[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Emin Əmrullayev, Ülkər Səttarova və ayı 21 mini aşan müqavilə... - Nazirlikdə maliyyə əməliyyatları əndazəni aşıb


Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Guryanov Əfqan Süleyman oğlu ilə icarə müqaviləsi bağlayıb.

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən qeyri-yaşayış sahəsini təxminən 10 ay müddətində (09.02.2024-19.11.2024) icarəyə götürüb və icarə haqqı olaraq əmlakın sahibi olan Guryanov Əfqan Süleyman oğluna 216 min 223 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi 2022-ci ilin iyul ayında yaradılıb. Agentliyin Əsasnaməsi bir il sonra – 2023-cü ilin iyul ayında təsdiqlənib.

Qeyd edək ki, icarə müqaviləsi ilə bağlı diqqət çəkən bir sıra şübhəli məqamlar var.

Bunlardan biri odur ki, Dövlət Agentliyi qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün tender müsabiqəsi keçirməyib. Bir mənbədən satınalma metodu tətbiq edilib.

Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün yuxarıda göstərilən tələblərdən hansına istinad olunduğu aydın deyil.
Başqa bir məqam isə odur ki, icarə müqaviləsinin bu gün – 9 fevral tarixindən qüvvəyə minəcəyi qeyd olunur. Lakin, Dövlət Agentliyinin sosial şəbəkə hesablarında (https://www.facebook.com/eatdaeduaz/) qurumun ünvanı kimi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 göstərilir. Eyni zamanda internet axştarış sitemlərində (“google.com/maps”, “earth.google.com” və s.) Aşıq Alı küçəsi 45 ünvanında artıq Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin yerləşdiyi qeyd olunub. Bu isə onu deməyə əsas verir ki, Dövlət Agentliyi icarə müqaviləsi imzalamadan qeyri-yaşayış sahəsindən ünvan kimi istifadə edib.

Onu da qeyd edək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin icarəyə götürdüyü binada daha əvvəl “Günay Bank” ASC-nin baş ofisi yerləşib. “Günay Bank” ASC 2023-cü ilin may ayında ləğv olunub.
Xatırladaq ki, ötən ilin oktyabr ayında elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarovanı tutduğu vəzifəsindən azad edərək Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə gətirib.

1986-cı il təvəllüdlü Ülkər Səttarova 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018–2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020–2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022–2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Ülkər Səttarova Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun həyat yoldaşıdır.

Mənbə: Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərişıq"da prezidentin sərəncamı icra edilmir -ŞİKAYƏT

"Azərişıq" ASC, Sumqayıt RETSİ-nin Sumqayıt Elektrik Şəbəkəsinin istismar üzrə mühəndisi şəhid ailəsi üzvü, Qubadlı rayon məcburi köçkünü Anar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Newscenter.az-a daxil olan müraciətdə şikayətçi "Azərişıq" ASC-də baş verən özbaşınalıqlardan yazıb.

Müraciətdə deyilir:

"Cənab Prezidet, Siz məmurları yüksək vəzifəyə təyin edərkən onların qarşısında qoyduğunuz bir nömrəli öhdəlik xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlarla sadə davranmaqdır. Əfsuslar olsun ki, "Azərişıq" ASC-də Ölkə Qanunlarına, Prezident Sərəncamlarına və göstərişlərinə məhəl qoyulmur, məmur özbaşınalığı ifrat dərəcəyə çatıb. Bunlarla bağlı "Azərişıq" ASC sədri Vüqar Əhmədova dəfələrlə rəsmi qaydada müraciət edərək özbaşınalıqlar barəsində tədbir görülməsini, məni qəbul etməsini xahiş etmişəm. Azərişıq ASC əməkdaşı, həm də bir şəhid ailəsi üzvü kimi 1 ildir V.Əhmədovun qəbuluna düşə bilmirəm".

Anar Quliyev yazır ki, 01 oktyabr 2023-cü il tarixindən qüvvəyə minən prezidentin müvafiq Sərəncamına əsasən qeydiyyatı olmayan evlərə elektrik enerjisi verilməsi qəti qadağandır:

"Lakin Azərişıq ASC bu Sərəncama məhəl qoymadan 01 oktyabr 2023-cü ildən indiyə qədər qeydiyyatı olmayan evlərə 170 manatlıq cərimə aktı yazıb, sayğac quraşdırıb. Deyirlər ki, buna görə abonentlərdən 1000-1200 manat rüşvət alınır. Bu “qayda”nın hamıya şamil edilməməsi buna əsas verir. Bu məlumatın prokurorluq orqanları tərəfindən araşdırılaraq, dəqiqləşdirilməsini xahiş edirəm. Bildiyim budur ki, istənilən halda Cənab Prezidentin imzaladığı Sərəncama məhəl qoyulmayıb.

Cənab Prezidentin Sərəncamı ilə 01.10.2023-cü ildən qadağan edilməsinə baxmayaraq, məhz 01.10.2023-cü ildən sonrakı 4 ayda təxminən 15000-ə yaxın qeydiyyatsız evlərə qanunsuz kodlar açılıb, sayğacları quraşdırılıb. Qanunsuz əməllərini ört-basdır etmək üçün yazdıqları aktları işçilərdən bacardıqca gizlətməyə çalışırlar. Lakin proqram üzərindən quraşdırılan sayğacların tarixlərinə görə bu faktı aşkar etmək mümkündür.
Mən başa düşmürəm, Cənab Prezidentin imzaladığı Sərəncama məhəl qoymamaq cürətini bunlar kimdən alırlar ?! Hamı da deyir ki, Vüqar Əhmədov Ölkə Prezidentinin köməkçisi xalası oğlı Anar Ələkbərova arxayınıdr.

Sizdən xahiş edirəm Ölkə Prezidentinin Sərəncamlarına məhəl qoymadan 01.10.2023-cü ild tarixdən indiyə qədər qeydiyyatsız evlərə açılan bütün kodların, quraşdırılan sayğacların araşdırılması, qanunsuzluqlara yol verənllərin cəzalandırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və s. orqanlara göstəriş verməsiniz".(Newscenter.az)

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirin bacısının adı QALMAQALDA... - İDDİA

Fövqəladə hallar naziri Kəməladdin Heydərovun bacısının adının cinayət əməlində hallandığı bildirilir.

"Criminal.az"ın əldə etdiyi məlumata görə, nazirin bacısı Ayna Heydərova öz həyat yoldaşının köməkçisinin külli miqdarda pulunu mənimsəyib.
Nazirin bacısının adı QALMAQALDA... - İDDİA

A.Heydərova həyat yoldaşı Eynar Məmmədovun İlkin adlı sabiq köməkçisindən 110 min dollar alaraq mənimsəyib.

Sayt məsələ ilə bağlı daha ətraflı məlumatı təqdim edəcəyini qeyd edib.
arqument.az
Nazirin bacısının adı QALMAQALDA... - İDDİA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AYNA şefi indi də şlaqbaum satır? - BU NƏDİ BELƏ?!


Azərbaycanda avtomobili pulsuz park etmək üçün talon yalnız vətəndaşın qeydiyyatda olduğu ünvan üzrə verilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Hansı ki, qanuna görə, insanlar "Azparking" mobil əlavəsi vasitəsi ilə müraciət edərək 100 metr məsafədə ödənişsiz parklama hüququ əldə edə bilərlər. AYNA bəyan edib ki, əgər vətəndaş yaşadığı ünvanda qeydiyyatda deyilsə və yaxud yaşadığı evin çıxarışı yoxdursa, talon əldə edə bilməz. "Azərbaycan vətəndaşına münasibətdə yaşayış yeri yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiqlənmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda əksini tapıb. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu səbəbdən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda olmayan şəxslərə fərdi parklanma talonunun verilməsi qanuna ziddir", - deyə açıqlamada qeyd olunub.

Amma onu da deyək ki, parklanma həm də paytaxt ərazisində həyətlərin süni surətdə şlaqbaumlaşdırılmasına səbəb olub. Sanki şlaqbaum biznesi ilə məşğul olanların bəxti açılıb... Belə ki, iş yeri ərazisində avtomobilini saxlamağa görə gündəlik 7-8 manat parklanma pulu ödəmək istəməyənlər məcbur olub avtomobillərini həyətlərdə saxlamalı olurdu. Bu isə sakinlər arasında narazılıq yaradırdı. Nəticədə, hazırda Bakıda demək olar bütün həyətlərə 2-4 min manata başa gələn şlaqbaumlar quraşdırılmaqdadır.

tezadlar.az
AYNA şefi indi də şlaqbaum satır? - BU NƏDİ BELƏ?!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıl Əhmədov özünü Naxçıvanda xüsusi səlahiyyət verilmiş şəxs kimi aparır... - AMMA BAKIDA...


Naxçıvanda ötən il yaradılan, bu günlərdə fəaliyyəti dayandırılan “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

TNS xəbər verir ki, iş Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun icraatındadır.

İsmayıl Əhmədov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə mühakimə olunacaq.

Fevralın 8-nə təyin edilmiş hazırlıq iclası İsmayıl Əhmədov məhkəməyə gəlmədiyi üçün təxirə salınıb. Hazırlıq iclası fevralı 21-ə təyin edilib.

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə, İsmayıl Əhmədov üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, İsmayıl Əhmədovun adı son vaxtlar mediada tez-tez hallandırılır. Onun rəhbərlik etdiyi müəssisənin Naxçıvanda qanunsuz fəaliyyətlə məşğul olduğu iddia edilir. Onların qanunsuz əməlləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda da araşdırma aparılır.

Dəfələrlə qeyd olunduğu kimi, İsmayıl Əhmədov özünü Naxçıvanda xüsusi səlahiyyət verilmiş şəxs kimi aparır və yüksək vəzifəli şəxsin adını çəkir. Mediada faktlarla təqdim edilən ciddi tənqidi yazılara, muxtar respublika prokurorluğunda aparılan araşdırmalara baxmayaraq, Naxçıvandakı yüksək vəzifəli şəxs İsmayıl Əhmədovun “xidmətlərindən” imtina edə bilmir. O, hələ də Naxçıvanda Azərbaycan qanunlarını kobud şəkildə pozaraq istədiyini edə bilir. Ona görə edə bilir ki, himayə olunur. Məsələn, onun istifadəsində olan 10 AA 777 dövlət nömrə nişanlı avtomobil tez-tez Naxçıvan Ali Məclisinin binasının qarşısında görünür. Həmin avtomobilin yan şüşələri mövcud qanunvericiliyə zidd olaraq 100 faiz tündləşdirilib və buna görə, Əhmədova muxtar respublikada gözün üstə qaşın var deyən yoxdur.
İsmayıl Əhmədov özünü Naxçıvanda xüsusi səlahiyyət verilmiş şəxs kimi aparır... - AMMA BAKIDA...

Bu, kiçik detaldır, ancaq onun xüsusi səlahiyyət verilmiş şəxs oluduğunu sübut edən faktlardandır. Bu faktın bundan əvvəl də ictimailəşdirlməsinə baxmayaraq, həmin avtomobil Naxçıvanda eyni qaydada idarə olunursa, deməli, İsmayıl Əhmədov orada toxunulmaz şəxsdir. Başqa bir Naxçıvan sakininə belə avtomobili süməyə muxtar respublikanın Dövlət Yol Polisi İdarəsi heç bir saat da imkan verməz.

Naxçıvandan aldığımız məlumata görə, İsmayıl Əhmədov yüksək vəzifəli şəxsə “Land Rover Defender” avtomobili hədiyyə edib. Görəsən, bu hədiyyəni qəbul edən şəxs onu xilas edə biləcəkmi?

İsmayıl Əhmədovu himayə edən, hər gün axşam saatlarında ona hədiyyə edilən “Land Rover Defender” avtomobili ilə şəhəri gəzən yüksək vəzifəli şəxsə xatırladırıq ki, Azərbaycan dövləti onun üçün oyuncaq deyil. Ola bilər ki, kimlərsə dövlət idarəçiliyindən bixəbərdir, Azərbaycan qanunlarına məhəl qoymur. Amma dövlət baba və Naxçıvan əhalisi hər şeyi görür. Vasif Talıbov kimi, qanunları heçə sayanların aqibəti heç vaxt yaxşı olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblilərin ölümünə səbəb olan Emin həbs edildi

Fevralın 8-i Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan yol qəzasını törətməkdə şübhəli bilinən sürücü Emin İbrahimov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zaqatala Rayon Məhkəməsinin qərarı ilə sürücü barəsində istintaq müddəti üçün 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - sürücülük hüququ olmadan şəxs tərəfindən törədildikdə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Qeyd edək ki, Emin İbrahimov əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. Həmçinin onun sürücülük hüququnun olmaması üzə çıxıb. Bildirilib ki, saat 13 radələrində E.İbrahimov etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Avtomobilin vurduğu uşaqların 3-ü də 5-ci sinif şagirdi imiş.

Hadisəni törədən Emin İbrahimov yaşadığı rayonda “Qatil Emin” adı ilə tanınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
‘İmkanlı bir ailə qisas almaq üçün məni məhv edir’ - ‘Sədərək’ sahibinin keçmiş ev xidmətçisi

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin evindən 800 min manatlıq oğurluqda suçlanan Ruzan Cabbarovaya 11 il həbs cəzası kəsilib. Bakı Ağır Cinayətlər Məhkəməsi belə hökm çıxarıb.

Qədimbəylilərin evində 5 il xidmətçi çalışmış R.Cabbarova deyir ki, bu ailə öz imkanlarından yararlanıb, onu məhv etməyə çalışır. Onun sözlərinə görə, cəzasını ağırlaşdırmaqdan ötrü, ümumiyyətlə, mövcud olmayan, oğurlamadığı qızıl-bəzək əşyalarını da onun boynuna qoyurlar.

R.Cabbarovanın 44 yaşı var və o, Qədimbəylilərin evindən oğurluq elədiyini təsdiqləsə də, oğurlanan əşyların sayca çox şişirdildiyini söyləyir:

“Şeytana uyub, nəfsimə hakim olmayıb, o evdən bir neçə dəfə telefon, xırda zinət əşyası, saat götürmüşəm. Götürdüklərimin hamısını qaytarmışam. Ancaq imkanlı bir ailə qisas məqsədi ilə məni məhv edir, götürmədiyim qızılları da mənim boynuma qoyur. Məqsəd də ziyanın məbləğini çox göstərib, daha ağır maddə ilə məni uzun müddət həbsdə saxlamaqdır”.

İttiham ağırlaşdırlıb
R.Cabbarova vurğulayıb ki, öncə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ona ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub. Digəl, istintaqın sonunda ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 177.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsinə tövsif olunub. Bu maddədə isə cəza müddəti 10 ildən 14 ilədəkdir.(Dia-az.info)

Ziyanın məbləği 500 min manatdan çox olanda xüsusilə külli miqdar sayılır.

“O ailənin əlində oyuncağa çevrilən müstəntiq onların təzyiqilə mənim ittihamımı ağırlaşdırdı. Onların yazdığı qızılları götürsəydim, daha artıq həbsdə qalmamaq üçün qaytarardım. Mənim 4 övladım var, ən kiçiyi 11 yaşındadır. Məsələ burasındadır ki, onları mən götürməmişəm. O qızıllar satılsa, ya da başqa yerdə saxlansaydı, istintaq onu tapardı”, - R.Cabbarovanın son sözündə dedikləridir.

O, təxminən 300 min manatlıq əşya oğurladığını və onları da qaytardığını bildirir.

Ana və oğul məhkəməyə gəlmirlər
Bu cinayət işində “Sədərək” sahibinin həyat yoldaşı Fəridə Qədimova və oğlu Orxan Qədimbəyli zərərçəkmiş qismində tanınıblar. İddia olunur ki, O.Qədimbəylinin də saatı oğurlanıb.

Bir ildən çox sürən məhkəməyə zərərçəkmiş ana və oğulun heç biri gəlməyib. Təqsirləndirilən şəxs və onun vəkili dəfələrlə vəsatət qaldırıb ki, onlara veriləsi suallar olduğundan, zərərçəkmişlər məhkəməyə gəlsinlər.

Ana və oğul məhkəmənin çağırışıyla gəlmədiklərindən, hakimlər onların haqqında məcburi gətirilmə qərarı çıxarıblar. Ancaq məhkəmənin bu qərarı da icra olunmayıb – F.Qədimova və oğlu yenə gəlməyiblər. Onların nümayəndəsi ölkədən kənarda olduqlarını söyləyib.

R.Cabbarovanın vəkili Günay İsmayılova müdafiə çıxışında vurğulayıb ki, bir tərəfdən nümayəndə zərərçəkmişlərin ölkədə olmadığını bildirir, digər tərəfdən F.Qədimova özü Bakıdan məhkəməyə teleqram göndərir:

“Təəssüf ki, məhkəmə onların ölkədə olub-olmadığını araşdırmadı, Dövlət Sərhəd Xidmətinə sorğu göndərməkdən imtina elədi. İrəli sürülmüş ittihamlar əsassız olduğundan, zərərçəkmişlər məhkəmədə iştirakdan yayındılar. Axı danışdıqları yalanlar ortaya çıxacaqdı...”

Prokuror çıxışında deyib ki, R.Cabbarovaya qarşı 803 min manatlıq oğurluq ittihamı məhkəmədə təsdiqini tapıb. Dövlət ittihamçısı onun CM-in 177.4-cü maddəsilə cəzalandırılmasını və 11 il azadlıqdan məhrum olunmasını təklif edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər kollegiyası prokurorun təklifiylə razılaşıb və R.Cabbarovaya 11 il həbs cəzası kəsilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayevin ağac əkdiyi ərazi otlaq sahəsinə çevrilib - BU DA FAKT!!!

2021-ci ildə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə əkilən ağcaqayın və görüş ağaclarının hamısı quruyub.

AFN.az xəbər verir ki, bu barədə “EkoNəzarət” adlı internet TV-də məlumat verilib. Bildirilir ki, Yardımlı rayonunda nazir M.Babayevin iştirak etdiyi ağacəkmə kampaniyası çərçivəsində təxminən 1 hektar ərazidə əkilən tinglər baxımsızlıq ucbatından quruyub: “11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Nəsimi Nəsibovun yarıtmaz fəaliyyəti nəticəsində həmin ərazi mal-qara otlağı sahəsinə çevrilib. Həmin əraziyə təxminən 1 kilometr məsafədən su sistemi çəkilmişdi, ağaclara qulluq olunmuşdu və demək olar ki, hamısı bitmişdi. Əfsuslar olsun ki, bu gün suvarma üçün olan şlanklar yoxdur, ağaclar yoxdur, ərazi mal-qaranın tapdağındadır. Dövlət vəsaitləri beləcə göyə sovrulur ”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov AFN.az-a bildirdi ki, Yardımlı rayonunun Bərican kəndi yaxınlığında dağlıq ərazidə əkilmiş tinglərin bir hissəsi dağlıq ərazidə ağır torpaq şəraiti səbəbindən quruyub: “Tinglərin əvəzində bu ilin yaz mövsümündə yerli bitmə
şəraitinə uyğun ağac tinglərinin əkilməsi nəzərdə tutulub. Hazırda ərazinin mal-qaradan və digər kənar təsirlərdən mühafizəsi məqsədilə tədbirlər görülür”.
Ərazidən hazırlanan videomaterialla BURADAN My Webpage tanış ola bilərsiniz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı... - "Pulu alıb, sənədi vermir"
Oğuzun Calut kəndinin bir qrup sakini bələdiyyə sədrindən şikayətçidir.

Onlar deyirlər ki, illər öncə bələdiyyədən torpaq alıblar və xeyli pul ödəyiblər. Amma bir neçə ildir ki, həmin torpaqlara sənəd verilmir: "Bizə demişdilər ki, torpağın sənədləri 3 aya, ən geci 6 aya sizə təhvil veriləcək. Amma artıq 6 ildən çoxdur ki, bu söz havada qalıb”.

Sakinlər "Arqument.az"a deyiblər ki, 2017-ci ildən bəri həmin torpaqlara görə, 40-a yaxın insandan külli miqdarda pul alınıb və mənimsənilib.

Bələdiyyə sədri Adil Şükürov isə illərdir ki, problem həll olunacaq deyə vəd verir: "Adil Şükürov sənəd tələb edənlərə deyir ki, Nazirlər Kabinetindən satış üçün icazə ala bilmirəm. Gah bizə sənədi təmin edəcəyini deyir, gah da çıxış yolu deyir ki, yığışıb məni məhkəməyə verin. Mən də sizin şikayətlərinizi əlimdə rəhbər tutaraq Nazirlər Kabinetinə müraciət edim, işin ciddiyyətini nəzərə alıb işi sürətləndirsinlər. Bunu da yalandan edir və sonra aradan çıxır".

"Bizdə olan məlumata görə, Adil Şükürov qanunsuz şəkildə, yalan vədlərlə aldığı pulları mənimsəyib, həmin məbləğdən dövlətə aid olan rüsumu ödəməyib, ona görə də torpaq üçün satış icazəsi ala bilmir", - sakinlər belə deyiblər.

Sakinləri isə narahat edən odur ki, Adil Şükürov bu il keçiriləcək bələdiyyə seçkilərindən seçilə bilməyəcək və verdikləri pullar batacaq, çünki yeni sədr məsuliyyəti Adil Şükürovun üstünə ata bilər: "Adil Şükürov seçilməyəcəyi təqdirdə bu qədər insanın taleyi necə olacaq? Pulları da getdi, torpaqsız da qalacaqları qaçılmazdır. Bəs o torpaqların aqibəti necə olacaq? Bəs verilən pullar? Kimə reallığı necə sübut edəcəklər? Kim qarantiya verir ki, illərdir dəridən-qabıqdan çıxıb zülmlə, kreditlərlə torpağını ev etməyə çalışan, hasar çəkmiş bu insanlar sabah haqlı ikən haqsız duruma düşürülməyəcək? Həmin əraziləri qanunsuz şəkildə mənimsəmiş kimi məsuliyyətə cəlb edilməyəcəklər?".

Vəziyyətin ciddiliyindən narahat olan sakinlər onu da qeyd edir ki, onlar hər dəfə sədrdən torpaq sənədi, ən azından bir parça kağız tələb edəndə Adil Şükürov müxtəlif bəhanələr gətirir: "Bizi əmin edir ki, narahat olmayın, siz gedib bünövrə qoyub ev tikin, yaşayın rahat, sizi kimsə oradan çıxara bilməz. Əksinə, nazirlik məcbur qalıb sizin torpaqların satışı üçün proseduru sürətləndirəcək".

Calut bələdiyyəsinin sədri Adil Şükürov isə "Arqument.az"a deyib ki, sakinlərin torpaq problemi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, bununla bağlı sərəncam da hazırdır, lakin sənədlərin verilməsi gecikdiririlir.
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı... - "Pulu alıb, sənədi vermir"
Bələdiyyə sədri Adil Şükürov

"Bu, bizdən asılı məsələ deyil. Nazirlər Kabinetinin qərarı var, nazir də sərəncam imzalayıb. Biz də bütün sənədləri təqdim etmişik və 5 ildir ki, cavab gözləyirik. Bizə bəlli olmayan səbəbdən sənədlərin verilməsi gecikdirilir. Çalışırıq ki, problemi həll edək", - deyə o qeyd edib.

Bələdiyyə sədri sakinlərin ona külli miqdarda pul verdikləri ilə bağlı iddialarını bölüşmür. O deyir ki, bu torpaqlara görə heç kəsdən pul almayıb: "Müraciət ediblər, mən də sənədləri göndərmişəm. Pul almamışam. Belə bir iddia doğru deyil".

Sakinlər isə bələdiyyə sədrinin yalan danışdığını deyirlər və onların əlində pul verdikləri ilə bağlı sübutların olduğunu vurğulayıblar.

Calud kəndində 125 hektar yaşayış, 30 hektar bağ-əkin, 325 hektar isə örüş-meşə sahəsi var.

Oğuz rayonunun Calut kəndinin 2000-ə yaxın sakinindən 47 nəfər ev tikmək məqsədilə bələdiyyəyə müraciət edib.

Torpaq sahəsi almaq istəyən sakinlər müraciətlərindən 5 il keçdiyini, amma heç bir nəticənin olmadığını bildirirlər.

Məsud
Fotolar: "Arqument.az"ındır
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı... - "Pulu alıb, sənədi vermir"
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı... - "Pulu alıb, sənədi vermir"
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı... - "Pulu alıb, sənədi vermir"
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı... - "Pulu alıb, sənədi vermir"
Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı... - "Pulu alıb, sənədi vermir"




XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO