[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlıların Rusiyadan GERİ KÖÇÜ BAŞLAYIB

Rusiyanın miqrantlardan Ukraynaya qarşı müharibədə yararlanmaq istiqamətindəki addımları Yaxın Xaric adlandırılan ölkələrdən - postsovet məkanından gələn miqrantların sürətlə ölkəni tərk etməsinə gətirib çıxarıb.

Xatırladaq ki, ötən ilin payızında Rusiyada qanunvericiliyə edilən dəyişikliyə əsasən, qeydiyyata düşməyən miqrantlara ölkə ərazisində avtomobil idarə etmək, mobil nömrəyə, bank hesabına sahib olmaq, banklar vasitəsilə pul köçürmək, daşınmaz əmlak almaq, hətta yerli vətəndaşlarla nikaha girmək qadağan olunub. Bundan əlavə, Rusiya vətəndaşlığı alıb hərbi qeydiyyata düşməyən şəxslərin müəyyənləşdirilməsi üçün Daxili İşlər Nazirliyi qüvvələrinin reydləri başlayıb, 2023-cü ilin sonuna doğru kütləvi xarakter alıb. Xüsusilə Sankt-Peterburq, Moskva, Voronejdə kütləvi məclislərin keçirildiyi məkanları basan hüquq-mühafizə orqanları minlərlə şəxsi məcburən aparıb hərbi komissarlıqlarda hərbi qeydiyyata aldırıblar. Az sonra isə onların əksəriyyətinə hərbiyə çağırış sənədləri təqdim edilib.

Bu günlərdə Dövlət Dumasına təqdim edilən qanun layihəsində Rusiya Federasiyası vətəndaşlığını alanlar üçün hərbi xidmətə çağırış yaşının 50 yaşa qədər artırılması təklif olunur. Sənədin izahat qeydində deyilir ki, bir çox əcnəbilər guya hərbi qeydiyyatdan yayınırlar və ya “məqbul olaraq maksimum çağırış yaşına çatana qədər gözləyirlər” və yalnız bundan sonra Rusiya pasportu alırlar. Hazırda Rusiyada hərbi xidmətə çağırış yaşı 30-dur.

Rusiya hakimiyyəti həmçinin miqrantları Ukraynadakı döyüşlərə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər də həyata keçirir: Müdafiə Nazirliyi ilə müqavilə əsasında 6 ay Ukraynada döyüşən şəxslərə Rusiya vətəndaşlığı verilir, onlara nizami ordu heyətinin imtiyazları tanınır. Lakin bu addımlar miqrantları Ukrayna çöllərində ölümə atılmağa həvəsləndirmir. Buna görə də Rusiya hüquq-mühafizə orqanları ordunun artan tələbatını qarşılamaq üçün miqrant ovunu sürətləndirir. Bu isə əks-nəticə verməkdədir: artıq Rusiyada vətəndaşlıq almaq istəyənlərin sayı azalır, miqrantlar ölkəni tərk edirlər.

Miqrasiya reydləri bu il də davam edir. Belə ki, Yeni il ərəfəsində Sankt-Peterburqda 3 minə yaxın miqrant saxlanılaraq şəhər mərkəzindən polis idarələrinə aparılıb. Sonradan məlum olub ki, saxlanılanlardan 600-dən çoxu ölkədə miqrasiya qanunlarını pozaraq olub. Ölkənin hər yerində miqrantların toplaşdığı yerlərdə reydlər keçirilir. Məsələn, Moskvada “Sadovod” bazarı mütəmadi olaraq yoxlanılır. Təhlükəsizlik qüvvələrinin bir qrup miqrantın ad gününü qeyd etdiyi Voronej restoranına baş çəkməsi böyük əks-səda doğurub, nəticədə 50-yə yaxın şəxs hərbi komissarlığa çağırış vərəqəsi alıb.

Artıq Rusiya Miqrasiya Xidməti Sankt-Peterburqdan və Leninqrad vilayətindən kütləvi şəkildə miqrant axınını qeydə alıb. Məlumata görə, Azərbaycan, Moldova, Tacikistan və Özbəkistandan olan miqrantlar Rusiyanı tərk edərək vətənlərinə qayıdırlar.

Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, il ərzində bölgədə əcnəbilərin sayı 12 min nəfər azalıb.

Rusiya ekspertləri, əmək bazarının oyunçuları bu köçü müharibə və rublun məzənnəsinin zəifləməsi ilə izah edirlər. Rəsmi statistikaya əsasən 2023-cü ilin ilk altı ayında ölkəyə ötən ilin eyni dövrü ilə müqayisədə 50 min az miqrant daxil olub.

Qaydar İnstitutunun araşdırmasına görə, ümumilikdə, Rusiyaya uzunmüddətli gəlişlər (ölkədə qeydiyyat - doqquz ay və ondan yuxarı) 282 min nəfər qeydə alınıb. 2022-ci ildə bu göstərici 333 min nəfər təşkil etmişdi. Tacikistan istisna olmaqla(bu ölkədən axın təxminən 4 min nəfər artıb), bütün MDB ölkələrindən Rusiyaya işləmək üçün daha az adam gəlir.

Ötən ilin birinci yarısında Rusiyada əcnəbilərə ilkin olaraq verilən müvəqqəti yaşamaq icazələrinin sayı da kəskin azalıb - bir il əvvəlki 93 minlə müqayisədə 43 minə düşüb. İlkin olaraq verilən yaşayış icazələrinin sayı 142 mindən 130 minə düşüb.

Ümumilikdə ilin birinci yarısında miqrasiyanın artımı (gələn və gedənlərin sayı arasındakı fərq) 79 min nəfər təşkil edib. Halbuki hətta koronavirus pandemiyası zamanı bu, 100 min səviyyəsində idi.

Ümumilikdə hazırda Rusiyada qonşu ölkələrdən olan 18 milyon əmək miqrantı rəsmi qeydiyyatdadır.

Rusiya əhalisinin sayı son illərdə azalır. Ali İqtisadiyyat Məktəbinin tədqiqatçılarının hesablamalarına görə, onu ən azı indiki səviyyədə saxlamaq üçün miqrasiya artımı ildə 390 min nəfər olmalıdır. Lakin 2023-cü ilin ilk doqquz ayında bunun minimal olduğu ortaya çıxıb və hakimiyyət getdikcə “yeni gələnlərin” hüquqlarını məhdudlaşdırmağı təklif edir.

Rusiya ekspertləri bildirirlər ki, miqrasiya olmadan əmək bazarındakı kəsiri doldurmaq mümkün deyil. Rusiyanın əhalisi sürətlə qocalır, əmək qabiliyyətli əhalinin xüsusi çəkisi tədricən azalır: 2012-ci ildə bu, 61 faiz, 2022-ci ildə isə artıq 57 faiz təşkil edib.

Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun eksperti Yuliya Florinskayanın sözlərinə görə, 2023-cü ildə Rusiyada eyni vaxtda işləyən əmək miqrantlarının sayı 3,5 milyon nəfəri ötməyib. Halbuki məsələn, 2020-ci ilə qədər bu, ən azı 4,5 milyon idi. Ekspert əcnəbi işçilərin sayındakı bu azalmanı iki səbəbini qeyd edir: birincisi, rublun devalvasiyası (miqrantların milli valyutalarda maaşları nəzərəçarpacaq dərəcədə azalıb) və ikincisi, hərbi əməliyyat zonasına göndərilmə riskləri.

2023-cü ilin sonuna qədər Rusiyada təxminən 4,8 milyon işçi çatışmazlığı yaranıb. Bu nəticə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun araşdırmasında əksini tapıb. Araşdırmaya görə, işçi qüvvəsinə ödənilməmiş tələb artıq iqtisadi artımı ləngidən amilə çevrilib.

Son aylarda Rusiyada işsizlik səviyyəsi tarixi rekordlar qırır. Oktyabr ayında işsiz rusların payı ilk dəfə olaraq 3 faizdən aşağı düşərək 2,9 faiz olub. 2022-ci ilin yanvarında, Ukraynada hərbi əməliyyatlar başlamazdan və sərt sanksiyaların tətbiqindən əvvəl işsizlik səviyyəsi 4,4 faiz idi. Mütəxəssislər işsizlik səviyyəsindəki azalmanı həyəcanverici bir siqnal hesab edirlər. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina kadr çatışmazlığının Rusiya iqtisadiyyatının əsas problemi olduğunu vurğulayıb. “Bu o deməkdir ki, iqtisadiyyatda praktiki olaraq boş əllər qalmayıb; kadrlarla bağlı vəziyyət həqiqətən çox kəskindir, xüsusən də böhrandan əvvəlki səviyyəni artıq keçmiş sənayelərdə”.

“Yakov and Partners” konsaltinq şirkətinin (keçmiş “McKinsey”nin Rusiya bölməsi) analitiklərinin fikrincə, Rusiya kəskin işçi qüvvəsi çatışmazlığı ilə üzləşib. Şirkətin hazırladığı Rusiya əmək bazarının icmalına əsasən, işçi çatışmazlığı artacaq və 2030-cu ilə qədər 2-4 milyon nəfərə çatacaq. Bundan əlavə, kadr çatışmazlığının 90 faizə qədəri əsas işləri yerinə yetirən yarımixtisaslı işçilərin payına düşəcək.

İşçi çatışmazlığı onlar üçün rəqabətə və nəticədə təklif olunan maaşların artmasına gətirib çıxarır ki, bu da icmal müəlliflərinin fikrincə, ÜDM-in, inflyasiyanın və istehlak qiymətləri indeksinin artımını üstələyir.

Şirkət analitiklərinin hesablamalarına görə, işçi qüvvəsi çatışmazlığını ödəmək üçün Rusiyada 1 işçinin əmək məhsuldarlığının ildə 2,4 faiz artırılması tələb olunur. Reallıqda son beş ildə bu göstəricinin faktiki artımı tələb olunanın yarısı qədər olub.

Rusiya hakimiyyəti işçi çatışmazlığını Uzaq Xaricdən - Hindistan, Pakistan, Afrika ölkələri və hətta Şimali Koreya kimi ölkələrdən işçi cəlb etməklə aradan qaldırmağa çalışır. Belə ki, Rusiya işə qəbul agentlikləri bu ölkələrdən işçilərə tələbatın artdığını qeyd edirlər. Özü də belə uzaq ölkələrdən gələn işçi qüvvəsi rus işəgötürənlərinə daha ucuz başa gəlməyəcək: Onların Rusiyaya çatdırılması, sənədləşmə və sair proseslər xərcləri ciddi şəkildə artırır. Lakin işəgögötürənlər işçi tapa bilmədiklərinə görə məcburdurlar uzaq xaricdən gələnləri işə qəbul etməyə. Uzaq Xaricdən gələn əmək miqrantlarına mədən müəssisələri, kimya, neft-kimya müəssisələri arasında tələbat var.

Bəzi şirkətlər Banqladeşdən qeyri-qanuni miqrantların “konteynerlərdə” gətirilməsi xidmətlərini təklif etməyə başladığı bildirilir. Dekabr ayında Keniyadan Rusiyaya əsasən tikinti sahələrində çalışacaq 10 min əmək miqrantının göndəriləcəyinə dair məlumat açıqlanmışdı.

2022-ci ilin payızında baş nazirin müavini Marat Xusnulin 50 minə qədər Şimali Koreya vətəndaşının tikinti sahələrində işləmək üçün cəlb olunduğunu açıqlamışdı. Bildirmişdi ki, bununla bağlı Şimali Koreya ilə siyasi danışıqlar aparılır.

Qeyd edək ki, Rusiya uzun illərdir Azərbaycanda iş tapmayan insanların üz tutduğu əsas ölkədir. 2023-cü ilin 9 ayında Azərbaycandan Rusiyaya 350 minədək adam gedib. Onun 100 min nəfəri işləmək üçün getdiyini qeyd edib. Lakin Rusiya miqrasiya orqanları onların geridönüşünün başlandığını qeydə almaqdadır. Bu isə Azərbaycanın əmək bazarı üçün yaxşı heç nə vəd etmir: ölkədə real işsizlik səviyyəsi yüksək olaraq qaldığı, iqtisadiyyatda böyümənin dayanmaq ərəfəsində olduğu bir zamanda yüz minlərlə əmək qabiliyyətli insanın bazara daxil olması çox mənfi nəticələrə səbəb ola bilər.

Əmək miqrantlarının köçü həm də ölkəyə Rusiyadan pul göndərişlərinin də azalmasına, bu isə əhalinin geniş kütlələrinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Mərkəzi Bankın məlumatına görə, ötən ilin 9 ayında Azərbaycana fiziki şəxslər tərəfindən xaricdən göndərilən pul baratlarının həcmi 1 milyard 280 milyon 754 min dollar təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 54 faiz azalma deməkdir. Belə ki, 2022-ci ilin 9 ayında ölkəyə bu xətlə 2 milyard 779 milyon 259 min dollar daxil olmuşdu. Bu azalma əsasən Rusiyadan göndərişlərin azalması hesabına baş verib: 2022-ci ilin eyni dövründə Rusiyadan köçürmələr 2 milyard 267 milyon 336 min dollar olmuşdusa, 2023-cü ildə bu göstərici 3 dəfəyə yaxın azalmaqla 829 milyon 410 min dollar təşkil edib.

“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahin Seyidzadəyə şok korrupsiya ittihamı - İçərişəhərə daxil olan avtomobillərdən yığılan pullardan tutmuş...

““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə bu dövlət qoruğunu şəxsi biznes obyektinə çevirib.
İçərişəhərdə yaşayan insanların problemləri, tələbləri onun üçün heç bir əhəmiyyət kəsb etmir.

İçərişəhərə daxil olan avtomobillərdən gün ərzində yığılan 8 min manat vəsait rəsmiləşdirilmir. Bundan başqa İçərişəhərdə baş tutan film çəkilişləri və digər tədbirlərdən alınan vəsaitlər də mənimsənilir”.

Bu sensasion iddia ilə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Ağsaqqallar Şurası sədrinin müavini Saləddin Allahverdiyev Gununsesi.info-ya müraciət edib.

Saytımıza müraciət edən Saləddin Allahverdiyev bildirib ki, Qoruqda baş verən neqativ halları Şahin Seyidzadəyə məktublar şəklində yazsa da heç bir tədbir görülməyib.

Redaksiyadan: Bu iddialarla bağlı Qoruğun mətbuat katibliyinə ünvanladığımız sorğu cavabsız qaldığından qarşı tərəfin mövqeyini işıqlandıra bilmədik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbs olunan Tağı İbrahimovun “Kempinski Hotel” macəraları – Kef məclisləri, odlu silah…

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı həbs edilən “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı və faktiki sahibi, ATV-nin eks-prezidenti Tağı İbrahimovla bağlı sensasion faktlar üzə çıxıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, partlayışdan öncə Tağı İbrahimov Badamdar Kompleksində yerləşən “Pullman Baku” (əvvəlki adı: “Kempinski Hotel Badamdar”) otelinin 15-ci mərtəbəsini şəxsi istirahət məqsədi üçün aylıq icarəyə götürüb.
Həbs olunan Tağı İbrahimovun “Kempinski Hotel” macəraları – Kef məclisləri, odlu silah…

İddialara görə, Tağı İbrahimov həmin məkanın icarəsi üçün aylıq on minlərlə vəsait ödəyirmiş. Həmçinin, sözügedən məkanda tez-tez kef məclisləri təşkil edirmiş.

Bundan başqa, Tağı İbrahimov son illər avtomobilində ovçular mağazasından aldığı ov silahları gəzdirirmiş.

Tağı İbrahimovun təşkil etdiyi bahalı məclislər təkcə bununla bitmir. Onun bu və ya digər xoşagəlməz əməlləri barədə yaxın günlərdə daha geniş araşdırma materialımız olacaq.
Həbs olunan Tağı İbrahimovun “Kempinski Hotel” macəraları – Kef məclisləri, odlu silah…

Qeyd edək ki, yanan mebel sexinin təsisçisi Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və “Avesta” şirkətinin sabiq prezidenti hacı İbrahim Nehrəmlinin qardaşıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI... - İLGİNC FAKT

Az əvvəl Naxçıvanın Kənd Təsərrüfatı naziri əvəzi Xəyalə Dadaşova ilə bağlı ilginc iddiaların yer aldığı materialı təqdim etmişdik.

Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur – ŞOK İDDİA

Dia-az.info bildirir ki, məsələ ilə əlaqədar yeni faktlar üzə çıxıb. Bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.

Jurnalist bildirir: "Ən maraqlısı nədir, bilirsinizmi? Naxçıvanın Kənd Təsərrüfatı nazir əvəzi Xəyalə Dadaşova təkcə nazirliyin hüquqşünası Gülşən Hacıyevanı işdən azad etməyib. Onu və nazirliyin aparat rəhbəri Zəkəriyyə Gözəlovu 5 nəfəri qanunsuz işə götürdüyünə görə vəzifələrindən uzaqlaşdırıb. Üstəlik, həmin 5 nəfəri də onların gözünə qatıb. Qısası bir əmrlə 7 nəfərin işinə xitam verib.
Daha sonra isə işdən çıxardığı 5 nəfəri yenidən işlərinə qaytarıb. Gülşən Hacıyeva və Zəkəriyyə Gözəlov isə indiyədək bütün instansiyalara baş vurmalarına baxmayaraq bu səadətə qovuşa bilmirlər.
Adama deyərlər, əgər o 5 nəfərin işlə təminatı qanunsuz idisə, onda özün niyə yenidən həmin səhvə yol veribsən? Yox əgər qanuni idisə, niyə onları işə götürənləri cəzalandırırdın?"
Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI... - İLGİNC FAKT
Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI... - İLGİNC FAKT
Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI... - İLGİNC FAKT
Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI... - İLGİNC FAKT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alimpaşa Məmmədovun əməlləri Şəmkirin Dəllər qəsəbəsində hələ də davam etdirilir

Yazıya Şəmkir rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş İcra başçısı Alimpaşa Məmmədovun 24 noyabr 2022-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilmiş prosesdə prokuror müttəhimin barəsində açıqladığı ittihamları bir daha xatırlatmaqla başlamaq istərdik.

İttihama görə, Alimpaşa Məmmədov 2014-2022 ci illərdə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qailibi olmuş bir çox şirkətlərdən rüşvət alıb. Şəmkir rayonunun abadlıq işlərinə, Şəmkir şəhər Mənzil istismar kontorunun balansında olmayan fərdi yaşayış evlərinin dam örtüyünün sərf edilməsinə yüz minlərlə manat dövlət vəsaiti rəsmiləşdirilib.

İttihama görə, Alimpaşa Məmmədov eləcə də Şəmkir rayon Mədəniyyət və Turizm, Gəncələr və İdman İdarəsi, Şəmkir rayon Mərkəzi Xəstəxaması, Şəmkir rayon Təhsil Şöbəsi, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı, Təzəkənd, Düyərli, Çənlibel, Əliyaqublu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, İcra hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan Şəmkir şəhərində yerləşən çoxmənzili binaların təmiri, şəhər, qəsəbə, kənd əraziləri üzrə nümayəndəliklərdə görlən işərə görə Alimpaşa Məmmədov icra başçısı olduğu dövrdə ümumilikdə 6.804.613,62 manat ələ keçirdiyi məlum olub.

Bu qəsəbələrin arasında Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin də adı keçir. Alimpaşa Məmmədov 2016-cı ildə Dəllər qəsəbəsi, Nərimanov küçəsi 4 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 17.521 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 3 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 18.271 manat rüşvət alıb. Dəllər qəsəbəsi, Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə tenderdə qalib gəlməsi üçün 10 117 manat, həmin qəsəbənin Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə gorə, 17.436 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 5 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 15.831 manat, “Qərb TT” MMC tərəfindən Dəllər qəsəbəsi Nərimanov küçəsi 2 saylı binada yerinə yetirilmiş təmir-tıkıntı işlərinə görə həmin MMC-nın faktiki sahibi Turan Saidovdan 20.681 manat rüşvət alıb. 2017-cı ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş ”SAF SERVİS” MMC tərəfindən Dəllər qəsəbəsi, M. Hüseynzadə küçəsi 9, Dəllər qəsəbəsi M. Rahim küçəsi 11a Dəllər qəsəbəsi, M Rahim küçəsi 13a və Dəllər qəsəbəsi. M. Rahim küçəsi 15 saylı binalarda əsaslı və carı təmir işlərinin görülməsinə görə MMC-nin sahibindən rüşvət alıb.

Aktualinfo.org Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən son illər keçirilmiş satınalmalar ətrafında yeni araşdırmalar aparıb.Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dəllər qəsəbə nümayəndəliyi 2023-cü ildə iki satınalma keçirib.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 21.548,81 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanmışdır.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 53.249,73 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2023-cü il tarixdə açıqlanmışdır.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Qeyd edək ki, cəmi iki il əvvəl yaradılmasına baxmayaraq “PROQRESS İNŞAAT EN” MMC 2023-cü ilin ancaq oktyabr – noyabr aylarında müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı lotlar üzrə keçirilmiş 36 satınalma prosedurunun qalibi seçilib. Respublikanın ayrı ayrı yerlərində tenderlər udan bu MMC-nin eyni vaxtda bu kimi işləri hansı işçi qüvvəsi ilə həyata keçirməsi elə özü şübhə doğurur.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2022-ci ildə də Sarıtəpə kəndində mövcud fərdi yaşayış evlərinin damlarının cari təmiri üzrə daha bir kotirovka sorğusu keçirib. Bu prosedurda isə “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 32.857,8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 23.12.2022-cü il tarixdə açıqlanmışdır.

Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2021-ci ildə də bir satınalma keçirib. Mənzil fondunun əsaslı təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “”BAKU BUİLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 48.497,28 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.08.2021-ci il tarixdə açıqlanmışdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 23.12.2022-ci il tarixdən 26.12.2023-cü il tarixə qədər, yəni bir il ərzində Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınmasına ümumi olaraq 107 655 manat dövlət vəsaiti xərcləyib. Bu da görülən işlərin ehtimal olunan qiymətinin düzgün müəyyən edilmədiyinə, qiymətlərin süni şəkildə şişirdilməsinə və bir sıra qanun pozuntularına yol açmasına əsaslı şübhələr yaradır.

Rəsmi mənbələrdən, “Xalq qəzeti”ndə verilmiş elanlardan məlum oldu ki, Dəllər qəsəbə nümayəndəliyi 2017-ci ildən bəri hər il Sarıtəpə kəndində dam ötüklərinin dəyişdirilməsinə vəsait ayırır. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda 2020-ci ildə bir tenderin ləğv edildiyi göstərilir. Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə kəndə binaların dam örtüyünün yenilənməsinə ötən ildən başlanılıb və 10-15 fərdi yaşayış evinin damı yenilənib. Buradan belə çıxır ki, Alimpaşa Məmmədovun başçılığı dövründə Sarıtəpə kəndində dam örtüklərinin dəyişdirilməsinə ayrılan pullar formal olub, vəsaitin böyük hissəsi mənimsənilib.

Qeyd edək ki, hazırda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdi. O, Prezident İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə təyin olunub. Görsənən odur ki, Rəşad Tağıyev də sələfi Alimpaşa Məmmədov kimi dövlət vəsaitlərini qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində təmir işləri adı altında təyinatından kənarlaşdırır.

Aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO