[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hansı bankların biznes kredit faizləri çox YÜKSƏKDİR? - ARAŞDIRMA

Son vaxtlar Azərbaycan bankları tərəfindən mirko sahibkarlara təqdim olunan kreditlərlə bağlı ciddi narazılıqlar var. Xüsusilə də kiçik biznes sahəsi qurmaq istəyən və ya məşğul olmaq istəyən şəxslər məbləğinin, ödəmə müddətinin az, faiz dərəcələrinin isə çox yüksək olduğunu bildirir və narazılıqlarını açıq şəkildə ifadə edirlər.

Bəs, real vəziyyət necədir? Kredit faizlə nə qədər yüksəkdir?

Bizim.Media bu suallara cavab tapmaq üçün 11 aparıcı bank arasında kiçik araşdırma aparıb.

Nəticələri sizə təqdim edirik:

Kapital Bank

Kiçik sahibkarlar üçün təklif etdiyi mikro-kreditin məbləği 1 000 - 100 000 manat arasında dəyişir. İllik dərəcəsi 16 faizdən başlayır və ödəmə müddəti 36 aya qədərdir. Bunun üçün müraciət edən şəxslər üçün yaş həddi 20-dən yuxarı olmalıdır, üstəlik girovsuz və zaminsiz kredit alma imkanı əldə edə bilir.

Unibank

Öz müştərilərinə 50 manatdan 50 000 manata qədər mikro-kredit təklif edir. İllik dərəcəsi 5 faizdən başlayır, ödəmə müddəti isə 9 aydan 48 aya qədərdir. Kredit prosedurlarına görə 1 və ya 2 faizlik komissiya haqqı tutulur.

İstehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü ilə məşğul olan istənilən sahibkarlar bu vəsaiti əldə etmək imkanına malik olur.

“Bank of Baku”

Öz müştərilərinə 500 manatdan 50 000 manata qədər mikro-kredit təklif edir. Ödəmə müddəti minimum 3 ay, maksimum isə 36 aydır. İllik dərəcəsi isə məbləğinə görə 14-25 faiz arasında dəyişir. Rəsmiləşdirmə komissiyası - 0.5%-dən başlayır.

20-70 yaş arası bütün fiziki və hüquqi şəxslər kredit əldə etmək banka müraciət edə bilərlər. Bank isə onlardan adşınmaz əmlak, qızıl zinət əşyaları və ya üçüncü şəxsin zaminliyini təminat kimi tələb edə bilər.

Access Bank

Müştərilərinə 5 mikro-biznes krediti növü təklif edir.

“Sürətli mikro-biznes” krediti üçün müraciət edən mikro və ya orta sahibkarlıq subyektinə 10 000 manata qədər kredit götürmək imkanı tanınır. Müddəti 36 aya qədərdir, illik dərəcəsi isə 24 faizdən başlayır. Biznes fəaliyyəti olan şəxslər müraciət edə bilərlər.

“Maksimum dəstək” mikro-biznes kreditinin ümumi məbləği 100 000 manat təşkil edir. İllik dərəcəsi 16 faizdən başlayır, ödəmə müddəti isə 48 aya qədərdir. Bununla belə 9 aya qədər güzəşt müddəti təyin olunur. Girova malik biznes fəaliyyəti olan bütün şəxslər müraciət edə bilərlər.

“Girovsuz mikro-biznes” krediti üçün banka müraciət edən şəxslərə 50 000 manata qədər vəsait təklif olunur. İllki dərəcəsi 17 faizdən başlayır və ödəmə müddəti 48 aya qədərdir. Sahibkarlara 9 aya qədər güzəşt müddəti təyin olunur.

“Mövsümi mikro-biznes” kreditinin məbləği 15 000 manata, ödəmə müddəti isə 48 aya qədərdir. İllik dərəcəsi 12 faizdən başlayır və 9 aya qədər güzəşt müddəti təyin olunur.

Sonuncusu isə “My card” mikro-kreditidir.

Belə ki, bankın sahibkarlar üçün təklif etdiyi eyni adlı kredit kartında 15 000 manata qədər vəsait ola bilər. Kartın istifadə müddəti 60 ay, kredit limiti isə 24 aydır. 50 günə qədər güzəşt müddəti təyin edilir. İllik dərəcəsi 22-24 faiz arasında dəyişir.

VTB Bank

Mikro-biznes üçün müəyyən etdiyi ən yüksək məbləğ 15 000 manata, kreditin geri qaytarılma isə müddəti 26 aya qədərdir. İllik dərəcəsi isə 18 faizdən başlayır. Əvəzində isə heç bir girov və ya təminat tələb edilmir.

BTB Bank

Azərbaycanın bütün inzibati rayon ərazilərində yaşayan və mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə 500 manatdan 50 000 manata qədər həm milli, həm də xarici valyuta ilə kredit təklif edir.

Yalnız müştəridən cari iş yeri üzrə minimum 12 aylıq iş stajı tələb olunur. Ödəniş müddəti 1-48 ay arasında dəyişir. Rəsmiləşdirmə zamanı 1-18 ay müddətli kreditlər üzrə 1 faizlik, 19-48 ay müddətli kreditlər üzrə isə 1,5% nağdlaşma komissiyası tutulur.

Girov təminatı üçünsə bunlar tələb olunur:

Rəsmi gəliri olan zamin (müştəri), depozit, qızıl, daşınmaz əmlak, nəqliyyat, rəsmi gəliri olmayan zamin, ev əşyaları, dövriyyə malları, əsas vəsaitlər.

Bank Respublika

Mikro sahibkarlar üçün 500 manatdan 50 000 manata qədər, xarici valyutada isə 10 000 ABŞ dollarına qədər kredit təklif edir. Ödəmə müddəti 36 aya qədər, illik dərəcəsi isə 10 faizdən başlayır. Rəsmilləşdirmə zamanı 0-1.5 faiz komissiya haqqı tutulur. Güzəşt müddəti 12 aya qədərdir, hətta şirkətin strukturundan və kreditin növündən asılı olaraq fərqli müddət təklif edilə bilər.

Təminatı üçünsə zamin, qızıl, daşınmaz əmlak (yaşayış və qeyri yaşayış sahələri), depozit, nəqliyyat vastələri, ev əşyaları, dövriyyə malları və əsas vəsaitlər tələb olunur.

Yelo Bank

Öz müştərilərinə 500 manatdan 100 000 manata qədər mikro-biznes krediti təklif edir. Ödəmə müddəti 6-48 ay, komissiya dərəcəsi isə 0-2 faiz arasında dəyişir. Ancaq illik dərəcəsi 16 faizdən başlayır.

Bank ilk müştərilərinə 12 ayadək güzəşt müddəti təyin edir. Təminat kimi də zamin, nəqliyyat vasitəsi, daşınmaz əmlak tələb olunur.

Azərbaycan Beynəlxalq Bankı

Mikro sahibkalıq fəaliyyəti üçün təklif etdiyi kreditin ümumi məbləği 20 000 manata qədərdir. İllik dərəcəsi 19 faizdən başlayır. Ödəmə müddəti 36 aya, güzəşt müddəti isə 12 aya qədərdir. Rəsmiləşdirilməyə görə 1 faiz həxmində xidmət haqqı tutulur və heç bir girov tələb olunmur.

Naxçıvan Bank

Öz müştərilərinə 100 000 manata qədər mikro-kredit təklif edir. Ödəmə müddəti 6 aydan 36 aya, illik dərəcəsi isə 14 faizdən 16 faizə qədərdir.

Bank Avrasiya

Sahibkarlara təqdim etdiyi kreditin maksimum məbləği 30 000 manatdır. İllik faiz dərəcəsi 15 faizdən başlayır və geri qaytarma müddəti 36 aydır. Rəsmiləşdirmə zamanı 5 faizlik komissiya haqqı tutulur.

Rövşən Ziya, Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Şöbə rəisi dedi ki, yeyinti çoxdur, 175 min manat alıb getdi" - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə N saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Faiq Zeynalov ifadə verib.

Şahid deyib ki, hazırda hərbi hissələrin birində maliyyə xidmətinin rəisi vəzifəsində çalışır:
“2018-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda 3 hərbi hissədə maliyyə xidmətinin rəisi olmuşam. İşlədiyim hər üç hərbi hissədə də maliyyə yoxlamaları aparılıb. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən hərbi hissənin şəxsi heyətinə sərf olunması üçün olan vəsaitdən əlavə vəsaitlər istəmişəm. Bu vəsait hesabıma köçürülüb. Amma baş idarədə bundan xəbərləri olmayıb. Daha sonra təftiş zamanı bu pullar ortaya çıxıb. Həmin puldan 60 faizini təftişə gələnlərə qaytarmışam”.

Faiq Zeynalov bildirib ki, onun tərəfindən ümumilikdə 3 hərbi hissədə maliyyə yoxlaması zamanı 629 min manat ziyan müəyyən olunub, lakin həmin məbləğlə razı olmayıb. Onun sözlərinə görə, sənədlər məhv edildiyi üçün bu məbləğin azaldılması mümkün olmayıb: “Özüm ilk hərbi hissədən sənədlərin bir hissəni taparaq maliyyəçilərə təqdim etdim. Onlar da araşdırandan sonra məbləğin həmin hissəyə aid olan şişirdilmiş vəsaitləri sildilər”.

Daha sonra şahid Faiq Zeynalov ifadəsinin davamında göstərib ki, ikinci xidmət etdiyi hərbi hissədə ziyan 429 min manat yazılıb: “Bu məbləğlə bağlı sənədləri taparaq yoxlamanı aparanlara verdim. 60 min manatını sübut edə bildim ki, hərbi hissənin xərcləri olub. Araşdırılandan sonra 60 min manat qeyd olunan vəsaitdən çıxarıldı. Yerdə qalan pulu isə mənimsəməyimlə bağlı yazıldı. Həmin vaxtı mənin işimə təftişə Bayram Bayramov gəlmişdi. Bayram müəllim 2020-ci ilin dekabrında yoxlamada oldu. Həmin vaxt Vətən müharibəsindən yeni çıxmışdıq. Bayram müəllim fəaliyyətimi dərindən yoxlamadı. Ümumilikdə 200 min manat ziyan müəyyən edildi. Onda Bayram müəllimlə yoxlamaya gələnlərə 80 min manat verdik. Bayram müəllim isə özünə çatan pulu götürmədi”.
Faiq Zeynalovun sözlərinə görə, 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov, Hüseyn Paşayev və İsrafil Rəsulzadə hərbi hissəyə təftişə gəliblər: “Onlar apardıqları təftişdə yeyintini çox çıxarmışdılar. Rafael Xələfov məni Nizami müəllimlə hədələdi. Mənə dedi ki, külli miqdarda yeyintiyə yol vermisən, yeyinti çoxdur, terrorçususan. Həmin təftişlərin sonunda külli miqdarda yeyintinin olmasını müəyyən etdilər. Mən 194 min manatlıq vəsaitin xərclənməsi barədə sənəd təqdim etsəm də, bunu nəzərə almadılar. Rafael Xələfov məndən 170 min manat istədi. Sonradan restoranda Rafael Xələfov, Bayram Bayramovla birlikdə görüşdük. Orada içində 100 min mant olan çantanı Bayram müəllimin yanında stolun üstünə qoydum. Daha sonra Bayram müəllim vasitəsi ilə 60 min manat vermişəm”.

Şahid deyib ki, sonuncu hərbi hissədə aparılan yoxlama zamanı 6 min 300 manat ziyan müəyyən edilib. Onun sözlərinə görə, ümumilikdə ittihamda göstərilən vəsaitin 130-135 min manatı onun tərəfindən mənimsənilib. O bildirib ki, dövlətə tərəfindən vurulmuş ziyanın ödənilməsinə çalışır və yaxın müddətdə bir hissəsini ödəyəcək.

Daha sonra prosesdə iki şahid ifadə verib.

Məhkəmənin bu hissəsi qapalı keçirilib.

Proses fevralın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Yeni Klinika"da AÇIQ BAZAR... - İLGİNC

Barat Yusubov "Yeni Klinika"ya rəhbər gələndən bəri müəssisədən "EGE Hospital"a yönləndirmələr çoxalıb.

Bununla bağlı AFN.az-a danışan mənbə iddia edir ki, demək olar, hər gün dövlət xəstəxanasından adıçəkilən özəl xəstəxanaya "müştəri" göndərilir: "EGE Hospital"a hazırda Barat Yusubovun xanımı Gültəkin Yusubova rəhbərlik edir. Barat Yusubov "Yeni Klinika"ya rəhbər təyin ediləndən bəri xəstələrin bir çox prosedurlar üçün - sığortalı-sığortasız "EGE Hospital"a yönləndirməsi halları çoxalıb. Belə çıxır ki, Barat Yusubov dövlət müəssisəsi olan "Yeni Klinika"dan öz şəxsi biznesini "çiçəkləndirmək" üçün istifadə edir".

Qeyd edilənlərlə bağlı "Yeni Klinika"nın mətbuat xidmətindən AFN.az-a bildirildi ki, müəssisədə icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində tibbi xidmətlər təklif olunur: "Azərbaycan Respublikasının hər bir vətəndaşı tək şəxsiyyət vəsiqəsi ilə (qeydiyyat yeri nəzərə alınmadan) və ya göndərişlə tibb müəssisəsinə yaxınlaşaraq növbə götürməklə tibbi xidmətlərdən yararlana bilər.
Müraciət edən pasiyentə Xidmətlər Zərfi daxilində ehtiyac olan tibbi xidmət "Yeni Klinika"da mövcud deyilsə (bu çox məhdud sayda xidmətlərlə bağlıdır) müvafiq qaydaya uyğun olaraq həmin xidmətin təqdim olunduğu digər dövlət xəstəxanalarına göndəriş verilir. Göndərişin verildiyi tibb müəssisəsi imtina verdiyi təqdirdə isə ölkədə fəaliyyət göstərən özəl klinikalara göndərişlərin verilməsi təmin olunur.
Qeyd edək ki, özəl tibb müəssisələrində də Xidmətlər Zərfi daxilində göstərilən xidmətlər vətəndaş üçün tam ödənişsiz həyata keçirilir.

AFN.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Expressbank” bağlanır? – “Bankdan ipoteka krediti götürə bilmədim”

Güzəştli ipoteka kateqoriyasına uyğun gələn Bakı sakini (adının açıqlanmasını istəmir-red.) AFN.az-a bildirib ki, iki il güzəştli ipotekadan yararlanmaq üçün müraciət etsə də, alınmayıb: “Deyirlər limit dolub. Ötən il bir az araşdırma apardım, mənə dedilər ki, bir-bir banklara müraciət et, olmasa şəxsi əlaqələr vasitəsilə bank rəhbərlərinə “xod” elə. Bunları bacarmadığım üçün axırda məcbur qalıb kommersiya ipotekasına müraciət etmək istədim. Şərtlərinə baxdıqda, ilk gözümə normal dəyən “Expressbank” oldu. Müraciət etdim, çox bəhanələr gətirdilər, vermədilər. Danışıqlar apara-apara dostlaşdığım bank işçisi mənə dedi ki, bankın vəziyyəti yaxşı deyil, ona görə ipoteka kreditləşməsinə çox bənd olmuruq”.
“Expressbank” 21 iyun 1989-cu il tarixində təsis olunub. Uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərdikdən sonra adını dəyişib. Bankın səhmlərinin 48.7833%-i “Azenco Group”a, 30.8541%-i “Enerqoservis” MMC-yə, 19.9832%-i Hafiz Seyidova, 0.3794%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
Əslində, bankın hesabatlarına nəzər saldıqda hazırkı durumda bağlanmasına bir əsas görünmür. Lakin nəzərə alsaq ki, Azərbaycanda əvvəlcə “dovşanı kəsir, sonra qulağını sayırlar”, xəbərin reallığa uyğun olduğunu düşünmək olar. Onu da qeyd edək ki, “Expressbank” “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınıb.
Mütəxəssislər bildirirlər ki, bir bankın bağlanmasında müxtəlif amillər rol oynaya bilər. Məsələn, kredit portfeli pisləşə bilər və s. Lakin məsələ burasındadır ki, hətta bu məqam da adətən hesabatlarda əksini tapmır, yalnız bank bağlanandan sonra bu məsələlər üzə çıxır. Yaxud da səhmdarlar kapitalı artırmamaq barədə qərar verirlər və özləri mesaj verirlər ki, bankı bağlamaq istəyirik. Əsas məsələlərdən biri isə ondan ibarətdir ki, bir bank bağlandığı günə qədər fəaliyyət göstərir. Əslində “biz bağlanacağıq” deyə ipoteka kreditinin verilməməsi səbəbdən çox bəhanəyə bənzəyir. Çünki heç bir bank, hətta öz içərisində bağlanma haqda müzakirələr gedən bir bank, elə bir açıqlama verməz. Bağlanmayana qədər hər hansı müştəriyə bank bağlanır demək tamamilə peşəkarlıqdan uzaqdır.
Belə olan halda, ortaya sual çıxır: “Expressbank” ipoteka krediti verməkdən doğrudanmı yayınır? Əgər belədirsə, hansı səbəbdən? Ümumiyyətlə, bank 2022-2023-cü illər ərzində nə qədər ipoteka krediti verib? Bütün bu suallar və yuxarıda səslənən iddia ilə bağlı açıqlama almaq üçün bankın aidiyyatı şəxsini axtarsaq da, tapammadıq. Qaynar xəttə etdiyimiz zəngə cavab verən operator isə sualları ancaq e-mail vasitəsilə göndərib cavab alacağımızı bildirdi. Bankın saytında müvafiq e-mail ünvanı tapmadıq. Feyzbuk üzərindən bankdan e-mail ünvanı alıb sorğunu ünvanladıq. Cavabları təqdim edəcəyik.

AFN.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocavənd sakinlərinin 32 ilə dolan SƏBR KASASI... DAŞIR...


"DogruXeber.az" xəbər verir ki, ötən gün "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında Xocavənd sakinləri Məğrur İmanov, Eldəniz Məmmədov və Rəşad Hüseynov canlı yayıma bağlanaraq, İcra başçısı Eyvaz Hüseynov və Mərkəzi rayon Xəstəxanasının direktoru Canəli Nəbiyev barəsində narazılıqlarını ifadə ediblər.

Xatırladaq ki, 32 ildir Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov barəsindəki narazı sakinlər artıq, 3 ildən çoxdur ki, tez-tez "DogruXeber.az" informasiya agentliyinə üz tuturlar və hər müraciətlərində icra başçısının əməlləri barəsində yeni faktlar açıqlayırlar. Hansı ki, dəfələrlə bu barədə portalımızda, eləcə də "Kanal14" YouTube kanalında məlumatlar yayımlanıb.

Bu dəfə də agentliyimizə üz tutan Xocavənd sakinləri Mərkəzi rayon Xəstəxanası barəsində şokedici açıqlamalar verdilər və söylədikləri bütün faktlara dair əllərində maddi dəlillərin olduğunu vurğulayaraq, məhz aidiyyatı qurumlar dərin araşdırma aparmalarına tapşırıq verməsi üçün canlı yayım vasitəsilə ölkə başçısına müraciət etdilər

Söhbətin hansı faktlardan getdiyini aşağıdakı videoda ətraflı izləyə bilərsiniz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüfət Haciyevin satışa çıxarılan DƏBDƏBƏLİ MƏNZİLLƏRİ – FOTO


Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevə məxsuz mənzillər satışa çıxarılıb.

Quba şəhəri Surxay Mehdiyev adına keçədə və şəhərin qərb hissəsində yerləşən ərazidə inşa edilən 2 mərtəbəli dəbdəbəli mənzillər Rüfət Haciyevin ailəsi tərəfindən satışa çıxarılıb.

Həmin mənzilin fotolarını təqdim edirik.
Rüfət Haciyevin satışa çıxarılan DƏBDƏBƏLİ MƏNZİLLƏRİ – FOTO
7Times.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident "Dövlət ehtiyatları haqqında" Qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Qanun layihəsi 4 fəsil və 14 maddədən ibarətdir.

Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Dövlət ehtiyatları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Bu qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil ediləcək.

Ələt azad iqtisadi zonasında dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir ildə 54 müqavilə imzalayan "Topxana Layihə İnşaat" MMC cərimələnə bilər -SƏBƏB

Dövlət satınalmalarında fəal iştirak edən və mediada "tender kralı" kimi təqdim edilən "Topxana Layihə İnşaat" MMC məhkəməyə verilib.
Şirkət informasiyadan istifadə edilməsi, onun yayılmasi və mühafizəsi qaydaları əleyhinə olan inzibati xəta törətməkdə ittiham edilir. "Topxana Layihə İnşaat" MMC konkret olaraq İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə mühakimə olunacaq.
Bu inzibati xətaya görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Topxana Layihə İnşaat" MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.
"Topxana Layihə İnşaat” MMC 2021-ci ilədək RRT LTD Firması adı altında fəaliyyət göstərib. Maraqlıdır ki, bu şirkətin qeydiyyata alınma tarixi ilə "Topxana Layihə İnşaat" MMC-nin qeydiyyata alınma tarixi arasında ziddiyyət var. Reyestr məlumatlarında görünür ki, RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb. 2021-ci ildə isə adı dəyişdirilərək "Topxana Layihə İnşaat” MMC qoyulub. Bu halda ortaya ziddiyyət çıxır. Əgər "Topxana Layihə İnşaat” MMC RRT LTD Firmasının varisidirsə və sözügedən firma 2007-ci ildə qeydiyyata alınıbsa, o zaman necə olur ki, "Topxana Layihə İnşaat" MMC-nin 1996-cı ildə qeydiyyata alınır?
Sonda qeyd edək ki, "Topxana Layihə İnşaat" MMC təkcə ötən 54 tenderin qalibi seçilib.(Qaynarinfo)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elm və Təhsil Nazirliyinin Eşqi Bağırov “fenomeni” – bu gəncin sürətli irəliləyişinin arxasında hansı qüvvə dayanır?

Elm və Təhsil Nazirliyində Eşqi Bağırov “möcüzəsi” haqda çox yazılıb. Uzun illərdir haqqında, demək olar ki, hər gün şikayətlər edilən, sıravi müəllimlərin belə əlindən dad-aman etdiyi bu gənc adam hər kimdirsə, təhsil sektoru üçün vacib personaya çevrilməsi, istər-istəməz maraq doğurur.
Ötən ilin oktyabrında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunan E.Bağırovun o qədər də çox yaşı yoxdur. O, əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.
2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.
Eşqi Bağırov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə ikinci magistratura təhsilini alır.
Düzdür, E. Bağırov da ETN-in digər vəzifəliləri kimi pedoqoji təhsilli deyil, lakin təhsil karyerasına baxanda kifayət qədər uğurlu bir gənc təsiri bağışlayan qəhrəmanımızın vəzifə karyerasında təəssüf ki, müsbət çalarlar tapmaq müşkülə çevrilib. Diqqətli oxucu xatırlayar, bir müddət əvvəl E.Bağırovun adı məhkəmə işində hallanmışdı. Belə ki, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu, Rəfael adlı şəxsin 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alması ilə bağlı keçirilən məhkəmə prosesində E.Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, həmin şəxs pulun E.Bağırova çatacağını deyib. Bundan əvvəlsə “qəhrəmanımızın” adı müəllim qruplarına kart göndərtdirərək pul yığmaqda hallanmışdı. Müəllimlərə həmin vəsaitlərin guya “şəhidlər fonduna” yığıldığı bildirilib. Vəsait üçün müəllim qruplarında paylaşılan kart isə şəxsən E.Bağırovun özünə aid olub. Bir məmurun qeyri-rəsmi formada, şəxsi kart vasitəsilə yardım adı altında pul yığdırması kifayət qədər ciddi hadisə olsa da, E.Bağırov “möcüzəsi” burdan da problemsiz adlaya bildi. Hətta bu və bu kimi digər məsələlər ictimailəşdikdən sonra E.Bağırovun vəzifədə bir pillə də irəli çəkilməsi təbii ki, maraq doğurur. Kimdir Eşqi Bağırov? Arxasında kim, yaxud hansı qüvvə dayanır?
Mövzu ilə bağlı saytımıza danışan mənbə E.Bağırov haqda ciddi iddialar səsləndirib. Bildirilir ki, Bağırovu Azərbaycanda dəstəkləyən, karyerada sürətlə irəliləməsinə dəstək olan qüvvə FETO-dur. “Əslində hər qurumda bir, yaxud bir neçə eşqi bağırov var: karyerada sürətlə irəliləyən, bir neçə ali təhsilə malik, qurum içərisində gizli rəhbərlik edən şəxs(lər) bütün qurumlarda mövcuddur. Bunların əksəriyyətini himayə edən gizlin qüvvələr də var. Eşqi Bağırovda bu qüvvə FETO-dur” – deyə mənbəmiz iddia edir.
Qeyd edilənlərlə bağlı E.Bağırovun mövqeyini verməyə hazırıq.
Elm və Təhsil Nazirliyinin Eşqi Bağırov “fenomeni” – bu gəncin sürətli irəliləyişinin arxasında hansı qüvvə dayanır?
Elm və Təhsil Nazirliyinin Eşqi Bağırov “fenomeni” – bu gəncin sürətli irəliləyişinin arxasında hansı qüvvə dayanır?
AFN.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məcburi köçkünlər Mətin Eynullayevin işçilərindən Prezidentə şikayət edəcəklər - ŞOK FAKTLAR

Son vaxtlar ayrı-ayrı dövlət qurumlarında vəzifə sahibi olan şəxslərin, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətində (ƏMDX) çalışan bəzi məmurların özbaşınalıqları, qol qoyduqları qanunsuzluq əməlləri, yaratdıqları kütləvi narazılıqlar və s. müəyyən çevrələrdə daha çox müzakirə olunmaqdadır. Baxmayaraq ki, indiyə kimi bu dövlət qurumunda da lazımi islahatlar həyata keçirilmiş, əhaliyə nümunəvi xidmət göstərilməsi əsas prioritet vəzifə olaraq, məhz ƏMDX-də çalışan vəzifə sahiblərinin diqqətinə dönə-dönə çatdırılmışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirdiyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevin rəhbərlik etdiyi bu dövlət qurumunda elə vəzifə sahibləri var ki, onlar “ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutub, bu gün də “müştəbeh addımlar”ını atmaqda davam edirlər. Məsələn, gundemxeber.az xəbər portalının elektron poçtuna göndərilən mətnin mahiyyətinə diqqət yetirdikdə bəlli olur ki, ƏMDX-nin rəis müavini Elçin Yusubov və sözügedən bu dövlət qurumunda şöbə müdiri vəzifəsində çalışan Taleh Bəşirov, Abşeron rayonunun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsində əməlli-başlıca “at oynadırlar”. Yəni, hər iki vəzifə sahibi “Metallurq” qaçqın düşərgəsini zəbt etdiklərindən, onların belə bir addımı uzun illərdən bəri bu ünvanda məskunlaşan məcburi köçkünlər arasında ciddi narazılıq yaratmışdır. Yaşanan olayla bağlı redaksiyamıza lazımi qeyd və məlumatları çatdıran mənbə vurğulayır ki, artıq məsələ ilə bağlı məcburi köçkünlər ƏMDX-nin hər iki əməkdaşının əməlləri ilə bağlı Prezident İlham Əliyevə şikayət etməyə hazırlaşırlar və bununla bağlı onlar imztoplama kampaniyasına da başlayıblar. İmzatoplama kampaniyasının bu həftənin sonuna kimi başa çatdırılacağı nəzərdə tutulub. Bir sözlə, bazar ertəsinə kimi Elçin Yusubovun və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlərin dövlət başçısına müraciət edəcəkləri nəzərdə tutulur. Bəli, məcburi köçkünlər ümid edirlər ki, “dərə xəlvət tülkü bəydir” prinsipini uca tutan hər iki məmurun bu cür özbaşınalığı haqda Prezident İlham Əliyev məlumatlı olarsa, o halda hər iki vəzifə sahibi lazımi səviyyədə cəzalandırılacaqlar. Bu da uzun illərdən bəri məcburi köçkün həyatı yaşayanların ikinci dəfə qaçqın həyatı yaşamalarının qarşısını alacaq.
Gundemxeber.az-ın elektron poçtuna göndərilən lazımi qeyd və məlumatlarda o da vurğulanır ki, bir müdət bundan öncə Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivində yerləşən “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi də, ƏMDX-də vəzifə sahibi olan Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılır. Qeyd olunan ərazini alan həmin iş adamı, hər iki şəxsin verdikləri dəstək hesabına məcburi köçkünlərin bəzi yaşayış evlərini və yardımçı təsərrüfatlarını dağıdır, hətta avtomobil və piyada yollarını da bağlayır. Məcburi köçkünlər iş adamı ilə əlbir olan ƏMDX-i əməkdaşlarının qol qoyduqları bu cür əməllərə qəti şəkildə qarşı etiraz etsələr də, nədənsə onların etirazlarına hələ də əhəmiyyət verən olmayıb. Bu da onu ehtimal etməyə əsas verir ki, Elçin Yusubov və Taleh Bəşirov məcburi köçlünlərin yaşadıqları digər evlərə də “əl qoya” bilərlər.
Qeyd edək ki, bu cür oyunlarda xüsusi rola malik olan vəzifə sahiblərindən biri Taleh Bəşirovdur ki, bu şəxsin adı zaman-zaman ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlir. Yayılan məlumatlara görə, Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün, ona bu cür bahalı avtomobil hədiyyə olunur. Başqa bir məlumatlara görə, bu şəxsin Türkiyədə geniş biznes şəbəkəsinə malik olduğu da iddia olunur.
Ümidvarıq ki, bu məqalənin yayımlanmasından sonra ƏMDX-nin rəisi cənab Mətin Eynullayev, tabeliyində çalışan hər iki vəzifə sahibinin əməllərinin araşdırılmasını şəxsi nəzarətinə götürəcək və məcburi köçkünlərin baş qaldıran narazılığının aradan qaldırılması yöndə əməli addımlarını da atacaq. Unutmaq olmaz ki, hal-hazırda ölkəmiz olduqca həssas vaxtlarından birini yaşayır və qarşıdan prezident seçkilərinin keçiriləcəyi gün gəlir. Ona görə də, hər bir problemə olduqca diqqət yetirmək, problemləri aradan qaldırmaq, vətəndaş məmunluğu yaratmaq və s. hər bir vəzifə sahibindən əməli addımlarını atmağı tələb edir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.(GundemXeber)

Mövzuya qayıdacağıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO