[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyi kinematoqrafçıların qanuni vəsaitini niyə vermir? - "2 ildir "araşdırırıq" deyirlər"


Mədəniyyət Nazirliyi kinomatoqrafçıları özündən narazı salıb. Buna səbəb, Azərbaycan Dövlət Film Fondunda keçirilən pitçinqdən sonra qalib gələn yeddi layihənin reallaşdırılmamasıdır. Layihənin reallaşdırıla bilməməsinin səbəbi qalib gələnlər üçün nəzərdə tutulan maliyyə dəstəyinin adıçəkilən qurum tərəfindən verilməməsi, laqeyd yanaşılmasıdır. Məsələ ilə əlaqədar kinematoqrafçılar Mədəniyyət Nazirliyinə rəsmi məktub ünvanlasa da, onlara hər hansı bir cavab verilməyib.
Məlumat üçün qeyd edək ki, 2021-ci il, 30 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin veb səhifəsində elan olunan layihənin keçirilməsində məqsəd –“milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq” idi. 2022-ci il 18 mart tarixində Azərbaycan Dövlət Film Fondunda pitçinq keçirilib və bu pitçinq Fondun “Youtube” səhifəsində də canlı yayımlanıb. 8 aprel 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin veb səhifəsində və bir çox rəsmi və özəl xəbər portallarında yekun nəticələr elan olundu. Qalib gələn 7 layihə bu günə kimi reallaşdırlımayıb. Bu da kinematoqrafçılar arasında narazılığa gətirib çıxarıb.

Məsələ ilə əlaqədar xəbər portalımıza ekskluziv müsahibə verən yazıçı, rejissor Nicat Dadaşov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

- Nicat bəy, Mədəniyyət Nazirliyinə ünvanlanan rəsmi məktubunuza müsbət və ya mənfi yöndə hər hansı açıqlama verilibmi?

Bizim Mədəniyyət Nazirliyinin rəsmi şəxsləri ilə, o cümlədən keçmiş və indiki nazirlərlə görüşümüz olub. Eyni zamanda qurumun şöbə müdirləri ilə də nazirlik vasitəsilə görüşlər keçirmişik. Bizə verilən bütün açıqlamaları yalnız bir ifadəyə sığdırıblar: "Məsələyə baxılıb, araşdırılıb, sizə cavab veriləcək". Dəfələrlə müraciətlərimizə, qəbullarda olmağımıza baxmayaraq, bu ifadədən kənar bir cavab ala bilmirik. Üstündən iki il keçməsini də nəzərə alsaq, verdikləri bu açıqlamanın artıq keçərli olmadığını təbii ki, anlaya bilirik. Ancaq indi bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən daha konkret bir açıqlama gözləyirik.

- Bəs Nazirliyin layihəsi hal-hazırda yenə davam etdirilirmi? Əgər etdirilirsə, qalib gələn 7 layihənin hələ də reallaşdırılmamasının səbəblərini nədə görürsünüz?

Nazirlik qeyd etdiyi müsabiqədən savay, iki il ərzində iki ssenari müsabiqəsi də keçirib və orda da hamının aqibəti bizim layihənin aqibəti kimi olub. Elə bu yaxınlarda da piçtinq keçirildi, qaliblər elan olundu, onların ödənişləri ilə bağlı hda eç bir məlumat yoxdur. Ümumiyyətlə, bu tendensiya davam etdirilir. istər bizim yeddi layihə, istər digər qaliblər olsun, istərsə də indiyədək keçirilmiş üç müsabiqə olsun, onların heç birində bir irəliləyiş yoxdur.

- Əvvəllər də film sahəsində bu cür problemlər baş veribmi? Ümumiyyətlə, bədii film sahəsində hansı qanuni çatışmazlıqlar, boşluqlar var? Bu istiqamətdə hansı addımların atılmasını istərdiniz?

Hər kəsin bildiyi bir reallıqdır ki, bizim film sektoru olduqca "kasıb", inkişafdan dayanmış bir vəziyyətdədir. Boşluqlar çoxdur, əsasən də sistem boşluğu var. Bax, bizim narazılığımızın bir qismi də bu boşluqla - reallaşmamış layihələrlə bağlıdır. Ortaya bir təşəbbüs qoyulur, amma onun arxasında hərəkətsizlik olduqda, bu, fəaliyyətsizlik kimi görsənir.Demək olar ki, son üç il ərzində heç bir film istehsal olunmayıb.Burada maddi problemlərlə yanaşı, vergi məsələləri də var. Yetərincə ciddi problemlər var. Ancaq problemin özəyi dövlətin qanuni şəkildə keçirdiyi layihələrin elə qanuni şəkildə qaliblərinə qarşı heç bir müsbət addım atılmamasıdır.

- Qalib gələn 7 layihəyə ayrılmalı olan vəsait nə qədər nəzərdə tutulur? Nazirlik bununla bağlı şəffaf açıqlamalar veribmi?

Bəli, Nazirlik müsabiqəni elan etdikdə, toplam büdcə üç yüz min manat qeyd olunmuşdu. Bu haqda Nazirliyin press-relizlərində də var, eyni zamanda müsabiqənin şərtləri də şəffaf şəkildə ictimaiyyətə təqdim olunub. Nəzərdə tutulan üç yüz min manat vəsait qalib gələn yeddi layihə arasında bölüşdürülməli idi. Yeddi layihədən ikisi istehsalata gedən filmdir, tam büdcəsi verilməli idi. Digər beş layihəyə isə ssenari inkişafına görə vəsait təqdim olunmalı idi. Bunlar hamısı şəffaf şəkildə təqdim olunub, amma bir xəbər yoxdur.

- Məhkəməyə müraciət etmək fikriniz varmı?

Məhkəmə ilə bağlı hələ ki, bir fikrimiz indilik yoxdur. Çünki o düşüncədəyik ki, Nazirlikdən bir cavab ala biləcəyik. Məhz ona görə bu məsələni belə işıqlandırmağa çalışırıq ki, dövlət tərəfindən bir vəsait ayrılıb, buna rəğmən, o vəsait iki ildir ki, bizə təqdim olunmayıb. Biz indi bununla bağlı açıqlama gözləyirik. Ondan sonrakı etablarda nə edəcəyimizi düşünəcəyik. Amma hal-hazırda iki ildir ki, məsələ "gözləyin, araşdırıb, cavab verəcəyik" pilləsindədir. Biz Nazirlikdən daha konkret cavab, addım gözləyirik.

Qeyd edək ki, mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlamışıq. Nazirliyin rəsmi cavabını növbəti yazıda dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbova məxsus olmuş şirkətlərdən biri bağlandı - DETALLAR

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olmuş şirkətlərdən biri ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, söhbət əczaçılıq xidmətləri göstərən "Nəxşicahan Med” şirkətindən gedir.

Belə ki, şirkət rəsmən fəaliyyətini dayandırdığını elan edib, bununla yanaşı şirkətin hazırda 100 000 manatdan artıq vergi borcu yığılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl işçiləri "Nəxşicahan Med” barədə Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məhkəmə işi hakim Gülsüm Əliyevanın icraatına verilib.

Xatırladaq ki, "Nəxşicahan Med” 2014-cü ildə qeydiyyata alınıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bu dəfə 36 saata 30 manat aldılar..." - ETİRAZ

H. Əliyev Beynəlxalq Hava Limanında Naxçıvan terminalına aid avtodayanacaqlarda qiymətlər 3 dəfə, yəni günlük beş manatdan on beş manata qaldırılıb. Bu, Bakıda yaşayan, tez-tez vətənlərinə qısa səfərlər edən naxçıvanlılar arasında ciddi narazılıq yaradıb. Bu haqda „Gündəlik Naxçıvan“a Bakıda daimi yaşayan bir qrup naxçıvanlı məlumat verib.
Bakıda yaşayan bir çox naxçıvanlı 2-3 günlük səfərdən geri dönərkən, taksi axtarmasınlar deyə, avtomobillərini hava limanın dayanacağında saxlamağa üstünlük verir.
Şikayətçilərdən İbrahim Məmmədov deyir ki, bu yaxınlarda o da avtomobilini dayanacaqda saxlayıb, Naxçıvana gedib. Lakin, geri dönəndə gözlərinə inanmayıb:
“ Bir neçə gün əvvəl Naxçıvana gedib qayıtdım. Əvvəllər 2 sutkaya 10 manat ödədiyim halda, bu dəfə 36 saata 30 manat aldılar. Belə olmaz axı. Birdən-birə qiymətlərin az qala iki dəfə qaldırılması yolverilməzdir. Giriş-şıxışa bir şlaqbaum qoyub insanları soyurlar. Bu da ərzaq deyil ki, xaricdən gətirildiyini bəhanə edib, qiymətini qaldırsınlar. Hər gün yüzlərlə naxçıvanlı həmin dayanacaqdan istifadə edir. Qiymətlərin bu qədər qaldırlmasının heç bir əsas yoxdur. Vəziyyətdən istifadə edib, insanları soyurlar”.
Digər şikayətçi Rauf Əliyev isə deyir ki, üç günlük səfərdən qayıtdıqdan sonra dayanacağa ödədiyi pul, təyyarə biletinə ödədiyindən artıq olub:
“Elə olur ki, axşam reysi ilə təcili Naxçıvana uçub, səhərisi geri qayıtmalı oluruq. Qiymətlərin birdən-birə bu qədər qaldırılmasını başa düşmürəm. Axırıncı dəfə qohumumun yas mərasiminə getmişdim. Üç gün qalmalı oldum. Qayıdanda avtodayanacağa 59 manat pul ödəməli oldum”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mərkəzin tikintisinə başlayıblar, icazə 10 aydan sonra verilib - DƏLİXANADIR, VALLAH...


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Uşaq Yaradıcılıq Mərkəzinin tikintisinə 24 noyabr 2023-cü il tarixli ETİ-25/23 saylı sənəd əsasında icazə verib.
Mərkəzin tikintisinə başlayıblar, icazə 10 aydan sonra verilib - DƏLİXANADIR, VALLAH...

Açıqlanan məlumatlarda göstərilir ki, 4 sentyabr 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-2295/2023 saylı, həmçinin 10 may 2023-cü il tarixində tikinti layihəsinə dair 35119 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən Uşaq Yaradıcılıq Mərkəzinin tikinti sahəsi 1 610 kv. metr, ümumi sahəsi 2 669,9 kv. metr, mərtəbələrinin sayı isə 2 (+zirzəmi və çardaq) olacaq.
Onu da qeyd edək ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə Tikintilərin Dövlət Reyestri tərəfindən 31 yanvar 2024-cü il tarixli 60601014-1-2605-007038/0124 saylı kod verilib.
Məlumat üçün bildirək ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.
Qaydalardan da göründüyü kimi, tikintiyə icazə 24 noyabr 2023-cü il tarixində verildiyi halda, Tikintilərin Dövlət Reyestri tərəfindən təxminən 2 ay sonra kod verilib.
Uşaq Yaradıcılıq Mərkəzi ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, tikintisinə 24 noyabr 2023-cü il tarixində icazə verilən obyektin inşasına 2023-cü ilin mart ayının 7-də başlanılıb. Uşaq Yaradıcılıq Mərkəzinin təməlləri atılan zaman tikinti layihəsinə dair ekspertiza rəyi olmayıb.
Xatırladaq ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Qazaxıstan dövləti tərəfindən tikilir. Mərkəzin layihəsi 22 avqust 2022-ci ildə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Bakıya səfəri zamanı təqdim olunub. Bildirilib ki, layihənin icrası Qazaxıstanın “Bi-Group” şirkəti tərəfindən icra olunacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur idmançılar bu şəxsin şikayəti əsasında həbs olunub - TƏFƏRRÜAT


Bakıda MMA döyüşçülərinə cinayət işinin açılması və onlardan dördünün həbsi ilə nəticələnən hadisənin bəzi detalları üzə çıxıb.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.
Belə ki, ilkin məlumata görə, bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Məsələ ilə əlaqədar Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovla əlaqə saxlayıb. Federasiya rəhbəri açıqlamasında adıçəkilən idmançılarla digər MMA döyüşçüsü Həsən Əzizov arasında kiçik münaqişə yaşandığını bildirib. O, hadisənin noyabrın 4-də Bakıda keçirilən "Rizin” turnirindən bir gün əvvəl baş verdiyini əlavə edib: "İnsanlar arasında gərginliklər baş verir. Bu, normal haldır. Amma hadisə barədə ətraflı məlumata malik deyiləm”.

O, idmançılar arasında dava düşmədiyini, hadisənin çox böyüdüldüyünü də sözlərinə əlavə edib: "Mən elə şahidlərdən, idmançılardan soruşuram. Orada yazılıb ki, 4 nəfər bir nəfəri döydü, belə şey olmur. Çünki idmançı üçün döyüşməyə zal var, rinq var. Gedib niyə kənarda dava etsin ki? Həsən Əzizovla da bu barədə söhbətimiz olub. Hamısı da bizim idmançılardır. Soruşa bilərsiniz ki, niyə şikayət olub? Yəqin ki, o da inciyib, arada anlaşılmazlıq olub. Mən federasiya rəhbəri kimi hamısını yaxşı tanıyıram. Hamı da yazır, üstünə qoyub yazır. Elə vəziyyət yaranıb ki, biz özümüz də bilmirik nə deyək. İnanın ki, paylaşılanda vurandan da, vurulandan da soruşmur. Hadisənin nə olduğunu öyrənmirlər. İndi qorxu yaradırlar. Araşdırmaq lazımdır məsələni. Bu idmançılar bayrağımızı qaldıran idmançılardır, onlar küçədə döyüşən deyillər. Hamımız iş yerində kimləsə mübahisə edərik. Düzdür, deyərsiz ki, necə olub bu xırda şey həbsə gətirib çıxarıb, onu araşdırıram. Xırdalıqlar var və müzakirə edirik. Kimin nə səhvi var, araşdırıb tapacağıq”.

A.Əsgərov hadisənin necə baş verməsi ilə bağlı sualı isə belə cavablandırıb: "Bu hadisə yarış zamanı baş verib və idmançılar mübahisə ediblər. Sonra bir-birini itələyiblər, necə olub tam dəqiq məlumatlı deyiləm. Orada adam da çox olub və davam ediblər. Həsən Əzizov Kiyevdə yaşayır və gedib ora. Təzədən bura qayıdanda hadisə açılıb. Yəni məsələnin indi açılmasının səbəbi Həsən Əzizovun Kiyevdə yaşamasıdır”.

Qeyd edək ki, cinayət işi üzrə 6 nəfər saxlanılıb. Onlardan federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov barəsində həbs-qətimkan tədbiri seçilib. Tofiq Musayev və Mehman Məmmədov barəsində isə digər qətimkan tədbiri seçilib və onlar sərbəst buraxılıb.

Ötən gün xuliqanlığa görə həbs edilən MMA məşqçisi Ruslan Əfəndiyevin adı daha əvvəllər də dava-dalaş və digər qalmaqallarda hallanıb. Belə ki, o, 2015-ci il aprelin 22-də "Avropa” hotelində məşq edən Azər Məmmədovun qətli ilə nəticələnən hadisənin iştirakçısı olub. Həmin vaxt Ruslan Əfəndiyev də bıçaqlanmışdı. "Zaminbank”ın Nəsimi şöbəsinin müdiri olan A.Məmmədovun ölümü ilə bitən davada R.Əfəndiyev nisbətən yüngül xəsarətlər alaraq sağ qalmışdı. Bu hadisədən bir müddət sonra "Avropa” hotelindəki idman zalı ləğv edilmişdi.

Məlumata görə, Ruslan Əfəndiyev uzun illər Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətinin rəisi olub. O, hazırda həbsdə olan bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxınlığı ilə tanınıb. Bankın ovaxtkı rəhbəri tutulduqdan sonra isə MMA məşqçisi işdən çıxarılıb. Nəticədə o, aktiv idman fəaliyyətinə başlayıb.

Həmin ərəfədə Azər Məmmədovun ölümündə təqsirləndirilən Sənan Quliyev məhkəmədəki çıxışında Ruslan Əfəndiyevlə aralarında yaşanan mübahisədən sonra bıçağa əl atdığını bildirmişdi. Onun ifadəsinə əsasən, həmin vaxt A.Məmmədov aranı sakitləşdirməyə çalışarkən bıçaq xəsarətləri alaraq vəfat edib. (Qafqazinfo)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda universitet tələbəsi VƏFAT ETDİ


Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev dünyasını dəyişib.

Bu barədə universitetin mətbuat xidmətindən bildirilib.

2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub.

Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Allah rəhmət eləsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Dəfələrlə İcra Hakimiyyətinə getsəm də..." - NARAZILIQ VAR...

Lerik rayonu Züvüç kənd sakini Qasımov Qaməddin Lazim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, evi qəzalı vəziyyətdə olsa da, İcra Hakimiyyəti kömək etmir:
“Mən, Qasımov Qaməddin Lazim oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Özümün imkanım yoxdur, evim yararsız vəziyyətdədir. Hər gün bir hasarı çökür, ailəm və özüm ölümlə üz-üzəyik.

Dəfələrlə İcra Hakimiyyətinə getsəm də, heç bir tədbir görülməyib.

Ərazi üzrə İcra nümayəndəsi Qabil Hüseynova dəfələrlə müraciət etmişəm. Lakin heç yerdən kömək yoxdur”.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aysel Süleymanova vəzifəsindən ayrıldı - ÖZÜ AÇIQLADI

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrıldı.

O, bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

A.Süleymanova bildirib ki, işdən çıxmağına səbəb başqa iş təklifi almasıdır.
Qeyd edək ki, o, 2023-cü ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"3 ildir ki, vəziyyət belədir..." - İşçilər soyuqdan donub...

Qazax rayon Müalicə Diaqnostika Mərkəzində istilik sistemi işləmir.

Deyilənə görə 3 ildir ki, "kondisionerlər" xarab olub, təmir edən yoxdur. Orada çalışan işçilər isə bu barədə etiraz edə bilmirlər. Qorxurlar ki, birdən işdən çıxardarlar. Məcbur olub əyinlərini qalın geyinib, susmağa üstünlük veriblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə işçilər giley edir. Onlar bildirir: "Qışın sərt ayı (fevral) hələ qabaqdadır, belə getsə işçilər məcbur olub otaqda tonqal qalamalı olacaqlar.

Başa düşmürük, dəyəri milyonlarla ölçülən müasir tipli xəstəxananın kondisionerləri niyə işləmir? Üç ildir xarab olan kondisionerlər günü bu günə qədər niyə təmir olunmayıb?

Qazax rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova bu barədə nə düşünür? Hörmətli Sevda xanım, Kondisionerlər niyə işləmir?"


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İşsiz qalan vətəndaş KÖMƏK İSTƏYİR - MÜRACİƏT

Göyçay rayonu Qarabaqqal kənd sakini Məmmədov Tural Cəsarət oğlu tərəfindən aidiyyatı qurumlara müraciə ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya ünvanlanan müraciətdə deyilir"

"Mən Məmmədov Tural Cəsarət oğlu Göyçay rayonu Qarabaqqal kəndində yaşayıram. Ailəliyəm və iki övladım var. Öz evimiz yoxdur və aylıq 200 (iki yüz) manat kirayə pulu ödəməyə məcburam. İşsizliklə əlaqədar Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdim, lakin içəri buraxmadılar. Özü deyil, məni müavinləri qəbul etdi. Onlar da müxtəlif üsullarla məni yola verdilər.

Mən mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevdən çox xahiş edirəm, problemimin həlli üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevə tapşırıq verəsiniz. Həqiqətən də çox acınacaqlı durumdayıq. Ümidvaram ki, müraciətimə baxılaraq işlə təmin olunmağıma köməklik göstəriləcəkdir".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO