[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şin çayının sahilbərkitmə işlərinə ayrılan milyonlar mənimsənilib... - 6 kənd sel təhlükəsi ilə ÜZ-ÜZƏ...

Azərbaycanın ən azı 4000 illik tarixə malik ən qədim kəndlərindən biri hesab edilən Şəki rayonun Baş Göynük kəndi son dəfə 20 sentyabr 2023-cü ildə baş vermiş təhlükəli selın törətdiyi fəsadlardan sonra faktiki olaraq tamamilə məhv olmaq təhlükəsi ilə üz- üzə qalıb.
Belə ki, kənd coğrafi baxımdan şərqdən “Şin” çayı, qərbdən isə “Quru” çayın əhatəsində yerləşir. 10000 nəfər əhalisi, 20 min kv.km sahəsi olan Baş Göynük həm də Rusiya Federasiyasının dağlıq sərhəd zonasında yerləşir.
1909-cu ilin iyulun 14-də, gecə saatlarında “Şin” çayına gələn güclü sel nəticəsində kəndin yarısının evlərini yerlə-yeksan etmiş, yüzlərlə insan itkin düşmüş, 300 nəfərə qədər sakin həlak olmuşdur. Azərbaycanda 3 ən dağıdıcı dağ çaylarından biri kimi tanınan “Şin “ çay üzərində yalnız 2005-ci ildə körpü inşa edilmişdir. Son illər çay yatağının iri daş və çınqıl materialla dolması nəticəsində çayın sol sahilində yerləşən Baş Göynük, sağ sahilində yerləşən Köndələn, Aşağı Göynük, İnçə, Aşağı Şabalıd, Aşağı Layısqı kəndləri sel təhlükəsi altında qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə həmişəki kimi öz ampulasında qalaraq dolub daşan çay yatağınının təmizlənməsi üçün yerli sakinlərə qadağa qoymuşdur.
Doğrudur, 5-8 il əvvəl hökumətin “ Meliorasiya və Su Təsərrüfatı “ Açıq Səhmdar Cəmiyyətin ayırdığı milyonlarla manat dövlət vəsaiti hesabına çayın sağ və sol sahillərində istinad divarları qurulmuş, sahilbərkitmə işləri görülmüşdür.Amma bu işlərin çox keyfiyyətsiz formada aparılması yeni təhlükələrə yol açıb. Belə ki, külli-miqdarda dövlət vəsaitləri hesabına inşa edilmiş beton bəndlər hazırda yaxınlıqda yerləşən kəndləri dağıdıcı sel və daşqın təhlükəsindən qorumur, əksinə kəndlərə real təhlükə yaradan manelərə çevrilmişdir.
Belə ki, yerində apardığımız müşahidələrdən də aydın olmuşdur ki, çay öz istiqamətinə “Pasteh” adlanan ərazidən kənd istiqamətində böyük yarğan açmışdır. Bu yarğanın aşağı hissəsindən başlanan və aşağı istiqamətdə uzanan beton bəndlərin də arxa tərəfindən yeni böyük yarğan açılmışdır ki, çayın kənd istiqamətində inşa etdikləri beton bəndlər öz əhəmiyyətini ititməklə yanaşı, öz mövcudluğu ilə kəndə böyük təhlükə yaratmışdır. İstənilən anda sel və ya daşqın baş verəcəyi halda, böyük su-palçıq-daş-çınqıl kütləsi arxa tərəfdən açdığı yarğandan gələrək bəndin arxa hissəsindən öz məcrasına qayıtmağa yer tapmayaraq, elə bəndin arxa divarlarına çırpıldıqdan sonra kənd tərəfə istiqamət götürəcəkdir. Bu isə təsərrüfatlara külli miqdarda ziyan vurmaqla yanaşı böyük insan faciəsinə səbəb ola bilər.

Körpüdən 1.5 -2 km aşağı hissədə sağ sahildə görülən bənd işləri isə bu gün tam yararsız vəziyyətə düşmüşdür. Belə ki, 2 km uzunluğu olan istinad divarları daxilinə heç bir dəmir konstruksiya, sement, yuyulmuş qum və doğranmış şınqıl kütləsi işlənmədiyi üçün bu beton piltələr çox yerdə ortalıqdan “çürük pendir” kimi bölünmüş, özülləri üzdə olduqları üçün yan tərəfə əyilmişdir. Tikintidən cəmi 5-6 il sonra ciddi erroziyaya məruz qalan bu istehkam divarlarının daxilinə diqqət yetirdikdə açıq-aşkar görünür ki, beton bəndlərin daxilinə üyüdülmüş, doğranmış və yuyulmuş çınqıl əvəzinə, elə yerindəcə çay yatağından götürülərək irili-xırdalı lil basmış daşlardan istifadə edilərək beton bloklar düzəldilmişdir. Elə ona görədə 3-4 il ərzində hamısı tam yarasız vəziyyətə düşmüşdür. Bir sözlə, Şin çayı sahilində məskunlaşmış və 20000 əhalinin yaşadığı kəndlərin sakinlərinin həyatlarının hamısı risq altına düşmüş, kəndlərin çoxu Yer üzündən silinmək təhlükəsilə üzləşmişdir.
Ötən ilki seldən əvvəl, yəni, 2021-ci ilin iyunun 7-də “Şin” çayına gələn yüngül sel zamanı da Baş Göynük sakinlərinin çay sahilində yerləşən bağ sahələri lilli-palçıqlı su altında qalmış, təsərrüfatlar məhv olmuşdur. Çox təəssüflər olsun ki, bu istiqamətdə heç bir qabaqlayıcı tədbirlər görülmür. Çay kənarında milyonlarla manat pul hesabına çox keyfiyyətsiz bəndbasma işləri görən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC isə yalnız qaçılmaz fəlakət baş verəndən sonra yada düşəcəkdir. Çoxsaylı insan taleyinə biganə yanaşan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı “ ASC rəhbərliyinin və onların sifarişləri nəticəsində milyonlarla pulu mənimsəyən tərəflərin fəaliyyətinin vaxtında araşdırlması, çoxsaylı insan itkilərinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və dağıdıcı təbii fəlakət baş verənədək ( may 2024-cü ilə dək) bir zəruriyyətə çevrilmişdir.
Doğrudur, hələ iki il altı ay əvvəl bizim bir mətbu orqan olaraq vəzifə borcumuzu yerinə yetirərək böyük ictimai və dövlət əhəmiyyətli məsələni hələ 2021-ci ilin noyabrında yazdığımız araşdırma məqaləni foto və videomateriallar əsasında ictimailəşdirmiş və tədbirlər görülməsi üçün bütün aidiyyatı yuxarı orqanlara göndərmişdik. Bəs o zaman nəticəsi necə olmuşdur?

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarə heyətinin sədr müavini cənab Zakir Quliyevin imzası ilə Baş Prokurorluğun müraciətlər və işlərin təşkili şöbəsinin rəisi müavini cənab Yadigar Aslanova və redaksiyamıza daxil olan 30 dekabr 2021-ci il tarixli, 11/15-1141 saylı rəsmi məktubda yazdıqlarımızın bir hissəsi etiraf olundu və regionda sel təhlükəsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə zəruriyyət yarandığı da rəqəmlərlə qeyd edildi: Bir sözlə, ASC rəhbərliyi faktiki tədbirlər planı həyata keçirmək əvəzinə Baş Prokurorluğa və redaksiyamıza formal arayış təqdim etməklə işini bitmiş hesab etdi. Məktubda yazılır:
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC- tərəfindən Şinçay çayında mühafizə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq Asiya İnkişaf Bankının “Selə qarşı Tədbirlər” Layihəsi üzrə 2006-2008-ci iillərdə 1430 pm və AR Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 2011-2013-cü illərdə dövlət büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına 1045 pm uzunluğunda daşlı-beton mühafizə bəndi tikilmişdir.Eyni zamanda AR Prezidentinin müvafiq Sərəncamı ilə “Sel və daşqın təhlükəli çayların qəza vəziyyətinin aradan qaldırılması tədbirləri”nə ayrılmışvəsaitdən istifadə edilmişdir.
Eyni zamanda bildiririk ki, müraciətdə qaldırılan məsələ Səhmdər Cəmiyyətin göstərişi əsasında onun mütəxəssisləri tərəfindən yerində araşdırılmış, sel təhlükəli ərazilərə və qəzalı vəziyyətə düşmüş mövcud bəndlərə ətraflı baxış keçirilmişdir.. Məlum olmuşdur ki, yağan intensiv yağışlarla əlaqədar çayda suyun artması ilə əlaqədar sel və daşqın sularının gətirdiyi bərk suxurların təsirindən və suyun axın surətinin böyük olması nəticəsində uzunmüddətli yan sahilboyu və dib yuyulması prosesləri güclənərək mövcud bəndlərin dayanıqlığı vəziyyətinə mənfi təsir göstərmişdir. Şin çayında 2595 pm uzunluğunda bəndlər tikilmişdir. Mütəxəssilər bu təhlükənin aradan qaldırılması məqsədilə çay yatağının qəzalı vəziyyətə düşmüş, uzunluğu 300 m olan istinad divarının bərpası məqsədəuyğun hesab edilmişdir.
Müraciətdə qeyd edilən qəzalı vəziyyətdəki daş –beton bəndlərin tikintisi işlərinin yerinə yetirilməsi zamanı istifadə olunan inşaat materialları tələb olunan tikinti norma və qaydalarınauyğun olması ilə əlaqədar bildirirk ki, tikinti müddətində götürülmüş beton, qırmadaş və qum nümunələrinin sınaq nəticələri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət DA-nin S.Ə. Dadaşov adına Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılmışdır. Sınaq nəticəsinə əsasən inşaat materialları texniki xassələrinə görə mövcud standartların tələblərinə uyğun olduğu təsdiqlənmişdir. (???)
“ Tikintinin davam etdirilməsilə əlaqədar bildiririk ki, mütəxəssilər tərəfindən müşahidə olunan bu təhlükənin qarşısının alınması məqsədilə çayın Baş Göynük kəndi ərazisinin keçən hissəsində yaşayış evlərinin, həyətyanı sahələrin mühafizəsi üçün avtomobil körpüsünün aşağı hissəsində, çayın sol sahilində yerləşən Aşağı Göynük, Köndəklən, Yeni Göynük və digər kənd ərazilərinin mühafizəsi üçün 4500 pm yeni beton mühafizə divarlarının layihəkləndirilməsi və tikintisi məqsədəuyğun hesab edilmişdir. Müvafiq vəsait ayrıldığı təqdirdə Şəki rayonun Baş Göynük kəndi ərazisinin “Şinçay”ını sel və daşqın sularından mühafizə məqsədilə , bəndin yenidən qurulması layihəsinin sənədlərini hazırlamaqla həyata keçirilməsini mümkün hesab edirik.”

Şin çayının sahilbərkitmə işlərinə ayrılan milyonlar mənimsənilib...

Bəli, 2006-cı ilədək Kür və Araz Çaylarının Bəndatma İdarəsinə rəhbərlik etmiş, 2006-2023-cü ilədək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsində işləmiş cənab Zakir Quliyev belə bir əsassız mülahizələrlə yazdığı və imzaladığı məktubla Baş Prokurorluğun müraciətlər və işlərin təşkili şöbəsinin rəisi müavini cənab Yadigar Aslanova yalan və əsası olmayan məlumatlar verə bilərlər. Z.Quliyev bir peşəkar meliorasiya işçisi kimi vicdan əzabı belə çəkmədən qeyd edir ki, “ Səhmdər Cəmiyyətin göstərişi əsasında onun mütəxəssisləri tərəfindən yerində araşdırılmış, sel təhlükəli ərazilərə və qəzalı vəziyyətə düşmüş mövcud bəndlərə ətraflı baxış keçirilmişdir.. Məlum olmuşdur ki, yağan intensiv yağışlarla əlaqədar çayda suyun artması ilə əlaqədar sel və daşqın sularının gətirdiyi bərk suxurların təsirindən və suyun axın surətinin böyük olması nəticəsində uzunmüddətli yan sahilboyu və dib yuyulması prosesləri güclənərək mövcud bəndlərin dayanıqlığı vəziyyətinə mənfi təsir göstərmişdir” Z.Quliyev guya əvvəldən bilmirdimi ki, “Şinçay” Azərbaycanda dağıdıcılığna görə 3 çaydan biridir. Və ona görə çayın surətli axımı bəndlərin dib yuyulması prosesi zamanı dayanıqlığına mənfi təsir göstəribmiş.
Z.Quliyev yenə utanmadan qeyd edir:
“beton bəndlərin tikintisi işlərinin yerinə yetirilməsi zamanı istifadə olunan inşaat materialları tələb olunan tikinti norma və qaydalarınauyğun olması ilə əlaqədar bildirirk ki, tikinti müddətində götürülmüş beton, qırmadaş və qum nümunələrinin sınaq nəticələri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət DA-nin S.Ə. Dadaşov adına Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılmışdır. Sınaq nəticəsinə əsasən inşaat materialları texniki xassələrinə görə mövcud standartların tələblərinə uyğun olduğu təsdiqlənmişdir”
Burada inşa edilən bəndlərin heç biri tikinti norma və qaydalarına uyğun aparılmamışdır. Aparılsaydı qısa müddətdə aşınmaya və erroziyaya məruz qalaraq dağılmazdı, Zakir Quliyev. Bu fantaziyanızın heç bir əsası yoxdur. FHN-nin ekspertizası da rüşvətini alıb əsassız rəy vermişdir. Bunu yerində sübut etməyə ehtiyac yoxdur. Gəlib yerində baxış keçirən orta məktəb şagirdi də təsdiq edə bilər ki, burada tikinti zamanı nəzərdə tutulan sementin 5 %-i, yuyulmuş qum və doğranmış qırmadaş materialından isə ümumiyyətlə istifadə olunmamışdır. Buna əmin olmaq üçün insana sağlam iki göz lazımdır. Başqa heçnə.
Bizə ən çox təsir edən budur ki, Baş Göynük kəndi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə 25 il rəhbərlik etmiş sabiq sədr Əhməd Əhmədzadə Asiya İnkişaf Bankının, Nazirlər Kabuinetinin və cənab Prezidentin məlum Sərəncamı əsasında ayrılan milyonlarla dövlət vəsaitinin düzgün xərcləsə, “otkat” tələb etmədən heç olmasa təmənnasız nəzarət etsəydi yaxşı olardı. İndi minlərlə vətəndaşın həyatı taleyin ümidinə buraxılmış, sonuncu 20 Sentyabr 2023-cü il selindən sonra heç bir faktiki işlər görülməmişdir. Bu ilin May ayında gözlənilən növbəti sel və daşqınlar zamanı 1909-cu ilin iyulun 14-də olduğu kimi, yenə minlərlə sakin mülklərilə birlikdə məhv ola bilərlər. Ona görə də baş verəcək çoxsaylı insan tələfatına səbəb ola biləcək təbii fəlakətlərin arzuolunmaz nəticələrinə görə bütün məsuliyyət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq və indiki rəhbərliyinin üzərinə düşcəkdir.
Hesab edirik ki, nə qədər ki, gec deyil, çay sahilində bəndvurma adı altında saxtakarlıqlar törədərək yarıtmaz iş icra edən , sifarişçi və icraçı təşkilatların rəhbərlərinin layihə-smetaya uyğun gördükləri keyfiyyətsiz işlərin ( əgər buna iş demək olarsa) aradan qaldırılması üçün cənab Ə. Əhmədzadənin Bakıda, Zaqatala və Qax rayonu ərazilərində sahib olduğu onlarla milyonluq mülklərin bir kiçik hissəsinin hesabına, məsələn, Bakıdakı, “AZərsu” ASC-nin mərkəzi ofisinin arxasında yerləşən 8 milyonluq dəyərə malik “Badu-Səba” şadlıq evini satmaqla ( daha doğrusu, dövlətə vurulmuş milyonlarla manat ziyanın yarıtmaz iş görənlərin şəxsi vəsaitləri hesabına ) “Şinçay” ətrafındakı dağılıb sıradan çıxmış bəndlərin 2024-cü ilin May ayınadək yenidən qurulması və təşkil edilməsi öhdəliyi sifarişçi və icraçıların üzərinə qoyulmalıdır.

İnanırıq ki, cənab Prezident İlham Əliyev tərəfindən növbəti Prezident seçkisi ərəfəsində 20 000 insanın həyatını risk altına atanlar barəsində müvafiq ciddi tədbirlərin həyata keçirilməsinə göstəriş verəcəkdir. Və nə qədər ki, çoxsaylı insan tələfatı baş verməyib, aidiyyatı dövlət qurumları dövlətə dəymiş maddi ziyanların hesablanaraq onları mənimsəmiş əhmədzadələrdən, quliyevlərdən dərhal tutularaq həmin vəsaitlərin kəndlərin mühafizəsi məqsədilə “Şinçay” sahillərində bənd bərkitmə işlərinin icrasına başlanılacaq.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Anar Rzayevin cilik-cilk olan AYNA-sı... - NARAZILIQ VAR...

Azərbaycan xalqının canına zəli kimi yapışan ikinci belə peyda olub - Yerüstü Nəqliyyat Agentliyi... Bakı Nəqliyyat Agentliyi vasil oldu, dayanma-durma cəriməsi ilə bağlı etimadı tamamilə itirdi, indi də parkalanma ilə əlaqədar Yerüstü Nəqliyyat Agentliyi urcah olub. Bu qurum faktiki olaraq, ölkədə sosial partlayış, dövlətə qarşı bir sabotaj hazırlamaqdadır. Özünü Yerüstü adlandırsa da, saman altdan su yeridən bir agentlik kimi fəaliyyət göstərməkdədir. Son zamanlar sürücülərin kütləvi şəkildə hüquqlarını pozan, yeri gəldi-gəlmədi cərimə yazan AYNA müfəttləri özlərini bir zamanların Ziya Məmmədov qoçuları, dünənin Vüsal Kərimlisinin quldurları kimi aparırlar. Belə ki, sürücülər hələ tam maariflənməmiş, məlumatlandırılmamış harada gəldi cərimə edilirlər. Bir yanda 20 qəpik yığan sarı jiletlilər meydan sulayır, AYNA heç onlarla mübarizə aparmır, bir tərəfdə isə özləri sürücüləri əsassız olaraq cərimələyir. Sanki cərimə respublikasıdır. Onsuz da insanların kommunal borclar, limit problemi, vergi, dayanma-durma, əmlak vergisi, müxtəlif cərimələri var, bu yandan da Yerüstü Nəqliyyat Agentliyi insanları çərlədir. Son dövrlər şikayətlər hədsiz-hüdudsuzdur. Sosial şəbəkələrdə video şikayətlər, ekspertlər tərəfindən dilə gətirilən arqument və faktlar göstərir ki, ciddi bir qanunsuzluq hökm sürür. Üstəlik, seçki dövründə sözügedən agentlik bir sabotaj, təxribatla məşğul olduğunu, xalqı hakimiyyətdən narazı saldığını göstərməkdədir. Söhbət ondan gedir ki, sürücüyə heç bir xəbərdarlıq edilmir, maşını park etdiyi yerdə sms göndərmədiyi üçün 10 manat cərimə olunur. Və yaxud sürücü hər hansı ərazidə 3-4 saatlıq maşını saxlaya bilər, bunun üçün 4-5 manat niyə ödəməlidir?!
İqtisadçı Natiq Cəfərli bu mövzuda qeyf edir ki,,Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” MMC, mobil tədbiq yaradıldı, ödənişlər asanlaşdı – bura qədər hər şey normaldır, amma bu işi də “azərbaycansayağı” etdilər: "Əvvəla, hər yerə adam qoyublar, yaxşı, bu tədbiq üzərindəndirsə, bu adamları niyə şəhərə düzüblər?! Kim o şəxslərə səlahiyyət verib ki, maşınları cərimələnməsində iştirak etsinlər, avtomobillərin fotosunu çəksinlər?!
İkincisi, bu MMC-nin topladığı pullar hara gedir, nəyə xərclənir?! Mən dünyanın bir neçə ölkəsində maşın sürmüşəm, parklanmadan istifadə etmişəm, amma bilirdim ki, bu bələdiyyələrə gedir, onları insanlar seçir, yığdıqları vəsaiti də Bələdiyyə ərazisində, elə həmin pul ödəyən vətəndaşlar üçün xərcləyirlər. Yaxşı, bu MMC nəyə, hara pul xərcləyir?! Şəxsən mən tək dekabr ayında 38 manat “Azparking” MMC-ə pul ödəmişəm, o pulu nəyə xərcləyiblər?!
Üçüncüsü, dünyanın əksər ölkələrində, şəhərlərində istirahət və bayram günləri, axşam saat 20:00-dan sonra parklanma pulsuz olur. Bizdə bir tək bazar günü pulsuz ediblər, bayram günləri pulludur, hətta bu gün bazar günüdür, amma iş günü olmasına baxmayaraq parklanma pulsuzdur – yəni, bunlar çevik idarəetmə sitemini də tədbiq edə bilmirlər.
Bizim qalstuklu müəllimlər bir çox sahənin fəlsəfəsini anlaya bilmirlər, məsələn, verginin seçkiyə bağlı olduğunu anlamırlar, parklanma pulunun niyə yığılmalı olduğunu da başa düşmürlər, elə bilirlər ki, əsas pul yığmaqdır, məqsəd budur, dərk etmirlər ki, pul yığmaq məqsəd deyil də, vəsitədir – məqsəd insana xidmətdir..."
Globalinfo.az-ın baş redaktoru da qurumun işini tənqid edib: "Bir ata sözündə deyilir: "Məscidin qapısı açılmamış, kor əsasını dirədi". Bu gün səhər tezdən Yerüstü Nəqliyyat Agentliyi (AYNA) redaksiyamızın yerləşdiyi küçəyə saxlamaq-dayanmaq qadağandır işarəsi vurdu. İndən sonra maşını iş yerimizin qarşısında saxlaya bilməyəcəyik. Sol cərgəni pullu dayanacaq ediblər. Orda 7/24 yer tapmaq mümkün deyil. Ətrafdakı həyətlərin hamısında şlaqbaum var, sakin olmayanlar park edə bilmir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, bir az məntiqlə, vicdanla yanaşın məsələyə. Qərar vermədən öncə araşdırın, tədqiq edin, sonra əsanızı dirəyin. İndi biz nə edək? Maşını sataq, yoxsa hər gün cərimə ödəyək? 8-10 saat ofisdə oluruq. Sabahdan avtomobili iş yerinin yaxınında saxlamaq mümkün olmayacaq. Yol polisi gəlib cərimə yazacaq. Vətəndaşa qarşı belə saymaz və qəddar münasibətin səbəbi nədir axı?!"
Reportyor.info-nun rəhbəri Arifə Əliyeva da video fakt təqdim edərək, AYNA əməkdaşlarının özbaşınalığını ifşa edib.
Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarov haqlı suallar verib və hüquqi əsaslanma tələb edib. Sitat: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nə sual: Vətəndaş Məmmədov Məmməd Məmməd oğlu (Ad şərtidir) Pirşağıda yaşayır. O təcili bir iş üçün öz maşını ilə Bakı şəhərinin mərkəzinə gəldi. İşi təxminən 3 saat çəkəcək. Parkinqə daxil oldu və bu zaman fərqinə vardı ki, mobil telefonunu evdə unudub. Ancaq onun parkinq xidmətinin haqqını ödəməmək kimi bir niyyəti yoxdur. Başqa çıxış yolu da yoxdur, maşını saxlayıb işinin dalınca getdi və axşam ona mesaj gəldi ki, parkinq qeydiyyatından keçmədiyi üçün 10 manat cərimə edilib. Suallar:
1)Konstitusiyaya görə, Azərbaycan vətəndaşının mobil cihazdan istifadə etmək kimi bir vəzifəsi yoxdursa, AYNA hansı ixtiyarla vətəndaşın konstitutsion hüquq və azadlıqlarına müdaxilə edərək onu daim mobil cihazdan istifadə etməyə, mobil cihazı yanında daşımağa və kontur yükləməyə zorlayır?
2) Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi nə zamandan manat deyil, sms olub? Azərbaycanın milli valyutasını ödəniş vasitəsi kimi sıradan çıxarmaq ixtiyarını AYNA haradan alır?
3) Mobil telefonunu unutmuş vətəndaş dayanacaqdan son zərurət halında istifadə edib. Çünki sərbəst hərəkət etmək konstitusiyaya görə hüquq, parkinq xidmətindən istifadə etmək isə qaydadır. O, qaydanı qəsdən pozmayıb, öz ana yasa hüququnu qoruyaraq maşını saxlayıb. Bu isə, İXM 19 maddəsinə əsasən halın İX olmasını aradan qaldırır. AYNA digər ödəniş üsulu təqdim etmədən halın son zərurət, yoxsa İX olmasını necə müəyyən edir?
4) Mövcud qanunvericiliyə görə, parkinqlərdə ödəniş parkomatlar vasitəsi ilə edilməlidir. Buna əlavə olaraq digər üsullar da təklif oluna bilər. Qanuna görə, parkomat yoxdursa və ya işləmirsə, vətəndaş digər üsulların olub olmamasından asılı olmayaraq ödəniş etməli deyil. Çünki ölkədə əsas ödəniş vasitəsi manatdır. AYNA hazırda topladığı bütün ödəniş və cərimələrin qanunsuz olduğunun fərqindədirmi? Çünki NK-nin qərarları hüquqi normativ akt kimi qanuna zidd ola bilməz və olarsa qanun əsas götürülməlidir".
Göründüyü kimi etirazlar çoxdur, xalq daha bir soyğunçu qurumla üzbəüz qalıb və bu ilk növbədə dövlətə, hakimiyyətə pislik etməkdir.

AnaXeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU DA FAKT!!!

Naxçıvandakı təhsil şöbələrinin yerli təhsil nazirliyi ilə əlbir olub, orta məktəb attestatlarını şagirdlərə pulla satdığı bildirilir. Valideynlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, attestatlar əsasən dolanışıq ucbatından ailəsi Türkiyəyə köçən, bu səbəbdən məktəbdən qalan uşaqlara pulla təklif olunur.

Şikayətçilər bildirir ki, uşaqlar hazırlaşıb, imtahan yoluyla attestatlarını almaq istəsələr də, təhsil şöbələri onları qəsdən imtahandan kəsirlər. Məqsəd isə, valideynlərdən pul qoparmaqdır.

Oxşar problemlə üzləşən valideynlərdən biri də Babək rayon Nehrəm qəsəbə sakini Məhəmməd Hüseynovdur. Onun başına gələnləri öz dilindən aşağıdakı videosüjetdə izləyə bilərsiniz.

video burda - bura tıkla My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda uşaqlar və böyüklər arasında yayılan hansı xəstəlikdir? - AKTUAL

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov hazırda əhali arasında yayılmış xəstəliklə bağlı Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb. O, bildirib ki, hazırda ölkədə koronavirusun yeni ştamının yayılması haqqında heç bir rəsmi məlumat yoxdur.
"Qış fəslində hər il olduğu kimi mövsumi qrip və digər reppirator virus infeksiyaları yayılıb. Bu virusların törətdiyi xəstəliklər hərarətin yüksəlməsi ilə yanaşı digər oxşar əlamətlərlə təzahür etdiyindən yalnız müvafiq laborator müayinələr səbəb olan törədicini təsdiqləyə bilər. Şübhəli hallarda burun-udlaqdan yaxmanın götürülməsi və tədqiq edilməsi məqsədəuyğundur" - baş infeksionist bildirib.

Əhali yayılan xəstəliklə bağlı narahatdır
Bakı sakini, aparıcı Əfruz Ağayeva isə Sputnik Azərbaycan-a ailəliklə tutulduqları naməlum xəstəlik barədə danışıb:
"İki həftə idi ki, ailəlikcə xəstə idik. Yüksək hərarət, halsızlıq, öskürək, sümük ağrıları bizi əldən salmışdı. Nəfəs almaqda çətinlik çəkirdik, öskürəndə boğulurduq. Ona görə də, inqalyasiya aparatından istifadə edirdik. İki yaşlı övladımda yüksək hərarət dörd gündən çox davam etdi. Bir həftəyə yaxın demək olar ki, yemək yemədi. İki həftədə ailəmizə müalicə üçün 700 manatdan çox xərc çəkdik".
Gənc ana olan Əfruz Ağayevanın sözlərinə görə, xəstəxanalar eyni şikayətlərlə müraciət edən xəstələrlə doludur:
"Xəstəxanada bu şikayətlərlə çox sayda xəstə var. Həkimlər bizə bildirdilər ki, bu yeni yayılmış, koronavirusun yeni "X" adlı ştammıdır. Xəstələr hamısı eyni şikayətlərlə müraciət edirlər. Öskürəndə az qalırdıq boğulaq. Ona görə də həkimin məsləhəti ilə inqalyasiya aparatı aldıq. İki həftə vena daxilinə iynələr vurdurduq. Buna 700 manatdan çox xərcimiz çıxdı. İki yaşlı övladımda da eyni əlamətlər oldu. Buna görə bir neçə gün xəstəxanaya aparıb-gətirməli olduq. Xəsətələr hamısı deyirdi ki, bu xəstəlik koronavirus kimi ağır keçir. Öskürəndə boğulma verməsi eynilə koronavirusun əlamətlərinə bənzəyir. Amma deyərdim ki,bu hansı ştamdırsa koronavirusun ilk yayılan ştamlarından daha təhlükəlidir. Çünki, hansı xəstəxanaya gedirdiksə, ağzına qədər xəstə ilə dolu idi".
Təhsil müəssisələri qapansınmı?
Bu günlərdə sosial şəbəkələrdə daha bir müğənni Elm və təhsil naziri Emin Əmrullayevaya müraciət videosu yayıb. Müğənni Günel Ələkbərova sosial şəbəkə hesabında nazirə müraciət edərək qızılca və qrip xəstəliyinin uşaqlar arasında tüğyan etdiyini, övladını məktəbə göndərməyə ehtiyat etdiyini bildirib. Müğənni təklif edib ki, xəstəliklər səngiyənədək dərslər onlayn keçirilsin. Çünki, uşaqlar arasında qızılca, qrip, sarılıq və göy öskürək kimi xəstəliklər geniş yayılıb.
Sosial şəbəkələrdə yazılan rəylərdən də görünür ki, əhali arasında yeni yayılmış xəstəliklə bağlı narahatlıq var. Hər kəs yeni yayılmış xəstəliyin ağır keçdiyindən, boğulma, öskürək, yüksək hərarətlə müşahidə olunduğunu bildirir.

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a bildirib ki, yeni yayılmış xəstəlik qrip infeksiyasıdır. Kafedra müdirinin sözlərinə görə, qrip infeksiyalarının elə formaları var ki, boğulmaya səbəb olur.
"Qripin elə növləri var ki, boğulma ilə müşayiət olunur. Bu respirator sinsitial viruslar (RSV) adlanır. Xəstəlik adətən kəskin respirator virus infeksiyasına xas olan simptomlarla başlayır, burun axıntısı, burun tutulması, hərarətin yüksəlməsi, bir neçə gün sonra öskürək, xışıltı, tənginəfəslik, iştahasızlıq kimi simptomlar meydana çıxır. RSV ilə yoluxanlarda xəstəliyin gedişi boğulma ilə müşayət olunur. Ona görə də, xəstələr ən çox boğulmadan, koronavirusa bənzər əlamətlərdən şikayət edir".
Həkimin sözlərinə görə, bu, göy öskürək də deyil. Göy öskürəyin törədicisi göy öskürək çöplərdir. Onun gedişində dövrilik var. Həm də göy öskürək aylarla davam edir. Hazırda yayılan isə virus infeksiyasıdır. Onun isə spesfik müalicə üsulu yoxdur:
"Yalnız qripin müxtəlif ştammlarına qarşı peyvənd var. Amma peyvənd yayılmış ştamm üzrə aparılmalıdır. əks halda qripin başqa növünə qarşı vaksin fayda verməyəcək".
Nəsib Quliyev hazırda qripin yeni yayılmış növünə kütləvi yoluxmaların müşahidə olunduğunu bildirib. O deyib ki, ailələrdə yoluxma həm uşaqlar, həm də böyüklər arasında qeydə alınır. Uşaqların qrip əlamətləri ilə müraciət edildikdə, onlar koronavirusa qarşı test edilir. Koronavirus olduqda, bu barədə valideynə məlumat verilir.
Kafedra müdiri qrip və paraqriplərin növlərinin çox olduğunu, konkret qrip törədən 15-ə yaxın virusun olduğunu söyləyib. O, bu xəstəlyin beynəlxalq dildə inflüenza adlandırıldığını söyləyib.
N.Quliyev bildirib ki, uşaqları virusdan qorumaq üçün öncə immunitetlərini güclü saxlamaq lazımdır. Bu işə isə yay aylarından başlanılmalıdır. Yayda uşaqların günəş, su vannası qəbul etməsi, keyfiyyətli və bol vitaminli qidalarla bəslənməsi mütləqdir. Qışda isə bədən temperaturunu normada saxlamaq vacibdir. Uşaqlar havaya uyğun geyindirilməlidirlər.
Nəsib Quliyev onu da bildirib ki, hazırda xəstəliyin geniş arealda yayılma səbəbi xəstə uşaqların bağçaya və məktəbə getməsi, öz sinif yoldaşlarını yoluxdurmasıdır:
"Uşaq bağçalarında və məktəblərdə buna ciddi nəzarət olunmaldır. Hərarəti, halsızlığı olan uşaqları bağçaya, məktəbə buraxmaq olmaz. Əks halda xəstəlik daha sürətlə yayılacaq. Belə uşaqlar bağça və məktəbdən dərhal kənarlaşdırılmalıdır. Kompleks tədbirlər görülməlidir ki, yoluxma sayı daha da artmasın".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Seçkiyə palçıqda necə gedək? - Biləcəri qəsəbəsinin sakinləri yolsuzluqdan şikayətçidir...

Bakının Biləcəri qəsəbəsinin sakinləri 17 ildir yolsuzluqdan əziyyət çəkirlər.

Bu barədə Pravda.az-a sakinlər özləri məlumat veriblər.

"Bizdən sonra məskunlaşma ərazilərinin hamısı asfalt örtüyü ilə təmin olunub, amma Biləcərinin şəhərə ən yaxın, 60-dan çox ailənin yaşadığı məhəllə yox... Məhəllə yiyəsiz və baxımsız vəziyyətdədir, baxmayaraq ki, dəfələrlə aidiyyatı qurumlara - Binəqədi Rayon İcra Hakimiyyətinə və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə müraciət etsək də, maraqlanan olmayıb. Agentlik bizə ünvanladığı rəsmi cavab məktubunda qəsəbədaxili yolların Binəqədi İcra Hakimiyyətinin balansında olduğunu qeyd edib. İcra hakimiyyəti problemin həllini qəsdən yubadır. Çünki Bakıda qəsəbədaxili yolların asfalt örtüyü ilə təmin olunması üçün dövlət başçısı sərəncam imzalayıb və bununla əlaqədar olaraq dövlət büdcəsindən lazımi vəsait ayrılıb. Artıq bezmişik, məsələ həll olunmazsa, icra hakimiyyətini məhkəməyə verəcəyik. Vətəndaşlara MSK tərəfindən hər gün seçkiyə dəvətlə bağlı sms-bildiriş gəlir. Seçkiyə palçıqda necə gedək?" - sakinlər vurğulayıblar.

Musavat.com ərazidən video-reportaj hazırlayıb.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtı KİMLƏR... NECƏ İDARƏ EDİR? - İTTİHAM VAR.

Artıq, neçə vaxtdır ki, ölkə mətbuatında Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovla, sahibkarlar arasında davam edən səs-küylü borc qalmaqlı barədə ciddi araşdırma yazıları dərc olunur. Deyilənlərdən və media vasitələrinin etibarlı mənbələrinin verdikləri şübhə doğurmayan məlumatlardan məlum olur ki, uzun zamandır ölkənin üçüncü böyük şəhərinə rəhbərlik edən Zakir Fərəcovla sahibkarlar arasında gündən-günə artan bu haqlı narazılığın əsas baiskarı İcra Hakimiyyətində böyük vəzifə tutan Gündüz Əliyevdir.

Elə, bu barədə, həm araz.az-ın verdiyi çoxsaylı yazılarda xüsusi olaraq vurğulananların, həm də mətbuat üzərindən apardığımız daha bir dərin jurnalist araşdırmamızın son məntiqi nəticəsi də, deyilənləri bir daha təsdiq edir. Bu təsdiqin özü belə dəhşət doğurur: İcra başçısının törətdiyi qanunsuz bütün saxta işlərində, necə deyərlər, onun “sağ əli” hesab olunan Gündüz Əliyev, Zakir Fərəcova ünvanlanan saysız-hesabsız haqlı sahibkar müraciətlərinin hər dəfə qarşısını alır və beləcə, şəhər rəhbərinin mətbuatda gündəm olmasına bilərəkdən “münbit şərait yaradır”.

Bəd əməllər sahibi Gündüz Əliyev barəsində daha bir xatırlatma

Bu yerdə, bir daha qayıdaq hamını narahat edən Sumqayıtdakı idarəçiliyin kimin əlində olması məsələsinə. Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində rəhbər postunu xeyli müddətdir ələ keçirən və bərk-bərk tutaraq, buraxmaq istəməyən Zakir Fərəcovun, faktiki olaraq, bir-neçə müavini var. Müxtəlif sahələr üzrə təyinatı olan bu müavinlər, icra başçısı yerində olmayan zaman, şəhərin idarəçiliyini həyata keçirməlidirlər. Di gəl ki, şəhərin belə bir məqamda idarəçiliyini, faktiki olaraq, İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev həyata keçirir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri olan bu şəxslə birlikdə, şəhər səhiyyəsində ciddi yeyintiyə yol verən Gülnar Bayramova və Elxan adlı şəxs bu yaxınlarda həbs olundular. Amma Gündüz Əliyevi içəridə saxlamaq mümkün olmadı. İndi isə, bu qatı cinayətkarlar haqqında məhkəmə istintaqı gedir. Lakin məhkəmə prosesləri qəribə tərzdə aparılır. Növbəti məhkəmə iclasının nə vaxt olacağı barədə isə, hələ ki, xəbər yoxdur. Bir sözlə, bu barədə məhkəmənin özündən məlumat almaq belə, biz jurnalistlər üçün də, müşkül bir məsələyə çevrilib. Bir daha xatırladaq ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma zamanı, Sumqayıt səhiyyəsində külli miqdarda yeyinti faktı olduğu aşkar olunub. Bir sözlə,yoxlama zamanı məlum olub ki, sözügedən şöbə müdiri, yaxın qohumu olan və Baş mühasib vəzifəsində çalışan Gülnar Bayramova və iş adamı Elxanla əlbir olaraq, dövlətin 5.5 milyon manat pulunu mənimsəyiblər. Rəsmi açıqlamaya görə, onlar, Gündüz Əliyevlə bərabər, dövlətin milyonlarını mənimsəmək üçün, hətta 41 MMC yaradıblar.

Yeri gəlmişkən, bir daha qeyd etmək istəyirik ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsas adamı və “sağ əli” kimi tanınan, eləcə də şəhər üzrə həyata keçirilən bütün tenderlərə nəzarət edən Gündüz Əliyevin həbs olunma ehtimalı çox yüksəkdir. Lakin ictimaiyyət üçün də, çox maraqlıdır ki, ağır mənimsəmə cinayətində ittiham olunan bu şəxs, məhbəsdə cəza çəkmək əvəzinə, indiyə qədər, öz vəzifəsində nə üçün işləyir?!Hər gün işə çıxan bu şəxsin özü isə, çoxlarının yanında belə deyib ki, ona kimsə, heç nə edə bilməz: “Baxın, məni tutsalar da, dərhal üzr istəyib, buraxdılar! Özünüz deyin, Zakir Fərəcov kimi bir başçıya sadiq adamı, vəzifə sahibini tutmaq mümkündürmü?! Bu böyük şəhərin qanun-qaydaları da, onun özünün düşündükləri deməkdir!”.

Onu da qeyd edək ki, son vaxtlar, sosial şəbəkələrdə, internet səhifələrində, mətbu orqanlarda bu şöbə müdirinin Sumqayıtdakı dəyəri 5 milyon manat hesablanan “gözqamaşdırıcı” daha bir obyektinin fotosu yayıldı. Bu barədə, redaksiyalara ötürülən məlumatlara görə, Sumqayıt Bulvarında inşa edilən bu obyekt əyləncə üçündür. Şöbə müdirinin bu qədər bahalı obyekti hansı pullar hesabına tikdirdiyi, mənimsəmə barədə, əksəriyyət arasında şübhə yaratdı. Düşünürdük ki, Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsində gedən mübahisəli proses nəticəsində, məlum olacaq ki, Gündüz Əliyev həmin obyekti məhz səhiyyə, təhsil və digər sahələrdən “qazandığı” haram pullar hesabına ərsəyə gətirib. Lakin belə olmadı. Bu barədə, mətbuatın, eləcə də araz.az-ın aldığı son məlumatlara görə, Gündüz Əliyev, səhiyyədəki dəhşət doğuran və istintaqla rəsmən təsdiqlənən məlum yeyinti faktlarına görə, canını məsuliyyətdən qurtara bilməyəcək: Hətta qarşıda onu daha iki həlledilməz ciddi problem də gözləyəcək!

Deyilənlər bir yana, amma reallıq və gördüklərimizin son nəticə budur: Gündüz Əliyevə “gözün üstə, qaşın var deyən yoxdur!”. Buna görədir ki, şöbə müdiri Təhsil Idarəsində keçirilən yoxlamalara əsasən, əsl cinayətkar kimi, məsuliyyətə cəlb olunsa da, indi bayırda, özü də, öz vəzifəsindədir. Bəyəm, onun çəkisi, mənimsənilən 6 milyona yaxın dövlət pulundan daha ağırdır?! Bundan başqa, bu şəhərdə, 2016-cı ildən indiyə qədər həyata keçirilən tikinti və yenidənqurma işlərinə görə, yaranmış səs-küylü borc qalmaqalı da, onun nüfuzu qarşısında belə acizləşə bilərmi?!

Media mənsubları olaraq, biz, belə düçünürdük ki, Gündüz Əliyev üçün, deyilənlər ciddi bir problemə çevriləcək. Çünki həmin işləri həyata keçirən şirkət rəhbəri iş adamlarının pulları, indiyə qədər, tam olaraq ödənməyib. Bu məbləğ isə, 8 milyon manatdan çoxdur.

Mətbuatın aldığı son məlumata görə, iş adamları dəfələrlə Gündüz Əliyevdən şikayət ediblər. Onlar ölkə başçısına, rəsmi qurumlara şikayət xarakterli müraciətlər də, ünvanlayıblar. Həmin müraciətlərin qısa xarakteri də belədir: “Bizim, kimsə ilə, qərəzimiz yoxdur. Bizim üçün, dəyərli dövlət və dövlətçiıiyimiz anlayışı ən əsas olandır. Eyni zamanda, dövlətimizin qoyduğu qanunlar da, bu sırada. Əgər dövllət qulluqçusu dövlətin milyonlarını mənimsəyir, qanunları Gündüz Əliyev kimi pozur və sonda, vəzifə icra edirsə, biz bu xalqa nə cavab verək?! Hələ, deyilənlər azmış kimi, Gündüz Əliyev, hər yerdə açıq şəkildə bəyan edir ki, guya, haqq-hesabını prokurorluq və məhkəmə orqanlarına çatdırıb, bəraətini gözləyir. Kim nə yazırsa, yazsın, onun üçün maraqlı deyil.

Belə bir səlahiyyət səlahiyyət sahibində, bu qədər arxayınçılığın haradan yarandığı, media əməkdaşları olaraq, bizə də maraqlıdır. Ümid edirik ki, aidiyyatı dövlət qurumları bunu ciddi şəkildə araşdırıb, cavab verəcək. Biz dövlətimizə inanırıq, bu cür adamlar isə, öz bəd əməlləriylə, ictimaiyyət arasında dövlət orqanlarına inamsızlıq yaradırlar. Bütün bu olanlardan sonra, hər kəsi bir sual düşündürür: “Gündüz Əliyev, nədən, bu günə kimi vəzifəsində saxlanılır və həbs olunmur?” Bəyəm,, adına cinayət işi açılmış şəxs dövlət qulluğunda iş icra edə bilər?!

Dəyərli oxucularımız, məsələ ciddi olduğundan, bu, bir media vasitəsinin əməkdaşları olaraq, aidiyyatı dövlət qurumları tərəfindən vicdan çərçivəsində yoluna qoyulana və həllini tapanadək,daim diqqətimizdə olacaq, mövzu ilə bağlı dərin jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Növbəti yazılarımızı izləməyi unutmayın.

araz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ayrı-ayrı əməkdaşlar tərəfindən süni maneələr yaradılır" - MÜRACİƏT

"Tezadlar.az" saytına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, ev 4, mənzil1ünvanında yaşayan Əhmədov Cəmaləddin Davud oğlunun "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarovaya ünvanlı şikayət ərizəsi daxil olub.

Şikayətçi yazır:

"Çox hörmətli Ülviyyə xanım!

İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycanın sığorta bazarında brend olaraq “PAŞA Sığorta”nın əsas funksiyalarına və fəaliyyət prinsiplərinə nəzər salsaq, onu da xüsusi olaraq vurğulamalıyıq ki, şirkət hər zaman qanunçuluğu, sağlam iş şəraitinin yaradılmasının təmin edilməsilə yanaşı, korporativ mədəniyyəti, uğurlu strategiyanı və milli-mənəvi dəyərlər baxımından etik davranış qaydalarını qorumağı həmişə yüksəkdə tutur, özünə ən ümdə vəzifə hesab edir. Bundan əlavə, lider sığorta şirkəti kimi, fəaliyyət göstərdiyiniz uzun illər ərzində əsas hədəfiniz müştərilərin rahatlığını təmin etmək və maksimal müştəri məmnuniyyətinə nail olmadan ibarət olub ki, bütün bunları bir vətəndaş olaraq hər zaman öz içtimai həyatımızda hiss edirik. Bu isə öz növbəsində vətəndaşların dövlətə olan inamını daha da gücləndirir və uğurlu dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunur.

Çox hörmətli Ülviyyə xanım! Yuxarıda qeyd edilən müsbət məqamlara və sözün həqiqi mənasında, uzun illərin zəhməti hesabına şirkətin qazandığı yüksək nüfuza kölgə salmaq fikrindən çox-çox uzaq olaraq, qarşılaşdığım kiçik, lakin mənaca böyük məzmun ifadə edən haqsızlığı diqqətinizə çatdırmaq istəyirəm və inanıram ki, məhz sizin humanistliyinizin sayəsində göstərilən diqqətsizliyin aradan qalxması ilə yanaşı, eyni zamanda, həmişə olduğu kimi, şəffaflıq prinsipləri də yüksək səviyyədə qorunacaqdır.

Bildirirəm ki, 8 dekabr 2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində qardaşım Əhmədov Amil Davud oğluna məxsus və etibarnamə əsasında idarə etdiyim 77-XD-079 dövlət qeydiyyat nömrə nişanlı BMW markalı avtomobillə Mərdəkan qəsəbəsində yolun hərəkət hissəsinin kənarında dayandığım zaman 10-ON-961 dövlət qeydiyyat nömrə nişanlı “Qazel” markalı yük maşını arxaya hərəkət edərək, BMV markalı avtomobilə ciddi ziyan vurmuşdur. Hadisənin qeydə alınması prosesi aidiyyəti üzrə DYP və sığorta şirkəti əməkdaşları tərəfindən operativ şəkildə həyata keçirilsə də, nədənsə, dəymiş zərərin qiymətləndirilməsi işində müəyyən anlaşılmazlıqlar bu günə kimi hökm sürməkdə davam edir. Belə ki, fotoşəkillərdən də göründüyü kimi, BMV markalı avtomobilin kapot hissəsinin və qabaq buferin məlum əziklərinin təmiri nəticəsində qeyd edilən detalların əvvəlki halına gətirilməsinin mümkünsüzlüyü nəzərə alınmamaqla, bu hissələrin köhnə detallarla (ikinci əl ehtiyat hissələrinin satışı bazarında) əvəzlənməsi üçün nəzərdə tutulan məbləğin ödənilməsinə ayrı-ayrı əməkdaşlar tərəfindən süni maneələr yaradılır və bütün bunların müqabilində mənə 520 manat məbləğinin ödənilməsi təklif olunur. Lakin işin həqiqi hallarını nəzərə alaraq, bildirirəm ki, avtomobilin qarşı tərəfinin kapotu zamoku ilə birlikdə 1050 manat, qabaq buferi 600 manat, BMV nişanı 150 manat, usta haqqı 200 manat ilə birlikdə mənə dəymiş olan zərər 2000 manat təşkil edir.

Çox hörmətli Ülviyyə xanım! Yuxarıda qeyd edilənlərə əsasən, sizdən xahiş edirəm ki, müraciətimi öz şəxsi nəzarətinizə götürəsiniz və mənə dəymiş zərərin aradan qaldırılması istiqamətində sərf olunacaq 2000 manat məbləğinin ödənilməsi istiqamətində öz müvafiq tapşırıqlarınızı verəsiniz.

İnanıram ki, həmişə olduğu kimi, humanizm və ədalət prinsiplərini rəhbər tutaraq, aztəminatlı ailə başçısı kimi sosial həyat şəraitimi və “Sıığorta Haqqında Azərbaycan Respublikası Qanunu”nun tələblərini nəzərə alıb, öz köməkliyinizi məndən əsirgəməyəcəksiniz.

Sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, vətəndaş tərəfindən şikayət ərizəsi aidiyyəti ünvanlara göndərilib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
"Ayrı-ayrı əməkdaşlar tərəfindən süni maneələr yaradılır" - MÜRACİƏT
"Ayrı-ayrı əməkdaşlar tərəfindən süni maneələr yaradılır" - MÜRACİƏT
"Ayrı-ayrı əməkdaşlar tərəfindən süni maneələr yaradılır" - MÜRACİƏT

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azəriqaz" mənzillərə qaz əvəzinə hava vurur - BU NƏDİ BELƏ?!

Yeni Yasamal-2 ünvanında yaşayan sakinlər AFN.az-a təbii qazla bağlı şikayət ünvanlayıblar.

Sakinlər bildirirlər ki, yanvar ayı başlayandan bəri qazın verilişi bir neçə dəfə dayanıb. Bunun hansı səbəbdən baş verməsi haqda məlumatları olmadığını deyən şikayətçilərin sözlərinə görə, bu barədə onlara heç kim heç nə demir: "Qazın kəsilməsi bir ayrı dərddir, kəsiləndən sonra bərpa edilməsi bir ayrı. Təsəvvür edin, saatlarla qaz gəlmir, təbii ki, bu halda istilikdən də məhrum oluruq, yemək-içmək hazırlığında, gündəlik qayğılarda da problem yaşayırıq. Bütün bunlar azmış kimi, qazın verilişi bərpa olunduqdan sonra dəqiqələrlə hava uçur göyə. Sizə çəkib göndərdiyimiz videolardan (aşağıda təqdim edəcəyik-red.) da göründüyü kimi, borulara qaz əvəzinə hava vururlar. Nəticədə bizim sayğaclar hava ilə işləyir, havayı pul yazır. Özü də nə hikmətdirsə, əvvəl gələn hava daha təzyiqli olur, nəinki sonradan gələn qaz".
Qeyd edək ki, bir müddət əvvəl "Azəriqaz" İB-dən verilən açıqlamada bunun təhlükəsizlik məqsədilə edildiyi bildirilmişdi. Lakin sakinlər bu fikirlə də razı deyillər. Onlar bildirirlər ki, bəzi hallarda qazla hava qarışıq gəlir, bu isə daha təhlükəli olur: "Qazı yandırır, üstünə nəsə qoyub gedirik, qayıdanda görürük sönüb, eləcə mənzilə axır. Hava vurur qazı söndürür, sonra hava qurtarır, başlayır qaz mənzilə axmağa. Bu isə daha böyük təhlükə yaradır".
Qeyd edək ki, şikayətçilər narazı qaldıqları məqamla bağlı video da çəkib göndəriblər. Həmin görüntüləri təqdim edirik:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO