[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil idarəsinin müdirinin həbsi: icra başçısı ilə konflikt, yoxsa... - İLGİNC İDDİALAR...

Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin 53 min manat rüşvət alma ittihamı ilə həbs olunduğu barədə xəbər vermişdik. Yada salaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Rüfət Hacıyev barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Rüfət Hacıyev əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almaqda təqsirləndirilir.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinə Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları daxildir. İdarə 2022-ci ildə yaradılıb. O zaman Quba Təhsil Şöbəsinin müdiri olan Rüfət Haclıyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin olunub. 2022-ci ilin mayında baş tutan təqdimat mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və regional idarəyə daxil olan bölgələr üzrə təhsil işçiləri iştirak ediblər.

Rüfət Haciyev Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinatdan sonra onunla icra başçısı arasında münasibətlər ən son həddə qədər gərginləşib. İş o yerə çatıb ki, Rüfət Hacıyevin hər addımı ilə bağlı məlumatlar ardıcıl olaraq mətbuat səhifələrinə “ayaq açıb”.

Təhsil müdiri Quba RİH-in təşkilatçılığı ilə keçirilən heç bir tədbirə dəvət olunmayıb. Vəziyyət o həddə gəlib çatıb ki, icra başçısı aidiyyəti olmayan rayon tədbirlərində sözü təhsilə gətirib, Rüfət Haciyevi sərt tənqid edirmiş.

Bu baxımdan, Rüfət Hacıyevin həbsindən sonra onun varidatının siyahısının ictimailəşməsi də təəccüblü olmayıb.

Yayılmış məlumatlarda iddia olunur ki, Rüfət Hacıyevin Quba rayonu ərazisində 4 dəbdəbəli villası var. Həmçinin Bakının Yasamal və Xırdalan rayonları ərazisində yerləşən daha 3 mənzilinin varlığı barəsində də xəbər yayılıb. Məlumatda həbsə alınan idarə müdirinin mülklərinin ümumi qiyməti də hesablanaraq təqdim olunub. İddiaya görə, mülklərin ümumi dəyəri 2 milyon manat civarındadır. Eyni zamanda Rüfət Hacıyevin Qubanın Qəçrəş kəndi ərazisində yerləşən daha bir dəbdəbəli villası barədə məlumat mətbuata ötürülüb. Həmin villanı Rüfət Hacıyevin yüksək çinli bir dövlət məmuruna müvəqqəti məskunlaşmaq üçün verdiyi, həbsindən sonra isə yüksək vəzifəli məmurun villadan çıxdığı vurğulanır. Təhsil müdirinin “JEEP Grand Cherokee” markalı avtomobili olduğu qeyd edilir və xüsusi olaraq qiyməti də diqqətə çatdırılır. Rüfət Hacıyevin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığı müddət ərzində bu qədər varidat əldə etdiyi yayılan məlumatda qırmızı xətlə keçir.

Bəs nə baş verib ki, təhsil müdirinin həbsindən əvvəl və sonra barəsində bunca ifşaedici məlumatlar ictimaiyyətə ötürülüb? Məqsəd nə olub? Bunun arxasında kim dayanıb?

Bu suallara birmənalı cavab vermək çətindir. Amma 28 oktyabr 2022-ci ildə mətbuatda yer alan məqalədə Rüfət Hacıyevin “qara zolağa” girməsi ilə əlaqəli məlumatlar var.

Həmin məqalədən sitat: “Bir müddət bundan əvvəl Quba Soyqırımı Memorial Kompleksi ərazisində qanunsuz tikinti işlərinin başlamasına etiraz edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev öz facebook hesabında "Quba Soyqırımı Memorial Kompleksi ərazisinin satılmasını şiddətlə qınayıram. Aidiyyəti şəxslərlə bağlı müvafiq tədbirlər görülməlidir" sözlərini yazmışdı. İdarə müdirinin bu statusu Quba RİH-in başçısı Ziyəddin Əliyevi bərk qəzəbləndirib və demək olar ki, rayonda keçirilən bir çox tədbirdə Rüfət Hacıyevi sərt tənqid etməyə başlayıb. Sonuncu dəfə ötən həftə keçirilən rayon tədbirində isə Ziyəddin Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev haqqında daha kəskin danışıb və onun ünvanına qeyri-etik ifadələr işlədib".

Məqalədə iddia olunur ki, Ziyəddin Əliyev Rüfət Hacıyevi aşağılayan çıxışında bunları deyib.

Sitat: “İcra başçısı idarə müdirinə "axmağın biri axmaq", “mənim otağımda mənə təzim edən bu olmayıb sanki”, “sənin bu ədəbsizliyinin cavabını vermək mənim borcum olsun” kimi ifadələr səsləndirib".

Həmin məqalədə qeyd edilir ki, Ziyəddin Əliyevlə Rüfət Hacıyev arasında yaranan problem başçının təhsil sistemində olan problemlərə də daha qabarıq və emosional davranmasına yol açıb.

Sitat: “Hətta səyyar vətəndaş qəbullarında belə icra başçısı vətəndaşlara, "təhsillə bağlı nə probleminiz var" deyərək müraciətlər edir, bu istiqamətdə səsləndirilən problemlərin müzakirəsi üçün daha geniş fürsətlər yaradılır. Vəziyyət o həddə gəlib çatıb ki, icra başçısı aidiyyəti olmayan rayon tədbirlərində sözü təhsilə gətirib Rüfət Hacıyevi sərt tənqid edir".

Qeyd edək ki, Ziyəddin Əliyev ötən ilin yayında Qubanın icra başçısı postundan uzaqlaşdırılıb. Belə görünür ki, bundan sonra da başçı-təhsil müdiri konflikti səngiməyib, əksinə, daha da qızışıb.

“Yeni Müsavat”

Bakı Mühəndislik Universitetinin 2 tenderində 3 şübhəli məqam - BU NƏDİ BELƏ?!

Bakı Mühəndislik Universiteti (BMU) tərəfindən keçirilən 2 tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, BMU bir dəst ikili stasionar su nasosunun satın alınması üçün fiziki şəxs Salmanlı Tərlan Sadiq oğluna (VÖEN – 1802060672) 4 min 130 manat, 250 sənədin plagiat olub-olmamasını yoxlamaq üçün isə “Plagiat.PL MMC”nin Azərbaycan Respublikasındakı filialına (1602295321) 3 min 835 manat ödəyəcək.
Məlumat üçün qeyd edək ki, hər iki tender müsabiqəsində bir mənbədən satınalma metodu tətbiq edilib və dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib.
Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, BMU-nun almaq istədiyi su nasosu və sənədlərin yoxlanılması xidmətinin yuxarıda göstərilən hallardan hansına aid edildiyi başa düşülmür.
Daha bir müəmmalı məqam isə odur ki, tenderin qalibi olan “Plagiat.PL MMC”nin Azərbaycan Respublikasındakı filialının dövlət büdcəsinə 8 min 189 manat 78 qəpik (23 yanvar 2024-cü il tarixinə) vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, tenderdə iştirak edə bilmək üçün təchizatçıların vergi və digər icbari ödənişlərlə bağlı borcu olmamalıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Musiqi məktəbinin direktorundan ŞOK İTTİHAMLAR... - nazirə məktub yazdı

Goranboyun Dəliməmmədli şəhər Uşaq Musiqi məktəbinin direktoru Əliyeva Məhsəti Cəmil qızı Mədəniyyət naziri Adil Kərimliyə müraciət edib.
Tribunainfo.az onun müraciətini təqdim edir:

Hazırda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində korrupsiya əməlləri baş alıb gedir. Bu əməlləri törədən isə Məmmədov Muraz Elman oğlu və onunla birgə fəaliyyətdə əlbir olan Kazımov Pərvindir. Prezident seçkilərinin təşviqat kampaniyası getdiyi bir məqamda bu cütlük məktəblərdə direktor ştatlarının alverinə başlayıb.
İdarənin özündə artıq 9 nəfər işdən azad edilib və bu məsələlərdə onları nazirlikdə dəstəkləyən İlham Hüseynovdur. İllərdir ki, bu prosesdə iştirak edən “peşəkar direktorlar” –
Gəncə şəhər 1 saylı musiqi məktəbinin direktoru Aida Əmiraslanova və ona qohum olan Gəncə şəhər 2 saylı musiqi, həm də Gəncə şəhər Uşaq İncəsənət məktəbinin direktorudur. Hər ikisi deputat Əhliman Əmiraslanovun qohumlarıdır.
Gəncə şəhər 4 saylı musiqi məktəbinin direktoru Aynur Şıxıyeva Mədəniyyət İdarəsinin baş direktorudur. Hər üç adı çəkilən direktor hər ay dövlət büdcəsindən 30-40 min manat mənimsəyirlər. Belə ki, 20 saat, 36 saat dərsi olan müəllimlər qeyri – rəsmi şərtlər daxilində çalışırlar. Yəni müəllimlərin adına yazılan dərs saatlarının 12-18 saatı müəllimin qalanı isə direktorundur.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SOCAR-IN GEOFİZİKA VƏ GEOLOGİYA İDARƏSİNİN RƏİSİ İŞDƏN ÇIXARILDI- SƏBƏB

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ) rəisi Elçin Şirinov dünən tutduğu vəzifəsindən azad olunub... Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı "Təzadlar"a bildirib. M.Qəhrəmanlı qeyd edir ki, "Bildiyiniz qədər ötən ilin mart ayından təşkilatımıza mütamadi olaraq Elçin Şirinovun rəhbərlik etdiyi qurumda baş verən müxtəlif qanun pozuntuları( Əmək qanunvericiliyi, Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu. Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi pozulması, Onun 10-dan yuxarı yaxın qohumu müxtəlif vəzifələrdə çalışır), korrupsiya ehtimallı hadisələr və əlaqədar şəxslər (SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun, Sarvan Mansurovun, iqtisadi uçot idarəsinin rəisi İmran Abdullayevin, Azad Rzayev, Dadaş Həsənov və s.) haqqında da kifayət qədər məlumat yayılmışdı:
-GGİ -nin kəşfiyyat Geofizika bölümündə şübhəli kabel əməliyyatı;
- «Grand Caucasus Ltd». avadanlıq əməliyyatı;
- İstanbuldakı «Platinum Group Dış Ticaret limited»şirkəti, ilə əlaqadar bəzi müəmmalar;
- Gil adası Sara dənizin tranzit zonalarında dəyaz sularda katamaran və kiçik gəmi əməliyyatı və s. Düşünürəm ki, yuxarıda qeyd olunan məlumatlar da SOCAR rəhbərliyi tərəfindən diqqətlə araşdırılıb, müvafiq qərar qəbul ediləcək...".
SOCAR Prezidenti Rövşən Nəcəfə təşəkkürümüzü bildiririk ki, "Təzadlar" iki ay əvvəl M.Qəhrəmanlıya istinadla bu barədə ətraflı yazmışdı. Elçin Şirinovun təhriki ilə özü yox, başqa bir şəxsi qabağa verdilər, "Təzadlar"ı məhkəməyə verdilər. Həmin məhkəmə mübahisəsi hələ də davam edir. Bu da Elçin Şirinovun aqibəti...
Mövzuya qayıdacağıq.
Bu da həmin yazının linki:
My Webpage
"Təzadlar"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Rabitəbank`da XÜSUSİ TOPLANTI: BANK BAĞLANIRMI? - Belə bir İDDİA VAR Kİ...

Daha bir bank öz fəaliyyətini dayandıra bilər. Bu barədə bank sektorundakı bəzi qaynaqlar informasiya yayıb. Kuluarlarda gəzən söhbətlərə görə, mövqeləri zəifləyən "Rabitəbank"dır və hətta bankda xüsusi toplantı da keçiriləcək. Toplantıda bankın bağlanıb-bağlanmayacağı haqda da qərar verilə bilər. Bu barədə iddialar mövcuddur.

Xəbərə görə, "Rabitəbank"ın zərəri haqqında hesabat təsdiqlənəcək.

Bununla bağlı bank səhmdarlarına müraciət edib.

Müşahidə şurasının qərarına əsasən, martın 12-də bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə digər məsələlərlə yanaşı bankın ötən il üzrə zərəri haqqında hesabatının təsdiqi də daxil edilib. Fəaliyyətin davam edib-etməyəcəyi də məhz o dönəmdə bəlli olacaq...

dia-az.info

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏBİB şefi postu uğrunda sanki bir SAVAŞ GEDİR... - İLGİNC İDDİALAR...

Son günlər bir sıra saytlarda “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovla “Abşeron rayon Mərkəzi Xəstəxanasın”ın Publik Hüquqi şəxsin direktoru Azər İsmayılovun yola getmədikləri, bir-birlərinə qarşı gizli mübarizə apardıqları, hətta mediaya kompuramant ötürmələri barədə qeyri-müəyyən informasiyalar yer almaqdadır.
Saytların iddiasına görə, prezident seçkilərindən dərhal sonra Azər İsmayılovun yüksək vəzifəyə təyin ediləcəyi, yeni hökumət kabineti formalaşdıqdan sonra isə TƏBİB-ə hazırkı icraçı direktoru Vüqar Qurbanovun yerinə gətiriləməsi ehtimal olunur. Qeyd edək ki, bunlar bugünlük bir iddia olaraq səslənir. Kimin hansı vəzifəyə təyin ediləcəyini isə zaman bizə göstərəcək.
Məsələnin ilginc tərəfi ondan ibarətdir ki, bu yalan-doğu informasiyaların mətbuata necə və kimin vasitəsi ilə ötürülmüəsidir.
RealMedia.az-ın bu xüsusda apardığı qısa araşdırmalar bir qədər fərqli münasibətləri ortaya çıxardıb.
Apardığımız araşdırmalardan belə məlum olur ki, məsələ heç də yazılanlar kimi deyil. Yəni nə TƏBİB sədri, nə də Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovun mətbuatda yazılanlarla hər hansı bir ilgisi, bir bağı yoxdur. Sadəcə olaraq TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla Azər İsmayılovun arasında yaranmış “soyuq münasibətlərindən” istifadə edən maraqlı qüvvələr var. Həmin üçüncü maraqlı şəxsin özü də Paytaxta yerləşən böyük bir tibb müəssisəsinin birinin rəhbəridir. Və könlündən də TƏBİB-in icraçı direktoru vəzifəsi keçir. Hətta o bu arzusuna çatmaq üçün “falçı”, “cadu-gar” qalmayıb ki, yanına gedib, özünə vəzifə dua yazdırmasın. Yəni həmin şəxs istəyir ki, şər qüvvənin ətalət gücü ilə TƏBİB-ə rəhbər təyin olunsun. Buna görə də, o, həm Vüqar Qurbanovu həm də Azər İsmayılovu mətbuat vasitəsilə “vurduraraq” yuxarıların gözündən salmağa çalışır. Məhz həmin şəxs özünə yaxın saytlara Vüqar Qurbanovla Azər İsmayılov barəsində “müfəssəl” bilgilər ötürməklə məşğuldur. Bildirilir ki, həmin şəxs bunun üçün saytlara müəyyən məbləğdə vəsaitdə ayırıb. Hətta həmin şəxs saytlara bildirib ki, TƏBİB postuna təyin olması üçün Azər İsmayılov onun yolunu kəsən “Yeddi başlı Əjdaha”dır. Və o “yeddi başlı Əjdaha”nın başını kəsmək üçün onun üzərinə “mətbuatın qılıncı” ilə “hücum” edir. Qalanı növbəti yazımızda.
Növbəti yazımızda “yeddi başlı Əjdaha”nın başını kəsərək, TƏBİB sədri postun üğurunda gizli savaş aparan şəxsin kimliyi barədə yazacağıq.
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yağan yağış icra başçısını İFŞA ETDİ... - BU DA FAKT!!!

Xəbər verdiyimiz kimi Ağstafa Rayon İcra hakimiyyəti tərəfindən rayonun mərkəzi küçəsində birabırçı yol təmirinə "imza atıb".

Yollarda qırlama işləri görməmiş asfltlamağa başlayıblar. Bu azmış kimi yeni çəkilən yola səhvlərini ört-bas etmək üçün bəzi yerlərdə "yamaq" da vurmağı unutmayıblar.
32gun.az-ın Ağsatafadakı yol təmirinin birbaırçı vəziyyətdə olması öz təqsdiqini iki gündür yağan yağış və sulu qardan sonra təsdiqini taöıb.
Yağan yağış icra başçısını İFŞA ETDİ... - BU DA FAKT!!!

Belə ki, yeni çəkilən yolda palçıq və gölməçələr yaranıb.

Bununla bağlı 32gun.az-ın qaynar xəttinə yeni görüntülər daxil olub. Həmin görüntünü təqdim edirik:

Xatırladaq ki, Ağstafa RİH başçısı Seymur Orucovdur.

video burada - My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cinayət Məcəlləsində yeni maddələr - İstintaqını DTX aparacaq

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.

Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.

Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər dövrümüzdə ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılmışdır.

Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsili bərbad məktəblərimizdə unudulan TƏRBİYƏ... - "Rəhbərliklərin başı pul yığmağa qarışıb, onlar..."

“Məktəblərdə direktorlar, müavinləri və müəllimlər pul yığmaqla məşğuldurlar”.

Bu fikirləri Bakıdakı 6 nömrəli məktəb-liseyin 2-ci sinif şagirdinin seksual xarakterli davranışa məruz qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, orta məktəblərdə nəzarət mexanizmi aşağı səviyyədədir:

“Nəzarət mexanizmi kameralarla həyata keçirilmir. Bir neçə otaqda nəzarət kamerası olsa da, mütəmadi olaraq nəzarət zəifdir. Ölkədə “Məktəblinin dostu” kimi gözəl bir layihə həyata keçirilir. Bu layihə məktəb daxilində baş verən bir sıra neqativ halların kökünün kəsilməsinə gətirib çıxarıb. Amma çox təəssüflər olsun ki, bizim övladlarımız məktəblərdə yox, sosial şəbəkələrdə böyüyürlər. Məktəblərimizdə uşaqlarımıza tərbiyə verilmir.

Baş verən neqativ hallar onu göstərir ki, şagirdlər məktəbdə lazımi bilik və bacarıqları öyrənmədiyi kimi, tərbiyə prosesindən də kənar qalırlar. Yəni məktəb nəzarət mexanizmi həyata keçirə bilmir. Əgər bu tipli hadisə baş veribsə, bu onu göstərir ki, şagirdin məktəblə münasibətləri yaxşı deyil. Məktəbin psixoloqu, direktoru, onun müavini şagirdlərlə düzgün ünsiyyət qura bilmir. Yəni bu gün kommunikasiya ilə bağlı ciddi problemlər var. Bu gün Azərbaycan məktəblisi öz problemini məktəbin direktoruna, müəlliminə, psixoloquna deyə bilmir. Məktəb psixoloqu davamlı olaraq məktəbdə psixoloji testlər keçirməli, problemli şagirdləri nəzarətə götürməli, söhbətlər aparmalıdır. Əgər Bakının mərkəzində belə hal baş verirsə, Bakıdan kənarda biz daha nələr görə bilərik. Bizim məktəblərimiz informasiya münasibətlərində şagirdlərə uduzur.

Bu gün şagirdlər ali məktəbə qəbul olmaq üçün orta təhsilin verdiyi biliklə yox, repetitorun hazırlıq kursunda əldə etdiyi biliklə qəbul ola bilir. Deməli, məktəbin bir mahiyyəti yoxdur. Yaxud Gəncədə şagird öz məktəb yoldaşını bıçaqlayıb öldürür. Əgər bizim övladımızı məktəblərdə öldürür, incidir, dərs vermirlərsə, o zaman məktəblər nəyə lazımdır? Məktəblər şagirdlərin ən təhlükəsiz olmaları lazım olan yer olmalıdır, ancaq bunun tam əksinədir. Görünən budur ki, məktəb direktorları, müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları məktəblərə nəzarət edə bilmir, yaxud etmək istəmir. Onların başı pul yığmağa qarışıb. Görünən odur ki, məktəb öz funksiyasını yerinə yetirə bilmir”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO