[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eyvaz İsmayılov hansı qanunla işləyir? - ETİRAZ

DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılovun NK-dan 22.12.2023-cü ildə göndərilən məktuba 24.01.2024 tarixli cavabı ölkədə Konstitusiyanın qüvvəsi olmadığını ortaya qoyur. Müdir açıq mətnlə yazır ki, dövlətin adından çıxarılan məhkəmə qərarı ilə verilməsindən asılı olmayaraq qərarın əsaslandığı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinin 2021-ci ildə ləğv edilməsi pensiyaya əlavənin verilməsini də, məhkəmə qərarının icrasını da dayandırır. (?) Bəs axı məhkəmə qərarının özü ləğv olunmayıb, qüvvədən düşməyib! Axı Konstitusiya Məhkəməsi Plenumunun presedent aktına görə , qanuni qüvvəyə minmiş məhkəmə qərarını heç bir hal şübhəyə ala, dəyişdirə bilməz! Axı məhkəmə qərarı ləğv olunmadan onun əsasında verilən vəsaitin verilməsindən imtina edilə bilməz! Ən başlıcası, Konstitusiyanın 129-cu maddəsi məhkəmə qərarlarının dövlətin adından çıxarıldığını və icrasının məcburi olduğunu doğrulayır. Biz hələ 149-cu maddənin Vll hissəsini, qanunun geriyə qüvvəsinin olmaması, yalnız şəxslərin durumunu yaxşılaşdıran normativ hüquqi aktların geriyə qüvvəsinin olmasını demirik. Şəxsin pensiyasını 140 manat azaldan, pisləşdirən 2021-ci il tarixli qanun 15 il geriyə necə şamil oluna bilər? Belə çıxır, DSMF-də Konstitusiya qüvvədə deyil, sıradan məmurların mənimsəmə, rüşvət qərarları Konstitusiyadan üstündür. Deyəsən, heç hüquq (şöbəsi) də yoxdur sosial müdafiə sistemində.
Hüququn olmadığı yerdə hansı hüquqdan, hansı məhkəmə, sosial təminat hüququndan , hansı Konstitusiyadan danışmaq olar? Bircə ağrıdıcı odur ki, ƏƏSM naziri, onun bütün yardımçıları, DSMF sədri hüquq doktorlarıdır. Yəqin bu nədənlə Konstitusiyaya, məhkəməyə, hüquqa hörmətsizliyə özlərinin yox, hüquqdan başı çıxmayan “sosialist”lərin imzasını qoyurlar.
Məğrur Bədəlsoy - dia-az.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yevlaxda Ticarət Mərkəzi tikdirən idarə müdirinə görə Saleh Məmmədovun məsuliyyəti... - BU NƏDİ BELƏ?!

54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov Yevlax şəhər Heydər Əliyev prospekti 52 ünvanında yerləşən 2 mərtəbəli ticarət mərkəzi tikdirir...

Əslində bu Azərbaycan reallığı üçün sıradan bir xəbərdir. Çünki Bakıdakı yüksək ranqlı məmurların ölkə daxilində və xaricində çoxlu bizneslərinin olduğu kimi, rayonlardakı orta və kiçik çinli məmurların da yerlərdə və Bakıda çox saylı mülk və biznes obyektlərinin olması heç kimə sirr deyil. Hətta bəzi xırda məmurların belə xaricdə mülkləri və biznes obyektlərinin olması da məlumdur. Onların bu mülklər və biznes obyektləri üçün pullarını hardan qazandıqları da heç kimə sirr deyil. Bu pulların hamısı dövlət büdcəsindən korrupsiya yolu ilə mənimsənilib. Halbuki o pullar sosial layihələrə sərf edilməli və həmin layihələr daha keyfiyyətli şəkildə həyata keçirilməliydi.

Açığı desək bu məsələ bizim, yəni bütün Azərbaycanın yaralı yeridir. Ona görə də 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov Yevlaxda Ticarət Mərkəzi tikdirməsi də sıradan bir xəbərdir və bununla bağlı Məzahir Səlimovla korrupsiyaya qarşı mübarizə aparan qurumların maraqlanmayacağını hamı bilir. Lakin Məzahir Səlimovun məsələsində diqqət çəkən bir neçə məqam var. Onlardan birincisi 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisinin Yevlaxda tikdirdiyi Ticarət Mərkəzinin öz adına sənədləşdirməsidir. Çoxları öz biznes strukturlarını yaxın qohumlarının, mülklərini isə ailə üzvlərinin adına sənədləşdirirlər. Amma Məzahir Səlimov belə davranmayıb.
Diqqət çəkən başqa bir məqam isə odur ki. dünənə qədər işğal altında olan Xocalının Yol İstismar İdarəsinin rəisi bu qədər pulu hardan qazanıb. Xocalının Yol İdarəsinin rəisi haralarda yol çəkib ki, bu qədər varlana bilib? Məlumata görə son 3 ildə Məzahir Səlimov işğaldan azad olunan ərazilərdə yol çəkir. Demək ki, Məzahir müəllim “müqəddəs tikəyə” əl uzadıb...

Bu arada görəsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu barədə nə düşünür? İşğaldan azad olunan ərazilərin bərpası üçün ayrılan pullarla Yevlaxda Ticarət Mərkəzinin tikilməsi cənab Məmmədova necə təsir göstərir? Saleh Məmmədovun bu barədə xəbəri olmaya bilərdi. Halbuki bu az inandırıcı görünür. Çünki hələ Cavid Qurbanovun vaxtından bütün rayonların yol idarələrinin müdirləri “şah balası” kimi yaşayırlar və onların hamısı hardasa milyonçulardı.

Yəni uzun illərdir ki, bu sistemdə çalışan Saleh Məmmədovun bu Agentlikdə baş verən korrupsiyalardan xəbərsiz olması imkansızdır. Digər tərəfdən isə yerli mətbuatda gedən yazılardan çıxış edərsək, uzun illər boyu Azərbaycanda yol çəkməklə məşğul olan Saleh Məmmədov özü də “süddən çıxmış ağ qaşıq deyil” və yazılanlara inanarsaq cənab Məmmədovun oğlunun adına xarici ölkələrdə dəyəri on milyonlarla ölçülən mülklər və biznes obyektləri var. O üzdən də Saleh Məmmədovun Məzahir Səlimovun korrupsiyasından bixəbər olması az inandırıcı görünür...

Belə çıxır ki, Saleh Məmmədov işğaldan azad olunan ərazilərə ayrılan vəsaitlərin mənimsənilməsinə göz yumur. Ya da bu vəsaitlərin mənimsənilməsində iştirakçı olur. Biz arzu edərdik ki. bu ehtimalalrın heç biri doğru olmasın. Lakin məsələ ondadır ki, Saleh Məmmədovun yol idarələrində baş alıb gedən korrupsiyadan bixəbər olmasını qəbul etsək belə, onun bundan sonrakı davranışları çox şeydən xəbər verəcək. Çünki cənab Məmmədov artıq Məzahir Səlimovun korrupsiyasından xəbərdardır.

Şekspirin təbiri ilə desək, indi bütün məsələ “olum, ya da ölüm” məsləsidir. Yəni Saleh Məmmədov məsuliyyətini dərk edərək “müqəddəs tikəyə” uzanan haram əli kəsəcəkmi, yoxsa yox?..

Poliqon.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paris Bakı ilə yaxınlaşır – Düpüyin sensasion şərhi

Fransa-Azərbaycan münasibətləri ümumilikdə dəyişkən olsa da, son həftələr yaxşılaşmağa doğru gedir. Azərbaycan BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini uğurla bərpa etdi. Amma diplomatik münasibətlər sülh sazişinin əldə olunması üçün lazımi səviyyədə deyil.

Bu sözləri Axar.az-a açıqlamasında fransız ekspert, Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib.

“Fransa və Avropa üçbucaq məntiqi ilə regionda dəmir yolu, enerji, nəqliyyat və birgə həyata keçiriləcək digər layihələr üzərində işləməlidir. Yəni proses “Qoll yolu metodu” (Şarl De Qollun adı ilə bağlıdır, xarici siyasətdə həm realizmi, həm də fransız müstəsnalığını əsas götürür – red.) çərçivəsində nəzərdən keçirməlidir. Sadaladıqlarımız Avropanın enerji asılılığını azaltmaq üçün konstruktiv imkanlardır”, - o bildirib.

Düpüy hazırda baş verən geosiyasi proseslərin də mümkün nəticələrinin nəzərə alınmasını vacib hesab edib:

“Biz indi müəyyən geosiyasi nəticələri olacaq proseslərdən keçirik. Bunlara Ukraynadakı müharibəni, sülhlə bağlı planların uğursuzluğunu, eyni zamanda regionun bir sıra ölkələrində qarşıdan gələn seçkiləri misal çəkmək mümkündür. Azərbaycan dövlətinin Naxçıvana yolunun açılması ilə bağlı eksterritoriallıq hüququnun (hökumətin öz hakimiyyətini sərhədlərindən kənarda həyata keçirmək imkanı – red) müzakirəsi Ermənistanda ərazi bütövlüyü ilə bağlı məsələdə təşviş yaradır. Viktor Orbanın potensial Avropa Birliyi Şurasına sədrliyi isə şübhəsiz ki, Azərbaycan və Türkiyənin xeyrinə olacaq hərəkətləri təşviq edəcək.

Son olaraq, “Üç Dəniz Təşəbbüsü” (Baltik, Adriatik, Qara dəniz Təşəbbüsü və ya sadəcə olaraq “Üç Dəniz Təşəbbüsü” kimi tanınan və Baltik dənizindən Adriatik və Şimal-Cənub oxu boyunca uzanan 13 AB dövlətinin qurduğu forumdur –red.) ilə bağlı davam edən strateji qarışıqlıq və ya bloklara qoşulmama konsepsiyasının legitimliyinin yenidən gündəmə gəlməsi, “Qlobal Cənub”un daha çox nəzərə çarpmağa başlaması Bakı ilə münasibətlərin dəyişməsinə gətirib çıxaracaq. Avropa sözügedən proseslər fonunda Bakı ilə münasibətləri dəyişdirəcək və Cənubi Qafqazda qüvvələr nisbətini tarazlaşdırmaq məqsədilə Türkiyə, Tehran və Pekinlə əlaqələrdə vasitəçi kimi Azərbaycana müraciət edəcək. Amma ABŞ isə öz növbəsində birbaşa Rusiya və regional tərəfdaşlarla danışıqlar yolu ilə AB-ni prosesdən uzaqlaşdırmaq istəyir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaraşov Babazadə ilə NİYƏ YOLA GETMİR? - İDDİA


Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə arasında ciddi narazılıq yaşandığı iddia olunur.

Editor.az regiondakı mənbələrə istinadən xəbər verir ki, T.Babazadənin icra hakimiyyətindən gələn göstərişləri icra etməkdən boyun qaçırması onunla başçı arasındakı münasibətləri son dərəcə gərginləşdirib:

“Regional Gənclər və İdman İdarəsinin rəisi rayon icra hakimiyyəti tərəfindən təşkil edən dövlət tədbirlərində iştirak etmək, bu tədbirlərin baş tutması üçün öz sferasında təşkilati dəstək vermək istəmir. Bununla bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən Teymur Babazadəyə dəfələrlər xəbərdarlıq edilib. Ona bildirilib ki, icra hakimiyyəti tərəfindən reallaşdırılan tədbirlər ümumi rayon tədbirləridir və Regional Gənclər və İdman İdarəsinin bu prosesdə iştirakı zəruridir.

Lakin, T.Babazadə birbaşa tabeçiliyinin Gənclər və İdman nazirliyinə olduğunu əsas gətirərək, yalnız oradan gələcək tapşırıqlar əsasında fəaliyyət göstərdiyini bildirir. Bu isə İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu özündən çıxarıb. Başçı Regional Gənclər və İdman İdarəsinin rəisinin fəaliyyəti ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırıb”.

Qeyd edək ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Gənclər və İdman naziri Fərid Qayıbovun xalası nəvəsidir. Nazir tərəfindən onun regional idarəyə rəis təyin edilməsi ciddi narazılıq və müzakirələrə səbəb olmuşdu.

Səslənən iddialarla bağlı tərəflərin mövqeyini dərc edə bilərik.

Editor.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamalın Elşad Həsənov problemi - İTTİHAM VAR...

Azərbaycan hakimiyyətində edilən kadr dəyişiklikləri bəzən lazımi nəticəni vermir. Məsələn Yasamal rayonuna icra başçısı gətirilmiş Elşad Həsənovun misalında olduğu kimi. Prezident deputat Elşad Həsənova Yasamal kimi bir rayonu həvalə etdi, onu sınadı ki, icra başçısı kimi özünü təsdiqləsin. Lakin Elşad Həsənov Yasamalda necə deputat olmuşdusa, elə də icra başçısı oldu. Onun fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq internet resurslarında apardığımız araşdırma onu göstərdi ki, deputat olduğu dövrə aid bir-iki informasiya qarşımıza çıxdı, o da Həsənovun alayarımçıq açıqlamaları… Hətta mediada gedən məlumatlarda qeyd olunur ki, deputat olduğu zaman seçiciləri Elşad Həsənovu tapanlara xüsusi mükafat vəd veriblərmiş.

Onun fəaliyyətini bu gün Yasamalın hər qarışında yaşıllıqların kəsilməsi, səkilərin satılması, səliqə-sahmanın olmaması, harada boş yer vaesa satışa çıxarılmasında görmək mümkündür. Bir sözlə, ona havadarlıq edən yüksək çinli məmur kimdirsə, ilk gündən yanlış təqdimat verib, çünki nə 4 il deputat kimi, nə də icra başçısı olaraq etimadı doğruldub. Lakin deputat kimi səsi gəlməyən Elşad Həsənov icra başçısı təyin olunaraq mətbuata bildirmişdi ki, “Əlimdən gələni əsirgəməməyə, mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Amma nə baş verdi? Elşad Həsənov Yasamalın Onun fəaliyyəti rayon büdcəsini, resurslarını və təşkilatların fəaliyyətini qazanc mənbəyinə çevirməkdən ibarət oldu. Məlumdur ki, Yasamalda torpaq satışı ən gəlirli sahələrdən biridir. Elşad Həsənova qədər satılması mümkün olan bütün ərazilər imkanlı şəxslərə satılmışdısa, indi səkilər, istirahət parkların böyür-başından kəsərək satışa çıxarırlar.

Təbii ki, Elşad Həsənovun sərəncamları ilə. Rəsmi rəqəmlərə görə, Yasamal rayonunda Ticarət departamenti və 19 Mənzil İstismar sahəsi var. Bu təşkilatlar ərazidə yaşayan əhalidən hər il əmlak və zibildaşıma haqqı yığır, amma insanların rahatlığı üçün lazım olan işləri görməyi unudur. Hər bir Mənzil İstismar Sahəsində yetəri qədər xadimələr olsa da, icra hakimiyyəti nəzdində olan işsiz insanları sosial işlərə çox sayda adam cəlb olunsa da, binaların blok və həyətlərində, küçə və parklarda insan sağlamlığı üçün çox böyük təhlükə mənbəyi olan antisanitariya hökm sürür. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, icra hakimiyyətindən tutmuş JEK-lərə qədər bütün təyinatlar rüşvətlə həyata keçirilir. Bu da Uasmalaın icra başçısının qurduğu sistemin nəticəsidir. Məhz rayon rəhbərinin xeyir-duası ilə JEK müdirlərinin işə götürdüyü qohum-əqrabaları işə çıxmır, onların əməkhaqqı kartlarından qanunsuz istifadə edilir. Yasamal Rayon Ticarət departamentlərinin küçə ticarətini genişləndirməsi və bunun hesabına yığılan rüşvət, küçə və həyətlərin abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan pulların tenderlə icra başçısına yaxın şirkətlərə verilməklə mənimsənilməsi böyük bir gəlir sahəsidir. Yasamal ərazisində dünyasını dəyişən tənha insanlarının evlərinin qanunsuz olaraq vətəndaşlara satılması ilə bağlı faktlar isə ayrıca araşdırma mövzusudur və bu proses bir gün məhkəmə salonlarına çıxacaq.
Belə iddialar var ki, özünü doğrultmayan məmurlardan biri kimi Elşad Həsənov da siyasi rəhbərliyin “qara siyahısı”na düşüb və 7 fevral seçkisindən sonra Yasamal icra hakimiyyəti başçısı vəzifəsindən azad edilsin…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu il həyatlarının eşqini tapacaq 5 bürc

2024-cü il hər kəs üçün çox fərqli il olacaq. Bəzi insanlar həyatlarında yeni səhifə açacaqlar, xüsusən də söhbət sevgi və münasibətlərə gəldikdə. Yeni il yeni başlanğıclar deməkdir və insanlar sevgi həyatlarında yeni imkanlar yaratmaq və güclü bir evlilik bağı üçün addımlar atmaq üçün həyəcanlanacaqlar.

2024-cü ildə sevgidə xoşbəxt olacaq bürclər var. Bu bürclər qəfil evlənməyə belə qərar verə bilər.

Buğa

Buğa bürcü 2024-cü ildə sevgiyə inandıran biri ilə mütləq qarşılaşacaq. Həyatlarının sevgisini tapdıqlarına inanacaqlar.

Buğa bürcləri də bu il evlənmək üçün qəfil qərar verə bilər. Çünki sevgini tam yaşayacaq və növbəti addımı düşünməyəcəklər.

Şir

Şirlər çox sadiq və anlayışlı sevgililər olurlar. Tərəfdaşını xoşbəxt etmək üçün əlindən gələni edir. Şirlər sevdikləri insanı adətən əlləri üstündə tutarlar.

Şirlər 2024-cü ildə eşqdə xoşbəxt olacaq bürclər arasındadır. Həyatında kimsə varsa, Şirlər evlənmək və ya yeni biri ilə ciddi münasibət qurmağa qərar verə bilər.

Qız bürcü

Qız bürcü 2024-cü ildə öz ruh yoldaşını tapa bilər. 2024-cü il Qız bürclərinə şəxsi həyatlarında uğurlar gətirir. Onlar tam olaraq istədikləri insanı tapıb evlənməyə qərar verə bilərlər.

Qız bürclərinin bu il möhtəşəm toyları olduğunu görə bilərsiniz.

Tərəzi

Tərəzilər üçün çox həyəcanlı bir zaman olacaq, çünki 2024-cü ildə çox şanslı olacaqlar. Onlar ehtiyaclarını qarşılayacaq və eyni zamanda özlərini çox xüsusi hiss etdirəcək bir tərəfdaş tapa biləcəklər.

Kainat onları sabit gələcəyə doğru istiqamətləndirəcək.

Oxatan

2024-cü ildə Oxatanlar üçün toy zəngləri çalır. Oxatanlar axtardıqları sevgini 2024-cü ildə tapacaqlar. 2024-cü ildə bütün imkanlar Oxatanların qapılarını döyəcək.

Xüsusilə sevgi ilə yaşayacaqlar. Oxatanlar da bu il sürpriz evlilik qərarı verə bilərlər.

Qoç, Əkizlər, Xərçəng, Əqrəb, Oğlaq, Dolça və Balıqlar 2023-cü ildə sevgi və münasibətlərdə çox şanslı deyillər. Bu bürclər subay olmaqdan həzz alacaqlar, çünki hələ ciddi münasibətə hazır deyillər.

Lent.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yunanıstan hökuməti eynicinslilərin evliliyinə icazə verməyi planlaşdırır


Yunanıstan hökuməti yaxın vaxtlarda eynicinsli cütlüklərin nikahına dair qanun layihəsini parlamentə təqdim edəcək.

Bu barədə ölkənin baş naziri Kiriakos Mitsotakis Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş nikahında bərabərlik haqqında qanun layihəsi bütün vətəndaşlar üçün bərabərliyə nail olmağa yönəlmiş mühüm addımdır.

“Bu, ilk növbədə artıq eyni cinsli valideynlərlə yaşayan uşaqları qorumaq məqsədi daşıyır. Bu uşaqlar bütün digər uşaqlar kimi hüquqlara malik olmalıdırlar”, - deyə o vurğulayıb.
Eynicinsli cütlüklərin nikahına dair qanun layihəsi fevralın birinci yarısında qəbul ediləcəyi gözləntiləri ilə yaxın günlərdə parlamentə təqdim olunacaq.

Mənbə: ERT-news
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qan təzyiqinin azalmasının üç əsas səbəbi müəyyən edilib

Qan təzyiqi yemək yeyərkən, bədən mövqeyini dəyişərkən, həmçinin uzun müddət dayandıqdan sonra kəskin şəkildə düşə bilər.

Bu barədə rusiyalı kardioloq Olqa Bokeriya danışıb.

Bədənin vəziyyətinin dəyişməsi nəticəsində qan təzyiqinin kəskin azalması ortostatik hipotenziya adlanır, adətən fiziki fəaliyyətə uyğunlaşmayan, çox hərəkət etməyən yaşlı və ya gənclərdə müşahidə olunur.

Yeməkdən sonra qan təzyiqi ən çox ilkin qan təzyiqi yüksək olan və ya avtonom sinir sisteminin xəstəlikləri olan xəstələrdə düşür.

"Kiçik, az karbohidratlı yeməklər yemək, bol su içmək və alkoqoldan qaçmaq adətən problemi həll edir”, - deyə mütəxəssis qeyd edib.

Kardioloq qan təzyiqinin kəskin düşməsinin digər səbəbi kimi uzun müddət ayaq üstə durmağı göstərib. Bu tip hipotenziya nevrogen adlanır. Adətən uşaqlarda və gənclərdə olur. Bəzi hallarda aşağı təzyiq problemi beyin və ürək arasında əlaqənin pozulması səbəbindən baş verir.

Olqa Bokeriya qanda stress hormonunun səviyyəsini necə azaltmağın mümkünlüyündən də danışıb. Həkim qeyd edib ki, toxunma orqanizmə faydalı təsir göstərir və qanda kortizol səviyyəsini azaltmağa kömək edir, oksitosinin ifrazını stimullaşdırır. (Gazeta)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda "Şeyx Nəsrullah"-ın mütasiya olmuş növü xortlayıb- Ölüdən "şirinlik" alırlar...

Naxçıvanın "ölüdən şirinlik" ənənəsi yenidən xortlayıb...

Naxçıvan MR Mərkəzi xəstəxanasında əvvəl bir qayda var imiş: xəstəxanada dünyasını dəyişən xəstənin təcili yardım maşını ilə evə aparılması pulla həyata keçirilirmiş. Ölən əgər Naxçıvan şəhərində yaşayırdısa, buna görə ölü sahibindən 20, kənddə yaşayırdısa 50 manat “şirinlik” (yeri gəlmişkən ölüdən şirinlik almaq rəzaləti ancaq bizdədir) alırdılar.
Naxçıvanda "Şeyx Nəsrullah"-ın mütasiya olmuş növü xortlayıb- Ölüdən "şirinlik" alırlar...

“Xan”lıq rejimi sona çatıb, “canişinlik” rejimi qurulandan sonra bu ənənə tarixə qovuşmuşdu. Naxçıvan əhli bu “islahat”a xeyli sevinmişdi də. Amma necə deyərlər, sən saydığın say, gör, “canişin” əfəndi nə sayır? Üzərindən bir müddət keçəndən və “canişin” həzrətləri yerini möhkəmlətdikdən sonra “ölüdən şirinlik” almaq ənənəsinə yenidən start verilib. İddialara görə, pulsuz naxçıvanlının ölüsü pul tapıb gətirilməyənədək “morq”da qorunur. Lap əski vaxtlarda Kremldəki Mavzoleydə Leninin cəsədi qorunan kimi.
Adının açıqlanmasından çəkinən mənbə soruşur: "Bu pullar kimin cibinə gedir?".

Heydər Oğuz - ovqat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DYP məmurunun hər(i)f səhvi

Bəzən adama elə gəlir ki, ölkədə bütün sahələrdə gedən inkişafın, yenilənmənin Dövlət Yol Polisinə heç bir dəxli yoxdur. Bu qədər quraşdırlan kameralar, elektronlaşdırılan sistemlər, yeniliklər… Bütün bunların fonunda DYP ilə bağlı gələn şikayətlər nəinki azalmır, hətta yeni-yeni narazılıqlar ortaya çıxır.
Bütün bunları yazmağa əsas verən vətəndaş Məmmədli Kərim Coşqun oğlunun bizə ünvanladığı şikayətdir. O bildirib ki, üzləşdiyi haqsızlıqları əvvəlcə ictimailəşdirmədən həll etməyə çalışıb. İlk olaraq müvafiq quruma şikayətini bildirib, səbr edib, gözləyib, sonra bir də şikayət edib. Cavab gəlmədiyni gördükdə, başa düşüb ki, qarşısında iki yol var. Ya etmədiyi günahın cəzasını çəkib, cərimə ödməlidir, ya da məsələni ictimailəşdirməlidir. Gəlin problem vətəndaşın özündən dinləyək. Müxbirimizlə danışan Coşqun Məmmədli görün, nə deyir:
“Keçən il dekabr ayınınn 23-də mənə etibarnamə ilə idarə etdiyim avtomobilin qayda pozuntusu ilə bağlı protokol yazıldığı haqda bildiriş gəldi. Qayda pozuntusu ilə bağlı yerləşdirilmiş şəkillərə baxarkən, maşının idarə etdiyim maşın olmadığını dərhal hiss etdim. Və şəkli yaxınlaşdırıb baxdıqda, qayda pozuntusunun başqa bir maşın tərəfindən edildiyini gördüm. Qayda pozuntusunu edən maşının nömrəsi 99-MK-658 idi, mənim idarə etdiyim maşınının nömrəsi isə 99-NK-658 dir. Pozuntu ilə bağlı yerləşdirilən bütün şəkillərdə hərflərin çox aydın oxunsa da, düşündüm ki, ola bilər, insandır, səhv edib. Yoldaşlarla bu problemin həll yolunu araşdırdıqda mənə məsləhət gördülər ki, “dyp.gov.az” saytına müraciət edim. Mən sayta daxil olaraq, ən yüksək rəhbərliyə müraciət etdim və şikayətimi bildirdim. Günlərlə gözlədim, heç bir xəbər çıxmadı. Yenə də, “Olar, bəlkə şikayət çoxdur, vaxt çatmır” deyə ikinci dəfə də sayta daxil olub şikayətimi yazdım. Di gəl ki, günlər keçdi, daşdan səs çıxdı, mənim şikayətimə baxacaq adamlardan səs çıxmadı. Artıq cərimənin ödəniş müddəti dolub və yəqin ki, faiz hesablanmağa başlanacaq. Bir müddət sonra da maşına həbs qoyulacaq. İndi ya gərək mən etmədiyim pozuntunun cəriməsini verəm, ya da maşınım aparılsın cərimə meydançasına. Hansısa bir “hərif tanımaqda çətinlik çəkən” məmurun ucbatından bax beləcə problemlə üzləşmişəm”.
Adam şikayəti dünlədikcə düşünür ki, bir sürücünün ilk baxışda asanlıqla ayırdığı hərfi, DYP-də işləyən, ali təhsil almış bir işçi necə olur ki, ayıra bilmir? Bir hərfi o yan bu yan edib, kimisə “hərif” saymaq bu qədərmi asandır? Ölkə inkişaf edir. Hər bir vətəndaşımız, o cümlədən fəhlələr, sürücülər də artıq bu inkişafdan yararlanır, yaradılmış texniki imkanlar vasitəsilə şikayətini çatdırmaq istəyir. Di gəl, bir hərfi tanımayan adamlar, böyük bir qurumun adına ləkə gətirir. Ünvanlanan şikayətlərə cavab verməyənlər də yəqin elə o “hərf tanımayanlardır” ki, şikayəti oxuya bilmirlər. Nəticədə bir vətəndaş aylarla cavab gözləyir, əsəbləri pozulur, avtomobili cərimə meydançalarına aparılır, gördüyü iş yarımçıq qalır və son olaraq da evinə çörək apara bilmir. Beləcə narazı salınır insanlar.
Bütün bunların günahkarı isə, "M" ilə "N"-in fərqini görməyən, “hərfi hərfdən seçə bilməyən” məmurlardır.
Arada oxumaq lazımdır, hörmətli məmurlar, oxumaq. Heç olmasa, “Əlifba”nı oxumaq!
Oğuz
BakuPost
DYP məmurunun hər(i)f səhvi
DYP məmurunun hər(i)f səhvi
DYP məmurunun hər(i)f səhvi
DYP məmurunun hər(i)f səhvi

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO