəri Kəpəz Rayon Polis Şöbəsini rəisi vəzifəsindən azad edilərək, Saatlı rayon Polis Şöbəsinin rəisi təyin olunmuşdu.

İmişli Rayon Polis Şöbəsinin bundan əvvəlki rəisi polis polkovniki Füzuli Şixəliyev son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirin bacanağı ilə nazirliyin idarə rəisi arasında maddi ziyan qalmaqalı - TƏFƏRRÜAT

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi İlqar Cəfərovdan maddi ziyan tələb edilir.

Qaynarinfo xəbər verir ki, tələbkar "Azsığorta" Açıq Səhmdar Cəmiyyətidir (ASC).

Şirkət İlqar Cəfərovla yanaşı, Ədliyyə Nazirliyini, Həsənov İlham Qəribağa oğlunu və Qaragözov Məhəmməd Məmmədağa oğlunu da məhkəməyə verib.

İşdə adıkeçən digər iki şəxsin kimliyi barədə bilgi yoxdur. Bəzi iddialara görə, onlar da icra məmurudur.

Tərəflər arasında məhkəmə çəkişməsi apellyasiya mərhələsindədir. Şikayətçi sığorta şirkətidir. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Azad İmanovun sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsinin detalları bəlli deyil.

İlqar Cəfərov 2020-ci ildə İcra Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, bundan əvvəl Ədliyyə Nazirliyinin katibliyinin rəisi olub.

"Azsığorta" ASC ölkənin sığrota bazarında əsas oyunçulardan biri hesab edilir. Onun bazarda əhəmiyyətli paya sahib olması güclü himayədarının olması ilə izah edilir.

2006-cı ildə dövlət qeydiyyatına alınan ASC-nin qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğlu olsa da, sahibi İsmayılov Hikmət Abuzər oğludur. ASC-nin səhmlərinin 100 faizi məhz Hikmət Abuzərova məxsusdur. Hikmət Abuzərov həm də "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibdir.

Bu bankın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu iddia edilir. Nazirin Hikmət Abuzərova etibar etməsi tərəflər arasında qohumluq əlaqələrinin olması ilə izah edilir. İddialara görə, Hikmət Abuzərovla Kəmaləddin Heydərov bacanaqdır. Bu baxımdan, Kəmaləddin Heydərov mediada "Azsığorta" ASC-nin himayədarı kimi təqdim edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nikoil Bank”dan kredit götürdü, borcunu tam bağladı, illərdir evini girovdan çıxara bilmir - Vətəndaş çarəsiz durumda...

Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, ev 23, mənzil 10-da yaşayan Şükürova Əsmər Əzizağa qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Diqqətinizə çatdırıram ki, 2014-cü ildə ailəmda yaranan problemə görə “Nikoil Bank”dan kredit götürdüm. Evimizi manat ilə girova götürdülər, rəsmi gəlirim haqqında arayışı manat ilə aldılar və pulu da kassadan manat ilə sayıb verdilər. 2019-cu ilin sonuna qədər har ay 362 manat ödəyəcəyimə dair razılaşıb, müqavilə imzaladım.

2015-ci ildə ölkədə devalivasiya oldu. “Nikoil Bank”dan zəng vurub bildirdilər ki, bundan sonra 362 manat yox, 484 manat ödəniş etməli olacaqsınız. Bu zaman başa düşdüm ki, bank etibarımdan istifadə edərək məni aldadıb. Bu səbəbdən də, pulu dollarla veriblərmiş kimi başıma oyun açıblar.

Belə ki, bank ilin sonuna qədər aldığım 500 manat əmək haqqının 484 manatını əlimdən aldı. Yavan çörəyə belə, möhtac qaldığım vaxtlar oldu. Evimin əşyalarını satıb yaşamağa çalışdım.

Bir müddət sonra bankdan zəng vurub yenidən bildirdilər ki, artıq 484 manat yox, 850 manat pul ödəmək lazımdır. Axı, mən heç o qədər maaş almırdım. Mən biznesmen deyiləm ki, o qədər pul ödəyə bilim. Bankın ikinci devalivasiyadan sonrakı tələbinə uyğun məbləği ödəyə bilmədim. Hər ay gücüm çatan qədər ödənişlər etdim.

Bu arada Mərkəzi Bank “üzən məzənnə”yə keçdi. Mənim ödənişlərim də “üzən məzənnə” ilə hesablandığına görə, adım Prezidentin 28 fevral 2019-cu il tarixində problemli kreditlərə görə imzaladığı fərmanın təsir dairasinə düşdü. Lakin “Nikoil Bank” evimin sənədinin bankın girovunda olduğundan istifadə edib, dələduzluq edərək bağlanmış krediti başqa sub hesabla takrarən adıma yazmaqla, evimin sənədini girovda saxladılar. Beləliklə, mənə düşən kompensasiya da mənimsənildi.

İlin sonuna qədər gözlədim, evimin sənədi “Nikoil Bank”ın girovluğunda olduğuna görə, qəsdən Prezidentin fərmanı ilə bağlı bankdan məni çağıran olmadı.

Cənab Prezident!

Ölkada pandemiya oldu, karantin rejimi yarandı, bankla olan problemə görə heç yerə gedə bilmədim. Mən hüquqşunas deyiləm, hüquqi savadım da yoxdur. Evimizin sənədi “Nikoil Bank”ın girovunda olduğuna görə, ölkədə vəziyyət düzələnə kimi gücüm çatdığı qədər ödəniş etmək məcburiyyətində oldum.

Ölkədə vəziyyət düzələn kimi - 17.05.2021-ci il tarixində indiki “Yelo Bank”ın işçisi İsa Hacıyev məni çağırıb, evimin sənədini qaytarmaq əvəzinə, dələduzluq edərək adıma başqa kredit müqaviləsi açıb, Nizami Rayon Məhkəməsində bizə qarşı asassız iddia qaldırıb.

Mən, hakim Həqiqət Əhmədovaya götürdüyüm kreditin tam bağlandığını va adımın prezidentin problemli kreditlərə görə imzaladığı fərmanın təsir dairasinə düşdüyünü bildirdim va kreditin tam bağlandığını tasdiq edən sənədlərlə məhkəmə mühasibatlıq ekspertizasının keçrilməsinə görə vəsatət verdim. Hakim Həqiqət Əhmədova vəzifə səlahiyyətindən sui-istifadə edib, verdiyim vəsatəti dəyişdirdi. Ekspertin qarşısında qoyulan suallarda “Yelo Bank”ın qanunsuz iddia tələbinə uyğun bankın sonradan adıma yazdığı qanunsuz borc, faiz, cərimə, penya və sairin bankın xeyrinə hesablanmasını tələb etdi. Ekspert bankın mənim adıma sonradan yazdığı qanunsuz borcu qeyd etsə də, 2014-cü ildə götürdüyüm kredit müqaviləsi və ona açılmış hesab nömrəsi ilə verilmiş kreditin tam bağlandığını və mənim banka borcumun olmadığını təsdiq etsə də, hakim Həqiqət Əhmədova bankın mənim adıma sonradan yazdığı qanunsuz borcu asas götürüb, vəzifə səlahiyyətindən sui-istifadə edib öz marağına görə, bilə-bilə hüquqlarımı Prezidentin fərmanı ilə bir yerdə kobudcasına tapalayaraq, 2019-cu ildə bağlanmış krediti yenidən aktivləşdirdi. Nəticədə, bankın xeyrinə qanunsuz qətnamə qabul etdi. Mən hakim Həqiqət Əhmədovanın verdiyi qanunsuz qərara etiraz edəndə cavab olaraq bildirdi: “Mənim verdiyim qərar quran ayəsi deyil ki. Xoşun gəlmir, get Apellasiya Məhkəməsində lağv etdir”.

Həmin qərardan Apellasiya Məhkəməsinə şikayət etdim. Həqiqət Əhmadova verdiyi qanunsuz qararı qüvvədə saxlatdırmaq üçün Apellasiya Məhkəməsində işlə bağlı təyin olunan hakim Azad İmanovla əlbir oldu. Azad İmanov işi araşdırmadan, məhkəmə prosesində zala giran kimi, “mən rayon məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıram”, - dedi. Daha sonra əlavə etdi ki, “2ay vaxtın var, get Ali Məhkəməyə şikayət”.

Apellyasiya Məhkəməsinin qərarından da Ali Məhkəməyə şikayət verdim. Hakim Vüqar Həsənov işi araşdırdı, düzgün qərar qəbul olunmadığına görə, həmin qərarı ləğv edib, işi yenidən Apellasiya Məhkəməsinə qaytarmaqla, bu məhkəmə instansiyası qarşısında qoyulan nöqsanların aradan qaldırılması haqda qərar qəbul etdi.

Bu dəfə də iş Apellasiya Məhkəməsində hakim Məmməd Məmmədova verildi. O, verdiyimiz vəsatəti təmin etmədi, “Yelo Bank”ın dələduzları ilə əlbir oldu. Yəni Ali Məhkəmənin Apellasiya Məhkəməsi qarşısında qoyduğu nöqsanların aradan qaldırılmasına əhəmiyyət vermədi, bankın saxta sənədləri ilə, yalan ifadələri Ali Məhkəmənin Apellasiya Məhkəməsinin qarşısında qoyduğu nöqsanlara don geyindirib, “Yelo Bank”ın qanunsuz iddia tələbini təmin etməklə, yenidən rayon məhkəməsinin qanunsuz qərarını qüvvədə saxladı. Yəni bizim evdən çıxıb, evimizi banka verməyimiz haqqında qanunsuz qərarı qüvvədə saxladı.

Bu qərardan da yenidən Ali Məhkəməyə kassasiya şikayəti vermişik. İşimiz hal-hazırda Ali Məhkəmədə hakim Aqil Abbasovdadır.

2019-cu ilin dekabr ayında “Nikoil Bank” bağlanıb, bütun maliyyə hesabları “Yelo Bank”a keçib. Mənim “Yelo Bank”la heç bir kredit öhdəliyim yoxdur. Bankın adı və bütün idarə heyəti ilə işçiləri dəyişdirildisə də, əməlləri olduğu kimi qaldı, öz dələduzluqlarını, frıldaq əməllərini davam etdirməkdədirlər.

Mən nə dövlətə, nə də banka ziyan vurmamışam. Bir qarın ac, bir qarın tox qalmışam. Min bir çətinliyə dozmuşəm, evimin əşyalarını yavan çörəyə görə satmışam. 2014-cü iIdə “Nikoil Bank”dan götürdüyüm kredit tam bağlanıb. 2014-cü ildən bu günə qədər az vaxt deyil, 10 ildir ki, evimin sənədini indiki “Yelo Bank”dan ala bilmirəm. Heç bilmirəm, mənim bundan sonra da 10 il ömrüm qalıb, ya qalmayıb. 2021-ci ildən bu günə qədər “Yelo Bank” haqsızcasına üquqlarımı tapdalayaraq, məni məhkəmələrdə süründürür. Bu haqsızlığa son qoyulmasını istəyirəm. Nə vaxta qədər dələduzlar ədalətsiz məhkəmə qətnamələri ilə vətəndaşların amlakını əla keçirəcək?!

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, mənim bu işimlə bağlı tapşırıq verəsiniz, evimin əlimdən getməməsi üçün kömək edəsiniz. Mən borcumu ödəyib qurtarmışam. Bank tərəfindən mənim vəziyyətimdə olan çox adam var”.

Məsələ ilə bağlı “Yelo Bank”ın qaynar xətti ilə əlaqə saxladıq, amma sualımıza cavab verəcək kimsə tapılmadı.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO