[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Xankəndidə 100% səs TOPLADI


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə prosesi başa çatıb.

Artıq Xankəndi şəhərində yerləşən 122 saylı Seçki Dairəsinin 14 saylı seçki məntəqəsinin səsləri sayılıb.

Nəticələrə görə, Prezident İlham Əliyev Xankəndidə seçicilərin 100 faiz səsini toplayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqlayıb.
O, bu barədə parlamentdəki çıxışı zamanı danışıb.
“Sülh müqaviləsinin mümkün variantında tərəflərin daxili qanunvericiliyə istinad edərək öhdəliklərini yerinə yetirməkdən imtinasının mümkünsüzlüyü barədə bənd var. Odur ki, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi ehtiyacı, ilk növbədə, daxili gündəmdən doğur”, - deyə baş nazir bildirib.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri onu da əlavə edib ki, ölkə ətrafındakı xarici mühit indiki konstitusiyanın qəbulu zamanı olduğu kimi deyil və əsas qanunu yeni reallıqlara uyğunlaşdırmaq lazımdır.
Mənbə: TASS

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ruslan müəllimin ƏCAİB TƏMİR ÜSULU... - Zədələnmiş qaz xətti skoçlanır...

Bakı şəhəri, Sabunçu rayonu, Pirşagı qəsəbəsində Şor tərəf deyə tanınan ünvandan redaksiyamıza şikayət daxil olub.

Sakinlər qaz borularındakı qəzalı vəziyyətdən nigarandırlar. Bildirirlər ki, xətlər vətəndaşların öz şəxsi vəsaitləri hesabına çəkildiyi üçün standartlara uyğun deyil: “Bu səbəbdən də külək vaxti bir-birlərinə dəyir, qaynaq yerindən qopur. Bir neçə yerdən məcbur olub “skoç”la yapışdırmışıq. Amma o da saxlamır, qaz sızması baş verir. Daha bir problem isə xətləri saxlamaq üçün dayaq dirəklərinin olmamasıdır. Bir çox yerlərdə məcbur olub qaz borularını işıq dirəklərinə bağlamışıq. Bu isə təbii olaraq ciddi təhlükə deməkdir”.
Şikayət edən sakinlər “Azəriqaz” İstehsalat Birliyinə üzlərini tutaraq bu təhlükəli vəziyyətdən qurtulmaq istədiklərini deyirlər: “Bu xətlər təhlükə yaratdığı üçün yenilənməsini istəyirik. “Azəriqaz”dan gəlib baxış keçirsinlər, rəy versinlər. Əgər təhlükə görmürlərsə, məsuliyyəti öz üzərlərinə götürsünlər. Varsa da, problemi aradan qaldırsınlar. Burda borular artıq çürüyüb, çünki köhnə sovetdənqalma borulardan istifadə edərək sakinlər özləri çəkiblər xətləri. 2024-cü ildir, qaz şlankla çəkilir. Bunun nə qədər böyük təhlükə olduğunu deməyə ehtiyac yoxdur”.
Məsələ ilə bağlı AFN.az “Azəriqaz” İB-yə sorğu ünvanladıqdan sonra sakinlər yenidən əlaqə saxlayaraq bildirdilər ki, qurumdan vəziyyətlə bağlı yerində baxış keçirilib: “Ölçdülər-biçdilər, dedilər layihələndiriləcək və gələcəkdə kömək ediləcək”.
“Azəriqaz” İB-dən də redaksiyamıza məlumat verilərək bildirildi ki, əraziyə baxış keçirilib, vəziyyət yerində dəyərləndirilib: “Təmir-bərpa işlərinin görülməsinə qərar verilib”.
Ruslan müəllimin ƏCAİB TƏMİR ÜSULU... - Zədələnmiş qaz xətti skoçlanır...
Ruslan müəllimin ƏCAİB TƏMİR ÜSULU... - Zədələnmiş qaz xətti skoçlanır...
Ruslan müəllimin ƏCAİB TƏMİR ÜSULU... - Zədələnmiş qaz xətti skoçlanır...
Ruslan müəllimin ƏCAİB TƏMİR ÜSULU... - Zədələnmiş qaz xətti skoçlanır...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MEDİA-dan prezident seçkiləri ilə bağlı xəbərdarlıq

Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır.

Bu barədə agentlikdən məlumat verilib.

"Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır.

Xatırlatmaq istərdik ki, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdə media subyektlərinin istər seçki prosesində şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməli olduqları bildirilib.

Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir", - agentlikdən qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Yeni Ailə” MTK köhnə ailələrə qan uddurur... - NARAZILIQ VAR...

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların sakinləri iddia edirlər ki, “Yeni Ailə” MTK onları aldadır.

Öncə xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına əsasən, Nəsimi Rayon İcra Hakimiyyəti ilə “Yeni Ailə” MTK (tikinti şirkəti) arasında 23 oktyabr 2017-ci il tarixdə müvafiq müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, tikinti şirkəti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların pilot layihə çərcivəsində sökülməsini və həmin sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür.

Azadlıq prospekti, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən binaların sökülməsinə 2018-ci ildə başlanılıb. 2020-ci ildə isə Şamil Əzizbəyov küçəsi, ev 158 ünvanında yerləşən kooperativ binanın sökülməsinə başlanılıb. Binada yaşayan bütün ailələr mənzillərini təhvil verib və kirayə köçürülüb.

Müqavilə şərtlərinə əsasən, bu ailələr iki il ərzində mənzillə təmin edilməli, yaşamaq üçün köçməliydilər. Lakin neçə il keçməsinə baxmayaraq, yeni inşa edilən binadakı tikinti işləri tamamlanmamışdır. Kirayə haqları belə, aylarla gecikdirilir. Hələ də kirayə pulları 1 ildir verilməyən ailələr vardır.

Evsiz qalmış vətəndaşların dəfələrlə etdikləri müraciətlərdən sonra Nəsimi Rayon İcra Hakimiyyəti onları və “YENİ AİLƏ” MTK-nın rəhbərliyini dəvət edərək, görüş təşkil edib. İcra başçısının müavini cənab Ramiz Quliyev görüşdən sonra vətəndaşlara tikintinin gedişatı ilə bağlı MTK tərəfindən cədvəl tərtib olunaraq təqdim olunacağını və həmin iş qrafikinə İcra Hakimiyyəti tərəfindən nəzarət ediləcəyini bildirib. Vədlərindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, təəssüf ki, nə İcra Hakimiyyəti, nə də “YENİ AİLƏ” MTK-nın rəhbərliyi tərəfindən heç bir hərəkət olunmayıb.

Vətəndaşlar bildirirlər ki, icra başçısı onları qəbul etmir, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin qəbuluna yazılmalarına baxmayaraq, qəbula düşə bilmirlər.

Söküntüdən qabaq vətəndaşlar iş icraçısı Rasim Həsənovla razılaşdıqlarını, müqaviləyə isə “Yeni Ailə” MTK rəhbəri kimi Ziya Hacıyevin imza atdıqlarını deyiblər: “Həmin ağsaqqal — Rasim müəllim bizə binanın başa çatması üçün vəsaitin olmadığını və “binanı vəsait olanda başa çatdıracağam” söyləsə də, 2022-ci ildə yeni “Qarant inşaat” MTK adı ilə Nəsimi rayonu, 20 yanvar və Cavadxan küçəsinin kəsişməsində çoxmərtəbəli bina tikintisinə başlayıb. Nəsimi Rayon İcra Hakimiyyəti başçısı isə bizim binanı yarımçıq qoyan həmin Rasim müəllimə öz rayonunda yeni binalar tikmək üçün ərazi ayırıb. Əziyyət çəkən isə 100-ə yaxın ailədir. Odur ki, tamamlama işlərinin surətləndirilməsi, ödənilməmiş kirayə haqlarımızın verilməsi və qısa zamanda mənzillərimizə köçməyimizlə bağlı tədbirlər görülməsi üçün problemimizi işiqlandırmağınızı sizdən xahiş edirik”.

Qeyd edək ki, bəzi mənzillərə təhvil-təslim aktı olmadan sakinlər köçüblər. Onlar həmin mənzilləri öz hesablarına təmir etsələr də, buna görə şirkətdən pul ala bilməyiblər. Bloklarda dəhlizdən mənzillərə elektrik cərəyan ötürən naqillər, elektrik “yuvaları” açıq vəziyyətdədir və insanlara təhlükə vəd edir. Mənzillərin çoxunun daxilində onları otaqlara ayıracaq arakəsmələr hörülməyib, blok pilləkənləri tam işlənməyib, lift şaxtası və dam hissəsi yoxdur.

Habil Tağıyev, Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki azyaşlı uşaq anası çörəyə möhtac qalıb - GİLEY

Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən başda Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə alimentin uzun müddət ödənilməməsinə görə Qax İcra Şöbəsinin qanunsuz hərəkətlərinin aradan qaldırılması ilə bağlı müraciət ünvanlanıb.

Bir surəti də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:

Xatırladım ki, mən, Qax rayon Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə 2012-ci il tarixində rəsmi nikaha girmişik. Bu nikahdan 24.09.2013-cü il tarixdə Osmanova Zəhra Rüstəm qızı və 04.01.2016-cu il tarixində Osmanova Zeynəb Rüstəm qızı adlı, qızlarımız dünyaya gəlmişdir.

Mən toyumuzdan sonra ərimə məxsus Qax rayonun Qıpçaq kəndindəki ünvanında yerləşən 5 otaqlı mənzilə gəlin köçmüşdüm.

29 dekabr 2015-ci il tarixli Qax Rayon Məhkəməsinin qətnaməsilə mənimlə ərim arasında nikah pozulmuşdur.Və həmin vaxtdan başlayaraq Rüstəmlə birgə nikahdan doğulmuş 2013-cu il təvəllüdlü Osmanova Zəhra Rüstəm qızının və 2016-cı il təvəllüdlü Zeynəbin saxlanması və müalicələr olunması üçün 2022-ci ilədək heç bir maddi köməklik göstərilməmişdir.

Baxmayaraq ki, Qax rayon Məhkəməsində aliment verilməsi qət edilmişdir. Qətnamə çıxanadək o bir manat da olsa pul ödəməmişdir. Sonradan isə Qax rayon Məhkəmə hakimilə gizli sövdəkləşməsindən sonra o tövsiyəyə uyğun olaraq Sosial Təminat Nazirliyində “VTEK-dən özünə saxta əlillik ( 3-cü qrup üzrə) dərəcəsini rüşvət verib düzəltdirmişdir ki, hər iki uşaq üçün cəmi 50 manat pul ödəsin. Bəli, belə də olmuşdur.

2014-cü ildən boşanma rəsmiləşmişdirildikdən sonra mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan 8 il keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq əvəllər bir neçə il cəmi 25 manat pul ödədi. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir. Ailəsinin yeganə övladı kimi onların hazırda Qaxın İbaxlı və Qıpçaq kəndindəki geniş evlərindən başqa Bakı, Mingəçevir, Qax şəhərlərində də şəxsi evləri vardır. Yaşadıqları Qıpçaq kəndində isə 1000 baş xırdabuynuzlu və 55 baş baş iribuynuzlu mal-qara sahibidir. Geniş torpaq sahələri (hansı ki, rəsmən taxıl əkməyə görə son illər 6 ha torpağa görə 2019-cu ilədək 3000 manat subsidiya alırlar), fındıq, qoz bağları, fermaları, kənd təsərrüfatı texnikaları və işçiləri vardır. Bir sözlə, kəndin ən imkanlı və varlı fermer ailəsi hesab olunurlar. Amma Rüstəm iki zavallı və köməksiz qalmış övladlarına dövlətin təyin etdiyi hər bir uşaq üçün olan sabit pul məblıəğini ödəməmək üçün Sosial Təminat Nazirliyinin yerli şöbəsində özünü 2-cü qrup əlil kimi sənədləşdirərərk(tam sağlam olan Rüstəm 2017-ci ilin iuyl ayında 3000 manat rüşvət hesabına 3-cü qrup əlillik dərəcəsi almışdır) guya 55 manat pensiya aldığını bəyan etməklə aliment vermək imkanının olmadığını rəsmi orqanlara yalandan bildirmişdir.Və belə də bir müddət aliment etmişdir Yəni pensiyasının məbləğini göndərmişdir 55 manatı.

Hələ o vaxtı – 6 yanvar 2018-ci il tarixli şikayət ərizəmizə 19 fevral 2018-ci il tarixli Ombudsman Aparatının sədrinin imzasıilə daxil olmuş cavab məktubunda bizə bir çox məsələlər aydın olmuşdur. Belə ki, hörmətli Elmira Süleymanova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə tapşırıq verərək mənim aliment məsələmin araşdırılmasını xahiş etmişdir. Rəsmi cavabdan aydın olur ki, Qax İcra Şöbəsi əvvəlcə 2014-cü ildən başlanmış icraat zamanı borclu alimenti qeyri-müntəzəm şəkildə ödədiyini bildirir və yaranmış aliment borcunun ödənilməsi üçün R.Osmanovun yetərli əmlakı “aşkar edilməməsini” vurğulayır. Bəs o zaman sual olunur ki, valideynlərilə birlikdə yaşayan və fermer fəaliyyətilə intensiv məşğul olan Rüstəmə görəsən heç olmasa ailənin əməkhaqqı verdiyi çoban və nökərləri qədər əməkhaqqı və pay vermirmi?

Qax rayon İcra Şöbəsi həmişəki kimi mənim işimdə də qanunsuz işlərlə məşğul olaraq çoxsaylı milyonluq sərvətlər toplamış ərimin guya heçnəyi yoxmuş kimi “sudan duru çıxarması” cəhdi” onun bu adamla gizli sövdələşməsindən xəbər verir. Axı Bakıdakı, Mingəçevir şəhərindəki evlərin hamısı Rüstəmin adınadır. Eləcə də bir çox əmlaklar.

Necə dəfə cəhd etmişəm ki, ünvanlı sosial yardım ala bilim. Özünəməşğulluq proqramına yazılım. Amma imkan verilməyim. Süründürməçilər bir iş də olsa təşkil etməyiblər ki, atamın çörəyinə möhtac qalmayım.
Qardaşım Ümidvar vaxtilə ərim Rüstəmlə birlikdə onun fermasında çoxsaylı heyvanlara baxırdı, qulluq edirdi. Bu heyvanların artırılması üçün o qardaşımı bir neçə mal oğurluq etməyə təhrik etdi birlikdə. Sonra qardaşım Osmanın adını çəkmədi. Dedilər çəksən bacını boşayacaqğıq. Aldatdılar. Ümidvar da hər şeyi oğurluğu öz boynuna götürdü. Amma bu ailə kişilik edib sözlərinin üstündə durmadılar. Qardaşım 13-cü kalona 4 il həbs cəzası çəkəndə məni də 2 azyaşlı ilə rədd etdilər. Amma o vaxt bu oğurluq qardaşımın nəyinə lazım idi. O ki, adicə maaş alırdı. Bunu soruşan olmamışdı.
Bəli, 2017-ci ildən isə Qax İcra şöbəsi Ombudsman Aparatına rəsmi cavab verir ki, R.Osmanov 55 manat təqaüd aldığı müəyyən edilərək tələb həmin vəsaitə yönləndirilmişdir. Yəni, son 3 il ərzində bu şöbə müəyyən edib ki, 2017-ci ilin iyul ayında Rüstəm 3-ci qrup əlil olubmuş və dərhal hərəkətə keçib məsələni “Həll ediblər. Digər tərəfdən sağ olsunlar ki, İcra şöbəsi 2016-cı ildə R.Osmanov barəsində aliment verməkdən yayındığına görə formal olaraq inzibati protokol tərtib edib Qax rayon Məhkəməsinə göndəriblər. Və bugünə kimi bizə məlum olmayan 08.11.2016-cı il və təkrar olaraq 01.02.2018-ci il tarixli məhkəmə qərarına əsasən yerli icra şöbəsinin təqdimatının rədd edilməsilə bağlı vicdansız hakim məhkəmə qərarı verilmişdir. Əsaslandırlmışdır ki, guya R.Osmanovun maddi imkanı yoxdur və o əlildir. Halbuki, R.Osmanov rəsmən 2017-ci ildə rüşvət hesabına “əlillik” dərəcəsi almışdır.

Amma mən bir insan olaraq, bir ana olaraq Osmanovlar ailəsinin var-dövlətində gözüm və iddiam yoxdur, başlarına dəysin. Orada qalan cehiz əşyalarım da başlarına dəysin. Mənim bircə istəyimvarki, son illərdə dövlətin təyin etdiyi hər bir uşaq üçün sabit pul olan alimentpulunualıbbuzavallı uşaqları dolandırım. Başqa heç nə.

Rüstəm Osmanov 2015-ci ildən 2017-ci ilədək hərdən bir neçə dəfə ayda 25 manat olmaqla 2017-ci ildən isə sağlam olduğu halda özünə rüşvət hesabına aldığı əlillik dərəcəsinə görə bir neçə dəfə az miqdarda pul ödəsə də, son illərdə aliment ödəməmişdir. Cəmi yığılan pul isə 4500 manatdır. Ona görə alimentdən yayınmaq üçün R.R. Osmanov bu il 2021-ci ildə yenidən 4000 manat ( norma belədir) rüşvət verib ikinci 5 illiyə özünü 2-ci qrup əlil kimi yerli komisiyaya təsdiq etdirmişdir. Sonuncu şikayət məktrubumdan sonra isə onu ləğv ediblər ki bu adam tam sağlamdır.Amma yenə də illərlə yığılıb qalan aliment pullarını təxminən 7500 manatı ödəmir. Və Qax icra Şöbəsinin icraçısı da süründürməçiliklə məşğuldur. Yəni belə bir vicdansız adamla sövdələşib 2 azyaşlı uşaqların ac qalması səbəbindən öz ailəsini haramçılıqla dolandırmaqla məşğuldur. Ədliyyə Nazirliyinin belə vicdansız icra məmuru barəsində nəhayət son qərar verilməlidir ki, mənim ailəmə düşən və yığılıb qalan bütün aliment ödənişləri hesablanaraq verilsin.

Cənab Prezident Sizdən çox xahiş edirəm ki, çörəyə möhtac qalan azyaşlı uşaqlara çataqcaq aliment pulunu ödəməyə məcbur etməyən Qax rayon İcra Şöbəsində baş verən qanunazidd hərəkətlər barəsində ciddi araşdırma aparılmasına və maddi maraqları təmin olunan yarıtmaz icra məmurları barəsində tədbirlər görülməsinə göstəriş verəsiniz ki, sonda bizim ailəyə çatacaq aliment pulları birdəfəlik ödənilsin. Sağ olun.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hacı Ramazan Mirzəyevin oğlunun qəzaya düşdüyü “Mustang”ın nömrəsi satışa çıxarıldı - FOTOFAKT

“Tender kralı” kimi təqdim olunan Hacı Ramazan Mirzəyevin oğlunun qəzaya düşdüyü “Ford Mustang” markalı avtomobilin dövlət nömrə nişanı atışa çıxarılıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, 44-BB-044 nömrə nişanına onlayn satış saytlarının birində 7500 manat dəyər qoyulub.

Xatırladaq ki, mediada gedən məlumatlara görə, Hacı Ramazan Mirzəyevin oğlu 2022-ci ilin mart ayında Yağmurlu hava rayonların birində qəzaya düşüb.
Hacı Ramazan Mirzəyevin oğlunun qəzaya düşdüyü “Mustang”ın nömrəsi satışa çıxarıldı - FOTOFAKT

Yolların sürüşkən olması səbəbindən 44-BB-044 nömrə nişanlı “Ford Mustang” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında dərəyə düşüb. “Mustang” kran vasitəsilə düşdüyü yerdən çıxarılıb.(32gun.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan tarixində ilk: Bütün ölkə üzrə səsvermə başladı


Saat 08:00 etibarilə ölkə üzrə bütün seçki məntəqələri açılıb və səsvermə başlayıb.

Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.

Hazırkı prezident seçkiləri müstəqilliyimiz tarixində ilk dəfə olaraq bütün ölkəmizi əhatə edir. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək.

Prezident seçkilərində 7 namizəd mübarizə aparır: İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev və Fuad Əliyev.

Qeyd edək ki, səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Seçki məntəqələri saat 19:00-da bağlanacaq və səslərin sayımı başlayacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO